Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə1/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
  1   2   3   4   5   6   7   8   9   ...   73


 Bütün türklərin tərcümanı



 

1



 ~ 

 

 



Abid Tahirli 

 

 BÜTÜN TÜRKLƏRĠN 

TƏRCÜMANI  

 

 

 

Исмайыл бяй Гаспиралы 

 

 

Bakı - 2011


 Abid  Tahirli



 

2



 ~ 

 

 

Ön sözün (Sönməyən çıraq) müəllifi: Anar 

Redaktor: akademik Nizami Cəfərov 

Rəyçilər: professor Qəzənfər PaĢayev 

               professor Məhərrəm Qasımlı 

 

 

Əsərdə həyat və fəaliyyəti ilə Azərbaycanla qırılmaz tellərlə 

bağlı olan böyük ideoloq, naşir, redaktor, yazıçı-publisist, tənqidçi, 

tərcüməçi,  ideya  və  əməlləri  ilə  bütün  dünya,  xüsusi  ilə  Rusiya 

müsəlmanlarının  taleyində,  tərəqqisində  misilsiz  xidmətlər 

göstərmiş,  onların  ictimai-siyasi,  mədəni,  mətbu  həyatında  yeni 

mərhələ  açmış,  öz  dildaşları  və  dindaşlarının  təfəkkür  tərzində 

dönüş yaratmış İsmayıl Qaspiralının ömür və yaradıcılıq yolundan 

bəhs olunur. Kitab dahi şəxsiyyətin, ölümsüz mütəfəkkirin 160 illiyi 

münasibəti  ilə  yazılmış  və  geniş  oxucu  kütləsi  üçün  nəzərdə 

tutulmuşdur. 

 

 

Abid Həmid oğlu Tahirli 

 

Bütün  türklərin  tərcümanı.  Bakı,  «Ozan»  nəşriyyatı,  

2011.  240  səh. 

 

T                              - 2011     



 

 © «Ozan» nəĢriyyatı, 2011

 

4702060204 

On - 047-11  



 Bütün türklərin tərcümanı



 

3



 ~ 

 

Anar 



 

 

 

 

 

SÖNMƏYƏN ÇIRAQ 

Əgər  xalqımızın  Firudin  bəy  Köçərli,  Əlimərdan  bəy 

Topçubaşov,  Nəriman  Nərimanov,  Məmməd  Əmin  Rəsulzadə, 

Ceyhun  bəy  Hacıbəyli,  Haşım  bəy  Vəzirov,  Əhməd  bəy  Ağaoğlu, 

Əli  bəy  Hüseynzadə,  Əliabbas  Müznib,  Məhəmməd  Hadi,  Soltan 

Məcid  Qənizadə,  Xəlil  Xasməmmədov,  Cəlil  Məmmədquluzadə, 

Əhməd  Cavad…  kimi  yetişdirdiyi  parlaq  simaların,  eləcə  də  digər 

türk  xalqlarının  Ziya  Göyalp,  Mehmət  Əmin  Yurdaqul,  Yusif 

Akçuraoğlu,  Çələbi  Cahan,  Cəfər  Seydəhməd  Krımər,  Fuad 

Körpülüzadə, Məhəmməd Fatih Kərimi, Ayaz bəy İshaqi, Abdullah 

Battal  kimi  görkəmli  xadimlərinin,  mücahidlərinin,  qələm,  kəlam 

sahiblərinin  dediklərinə  istinad  etsək,  o  zaman  bu  qənaətə  gəlmək 

olar  ki,  ideyalarının,  əməllərinin  təsir  gücü,  əhatə  dairəsi  və 

yaşarlılığına görə türk xalqlarının çar Rusiyası sərhədləri daxilində 

yetişdirdiyi  ən  qüdrətli  nümayəndəsi  İsmayıl  Qaspiralıdır.  Onun 

«Dildə, fikirdə, işdə birlik» şüarı həmişəyaşarlılıq statusu almışdır. 

Fikrimcə,  türk  xalqlarının  birliyi  reallaşdıqdan  sonra  da  bir  daha 

parçalanmamaq,  bölünməmək,  pərən-pərən  düşməmək,  daha  güclü 

və  yenilməz  olmaq  üçün  bu  ideya  öz  gücünü,  qüdrətini 

itirməyəcəkdir. 

Yeni  təhsil  üsulu,  məktəb  islahatı,  ortaq  dil  uğrunda 

mübarizəsi,  xeyriyyə  cəmiyyətlərinin  yaradılması,  mətbuat  və 

nəşriyyat sahəsindəki fədakar fəaliyyəti ilə türk-müsəlman həyat və 

təfəkkür  tərzində,  ümumiyyətlə,  türkçülük  tarixində  yeni  mərhələ 

açan  naşir,  redaktor,  mühərrir,  yazıçı-publisist,  tərcüməçi,  filosof-



 Abid  Tahirli



 

4



 ~ 

 

dinşünas,  politoloq,  maarifçi-reformator  İsmayıl  Qaspiralı  yara-



dıcılığı və şəxsi həyatı ilə Azərbaycanla sıx bağlı olmuşdur. Təəssüf 

ki, XX əsrin 30-cu illərində  İ.Qaspiralı ideyalarından təşvişə düşən 

sovet  rejim  və  ideologiyası  onu  «pantürkist»,  «panislamist» 

damğaları  ilə  düşmən  elan  etmiş,  məzarını  da  dağıtmışdı.  Sovet 

təbliğat  maşını  İ.Qaspiralı  irsini  gözdən  salmaq  üçün  canfəşanlıq 

edəndə,  yuxarıda  adlarını  çəkdiyimiz  XX  əsrin  əvvəllərindəki  xalq 

xadimlərindən  fərqli  olaraq,  sovet  dövrü  bəzi  Azərbaycan 

ziyalılarının «söyən» ansamblda səsi daha gur gəlirdi. İ.Qaspiralını 

«mürtəce», «millətçi», «pantürkist», «panislamist» adı ilə insanların 

hafizəsindən,  tarixin  səhifələrindən  silib  atmaq  istəyirdilər.  Lakin 

Sovet  imperiyasının  süqutundan  sonra  İ.Qaspiralı  ideyaları  öz 

gücünü,  qüdrətini  bir  daha  nümayiş  etdirdi,  ədalətsizliyin, 

haqsızlığın  üzərində  qələbə  çaldı  və  məğlubedilməzliyini,  həmişə-

yaşarlığını bir daha təsdiq etdi. 

Filologiya elmləri doktoru Abid Tahirlinin qələmə aldığı və 

sizə  təqdim  olunan  bu  kitab  da  elə  bu  təsdiqin  bir  təzahüratıdır. 

Doğrudur,  çox  təəssüflə  vurğulamalıyam  ki,  İ.Qaspiralı  irsi  və 

şəxsiyyəti  ilə  bağlı  bu  günədək  elə  ciddi  və  sanballı  əsərlərimiz 

yoxdur.  Halbuki,  İ.Qaspiralı  yuxarıda  da  qeyd  etdiyimiz  kimi, 

həyatı, yaradıcılığı və ideyaları ilə Azərbaycana çox bağlı olmuşdur. 

O,  bütün  varlığı  ilə  bizləri  –  Qafqaz  türklərini  çox  sevir,  onların 

ədəbi,  mədəni,  mətbu  sahələrdəki  nailiyyətlərini  yüksək 

dəyərləndirir, bizim uğurlarımızla qürur duyduğunu gizlətmirdi. Bu 

il  İsmayıl  Qaspiralının  anadan  olmasının  160-cı  ildönümü  tamam 

oldu.  Əlbəttə,  bu  əlamətdar,  tarixi  hadisənin  sükutla,  sükunətlə, 

səssiz-səmirsiz  yox,  Milli  bayram  səviyyəsində  qeyd  olunması 

arzumuzdur.  Ümid  edir,  inanıram  ki,  A.Tahirlinin  İ.Qaspiralının 

xatirəsinin  əbədiləşdirilməsi  və  onun  irsindən  lazımınca  bəhrə-




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə