Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Prof. Ə.İ.ƏLİyev



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü0,72 Mb.
#64181


      

Bakı Dövlət Universiteti 

hüquq fakültəsinin dekanı 

 

____________________Prof. Ə.İ.ƏLİYEV  

 

    Bakı                                                  “____”  “_______________”   2017-ci il 

 

 

 

 

20016/2017-cı tədris ilində Mülki 

hüquq kafedrasının fəaliyyətinə dair 

 

 



 

 

H E S A B A T 

 

 

 



 

 

 



 

 

 



 

B A K I  - 2 0 17 


GİRİŞ 

 

Mülki hüquq kafedrasının əməkdaşları 2016/2017-cı tədris ilində tədris,  elmi-

tədqiqat  və  tələbələrlə  təlim-tərbiyə  işlərini  müvəffəqiyyətlə  yerinə  yetirmişlər. 

Tədris  planına  müvafiq  olaraq  bütün  dərs  saatları  vaxtında  və  tamamilə  yerinə 

yetirmiş,bir  sıra  elmi  və  tədris  metodik  xarakterli  vəsaitlər  dərc  etdirmişlər. 

Bunlardan  əlavə  kafedranın  əməkdaşları  bir  sıra  beynəlxalq  və  Respublika 

əhəmiyyətli  konfrans,  seminar,  müşavirə  və  simpoziumlarda  elmi  və  praktiki 

əhəmiyyətli  məruzələrlə  çıxış  etmişlər.  Tələbələrin  peşəkarlığının  artırılması, 

onlara  təcrübi  vərdişlərin  aşılanması  məqsədilə  məhkəmə,  ədliyyə  və  prokurorluq 

orqanları ilə işgüzar əlaqələr xeyli genişlənmişdir.  

  Tələbələrin  hüquq  mühafizə  orqanları  və  məhkəmələrin  iş  təcrübəsinin 

öyrənilməsinə  xüsusi  diqqət  verilmişdir.  İstehsalat  və  tədris  təcrübələrinin 

məhkəmə  və    s.  orqanlarda  təşkil  edilməsi  həmin  məqsədə  nail  olmağa  imkan 

vermişdir. 

 

Kafedra əməkdaşları tərəfindən xeyli tədris metodik vəsaitlər hazırlanıb dərc 



etdirilmiş,  onlar  beynəlxalq  və  respublika  əhəmiyyətli    konfrans  və 

simpoziumlarda  məruzələrlə  çıxış  etmişlər.  Bu  çıxışların  əksəriyyəti  konfrans  və 

simpoziumların  materiallarına  həsr  olunmuş  məcmuələrdə  öz  əksini  tapmışdır. 

Mülki hüquq kafedrası elmi-tədqiqat işlərini keyfiyyət göstəricilərinə xüsusi diqqət 

vermişdir.  Bu  məqsədlə    elmi-tədqiqat  işlərində  irəli  sürülən  təkliflər 

ümumiləşdirilərək    qanunvericiliyin  təkmilləşdirilməsi  üçün  qanunvericilik 

təşəbbüsü olan orqanlara konkret olaraq Ali Məhkəməyə təqdim edilmişdir. 

 

 



Prof.  M.D.Dəmirçiyeva  Hüquq  fakültəsinin  Müdafiə  Şurasının 

üzvüdür. 

 

 

Kafedranın  professor-müəllim  heyəti  bir  necə  müdafiə  şurasının  üzvələri 



olmuşdular. 

 

Kafedra əməkdaşları tərəfindən xeyli tədris metodik vəsaitlər hazırlanıb dərc 



etdirilmiş,    onlar  beynəlxalq  və  respublika  əhəmiyyətli    konfrans  və 


simpoziumlarda  məruzələrlə  çıxış  etmişlər.  Bu  çıxışların  əksəriyyəti  konfrans  və 

simpoziumların materiallarına həsr olunmuş məcmuələrdə öz əksini tapmışdır.  

 

 

            



2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ 

 

 Hesabat ilində Mülki hüquq kafedrası aşağıdakı tərkibdə işləmişdir: 



 

1.

 



 

 

M.D.DƏMİRÇİYEVA  



 

H.e.d., prof., kafedra müdiri 

1957 

2.

 



 

 

İ.Ə.VƏLİYEV           



 

H.ü.f.d., dos. 

                                  

1948 


 

3.

 



 

 

R.Ə.BAYRAMOV 



 

H.ü.f.d., dos. 

1953                                                                           

4.

 



 

 

A.S.TALIBOV 



 

H.ü.f.d., dos. 

1968 

5.

 



 

S.S.SÜLEYMANLI 

 

H.ü.f.d., dos.   (0,5 ştat) 



1972 

6.

 



 

 

F.F.MİRZƏYEVA     



 

H.ü.f.d.,  dos. 

1982 

7.

 



 

 

Ş.M.YUSİFOV 



 

H.ü.f.d., dos. 

1970 

8.

 



 

 

A.S.RƏSULOV     



 

müəllim (0,5 ştat) 

1963  

9.

 



 

Ü.A.ƏKBƏRLİ 

 

H.ü.f.d., müəllim (0,5 ştat) 



1989 

10.


 

 

 



İ.B.ƏHMƏDOV 

 

H.ü.f.d., dos. (0,25 əvəzçiliklə) 



1965 

11.


 

 

A.X.QƏDİROV  



 

H.ü.f.d., dos. (0,5 əvəzçiliklə) 

1971 

12.


 

 

N.Ə.BAXŞİYEVA 



müəllim (0,25 əvəzçiliklə) 

1983 



13.

 

 



P.A. ƏLİYEVA  

müəllim (saathesabı) 

1980 

14.


 

 

A.V.TALIBOV                                           



müəllim (saathesabı) 

1970 


15.

 

 



A.Y.TALIBOVA 

müəllim (saathesabı) 

1991 

16.


 

 

S.A.MAHMUDOV 



müəllim (saathesabı) 

1987                             

 

T Ə D R İ S    İ Ş İ 

 

Tədris  işi  həmişə  olduğu  kimi  2016/2017-cı  tədris  ilində  də  mülki  hüquq 

kafedrasının  diqqət  mərkəzində  olmuşdur. Tədrisdə  müasir  və  mütərəqqi    üsul  və 

vasitələrdən istifadə etməklə tələbələrin nəzəri biliklərinin yüksəldilməsinə, təcrübi 

vərdişlərə yiyələnməsinə xüsusi əhəmiyyət verilmişdir. 

  Mülki  hüquq  kafedrasının  əməkdaşları  Universitetin  hüquq  fakültəsində 

bakalavr  tədris  pilləsində  «Mülki  hüquq»,  «Roma  hüququ»,  «Vərəsəlik  hüququ», 

«Ailə  hüququ»,  «  Notariat  hüququ»,  «Əqli  mülkiyyət  hüququ»  fənnlərindən 

mühazirə,  seminar  və  təcrübi  məşgələlər  aparmışlar.  Bundan  başqa  kafedranın 

müəllimləri hüquq fakültəsinin  magistratura tədris pilləsi üzrə isə  «Mülki təminat 

hüququ»,  «Məhdud  əşya  hüququ»,  «Mülkiyyət  üzərində  sərəncam  vermək 

öhdəliyi»,  «Ailədə  uşaqların  tərbiyəsinin  sosial  və  hüquqi  problemləri»,  «Ümumi 

öhdəlik hüququ», və s. mühazirələr oxumuş, praktiki məşgələlər aparmışlar. 

  Tədris  planına  və  fərdi  planlara  əsasən  kafedra  üzvlərinin  tədris  yüküm 

(4372 s.)  aşağıdakı kimi olmuşdur: 

1.

 



 

M.D.DƏMİRÇİYEVA  

254 

2.

 



 

İ.Ə.VƏLİYEV           

500 

3.

 



 

R.Ə.BAYRAMOV 

500 

4.

 



 

A.S.TALIBOV 

500 

5.

 



 

S.S.SÜLEYMANLI 

251 



 

   


 

 

Tədris  işinin  təkmilləşdirilməsi  və  yüksək  səviyyədə  təşkil  olunması  həmişə 



Mülki  hüquq  kafedrasının  diqqət  mərkəzində  olmuş,  bu  sahələrdədə  müntəzəm 

məqsədyönülü tədbirlər həyata keçirilmişdir. 

 

Hələ  tədris    ilinin  əvvəlində  –  2016-ci  il  sentyabr  ayının  14-də    kecirilən 



kafedra  iclasında  2016/2017-cı  tədris  ili  üçün  tədris  yükü  müəllimlər  arasında 

bölünüməsi,  kafedra  müəllimlərinin  fənn  sillabusları,  təqvim  planlarının  müzakirə 

və  təsdiqi;  2016/2017-cı  tədris  ili  üçün  kafedranın  illik  iş  planının  müzakirə  və 

təsdiqinin, 2016/2017-cı tədris ili üçün «Mülki hüquq» fənni üzrə  hazırlanmış kurs 

işlərinin mövzuları təsdiq edilsin, 2016/2017-cı tədris ili üçün buraxılış və magistr 

dissertasiya  işlərinin  təxmini    mövzularının  müzakirə  və  təsdiqi  məsələləri 

müzakirəsi edilmişdir. 

 

2016-ci  il  oktyabr  7-də  ayının  2016/2017-cı  tədris  ilində  Mülki  hüquq 



kafedrasının  əyani  şöbə  üzrə  qəbul  olunmuş  magistrantlara  elmi  rəhbərlərin  təyin 

edilməsi  və  dissertasiya  mövzularının  təsdiqi  barədə,  2016/2017-cı  tədris  ili  üçün 

buraxılış  işlərinin    təxmini  mövzuları  müzakirəsi  və  təstiqi  məsələlərinə 

baxılmışdır. 

 

2016-ci  ilin  oktyabr  ayının  17-da  keçirilən  kafedra  iclasında    Mülki  hüquq 



kafedrasının  müəllimi  dos.  Süleymanlı  Sərvər  Süleyman  oğlu  tərəfindən 

hazırlanmış  «Qanunvericilikdəmülkiyyət  haqqında  və  mülki  qanunveriçilik 

6.

 

 



F.F.MİRZƏYEVA     

500 


7.

 

 



Ş.M.YUSİFOV 

500 


8.

 

 



A.S.RƏSULOV     

250 


9.

 

 



Ü.A.ƏKBƏRLİ 

180 


10.

 

 



İ.B.ƏHMƏDOV (0,25 əvəzçiliklə) 

125 


11.

 

 



A.X.QƏDİROV    (saathesabı) 

250 


12.

 

 



N.Ə.BAXŞİYEVA (0,25 əvəzçiliklə) 

135 


13.

 

 



P.A. ƏLİYEVA     (saathesabı) 

126 


14.

 

 



A.V.TALIBOV      (saathesabı)                                   

30 


15.

 

 



A.Y.TALIBOVA  (saathesabı) 

211 


16.

 

 



S.A.MAHMUDOV (saathesabı) 

60 



sisteminə  zidd  olan  ipoteka  ilə  bəzi  müddəalar:problemlər  vgə  həlli  yolları»  

mövzusunda məqaləsinin çapa məsləhət görülməsi.  

 

2016-ci  il  noyabr  ayının  2-də  Mülki  hüquq  kafedrasının  növbəti  iclası 



keçirilmişdir.  Bu  iclasda  31  oktyabr  2016  il  tarixdə  əyani  şöbənin3  kurs,  qr.1446 

qrupunda   «Vərəsəlik  hüququ»   fənnindən  «Vəsiyyət  üzrə vərəsəlik»  mövzusunda 

keçirdiyi  açıq  dərsinin  müzakirəsi    və  qiyabi  şöbə  tələbələri  üçün  imtahan 

biletlərinin təstiqi məsələləri müzakirə oluniuşdur. 

 

2016-ci  il  dekabr  ayının  2-də  2016/2017-cı  tədris  ilində  BDU-nun  Böyük 



Elmi  Şurasının  yeni  tərkibinin  formalaşması  üzrə  namizədlərin  irəli  sürülməsi  və 

əyani  şöbə  tələbələri  üçün  imtahan  biletlərinin  təstiqi  məsələləri  müzakirə 

olunmuşdur. 

 

2016-ci  il  dekabr  ayının  7-də  Mülki  hüquq  kafedrasının  növbəti  iclası 



keçirilmişdir. Bu iclasda qış imtahan sessiyasının keçirilməsi, 2016-çı il üçün elmi-

tədqiqat işlərinin müzakirəsi və təstiqi, doktorantların atesstasiyası v. sair məsələlər 

müzakirə olunmuşdur. 

 

2017-ci il fevral ayının 13-də Mülki hüquq kafedrasının növbəti iclasında  



Mülki  hüquq  kafedrasının  əməkdaşlarının  əmək  haqlarının  artırılmısı,  doktorant 

Yusubova  Türkan  və  magistrant  Şifananova  Gunelin  təqdim  etdikləri  

məqalələrinin çapa məsləhət görüləsi məsələlər müzakirə olunmuşdur. 

 

2017-ci  il  mart  ayının  17-də  Mülki  hüquq  kafedrasının  növbəti  iclasında  II 



kurs  əyani  şöbənin  magistrantlarının  və  qiyabi  şöbə  (ümumi  əsaslar)  V  kurs 

tələbələrinin təcrübəlinin yekunları müzakirə olunmuşdur.  

2017-ci  il aprel ayının  17-də Mülki  hüquq kafedrasının  növbəti  iclasında rektorun 

R-15, R-18 saylı əmrləri ilə kafedra üzvləri tanış olmuşdular.  

2017-ci  il  may  ayının  10-da  Mülki  hüquq  kafedrasının  növbəti  iclasında 

«Azərbaycan » qazetinin 18 mart 2017 tarixli 60 sayında Mülki hüquq kafedrasının 

müdiri  vəzifəsini  tutmaq  ücün  daxil  olan  ərizənin  müzakirəsi  olunmuşdur  və 

rektorun R-47 saylı əmri ilə kafedra üzvləri tanış olunmuşdular. 

 

2017-ci  il  iyun  ayının  2-də  Mülki  hüquq  kafedrasının  növbəti  iclasında 



diplom  işlərinin  ilkin  müzakirəsi,  II  kurs  əyani  macistrantların    dissertasiya 


işlərinin açıq müdafiəyə buraxılması və dosent Azad Talıbovun və doktorant Fidan 

Usubovanın  təqdim  etdikləri    məqalələrinin  çapa  məsləhət  görülməsi  məsələləri  

müzakirə olunmuşdur. 

Həyata  keçirilmiş  tədbirlər  mülki  hüquq  kafedrası  üzrə    tələbələr  və 

magistrantlar  yüksək  göstəricilər  əldə  etmiş  və  aşağıdakı  qiymətlərlə  buraxılış 

işlərini və magistr dissertasiyalarını müdafiə etmişlər: 



Əyani və qiyabi şöbələr üzrə 

 



 

Soyadı, adı və 

atasının adı

 

Orta 


bal 

ÜOMG 


    Mövzu 

Qiymət


 

Quliyeva Fidan 



Nazim q.  

 a/b, qr.1428 

 

88,56  “Uşağın  mənşəyinin  müəyyən 



olunması” 

98(A) 


Novruzova Laura 

Aydın q.  

a/b,qr.1428 

88,56  “Alimentin  ödənilməsi  barədə 

saziş” 


98(A) 

Xanlarova Lalə 



Rafiq q.  

a/b, qr. 1430 

89,34  “Yük  daşınması  müqaviləsi  və 

onun növləri” 

95(A) 

 



Dadaşzadə Ağadadaş 

Etibar o  

 i/b, qr.ing-3 

 

90,68 



“Yaradıcılıq 

fəaliyyətinin 

nəticələri 

mülki 


hüququn 

obyekti kimi” 

98(A) 

   


 5 

Zülfüqarlı Nərmin 

Həsən q.  

a/b, qr.H2S 

 

85,13 


“Alqı-satqı  müqavilələri  üzrə 

alıcıların 

hüquqlarının 

müdafiəsi mexanizmi” 

88(B) 

 

Magistratura tədris pilləsi üzrə 



Əyani şöbə üzrə 

 

 



 

 

 



 

 

Mülki hüquq kafedrasında təcrübədə nəzəri biliklərin düzgün tətbiq edilməsi 



vərdişini  aşılamaq  üçün  tələbələrin  və  magistrantların  tədris,  istehsalat  və  elmi-

№ 

Magistrantın adı, soyadı, 

atasının adı 

qiymət 

1.

