Ba 823 managerial accounting and control



Yüklə 56,32 Kb.
tarix13.11.2017
ölçüsü56,32 Kb.
#10133


Azərbaycan Dövlət İqtisadUniversiteti | SABAH | Bakalavr
FİRMA İQTİSADİYYATI” fənni üzrə
SİLLABUS


Semestr: payız 2015



Müəllim: dos. Elşən BAĞIRZADƏ
Elektron mənbə: https://elsenbagirzade.wordpress.com/dersler/; https://www.facebook.com/e.bagirzade; e.bagirzade@gmail.com; elshan.baqirzade@aseu.edu.az
Fənnin əhatə dairəsi

Fənnin məqsədi tələbələrdə firma iqtisadiyyatının təməl biliklərini formalaşdırmaqdır. Bu kursda sadə seçim ideyasından başlayaraq, alternativ dəyər, bazarların işləmə mexanizminə qədər iqtisadi nəzəriyyənin bir çox mövzuları üzrə təməl biliklər verilməsi nəzərdə tutulmuşdur. Fənn firma iqtisadiyyatının əsaslarını əhatə etməklə, bazarların işləmə mexanizmi, istehsal xərcləri, bazarın tipləri, rəqabətli və digər bazarlarda firmaların fəaliyyəti, istehsal amilləri bazarları, istehlakçı seçimi nəzəriyyəsi kimi mövzuları özündə birləşdirir.


Öyrənmənin nəticələri:

Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:



  • Firma iqtisadiyyatının bir çox əsas anlayışlarını şərh edə biləcəklər;

  • Bazarların işləmə mexanizmini biləcəklər;

  • Firma davranışını dərk edə biləcəklər;

  • Firmaların istehsal xərclərini təhlil edə biləcəklər;

  • Müxtəlif tip bazarları (monopoliya, oliqapoliya, xalis rəqabət) təhlil edə biləcəklər;

  • İstehsal amilləri bazarının fəaliyyət mexanizmini biləcəklər;

  • İstehlakçı davranışını dərk edəcəklər.


Ədəbiyyat:

  1. N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində.

  2. N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition.

  3. Fənnin prezentasiyaları üçün: https://elsenbagirzade.wordpress.com/dersler/


Tədris proqramı

Həftə

Mövzu

Tapşırıq

Öyrənmə hədəfləri

Həftə 1

Giriş: Ekonomiksin on prinsipi

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 1; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 1.




Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

qıtlıq

ekonomiks

səmərəlilik

ədalət


alternativ dəyər

marjinal dəyişmə

bazar iqtisadiyyatı

bazarın iflası, yan (kənar) təsirlər

bazar gücü, məhsuldarlıq

inflyasiya

Filips əyrisi

biznes tsikli



Həftə 2

Tələb və təklif bazarın hərəkətverici qüvvələri kimi

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 4; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 4.




Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

bazar

rəqabətli bazar

tələbin həcmi

tələb qanunu

tələb qrafiki

tələb əyrisi

normal əmtəə

keyfiyyətsiz əmtəə

əvəzedicilər

tamamlayıcılar

təklifin həcmi

təklif qanunu

təklif qrafiki

təklif əyrisi

tarazlıq

tarazlıq qiyməti

tarazlıq miqdarı

izafilik

çatışmazlıq (qıtlıq)

tələb və təklif qanunu



Həftə 3

Elastiklik və onun tətbiqi

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 5; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 5.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

elastiklik

tələbin qiymət elastikliyi

məcmu gəlir

tələbin gəlir elastikliyi

tələbin çarpaz-qiymət elastikliyi

təklifin qiymət elastikliyi



Həftə 4

Tələb, təklif və dövlət siyasəti

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 6; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 6.




Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

qiymət maksimumu

qiymət minimumu

vergiyə cəlb olunma


Həftə 5

İstehlakçılar, istehsalçılar və bazarların səmərəliliyi

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 7; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 7.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr

ödəməyə hazır olma

istehsalçının izafi faydası

istehlakçının izafi faydası

məsrəflər

səmərəlilik

ədalətlilik


Həftə 6

Kənar təsirlər

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 10; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 10.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

kənar təsir

kənar təsirin daxililəşdirilməsi

Koas teoremi

sövdələşmə xərcləri

Piqo vergisi


Həftə 7

İctimai əmtəə və ortaq sərvətlər

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 11; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 11.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

istehlakı qadağan edilə bilən əmtəə

istehlak etdikcə tükənən əmtəə

özəl əmtəələr

ictmai əmtəə

ortaq sərvətlər

müftəxor


məsrəf-mənfəət təhlili

ortaqların faciəsi




Həftə 8

Vergi sisteminin quruluşu

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 12; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 12.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

büdcə profsiti

büdcə kəsiri

orta vergi dərəcəsi

marjinal vergi dərəcəsi

sabit vergi

faydalılıq prinsipi

ödəmə qabiliyyəti prinsipi

şaquli ədalətlilik

üfüqi ədalətlilik

proporsional vergi

reqressiv vergi

proqressiv vergi



Həftə 9

İstehsal xərcləri

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 13; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 13.




Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

məcmu gəlir

məcmu xərc

mənfəət

aşkar xərclər



gizli xərclər

iqtisadi mənfəət

muhasibat uçotu üzrə mənfəət

istehsal funksiyası

marjinal istehsal

azalan marjinal istehsal

dəyişməz xərclər

dəyişən xərclər

orta məcmu xərclər

orta dəyişməz xərclər

orta dəyişən xərclər

marjinal xərclər

səmərəlilik həddi

istehsalın artması nəticəsində maya dəyərinin azalması

istehsalın artması nəticəsində maya dəyərinin artması

Sabit istehsal səmərəliliyi



Həftə 10

Rəqabətli bazarda firmalar

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 14; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 14.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

rəqabətli bazar

orta gəlir

marjinal gəlir

batmış xərclər



Həftə 11

İnhisar

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 15; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 15.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

inhisar

təbii inhisar

qiymət ayrı-seçkiliyi


Həftə 12

Oliqapoliya

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 16; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 16.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

oliqapoliya

inhisarçı rəqabət

birləşmə

kartel


Nəş tarazlığı

oyunlar nəzəriyyəsi

dustaqların dilemması

dominant strategiya



Həftə 13

İnhisarçı rəqabət

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 17; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 17.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

inhisarçı rəqabət

Həftə 14

İstehsal amilləri bazarı

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 18; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 18.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

istehsal amilləri

istehsal funksiyası

əməyin marjinal məhsuldarlığı

azalan marjinal məhsuldarlıq qanunu

marjinal məhsuldarlığın dəyəri

kapital


Həftə 15

İstehlakçı seçimi nəzəriyyəsi

Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 21; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 21.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

Büdcə məhdudiyyəti

Bitərəflilik əyrisi

marjinal əvəzləşdirmə dərəcəsi

mükəmməl əvəzedici əmtəələr

mükəmməl tamamlayıcı əmtəələr

normal əmtəə

keyfiyyətsiz əmtəə

gəlir effekti

əvəzetmə effekti

Qiffen əmtəəsi






Yekun imtahan


Qiymətləndirmə
Qiymətləndirmə komponenti Ballar

Davamiyyət 10

Sərbəst iş (prezentasiya) 10

Kollokvium 1 10

Kollokvium 2 10

Kollokvium 3 10


Yekun imtahan 50


Cəmi 100

Davamiyyət və davranış qaydaları:
Davamiyyət jurnalda qeyd edilir. Hər hansı dərsdə 15 dəqiqədən çox iştirak etməyən tələbə üçün həmin dərs jurnalında “qb” (qaib) qeyd olunur. Qaib sayı tələbənin müvəffəqiyyətinə təsir edir (hökumət tərəfindən tənzimlənir). 25% dərs buraxan tələbə yekun imtahana buraxılmır.
Dərsə gəlməyən tələbə dərsə aid qeydləri və verilən tapşırıqları digər tələbələrdən əldə etməlidir.
Dərs və imtahan zamanı mobil telefonlar və başqa elektron cihazlar söndürülməlidir. Qaydalara əməl etməyən tələbə sinif otağından çıxarılır.
Dərs zamanı tələbənin davranışı müəllimin dərs keçməyinə və digər tələbələrin öyrənməsinə mane olmamalıdır. Müəllimin davranışa görə tələbəni sinifdən çıxarmaq haqqı var.
Kollokvium və imtahanlarda köçürməyə və ya köçürmə cəhdlərinə yol verilmir və müvafiq qaydada cəza tədbirləri doğurur.

Qiymətləndirmə alətlərinin məzmununun açıqlanması
Kollokvium 1: Tələbələrə ilk 1-5-ci həftələrin mövzularını əhatə edən suallar təqdim ediləcəkdir. Tələbələr auditoriyada sualları cavablandıracaqdır.
Kollokvium 2: Tələbələrə 6-10-cu həftələrin mövuzlarını əhatə edən suallar təqdim ediləcəkdir. Tələbələr auditoriyada sualları cavablandıracaqdır.
Kollokvium 3: Tələbələrə seminar dərslərində aldıqları balların orta qiyməti əsasında qiymət yazılacaqdır.
Sərbəst iş: Müəllim semestrin əvvəlində hər tələbəyə bir araşdırma mövzusu təqdim edəcək və tələbə semestrin son ayına qədər bu mövzu üzrə araşdırmalarını aparacaqdır. Semestrin son ayında tələbələr apardıqları araşdırmaların nəticələrini prezentasiya edəcəkdir.



Yüklə 56,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə