Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə1/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
  1   2   3   4   5   6   7   8   9   ...   72


AZƏRBAYCAN  RESPUBLİKASI 
TƏHSİL NAZİRLİYİ 
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
 
 
 
 
 
 
 
 
 
 
KONSERVATORİYA 
 
ELMİ  NƏŞR 
 
 
 
 
 
№ 2 
 
mart-aprel 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2009 


2
 
TƏSİSÇİ:  
AZƏRBAYCAN  Milli Konservatoriyası 
 
 
REDAKSİYA HEYƏTİ: 
 
Siyavuş Kərimi 
Vasim Məmmədəliyev 
Zemfira Səfərova 
Rəna Məmmədova 
Akif Quliyev 
Vaqif Əbdülqasımov (baş redaktor) 
Firudin Qurbansoy (məsul katib) 
Abbasqulu Nəjəfzadə (redaktor) 
 
 
 
 
 
 
 
 
 
«Konservatoriya» elmi curnalı ildə 6 dəfə (iki aydan bir) nəşr edilir. Dər-
gidə AZƏRBAYCAN , İngilis, Rus və başqa dillərdə məqalələr dərj olunur.  
 
 
 
 
 
 
 
«Konservatoriya»  -  elmi  curnalı  AZƏRBAYCAN    Milli  Konservatoriyasının 
Elmi  Şurasının  26  dekabr  2008-ji  il  tarixli  7  saylı  protokolu  ilə  təsdiq  edilmiş, 
AZƏRBAYCAN  Respublikası Ədliyyə Nazirliyində 17.12.2008-ji il tarixdə (2770 
saylı Şəhadətnamə) qeydə alınmışdır. 
 
 
 
_________________________________________________________ 
Ünvan: Az 1073, Bakı ş., H.Cavid prospekti, 506-cı məhəllə. 
Tel.: (012) 439-01-38, (050) 395-86-42; (050) 346-90-49 
www/conservatory.az 
 


3
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Ön söz 
 
Siyavuş KƏRİMİ  
Azərbaycan Milli Konservatoriyasının  
rektoru, xalq artisti, professor  
 
MUĞAMIN TƏNTƏNƏSİ 
 
Beynəlxalq  Muğam  Festivalı  təntənələrinin  keçirilməsi  ilk  növbədə  Bakı 
şəhərinin İslam mədəniyyətinin paytaxtı olduğunu bir daha gündəmə gətirdi, 
səviyyəsini  yüksəltdi.  Dünyada  ilk  dəfə,  olaraq  belə  bir  tədbirin  Azər-
baycanda  keçirilməsi  nəinki  ölkəmizin  musiqi  mədəniyyətində,  ümu-
miyyətlə, dünya musiqisi tarixində möhtəşəm bir hadisədir. Səmərqənd şəhə-
rində  keçirilən  muğam  deyil,  folklor  festivalıdır.  Rəqs,  müxtəlif  janrlar, 
orada  ümumiyyətlə,  folklor  sahəsi  istiqamətindədir.  Səmərqənd  şəhərində 
qədim  musiqi  tarixinin  araşdırılması  sahəsində  30  ildən  artıq  bir  müddətdə 
keçirilən folklor festivalıdır, bu vaxt həm də elmi simpozium keçirilir. Özbək 
qardaşlarımız bu sahədə çox təcrübəlidirlər.  
Sırf Beynəlxalq Muğam Festivalının ilk dəfə Azərbaycanda keçirilməsinə 
baxmayaraq,  o,  Özbəkistanın  Səmərqənd  festivalından  heç  də  geri  qalmadı. 
Hətta, bəzi istiqamətlərdə onu üstələdi də...  
Festivalda  müxtəlif  istiqamətlər  oldu,  həm  simfonik  muğamlar,  muğam 
operaları,  həm  də  caz-muğam  ifa  edildi.  Bakıya  bir  çox  muğam 
tədqiqatçıları,  alimlər  gəlmişdi.  Bütün  bunlar  Azərbaycan  muğamının 
inkişafının tarixində, inkişaf xəttinin, musiqinin müxtəlif janrlarına təsirini və 
bu  təsir  nəticəsində  meydana  gəlmiş  yeni  janrlar  nümayiş  edildi.  Digər 
ölkələrin  muğam,  makam  və  makamat  sənətinin  mahir  ifaçıları  ifa 
bacarıqlarını  nümayiş  etdirdilər.  Hesab  edirəm  ki,  dünya  musiqi  sferasında 
tarixi  bir  hadisə  olan  bu  festival  muğamın  böyük  perspektivli  bir  musiqi 
istiqaməti olduğundan xəbər verdi.  
Bu festival çərçivəsində Beynəlxalq Muğam müsabiqəsi keçirildi. Beynəl-
xalq Muğam müsabiqəsində muğam və yaxud muğama yaxın olan musiqilər 
ifa  olundu.  İfaçılar  üçün  35  yaş  həddi  qoyulmuşdu.  Bir  çox  ölkələrin 
nümayəndələri  «Qarabağ  şikəstəsi»,  «Bayatı-Şiraz»  və  başqa  Azərbaycan 
muğamlarını ifa etmələri onların Azərbaycana hörməti kimi qiymətləndirmək 
olardı.  
İfaların  dəyərləndirilməsi  böyük  çətinlik  yaradırdı,  üstəlik  milli  seçimlə 
də ola bilməzdi, yəni bu pisdir, flan yaxşıdır. Hər bir xalqın öz mədəniyyəti 
var,  o  mədəniyyətə  sadəcə  olaraq,  baş  əymək  lazımdır  və  onu 


4
 
dəyərləndirməmək düzgün olmazdı.  
Beynəlxalq  Mugam  Festivalının  proqramı  çox  maraqlı  tərtib  olunmuşdu. 
Festivalın proqramına nəzər yetirəndə əlvan, rəngarəng, bir-birindən maraqlı 
tədbirləri, konsertləri bir daha məmuniyyətlə xatırlayıram:  
18  mart  saat  18
00
.
 
Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrı. 
Üzeyir  Hacıbəyli  «Koroğlu»  operası.  Solistlər:  Samir  Cəfərov  və  İlahə 
Əfəndiyeva.  
19  mart  saat  19
00
.
   
Azərbaycan  Dövlət  Filarmoniyası  Üzeyir  Hacıbəyli 
adına  Azərbaycan  Dövlət  Simfonik  Orkestrinin  konserti.  Üzeyir  Hacıbəyli 
adına  Azərbaycan  Dövlət  Simfonik  Orkestri.  Bədii  rəhbər  və  baş  dirijor: 
Rauf  Abdullayev.  Proqramda:  Fikrət  Əmirovun  «Şur»,  «Kürd-Ovşarı», 
«Gülüstan Bayatı-Şiraz» simfonik muğamları. 
20 mart saat 18
00
.
 
Beynəlxalq Muğam Mərkəzi. Beynəlxalq Muğam Fes-
tivalının açılış mərasimi və konsert.  
21 mart saat 17
00
. Beynəlxalq Muğam Mərkəzi. «Rast» muğam dəstgahı, 
Mənsum  İbrahimov  (Azərbaycan).  «Maraghi»  ansamblı.  Solist:  Sepideh 
Raissadat  (İtaliya).  «Əl  Kindi»  ansamblı.  Solist:  Omar  Sarmini  (Suriya). 
«Bayatı-Şiraz» muğam dəstgahı, Mələkxanım Əyyubova (Azərbaycan). Saat 
21
00
. Caz – Mərkəzi. Azərbaycan caz ifaçılarının konserti. Etno-caz musiqisi 
axşamı. 
 22 mart saat 18
00
. Beynəlxalq Muğam Mərkəzi. «Segah» muğam dəstga-
hı,  Ağaxan  Abdullayev  (Azərbaycan).  «Anqam  Al  Rafidain»  ansamblı.  So-
list:  Taha  Qərib  Al  Alak  (İraq).  Ayşemqul  Memmet  (Çin).  Saat  18
00
.  Azər-
baycan Dövlət Akademik Opera və Balet Teatrı. Üzeyir Hacıbəyli «Leyli və 
Məcnun» operası. Solistlər: Aygün Bayramova və Səbuhi İbayev. 
23 mart saat 18
00
. Beynəlxalq Muğam Mərkəzi. «Hümayun» muğam dəst-
gahı,  Səkinə  İsmayılova  (Azərbaycan).  «Şüştər»  muğam  dəstgahı,  Nuriyyə 
Hüseynova  (Azərbaycan).  «Nahda»  ansamblı.  Solist:  Taoufik  Himmiçi 
(Mərakeş). «Çargox» ansamblı. Solist: Nodira Pirmatova (Özbəkistan). Saat 
19
00
. Azərbaycan Dövlət Filarmoniyası. Üzeyir Hacıbəyli adına Azərbaycan 
Dövlət  Simfonik  Orkestri  və  Xor  Kapellasının  konserti.  Üzeyir  Hacıbəyli 
adına  Azərbaycan  Dövlət  Simfonik  Orkestri.  Bədii  rəhbər  və  baş  dirijor: 
Rauf  Abdullayev.  Azərbaycan  Dövlət  Xor  Kapellası.  Bədii  rəhbər:  Gülbacı 
İmanova.  Proqramda:  Niyazi  «Rast»  simfonik  mugamı.  Aqşin  Əlizadə 
Simfoniya  №4,  «Muğamvari».  Nazim  Əliverdibəyov  «Bayatı-Şiraz»  xor 
muğamı.  Cahangir  Cahangirov  «Füzuli»  kantatası.  Solist:  Aygün 
Bayramova. Saat 21
00
. Caz – Mərkəzi. Azərbaycan caz ifaçılarının konserti. 
Etno-caz musiqisi.  
24 mart saat 18
00
. Beynəlxalq Muğam Mərkəzi. «Çahargah» muğam dəst-
gahı, Alim Qasımov (Azərbaycan). Müzəffər Şafıi (İran). Hüseyn Əl Ədhəmi 
(İraq).  Saat  18
00
.  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrı. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə