"Babəki verən xalqın özünü balaca sayması günahdır"



Yüklə 69,14 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü69,14 Kb.
#49765


"Babəki verən xalqın özünü balaca sayması günahdır" 

(14 mart Böyük Babəkin edam olunduğu gündür) 

 

 Yasin  Türksoy:  Ürəyinizdə  Günəş  olsun,  sayğılı  yurddaşlarımız!  Bu  gün  biz  Babək 



Xürrəmdinin  edam  olunmasının  ildönümü  qarşısındayıq.  Azərbaycanın  milli  dəyərlərinə  qarşı 

münasibət  bir  mənalı  olmadığı  kimi,  Babəkə  qarşı  da  münasibət  bir  mənalı  deyil.  Kimlərsə 

Babəki  İslam  Dünyabaxışının  daşıyıcısı,  müsəlman  hesab  edir,  kimlərsə  Sovet  ideologiyasının 

ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir 

Babək?  Bu  suala  cavab  tapmaq  üçün,  milli  düçüncə  sahibləri  olan  aydınlarımıza  üz  tuturuq: 

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq 

Bahadır,  Azərbaycanımızın  Güneyindən  olan  aydınımız  Ağşın  Ağkəmərli  suallarımızı 

cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər. 

-İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi? 

 Ağşın  bəy:  Çox  sağ  olun  bu  söhbəti  təşkil  etdiyinizə  görə.  Məsələyə  yanaşmaq  üçün  Babəkə 

qədər olan mühiti, tarixi vəziyyəti öyrənmək lazımdır. O faciəli dönəm 630- cu illərdən başlayır 

ki,  ərəblər  bizim  bölgəyə  basqın  etdilər.  603-  cü  ildə  Alban  Hökuməti  Cavanşirlə  Sasanilər 

birlikdə vahid bir ordu yaradırlar ərəblərin istilasına qarşı. Uzun müddət bu davam elədi. Sonra 

Sasani  dövlətinin  parçalanması  və  zəifləməsi  Alban  ordusunun  tək  qalmasına  gətirib  çıxartdı. 

Cavanşir öz torpaqlarına, Azərbaycana dönür, ittihaddan ayrılır, hardasa 5 ilə qədər mübarizəsini 

davam  edir.  Bu  dönəmdə  yeni  bir  era  başlayır.  Ərəblər  o  zaman  Azərbaycan  ərazisinə  gələndə 

yüksək  səviyyədə  inkişaf  eləmiş  bir  millət  idik.  İstər  musiqi  cəhətdən,  istər  incəsənət 

baxımından,  hətta  memarlıq,  heykəltaraşlıq  baxımından.  Ərəb  bununla  hesabalaşa  bilmirdi, 

ayaqlaşa  bilmirdi,  ona  görə  də  qadağa  qoyurdu.  Qadağa  qoymağa  başladı,  get-gedə  yoxsulluq, 

işsizlik,  səfalət  baş  alıb  getdi.  Tarixçilərimizin  fikrincə,  Babək  22  il  mübarizə  edib.  Babəkin 

mübarizəsini 22 il yox, 200 il nəzərə almaq lazımdır. Çünki ərəblərin işğalından sonra biz 100 ilə 

qədər özümüzə gələ bilmədik. Onun təpkisini, yan etkisini bu gün də biz hiss edirik. 8-ci yüzilin 

əvvəllərində  yoxsulluğun,  səfalətin,  əziyyətin  qapsadığı  millətin  içində  bir  üsyan  başladı.  Bu 

üsyan şübhəsiz ki, iki şeylə əlaqədə olmalıdır. Bir obyektiv şəraitlə, bir də subyektiv şəraitlə. 8-ci 

əsrin  ortaları,  9-cu  əsrin  əvvəllərindən  Xürrəmilik  düçüncəsi  ortaya  çıxır.  Xürrəmdinliyi 

araşdırsaq, onun kökünü Avestada görə bilərik... 

O zaman hər yerdə istilaya qarşı üsyan başlamışdı, amma əsas üsyan Babəklə başlamışdı. Babək 

ortaya çıxmaqla Azərbaycan bir dirçəlişə başladı... 

 

 Yasin: Soylu bəy, bir sıra çağdaş yazarlar Babəki müsəlman hesab edir, onun dinə qarşı deyil, 

ərəb işğalçılarına qarşı mübarizə apardığını iddia edirlər! Siz necə düşünürsünüz? 



 Soylu Atalı: Əslində Babəki müsəlman saymaq, yaxud da müsəlman sayaraq, guya ki, işğalçılıq 

faktına  qarşı  döyüşüb  fikri,  Azərbaycanda  istər  şifahi  şəkildə,  istərsə  də  yazılı  şəkildə  çox 

səslənib. Kökündən səhv hesab edirəm. Baxın, əgər Babək müsəlman idisə, onda Xürrəmdinlik 

nə demək idi?! Onda gərək Xürrəmdinliyi inkar eləyək. Əgər imkanları olsaydı, Xürrəmdinliyi 

inkar edərdilər. Xürrəmdinlik Baxışının özü böyük bir təlimdir. Asif Ata deyir ki, Xürrəmdinlik 

fəlsəfəsi olub, onu ərəblər yandırıblar. Məsələ burasındadır ki, Xürrəmdinlik prosesini dayandıra 

bilməyiblər, məhv edə bilməyiblər. Bu gün də süni şəkildə çox çalışırlar ki, onu təhrif eləsinlər. 

Bizim,  bir  xalq  olaraq,  nəhayət  ki,  ağlımız  başımıza  gəlməlidir.  Bütün  sahələrdə  öz  milli 




dəyərlərimizə  sahib  çıxmağı  bacarmalıyıq.  Həqiqəti  deməyi  bacarmalıyıq.  Həqiqəti  deyə 

bilmirik. Həqiqət ondan ibarətdir ki, Babək öz dinini, öz dünyabaxışını bu xalqa verirdi, özünün 

dini  dünyabaxışı  əsasında  xalqı  gələcəyə  aparmaq  uğrunda  mübarizə  aparırdı.  Ərəblərin 

“lailahəilləllah”  bayrağı  altında  ərəblərin  yürüşünə  qarşı  mübarizə  aparırdı.  Ərəb  yalnız  fiziki 

varlığı ilə qalmadı Azərbaycanda, dünyabaxışı ilə qaldı, prinsipləri ilə qaldı. Babəki müsəlman 

saymaq  kökündən  səhvdir.  Eləcə  də,  guya  Babək  sovetlərin  ortaya  çıxartdığı  bir  faktdır.  Guya 

sovet  ateizminə  bir  xidmət  faktı  kimi  ortaya  çıxarıblar.  Əvvəla  Babək  ateist  deyildi.  Belə  bir 

söhbət  meydana  çıxarıblar  ki,  kim  dinə  qarşı  çıxırsa,  o,  ateistdir.  Ateizm  materialist  baxışın 

idealoji  əsasıdır.  Babək  İnamçı  idi.  Ateist  İnamçı  deyil,  ateist  inanmır  heç  nəyə.  Hər  şeyi 

kökündən  inkar  edir.  Babəkin  Fərəhçilik  İnancı  var  idi.  O  öz  qaynağını  Zərdüştçülükdən 

götürmüşdü. Bir epizod kimi deyim, xalqımız Novruz bayramı keçirir. Təəssüf ki, bu Bayram da 

millilikdən  qırağa  çıxarılıb,  siyasiləşdirilibdir.  90-cı  illəri  yadınıza  salın.  İstədilər  Novruz 

bayramını dini, İslami hadisə kimi sırısınlar xalqımıza. Sonra görünür başa düşdülər ki, Novruz 

bayramını dini, İslami fakt kimi təqdim eləsələr, İslamın zərərinə olacaq. Çünki, Novruz qədim 

türk  bayramı  olaraq,  türk  panteizminə  dayanır.  Od  çərşənbəsi,  Su  çərşənbəsi...  bunlar  hamısı 

panteizmlə bağlıdır. Özünü monoteist elan eləyən  İslam üçün panteizm ortaqlığı  onun zərərinə 

olacaqdır.  Çox  böyük  ehtimalla,  o  məsələdə  İranın  da  təsiri  oldu.  Demək  əvvəl  çalışdılar  dinə 

bağlamağa. Qafqaz Müsəlmanalrı İdarəsinin inhisarında görmək istədilər, hansı ki, hakimiyyətin 

buyruğunda  dayanır.  Alınmadı,  özünü  doğrultmadı.  Birmənalı  şəkildə  bu  dəyəri  təhrif  eləyə 

bilmirsən, məzmun  imkan vermir. Ona  görə dedilər ki,  bu, milli  bayramdır. Amma nə  yazıqlar 

ki,  sonra  Novruzu  yenidən  millilikdən  çıxartdılar,  beynəlxalqlaşdırdılar.  Beynəlxalqlaşdırmaq 

Novruzu  təhrif  eləməkdir,  o  milli  dəyərdir.  Türkiyə  ilə  mən  beynəlxalq  oluram?  Bu  cür  təhrif 

eləmək qədimdən davam edir. Ya təhrif olunuruq, ya da inkar olunuruq. 

Babək  də  bu  sıradan.  Kitablar  yazırlar,  ona  müsəlman  adı  qoyurlar,  hətta  deyirlər  Babəkin 

ordusunda  müsəlman  ərəblər  döyüşürdü.  Müsəlman  ərəb  kimlə  döyüşürdü?  Onları  özlərinin 

müsəlman  imperiyaları  ilə  döyüşməyə  nə  yönəldə  bilərdi?  Bu  avantüradır.  Babəkin 

Xürrəmdinliyi  var  idi,  Xürrəmdinlik  isə  fərəh  deməkdir.  Ona  da  farslar  çox  yamaq  vurdular, 

böhtan atdılar. Guya Babək atası-anası bəlli olmayan birisi idi, əxlaqsız idi, yığışardılar bir otağa, 

qadın  kişi  fərqinə  varmazdılar...  Babəkə  qarşı  əxlaqsızlıqdı  bu.  Guya  Xürrəm  sözü  eyş-işrət 

deməkdir. Xürrəm sözünün bir mənası da fərəh deməkdir. Babək fərəh mənasını qəbul eləmişdi. 

Babək  kimi  döyüşkən,  qəhrəman,  azadlıq  peyğəmbəri,  necə  ola  bilər  ki,  dünyabaxışının  adını 

eyş-işrət  qoysun.  Bunların  hamısı  Babəkə  qarşı  atılan  böhtandır.  Bizi  zəminsiz  qoymağa 

çalışırlar.  Bir  xalq  olaraq,  bütün  dəyərlərimizi  kölgədə  qoymaq,  gözdən  salmaq  niyyəti 

daşıyırlar.  Sübut  eləməyə  çalışırlar  ki,  biz,  xalq  olaraq,  havadan  asılıyıq.  Dəyərimiz  qeyri-

müəyyən,  sifətimiz  bəlli  deyil,  simamız  bəlli  deyil.  Ona  görə  bu  cür  dağınığıq,  bir  araya  gələ 

bilmirik. Bunu sübut eləməyə çalışırlar, bunu təbliğ eləməyə çalışırlar. Biz də, bu millətin övladı 

olaraq, bu təbliğatı ifşa edirik. Deyirik ki, Babək Azərbaycanın həm fiziki azadlığı uğrunda, həm 

milli-mənəvi azadlığı uğrunda mübarizənin başında dayanmışdı, özünün dünyabaxışı var idi, və 

o  öz  dünyabaxışı  ilə  bütün  ərəb  dünyasını  sarsıtmışdı  –  Fərəhçilik  İnancı  ilə,  az  bir  qüvvə  ilə, 

Asif  Atanın  dediyi  kimi,  başı  Bağdadda,  ayağı  Hindistanda  olan  ərəb  ordusunu.  Nədən  güc 

alırdı?  Xürrəmdinliyindən.  Ata  deyir,  Ənəlhəqdən  öncəki  ənəlhəqliyimizdi  Xürrəmdinlik.  Mən 

içimdə  Şirvin  gəzdirirəm,  o  deməkdir.  Şirvin  qüdrət  Allahı  idi.  İçində  Şirvin  gəzdirmək  həqq 

mənəm deməkdir. Ondan sonra Mənsur Həllac dedi ənəlhəqq, Nəimi dedi, Nəsimi dedi. İçində 

Şirvin  gəzdirdiyini,  buna  görə  yenilmədiyini  Babək  demişdi.  Bəşər  tarixində  heç  bir  xalqda 

Babək  “Ənəlhəqliyi”  olmayıb.  Bu,  Azərbaycan  deməkdir,  bu  nicat  deməkdir,  xilas  deməkdir, 

zəmin deməkdir, bunu qoymamalıyıq ucurmağa. 



 


 Yasin: Nəticə belə çıxır ki, xalqı öz gözündən salmaq üçün Babəkə qarşı bu cür iftiralar atılır. 

 Soylu  Atalı:  Həmin  adamlara  baxın,  Babək  haqqında  yazanlara.  Ayrı-ayrı  adamlar, 

Azərbaycanda fəaliyyət göstərən təriqətlərin etkisi ilə, pulu ilə, müsəlmanlıqdan qorxub, usanıb 

Babəki  onun  ayağına  verirlər.  Türk  adı  onlara  yaraşmır.  Nə  qədər  sərt  səslənsə  də  deyirəm, 

Babəki müsəlmanlaşdırmağa çalışanlar Türk sifətini itirmiş adamlardır. 

Yasin : Xaliq bəy, bu gün Güney Azərbaycanda İstiqlal mücahidləri Səttərxan inqilabına deyil, 

100  illər  öncə  mübarizə  aparmış  Babəkin  varlığına  üz  tuturlar,  sizcə  bu  təsadüfmüdür,  yoxsa 

İranın əsas silahı olan İslam rejiminə etiraz? 

Xaliq Bahadır: Babəklə bağlı çox yazılıb, çoxu da düşmən düşərgəsindən yazılıb. Ona görə də 

biz Babəki olduğu kimi  tanıya bilməmişik. Mənim Babəklə bağlı öz fikirlərim var, o cəhətdən 

çıxış eləmək istəyirəm. Mənim düşüncəmə görə, Babək Dədə Qorquddan başlayır. Onu da deyim 

ki,  Kitabi-Dədə  Qorqud  kitabının  adı  ilə  içində  yazılanlar  düz  gəlmir.  Mən  bunu  dəfələrlə 

demişəm, “Dədəm Qorqudun Kitabı” olmalıdır adı. Kitabın içi türklükdür, ora sonradan katiblər 

əlavələr  ediblər.  Kitabda  baş  verənlər  Türk  dünyasıdır,  Türk  xarakteridir,  Göyçə  Gölünün 

çevrəsidir,  bugünkü  Ermənistan.  Babəkdən  yazmaq  istəyən  Dədə  Qorquddan  başlamalıdır. 

Xürrəmdinlikdən  əvvəl  Məzdəklik  olub.  Tarixdə  Babəkin  bir  adı  da  Babək  Məzdəkidir. 

Məzdəklik  də  Zərdüştlüyə  dayanırdı.  Elə  bil  bir-birinə  bağlı  Türk  ideologiyasıdır.  Babəkə 

vurulan damğalar hamısı ərəbin, farsın vurduğu damğalardır. Babəkdə olan, Dədə Qorqudda olan 

idi.  Düşmənlə  vuruşurlar,  sonra  qayıdıb  7  gün,  7  gecə  kef  edirdilər,  amma  əxlaqsızlıq 

eləmirdilər.  Xanlar  xanı  Bayandır  xandır,  bu  günlə  götürsək,  Prezidentdir.  Gəlir  Salur  Qazan-

ordu  komandanı,  baş  baxan  kimi  gedir.  Dədə  Qorqud  –  İdeoloji  liderdir.  Toplum  Demokratik 

toplumdur.  İndi  deyirlər,  demokratiya  bizə  Avropadan  gəlib,  elə  deyil.  Demokratiya  Avropaya 

türklərdən  gedib.  Dədə  Qorqud  12  boydu,  başdan  ayağa  demokratik  toplumdu.  Yönətim 

demokratikdir, yaşayış demokratikdir. Yeyirlər, içirlər, hər şey də normadadır, bir dənə azğınlıq 

yox,  bir  dənə  pozğunluq  yox.  İdeal  bir  toplumdur,  o  gəlir  Babəkə  çıxır.  Ərəblər  bura  gəlib 

çıxdılar 7-ci yüzildə. Uzun illər burada gəzdilər, dolandılar, bir şey olmadı. Azərbaycandan çox 

adam girmişdi İslama. Belə danışırlar, guya bizim dinimiz olmayıb, bütünlüklə yalandır. Türklər 

yaranışından dinlə doğulub, amma bu nə din olub? Tanrıçılıq dini olub. Dədə Qorqudda da o var, 

Babəkdə  də  o  var.  Ərəblər  gəlmişdilər,  dinlərini  yayırdılar,  bir  kimsə  bir  söz  demirdi,  bu  da 

bizim demokratikliymizdən irəli gəlirdi. İndi Avropa bizə aşılayır tolerantlıq. Dözüm bizdə olub, 

bu gün də o bizdə var.  Sonra nə oldu? Babək çıxdı  ortaya. Babəkdən qabaq Cavidan çıxmışdı 

ortaya.  807-809  cu  ildə  Azərbaycanda  ərəblərə  qarşı  qalxmağa  başladı.  Baxın,  neçə  yüz  ildən 

sonra.  Niyə,  ona  görə  ki,  ərəblər  getdikcə  azğınlaşdılar.  Bilirsiniz  ki,  ərəblər  tarixdən  pozğun 

olublar. Bunu  bütün  dünya bilir.  Bunlar bu pozğunluğu  gerçəkləşdirməyə başladılar.  Başladılar 

evlərə  soxulmağa,  qızları,  gəlinləri  aparmağa,  başladılar  vergiləri  artırmağa,  soyğunçuluğa. 

Bizdə belə şey yox idi. Bizdə Məzdək ideologiyası yayılmışdı, Zərdüştdən sonra, hamısı da bir-

biri  ilə  bağlı  idi.  Bugünkü  anlayışla  desək,  onların  ideologiyası  sosialist  ideologiyası  idi.  Özəl 

mülkiyyəti tanımırdılar, torpaq kəndlinin olmalıdır, paylar bölünməlidir. Nizami deyir ki, bizdə 

ayrı  deyil,  kimsənin  malı,  bərabər  bölərik  bütün  malları.  Nizami  bunu  özündən  demir,  bunu 

ordan  götürüb,  Azərbaycanda  yayılmış  o  ideologiyadan  götürüb.  Bunlar  başladılar  bizi  əməlli-

başlı istismar etməyə, ərəblər. Bizdə də belə şeyləri götürmürdülər. Onda başladılar qalxmağa, 

Cavidanla  birgə.  Cavidandan  Bayrağı  götürdü  Babək  –  816-  cı  ildə,  bilirsiniz.  Geyimləri  də 

qırmızı idi, bayraqları da qırmızı idi. Ona görə də tarixə bunlar qırmızılar kimi düşüblər. Tarixdə 

ilk qırmızı bayrağı biz qaldırmışıq. Başlanğıcda 20 min idi Babəkin ordusu. Ərəblərin 100 minlik 

ordusunu darmadağın elədi. 300 minlik ordu gəldi yenə də Babəklə vuruşa bilmədilər. Əxlaqsız 

adam  döyüşə  bilərmi?  Top  yox,  tüfəng  yox,  əxlaqsız  adam  qolnan  o  savaşı  apara  bilərdi?  Bu 




qədər  xalqı  birləşdirə  bilərdi?  Biz  bir  dənə  güclü  partiya  yarada  bilmirik  bu  gün.  Babəkçilər 

torpağı  yağının  əlindən  alıb,  kəndlilərə  paylayırdı.  Bu  onların  qanından,  canından  gəlirdi.  6 

ordunu  darmadağın  etdilər,  sonra  ərəblər  gördülər  buna  heç  cür  davam  gətirmirlər,  Afşini 

Babəkə qarşı qoydular. Afşinlə də anlaşa bilmədi Babək, uduzdu. Babək bir lider kimi uduzdu, 

ideologiya kimi uduzmadı. Ona görə ki, Babəkin ideologoyası Babəkin kökünə bağlı idi. Babək 

öldürüləndən  sonra,  Xəlifə  Mötəsim  belə  buyurur  ki,  Azərbaycandan  köçüb  getmək  istəyən 

kişilərə  hər  cür  şərait  yaradılsın.  Birinci  döyüşdə  10  min  ordunun  qarşısında  Babəkin  çox  az 

ordusu var idi. Ərəblər birinci dəfə əsir düşənləri öldürürdülər, cox səviyyəsiz. Tarixdə belə sey 

olmayıb.  Tanrıçı  türklər  heç  vaxt  əsir  götürdüklərini  öldürmürdülər,  əsir  saxlayırdılar.  O  adam 

istəsəydi  gedə  bilərdi  öz  xalqının  içinə.  Ərəblər  türkləri  əsir  götürdükdə  sonadək  qırırdılar. 

Mötəsimin  buyruğu  nə  idi  ,  kişilərə  şərait  yaradılsın,  kişilər  ölkədən  getsin,  qadınlar  qalsın  ki, 

ölkəni  ələ  alsınlar.  Bu  gün  Babək  istənilən  xalq  üçün  baş  ucalığıdır.  Babəki  dəyərləndirə 

bilməmişik.  Babək  dünyanın  ən  böyük  komandanlarından  biridir.  Babəkin  Bizansla  danışıqları 

var  idi.  Bu  gün  Avropa  bizi  aldatdığı  kimi  Bizans  da  Babəki  aldatdı.  Gəlmədilər,  dönüklük 

elədilər, Babək təkləndi yenə. Azərbaycan xalqı bu gün də təklənmiş durumdadır. Bu gün Güney 

Azərbaycanda bir oyanış var, bu yalnız Babəkin adıyla bağlı deyil, həm də onun ideologoyası ilə 

bağlıdır. Bu ideologiya Azərbaycana gərək olan ideologiyadır. Azərbaycanın birliyi də daha çox 

bu  ideologiyaya  bağlıdır.  Adına  Zərdüştlük  deyiblər,  Babəklik  deyiblər,  Məzdəkilik  deyiblər, 

Dədə Qorqud deyiblər, bu bizim qanımızdan, canımızdan, genimizdən gələn bir ideologiyadır. 

 Yasin:  Ağşın  bəy,  çağdaş  mücadilə  üçün  Babəkin  mübarizə  dönməzliyi  milli  ideoloji  baza 

rolunu oynaya bilərmi? 

 Ağşın Ağkəmərli: Dostlarımız kifayət qədər bu məsələ ilə bağlı fikirlərini dedilər. Ataların belə 

bir məsəli var, keçmişinə xor baxan, gələcəyinə kor baxar. Ancaq bu, o demək deyil ki, onu əsas 

götürək. O dövrlə bu dövrdə böyük fərq var idi. Ancaq bu günləri o mayə itmir. Necə ki, Babəklə 

bağlı  məsələ  vurğulandı  ki,  bunun  kökü  Zərdüştlə  bağlıdır,  Tanrıçılıqla  bağlıdır,  Dədə 

Qorqudçuluqla  bağlıdır,  o  gəlir  öz  təcəllasını,  üstünlüyünü  Babəkdə  tapır.  Bunda  dayanmır, 

sufilik gəlir, hürufilik gəlir. Həmin xətt davam eləyir. Bu gün də dayanmaq yox, davam eləmək 

lazımdır.  Biz  yaxın  tariximizə  nəzər  salmalıyıq.  Yaxın  tariximizin  vasitəsiylə,  millətləşməyə 

doğru getməliyik. O ideologiyanı biz əldə eləməyincə, biz gələcəyi itirmək təhlükəsi ilə üz-üzə 

qalacağıq. Asif Ata İdeyaları bu gün bizim baxışmızda önəmli yer tutur, o fikrin nəticəsidir ki, 

biz  gələcəyə  ümid  bəsləyə  bilirik.  Əgər  biz  ideoloji  məsələsində  özümüzü  kökləməsək,  öz 

dəyərlərimizdən, düşüncələrimizdən qaynaq almasaq, şübhəsiz ki, gələcəkdə yenə də itirəcəyik. 

İndi  Türk  milləti  öz  tarixinə  yaddır,  kökünə  yaddır,  özgəliyə  köklənə  bilir.  Bu  gün  bir  sistem 

ortada  var,  biz  yeni  eranı  başlaya  bilərik.  O  yeni  era  mənim  üçün  Asif  Atanın  ideyalarından 

başlayır.  Biz  xalqımızı  səpələnməkdən  qurtara  bilərik,  didərginlikdən  çıxara  bilərik.  “Göl”un 

ətrafında xalq birləşmir, “Bəzz Qalası”nın ətrafında xalq birləşmir. Bu məsələləri bəzi cəhətlərdə 

qiymətləndirmək olar, etiraz kimi götürmək olar, amma bu millətləşmə deyil, məsələyə düzgün 

diaqnoz  qoymaq  lazımdır.  Millətləşməyin  doğru  yolu  olmadan  biz  heç  vaxt  sağlam  bir 

dövlətçiliyə cata bilməyəcəyik. 

 Yasin:  Babəkçilik  cağdaş  Quzey  Azərbycan  üçün  nə  deməkdir,  və  yaxud  da  nə  demək 

olmalıdır? 

 Xaliq bəy: Bir şey yadımdan çıxdı demədim, elə bu suala da aiddir. Demokratik Respublika 18- 

ildə Azərbaycanda qadınla kişiyə eyni hüqüq verəndə, Avropanın ölkələrində bu yox idi. Bunu 

bizə  Avropa  öyrətmək  istəyir.  Amma  bizim  Demokratik  dövlətimiz  gələn  kimi,  qadına  eyni 

hüquq verdi, bilirsinizmi hardan gəldi, Dədə Qorquddan gəldi bu. Ağşın bəy düz deyir, tariximizi 




bilmirik,  deyirik  ki,  bu  nə  cür  oldu  ortaya  gəldi.  Tarixi  bilməmək  bizim  hər  birimiz  üçün 

utancdır.  Dədə  Qorqudda  bu  var.  Türk  min  illər  boyu  qadına  yoldaş  kimi  baxıb.  Bu,  türk 

mədəniyyətidir. Demokratik respublika Dədə Qorqudda yaranmışdı, sonra Güney Azərbaycanda 

yarandı.  Xiyabani  hərəkatı  oldu.  Bu  gün  də  Güney  Azərbaycanda  gedən  proseslər  demokratik 

proseslərdi. Çoxları deyirlər ki, bunu biz Avropadan götürürük, Avropadan götürmürük. Atillanı 

oxuyursan,  onların  diplomatları  Atilladan  nələr  götürürlər,  mədəniyyət  götürürlər.  Ona  vəhşi 

kimi baxırlar, sonra gedib görürlər ki, türk böyük bir mədəniyyətin yiyəsidir. Diplomot yazır ki, 

ziyafət  verirlər,  hamının  qabağına  yemək  qızıl  boşqabda,  qızıl  çəngəldə  gəlir,  bircə  Atillanın 

qabağına sadə qabda gəlir. Çıxıb baxır ki, hamının atının  yüyəni qızılla işlənmədir, Atillanınkı 

sadədir. Soruşur, bu nədir? Deyirlər ki, xalqın başında duran, xalqın qulluqçusu sayılır. 4-cü yüz- 

ildən  gedir  söhbət,  biz  bunları  bilmədiyimizə  görə,  elə  bilirik  ki,  hər  şeyi  Avropadan 

götürməliyik.  Biz  elə  bir  mədəniyyət  yaratmışıq  ki,  onların  üstündə  özümüzü  formalaşdıraq, 

millətimizə gərək olaq. Bu gün biz çox geri qalmışıq. Təbii ki, bütünlüklə tarixə qapanıb qalmaq 

olmaz,  ancaq  yaxşı  nə  var,  hamısını  götürməlisən.  Biz  Quzeyli-Güneyli  yeni  Azərbaycan 

qurmalıyıq. Mənim belə bir çağrışım var: yeni, bütöv, özgür, demokratik Azərbaycan. Belə bir 

Azərbaycan üçün Babəkçilikdə üstün nə varsa, götürməliyik. 



 Yasin: Soylu bəy, Babəkçiliyi qorumaq hansı anlamı daşıyır? 

 Soylu Atalı:  Bizim dəyərlərin hamısını qoltuqlara çəkirlər,  İslam  Azərbaycana  gələndən sonra 

bütün  dəyərlərimizi  onun  kölgəsində  verirlər.  Bunu  dərk  eləmək  gərəkdir.  Ərəb  mənə  necə 

mədəniyyət  gətirə  bilərdi  ki,  7-ci  əsrdə  onun  mədəniyyət  deyilən  bir  şeyi  yox  idi.  Həqiqəti 

kənara  qoyub,  20-ci  yüzilimizdə  yenə  də  cəhalətlə  yaşamaq,  bu  ayıb  bir  məsələdir.  Xaliq  bəy 

deyir  ki,  biz  Avropadan,  demək  olar  ki,  heç  nə  götürməmişik,  mən  qəbul  edirəm  o  sözü.  Biz 

yalnız  demokratiya  sözünü  götürmüşük.  O  demokratiya  sözü  ki,  o,  türk  insansevərliyi  sözünün 

əvəzinə  işlədilir.  “Türk  İnsansevərliyi”  sözü  demokratiya  sözündən  daha  əsaslı  sözdür.  Dədə 

Qorqudda da var, Koroğluda da var. Dədə Qorqud özü böyük bir həyat sistemidir. Orda xalqın 

yaşaması üçün bir sistem mövcuddur. Koroğlu xalqın talanmış malını özünə qaytarırdı. Dastanın 

bütün  boyları  onu  deyir.  Bütün  bəşər  xalqlarının  mədəniyyəti  dayanır  əsatirə,  biz  canlı  həyata 

dayanırıq  əzizlərim.  Koroğlu  canlı  həyatdı,  Dədə  Qorqud  canlı  həyatdır,  Babək  canlı  həyatdır. 

Tariximizdə İnsanın Haqqı deyilən bir həqiqət var idi ki, insanın xalq olmaq imkanını tanımaq 

deməkdir.  Hər  bir  insan  özündə  xalq  olmaq  keyfiyyəti  gəzdirir,  o,  ölüb  gedən  cəmdək  deyil. 

Babək  özü  xəlqi  keyfiyyətdir,  xəlqi  mahiyyətdir.  Hər  bir  fərdin  xalq  olmaq  imkanına  sayğı 

duymaq lazımdır. Tarix boyu Türk haqq anlayışına tapınıb. Hüquq oyundu. Ruhaniyyat xalqıyıq 

biz.  Babəkçilik  Ruhaniyyat  hadisəsidir.  Xürrəmdinlik  Ruhaniyyat  faktıdır,  Dədə  Qorqudluq 

ruhaniyyat faktıdır. Asif Ata deyir ki, semitlərdə peyğəmbərlik nədirsə, bizdə Dədə Qorqud da, 

ağsaqqallıq  da  odu.  Yol  göstərən  idi,  öyüd  verən  idi,  kamilləşdirən  idi.  Hamısı  semit 

peyğəmbərliyindən yüksək hadisələr idi. Babəki qorumaq Xalqı qorumaq deməkdir. 9-cu yüz ili 

bu  günə  gətirə  bilməzsən,  heç  gərək  də  deyil.  Çox  təəssüf  ki,  Babək  fakt  olaraq  tarixdə  qalıb. 

Biz,  xalq  olaraq,  suçluyuq  ki,  Babəki  həyat  sistemimizdə  inkişaf  etdirə-etdirə  bu  günə  gətirib 

çıxarda  bilməmişik.  İndi  birdən-birə  bu  günə  gətirə  bilmərik,  amma  tarixdən  götürüləsi  çox 

şeylər  var,  –  döyüşkənlik,  yenilməzlik,  fərəhçilik,  bu  tarixdə  qalmır,  bu  sabaha  gedir.  Babəki 

qorumaq  –  xalqı  qorumaq  deməkdir.  Babəkin  keyfiyyətini  qorumaq,  xalqda  yeni  keyfiyyətləri 

aşkarlamaq  deməkdir.  Bu  gün  bizi  başı-ayağı  bilinməyən  sürüyə  ceviriblər.  Sabahı-dünəni 

bilinməyən  duruma  salıblar.  Bizim,  xalq  olaraq,  inkişaf  etməyimiz  üçün  həmin  zəmin  bizə 

lazımdır.  Bizim  inkişafımızın  mayasında  olmalıdır  həmin  xəlqi  keyfiyyətlər.  Yoxsa,  biz  bu 

cılızlıqdan  çıxa  bilməyəcəyik.  Biz  Babəkə  dönüb  baxanda  Azərbaycan  xalqının  böyük  bir 

fərəhçilik,  qəhrəmanlıq,  hətta  peyğəmbərlik  mahiyyətinə  baxmalıyıq.  Babək  peyğəmbər  idi.  O 



cür  yanaşmalıyıq.  Onda  biz  içimizdə  güc  tapa  biləcəyik.  Bu  xalqı  ayaqda  saxlamaq  üçün,  onu 

millətləşdirməkdən ötrü çox böyük əsasdır. 



 Yasin:  Soylu  bəy,  farslar  İslamı  könüllü  qəbul  etsəydilər,  Babəkə  münasibəti  necə  olardı?  Bu 

günkü çirkablığı kimi olardımı? 



 Soylu  Atalı:  Farslar  İslamı  könüllü  qəbul  ediblər,  türklərdən  fəqli  olaraq.  Niyə?  Zərdüşt  türk 

hadısəsidir, türk faktıdır. Əhəmənilər dövründə Zərdüştün təhrif olunmasını da bilirik. Ona görə 

təhrif  olundu  ki,  farsların  xarakterinə  uyğun  deyildi.  Əhəmənilərin  hökmdarı  öz  bacısıyla 

evlənmək üçün Zərdüştün “Yasnaları”na müdaxilə elədi. Bunu sonra türklərin adına dedilər. Bu 

qəti  yalandı.  Farslar  çox  gözəl  bilirdilər  ki,  barbar  ərəblərin  etkisində  olmayacaqlar.  Türkün 

dünyabaxışının etkisi altında isə assimilyasiya ola bilərlər. Sonra İslam gələn kimi Zərdüştlükdən 

əl çəkdilər, və İslamı qəbul elədilər. Amma türk davamlı şəkildə İslamla mübarizə apardı... 

 Yasin: Suallarımızı səmimi cavablandırdığınıza görə hər birinizə təşəkkür edirəm. 

 

 



Günəş Ayı, 35-il. 

(mart, 2013). 

 

Yüklə 69,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə