Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
  1   2   3   4   5   6   7   8   9   ...   93


• Bütün türkl
ərin tərcümanı 

1
 ~ 
 
 
Abid Tahirli 
 
 
BÜTÜN TÜRKLƏRİN 
TƏRCÜMANI  
(t
əkrar və təkmilləşdirilmiş nəşr) 
 
 
İsmayıl bəy Qaspiralı 
 
Bakı - 2012


• Abid  Tahirli
 

2
 ~ 
 
 
Ön sözün (Sönm
əyən çıraq) müəllifi: Anar 
Redaktor: akademik Nizami C
əfərov 
R
əyçilər: professor Qəzənfər Paşayev 
               professor M
əhərrəm Qasımlı 
 
 
Əsərdə həyat və fəaliyyəti ilə Azərbaycanla qırılmaz tellərlə 
bağlı olan böyük ideoloq, naşir, redaktor, yazıçı-publisist, tənqidçi, 
t
ərcüməçi, ideya və  əməlləri ilə  bütün dünya, xüsusi ilə  Rusiya 
müs
əlmanlarının  taleyində,  tərəqqisində  misilsiz xidmətlər 
göst
ərmiş,  onların  ictimai-siyasi, mədəni, mətbu həyatında  yeni 
m
ərhələ  açmış,  öz  dildaşları  və  dindaşlarının  təfəkkür tərzində 
dönüş yaratmış İsmayıl Qaspiralının ömür və yaradıcılıq yolundan 
b
əhs olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
Abid H
əmid oğlu Tahirli 
 
Bütün türkl
ərin  tərcümanı.  (təkrar və  təkmilləşdirilmiş 
n
əşr). Bakı, «Ozan» nəşriyyatı,  2012. 312 səh. 
 
T                              - 2012     
 
 © «Ozan» n
əşriyyatı, 2012
 
4702060201-76 
On - 047-12  


• Bütün türkl
ərin tərcümanı 

3
 ~ 
 
Anar 
 
 
 
 
 
SÖNMƏYƏN ÇIRAQ 
Əgər  xalqımızın  Firudin  bəy Köçərli,  Əlimərdan bəy 
Topçubaşov,  Nəriman Nərimanov, Məmməd  Əmin  Rəsulzadə
Ceyhun b
əy  Hacıbəyli,  Haşım  bəy Vəzirov,  Əhməd bəy  Ağaoğlu, 
Əli bəy Hüseynzadə,  Əliabbas  Müznib,  Məhəmməd Hadi, Soltan 
M
əcid Qənizadə, Xəlil  Xasməmmədov, Cəlil Məmmədquluzadə, 
Əhməd Cavad… kimi yetişdirdiyi parlaq simaların, eləcə də digər 
türk  xalqlarının  Ziya  Göyalp,  Mehmət  Əmin  Yurdaqul,  Yusif 
Akçuraoğlu,  Çələbi Cahan, Cəfər Seydəhməd  Krımər, Fuad 
Körpülüzad
ə, Məhəmməd Fatih Kərimi, Ayaz bəy İshaqi, Abdullah 
Battal kimi görk
əmli xadimlərinin, mücahidlərinin, qələm, kəlam 
sahibl
ərinin dediklərinə  istinad etsək, o zaman bu qənaətə  gəlmək 
olar  ki,  ideyalarının,  əməllərinin təsir gücü, əhatə  dairəsi və 
yaşarlılığına görə türk xalqlarının çar Rusiyası sərhədləri daxilində 
yetişdirdiyi  ən qüdrətli nümayəndəsi  İsmayıl  Qaspiralıdır.  Onun 
«Dild
ə, fikirdə, işdə birlik» şüarı həmişəyaşarlılıq statusu almışdır. 
Fikrimc
ə,  türk  xalqlarının  birliyi  reallaşdıqdan  sonra  da  bir  daha 
parçalanmamaq, bölünm
əmək, pərən-pərən düşməmək, daha güclü 
v
ə  yenilməz olmaq üçün bu ideya öz gücünü, qüdrətini 
itirm
əyəcəkdir. 
Yeni t
əhsil üsulu, məktəb  islahatı,  ortaq  dil  uğrunda 
mübariz
əsi, xeyriyyə  cəmiyyətlərinin  yaradılması,  mətbuat və 
n
əşriyyat sahəsindəki fədakar fəaliyyəti ilə türk-müsəlman həyat və 
t
əfəkkür tərzində, ümumiyyətlə, türkçülük tarixində  yeni mərhələ 
açan  naşir,  redaktor,  mühərrir,  yazıçı-publisist, tərcüməçi, filosof-


• Abid  Tahirli
 

4
 ~ 
 
dinşünas,  politoloq,  maarifçi-reformator  İsmayıl  Qaspiralı  yara-
dıcılığı və şəxsi həyatı ilə Azərbaycanla sıx bağlı olmuşdur. Təəssüf 
ki, XX 
əsrin 30-cu illərində İ.Qaspiralı ideyalarından təşvişə düşən 
sovet rejim v
ə  ideologiyası  onu  «pantürkist»,  «panislamist» 
damğaları  ilə  düşmən  elan  etmiş,  məzarını  da  dağıtmışdı.  Sovet 
t
əbliğat  maşını  İ.Qaspiralı  irsini  gözdən salmaq üçün canfəşanlıq 
ed
əndə, yuxarıda adlarını çəkdiyimiz XX əsrin əvvəllərindəki xalq 
xadiml
ərindən fərqli olaraq, sovet dövrü bəzi Azərbaycan 
ziyalılarının «söyən» ansamblda səsi daha gur gəlirdi. İ.Qaspiralını 
«mürt
əce», «millətçi», «pantürkist», «panislamist» adı ilə insanların 
hafiz
əsindən, tarixin səhifələrindən silib atmaq istəyirdilər. Lakin 
Sovet  imperiyasının  süqutundan  sonra  İ.Qaspiralı  ideyaları  öz 
gücünü, qüdr
ətini  bir  daha  nümayiş  etdirdi,  ədalətsizliyin, 
haqsızlığın  üzərində  qələbə  çaldı  və  məğlubedilməzliyini, həmişə-
yaşarlığını bir daha təsdiq etdi. 
Filologiya elml
əri doktoru Abid Tahirlinin qələmə aldığı və 
siz
ə  təqdim olunan bu kitab da elə  bu təsdiqin bir təzahüratıdır. 
Doğrudur,  çox  təəssüflə  vurğulamalıyam  ki,  İ.Qaspiralı  irsi  və 
şəxsiyyəti ilə  bağlı  bu  günədək elə  ciddi və  sanballı  əsərlərimiz 
yoxdur.  Halbuki,  İ.Qaspiralı  yuxarıda  da  qeyd  etdiyimiz  kimi, 
h
əyatı, yaradıcılığı və ideyaları ilə Azərbaycana çox bağlı olmuşdur. 
O,  bütün  varlığı  ilə  bizləri  –  Qafqaz türklərini  çox  sevir,  onların 
ədəbi, mədəni, mətbu sahələrdəki nailiyyətlərini yüksək 
d
əyərləndirir, bizim uğurlarımızla qürur duyduğunu gizlətmirdi. Bu 
il  İsmayıl  Qaspiralının  anadan  olmasının  160-cı  ildönümü  tamam 
oldu.  Əlbəttə, bu əlamətdar, tarixi hadisənin sükutla, sükunətlə, 
s
əssiz-səmirsiz yox, Milli bayram səviyyəsində  qeyd  olunması 
arzumuzdur.  Ümid  edir,  inanıram  ki,  A.Tahirlinin  İ.Qaspiralının 
xatir
əsinin  əbədiləşdirilməsi və  onun irsindən  lazımınca  bəhrə-


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə