Bakı Avrasiya Universteti
Fənnin adı: Psixologiya
Sərbəst işin növünün adı: Esse
Esse Mövzusu: “Psixikanın əmələ gəlməsi və inkişafı”
Təhsilin səviyyəsi: bakalavriat
Təhsilalan: Xatirə Abdullazadə
Qrup:101
Müəllim(sərbəst işin növ rəhbəri): Əsmər Əliyeva,
Təhvilvermə tarixi:18.11.2021
Qiymət “__” “____” (hərf və və rəqəmlə)
Bakı2021
1.
Mündəricat
Giriş......................................................................................3
Psixikanın əmələ gəlməsi və inkişafı..................................4
Nəticə....................................................................................8
2.
Giriş
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, "ruh haqqında" adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub "psixi olan" deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar.
XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Emprik psixologiya" və 1734-cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur.
Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.
İnsanın daxili aləminin(mikrokosmosun) öyrənilməsi psixologiyanın inkişafına təkan verib. Uzun illər psixologiyanın yaranması və formalaşması dövrünü dörd mərhələyə bölüblər,ruhi aləm,dərketmə,davranışlar və psixi fəaliyyətin mexanizmlərinin öyrənilmə mərhələləri.
Psixologiyanın öyrənilməsində birinci mərhələ təbiətin ümümi canlanması və psixika (ruh) haqqında fikirlərin yaranması.Qədim zamanlarda insanlar mahiyyətini dərk edə bilmədikləri hadisələri canlandırmağa çalışmışlar. Onlar hesab etmişlər ki, insanlar, heyvanlar, bitkilər və bütün təbiət hadisələr canlıdır və onların ruhu var. ( Bizim tez- tez “mehriban günəş”, “ sərt külək”, “ qəddar şaxta” söz birləşmələrindən istifadə edtdiyimiz kimi.) Təbiətin belə canlandırılması – animizm adlandırılmışdır.
3
Dostları ilə paylaş: |