Baki döVLƏt universiteti ekologiya və torpaqşÜnasliq faküLTƏSİ Bİoekologiya kafedrası



Yüklə 70,11 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü70,11 Kb.
#41279


BAKI DÖVLƏT UNİVERSİTETİ  

EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİ 

BİOEKOLOGİYA kafedrası 

 

 

 

 

Fəlsəfə Doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanının  

 

 

 

P R O Q R A M I 

 

 

İxtisas: 2426.01 –“Ekologiya” 

 

 

 

 

 

 

 

Tədris-Metodiki  

Şuranın sədri:                                                                       dos. A.Q.Hüseyinli 

 

Proqramı tərtib edənlər: 

 

Bioekologiya kafedrasının müdiri:                                       prof. N. A. Sadıqova 

 

Bioekologiya kafedrasının dosenti:                                       dos. F.V.Sultan-zadə 

 

 

 

 

B A K I – 2016 

 

 

 

 


Ümumi ekologiya və bioekologiya kursunun 

PROQRAMI 

Mövzu 1. Həyat (yaşayış) mühiti və ekoloji faktorlar. 

Yaşayış  mühitinin  canlı  orqanizmlərlə  qarşılıqlı  əlaqələri.  Orqanizmlərin  mühitə  uyğunlaşması-

adaptasiya.  Ekoloji  faktorlar:  abiotik  (fiziki,  kimyəvi,  edafik  və  ya  torpaq),  biotik,  antropogen. 

Limitləşdirici  faktorlar,  optimum  qanunu  (Y.Libix).  Tolerantlıq  qanunu  (V.Şelford).  Orqanizmin 

həyatında fiziki və kimyəvi mühit faktorlarının əhəmiyyəti. Orqanizmlərin həyatında suyun rolu.   

 

Mövzu 2. Populyasiyalar.   

Populyasiyanın anlayışı və təsnifatı. Populyasiyanın sayı və sıxlığı.  Populyasiyanın bioloji strukturu. 

Populyasiyanın cinsi strukturu. Populyasiyanın yaş strukturu. Populyasiyanın ərazi strukturu. Heyvan 

populyasiyalarının  etoloji  strukturu  (tək  həyat  tərzi,  ailəvi  həyat  tərzi,  koloniyalar,  dəstələr,  sürü). 

Populyasiyalarının  dinamikası.  Say  dinamikasının  tipləri.    K-  və  r-strategiya.  Populyasiyanın 

homeostazı.  

 

Mövzu 3. Biosenozlar 

Biosenozun  strukturu.  Biosenozda  orqanizimlərin  əlaqələri:  trofik,  topik,  forik  əlaqələr.    Neytralizm, 

amensalizm,    reqabət  (konkurensiya),  yırtıcı-şikar,  parazitizm,  kommensalizm,  mutualizm  (simbioz) 

əlaqələri.  Ekoloji nişa, ekoloji məskən. 

 

Mövzu 4. Ekoloji sistemlər 

Ekosistem anlayışı. Biogeosenozun komponentlərinin tərkibi və qarşılıqlı əlaqəsi. Ekosistemin enerjisi. 

Trofik  səviyyə  və  trofik  zənciri.  Produsentlər,  konsumentlər,  redusentlər.  Ekosistemin  bioloji 

məhsuldarlığı:  ilkin  məhsulu  (ümumi  və  təmiz),  ikinci  məhsulu.  Ekoloji  piramidalar:  say,  biokütlə, 

məhsul  və  ya  enerji.  Ekosistemin  dinamikası.  Tsikllik  dəyişmə,  mövsümlü  tsikllər,  çoxillik 

dəyişkənlik. Ekoloji suksessiyalar. Klimaks.  

 

Mövzu 5. Biosfer 

Biosfer  anlayışı.  Canlı  maddə  və  biosferdə  həyatın  paylanması.  Biosferdə  canlı  maddənin  əsas 

funksiyaları.  Təbiətdə  maddələrin  dövranı:  böyük  (geoloji)  və  kiçik  (biogeokimyəvi)  dövran. 

Oksigenin  dövranı.  Karbonun  dövranı.  Azotun  dövranı.    Kükürdün  dövranı.  Fosforun  dövranı. 

Landşaft əsasında biosferin təbii ekosistemlərinin təsnifatı (Y.Odum): yerüstü biomlar (ekosistemlər), 

şirinsulu ekosistem tipləri, dəniz ekosistem tipləri. 

 

Mövzu 6. Müasir global ekoloji problemlər 

Təbii  resurslar  və  onlarin  təsnifatı.  Global  atmosferin  çirklənməsi.  Parnik  (istilik)  qazları  və  onların 

iqlim  dəyişməsinə  təsiri.  Hidrosferin  əsas  ekoloji  xüsussiyyətləri  və  ekoloji  problemləri.  Dəniz  və 

okeanların qorunması. Torpaq sferinin (pedosferin) qlobal funksiyaları. Dünyanın torpaq ehtiyatları və 

istifadəsi.  Səhralaşma  –  qlobal  ekoloji  problemdir.  Bitki  örtüyünün  ətraf  mühitə  təsiri  və  insan 

həyatında  rolu.  Meşəsizləşdirmə    –  qlobal  ekoloji  problemdir.  Dünyanın  müasir  landşaftları.  Bioloji 

müxtəliflik. Biomüxtəlifliyin qorunması. Təbiətdən istifadənin növləri və onun effektivliyi. Tullantısız 

və aztullantılı istehsal. Qlobal problemlərin və proqnozların mahiyyəti. 

 

Mövzu 7. Heyvanların ekologiyası 

Onurğalıların ekologiyasının müasir problemləri. Cografi yayilmasının ekoloji aspekti. Ekoloji qruplar. 

Balıqların  ekoloji  qrupları.  Suda-quruda  yaşayanların  ekoloji  qrupları.  Sürünənlərin  ekoloji  qrupları. 

Quşların  ekoloji  qrupları.  Sinantrop  quşlar.  Məməlilərin  ekoloji  qrupları.  Davranış  və  həyat  tərzi. 

Quşların  həyatının  mövsüm  hadisələri.  Quşların  “sosioloji”  qrupları.  Məməlilərin  həyatının  mövsüm 

hadisələri. Məməlilərin “sosioloji” qrupları. Heyvanlara əhalinin təsiri. Balıqlara əhalinin təsiri. Suda-

quruda  yaşayanlara  əhalinin  təsiri.  Sürünənlərə  əhalinin  təsiri.  Quşlara  əhalinin  təsiri.  Məməlilərə 

əhalinin təsiri. Heyvanların səmərəli istifadə və qorunması. 

 

Mövzu 8. İnsan ekologiyası və ətraf mühitə antropogen təsiri 



Insanın  biososial  təbiəti  və  ekologiya.  İnsanın  təbiətdə  yeri.  Insan  bioloji  növ  kimi.  Insan 

populyasiyası.  Təbiətdə  cəmiyyətin  qarşılıqlı  əlaqələrinin  mərhələləri:  yiğma  və  ovlama,  əkinçilik 

mədəniyyəti,  sənayə  inqilabı.  İnsan  və  ekosistemlər.  Demoqrafik  vəziyyət  və  onun  perspektivləri. 

Antropogen  ekosistemlər.  Kənd  təsərrüfatı  ekosistemləri.  Sənaye  şəhər  ekosistemləri  (landşaftları). 

Təbii  və  aqrosistemləri  müqayisəli  xüsusiyyətləri.  Urbanizasiyanın  ekoloji  aspekti.  Dünyanın  ərzaq 

məhsullarının istehsalı problemləri.  

 

Mövzu 9.  Ekologiya və insan sağlamlığı 

İnsan orqanizminə təsir edən mühit. Dünya əhalisinin saglamlıq problemləri. Təbii ekoloji faktorların 

insanın sağlamlığına təsiri. Yerin təbii resursları-insanın həyat faktoru kimi.  Ətraf mühitin vəziyyəti 

və  onun  insanın  sağlamlığına  təsiri:  atmosfer  havasının  çirklənməsi,  kimyəvi  maddələrlə  çirklənmə, 

texnogen  radioaktivliyi,  iqlimin  istiləşməsi,  hidrosfer  çirklənməsi,  litosferin  çirklənməsi.  Ətraf 

mühitinin  akustik  (səs)  çirklənməsi  və  vibrasiyanın  sağlamlığa  təsiri.  Texnogen  faktorların  insana 

təsiri.  İnsan  və  bioritmlər.  Sağlamlığın  ekocoğrafi  problemləri.  İnsanın  tələbatları.  Həyat  şəraiti  və 

tərzi.  Risk  faktoru.  Təbii  fəlakətlər  və  texnogen  qəzalar.  Texnogen  ekoloji  qəzaların  insana  təsiri. 

Bioloji müxtəlifliyin və genetik ehtiyatların ekologiyası. GMO və məhsulların təhlükəsi. Ətraf mühitin 

sosial faktorları. 

 

Mövzu 10. Təbiətin mühafizəsi və ekoloji təhsil 

Təbiəti  mühafizənin  müasir  forma  və  metodları.  Xüsusi  mühafizə  olunan  ərazilər.  Xüsusi  mühafizə 

olunan  ərazilərin  kateqoriyaları  və  növləri.  Milli  parkların  anlayışı  və  strukturu.  Ekoloji  monitorinq 

anlayışı  və  əsasları.  Davamlı  inkişaf  konsepsiyası.  Ətraf  mühitin  mühafizəsi  işində  beynalxalq 

əməkdaşlıq. Ekoloji təhsil. Ekoloji maarifləndirmə və etika. 

 

Mövzu 11. Azərbaycan Respublikanın ətraf mühitinin ekoloji durumu və ekoloji problemləri 

 

Azərbaycanda atmosfer havasının vəziyyəti. Respublikada iqlim dəyişgənliyi. Ozon qatının mühafizəsi 



üzrə  Azərbaycan  Respublikasının  strategiyası.  Azərbaycan  Respublikası  çaylarının  ekoloji 

problemləri.  Kür  və  Araz  çaylarının  ekoloji  problemləri.  Azərbaycanda  göllərin  ekoloji  vəziyyəti. 

Xəzər  dənizinin  ekoloji  vəziyyəti  və  problemləri.  Xəzərin  neft  və  neft  məhsulları  ilə  çirklənməsi. 

Azərbaycanda  eroziyaya  uğramış  torpaqların  ekoloji  problemləri.  Azərbaycanda  suvarmanın 

problemləri.  Respublikada  səhralaşma  problemleri.  Azərbaycanda  meşəsizləşdirmə  problemləri. 

Otlaqların  istifadəsinin  ekoloji  problemləri.  Azərbaycanda  bioloji  müxtəlifliyin  qorunması  problemi. 

Xəzər regionunda biomüxtəlifliyin əsas risk faktorları. Azərbaycanın xüsusi mühafizə olunan əraziləri: 

qoruqlar, yasaqlıqlar, milli parklar. Milli ekoturizmin vəziyyəti. 



 

İstifadə edilmiş və tövsiyə olunan ədəbiyyat siyahısı. 

1.

 



Mustafayev Q.T.,Sadıqova N.A., Məmmədov A.T., Qarabəyli F.Z. Onurğalı heyvanların 

ekologiyası (ali məktəblər üçün dərslik). Bakı,” Bakı Universiteti “ nəşriyyatı, 2011,344 səh. 

2.

 

Məmmədov Q.S., Xəlilov M.Y. Ekologiya etraf mühit və insan. Bakı, “Elm” nəşriyyatı, 2006, 



608 səh.    

3.

 



Məmmədov Q.S., Xəlilov M.Y. “Ekologiya və ətraf mühitin mühafizəsi” Bakı, “ Elm “ 

nəşriyyatı, 2005,880 səh. 

4.

 

Sultanov R.L., Sadıqova N.A., Ataşova Ü.E. Ümümi ekologiya. Bakı: “Bakı Universiteti” 



nəşriyyatı, 2010, 384 səh. 

5.

 



Mustafayev Q.T. , Sultan- zadə F.V. Azərbaycanda suyun ekologiyası və Xəzərin 

biomuxtəlifliyi Bakı: “ Səda “ nəşriyyatı, 2007, 150 səh. 

6.

 

Sultan- zadə F.V. Biomüxtəliflik və onun mühafizəsi, Bakı, “Çaşıoğlu”, 2015, 240 səh. 



 

 

 

 

 


Doktoranturaya qəbul üçün imtahan sualları 2017 

 

1.

 

Sistemlər haqqında ümumi məlumat. Sistemlərin növləri,  

əlaqələrin tipləri, təşkili xüsusiyyətləri, sistemlərin termodinamikası. Bioloji 

sistemlərin ierarxiyası 



2.

 

Ekoloji sistemlərin səviyyələrinin əsas xarakteristikları (populyasiya, biosenoz, 

biogeosenoz, biosfer). 

3.

 



Əsas yaşayış mühitləri və orqanizmlərin mühitə uyğunlaşmaları(yerüstü-hava, su 

mühiti) 


4.

 

Əsas yaşayış mühitləri və orqanizmlərin  mühitə uyğunlaşmaları(torpaq, 



orqanizm) 

5.

 



Ətraf mühit və mühitin faktorları haqqında anlayış, təbii resurslar və onların 

təsnifatı 

6.

 

Əsas limitləşdirici fiziki faktorların xarakteristikası (temperatur, işıq, ionlaşdırıcı 



şüalanma, su, biogen elementlər) 

7.

 



Əsas mühit faktorları (amilləri) və orqanizmlərin onlara uyğunlaşması (iqlim, 

edafik, fiziki, kimyəvi, biotik) 

8.

 

Orqanizmlərin həyati formaları (heyvanlar, bitkilər) 



9.

 

Balıqların ekoloji qrupları 



10.

 

Amfibi və reptililərin ekoloji qrupları 



11.

 

Quşların ekoloji qrupları 



12.

 

Məməlilərin ekoloji qrupları 



13.

 

Bitkilərin və heyvanların həyatında sutkalıq və mövsümi ritmlər 



14.

 

Yerüstü (quru) və su ekosistemləri (müqayisəli analiz) 



15.

 

 Şirin su ekosistemləri (lentik və lotik sistemlər) 



16.

 

Dəniz ekosistemləri 



17.

 

Planetin əsas biomlarının xarakteristikası 



18.

 

Populyasiya bioloji sistem kimi (anlayış) 



19.

 

Populyasiyanın statik və dinamik göstəriciləri 



20.

 

Populyasiyaların xarakteristikaları 



21.

 

Homeostaz və populyasiyaların dinamikası (say dinamikası, demoqrafik struktur, 



sıxlığın tənzimlənməsi) 

22.


 

Populyasiyaların xüsusiyyətləri və sağqalma əyrilərinin tipləri 

23.

 

Populyasiyanın strukturu (paylanma xarakteri, aqreqasiya, təcrid olunma, 



ərazilik) 

24.


 

Sayın dəyişməsi r və K seçiminin əsas əlamətləri 

25.

 

Populyasiyanın sayının dəyişmə səbəbləri 



26.

 

Biosenoz bioloji sistem kimi (anlayış, trofik və ərazi strukturu) 



27.

 

Biosenozların strukturu: quru və su ekosistemlərinin şaquli və üfiqi strukturu, növ 



strukturu 


28.

 

Y.Libix və V.Şelford qanunları (limitləşdirici faktorlar və dözümlülüyün hədləri) 



29.

 

Ekoloji mövqe və Hauze prinsipi (anlayış, fendomental və realizə olunmuş 



ekoloji mövqe) 

30.


 

Ekoloji diversifikasiya (ərazi, qida, aktivlik) 

31.

 

Orqanizmlər arasında qarşılıqlı təsirin əsas formaları və biosenozlarda növarası 



münasibətlər(trofik, topik, forik və fabrik əlaqələr) 

32.


 

Orqanizmlərin biotik qarşılıqlı təsirlərinin ümumi təsnifatı 

33.

 

Orqanizmlər arasında münasibət qarşılıqlı təsirlər (kommensalizm, kooperasiya, 



mutualizm) 

34.


 

Yırtıcılıq, parazitizm, allelopatiya 

35.

 

Rəqabət və növlərin birgə yaşaması (mövcudluğu) 



36.

 

Ekotonlar və kənar effekt anlayışı 



37.

 

Ekosistemlərdə qida əlaqələri (trofik struktur) 



38.

 

Ekosistemlərdə say, biokütlə, enerji pramidaları 



39.

 

Ekosistemlərdə maddələr dövranı və enerji axını (ilkin və ikincili məhsuldarlıq) 



40.

 

Ekosistemlərin dinamikası, inkişaf strategiyası (suksesiya və klimaks)  



41.

 

Biosferin enerji və radiasiya balansı 



42.

 

Maddələrin biokimyəvi dövranı: geoloji və bioloji dövranı 



43.

 

Biosferin təbii ekosistemlərinin təsnifatı 



44.

 

Quruda (yerüstü mühitdə) təbii mühitin vəziyyəti haqqında məlumatların alınması 



üsulları 

45.


 

Su obyektlərinin monitorinqinin təşkili və strukturu 

46.

 

Torpaq örtüyünün monitorinqi və onun yerinə yetirilməsi prinsipləri 



47.

 

Bioloji monitorinqin təşkili prinsipləri 



48.

 

Təbii obyektlərin bioindikasiyası və biomonitorinqi 



49.

 

Ətraf mühitin müasir monitorinqinin təşkilində GİS texnologiyalarının tətbiqi 



50.

 

Bioloji müxtəlifliyin qorunmasının beynəlxalq strategiyaları 



51.

 

Bioloji müxtəlifliyin səviyyələri 



52.

 

Biomüxtəlifliyin dəyərliyi və funksiyaları 



53.

 

Biomüxtəlifliyin azalması səbəbləri 



54.

 

Nadir heyvan və bitki növlərinin (ex-situ və in-situ) şəraitində qorunması və 



artırılması 

55.


 

Heyvanlardan səmərəli istifadə və onların qorunması 

56.

 

Bitkilərdən səmərəli istifadə və onların qorunması 



57.

 

İnsan və ətraf mühit: qarşılıqlı münasibətlərin tarixi 



58.

 

İnsan ekologiyası və ətraf mühitə antropogen təsir 



59.

 

İnsanın tələbatları: vital, bioloji və sosial 



60.

 

Sağlamlığın ekocoğrafi problemləri 



61.

 

Həyat obrazı və cəmiyyətin “sosial xəstəlikləri” 



62.

 

Texnogen ekoloji qəzaların ətraf mühitə təsiri 




63.

 

Müasir şəhərlərin problemləri və gələcəyin ekoloji şəhərləri 



64.

 

Qlobal ekoloji problemlər və onların proqnozları 



65.

 

Müasir dünyada dayanıqlı inkişaf konsepsiyası 



66.

 

Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq 



67.

 

Azərbaycanın ekoloji problemləri: həll olunma strategiyasının təsviri ilə (dövlət 



siyasəti) 

68.


 

Dünyada və Azərbaycanda iqlim dəyişkənliyi 

69.

 

Ətraf mühitin qorunmasını təmin edən müasir texnologiyalar 



70.

 

Atmosferin əsas ekoloji xarakteristikaları və ekoloji problemləri 



71.

 

Kənd təsərrüfatının universal ekoloji problemləri: kənd təsərrüfatının ekoloji 



optimallaşdırılması yolları 

72.


 

Hidrosferin əsas ekoloji xarakteristikaları və ekoloji problemləri 

73.

 

Pedosferin qlobal funksiyaları və onun qorunma strategiyaları 



74.

 

Meşə resursları. Meşələrin insan həyatında və təbiətdə rolu. Meşələrin 



azalmasının səbəbi və nəticələri 

75.


 

Otlaqlardan və təbii çəmənlərdən istifadənin ekoloji problemləri 

76.

 

Ekosistem xidmətlərinin konsepsiyası (tipologiyası) və onların 



qiymətləndirilməsi, istifadəyə görə ödənişlər 

77.


 

Ekosistem xidmətlərinin təyini üçün vasitələrin mənbəyi 

78.

 

Ekoloji maarifləndirmə və onun müasir cəmiyyətdə rolu  



79.

 

Azərbaycanın XMOTƏ-ləri (ərazi mühafizəsi) 



80.

 

Biosfer rezervatları və milli parklar haqqında anlayış. Dünyada və Azərbaycanda 



MAB proqramı. 

 

 



İstifadə edilmiş və tövsiyə olunan ədəbiyyat siyahısı. 

7.

 



Cəfərova  S.Q., Bünyatova S.N., Əliməmmədzadə İ.M. Amfibilətin ekologiyası, Bakı, 2014, 

123 səh.. 

8.

 

Cəfərova, S.Q., Hümbətova S.T., Əsgərova S.Ə. Reptililətin ekologiyası, Bakı, “Adiloğlu”, 



2010, 133 səh. 

9.

 



Məmmədov Q.S., Xəlilov M.Y. “Ekologiya və ətraf mühitin mühafizəsi” Bakı, “ Elm “ 

nəşriyyatı, 2005,880 səh. 

10.

 

Məmmədov Q.S., Xəlilov M.Y. Ekologiya etraf mühit və insan. Bakı, “Elm” nəşriyyatı, 2006, 



608 səh.  

11.


 

Mustafayev Q.T. , Sultan- zadə F.V. Azərbaycanda suyun ekologiyası və Xəzərin 

biomuxtəlifliyi Bakı: “ Səda “ nəşriyyatı, 2007, 150 səh. 

12.


 

Mustafayev Q.T., Sadıqova N.A., Məmmədov A.T. Heyvan ekologiyası (onurğalılar). Ali 

məktəblər üçün dərs vəsaiti, Bakı, 2016, 399səh. 

13.


 

Mustafayev Q.T.,Sadıqova N.A., Məmmədov A.T., Qarabəyli F.Z. Onurğalı heyvanların 

ekologiyası (ali məktəblər üçün dərslik). Bakı,” Bakı Universiteti “ nəşriyyatı, 2011,344 səh. 

14.


 

Sultan- zadə F.V. Biomüxtəliflik və onun mühafizəsi, Bakı, “Çaşıoğlu”, 2015, 240 səh. 

15.

 

Sultanov R.L., Sadıqova N.A., Ataşova Ü.E. Ümümi ekologiya. Bakı: “Bakı Universiteti” 



nəşriyyatı, 2010, 384 səh. 

16.


 

Большой практикум (биологический контроль состояния окружающей среды), учебно-

методическое пособие, Красноярск, СФУ, 2012, 81 ст. (internetdə var) 



17.

 

Методы биоиндикации, Учебно-методическое пособие, Казань, 2011, 48 ст. (internetdə 



var) 

 

Kafedra müdiri:   



 

 

 

 

prof. N.A.Sadıqova 

Yüklə 70,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə