Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
  1   2   3   4   5   6   7   8   9   ...   32


 

MƏHƏRRƏM  ZÜLFÜQARLI 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  TARİXİNƏ 

YENİ  BAXIŞ 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2007 

 

 


 

 

"Biz... İranla dostluq münasibətləri saxlayırıq. 

Ümumiyyətlə, biz əməkdaşlığa və dostluğa 

üstünlük veririk... İranla – mən bunu təkrar 

edirəm - qədim tarixmiz var." 

 

Azərbaycan Respublikasının 

Prezidenti  İlham Əliyev 

 

 



 

 

Müəllif : tarix elmlər namizədi Məhərrəm Zülfüqarlı 



Redaktor: prof. Ədalət Əliyev 

 

 




 

MÜNDƏRİCAT 

 

Müəllifdən  



 

1. Səfəvilər dövləti müştərək tarixin ən parlaq dövrü kimi  

 

2. Mərkəzləşmiş dövlətin xanlıqlara parçalanması  və  bəzi 

ziddiyyətlərin başlanğıcının qoyulması. 

 

 

3. I və II Rus – İran müharibələri, Gülüstan və Türkmənçay 

müqavilələri. 12 Azərbaycan xanlığının Rusiyanın  əsarəti 

altına düşməsi 

 

4. Çar Rusiyası zülmünə qarşı üsyanlar  

 

Nəticə 

 



 

4

                                                Müəllifdən 



 

Tarixə obyektiv deyil, subyektiv, bu günün siyasi münasibətləri 

konteksindən yanaşılması müasir dövrdə    bir  sıra ciddi problemlərin 

yaranmasına səbəb olmuşdur. Bu problemlərin aradan qaldırılmaması  

"Azərbaycan tarixi"ndə çar Rusiyası  və sovet dövründən qalmış  ağ  və 

qara ləkələrin təmizlənməsinə imkan vermir.  Çox təəssüf ki, müasir 

dövrdə də "Azərbaycan tarixi"ndə olan qara və ağ ləkələrin  təmizlənməsi 

sahəsində elə bir ciddi addımlar atılmır. Fikirimizcə bunun əsas səbəbi  

Azərbaycan tarixinin, xüsusilə  də XVIII – XIX  əsrlər dövrünün  çar 

Rusiyası  və sovet dövründə obyektiv tədqiq olunmaması  və müasir 

dövrdə həmin səhvlərin təkrar olunmasıdır.  

 Azərbaycan Resublikası Milli  Ellər Akademiyası Tarix Institunun 

direktoru, professor Y. Mahmudov bu məsələ barəsində hələ 1989 – cu ildə 

belə demişdir: "Tarixçilər içərisində torpağının, el - obasının təəssübünü 

çəkən, nurlu ideyaları olan tədqiqatçılar az olmamışdır. Lakin onlara 

istənilən səviyyədə  sərbəst işləmək imkanı verilməyib. Sifarişlə tarix 

yazmağa məcbur ediliblər. Bir sıra problemlərin analizi məsələsi sadəcə 

olaraq qadağan edilib. Mədhiyyələr yazılmasına isə yaşıl işıq yandırılıb. 

Tarixçilər illərlə müxtəlif siyasi yarlıqlar kabusu altında fəaliyyət  

göstəriblər."(1) Çox təəssüf ki, tarixi tədqiqatlara bu cür anormal münasibət 

bu gün də aradan qaldırılmamışdır. 

1920 – ci il 27 aprel işğalından sonra Azərbaycan xalqını öz tarixi 

köklərindən ayırmaq və müsəlman şərqinə qarşı qoymaq üçün kommunist 

ideoloqları  fəaliyyətlərini genişləndirmiş  və  hətta Azərbaycanda 

kommunist hərəkatı tarixinin IX əsrdə Babəkin başçılıq etdiyi Xürrəmilər 

hərəkatından başladığını iddia edən əsərlər də yazmışlar. Belə əsərlərdən 

biri professor P.K. Juzenin 1921 - ci ildə rus dilində nəşr olunmuş "Babək 

və Babəkizm. IX əsr Azərbaycanda kommunist hərəkatı tarixindən" 

adlanan  əsəridir.  Əsərdə müəllif mülkiyyətə, qırmızı bayrağa və s. 

amillərə münasibətdə xürrəmi və kommunist dünyagörüşləri arasında 

əlaqələr olduğunu sübut etməyə çalışaraq, Azərbaycan əhalisində islama 

qarşı düşmənçilik və kommunist ideologiyasına məhəbbət hissləri 

aşılamağı  qarşısına məqsəd qoymuşdur.(2) Bundan başqa hətta Dərbənd 

divarının  şimaldan deyil, cənubdan gözlənilən təcavüzə qarşı tikildiyini 

iddia edən kommunist ideoloqu Mixayloviç (Valantyor) "Bakinski 

raboçi" qəzetində bu mövzuya məqalə də həsr etmişdir.(3) 

 Bolşeviklərin bu siyasətini ifşa edərək M.Ə.Rəsulzadə yazırdı: 

"Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsi ilə 

tanınmış Dağıstanın böyük imamı  Şamil ilə  Gəncənin igid müdafiəçisi 

Cavaddan bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin 

dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb 

ideallaşdırılır... Babək Azərbaycanı  şimala deyil cənuba qarşı qoyurdu. 




 

5

Bu halda o, Sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın 



rəmzi ola bilər... "Babəki"  sözü hələ XIX əsrdə Azərbaycanda söyüş 

kimi işlədilirdi... qırmızılar islamiyyət  əleyhdarları olan bu simanı 

idealizə etməklə Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru 

çevirmək istədilər."(4) 

 Tarixə bu cür münasibət sonrakı illərdə  də partiya rəhbərlərinin 

istiqamətverici çıxışlarında və tarixçilərin  əsərlərində davam etmişdir. 

Azərbaycan tarixinin bu cür saxtalaşdırılması  və müasir dövrdə bu 

problemin həll olunmaması bir çox sahələrdə olduğu kimi Azərbaycan – 

Iran münasibətlərinin inkişafına da mənfi təsir göstərir. 

XIX  əsrin  əvvəllərindən baş vermiş I və II Rus - Iran 

müharibələrindən  1991 – ci ilin 18 oktyabrına kimi şimali Azərbaycan 

Çar Rusiyasının və Sovet Ittifaqının tərkibində olduğu üçün tarixi 

proseslərə münasibətdə tarixçilər həmin dövlətlərin  irəli sürdüyü 

konsepsiyalardan kənara çıxa bilməmişlər. Həm çar Rusiyası, həm də 

SSRI dövründə Irana qarşı düşmən siyasət yeridildiyinə görə tarixin 

saxtalaşdırılması prosesi baş vermişdi ki, bu təbliğatın da acı nəticələri bu 

gün də hiss olunmaqdadır.  

Iran Islam Respublikasının  sabiq prezidenti Seyid Məhəmməd 

Xatəmi 2004 – cü ilin avqustunda Azərbaycan Respublikasına səfəri 

zamanı Milli Məclisindəki çıxışında demişdir: "Iran və Azərbaycana 

gələn hər kəs həmişə  ən yüksək zirvədə dayanan ədəb və  əxlaqımıza 

pərəstiş  və  təəccüblə baxır. Azərbaycan  şairi, ustad Nizami Gəncəvinin 

"Sirlər xəzinəsi"  əsəri  əxlaq kitabıdır və insanlığa,  ədalətə  həsr 

olunmuşdur."(5)  

Iran prezdenti əksəriyyət tərəfindən böyük ruh yüksəkliyi ilə 

qarşılanmasına baxmayaraq onun Gəncədə olarkən Nizami Gəncəvi 

haqqında dediyi sözlərdən bəzi qüvvələrin sui – stifadə edərək ictimai 

rəyi çaşdırmaq cəhdləri fikrimizcə münasibətlərin yaxşılaşmasına 

qısqanclıqla yanaşılmasından başqa bir şey deyil. Bü kimi hallar müştərək 

tarix və  ədəbiyyat haqqında xalq arasında geniş izahat işlərinin 

aparılmasına ehtiyac olduğunu sübut edir. 

Sovet hakimiyyətinin ilk illərində dinə qarşı, xüsusilə  də islam 

dininə qarşı düşmən siyasətin yeridilməsi, "allahsızlar cəmiyyəti"nin din 

xadimlərinə qarşı  ləyaqətsiz hərəkətləri, 1929 – cu ildə  ərəb  əlifbasının 

latın əlifbası ilə əvəz edildikdən sonra əski əlifba ilə yazılmış kitabların, o 

cümlədən dini kitabların məhv edilməsi, evində ərəb əlifbası ilə yazılmış 

kitab saxlayan şəxslərin panislamist damğası vuraraq həbsxanalara 

salınması insanlarda böyük sarsınılara səbəb olmuşdur. Bu dövrdə 

aparılan siyasətin mahiyəti belə  rəy formalaşdırmaqdan ibarət olmuşdur 

ki, guya sovet hakimiyyəti qurulana qədər Azərbaycan savadsızlar ölkəsi 

olmuş, "mədəni inqilab" nəticəsində bu çatışmazlıq aradan qaldırılmışdır. 

Akademik Ziya Bünyadov bu fikirə münasibət bildirərək 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə