Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   76


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
 
 
 
 
 
 
 
 
S O S İ O L O G İ Y A 
 
(Dərslik) 
 
Azərbaycan Respublikası  təhsil 
nazirinin 01.06.2006-cı il tarixli 424 
saylı  əmri ilə  dərslik kimi təsdiq 
edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı - 2006 


 
Redaktorlar: 
prof. Z.İ.Məmmədov 
 
dos. X.H.Orucov 
 
Rəyçilər: 
fəlsəfə elmləri doktoru,  
professor M.F.Cəlilov 
 
fəlsəfə elmləri namizədi,  
dos. T.B.Ağayev 
 
 
Dərsliyi Azərbaycan Dövlət  İqtisad Universitetinin 
“Politologiya və Sosiologiya” kafedrasının müəllimləri hazır-
lamışdır. 
Dərsliyin I, V, VI, XIII mövzularını f.e.d., prof. Z.İ.Məmmədov;  
II, IV, VII, XII, XIV  mövzuları dos. X.H.Orucov; VIII, IX, X, 
XV mövzuları  dos. H.Q.Əhmədov;   III, XVI, XVII mövzuları 
dos. N.M.Cəlilova;  XI mövzunu dos.A.Y.Əhmədova  tərtib 
etmişdir. 
 
Sosiologiya (Dərslik).  
Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006. 
 
Dərslik  sosiologiyaya dair ədəbiyyatlardan geniş istifadə 
edilməsi  əsasında tərtib edilmişdir. Bu dərslikdə sosiologiya 
elminin ən aktual problemləri şərh edilmişdir. 
Dərslik ali məktəb müəllimləri, tələbələr və sosiologiya ilə 
maraqlananlar üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
© “İqtisad Universiteti” nəşriyyatı - 2006. 
 
2


MÜQƏDDİMƏ 
 
 
Müasir dövr ictimai münasibətlərin inkişafının intensiv-
liyinin görünməmiş dərəcədə yüksəlməsi ilə əlamətdardır. Bu isə 
ictimai elmlər, xüsusən də sosiologiya elmi qarşısında mühüm 
vəzifələr qoyur. Çünki, sosial mühitdə baş verən dəyişikliklərin, 
ictimai  əhval-ruhiyyənin öyrənilməsi sosiologiyanın başlıca 
vəzifəsidir. Buna görə  də  gələcək iqtisadçı mütəxəssislərə 
sosioloji biliklərin öyrədilməsi obyektiv zərurətə çevrilir.  
Geniş oxucu kütləsinin və ilk növbədə  tələbələrin mühaki-
məsinə təqdim olunan bu dərsliyin başlıca məqsədi müasir ictimai 
həyatın mürəkkəb hadisələri və proseslərinin elmi cəhətdən dərk 
olunmasına köməklik göstərməkdən ibarətdir. Dərsliyin strukturu 
da məhz bu məqsədə xidmət edir. Əsas diqqət siyasət, din, 
mədəniyyət, təhsil, ailə, ictimai və s. bu  kimi sosial institutların 
mahiyyətinin nəzərdən keçirilməsinə, müxtəlif sosioloji 
nəzəriyyələrin  əsas müddəalarının öyrənilməsinə, konkret 
sosioloji tədqiqatların təşkili və aparılması metodikasının şərhinə, 
cəmiyyətin sosial strukturu və onun inkişaf meyllərinə, 
idarəetmənin sosioloji əsaslarının tədqiqinə, ideoloji 
münasibətlərin sosial proseslərin inkişafındakı yerinə  və roluna, 
sosial ekologiya, sosial proqnozlaşdırma problemlərinə 
yönəldilmişdir. 
Müəlliflər hesab edirlər ki, dərslik gənc mütəxəssislərdə 
elmi dünyagörüşünün formalaşmasına, yeni təfəkkür tərzinin 
təşəkkülünə, ictimai proseslərə düzgün və obyektiv qiymətvermə 
qabiliyyətinin tərbiyə olunmasına köməklik göstərəcəkdir. 
 
3


I  MÖVZU 
 
SOSİOLOGİYANIN PREDMETİ,  
FUNKSİYALARI VƏ STRUKTURU 
 
1. Sosiologiya elminin predmeti və tədqiqat metodları 
 
“Sosiologiya” anlayışı latın dilində “societas” (cəmiyyət) və 
yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana 
gələrək  ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir. 
Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət 
göstərdikləri cəmiyyətin dərk edilməsinə  və ona münasibət 
göstərilməsinə  tələbatı  təbiidir. Cəmiyyətin inkişafına, siyasətə, 
əxlaqa, elmə, dinə  və incəsənətə dair maraqlı  və orijinal fikirlər 
qədim Hind, Çin və yunan filosofları, orta əsrlərin və Yeni 
dövrün mütəfəkkirləri tərəfindən irəli sürülmüşdür. Buna görə də 
keçmiş dövrün hər bir böyük mütəfəkkiri özünün fəlsəfi sistemi 
çərçivəsində eyni zamanda öz ictimai baxışlarını da əks 
etdirmişdir. Müstəqil elm sahəsi kimi isə Sosiologiya XIX əsrdə 
formalaşmışdır. Bu elmin “atası” haqlı olaraq 1817 – 1824-cü 
illərdə XIX əsrin böyük utopik sosialistlərindən biri hesab olunan 
Anri Sen Simonun şəxsi katibi işləmiş, fəlsəfədə pozitivizm 
cərəyanının banisi olan fransız mütəffəkkiri Ogüst Kont (1798-
1857) hesab edilir. XIX əsrin 40-cı illərindən etibarən O.Kont öz 
tədqiqatlarında yeni termindən- Sosiologiyadan istifadə etməyə 
başladı. Həmin terminin məzmunu təbiidir ki, ötən 150 il ərzində 
xeyli dəyişmişdir. Çünki, cəmiyyət inkişaf etdikcə  həyat 
dəyişdikdə onu öyrənən elm də inkişaf etməli və dəyişməlidir. 
Sosiologiya elminin predmetinin müəyyən edilməsində 
böyük fikir müxtəlifliyi mövcuddur. Bəzi sosioloqların 
(O.N.Kozlova, V.V.Panfyorova, S.Q.Spasibenko) fikrincə so-
siologiya cəmiyyətin, sosial qrupların və  şəxsiyyətin qarşılıqlı 
sosial təsiri haqqında elmdir.
2
  Həmin qarşılıqlı  təsir bütün sa-
hələrdə baş verdiyi üçün sosiologiyanın predmetinə çoxlu sayda 
                                                 
2
 
«Социологоческие исследования»журн. №2, 1991,с.68. 
 
4


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə