Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    Əlyazması hüququnda 

 

 

ZABİL HƏSRƏT OĞLU BAYRAMOV 



 

AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU  

VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ 

ƏYANLARININ ROLU 

 

 

İxtisas: 07. 00. 02-Vətən tarixi 

 

Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün  



təqdim olunmuş dissertasiyanın 

 

 



A V T O R E F E R A T I 

 

 

 

BAKI – 2012 


 

Dissertasiya  Bakı  Dövlət  Universitetinin  Tarix  fakültəsinin 

“Azərbaycan  tarixi  (təbiət  fakültələri  üzrə)”  kafedrasında  yerinə 

yetirilmişdir. 



 

 

Rəsmi opponentlər:            Y.M.Mahmudov    

                                              AMEA-nın müxbir üzvü,  

                                             тарих елмляри доктору, professor    

                  

                                              Z.M.Həsənəliyev           

                                              тарих елмляри доктору, профессор      

                                                           

                                              H.Y.Səfərli     

                                              тарих елмляри доктору, профессор 

 

 

Aparıcı müəssisə:          Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

                                        “Azərbaycan tarixi” kafedrası  



 

Müdafiə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 

Attestasiya  Komissiyasının  18  mart  2011-ci  il  tarixli  102  saylı  əmri 

ilə  Bakı  Dövlət  Universitetinin  nəzdində  yaradılmış  07.00.02– 

“Vətən tarixi” ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsi almaq 

üçün  dissertasiyaların  müdafiəsini  keçirən  D.02.161  Dissertasiya 

Şurasının  “__18__”__02__  2012-ci  il  tarixli  iclasında  saat  ____da 

keçiriləcəkdir. 



 

 

Ünvan: AZ-1148, Bakı şəhəri, Z.Xəlilov küç. 23 

 

Dissertasiya 

ilə 

Bakı 


Dövlət 

Universitetinin 

elmi 

kitabxanasında tanış olmaq mümkündür. 



 

 

Avtoreferat “____”_________2012-ci ildə göndərilmişdir. 



 

Dissertasiya Şurasının elmi katibi 

tarix elmləri doktoru, professor:                           R.C.Süleymanov                                        


 

I. DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  XX  əsrin  sonlarında  Azərbaycan 

yenidən  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  xalqımızın  çox 

zəngin tarixi keçmişinin, xüsusilə də Azərbaycan tarixinin orta əsrlər 

dövrünün  bir  çox  problemlərinin  yenidən  araşdırılıb  öyrənilməsi 

böyük əhəmiyyət kəsb edir. Bu həm də ilk növbədə ondan irəli gəlir 

ki,  Azərbaycan  Sovetlər  İttifaqının  tərkibində  olduğu  dövrdə  nə 

Vətən,  nə  də  xarici  tarixşünaslıqda  Yaxın  və  Orta  Şərq  xalqlarının, 

Güney  Qafqazın  orta  əsrlər  tarixinə  həsr  olunmuş  elmi-tədqiqat 

əsərlərində  türk  və  müsəlman  xalqlarının  zəngin  dövlətçilik 

təcrübəsinə  və  ənənələrinə  heç  də  həmişə  obyektiv  şəkildə 

yanaşılmamış, bəzən yanlışlıqlara və təhriflərə yol verilmişdir. Bunu 

əsas  götürərək  hazırki  müstəqillik  dövründə  xalqımızın  tarixinin 

hərtərəfli  şəkildə  araşdırılıb  öyrənilməsi,  tarixi  həqiqətlərin  üzə 

çıxarılaraq  obyektiv  şəkildə  işıqlandırılması  tarixçi  alimlərimizin 

qarşısında duran əsas vəzifələrdən biridir. 

 Azərbaycan  tarix  elminin  qarşısında  duran  vəzifələrə  uyğun 

olaraq  orta  yüzillərin  yerli  və  Qərb  ədəbiyyatlarındakı  tarixi 

gerçəklikləri özündə əks etdirən  faktların  müqayisəli təhlili  əsasında 

Azərbaycan  Səfəvi  dövlətinin  idarə  quruluşunun,  dövlətin  milli 

mahiyyətinin  tədqiq  edilməsi,  tarixi  reallıqların  açıqlanması  da 

günümüzün aktual məsələlərindəndir.  

XVI 


yüzilin 

əvvəllərində 

Səfəvi 

dövləti 


Azərbaycan 

cəmiyyətinin  mükəmməl  bir  siyasi  təşkilatı  kimi  meydana  çıxmış, 

mərkəzi  hakimiyyət  orqanları  təşkil  edilmiş  və  onların  arasında 

səlahiyyət  bölgüsü  həyata  keçirilmişdir.  İnzibati-ərazi  bölgüsü 

prinsipləri  əsasında  yerli  idarə  orqanları  yaradılmış  və  nəticədə  ali 

hakimiyyətin  bütün  ölkə  ərazisində  həyata  keçirilməsi  təmin 

olunmuşdur.  Azərbaycan  Səfəvi  dövlətinin  qurulmasında  ona  arxa 

olmuş türk qızılbaş əyanları  hərbi-siyasi qüvvə kimi  həm  mərkəzdə, 

həm  də  yerlərdə  dövlətin  özülünə,  dayağına  çevrilmişdir  ki,  bu  da 

əslində  xalqımızın  əski  çağlarından  mövcud  olan  dövlətçilik 

ənənələrindən  irəli  gəlirdi.  Azərbaycanda  Səfəvilərin  idarəçilik  və 

dövlət  quruluşu  türk  oğuz  boyundan  olan  Baharlı  və  Bayandurlu 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə