B irləşmiş Ştatlar Konstitusiyası tərəfindən



Yüklə 18,08 Kb.
Pdf görüntüsü
tarix20.02.2018
ölçüsü18,08 Kb.
#27212


Konstitusiyaya edilən 10 düzəliş və sonralar Hüquqlar haqqında Bill adı ilə tanınan bu sənəd Birləşmiş Ştatlar Konqresinin üçdə-iki səs 

çoxluğu ilə qəbul olunmuş və daha sonra isə ştat qanunvericilərinin lazım olan dörddə-üç səs çoxluğu ilə təsdiq olunmuşdur. 

Milli Arxiv

B

irləşmiş  Ştatlar  Konstitusiyası  tərəfindən 



yaradılmış yeni mərkəzi hökumətin həddən 

artıq  gücə  sahib  olması  ehtimalı  bir  çox 

vətəndaşı  narahat  etdiyi  üçün  söz,  mətbuat,  din 

və  digər  əsas  hüquq  və  azadlıqların  qorunması 

məqsədilə  konstitusiyaya  düzəlişlər  təklif 

olundu.  Belə  düzəlişlərdən  onu  qəbul  olundu 

və  bu  gün  bunlar  Hüquqlar  haqqında  Bill  adı  

ilə məşhurdur.   



I-ci Düzəliş 

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Konqres  hər  hansı  bir  din  müəssisəsinə  hörmətlə  yanaşan 

və  yaxud  dini  ibadət  sərbəstliyini  yasaqlamağa  yönəlmiş, 

həmçinin  söz  və  mətbuat  azadlığını,xalqın  dinc  toplaşmaq 

və  şikayətlərinin  aradan  qaldırılması  üçün  hökumətə  sorğu 

etmək hüququnu məhdudlaşdıran heç bir qanun verməyəcək.

II-ci Düzəliş 

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Azad  dövlətin  təhlükəsizliyi  üçün  nizamlı  silahlı  dəstənin 

zəruriliyi  nəzərdə  tutularaq  insanların  silah  saxlamaq  və 

gəzdirmək hüququ pozulmayacaq.

III-cü Düzəliş 

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur) 

Heç bir əsgərə ev sahibinin icazəsi olmadan istər sülh, istərsə 

də  qanunla  nəzərdə  tutulmuş  formadan  kənar  müharibə 

zamanı sığınacaq verilməyəcək.

IV-cü Düzəliş  

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Səbəbsiz axtarış və müsadirələrə qarşı insanların şəxsi həyat, 

yazılı sənəd, daşınan və daşınmaz əmlakını qorumaq hüquq və 

toxunulmazlığına qəsd edilməyəcək, axtarılacaq yer, tutulacaq 

şəxs və ya müsadirə ediləcək əşya xüsusilə göstərilməklə, and 

və ya təsdiqə əsaslanan böyük ehtimal səbəbi olan hallardan 

başqa heç bir axtarışa icazə verilməyəcək.



V-ci Düzəliş 

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Heç  bir  kəs  ictimai  təhlükə  və  ya  müharibə  zamanı,  quru 

qoşunlarında, hərbi dəniz qüvvələrində və ya silahlı dəstədə 



Hüquqlar haqqında Bill

Amerika Birləşmiş Ştatlarının Səfirliyi 

AzADlIğIn ƏsAslArI


həqiqi  xidmətdən  qaynaqlanan  hallar  istisna  olmaqla,  Böyük 

Jürinin ittiham aktı və ya bəyanatı olmadan ağır və ya xırda 

cinayətlər  üçün  sorğu-sual  olunmayacaq.  Heç  kəs  eyni  bir 

cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunmayacaq, 

heç  bir  cinayət  işində  özünə  qarşı  ifadə  verməyə  məcbur 

edilməyəcək,  xüsusi  qanuni  prosesə  əməl  olunmadan  həyat, 

azadlıq və mülkiyyətdən məhrum edilməyəcək, nə də ədalətli 

kompensasiya  olmadan  heç  kimin  şəxsi  mülkiyyəti  ictimai 

istifadə üçün əlindən alınmayacaq.   

VI-cı Düzəliş  

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Bütün cinayət işlərində ittiham olunan tərəfin ştat və cinayətin 

törədildiyi və qanunla qabaqcadan təsbit olunmuş ərazinin bitərəf 

jürisinin iştirakı ilə keçiriləcək sürətli və dövlət məhkəməsinə 

çıxış hüququ olacaq. Həmçinin müttəhim ona qarşı irəli sürülən 

ittihamların təbiəti və səbəbi ilə məlumatlandırılacaq, ona qarşı 

ifadə verən şahidlərlə üzləşəcək, xeyrinə şahid əldə etmək üçün 

məcburi proses və müdafiəsinin təşkili üçün isə vəkil yardımı 

ilə təmin olunacaq.    



VII-ci Düzəliş  

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Anqlo-sakson  hüquq  sisteminə  uyğun  olaraq  mübahisə 

məbləğinin  iyirmi  dolları  aşması  şərti  ilə  jüri  məhkəməsinin 

keçirilməsi hüququ saxlanılacaq və jüri üzvlərinin araşdırdığı 

heç bir fakta Birləşmiş Ştatların heç bir məhkəməsində anqlo-

sakson hüquq sisteminin qaydalarından kənar şəkildə yenidən 

baxılmayacaq. 



VIII-ci Düzəliş

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Hədsiz  təminat  tələb  olunmayacaq,  hədsiz  cərimələr  tətbiq 

olunmayacaq, qəddar və qeyri-adi cəzalar verilməyəcək.



IX-cu Düzəliş  

(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)

Konstitusiyada  sadalanmış  müəyyən  hüquqlar  xalqın  sahib 

olduğu  digər  hüquqları  məhdudlaşdırmaq  və  ya  inkar  etmək 

üçün sərh olunmayacaq.  

X-cu Düzəliş  

(1791-ci il dekabrın 15-də təsdiq olunmuşdur)

Konstitusiya  ilə  Birləşmiş  Ştatlara  həvalə  olunmamış  və  ya 

konstitusiya  ilə  ştatlara  qadağan  olunmamış  səlahiyyətlər 

əlaqədar ştatlara və ya xalqa məxsusdur. 

Nümayəndə Ceyms Madison düzəlişlərin Konqresdə həyata 

keçməsində və sonra onların doğma Vircinia ştatında təsdiqinə 

nail olunmasında həlledici rol oynamışdır.  ©

AP Şəkillər

Birləşmiş Ştatlar Senatı düzəlişləri təsdiq edən zaman  

Konqresin bu qanunverici qoluna sədrliyi Vitse Prezident  

Con Adams etmişdir. ©

AP Şəkillər

Azadlığın Əsasları

B İ R L Ə Ş M İ Ş   Ş TAT L A R I N   D Ö V L Ə T   D E PA R TA M E N T İ



B E Y N Ə L X A L Q   İ N F O R M A S İ YA  P R O Q R A M L A R I   B Ü R O S U

Yüklə 18,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə