Bakı, Altun Kitab, 2009 Mətn Gülşən Orucova



Yüklə 8,9 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü8,9 Kb.
#39335

background image
MEŞƏ KRALI 

 

 



Bakı, Altun Kitab, 2009 

Mətn – Gülşən Orucova 

Redaktor – Rafiq İsmayılov 

Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova 

12 səh. 

17 sm x 24 sm 

Qiyməti: 1.00 AZN 

 

Biri vardı, biri yoxdu, bir şir vardı. Bu şir hamıdan güclü olduğundan meşənin kralı 



sayılırdı. O hər səhər heyvanları yığıb əmrlər verirdi. Vay o heyvanın halına ki, kralın 

əmrini yerinə yetirməsin.  

O, çox qəddar idi. Heç kimə göz verib işıq vermirdi. Meşə kralının qanunlarını 

pozanları amansız cəza gözləyirdi. Meşənin bütün sakinləri ondan qorxurdu, ancaq heç 

kim şiri sevmirdi.    

Bir gün səhər meşə sakinləri həmişəki kimi talada toplaşıb kralı gözləyirdilər. 

Ancaq şir gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Gözləməkdən yorulan çaqqal dedi: 

- Kral səhər yığıncağına gecikən deyildi. Yəqin, nə isə baş verib. Gəlin birimiz 

gedək, ondan bir xəbər bilək. 

Meşə sakinləri belə qərara gəldilər ki, meymunu kralın yanına göndərsinlər.  

Şiri öz yuvasında halsız görən meymun soruşdu: 

– Ey böyük kral, sənə nə olub? Yoxsa yaralanmısan?! 

– Xəstələnmişəm, – deyə şir cavab verdi.  

– Ayaq üstə dura bilmirəm. Dünəndən bəri dilimə bir şey dəyməyib. Mənə yemək 

tapın.  

Meymun «baş üstə» deyib bayıra çıxdı. Xəbəri meşədəkilərə çatdırdı. Bunu eşidən 

tülkü dedi: 

– Lap yaxşı oldu. Onu görüm həmişə yataqda qalsın. Qoy öz yuvasında acından 

ölsün. Sağalsa, yenə bizə zülm eləyəcək.  

Hamı tülkü ilə razılaşdı. 

Günlər keçir, heç kim şirə baş çəkmirdi. Meşə kralı günü-gündən zəifləyirdi. O öz-

özünə düşünürdü: «Əlbəttə, heç kim mənə kömək etməyəcək. Axı onlar məndən yalnız 

zülm, qəddarlıq görüblər. Ah, kaş ki, heç kəsə pislik etməyəydim». 

Meşə sakinləri isə şad-xürrəm həyat sürürdülər. Kim nə istəyirdi, edirdi. Bir gün 

yığıncaqda ceyran söz alıb dedi: 

- Meşə kralı həmişə güclü olub. İndi isə o zəifdir. Yəqin ki, köməksizliyin nə 

olduğunu artıq başa düşüb. Gəlin biz ona qarşı qəddar olmayaq. 

Heyvanlar Ceyranla razılaşdılar. Onlar krala yem tapdılar, onun sağalması üçün 

əllərindən gələni etdilər.  

Tezliklə şir sağaldı. Amma artıq o, zalım kral deyildi. İndi meşə kralı hamının dostu 



olmuşdu.  

background image
Beləcə, meşədə pislik sona yetdi. Yaxşılıq isə əbədi olaraq yaşadı.  

 

Yüklə 8,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə