Azərbaycan Respublikası Təhsil Nazirliyi
MƏMMƏDHÜSEYN HÜSEYNOV
ÜMUMİ
SİTOLOGİYA
Bakı – 2015
FƏXRİNTAC ƏMİROVA
2
Dərsliyin elmi redaktoru: boil.e.d., prof.Qasımov N.A,
Rəyçilər:
boil.e.d., prof. Quliyev R.A.
boil e.d., prof.Qənbərov X.
Təqdim edilən dərslik Azərbaycan Respublikası təhsil
nazirinin 46-62-44 07/17 saylı əmri ilə təsdiq etdiyi
bakalvr təhsil pilləsi üçün nəzərdə tutulan proqram
əsasında tərtib edilmişdir. Dərslik V fəsildən ibarət
olub, I fəsil hüceyrələrin öyrənilmə üsulları, II fəsil
hüceyrə nəzəriyyəsi və hüceyrələrin quruluşu kimyəvi
və fiziki kimyəvi təşkili, III fəsil sitoplazma və onun
təşkili, IV fəsil nüvə və onun komponentləri, V fəsil isə
hüceyrələrin differensiasiyası və patalogiyasına həsr
edilmişdir.
Ümumi sitologiya dərsliyi təhsil nazirinin 11.07.2005-ci
il tarixli, 542 saylı əmri ilə qrif almış və ali məktəb
tələbələri üçün tövsiyə edilmişdir.
3
SİTOLOGİYA VƏ ONUN PREDMETİ
Sitologiya (yunanca sitos-hüceyrə, loqos-elm)
hüceyrə haqqında elm olub, hüceyrələrin quruluşunu,
onların funksiyalarını, özünütörətmə, regenerasiyasını,
mühitə uyğunlaşmasını və s. xassələrini öyrənir.
Sitologiya
həmçinin
ixtisaslaşmış
hüceyrələrin
xüsusiyyətlərini,
onların
xüsusi
vəzifələrinin
formalaşmasını və spesifik quruluş vahidlərinin
inkişafını öyrənir. Son 50 il ərzində sitologiya təsviri
morfoloji elmdən eksperimental elmə çevrilmişdir.
Onun qarşısında hüceyrənin fiziologiyasını öyrənmək
vəzifələri durur. Digər sözlə müasir sitologiyanı
hüceyrənin fiziologiyası adlandırmaq olar.
Sitologiyanın bu istiqamət alması onun biokimya,
biofizika, molekulyar biologiya, genetika və s.
elmlərinin nailiyyətlərindən istifadə etməsindən irəli
gəlmişdir. Hüceyrə haqqında təsəvvürlərin 1665-ci ildən
məlum olmasına baxmayaraq sitologiya digər biologiya
elmlərindən təxminən 100 il əvvəl ayrılmışdır. Belə ki,
ilk dəfə böyüdücü linzaların köməyilə Robert Huk
mantar kəsiyini müşahidə etmiş və onun arı pətəyinə
bənzər «qapalı boşluqlar»-dan ibarət olmasını aşkar
etmişdir. Həmin qapalı boşluqlara R.Huk “celluale” adı
vermişdir (“Celluale” latınca kiçik otaq, apartment,
hüceyrə mənasını daşıyır).Bundan sonra elmdə bir-
birinin ardınca bitki anatomiyasına aid tədqiqat işləri
aparılmışdır. A. Malpiqi (1667) və H. Qryu (1671)
R.Hukun müşahidələrini təsdiq edərək göstərmişlər ki,
bitkilərin
müxtəlif
hissələri
sıx
birləşmiş
4
«qovuqcuqlar»-torbacıqlardan
təşkil
olunmuşdur.
Sonradan holland Anton van Levenhuk (1680)
təkmilləşdirdiyi mikroskopla suda yaşayan birhüceyrəli
canlı orqanizmləri, heyvan hüceyrələrində eritrositləri
və spermatozoidləri müşahidə etdi. Daha sonra heyvan
hüceyrələrini F. Fontana (1781) təsvir etdi. Lakin bu və
digər tədqiqatlar hüceyrə quruluşunun universallığı,
onun quruluş xüsusiyyətləri haqqında tam məlumat
vermirdi.
Mikroskopun
kəşfi
və
təkmilləşməsinin
hüceyrənin
qurluşunun öyrənilməsində böyük
əhəmiyyəti olmuşdur. Bu dövrdə hüceyrə haqqındakı
ilkin təsəvvürlər dəyişilməyə başladı. Hüceyrə
qurluşunun təşkilində onun qılafına deyil, daxili canlı
möhtəviyyatına fikir verməyə başladılar. İlk dəfə Dryü
Carden,
Fon
Mol,
Şults
hüceyrənin
daxili
möhtəviyyatını öyrəndi. Yan Purkinye (1930)
hüceyrənin daxili, canlı maddəsini protoplazma
adlandırdı və hüceyrənin həyat fəaliyyətinin onun
qılafından yox, protoplazmasından aslı olduğunu qeyd
etdi.
1833-cü ildə R.Broun tərəfindən protoplazma
içərisində onun daimi quruluş vahidi olan nüvə kəşf
edildi. Bütün bu və digər kəşflərdən istifadə edərək
1938-ci ildə alman alimləri M. Şleyden bitki və T.
Şvann 1939-cu ildə heyvan hüeyrələri üzərində
apardıqları
tədqiqatlardan
aldıqları
nəticələri
ümumiləşdirərək hüceyrə nəzəriyyəsinin ilk iki
müddəasını formalaşdırdılar.
XIX əsrin ikinci yarısında bir tərəfdən
təbiətşünaslıq elminin müxtəlif sahələrinin (fizika,
5
kimya və s.) digər tərəfdən də mikroskopun
təkmilləşməsi hüceyrələrin hər tərəfli öyrənilməsinə
imkan yaratdı. Belə ki, XIX əsrin ikinci yarısında çox
hüceyrəli orqanizmlərdə hüceyrənin müstəqil deyil,
toxumanın bir hissəsi kimi fəaliyyət göstərməsi və
histologiyada toxumaların təsnifləşdirilməsinə cəhd
edildi. F. Leydiq (1853) və A. Keliker (1855) mövcud
məlumatları, toplanmış materialları ümumiləşdirərək
həmin dövrdə 21 növ toxumanı 4 tipdə qruplaşdırdılar.
XIX əsrin ikinci yarısında mikroskopun inkişafında
Y. Purkinyenin xidmətləri böyük olmuşdur, nəticədə
hüceyrə, toxuma və orqanlar haqqında yeni-yeni
məlumatlar əldə olundu.
Belə ki, 1859-cu ildə R. Reman amitozu kəşf etdi,
Virxov isə hüceyrə nəzəriyyəsinə yeni müddəa əlavə
etdi, eyni zamanda hüceyrə patologiyasının əsasını
qoydu.
1871-1879-cu illərdə bitkilərdə (İ.O.Çistiyakov) və
heyvanlarda
(P.İ.Peremejko, V.Fleminq) mitozun
təsvirini verdi. 1884-cü ildə O.Hertviq və E.Strasburqer
xromatinin irsiyyətin maddi daşıyıcısı olması hipotezini
irəli sürdülər.
1875-1876-ci illərdə O.Hertviq və E.Van Beneden
hüceyrə mərkəzini, 1898- ci ildə alman alimi R.Altman
mitoxondrini, 1899-cu ildə isə K. Holci hüceyrədaxili
tor aparatı (Holci kompleksi) kəşf etdi.
Elektron mikroskopunun (1933) kəşfindən sonrakı
qısa müddətdə hüceyrənin ultraquruluşu sahəsində
kəşflər genişləndi. Belə ki, 1954-cü ildə A.Rodin
Dostları ilə paylaş: |