 



Məmmədli Nərgiz  

A (50) 

2.

 



Şifananova Gunel 

A (50) 



pedaqoji  təcrübə  keçmələrinə  xüsusi  diqqət  verilmişdir.  Fakültənin  ümumi  tədris 

planına  əsasən  tələbələrin  və  magistrantların  tədris,  istehsalat  və  elmi-pedaqoji 

təcrübə keçmələri təşkil edilmişdir. 

Təcrübənin gedişatına təcrübə rəhbərləri tərəfindən müntəzəm nəzarət edilmiş 

və məqbullar keçirilmişdir. 

 

Elmi tədqiqat işlərinin əsas istiqamətləri, 

mövzuların qısa annotasiyası və yerinə yetirilməsi 

 

VƏ YERİNƏ YETİRİLMƏSİ 

            

PROBLEM: Azərbaycanda mülkiyyət münasibətlərinin hüquqi tənziminin 

problemləri  (01.01.2016-31.12.2016

 

İŞ: Ər-arvadın əmlakının qanuni rejimi 

Mərhələ:      Ər-arvadın  birgə  mülkiyyətinin  qanuni  rejiminin  anlayışı  Azərbaycan 

Respublikasının Ailə Məcəlləsinin 31 -ci maddəsində verilmişdir. Ər-arvadın birgə 

mülkiyyətinin  rejimi  onların  əmlakının  qanuni  rejimi  hesab  olunur.  Nikah 

müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi 

fəaliyyət  göstərir.  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsindəki  bu  müddəa  ailə 

kəndli  təsərrüfatının  üzvləri  olan  ər-arvada  şamil  edilmir.  Mülki  qanunvericiliyə 

görə  ümumi  mülkiyyət  iki  növ  mülkiyyətə  bölünür.  Iki  və  ya  bir  neçə  şəxsin 

mülkiyyətində  olan  əşya  mülkiyyət  hüququnda  mülkiyyətçilərin  hər  birinin  payı 

müəyyənləşdirilibsə, 

mülkiyyət 

paylı 

hesab 


edilir, 

belə 


paylar 

müəyyənləşdirilmədikdə  ümumi  mülkiyyət  birgə  mülkiyyət  adlanır.  Əşyaya 

ümumi  mülkiyyət,  qanunvericilikdə  həmin  əşyaya  birgə  mülkiyyət  yaranmasının 

nəzərdə  tutulduğu  hallar  istisna  olmaqla,  paylı  mülkiyyət  hesab  edilir.  Mülki 

qanunvericiliyə  görə  ümumi  mülkiyyət  təyinatı  dəyişdirilmədən  bölünə  bilməyən 

əşyanın  iki  və  ya bir  neçə şəxsin  mülkiyyətinə  daxil olması zamanı  yaranır. Yəni 

əşya  bölünməz  və  ya  qanunla  bölünməli  olmayan  əşya  deyildirsə,  onun  üzərində 



olan  ümumi  mülkiyyət  paylı  mülkiyyətdir.  Ər-arvadın  əmlakının  qanuni  rejimi  

deyərkən  rəsmi  nikah  qeydiyyatında  olan  və  nikah  dövründə  əldə  edilən  əmlakın 

nikaha  xitam  verilərkən  qanunla  müəyyən  olunmuş  qaydada  bölgüsü  nəzərdə 

tutulur. Qanunla müəyyən olunmuş ər-arvadın ümumi birgə mülkiyyətinin bölgüsü 

nikaha xitam verilmədəndə məhkəmə qaydasında müəyyən edilə bilər. 

 

 

 

 

 

 

 

/İcraçı - Prof. M.D.Dəmirçiyeva/ 

    İŞ: Qeyri mülkiyyətçi mənzil istifadəçilərinin hüquq və vəzifələri 

   Məqsəd:  Elmi-tədqiqat  işinin  məqsədi    qeyri  mülkiyyətçi  mənzil  istifaçilərinin 

Mülki Məcəllənin qüvvə yə mindiyi tarixədək /01.09.2000/ əmələ gəlməşi istifadə 

hüquqlarının  tabe  olduğu  hüquqi  rejimi  tədqiq  etmək,  sonra  MM-nin  qüvvəyə 

mindiyi  tarixdən  14.12.2005  tarixədək  olan  dövr  ərzində    qeyri  mülkiyyətçilərin 

əmələ  gələn  istifadə  hüquqlarının  tabe  olduğu  hüquqi  rejimi    müəyyən  etmək  və 

nəhayət  MM-nin  228.5  maddəsinin  qüvvəyə  mindiyi    tarixdən  /14.12.2005/    Yeni 

Mənzil  Məcəlləsinin  qüvvəyə  mindiyi  /01.12.2009/  tarixədək  dövr  ərzində  qeyri 

mülkiyyətçilər üçün əmələ gələn istifadə hüquqlarının tabe olduğu rejimi  müəyyən 

etmək. 

Yaşayış  sahəsi  mülkiyyətçisinin  ailə  üzvlərinə  həmin  mülkiyyətçi  ilə  ona 



məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə 

onun  uşaqları  və  valideynləri  aid  edilir.  Digər  qohumlar,  mülkiyyətçinin 

himayəsində olan əmək qabiliyyəti olmayanlar  mülkiyyətçi tərəfindən ailə üzvləri 

kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 

Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma 

yoxdursa,  mülkiyyətçinin  ailə  üzvləri  həmin  yaşayış  sahəsindən  onunla  bərabər 

istifadə  etmək  hüququna  malikdirlər.  Yaşayış  sahəsinin  mülkiyyətçisinin  onunla 

birgə  yaşayan  ailə  üzvləri  həmin  yaşayış  sahəsindən  təyinatı  üzrə  istifadə  etməyə 

və onun saxlanmasını təmin etməyə borcludurlar. 

Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma 

yoxdursa,  mülkiyyətçinin  mülki  hüquqi  fəaliyyət  qabiliyyətli  ailə  üzvləri  həmin 

yaşayış  sahəsinin  istifadəsindən  irəli  gələn  öhdəliklər  üzrə  mülkiyyətçi  ilə  birgə 

məsuliyyət daşıyırlar. 



Əgər  yaşayış  sahəsinin  mülkiyyətçisi  ilə  keçmiş  ailə  üzvü  arasında  başqa 

razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam 

verildikdə,  keçmiş  ailə  üzvünün  həmin  yaşayış  sahəsindən  istifadə  hüququ 

saxlanmır.  Yaşayış  sahəsinin  mülkiyyətçisinin  keçmiş  ailə  üzvünün  yaşayış 

sahəsini  əldə  etməyə  və  ya  yaşayış  sahəsindən  istifadə  hüquqlarını  həyata 

keçirməyə  əsasları  olmadıqda,  yaşayış  sahəsinin  mülkiyyətçisinin  keçmiş  ailə 

üzvünün  maddi  vəziyyəti  və  diqqətə  layiq  digər  hallar  özünü  yaşayış  sahəsi  ilə 

təmin  etməyə  imkan  vermədikdə,  keçmiş  ailə  üzvünün  göstərilən  mülkiyyətçiyə 

məxsus  olan  yaşayış  sahəsindən  müəyyən  müddətə  istifadə  hüququ  məhkəmənin 

qərarı əsasında saxlanıla bilər. 

Əgər  yaşayış  sahəsinin  mülkiyyətçisi  ilə  keçmiş  ailə  üzvü  arasında  başqa 

razılaşma  yoxdursa,  məhkəmənin  Mənzil  Məcəllənin  30.4-cü  maddəsinin 

müddəaları  nəzərə  alınmaqla  qəbul  edilmiş  qərarı  ilə  müəyyənləşdirilən  yaşayış 

sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən 

istifadə  hüququna  xitam  verilir.  Göstərilən  müddət  başa  çatanadək  keçmiş  ailə 

üzvünün  yaşayış  sahəsindən  istifadə  hüququna  mülkiyyətçinin  yaşayış  sahəsinə 

mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə 

belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 

Məhkəmənin  Mənzil  Məcəllənin  30.4-cü  maddəsinin  müddəaları  nəzərə 

alınmaqla  qəbul  edilmiş  qərarı  əsasında  yaşayış  sahəsindən  istifadə  edən  keçmiş 

ailə  üzvü  Mənzil  Məcəllənin  30.2-30.4-cü  maddələrində  nəzərdə  tutulmuş  vəzifə 

və məsuliyyəti daşıyır. 

Mülkiyyətçi  ilə razılaşma əsasında  yaşayış sahəsindən  istifadə edən  vətəndaş 

belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara  malikdir və müvafiq olaraq 

vəzifə və məsuliyyət daşıyır. 

                                                                     /İcraçı - Dos.R.A.Bayramov/ 



   İŞ: Mülkiyyət hüququnun məhdudlaşdırılması 

  MƏRHƏLƏ:  Mülkiyyət  hüququ  anlayışı  öz  mənbəyini  Roma  hüququndan 

götürmüşdür.  Romada  mülkiyyət  hüququnu  ifadə  etmək  üçün  «proprietas» 

istilahından  istifadə  olunurdu.  Roma  hüquqşünasları  mülkiyyət  hüququnun  dəqiq  



tərifini verməmişdilər. Mülkiyyətə sadəcə olaraq, şəxs /mülkiyyətçi/ olmayan və ya 

dövriyyə  qabiliyyətli  hər  cür  əşya  kimi  baxılırdı.  Onlar  yalnız  mülkiyyət 

hüququnun  məzmununu  /elementlərini/,  yəni  mülkiyyətçinin  səlahiyyətlərini 

müəyyən  etmişdilər.  Mülkiyyətçinin  özünə  məxsus  əşya  barəsində  aşağıdakı 

hüquqlara  malikdir:  əşyadan  istifadə  hüququ;  əşyadan  gəlir;  bəhər  almaq  hüququ;  

sərəncam  hüququ  Roma  hüququ  mülkiyyət  hüququnun,elementlrinin,  yəni 

mülkiyyətçinin  ayrı-ayrı  səlahiyyətlərinin  siyahısını  qəti  olaraq  müəyyən  etmirdi. 

Bu onunla əlaqədar idi ki, roma hüququna görə, mülkiyyətçi ona məxsus olan əşya 

barəsində  qanunla  birbaşa  qadağan  olmayan  hər  şey  edə  bilərdi.  Belə    təsəvvür 

yaranır  ki,  Roma  hüquqşünasları  vahid  mülkiyyət  anlayışı,  mülkiyyət  hüququ 

sahəsində  dəqiq  hüquqi  termin  işləyib  hazırdamasalarda,  onların  mülkiyyət 

hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir qanunvericiliyin 

prinsipial əsasını təşkil edir. 

  

Mülkiyyət  hüququnun  məhdudlaşdırılması  ilə  əlaqədar  qanunvericiliukdə 



təsbit  olunan  normaların  mükəmməlləşdirilməsinə  ciddi  ehtiyac  duyulduğu  üçün 

qanunvericiliyin  təkmilləşdirilməsi  üçün  təkliflər  hazırlamaq.  Onun  üçün  nəzəri 

ədəbiyyatın və təcrübənin tədqiq edilməsi nəzərdə tutulmuşdur.  

 

 



 

 

 



 

        / İcraçı - Dos.İ.Ə.Vəliyev/ 



  İŞ:  Mülki  hüquqların  müdafəsi  üsullarının(  tədbirlərinin)  Mülki  Məcəllənin 

ayrica fəslində tənzimlənilməsinin aktuallığı 



  MƏRHƏLƏ:  Müasir    AR  Mülki  Məcəlləsində  mülki  hüquqların  müdafiəsinin 

formaları,  vasitələri  və  üsulları    dəqiq  sistemləşdirilməmişdir.  Bu  məhkəmə 

təcrübəsində  bir  sıra  problemlərə  gətirib  çıxarır.  Məhs  bu  səbəbdən  də  mülki 

hüquqların  müdafiəsinin  forma,  üsul  və  vasitələrinin  MM-nin  ayrıca  fəslində 

nəzərdə  tutulması    ,onların  tətbiqi  mexanizminin  fərqləndirilməsi,  aktual  

məsələlərdir.Bu kimi aktual məsələni elmi müstəvidə tədqiq edilməsi  mövzusunun 

məqsədini təşkil edir. 

 

 



 

 

 



       

 

/İcraçı - Dos.A.S.Talıbov/  



   İŞ:  Ər-ərvadın  ümumi  əmlakı  üzərində  hüquqları  və  hər  birinin  mülkiyyət 

hüququ  




MƏRHƏLƏ:    Bu  mövzuya  xas  olan  bəzi  xüsusiyyətlər  var,  onlara  nikahın 

bağlanması  nöqteyi-nəzərdən  baxılmalıdır.  Nikah  bir  hüquqi  faktdır  və  onun  baş 

verməsi  hüquqi  nəticələr  doğurur.  Nikahın  bağlanmasından  sonra  ər  və  arvadın 

müəyyən  hüquqi  statusa  malik  olduğunu  və  onların  müəyyən  hüquq  və  vəzifələri 

yaranır.  AR  Ailə  Məcəlləsi  ər  və  arvadın  şəxsi  və  əmlak  hüquqlarını  müəyyən 

edir. Nikahın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatından sonra, əgər nikah 

müqaviləsində  başqa  şərt  qoyulmayıbsa,   ər  və  arvadın  tərəfindən  alınacaq  əmlak 

onların 


birgə 

mülkiyyəti 

hesab 

olunur, 


lakin 

bəzi 


istisnalar 

da 


mövcuddur.   Mövzunu  tədqiq  edərkən  nəyin  ər  və  arvadın  birgə  mülkiyyəti 

olmadığını qeyd etmək vacibdir. Nikaha daxil olanadək ər və arvada  məxsus olan 

əmlak, habelə nikah dövründə  hədiyyə şəklində və ya  vərəsəlik qaydasında, digər 

əvəzsiz  əqdlər  üzrə  əldə  etdikləri  əmlak  ər-arvadın  hər  birinin  ayrıca 

mülkiyyətindədir.  Fərdi  istifadə  şeyləri  (geyim,  ayaqqabı  və  s.)  nikah  zamanı  ər-

arvadın  ümumi  vəsaiti  hesabına  əldə  edilsə  də,  ər-arvaddan  kimin  istifadəsində 

olubsa, ona məxsusdur, lakin zinət əşyaları istisna təşkil edir. 

   Nikah  dövründə  ər-arvad  tərəfindən  alınan  hər  bir  əmlak  onların  ümumi  birgə 

mülkiyyətinə  keçir.  Əmlak  üzərində  sərəncam,istifadə  və  sahiblik  hüquqlarına 

malikdirlər. Ər-arvad bu hüquqlarını bir-biri ilə razılaşdırıb həyata keçirirlər. Lakin 

vərəsəlik  qaydasında  və  ya  hədiyyə  şəklində  və  digər  əvəzsiz  əqdlər  üzrə  alınan 

əmlak onların hər birinin şəxsi əmlakı sayılır.                                                                  



                                                                                /İcraçı - Müəl.F.F.Mirzəyeva/ 

          İŞ  :Ümumi  paylı  mülkiyyət  nizamını  pozan  paylı  mülkiyyətçinin  mülki 

məsuliyyəti ilə bağlı problemlər və həlli yolları 



           MƏRHƏLƏ:  Tədqiqat  işində  ümumi  paylı  mülkiyyətdə  olan  əşyanın  mül-

kiyyətçilərinin  hər  hansı  birinin  qanunda  nəzərdə  tutulan  vəzifələrinin  kobud 

şəkildə davamlı olaraq pozması nəticəsində digər mülkiyyətçilərin öz hüquqlarının 

həyata  keçirilməsi  bir  çox  hallarda    praktiki  olaraq  mümkünsüz  hala  gəlməsi 

nəticəsində  problemlər  analiz  ediləcək.  Bu  analiz  nəticəsində  məsələ  ilə  bağlı 

praktiki  cəhətdən  mövcud  qaydaların  düzgün  və  məqsədəuyğun  təfsir  edilməsi  ilə 

bağlı  həlli  yolları  göstəriləcək  və  eyni  zamanda  qanunvericilikdə  məsələ  ilə  bağlı 



hər  gürə  qeyri  müəyyənliklərin  aradan  qaldırılması  məqsədi  ilə  təklifılər  nəzərdə 

tutulacaq.  Belə  ki,  paylı  mülkiyyəçi  ümumi  paylı  mülkiyyət  nizamı  ilə  bağlı 

qaydaları  bu  cür  ağır  şəkildə  pozduqda  bu  pozuntu  onun  üçün  hüquqi  məsuliyyət 

əmələ gətirməlidir. Bu cür pozuntu hallarında digər paylı mülkiyyətçilərin yalnızca 

maddi  təzminat  (kompensasiya)  tələblərinin  olduğu  ilə  kifayətlənmək  əksər 

hallarda  hüquqların  səmərəli  şəkildə  qorunmasını  təmin  etmir.  Çünki  əksər 

hallarda  bu  maddi  zərərlər  həm  az  olur,  həm  də  bunların  sübut  olunması 

mümkünsüz  olur.  Halbuki,  bu  cür  ağır  pozuntu  digər  paylı  mülkiyyətçilərin 

pozanla birlikdə paylı mülkiyyət mülkiyyət münasibətini davam etdirmək iradəsini 

sarsıdır və bu kimi hallarda yalınızca yuxarıda qeyd olunan şəkildə maddi təzminat 

tələbləri  ilə  kifayətlənilməsi  hüquqların  lazımi  şəkildə  qorunması  məqsədinə 

xidmət etmir. Nəticədə, bir paylı mülkiyyətçi tərəfindən paylı mülkiyyət nizamının 

ağır  və  kobud  şəkildə  pozulması  qarşısında  digər  paylı  mülkiyyətçilər  üçün 

yalnızca  maddi  təzminat  tələbləri  ilə  kifayətlənilməsi  faktiki  olaraq  onları  hüquqi 

baxımdan çarəsiz hala gətirmək deməkdir.  

                                                                                /İcraçı - Dos.S.S.Suleymanlı/ 



          İŞ  Mülkiyyət  hüququna  xitam  verilən  zaman  nəzəriyyədə  və  təcrübədə  rast 

gəlinən problemlər və onların həlli yolları 



           MƏRHƏLƏ:  Tədqiqat  işinin əsas məqsədi  AR-sı  mülki qanunvericiliyində 

mülkiyyət hüququnun xitamı əsaslarını araşdırmaq, qanunvericilikdə mövcud olan 

boşluqlara  münasibət  bildirmək,  müqayisəli  təhlillər  aparmaqla  qanunvericiliyin 

təkmilləşdirilməsi  istiqamətində  təkliflər  vermək,  həmçinin  doktorinada    və 

təcrübədə  rast  gəlinən  problemləri  araşdırmaq,  bu  istiqamətdə  təkliflər  irəli  sür-

mək. 


Mülkiyyətin  heç  bir  növünə  üstünlük  verilmir.  Mülkiyyət  hüququ,  o 

cümlədən  xüsusi  mülkiyyət  hüququ  qanunla  qorunur.  Hər  kəsin  mülkiyyətində 

daşınar  və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ  mülkiyyətçinin  təkbaşına 

və  ya başqaları  ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək  və onun 

barəsində sərəncam vermək hüquqlarından ibarətdir.  



Hüquqi  dövlət  və  demokratik  cəmiyyətdə  mülkiyyət  toxunulmazdır. 

Mülkiyyətin  tam  həcmdə  müdafiəsi  hüquqi  dövlətə  xas  olan  ali  dəyərlərdən  biri 

kimi  qiymətləndirilir.  Konstitusiya  mülkiyyət    hüququnu  təsbit  etməklə  onun 

effektiv  vasitələrlə  təmin  olunmasına  da  zəmanət  vermişdir.  Məhz  buna  görə 

mülkiyyət  hüququ  əsas  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları  arasında 

göstərilmişdir.  

Bütün bunlar mülkiyyət hüququnun yaranması əsaslarının aktuallığını artırır. 

Bu 


mövzu,Azərbaycanda 

bazar 


iqtisadiyyatına 

keçid 


və 

əmtəə-pul 

münasibətlərinin  inkişafı  baxımından  da  aktual  olan  bir  mövzudur.  Mülkiyyət 

hüquqlarının  yaranması  əsaslarının  öyrənilməsi,  mülki  hüququn  ən  vacib 

məsələlərindəndir.  Belə  ki,  mülkiyyətin  normal  mülki  dövriyədə  heç  bir  hüquq 

münasibətini,  mülkiyyət  hüququnun  yaranması,  ləğv  edilməsi  dəqiq  qaydası 

olmadan  təsəvvür  edə  bilmərik.    Mülkiyyət  hüququ,  maddi  və  əqli  dəyərləri 

yaratmaq,  əldə  etmək,  əldə  saxlamaq,  bunlar  barədə  sərəncam  vermək  hüququ 

mənasını  verən  bir  termin  olaraq  istər  xüsusi  hüquq,  istərsə  də  ümumi  hüquq 

baxımından  büyük  əhəmiyyətə  malik  olan  anlayışdır.  Xüsusi  hüquq,  mülkiyyətin 

fiziki  və  hüquqi  şəxslər  tərəfindən  əldə  edilməsi,  istifadəsi  və  itirilməsiylə 

maraqlanırsa,  ümumi  huquq,  bunu  insan  hüquqlarından  biri  kimi  qəbul  etməklə 

birlikdə,  ümumi  mülkiyyət  mövzusu  ilə  yanaşı,  bu  hüququn  dövlət  tərəfindən 

məhdudlaşdırılması  ilə  əlaqədar  nəzəri,  praktik  məsələlərlə  maraqlanır.  Mülkiyyət 

hüququ  iqtisadiyyat  və  siyasət  tarixində  həmişə  mübahisələrə  səbəb  olmaqla 

birlikdə,  ümumi  huququn  da  ən  çox  mübahisə  edilən  mövzularından  olmuşdur.  

Mülkiyyət hüququnun əsas etibarilə nə mənaya gəldiyi, əhatə dairəsi, insan hüququ 

kimi  mahiyyəti,  başqa  insanlar  qarşısında  irəli  sürülmə  tərzləri  kimi  mövzular, 

ümumi  hüquq  içərisində  fərqli  məktəb, anlayış  və sistemlərin  yaranmasına, dünya 

iqtisadi  və  siyasi  sistemində  isə  başda  marksist  və  kapitalist  düşüncələr  olmaq 

üzərə fərqli yanaşmaların meydana gəlməsinə səbəb olmuşdur. 

                                   

 

 

 

 

 

/İcraçı -  Ş.M.Yusifov/    

     İŞ: Nəzarətsiz heyvanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi 




     MƏRHƏLƏ:          Tədqiqat  işinin  əsas  məqsədi  mülkiyyət  hüququnun  yaranma 

əsaslarından  biri  kimi  nəzarətsiz  heyvanlarla  bağlı  qanunvericiliyi  təhlil  etmək, 

Roma  hüququ  ənənələrinə  əsaslanmaqla  bu  institutun  hüquqi  tənzimi  məsələlərini 

araşdırmaq,  bir  sıra  xarici  ölkələrin  qanunvericiliklərini  təhlil  etməklə  bu 

istiqamətdə AR-sı MM-nin təkmilləşdirilməsi məqsədi ilə təkliflər irəli sürmək. 

Nəzarətsiz  heyvan  haqqında  danışmazdan  öncə  diqqət  yetirməli  olan  məsələ 

odur  ki,  nəzarətsiz  heyvanlar  hansı  heyvanlardır.  Qanun  bu  heyvanların  dairəsini 

müəyyən  etmir.  Bunun  ev  heyvanı  və  ya  vəhşi  heyvan  olması  barədə  də  heç  bir 

norma  yoxdur.  Ev  heyvanlarının  mühafizəsi  haqqında  Avropa  konvensiyasında 

sahibsiz  heyvana  anlayış  verilmişdir.  Orada  qeyd  olunur  ki,   Sahibsiz  heyvan 

dedikdə,  küçədə,  yaxud  sahibinin  evindən  kənar  ərazidə  yaşayan,  sahibinin 

nəzarəti  altında  olmayan  ev  heyvanı  nəzərdə  tutulur  odur  ki,  həmin  heyvan 

tutulduğu  anda  heç  kəsin  təsərrüfatında  sayılmır.  Ancaq  dolayısı  ilə  qanunun 

məntiqi  təhlili  onu  göstəriri  ki,  söhbət  burda  ev  heyvanlarından  gedir.  Qanunda 

göstərilən  normadan  belə  qənaətə  gəlmək  olar  ki,  nəzarətsiz  heyvan  heç  kimin 

təsərrüfatında olmayan heyvandır ki, öz sahibinin təsərrüfatından hansısa səbəbdən 

ayrı düşmüşdür.  AR MM-in 192-ci  maddəsinə  əsasən  nəzarətsiz və  ya otlamağa 

buraxılmış  mal-qaranı  və  ya  digər  nəzarətsiz  heyvanları  tutan  şəxs  onları 

mülkiyyətçisinə  qaytarmalıdır,  heyvanların  mülkiyyətçisi  və  ya  onun  olduğu  yer 

bilinmədikdə  isə,  onları  tutduğu  andan  ən  geci  üç  gün  keçənədək  aşkar  etdiyi 

heyvanlar  barədə  polisə  xəbər  verməlidir;  polis  mülkiyyətçinin  axtarılması  üçün 

tədbirlər görməlidir.  

 

 

 



 

 

 



             /İcraçı- Müəl.A.S.Rəsulov/   

 

4. DƏRC OLUNMUŞ  ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI 

 

 

 



 

 

Prof.M.D.Dəmirçiyeva 

1. Azərbycan Respublikasında nikahsiz birgə yaşama və nikah.

 

Məqalə. 



Azərbaycan xalqının Ümümmilli lideri H.Əliyevin anadan olmasının  93-ci il 

dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr 

olunmuş «Hüquq elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan 



hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları « mövzusunda elmi 

nəzəri konfransın materialları. Bakı, 2016 (46-49) 

2. Müasir dövrdə Azərbaycanda multikulturalizm ənənələrinin ailə münasibətlərinə 

tətbiqinin inkişaf harmoniyası. Məqalə. Mədəni müxtəliflik: dünya və Azərbaycan. 

Beynəlxalq elmi-praktik konfrans 29 aprel 2016-cı il. Bakı, 2016. (183-187) 

3.

 

Mülkiyyət    hüququnun    yaranmasi    əsaslari.  Azərbaycan  xalqinin  ümummilli 

lideri Heydər Əliyevin anadan olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər 

Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-

praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (234-237) . 

4. Nikah müqaviləsinin inkişaf tarixi. Nəqliyyat hüququ. № 1. Bakı , 2017.  ss 75-

84 


5. Ailə qanunvericiliyinin inkişaf tarixinın qısa oçerki.  

 

Dos. R.Ə.Bayramov 

1.

 

Деликатная  ответственность  за  вред,  причиненный  государственными 



органами,  органами  местного  самоуправления  и  их  должностными 

лицами.  Məqalə.  Azərbaycan  xalqının  Ümümmilli  lideri  H.Əliyevin  anadan 

olmasının    93-ci  il  dönümünə  və  Azərbaycan  MEA  Fəlsəfə  və  Hüquq 

İnstitutunun  70-illiyinə  həsr  olunmuş  «Hüquq  elminin  müasirproblemləri: 

Azərbaycan Respublikasında  insan  hüquq  və azadlıqlarının  müdafiəsinin  yeni 

tendensiyaları»  mövzusunda  elmi  nəzəri  konfransın  materialları.  Bakı,  2016 

(173-176) 

2.

 



Обязательства,  возникающие  вследствие  причинения  вреда.  Azərbaycan 

xalqinin  ümummilli  lideri  Heydər  Əliyevin  anadan  olmasinin  93-cü 

ildönümünə  həsr  olunmuş  “Heydər  Əliyev  və  Azərbaycanda  hüquqi  dövlət 

quruculuğu”  mövzusunda  beynəlxalq  elmi-praktiki  konfrans  materialları. 

BAKI, 3 iyun 2016-c

ı il. (247-252) . 



Dos. İ.Ə.Vəliyev 

1.

 



AR MM-nin (ümumi hissə) kommetariyası. Həmmüəllif. Bakı, 2017. 


2.

 

Vəsiyyət tapşiriği ilə əlaqədar mülki hüquqi tənziminin problemləri və 



prespektivlər. Azərbaycan xalqinin ümummilli lideri Heydər Əliyevin anadan 

olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda 

hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans 

materialları. BAKI, 3 iyun 2016-cı il. (237-239) . 



Dos. S.S.Süleymanlı 

1.

 



Qanunvericilikdə mülkiyyət haqqına (hüququna) və mülki qanunvericilik sisteminə 

zidd olan ipoteka ilə bağlı bəzi müddəalar: problemlər və həlli yolları. Qanun 

jurnalı. Bakı,№12 (266), 2016.(72-82) . 

Dos.A.S.Talıbov 

1.

 



Система  управления  жильём  в  Азербайджане.  Обучение  управляющих 

жильём  -  практика  и  перспективы.  Минск.  09  ноября  2016    8-ая 

Международная  конференция  МАМН  "«Инициативы  по  созданию  системы 

подготовки  и переподготовки  управляющих  жилой  недвижимостью  и 

системы информирования собственников жилья». Материалы конференции. 

Dos.Ş.M. Yusifov  

1.

 



Kredit  müqaviləsinin  hüquqi  tənziminin  bəzi  problemləri.  Məqalə.  Azərbaycan 

xalqının  Ümümmilli  lideri  H.Əliyevin  anadan  olmasının    93-ci  il  dönümünə  və 

Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq 

elminin  müasirproblemləri:  Azərbaycan  Respublikasında  insan  hüquq  və 

azadlıqlarının  müdafiəsinin  yeni  tendensiyaları  «  mövzusunda  elmi  nəzəri 

konfransın materialları. Bakı, 2016 (173-176) 

2.

 

Kredit    müqaviləsinin    növləri.  Azərbaycan  xalqinin  ümummilli  lideri  Heydər 



Əliyevin  anadan  olmasinin  93-cü  ildönümünə  həsr  olunmuş  “Heydər  Əliyev  və 

Azərbaycanda  hüquqi  dövlət  quruculuğu”  mövzusunda  beynəlxalq  elmi-praktiki 

konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (242-244) . 

Dos.F.F.Mirzəyeva 

1.

 



Способы  усовершенствования  процесса  заключения  брака  как  мера 

правовой защиты семьи в Азербайджанской  Республике. Məqalə. Azərbaycan 

xalqının  Ümümmilli  lideri  H.Əliyevin  anadan  olmasının    93-ci  il  dönümünə  və 



Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq 

elminin  müasirproblemləri:  Azərbaycan  Respublikasında  insan  hüquq  və 

azadlıqlarının  müdafiəsinin  yeni  tendensiyaları»  mövzusunda  elmi  nəzəri 

konfransın materialları. Bakı, 2016 (181-185) 

2.

 

Защита прав и интересов супругов, детей и родителей при унификации норм 



семейного  права.  Azərbaycan  xalqinin  ümummilli  lideri  Heydər  Əliyevin  anadan 

olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi 

dövlət  quruculuğu”  mövzusunda  beynəlxalq  elmi-praktiki  konfrans  materialları. 

BAKI, 3 iyun 2016-c

ı il. (239-242) . 

3.

 



Способы,  формы  и  методы  защиты  семейных  прав   и  укрепления  семьи  по 

законодательству  Азербайджанской  Республики.  Bakı,Qanun  jurnalı,  01, 

2016. №1 

müəl. A.S.Rəsulov 

1.

 



Miras qoyanın əmlak hüquq və vəzifələri. Azərbaycan xalqinin ümummilli 

lideri Heydər Əliyevin anadan olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər 

Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-

praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il.(252-255) 



 

h.ü.f.d.  N.Ə. Baxşiyeva 

 

DOKTORANTLAR 



 

Yusubova Türkan Aydın qızı - -doktorant

  

 



1.     Məqalə  “Məhdud  əşya  istifadə  hüquqlarının  inkişaf  tarixi” Azərbaycan 

xalqinin  ümummilli  lideri Heydər  Əliyevin anadan  olmasinin  93-cü  ildönümünə 

həsr  olunmuş  “Heydər  Əliyev və  Azərbaycanda  hüquqi  dövlət  quruculuğu” 

mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları, Bakı, 2016 




2.     Statğə  “Teoretiçeskie  i  praktiçeskie  aspektı  izcətiə  zemelğnıx  uçastkov 

dlə qosudarstvennıx nujd kak odna iz form oqraniçeniə prava sobstvennosti” Jurnal 

Qradostroitelğnoe pravo, Moskva, No. 1, ənvarğ, 2017; 

3.     Statğə  «Sobstvennostğ  kak  gkonomiçeskaə  i  öridiçeskaə  kateqoriə»  v 

materialax  mejdunarodnoy  nauçno-praktiçeskoy  konferenüii  pod  nazvaniem 

«Vliənie  inteqraüionnıx  tendenüiy  na  razvitie  oteçestvennoqo  prava»  Odesskoqo 

Qosudarstvennoqo Universiteta  Vnutrennix Del, Odessa, fevralğ, 2017 

4.     Məqalə “Sahiblik hüququnun  mahiyyəti və mülki qanunvericilikdə yeri” 

Bakı, Qanun jurnalı No. 5 (271), may, 2017 

5.     Məqalə  “Mülkiyyət  hüququnun  iqtisadi  münasibətləri”  Azərbaycan 

xalqinin  ümummilli  lideri  Heydər  Əliyevin  anadan  olmasinin  94-cü  ildönümünə 

həsr  olunmuş  “Müasir  dövrdə  Azərbaycan  Respublikasında  hüquq  elminin  və 

təhsilinin  əsas  inkişaf  tendensiyaları”  mövzusunda  beynəlxalq  elmi-praktiki 

konfrans materialları, Bakı, iyun, 2017 



Usubova Fidan Cəbrayıl qızı –doktorant 

1.

 

Nikahin bağlanma qaydasi və şərtləri.

 

Qanun.Elmi hüquq jurnalı. Bakı , 2017. 

2.

 

XX  əsrin  birinci  yarısında  ailə  qanunvericiliyinin  inkişaf  tarixi.  Odlar  Yurdu 

Universitetinin elmi-pedaqoji xəbərləri. №46. Bakı , 2017. 

 

Vüsal İsmayılov doktorant 

1. İpoteka dlə bezrabotnoqo ili kak poluçitğ kredit bez trudoustroystva. Qanun. 

Elmi hüquq jurnalı. № 03 (269). Bakı , 2017. s. 62-65-   

 

MAGİSTRANTLAR  

Məmmədli Nərgiz 

1. Uşaq hüquqlarını müdafiə edən orqan, birlik və təşkilatlar. // Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  anadan  olmasının  93-cü  ildönümünə 

həsr  olunmuş  “Heydər  Əliyev  və  Azərbaycanda  hüquqi  dövlət  quruculuğu” 

mövzusunda beynəlxalq elmi-praktiki konfrans. II cild. 2016. s. 318-321 

2.  Fiziki  şəxslərin  mülki  hüquq  qabiliyyətinin  əmələ  gəlməsi, 




məhdudlaşdırılması  və  xitamı  əsasları.  //  Qanun  elmi  hüquq  jurnalı. 

№ 

01  (267), 



2017. s. 111-115. 

Şifahanova Gunel 

1. Mülki hüquqi məsuliyyətin anlayışı və əlamətlərinin təhlili. // Azərbaycan 

xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə 

həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” 

mövzusunda beynəlxalq elmi-praktiki konfrans. II cild. 3 iyun 2016-cı il. s.316-

318 


2. Mülki hüquqda təqsirsiz məsuliyyət. // Qanun elmi hüquq jurnalı. № 5, 2017. 

 

ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏDBİQİ 

 

 

Kafedra əməkdaşları tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri tədris və 



qanun  yaradıcılığı,  məhkəmə  və  notariat  təcrübəsində    tədbiq  edilmişdir.  Belə  ki, 

Mülki hüquq fənninin  tədrisini daha da yaxşılaşdırmaq məqsədi ilə kafedra üzvləri 

tərəfindən  işlənib  hazırlanmış  tövsiyyələr  tədris  işinə  -  mühazirə  və  təcrübi 

məşğələlərin  aparılmasına  tədbiq  edilir.  Kafedra  üzvlərinin  qanunvericiliyin 

təkmilləşdirilməsi sahəsində irəli sürdükləri təkliflər və tövsiyyələr qanun və qanun 

qüvvəli aktların layihələrinin hazırlanmasında nəzərə alınmışdır.     



 

 

 

Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması 

dissertasiya müdafiəsi və İxtisaslaşmış şuraların fəaliyyti 

 

 

Mülki  hüquq  kafedrasında  aspirantlar  və  dissertantlarla  iş  davam  et-



dirilmişdir.  

 

Kafedrada  doktorant  və  dissertantlarının  işgüzarlığını  artırmaq  və    dis-



sertasiya  işlərini  vaxtında  müdafiəyə  təqdim  etmək  məqsədilə  müəyyən  işlər 

görülmüş.  




 

 

Tələbələrin və gənc tədqiqatçıların(magistrantların) 

                          elmi tədqiqat işləri, konfransda iştirakı 

 

         

1)   Azərbaycan  xalqının  ümummilli  lideri Heydər Əliyevin anadan olmasının 93-

cü  ildönümününə  həsr  olunmu  «Heydər  Əliyev  və  Azərbaycanda  hüquq 

quruculuğu»  mövzusunda  Beynəlxalq  elmi-praktiki  konfransın  materialları.  Bakı, 

2016. 

 

 



Elmi-tədqiqat işlərinin nəticələrinin tədbiqi 

 

 

Kafedra əməkdaşları tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri tədris və 



qanun  yaradıcılığı,  məhkəmə  və  notariat  təcrübəsində    tədbiq  edilmişdir.  Belə  ki, 

Mülki hüquq fənninin  tədrisini daha da yaxşılaşdırmaq məqsədi ilə kafedra üzvləri 

tərəfindən  işlənib  hazırlanmış  tövsiyyələr  tədris  işinə  -  mühazirə  və  təcrübi 

məşğələlərin  aparılmasına  tədbiq  edilir.  Kafedra  üzvlərinin  qanunvericiliyin 

təkmilləşdirilməsi sahəsində irəli sürdükləri təkliflər və tövsiyyələr qanun və qanun 

qüvvəli aktların layihələrinin hazırlanmasında nəzərə alınmışdır. 

 

                  Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması 



dissertasiya müdafiəsi və İxtisaslaşmış şuraların fəaliyyti 

 

Mülki  hüquq  kafedrasında  aspirantlar  və  dissertantlarla  iş  davam  et-



dirilmişdir. 

 

Kafedrada  aspirant  və  dissertantların  işgüzarlığını  artırmaq  və    dissertasiya 



işlərini vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər görülmüş, belə 

ki,    müntəzəm  olaraq  onlarla  söhbətlər  aparılmış,  fərdi  iş  planlarının  yerinə 

yetirilməsi ilə əlaqədar onların hesabatları dinlənilmişdir. 

  Mülki  hüquq  kafedrasında  4  doktorant  (onlardan  1  nəfəri  İran  İslam 

Respublikasının vətəndaşları) . Tədris ilində onların hesabatları dinlənilmiş, fərdi iş 



planlarını  yerinə  yetirmələri  məqbul  hesab  edilmişdir.  Aspirant  və  dissertantlarla 

söhbətlərdən  məlum  olur  ki,  onlar  xarici  ölkələrin  ədəbiyyatlarını  əldə  etməkdə 

çətinlik çəkirlər. Bu məqsədlə Universitetin kitabxanasında müvafiq şöbənin təşkili 

edilməsi 

və 

ədəbiyyatların  sifarişlə    respublikaya  gətirilməsi  işinin 



yaxşılaşdırılmasına ehtiyac vardır. 

  Hər  il  olduğu  kimi  cari  tədris  ilində  də  aspirant  və  dissertantların  elmi 

rəhbərlərlə təmin edilməsi məsələsi problem olmuşdur. 

  Respublikada  mülki  hüquq  ixtisasından  elmlər  doktorları  və  professorların 

olmaması bu problemin həllinə mənfi təsir göstərir. Buna görə dosent elmi adı olan 

müəllimlərə  müstəsna  hal  kimi  aspirant  və  dissertantlara  rəhbərlik  etməyə  icazə 

verilməlidir. 

 

 



 

12.  FAKÜLTƏDƏ ELMİ VƏ ELMİ-PEDAQOJİ     

 

 

 

 

 

KADRLARIN HAZIRLANMASI 

 

Kafedrada  doktorantların  işgüzarlığını  artırmaq  və    dissertasiya  işlərini 



vaxtında  müdafiəyə  təqdim  etmək  məqsədilə  müəyyən  işlər  görülmüş,  belə  ki,  

müntəzəm olaraq onlarla söhbətlər aparılmış, fərdi iş planlarının yerinə yetirilməsi 

ilə əlaqədar onların hesabatları dinlənilmişdir. 

 

Mülki  hüquq  kafedrasında  4  doktorant.  Tədris  ilində  onların  hesabatları 



dinlənilmiş, fərdi iş planlarını yerinə yetirmələri məqbul hesab edilmişdir. 

 

Hər  il  olduğu  kimi  cari  tədris  ilində  də  aspirant  və  doktorantların  elmi 



rəhbərlərlə təmin edilməsi məsələsi problem olmuşdur. 

 

Respublikada  mülki  hüquq  ixtisasından  elmlər  doktorları  və  professorların 



olmaması bu problemin həllinə mənfi təsir göstərir. Buna görə dosent elmi adı olan 

müəllimlərə  müstəsna  hal  kimi  aspirant  və  dissertantlara  rəhbərlik  etməyə  icazə 

verilməlidir. 

 

 



 


 

13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ İXTİSASLAŞMIŞ 

ŞURALARIN FƏALİYYƏTİ 

 

Kafedranın  professor-müəllim  heyəti  bir  necə  müdafiə  şurasının  üzvələri 



olmuşdular. 

 

Prof.M.D.Dəmirçiyeva  AMEA-nın  Fəlsəfə  və  Hüquq  İnstitutunun  daimi 



müdafiə şuranın üzvüdür. 

 

Dos.Ş.M.Yusifov Hüquq fakültəsi Metod şurasının üzvüdür. 



  

Dos. İ.Ə.Vəliyev Hüquq fakültəsi Elmi Şurasının üzvüdür. 



 

Dos.  R.Ə.Bayramov  və  dos.  Ş.M.Yusifov  isə  aşağıdakı  doktorant  və 

dissertantların müdafiə şuralarının (hüquq üzrə fəlsəfə doktoru) üzvü olmuşdular: 

1.

 



Humay Elçin qızı Əfəndiyeva 

2.

 



Ülkər Asif qızı Əkbərli 

3.

 



Leyla Kamil qızı Səlimova 

4.

 



Reyhan Fəhrat qızı Cəfərova 

5.

 



Qulam Heybət oğlu Şükürov 

6.

 



Pərvinnə Fəzail qızıİsmayılova 

7.

 



Mehriban Eldar qızı Babaxanova 

8.

 



İlham Malik oğlu Əliyev 

9.

 



Tavakol Səfər oğlu Lotfi 

10.


 

Aqşin isabala oğlu Quliyev 

11.

 

Səbinə Yaşar qızı Ədiyeva 



12.

 

Sahil Zahir oğlu Hüseynov 



13.

 

Şəhriyar ibrahim oğlu Əliyev (hüquq üzrə elmlər doktoru) 



14.

 

Həbib Fərhad oğlu Abdullayev 



15.

 

Sima Azər qızı Süleymanlı 



16.

 

Leyla Fəqani qızı Fardilova 



17.

 

Ülkər Baqram qızı Yusifova 



18.

 

Ruslan Hikmət oğlu Məmmədli 



19.

 

Rəşad Əflatun oğlu Axundov 



 


 

14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN 

(MAGİSTRANTLARIN) ELMİ TƏDQİQAT İŞLƏRİ 

 (KONFRANSDA İŞTİRAKI) 

 

Kafedra  müdiri  prof.  M.D.Dəmirçiyeva  (həmdə  konfransların  təşkilatcı)  və  



əməkdaşları 2016-ci ildə aşağıdakı konfranslarında iştrak etmişdilər: 

elmi-praktiki konfranslar: 

1 ) BAKI, 24-25  noyabr 2016-cı il. 

 Hüququn  və  hüquqi    təhsilin  keçid  dövründə  olan  ölkələrin  inkişafında    rolu: 

Azərbaycan nümunə kimi. 

2) BAKI, 20  dekabr 2016-cı il 

  Əziz Əsədovun anadan olmasının 100-cü ildönümünə həsr olunmuş «Azərbaycan 

Respublikasında  mülki  hüquq  elminin  formalaşması  və  inkişaf  perspektivləri» 

mövzusunda Respublika səviyyəsində elmi-praktiki konfrans. 

3)

 

MİNSK. 09 noyabr 2016-cı il  

 8-ci  Beynəlxalq  konfrans  MAMN  «Инициативы  по  созданию  системы 

подготовки  и  пререподготовки  управлюяющих  жилой  недвижимостью  и 

системы  информирования  собственников  жилья».  Dosent  A.S.Talıbov 

“Система  управления  жильем  в  Азербайджане.  Обучение  управляющих 

жильем” adlı məruzə ilə cıxış etmişdir. 

 

15. 2017 -ci İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC 

DUYULUR: 

     

Mülki hüquq kafedrasında  aşağıdakı avadanlıqlara ehtiyac var:  

1.

 

Kompüter - 2 ədəd 



2.

 

Printer - 2 ədəd 



3.

 

Sürətçıxarma apparatı - 1 ədəd 



4.

 

Skayner - 1 ədəd 



 


 

16. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR 

 

 



Kafedra  əməkdaşları  tərəfindən  yeni  dərsliklər,

 

dərs  vəsaiti,  elmi,  tədris-



metodik  vəsaitlər  dərc  edilmişdir.  Kafedra  əməkdaşları  Azərbaycan  Respublikası 

Konstitusiya Məhkəməsində dəfələrlə ekspert qismində iştrak etmiş, respublika və 

beynəlxalq  konfranslarda  müxtəlif  mövzularda  tezis  və  məqalələri  ilə  çıxış 

etmişlər. 



 

Mülki hüquq kafedrasının müdiri:                      Prof.M.D.Dəmirçiyeva 

 

 



 

Document Outline

  • Bakı                                                  “____”  “_______________”   2017-ci il
  • H E S A B A T
  • 4. DƏRC OLUNMUŞ  ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
    • Tələbələrin və gənc tədqiqatçıların(magistrantların)
    • elmi tədqiqat işləri, konfransda iştirakı
    • 14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRANTLARIN) ELMİ TƏDQİQAT İŞLƏRİ
    • (KONFRANSDA İŞTİRAKI)

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə