Babayeva t



Yüklə 47,45 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü47,45 Kb.
#18779


BABAYEVA T. 

TÜLKÜ


 VƏ

 CANAVAR 

(MİN BİR GECƏDƏN İQTİBAS) 



 

 

 



 

 

 



 

 

 



F. Köçərli adına 

Äzərbaycan 

Dövlət Uşaq 

Kitabxanası 

iNV. № 58731 

AZƏRNƏŞR 

Uşaq ədəbiyyatı şöbəsi  

Bakı — 1938

 

 

 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Redaktoru: SeyidzadəM.  



Texredaktoru: Aşirov S. 

Korrektoru: Kərimov A. K. 

Istehsalata verilmis 17|V-38. 

Çapa imzalanmıs 23/VI-38. 

Çap listi 

3

/



4

. Kağız formatı 72X94 

1

/

16 


Bir cap listində getmiş hürufat 23808 

Tiraj 12000. Sifariş №669. 

Qiyməti 25 qəp., cildi 45 qəp. 

Baş Mətbuat Müdirliyi Müvəkkilliyi № 4320. 

Azərnəşr № 224

/



Azərnəşr

 mətbəəsində

 basıldı, 26-lar adına “Kitab Sarayı”  Bakı, 

Əli Bayramov küçəsi.

 



Bir tülkü ilə bir canavar vardı. Onlar bir yerdə 

yaşardı.  Nə  tülkü  tapdığını  canavarla  bömək 

istərdi, nə də canavar tülkü ilə. Bölgü üstə həmişə 

aralarında  dava  düşərdi.  Canavar  tülküdən  güclü 

olduğundan  tülkünün  payını  əlindən  alardı.  Tülkü 

payını verməsəydi canavar onu didişdirərdi. 

Tülkü  yaşayışından  bezmişdi.  Odur  ki,  cana-

vara tələ qurmağa çalışırdı. 

Bir  gün  tülkünün  ürəyindən  üzüm  yemək 

keçdi.  Özünü  şəhər  bağlarının  birinə  verdi.  Divar 

deşiyindən içəri girmək istədi. Qarşısında bir dərin 

quyu  gördü.  Bağ  sahibinin  quyuda  tələ  qurduğunu 

başa düşüb öz-özünə dedi: 

“Əcəbdir  əcəb  bu  quyuya  dostum  canavarı 

salsam pis olmaz”. 

Canavarın yanına qayıdıb ona dedi: 

—  Qurd  qardaş  nə  durmusan!  Nə  boynunu 

burmusan, bir sahibsiz bağ tapmışam, orda o qədər 

toyuq cücə var ki, yemək ilə qurtarmaz. 

Canavar  iki  gündü  acdı  yeməyə  bir  şey 

tapmamışdı,  dişlərini  qıcırdadıb  tülkünün  dalınca 

bağa  getdi.  Divarın  deşiyinə  çatcaq  tülkü  ayaq 

saxladı canavara: 



 


—Buyur  bağa  içəri  gir!—dedi.  Canavar 

deşikdən  içəri  soxulan  kimi  başı  üstə  quyuya 

düşdü. 

Tülkü  sevindiyindən  qəh-qəh  çəkib  gülməyə 



başladı. 

 



Əcəb  oldu.  Kələyim  baş  tutdu,  qurulan 

tələyə  düşmənim  düşdü,  bundan  sonra  rahat 

yaşayaram—deyib  yavaş-yavaş  canavar  düşən 

quyunun  başına  gəldi.  Canavar  zar-zar  ağlayırdı. 

Tülkü bunu görüb dedi: 

—Ey  heyvanların  çirkini.  Tamah  səni  gör  nə 

bəlalara  saldı.  Ey  axmaqların  böyüyü.  Düz  yolu 

qoyub  özünü  quyuya  saldın.  İndi  səni  adamlar 

Burda  daşla  öldürər.—Bu  sözlərlə  canavarın 

qorxusunu artırdı. 

Tülkünü  indiyə  qədər  gücsüz  sanan  canavar 

yalvarmağa başladı. 

—Tülkü  qardaş.  Mənim  sənə  çox  yaxşılıq- 

larım  olub  səni  yanımda  saxlamışam,  başqa 

canavarlardan  qorumuşam,  nə  olar,  indi  sən  də 

mənə yaxşılıq elə, məni bu bəladan qurtar. 

Canavar  bu  sözləri  deyib  yuxarı  baxdı,  gördü 

tülkü quyu başında һönkür-һönkür ağlayır, elə fikir 

etdi ki, ona yazığı gəldiyi üçün ağlayır, dedi: 

—Tülkü  qardaş  ağlama.  Ağlamaqdan  bir  şey 

çıxmaz.  Bilirəm  sənə  etdiyim  yaxşılıqlar  yadına 

düşüb  ona  görə  ağlayırsan,  məni  buradan 

qurtarmağa  yollar  axtarırsan.  Tez  ol  adamlar 

gəlməmiş məni buradan çıxart.




 


Tülkü  gözlərinin  yaşını  sildi,  acıqlı-acıqlı 

cavab verdi. 

—Ey  zülmkar  heyvan  sənə  yazığım  gəl-  . 

diyindən  ağlamıram.  Sən  mənim  canımın 

düşmənisən,  səni  bu  tələyə  salan  mənəm  mən. 

Mən  ona  görə  ağlayıram  ki,  sən  niyə  indiyə 

qədər  sağ  qalmısan.  Bu  tələyə  bir  gün  burdan 

qaçaq  düşsəydin  indi  ölmüş  olardın,  mən  də  bir 

gün səndən az əziyyət çəkərdim. Məni incitdiyin 

zamanları  yadıma  salıb  ağlayıram.  Bu  saat  səs 

salıb səni öldürtdürəcəyəm. 

Canavar  bu  sözləri  eşidib  ölümünü  göz 

qabağına  gətirdi.  Ata-anası  yadına  düşdü, 

ağlayıb dedi: 

—Ay tülkü qardaş. Mənim taxsırımdan keç, 

məni buradan çıxart, ata-baba sözüdür deyərlər. 

“Yaxşılığa  yaxşılıq  һər  kişinin  işidir, 

yamanlığa yaxşılıq ər kişinin işidir.” 

Rəhimli  ol.  Məni  buradan  çıxart,  nə  is- 

təsən sənə verərəm, nə qədər ömrüm varsa sənə 

hörmət edərəm. 

Tülkünü gülmək tutdu, dedi: 

—Ay  zalım,  mən  səni  buradan  xilas  edə 

bilmərəm,  sən  burada  ölməlisən.  Sənə  yazığım 

gəlib,  quyudan  çıxartsam  qorxuram  qırğı 

göyərçinin  başına  gətirən  oyunu  sən  də  mənim 

başıma gətirəsən.



 


Canavar  tülküdən  qırğı  ilə  göyərçinin  əh- 

valatını danışmağı xahiş etdi, tülkü dedi: 

“Bir  gün  bir  yazıq  göyərçin  öz  yuvasının 

yanında  güllükdə, çiçəklikdə dənlənirdi. Göydə  bir 

qırğı  ucurdu.  Qırğı  göyərçini  görüb  onu  tutmaq 

istədi.  Göyərçin  çırpına-çırpına  özünü  yuvasına 

saldı.  Qırğı  göyərçini  tuta  bilmədi.  Göyərçinə 

yaltaqlanıb  dedi,  ay  yazıq  səni  çiçəklikdə  dənsiz 

görüb mən sənin üçün dən gətirmişəm. Sən nə üçün 

məndən  qorxub  gizlənirsən.  Çölə  çıx  gətirdiyim 

dənləri ye! Göyərçin qırğının sözlərinə aldanıb dən 

yemək  üçün  yuvasından  bayıra  çıxdı.  Dərhal  qırğı 

göyərçini  basmarladı, tüklərini cəngəsi ilə  qopardı, 

ətini yedi”. 

Indi  ay  axmaq  canavar,  səni  mən  quyudan 

çıxartsam  olmazın  zülmləri  mənim  başıma 

gətirərsən.  Sən  burada  qalmalısan,  daşa  basılma-

lısan. 


Canavarın əli hər yandan üzüldü, ağlayıb dedi: 

—Ay  tülkü  qardaş  mənə  nə  etsən  azdır.  Mən 

çanımdan  keçmişəm,  etdiyim  işlərdən  peşman 

olmuşam,  əyər  sağ  qalsam  söz  verirəm  ki,  hec  bir 

kəsi  özümdən  incitməyəcəyəm.  Yaxşı-yaman  bir 

müddət  səninlə  yoldaşlığım  olub,  atalar  sözüdür 

deyərlər  “yaxşı  yoldaş  min  qardaşdan  artıqdır.” 

Tülkü  qardaş,  sən  mənə  rəhm  elə  məni  buradan 

çıxar!.. 

Tülkü canavarın sözlərinə acıqlanıb dedi: 




—Ay  hayasız  mən  səni  quyudan  çıxarıb 

özümü bəlaya sala bilmərəm. 

Tülkü  quyruğunu  şax  eləyib  quyuya  uzatdı. 

Quyruğu  ilə  canavarın  üzünə-gözünə  vurmağa 

başladı. 

Tülkünün  quyruğu  canavarın  əlinə  keçdi,  iki 

əlilə  bərk  yapışıb  tülkünü  dartıb  quyuya  saldı. 

Canavar  tülkünün  boğazından  yapışdı.  Onu  boğub 

öldürmək istədi. 

Tülkü quyruqunu  canavarın əlinə  verib özünü 

ölümə saldığından bərk peşman olmuşdu. Canavara 

yaltaqlanıb dedi: 

—Ay  qurd  qardaş  məni  öldyrməyə  tələsmə, 

yoxsa  peşman  olarsan.  Mən  sənin  sözlərinə 

inandım,  quyruqumu  quyuya  uzatdım  ki,  sən 

yapışıb quyudan çıxasan. Yaxşılığımın əvəzində isə 

sən məni öldürmək istəyirsən. 

Canavar acığından dişlərini qıcırdadıb dedi: 

—Ey  hiyləgər  tülkü,  yalan  danışma,  əyər 

quyruğunu məni qurtarmaq üçün uzatmışdınsa baş-

gözümə niyə vururdun? 

Tülkü yalvarıb dedi: 

—Ay canım. Mən səninlə zarafat edirdim, bir 

də mənim yumşaq tüklü quyruğum səni incitməzdi 

ki. Dəliliyi burax, günortadır, buradan çıxmağa bir 

yol tapmaq lazımdır. 

Canavar  tülkünün  sözlərinə  aldanıb  ondan  əl 

çəkdi və quyudan nə təhər çıxa biləcəklərini ondan 

soruşdu.



Tülkü dedi: 

—Buradan  çıxmağa  ancaq  bir  yol  var,  sən 

gərək  quyunun  ortasında  durasan,  mən  də  sənin 

çiyninə  çıxıb  bayıra tollanam.  Sonra  səni  quyudan 

çıxaram. 

Canavar  tülkü  deyən  kimi  etdi.  Tülkü  ca- 

navarın çiyninə çıxıb bayıra sıçradı, qah-qahla gül-

məyə başladı. Canavar quyunun içindən qışqırırdı: 

—Ay  tülkü  qardaş,  ürəyim  darıxdı,  məni 

buradan tez çıxart, dostluğunu mənə sübut elə. 

Tülkü gülüb dedi: 

—Boş-boş  danışma!  Mən  quyruğumu  sənin 

əlinə verə bilmərəm. Sənin mənimlə dostluğun ilan 

ilə  yoldan  ötən  kişinin  dostluğuna  bənzər.  Adam 

ilandan  xeyr  görə  bilmədiyi  kimi  mən  də  səndən 

xeyr görə bilmərəm. 

Canavar dedi: 

—Ay  tülkü  qardaş  zarafatı  burax.  De  görək 

ilan adama nə etmişdi ki, məni ona oxşadırsan. Bu 

əhvalatı danışsan gələcəkdə mən də özümü ilandan 

qoruyaram. 

Tülkü cavabında: 

—Ay  canavar  mənim  ilanım  sənsən,  sənə 

yaxşılıq edib quyudan çıxartsam ilan insanın başına 

gətirdiyi işi sən də mənim başıma gətirərsən. Qulaq 

as hekayəni sənin üçün danışım: 

—Deyirlər  ki:  Bir  gün  bir  ilan,  ilan  tutan 

kişinin  əlindən  qurtarıb  ürəyi  çırpına-çırpına

 

yoldan qaçırdı.



 

Yolda sadə ürəkli bir cavan oğlana




rast gəldi yalvarıb dedi: 

—Ey  mərhəmətli  oğlan  mənə  yazığın  gəlsin, 

dalımca ilan tutan  yüyürür, o məni öldürüb dərimi 

soymaq istəyir. Məni onun əlindən qurtar sənə çox 

yaxşılığım dəyər. 

Oğlanın  ilana  yazığı  gəldi.  Onu  yerdən 

götürüb  qoynunda  gizlətdi.  Bir  az  sonra  ilan  tutan 

gəlib bunların yanından keçdi, ilanı tapa bilmədiyi 

üçün  çıxdı  getdi.  Kişi  gedəndən  sonra  oğlan  ilana 

dedi:  “Səni  tutmaq  istəyən  kişi  artıq  uzaqdadır. 

Aşağı  düş  haraya  getməlisənsə  get”.  Ilan  başını 

çıxarıb  dedi:  “Sənin  mənə  etdiyin  yaxşılığın 

əvəzində mən səni dişləməliyəm”. Oğlan nə qədər 

yalvardı  ki,  gəl  məni  incitmə,  ilan  qəbul  etmədi. 

Qolunu  dişləyib  oğlanı  zəhərlədi.  Yazıq  oğlan 

öldü. 


İndi  ay  canavar.  Mən  səni quyudan  çıxarsam 

sənin  yaxşılığın  məni  boğub  öldürmək  olacaqdır, 

çünki  sənin  xəmirin  pisliklə  yoğurulmuşdur.  Sən 

ölümə layiqsən! Bunu söyləyib tülkü ay haray, ay 

haray. 

Gəlin  canavar  quyuya  düşüb—deyə 



qışqırmağa başladı, özü isə qaçıb gizləndi. 

Bağban  və  onun  qonşuları  əllərinə  yaba, daş-

kəsək  alıb  quyunun  başına  yığıldılar,  canavarı 

quyuda görüb öldürdülər. 

Tülkü  isə quyruğunu  şəkləyib  çöldə gəzməyə 

başladı. 



Yüklə 47,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə