B I b L i o q r a f I y a 1



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
  1   2   3   4   5   6   7   8   9   ...   57


B i b l i o q r a f i y a  

 
 
 
 
 
 
 
 
 
Azərbaycan ədibləri 
 
 
 
Mustafa Çəmənli 
(Mustafayev Mustafa Şura oğlu) 
 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
Bakı – 2017 
 
 


M u s t a f a   Ç ə m ə n l i  

 
KBT  Я19:Ш+Ш5(2=Аз)7-44я1 
UOT  016:821.512.162 
 
 
Tərtibçi
 
 
Mehriban Cəfərova   
 
 
 
 
 
 
Elmi redaktor: 
       
Kərim Tahirov, 
professor, 
Əməkdar mədəniyyət iĢçisi 
 
Redaktor: 
 
 
Gülbəniz Səfərəliyeva, 
Əməkdar mədəniyyət iĢçisi 
 
 
 
 
Mustafa Çəmənli (Mustafayev Mustafa Şura oğlu): biblioq-
rafiya /tərt. ed. M.Cəfərova; elmi red. K.Tahirov; red. G.Səfərəli-
yeva. – Bakı, 2017. – 200 s. 
 
 
 
 
 
Azərbaycan  Milli  Kitabxanasının  hazırladığı  “Mustafa  Çəmənli”  adlı 
biblioqrafik  göstəricidə  Azərbaycan  ədəbiyyatının  tanınmış  nümayəndəsi, 
nasir, publisist Mustafa Çəmənlinin 1972-ci  ildən 2017-ci ilədək nəşr  edilmiş 
əsərləri, həyat və yaradıcılığı haqqında olan materiallar toplanmışdır. Vəsaitdə 
yazıçının  həyat  və  fəaliyyətinin  əsas  tarixləri,  görkəmli  şəxsiyyətlərin  onun 
haqqında fikirləri də öz əksini tapmışdır.  
Kitab  ədəbiyyatşünas  alimlər,  tədqiqatçılar,  kitabxanaçı-biblioqraflar  və 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.    
 
 
 
 
 
ISBN  978-9952-453-67-6 
 
© Azərbaycan Milli Kitabxanası, 2017 
 
 


B i b l i o q r a f i y a  

 
 
Tərtibçidən 
M
ustafa  Çəmənli  çağdaş  Azərbaycan  ədəbiyyatının  tanın-
mış  nümayəndələrindən  biridir.  XX  əsrin  70-ci  illərində  ədəbiy-
yata  gələn  Mustafa  Çəmənlinin  hekayələri,  povest  və  romanları, 
eləcə  də  bədii  publisistik  əsərləri  Azərbaycan  ədəbiyyatının 
dəyərli nümunələri sırasında öz layiqli yerini tutmuşdur.  
Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seri-
yasından hazırladığı “Mustafa  Çəmənli” adlı göstərici onun haq-
qında  tərtib  olunmuş  ilk  biblioqrafik  vəsaitdir.  Vəsaitdə  yazıçı-
publisistin  yaradıcılığını  əks  etdirən  1972-2017-ci  illərdə  dərc 
edilmiş materiallar toplanmışdır.  
Göstərici  3  hissədən  ibarətdir:  I  hissə  −  Əsərləri;  II  hissə  − 
Yaradıcılığı haqqında; III hissə − Köməkçi göstəricilər. Mustafa 
Çəmənli yaradıcılığına xas olan janr və forma müxtəlifliyi nəzərə 
alınaraq ayrı-ayrı hissələr daxilində bölmələr yaradılmışdır. Böl-
mələr  və  yarımbölmələr  daxilində  isə  materiallar  xronoloji  prin-
siplə və əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır. 
Kitab  ədəbiyyatşünas  alimlər,  tədqiqatçılar,  kitabxanaçı-bib-
lioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə 
və  oxuculara  əvvəlcədən  minnətdarlığımızı  bildirərək,  təklif  və 
rəylərini  M.F.Axundov  adına  Milli  Kitabxanaya  göndərmələrini 
xahiş edirik. 
 
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57; 
E-mail: contact@anl.az;  
URL: www.anl. 
 
 
 


M u s t a f a   Ç ə m ə n l i  

 
 
Öz nəğməsini oxuyan yazıçı 
 
Mustafa Çəmənlinin əsərlərindən birində oxuduğum bir fikir 
vaxtaşırı yadıma düşür: “Hər kəs içində öz nəğməsini oxuyur”. 
Bunu  görkəmli  nasir,  publisist,  muğam  ifaçılığımızın  yorul-
maz tədqiqatçısı, onlarla bədii və publisistik əsərin müəllifi gəlişi 
gözəl söz kimi deməyib, bu, onun dərin inamıdır, çünki o, özü də 
öz  səsi,  öz  nəğməsi  olan  insandır.  Yazıçı  qələmi  ilə  o,  gah  zilə 
qalxır, gah bəmə enir, amma heç vaxt xaric oxumur. Çünki əlli ili 
əhatə  edən  yaradıcılığı  dövründə  Mustafa  Çəmənli  ona  həmişə 
düzgün yol göstərən qəlbinin səsi ilə işləyib, tanıdığı-bildiyi möv-
zulara vicdanla yanaşıb, nə yazıbsa, ürəklə, canyanğısı ilə yazıb. 
Nədir  M.Çəmənli  yaradıcılığını  ədəbiyyatımızda  seçdirən 
əsas  xüsusiyyətlər?  İlk  növbədə,  yazıçının  çox  çətin  mövzulara 
müraciət etməsi və həmin  mövzuların işlənməsində dərin qatlara 
enməsi,  mövzunun  təqdimatında  yüngül  belletristik  effektlərdən 
qaçması,  oxunmaq  xatirinə  zamanımızda  dəbdə  olan  sensasiya 
xarakterli şouvarı səhnələrdən yan keçməsi, həyat və təbiət lövhə-
lərini  gerçəkliyin  özünə uyğun realist  təsvirdə verməsi,  yaratdığı 
qəhrəmanları  qısqanc  bir  məhəbbətlə  sevməsi  və  sevdirə  bilmə-
si...  Nəticə  isə  gözləniləndir,  az  vaxt  ərzində,  bakılılar  demiş, 
“muşqulat”  ədəbiyyatına  alışmış  oxucuların  çox  olmasına  rəğ-
mən, M.Çəmənlinin əsərləri geniş oxucu auditoriyası qazana bilir. 
Ömrünü yazıya həsr etmiş hər bir ciddi yazıçının yaradıcılığı 
müəyyən  mərhələlərdən  keçir,  bu  mərhələlərin  hər  biri  yazıçının 
yaratdığı əsərlərin mövzu sanbalı, bədii keyfiyyəti, ədəbiyyatımı-
za  gətirdiyi  ab-hava  ilə  şərtlənir.  M.Çəmənlinin  yaradıcılığında 
da  belə  mərhələlər  mövcuddur.  Bunlardan  biri  onun  məşhur 
“Xallı gürzə” romanıdır. 
Mustafa Çəmənli həmişə  çiynini  ağır  mövzular altına verən, 
bir kitabı yazıb başa çatdırmaq üçün onlarla kitaba, tarixi məxəzə, 
yüzlərlə arxiv sənədinə müraciət edən zəhmətkeş yazıçıdır. Bəhs 
etdiyi dövrün mürəkkəbliyinə, genişliyinə, surətlərin və hadisələ-


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə