Bakı Ali Neft Məktəbinin 18. 11. 2013-cü IL



Yüklə 76,98 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü76,98 Kb.
#38296


 

   



       Bakı Ali Neft Məktəbinin  18.11. 2013-cü il  

          

       tarixli  86 nömrəli əmri ilə təsdiq edilmişdir 

 

 

 

       

 

 

 

 

 

BAKI ALİ NEFT MƏKTƏBİNİN TƏLƏBƏLƏRİNİN 

 

DAXİLİ İNTİZAM QAYDALARI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Maddə 1. Ümumi müddəalar 



1.1.  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinin  Bakı  Ali  Neft  Məktəbi 

(bundan  sonra  BANM)  Azərbaycan  Respublikası  Prezidentinin  29  noyabr  2011-ci  il 

tarixli  539  nömrəli  Fərmanı  ilə  yaradılmış,  Azərbaycan  Respublikası  Dövlət  Neft 

Şirkətinin Prezidentinin 30 noyabr 2011-ci il tarixli 173 saylı əmri ilə təsdiq edilmiş, 29 

fevral  2012-ci  il  tarixində  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyində  dövlət 

qeydiyyatına  alınmış  Nizamnaməsi  əsasında  fəaliyyət  göstərən  və  müvafiq səviyyələr 

(bakalavriat,  magistratura,  doktorantura)  üzrə  ali  təhsil  proqramlarını  həyata  keçirən 

dövlət ali təhsil müəssisəsidir.  



1.2.  “Bakı  Ali  Neft  Məktəbinin  tələbələrinin  daxili  intizam  qaydaları”  (bundan  sonra 

“Qaydalar”)  Azərbaycan  Respublikasının  təhsil  haqqında  qanunvericilik  aktlarının  və 

BANM-in Nizamnaməsinin müddəalarına müvafiq olaraq tərtib olunmuşdur. 

1.3.  Mövcud  qaydalar  tələbələr  üçün  müəyyən  edilmiş  vəzifələri  yerinə  yetirməyən, 

tələb  olunan  qaydalara  riayət  etməyən,  tələbə  adına  və  ləyaqətinə  uyğun  olmayan 

hərəkətlərə  yol  verən  tələbələrə  veriləcək  intizam  cəzalarını,  onların  tətbiq  edilməsi 

mexanizmini müəyyən etmək məqsədilə hazırlanmışdır. 



Maddə 2. Predmet 

Bu  qaydalar  BANM-də  təhsil  alan  tələbələrin  yol  verdikləri  intizam  qaydalarına  zidd 

hərəkətlər, onlara veriləcək intizam tənbehləri və  bu  tənbehi tətbiq  etmək  səlahiyyəti 

olan    şəxslər,  intizam  təhqiqatı  qaydalarını,  tələbələri  və  dinləyiciləri  təhsildə  yüksək 

göstəricilər  əldə  etməyə  həvəsləndirmə,  təhsildə  yüksək  göstəricilər  əldə  etmiş  tələbə 

və dinləyicilərin mükafatlandırılması qaydalarını müəyyən edir.  



 

Maddə 3. BANM-in hüquqları 

3.1. BANM-in Nizamnaməsinə uyğun olaraq, təhsil prosesini təşkil və idarə etmək; 

3.2.  Tələbədən  təhsil  müddətində  bu  qaydalar  üzrə  öhdəliklərinin  yerinə 

yetirilməsini tələb etmək; 



3.3. Tədris formasını, metodlarını və vasitələrini sərbəst seçmək; 

3.4.Təhsildə  yüksək  göstəricilər  əldə  etmiş  tələbələri  həvəsləndirmək  və 

mükafatlandırmaq; 




 

3.5.  Semestr ərzində fənn üzrə ayrılmış auditoriya saatlarının 25(iyirmi beş) faizindən 

çoxunda iştirak etməyən tələbəni həmin fəndən imtahana buraxmamaq; 

3.6. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

 

Maddə 4. BANM-in vəzifələri 

4.1. Təhsil prosesinin yüksək elmi-metodiki səviyyədə aparılmasını təmin etmək; 

4.2.  Tələbəyə  kitabxana,  idman  kompleksi,  və  digər  elmi,  mədəni,  sosial  infra-

strukturdan istifadə etməyə imkan yaratmaq;   



4.3.  Tələbəni  fiziki  və  psixi  zorakılığın  bütün  formalarından  qorumaq,  onları 

zərərli vərdişlərdən çəkindirmək; 



4.4.  Tələbə  təhsilini  uğurla  başa  vurduqdan  sonra  ona  təhsil  haqqında  müvafiq 

dövlət sənədi vermək; 



4.5. Qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. 

4.6.  Tələbələri  vətənpərvərlik  ruhunda  tərbiyə  etmək,  vətəninə  və  xalqının 

ənənələrinə  bağlılıq,  sosial  məsuliyyət  hissləri  aşılamaq  və  onların  sağlam 

düşüncəli  vətəndaş  olaraq  tərbiyə  olunmaları  və  yetişmələri  istiqamətində  xidmət 

göstərmək. 

 

Maddə 5. Tələbənin hüquqları 

5.1.  BANM-də  tətbiq  olunan  tədris  proqramlarına  uyğun  təhsil  almaq,  bu  stan-

dartlar çərçivəsində təlim almaq, elm, texnika və mədəniyyətin müasir səviyyəsinə 

uyğun  müvafiq  bilik  qazanmaq,  tədris  fənlərinin  seçilib  müəyyənləşdirilməsində 

iştirak etmək;  



5.2.  BANM-in  rektorunun  razılığı  ilə  başqa  ali  məktəblərdə  məşğələlərdə, 

treninqlərdə iştirak etmək; 



5.3.  BANM-in  kitabxanasından,  tədris,  elmi  və  digər  bölmələrin  xidmətindən 

istifadə etmək; 



5.4. tədrisin keyfiyyətini yüksəltmək üçün səmərəliləşdirici təkliflər vermək; 

5.5. özünün  şərəf və ləyaqətinə hörmət  tələb  etmək. 

 


 

Maddə 6. Tələbənin vəzifələri 



6.1. Bu qaydalara riayət etmək; 

6.2. BANM-in əmlakının qorunması və korlanmasına yol verməmək; 

6.3.  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyini,  bu  Qaydaları, 

həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq; 



6.4.  BANM-in  təyin  etdiyi  müddət  ərzində  seçdiyi  ixtisas  üzrə  tədris  planları  və 

tədris proqramlarını yerinə yetirmək; 



6.5.  bilik,  praktiki  vərdişlərə  və  seçilmiş  ixtisas  üzrə  (istiqamətə  görə)  müasir 

tədqiqat metodlarına yiyələnmək; 



6.6.  tədris  planı  ilə  nəzərdə  tutulan  tədris  məşğələlərinin  bütün  növlərində  iştirak 

etmək; 


6.7.  BANM-in  İnzibati-təsərrüfat  işləri  üzrə  prorektorunun  icazəsi  olmadan  tədris 

auditoriyaları və digər otaqlardan əşya və ya müxtəlif avadanlıqları çıxartmamaq; 



6.8.  Öz  hərəkətləri  ilə  BANM-ə  maddi  zərər  vurduqda  və  ya  BANM-in  işgüzar 

nüfuzuna  xələl  gətirdikdə,  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

olaraq dəymiş zərəri vaxtında ödəmək; 

6.9.  BANM  tərəfindən  tələb  edilən  zəruri  sənədləri  şifahi  və  ya  yazılı  sorğu 

alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək; 



6.10.  BANM-in  mülkiyyətində  və  istifadəsində  olan  əmlaka,  tədrisdə  istifadə 

olunan  avadanlıqlara,  cihazlara,  digər  texniki  vasitələrə,  tədris  vəsaitlərinə  və  s. 

qayğı ilə yanaşmaq; 

6.11.  BANM-in  ictimai,  mədəni,  kütləvi,  sosial  və  sair  xarakterli  tədbirlərində 

iştirak  etmək,  bu  tədbirlərə  gecikmələrə  və  tədbir  zamanı  davranış  qaydalarının 

pozulması hallarına yol verməmək. 

6.12.  BANM  tərəfindən  təqdim  edilmiş  xüsusi  geyim  formalarına  5  (beş)  il  tədris 

müddətində qayğı ilə yanaşmaq, həmin formaları itirdikdə və ya yararsız hala saldıqda 

öz maddi imkanı hesabına yenisini almaq

6.13.  BANM  tərəfindən  təqdim  edilmiş  tələbə  kartına  təhsil  aldığı    müddətdə 

məsuliyyətlə  yanaşmaq,  həmin  kartı  itirdikdə  və  ya  yararsız  hala  saldıqda  öz  vəsaiti 

hesabına yenisini əldə etmək



 

6.14.  Kitabxanada  davranış,  nizam-intizam  və  vurulmuş  ziyana  görə  BANM-in 

03.02.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Bakı Ali Neft Məktəbinin Kitabxanasınn 

Əsasnaməsi”nin müvafiq maddələrinin tələblərini yerinə yetirmək; 



6.15.  Yandırıcı,  partlayıcı,  kəsici,  deşici  və  digər  bu  növ  əşyalarla  BANM-in  binasına 

daxil olmamaq. 



 

Maddə 7. BANM-də tədris fəaliyyətinin təşkili  

7.1.  Akademik  qruplarda  dərslər  rektorun  təsdiq  etdiyi  vaxt  qrafikinə  və  dərs 

cədvəllərinə uyğun təşkil edilir.  



7.2.  Dərs  cədvəlləri  hər  semestr  üçün  tərtib  olunur,  təsdiq  edilir,  dərslərin 

başlanmasına  3  gün  qalmış  dekanlıqların  və  ya  kafedraların  qarşısında  müvafiq 

lövhələrdə asılır və BANM-in veb səhifəsində yerləşdirilir.  

 

8. Təhsildə yüksək göstəricilər əldə etmiş tələbələr üçün həvəsləndirmə tədbirləri  

8.1.  Həvəsləndirmə  tədbirləri  rektorun  əmri  ilə  sənədləşdirilir  və  tələbənin  şəxsi 

işinə yazılır. 



8.2. Təhsildə, elm-tədqiqat fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş və BANM-

in  ictimai,  mədəni  və  kütləvi  həyatında  fəal  iştirak  etmiş  tələbələrə  aşağıdakı 

mükafatlandırma tədbirləri tətbiq edilir:   

 - təşəkkür; 

 - tərifnamə; 

 - qiymətli hədiyyə; 

 - pul mükafatı; 

 - xaricdə qısamüddətli təhsil; 

 - istehsalat təcrübəsinin xaricdəki müəssisələrdə təşkili; 

 - beynəlxalq konfranslarda iştirakın təşkili. 



8.3. Aşağıda qeyd edilən meyarlara ötən tədris ili üzrə tam cavab verən 4 və 5-ci kurs 

tələbələri ödənişli istehsalat təcrübəsinə göndərilir: 

 - yüksək ( “A” və “B” almış) akademik göstəricilər əldə etmiş; 

 - elmi konfranslarda müvəffəqiyyətlə iştirak etmiş və ya mükafatlandırılmış; 




 

 -BANM-in tələbələrinin daxili intizam qaydalarına riayət etmiş (intizam tənbehi 



 almamış); 

 - təhsil aldığı illər üzrə dərslərə davamiyyəti yüksək olmuş; 

 -  ötən  tədris  ilində  BANM  tərəfindən  təşkil  edilmiş  istehsalat  təcrübəsini  uğurla  başa 

vurmuş  və  təcrübə  keçdiyi  müəssisədən  uğurlu  fəaliyyətə  dair  müvafiq  sənəd 

(xasiyyətnamə, tövsiyə məktubu, sertifikat, diplom və s.) almış; 

 -  BANM-in  ictimai,  mədəni  və  kütləvi  tədbirlərində  fəal  iştirak  etmiş,  fərqlənmiş  və 

BANM-in  işgüzar nüfuzunu yüksəltməyə xidmət etmiş. 

 

Maddə 9. Tədris intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri 

9.1.  Daxili  intizam  qaydalarını  pozan  tələbələrə  və  dinləyicilərə  törətdikləri 

xətalarının  dərəcəsindən  asılı  olaraq  aşağıdakı  intizam  tənbehlərindən  biri  tətbiq 

edilə bilər:   

a) töhmət vermək; 

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; 

c)  sonuncu  xəbərdarlıqla  şiddətli  töhmət  verilməklə  yanaşı  edilən  güzəştlərdən 

məhrum etmək; 



d) BANM-in tələbələrinin və ya dinləyicilərinin siyahısından xaric etmək.  

9.2. Tələbəyə intizam tənbehi verərkən onun şəxsiyyətini, kollektivdəki nüfuzunu, 

törətdiyi  xətanın  xarakterini  və  həmin  əmələ  öz  münasibətini  nəzərə  almaq 

lazımdır. Bu maddənin birinci hissəsində qeyd edilmiş intizam tənbehlərindən hər 

hansı biri tətbiq olunmadan  tələbəyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə 

bilər.  Xəbərdarlıq  intizam  tənbehi  sayılmır.  Bu  maddədə  xəbərdarlıq  dedikdə, 

tələbəyə  üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməsində  və  davranışlarında  daha 

diqqətli olmasının vacibliyinin yazılı və ya şifahi şəkildə bildirilməsi başa düşülür. 

Bu  maddədə  töhmət  dedikdə,  tələbəyə  tələbəlik  vəzifələrində  və  davranışlarında 

qüsurların olduğunun yazılı şəkildə bildirilməsidir.  

 

Maddə 10. İntizam tənbehinin verilməsi qaydaları 

İntizam  tənbehi  verilməmişdən  əvvəl  tələbədən  yazılı  izahat  tələb  edilir.  Tələbənin 




 

yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 



 

Maddə 11. İntizam tənbehi vermək səlahiyyəti olan şəxs 

11.1. İntizam tənbehi rektorun əmri ilə rəsmiləşdirilir. 

11.2.  BANM-in  rektoru  tələbələrə  intizam  tənbehi  vermək  səlahiyyətini  əmri  ilə 

prorektorlardan birinə və ya BANM-də çalışan digər səlahiyyətli şəxsə verə bilər.  



11.3.  Bu  maddənin  birinci  və  ikinci  hissələrində  göstərilən  vəzifəli  şəxslərdən 

savayı, başqa vəzifəli şəxslərin tələbələrə intizam tənbehi verməyə ixtiyarı yoxdur.  

 

Maddə 12. İntizam tənbehinin verilməsi şərtləri 

12.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən 

bir  intizam  xətasına  görə  eyni  zamanda  bir  neçə  intizam  tənbehi  verilə  bilməz. 

İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 

12.2.  Xəbərdarlıq  istisna  olmaqla,  digər  intizam  tənbehi  almış  tələbəyə  verilən 

güzəştlər intizam tənbehinin qüvvədə olduğu müddət bitənədək dayandırıla bilər. 



12.3.  İntizam  tənbehi  almış  tələbənin  tələbi  ilə  əmrin  surəti  ona  təqdim 

olunmalıdır. 



12.4. Xəbərdarlıq edildiyi hərəkət və hallar 

a.  Cəmiyyətdə  qəbul  olunmuş  mədəni  davranış  qaydalarına  zidd  olan  hərəkətlərə 

yol verildikdə; 

b. Başqalarına qarşı kobud rəftar etdikdə, onları narahat edəcək şəkildə bağırdıqda, 

səs-küy saldıqda, bina və həyətin təmizliyinə riayət etmədikdə;  

c.  Əsaslı  səbəb  olmadan  səlahiyyətli  şəxslərin  suallarına  vaxtında  cavab 

vermədikdə; 

d.  binanın  koridorlarını,  otaqlarını,  pilləkənlərini,  ətraf  ərazisini  tullantılarla,  saqqızla, 

tum çırtlamaqla, istifadə edilmiş plastik stəkanlarla, digər əşyalarla, kağız parçaları ilə, 

yemək qalıqları ilə çirkləndirdikdə. 

 

12.5. Töhmət verildiyi hərəkət və hallar 



 

a. BANM-in divarlarının, əşyalarının üzərini cızdıqda və ya sındırdıqda, yazı yazdıqda, 



müxtəlif işarələr qoyduqda və ya şəkil çəkdikdə; 

b.  BANM-in  işçilərinə yanlış məlumat verdikdə; 

c.   Xüsusi olaraq müəyyən edilmiş məkanlardan başqa yerlərdə elan asdıqda; 

d.  Mühazirə,  seminar,  məşğələ,  laboratoriya  işi,  emalatxana  işi  və  ya   elmi 

fəaliyyətin gedişini pozduqda; 

e. BANM tərəfindən  asılan  hər hansı  elanı  qopartdıqda,  cırdıqda, dəyişdirdikdə və ya 

qaraladıqda. 

f. BANM-in ərazisinə daxiloma qaydalarını pozduqda; 

g.  Bu  qaydaların  12.4-cü  maddəsində  qeyd  edilən  hər  hansı  intizam  xətasını  təkrarən 

törətdikdə. 



12.6. Sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi hərəkət və hallar 

a. Öyrənmək və öyrətmək hüququnu birbaşa və ya dolayı yolla məhdudlaşdırdıqda, 

sakitliyi və ya iş şəraitini pozmağa yönəlmiş hərəkətlərə yol verdikdə; 

b.  BANM  daxilində  icazəsiz  elan  və  bəyanatlar  yaydıqda,  afişa  və  plakatlar 

asdıqda; 

c. 


BANM-dən  aldığı  bu  və  ya  digər  sənəddən  başqasının  istifadə  etməsinə 

şərait yaratdıqda və ya başqasının sənədindən istifadə etdikdə; 

d.  BANM  işçilərinin  və  ya  tələbələrinin  şərəf  və  ləyaqətini,  şəxsiyyətlərini  şifahi 

və ya yazılı olaraq hər hansı bir şəkildə alçaltdıqda, təhqirə yol verdikdə; 

e. Dil, etnik və qeyri-ənənəvi dini mənsubiyyət, məzhəb fərqliliyi baxımından ayrı-

seçkiliyə, ixtilaflara səbəb olacaq fəaliyyətlərə dəstək olduqda; 

f. dərs müddətində və ya imtahan zamanı cib telefonlarından, tədris prosesində istifadə 

zərurəti olmadığı halda iPad və digər vasitələrdən,  istifadə etdikdə; 

l.  BANM  daxilində,  həyətində  və  bayır  divarlarından  xaricdəki  10  m  ərazidə  (Xocalı 

prospekti 30 ünvanında yerləşən bina və BANM-in kampusunda) siqaret çəkdikdə; 

m.  Bu  qaydaların  12.5-ci  maddəsində  qeyd  edilən  hər  hansı  intizam  xətasını  təkrarən 

törətdikdə; 

n.  imtahan  prosesində  digər  tələbənin  materialından  köçürmə  hallarına  yol  verdikdə, 



 

başqalarına  öz  materialından  köçürmək  üçün  şərait  yaratdıqda  və  onların  suallarının 



cavablarını yazılı və şifahi yolla verməyə cəhd göstərdikdə.   

 

12.7.  Sonuncu  xəbərdarlıqla  şiddətli  töhmət  verilməklə  yanaşı  verilən 

güzəştlərdən məhrum edilmə halları  

a. Tədbir zamanı tədbirin gedişinin pozulmasına  səbəb olduqda, tədbir proqramına 

xələl gətirəcək hərəkətlərə yol verdikdə; 

b. BANM-in ərazisində spirtli içkilərdən istifadə etdikdə və ya mühazirə, seminar, 

konfrans, məşğələlərə içkili vəziyyətdə gəldikdə; 

c. İcazəsiz, qeyri-qanuni toplantılar, mitinqlər, aksiyalar, nümayişlər zamanı onlara 

qoşulduqda və ya təbliğat apardıqda və belə fəaliyyətlərə təşəbbüs göstərdikdə; 

d. 


Tələbələri  və  ya  başqa  şəxsləri  BANM-in  normal  fəaliyyətini  davam  etdir-

məsinə mane olacaq, gecikdirəcək hər hansı bir hərəkətə təhrik etdikdə. 

 

 

12.8. BANM-in tələbələrinin və ya dinləyicilərinin siyahısından xaric edilmə halları 



12.8.1. Tələbə: 

 



öz arzusu ilə; 

 



akademik uğursuzluğa görə; 

 



başqa təhsil müəssisəsinə köçürüldüyünə görə; 

 



tədris  intizamını,  təhsil  müəssisəsinin  daxili  qaydalarını  ciddi  şəkildə 

pozduğuna görə (bir tədris ili ərzində iki şiddətli töhmət elan edildikdə); 

 

müəyyən  kateqoriya  xəstəliklərlə  əlaqədar  səhhətinə  görə  (həkim-məsləhət 



komissiyasının  arayışına  əsasən)  tələbələr sırasından xaric edilir. 

Qeyd  1:  Akademik  uğursuzluq  -  Ali  Məktəbdə  cari,  aralıq  və  dövlət  attestasiyasının 

nəticələrinə görə mütəxəssis hazırlığı üçün tətbiq edilən proqramlar çərçivəsində tədris 

olunan  fənlərin  əksəriyyətinin  məzmununu  mənimsənilməməsi,  mütəxəssis  olmaq  üçün 

tələb olunan bilik, bacarıq və vərdişlərə yiyələnilməməsi, tədrisdəki uğursuzluğu aradan 

qaldırmaq  məqsədilə  tələbə  üçün  Ali  Məktəb  tərəfindən  yaradılmış  şəraitdən  və 

müəyyən  edilmiş  vaxtdan  səmərəli  istifadə  edilməməsi,  ümumiyyətlə  tədris  prosesində 


10 

 

uğur əldə etməyə cəhd göstərilməməsi. 



Qeyd  2:  Tədris  intizamı  –  mütəmadi  olaraq  dərslərə  gəlməmək,  mütəmadi  olaraq 

mühazirə,  məşğələ  və  laboratoriya  dərslərinin,  aralıq  və  yekun  imtahanların  normal 

gedişinə  hər  hansı  yolla  müdaxilə  edərək  pozmaq,  mütəmadi  olaraq  müəllimlərin 

verdiyi tapşırıqları yerinə yetirməmək, tədrisdə istifadə edilən vəsaitləri və materialları 

qəsdən  sıradan  çıxararaq  dərslərin  gedişini  dayandırmaq,  mütəmadi  olaraq  pedaqoji 

heyətin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermək, tələbə həmkarlarını özünün 

BANM-in  daxili  qaydalarına  zidd  hərəkətlərə  sövq  etmək,  tədris  və  biliklərin 

qiymətləndirilməsi  proseslərinə  özünün  yaxınlarının  (valideynlərinin,  ailə  üzvlərinin, 

dostlarının, qohumlarının və s.) müdaxilə etməsi üçün təşəbbüs göstərmək, kollektivdə 

ictimai  təhlükəsizliyə,  müəllimlərin  və  tələbələrin  həyatı  üçün  təhlükə  yaradan 

hərəkətlərə yol vermək, 2-ci dəfə imtahanlarda köçürmə hallarına yol vermək.  

12.8.2. BANM:  

12.8.3.  BANM-dən  xaric  edilmiş  şəxslər  hərbi  xidmətə  çağırışdan  möhlət 

hüquqlarını  itirirlər.  Rektor  tərəfindən  həmin  şəxslərin  xaric  olunması  barədə 

onların  hərbi  uçotda  olduqları  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət 

Xidmətinə bir həftə müddətində rəsmi məlumat verilir. 



12.8.4.  Tələbələr  sırasından  xaric  edilmiş  şəxsə  onun  müəyyən  müddət  BANM-də 

təhsil aldığını təsdiqləyən akademik arayış və əvvəlki təhsili haqqında sənədin əsli 

verilir. Həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə BANM-

də saxlanılır.  

 

Maddə 13. Nəzərdə tutulmayan intizam pozuntuları 

Bu qaydalarda nəzərdə tutulmayan intizam xətasına yol vermiş tələbəyə qarşı yuxarıda 

sadalanan  intizam  xətalarından  ən  oxşarı  (törədilmiş  hərəkətin  xarakteri,  ağırlıq 

dərəcəsi,  şəxsiyyəti  nəzərə  alınmaqla)  üçün  müəyyən  edilmiş  intizam  tənbehi  tətbiq 

edilir.  

 

Maddə 14. İntizam pozuntusunun təkrar törədilməsi 




11 

 

İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində intizam tənbehi verilməsinə səbəb 



olan hər hansı bir hərəkət və ya hərəkətsizliyə təkrar  yol verilərsə,  müvafiq  əməl üçün 

nəzərdə tutulan tənbehdən bir dərəcə ağır tənbeh tətbiq edilir.  



Maddə 15. Təhqiqatı başlatmaq səlahiyyətinə malik olan şəxs 

15.1. Aşağıdakı şəxslər subordinasiya qaydalarına uyğun olaraq onlara təqdim olunmuş 

müraciətlər əsasında intizam təhqiqatını başlatmaq səlahiyyətinə malikdirlər: 

a.  H azırlıq  kursunda  oxuyan  tələbənin  törətdiyi  intizam  xətası  müvafiq  struktur 

bölmənin rəhbəri; 

b.  Bakalavriat  səviyyəsində  oxuyan  tələbənin  törətdiyi  intizam  xətası  üçün  struktur 

bölmənin rəhbəri; 

c.  Magistratura  və  aspiranturada  oxuyan  tələbənin  törətdiyi  intizam  xətası  üçün  Ali 

təhsildən sonrakı təhsil şöbəsinin rəisi; 



15.2. Təhqiqat başlatmaq səlahiyyətinə malik olan şəxslər təhqiqatı şəxsən özləri həyata 

keçirirlər.  Bu  qaydaların  15.1-ci  bəndində  qeyd  edilmiş  şəxslər  işdə  olmadıqda  bu 

zaman onları rəsmi əvəz edən şəxslər müvafiq təhqiqatı apara bilərlər.  

 

Maddə 16. Təhqiqatın müddəti 

İntizam  təhqiqatına  bilavasitə  hadisə  haqqında  məlumat  daxil  olduğu  gündən  sonrakı 

gündən  gec  olmayaraq  başlanılır.  Təhqiqat  ən  geci  15  (on  beş)  gün  ərzində 

yekunlaşdırılmalıdır.  Əgər  təhqiqat  yuxarıda  qeyd  olunmuş  müddət  ərzində  başa 

çatdırılmazsa,  təhqiqat  aparan  şəxs  əsaslandırmaq  şərti  ilə  əlavə  müddət  verilməsini 

rektordan xahiş edə bilər.   



 

Maddə 17. Təhqiqatın aparılma forması 

Təhqiqatı  aparan  şəxs  şahidləri  dinləyə,  araşdırma  apara  və  sübutları  toplaya  bilər. 

Hər bir təhqiqat prosesi üçün ayrıca protokol tərtib olunur. Protokolda hadisənin harada 

və  nə  zaman  baş  verdiyi,  mahiyyəti,  kimlərin  iştirak  etdiyi,  həmçinin  verilən  sual  və 

cavabları da əhatə edəcək  şəkildə  alınmış  ifadələr  öz  əksini  tapdıqdan sonra  təhqiqatı 

aparmış şəxs tərəfindən imzalanır. BANM-in bütün işçiləri təhqiqatı aparan şəxsin tələb 




12 

 

etdiyi  hər  növ  məlumatı,  qovluq  və  ya  digər  sənədləri  qeyd-şərtsiz  təqdim  etməli  və 



lazımı köməkliyi göstərməlidirlər.  

 

Maddə 18. Təhqiqatın yekunlaşdırılması  

Təhqiqat  tamamlandıqdan  sonra  xidməti  yazı  ilə  rektora  müraciət  edilir.  Xidməti 

yazıda  təhqiqatın  başlama  və  bitmə  tarixi,  barəsində  təhqiqat  aparılan  şəxsə  aid 

məlumatlar,  törədilmiş  hərəkətin qısa  məzmunu  qeyd  edilir və tətbiq  ediləcək  intizam 

tənbehi təklif  olunur. Əgər rektor tərəfindən aparılmış təhqiqatın obyektivliyinə şübhə 

yaranarsa  onun  əmri  ilə  3  (üç)  nəfərdən  ibarət  intizam  komissiyası  yaradılır  və 

komissiya bu qaydalara uyğun olaraq təhqiqatı yenidən başlayır.   



Yüklə 76,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə