Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 404,88 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü404,88 Kb.
#56009


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 05 (05) МАРТ (МАРТ) 2006




Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

105 


 

 

ŞİƏ KƏLAM ELMİNİN ORTAYA ÇIXMASI VƏ İNKİŞAFI 



 

Dr. Adilə Tahirova

1

 



 

 

Summary 



 

The beginning and the development of Shia’s theology, 

information about the first theologians, the stages of the 

development and two different currents existing in Shiism: 

Usulism and Аkhbarism is informed in this article. These currents 

are differ according to their basic methods. One of the currents - 

Usulism is considered to be the supporter of innovation and 

rationalism, another current – Аkhbarism, as the supporter of 

traditions. The works of the first theologians probably aren’t able 

to be considered systematical. But they brought their contribution 

to the history of theology’s (Калам) development. The article has 

an important meaning on studying the history of the Shia Kalam 

from the beginning of its foundation. The article has a necessary 

role in teaching the Kalam by the theologian-teachers and it will 

be used as scientific material. 

 

Şiə  kəlam elminin ortaya çıxmasından bəhs etmədəm  əvvəl  Şiə 

kəlməsinin lüğət və termin mənalarından, məzhəbin təşəkkülündən qısaca 

söz etmək yerinə düşər. “Şiə” kəlməsi lüğətdə tərəfdar, firqə, topluluq, birinə 

uyan, tabe olan mənalarına gəlir. Bu söz eyni zamanda tək, cəm, müzəkkər 

və müənnəs üçün də istifadə olunmaqla birlikdə  “Şiə” kəlməsinin cəmi 

olaraq “şiyəun”, “əşyaun” da işlədilir.

2

 Şiə, termin olaraq Həzrət Əlinin (ə.s.) 



nass və  təyinlə  Həzrət Peyğəmbərin xəlifəsi və insanların  İmamı olduğunu 

qəbul etməkdir.

3

 Şiəliyin ortaya çıxmasının tarixi haqqında Şiə qaynaqların 



                                                 

1

 BDU İlahiyyat Fakultəsi Kəlam Müəlliməsi. 



2

 Zəbidi, Tac əl-Arus, Beyrut 1984, XXI/301 və davamı; İbn Mənzur, Lisan əl-Arab

Beyrut 1994, VIII/188; Raqib əl-İsfahani, Müfrədatu Əlfaz əl-Quran, Beyrut 1997, 

s. 470; Baranov, Arabsko-Russkiy Slovar, Moskva 1985, s. 425. 

3

 Cəfər Sübhani, Buhus fil-miləl vən-nihəl, Qum 1413, VI/7. 




 Dr. Adilə Tahirova  

 

106 



verdiyi məlumata əsasən bu məzhəb Həzrət Peyğəmbər dövründən mövcud 

olmuşdur.

4

  İmamətin dini mətnlərə dayanaraq təyinlə



5

 reallaşdığı    qəbul 

edildiyi üçün məzhəbin tarixi Peyğəmbər dövrünə qədər uzadılır. Ancaq bir 

məzhəb olaraq Şiəliyin tam təşəkkülü üçün on iki İmamın gəlməyi lazımdır. 

Qaybəti Suğra dönəmi isə 260/874-cü ildə başlanmışdır.

6

 Burada sözün 



termin mənasından deyil, lüğət mənasından hərəkət edilməlidir.  Şiə 

qaynaqlarda keçən rəvayətlərə görə  tərəfdar mənasında ilk Şiə dörd 

sahabədən ibarət idi: Salman Farisi (34/655), Miqdad ibn əl-Əsvəd,  Əbu 

Zərr (32/653), Ammar ibn Yasir.

7

 Erkən dövrdə ortaya çıxdığı qəbul edilsə 



belə tam formalaşmanın müəyyən zaman aldığını söyləmək daha məqbul 

görünür.


8

 

Şiə  kəlamının ortaya çıxmasından bəhs etməzdən  əvvəl kəlam elminin 



mövzusuna nəzər salaq. Kəlam Allahın  zatından və sifətlərindən 

(atributlarından), nübüvvət və risalətə aid məsələlərdən, məbdə  və  məad 

etibariylə yaradılmışların hallarından İslam prinsiplərinə görə bəhs edən bir 

elmdir.


9

  Kəlam elmi ilk dəfə II/VII əsrdə Mötəzilə  mənsubları  tərəfindən 

inkişaf etdirilmişdir.

10

  Şiəlikdə  kəlami məsələlər haqqında ilk əsər verən 



kimsənin İsa İbn Ravza olduğuna dair məlumatlar mövcuddur. Onun imamət 

haqqında eseri olduğundan mənbələrdə  bəhs olunur.

11

  Şiəlik haqqında ilk 



münazirə edən kimsənin Kümeyt İbn Zeyd (v. 126/744) olduğu bəzi 

                                                 

4

 Fazl İbn  Şazan  ən-Nisaburi,  əl-İzah, Tehran 1390, s. 476; Abdullah Fəyyaz, 



Tərixul-İmamiyyə, Beyrut 1975, s. 35 və davamı. 

5

  Əllamə Hilli,  əl-Bab  əl-Hadiyə  Aşər, s. 43; Sübhani, Buhus fil-Miləl vən-Nihəl



VI/43; MüzəffərAqaid əl-İmamiyyə, s. 74; Fəyyaz, Tərix əl-İmamiyyə və Əsləfihim 

minəş-Şiə, s. 27; Şərif əl-Murtaza, Rəsail əş-Şərif əl-Murtaza, III/20. 

6

 Ədhəm Ruhi Fığlalı, Çağımızda Etiqadi İslam Məzhəbləri, s. 145. 



7

 Məclisi, Bihar əl-Ənvar, IV/451, VIII/44, 123, XXXIX/11, 106; Amili, Ayan əş-



Şiə, I/18, 133; Sadr, Təsis əş-Şiə li Ulum əl-İslam, s. 351; Növbəxti, Fıraq əş-Şiə, s. 

17; Əli İbn Əbu Talib, Nəhc əl-Bəlağa, s. 183; Qaşani, İlm əl-Yəqin fi Usul əd-Din

II/743; Strothmann, “Şia”, İA, XI/502. 

8

  Mənai,  Usul  əl-Əqidə beynə  əl-Mutəzilə  və  əş-Şiə  əl-İmamiyyə, s. 51; Nəşşar, 



Nəşətu əl-Fikr əl-Fəlsəfi fil-İslam, II/34. 

9

 Cürcani, Kitab ət-Tərifat, s. 185. 



10

 Topaloğlu, Kəlam Elmi (Giriş), s. 47. 

11

  Nəcaşi,  Rical, II/145, No. 794; Sədr,  Təsisu  əş-Şiə, s. 350; Amili, Əyan  əş-Şiə



I/134. 


Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

107 


qaynaqlarda keçir.

12

 Əqaidə dair ilk əsər təlif edən kimsənin Əli İbn İsmayıl 



İbn Meysəm  ət-Təmmar (v. 179/795) olduğu bilinir. Şiə  kəlamının ortaya 

çıxmasında rolu olan şəxslərdən bəzilərinin adlarını  çəkmək yerinə düşər. 

Cəfər  əs-Sübhani, Həsən  əs-Sədr, Möhsün əl-Emin  əl-Amilinin təsniflərini 

əsas alaraq II/VIII. əsrdə yaşamış Şiə kəlamçılardan bəziləri bunlardır:  

Bunlardan biri olan Zürarə  İbn  Əyunun (150/767) kəlamçı, fəqih,  şair, 

ədəbiyyatçı olduğu rəvayət olunur. Nəcaşi onun İstitaət və  cəbr haqqında 

kitabından bəhs edir.

13

 Hicri II əsrin diqqətə  dəyər  şəxsiyyətlərindən biri 



olan Məhəmməd ibn Əli ibn Numan əl-Bəcli, Mumin ət-Taq və ya 

müxaliflərinin adlandırdığı kimi Şeytan ət-Taq ləqəbi ilə tanınmışdır. Nəcaşi 

onun Kitab əl-İhticacat fi imaməti Əmir əl-Muminin kitabının adını əsərində 

zikr etmişdir.

14

 Başqa bir önəmli sima da Hişam ibn Hakəmdir (v. h. 199/ m. 



815). Onun imamət mövzusundan bəhs edən (təmas edən) ilk şəxs olduğu 

söylənilir. Əvvəlcə Cəhm ibn Safvanın görüşlərini mənimsəmişdir. Kitəb əl-



İmamə, Kitəb  ət-Tauhid (Tövhid, Tohid), Kitəb  ər-Rədd alə'z-Zənadiqa, 

Kitəb fi İmaməti əl-Məfdul, Kitəbu İxtiləfi ən-Nəs fi'l-İmamə, Kitəb əl-Mərifə 

və başqa əsərlərin adlarını Nəcaşi çəkir.

15

 

Hicri II əsrdə yaşamış kəlamçılardan biri də Qeys əl-Masırdır. Bu şəxs, 



Şiənin mötəbər hədis külliyatından birincisi olan Kuleyninin “Kafi” adlı 

əsərində dövrünün ən yaxşı  kəlamçısı olaraq mədh edilən Qeys əl-Masır, 

Cəfər  əs-Sadiqin halqasında iştirak edib. Hətta kəlam elmini Əli ibn 

Hüseyndən öyrəndiyi rəvayət edilir.

16

 

                                                 



12

 Sədr, Təsisu əş-Şiə, s. 351; Amili, Əyan əş-Şiə, I/133. 

13

 Geniş məlumat üçün bax: Tusi, Fihrist, Beyrut 1983, s. 104, No. 314; İbn Nədim, 



Fihrist, Beyrut 1994, s. 272, Nəcaşi,  Rical, I/397, No. 461; Amili, Əyan  əş-Şiə

I/133.


 

14

 Tusi, Fihrist, s. 162, No. 595; İbn Nədim, Fihrist, s. 218, Nəcaşi, Rical, II/203, 



No. 887; Sadr, Təsis əş-Şiə li Ulum əl-İslam, s. 358; Amili, Əyan əş-Şiə, I/134. 

15

 İbn Nədim, Fihrist, s. 217; Tusi, Fihrist, s. 207; Nəcaşi, Rical, II/397, No. 1165; 



Sadr, Təsis əş-Şiə li Ulum əl-İslam, s. 360; Amili, Əyan əş-Şiə, I/134; Əli Sami ən-

Nəşşar, Nəşətu əl-Fikr əl-Fəlsəfi fil-İslam, II/169 və davamı, 198 və davamı.  

16

 Kuleyni, Usul  əl-Kafi, I/171; Sadr, Təsis  əş-Şiə li Ulum əl-İslam, s. 358; Amili, 



Əyan əş-Şiə, I/134. 


 Dr. Adilə Tahirova  

 

108 



Hicri ikinci əsrin ortalarında həm kəlamçı, həm də mühəddis olaraq 

tanınan başqa bir ad da Əbu Malik əl-Hadramidir. Onun tövhidə dair bir 

əsəri olduğundan bəhs edilir.

17

 



Daha çox Tatari ləqəbiylə məşhur Əli ibn Həsən ibn Məhəmməd ət-Tai 

fəqih və mühəddis olaraq tanınmaqla bərabər onun Tövhid, İmamət, Qaybət, 



Vəlayət  adlı  əsərlərini də  nəzərə alaraq kəlamçı olduğunu söyləmək 

mümkündür.

18

 

Hicri ikinci əsrdə yaşamış başqa bir kəlamçı da Hadid ibn Hakim sayıla 



bilər. Hətta onun Cəfər  əs-Sadiq və Musa əl-Kazımın tələbələrindən olma 

şərəfinə nail olmuşdur.

19

 

O dövrdəki kəlam elminin necə inkişaf etdiyini görmək üçün hicri 



üçüncü  əsrdə  də yaşamış  Şiə  kəlamçılardan bəziləri haqqında məlumat 

vermək yerinə düşər. Cəfər əs-Sübhani onları belə sıralayır.

20

 

Tabaqat kitablarında mütəkəllim və  fəqih olaraq tanıdılan Fadl ibn 



Şazan ibn Xəlil əl-Əzdi ən-Nisaburi (260/874), eyni zamanda əl-İzahı yazan 

şəxsdir. Yüz səksən kitabının olduğu söylənilir. Bunlardan kəlam elmi 

baxımından önəm daşıyanlarından bəziləri bunlardır: Kitəb əl-Vaid, Kitəb əl-

İstitaa, Kitəb əl-İman, Kitəbu İsbat ər-Ric'ə və s.

21

 



Bəsrəli olan Hakəm ibn Hişam ibn əl-Hakəm kəlam elmi ilə  məşhur 

olub kəlami mövzularda elmi mübahisələr etdiyi bilinir. İmamət haqqında 

kitabı olduğundan bəhs olunur. Hicri ikinci əsrin sonu üçüncü əsrin əvvəlləri 

yaşamışdır.

22

 

Məhəmməd ibn Məmluk əl-İsbahaninin qədər mövzularını yaxşı bildiyi 



və əvvəllər Mötəzilədən olduğu bilinir. Müəllimi Əbdürrəhman ibn Əhməd 

ibn Cəbraveyh sayəsində şiəliyə dönmüşdür. Kitəb əl-Cami fi sairi Əbvab əl-



Kəlam, Kitəb əl-Məsail və'l-Cəvabat fi'l-İmamə, Kitəbu Məcalisih məa Əbu 

Əli əl-Cübbai adlı kitabları var.

23

 



                                                 

17

 Nəcaşi, Rical, I/451, No. 544; Sadr, Təsis əş-Şiə li Ulum əl-İslam , s. 362; Amili, 



Əyan əş-Şiə, I/134. 

18

 Nəcaşi, Rical, II/77, No. 665. 



19

  Nəcaşi,  Rical, I/148, No. 383; Cəfər  əs-Sübhani,  Buhus fil-Miləl vən-Nihəl

VI/580.  

20

 Cəfər əs-Sübhani, Buhus fil-Miləl vən-Nihəl, VI/581. 



21

 Tusi, Fihrist, s. 154, No. 564; Nəcaşi, Rical, II/168, No. 838. 

22

 Nəcaşi, Rical, I/328, No. 349. 



23

 Nəcaşi, Rical, II/297, No. 1034. 




Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

109 


Hicri üçüncü əsrdə yaşamış  İsmayıl ibn Məhəmməd ibn İsmayıl ibn 

Hilal  əl-Məhzuminin də tabaqat kitablarında bildirildiyinə görə  Kitəb  ət-



Tauhid, Kitəb əl-İmamə adlı əsərləri var.

24

 



Əbu  İsa  əl-Vərraq Məhəmməd ibn Harunun (v. 247/861) da Kitəb  əl-

İmamə, əl-Maqalat və başqa əsərlərindən bəhs olunur.

25

 



Kufəli olub Bağdadda yaşamış Əli ibn Mənsur da kəlamçı olaraq bilinir. 

Onun bir çox kitabının olduğu söylənsə də onlardan sadəcə birinin adından 

söz edilir. Bu da Kitəb ət-Tədbir fi't-Tauhid və'l-İmamə adlı əsərdir.

26

 



Əli ibn İsmayıl ibn Şuayb ibn Meysəm ibn Yəhya  ət-Təmmar (v. 

179/795)  əslən Kufəli olub Bağdadda yaşayan kəlamçıdır. Mötəzilə 

kəlamçılarından Əbu Hüzeyl (v. 235/850) və Nazzam (v. 231/846) ilə kəlami 

mövzularda müzakirələri (mübahisələri) olduğu qaynaqlarda keçir. Öz 

müstəqil məclisi də olan bu şəxs İmamiyyədə ilk kəlamçı şəxs olaraq tanınır. 

Kitəb əl-İmamə, Kitəbu Məcalisi Hişam ibn Hakəm və başq əsərləri vardır.

27

 



İsmayıl ibn Əli ibn İshaq ibn Əbu Səhl ibn Növbəxt (v. 311/923-924) öz 

dövrünün mütəkəllimlərinin  şeyxi olaraq xarakterizə edilmişdir.  Kitəb  ət-



Tauhid, Məcalisuh məa Əbu Əli əl-Cübbai, Kitəb fi'stihaləti Ruyəti'l-Qadim, 

Kitəb hudus əl-aləm  adlı  əsərləri ilə birlikdə imamət, tövhid, cisimlərin 

qədimliyi kimi mövzularda Əbu  əl-Atahiyyə,  İbn Ravəndi,  Əbu  İsa  əl-

Vərraq və başqa şəxslərə rəddiyyələri və tənqidlərindən də mənbələrdə bəhs 

olunur. Bütün bu əsərlərdə  əqli mühakimələrə özündən  əvvəl yaşamış 

alimlərdən daha çox baş vurduğu görülür. İbn Nədim də onun Şiənin öndə 

gedən kəlamçılarından olduğunu qeyd edir.

28

 

Şeyx Saduqun qardaşı olan Hüseyn ibn Əli ibn Hüseyn ibn Musa ibn 



Babəveyh (Babuyah) mühəddis olsa da əsərlərində  kəlami mövzulara da 

toxunmuşdur.  Kitəb  ət-Tauhid  və  Nəfyu't-Təşbih adlı  əsərlərinin olduğu 

söylənilir.

29

 



                                                 

24

 Nəcaşi, Rical, I/120, No. 66. 



25

 Nəcaşi, Rical, I/120, No. 1017.  

26

 Nəcaşi, Rical, II/71, No. 656. 



27

  İbn Nədim, Fihrist, s. 217; Nəcaşi,  Rical, II/72, No. 659; Sadr, Təsis  əş-Şia li 



Ulum əl-İslam, s. 353; Cəfər əs-Sübhani, Buhus fil-Miləl vən-Nihəl, VI/586; Amili, 

Əyan əş-Şiə, I/134. 

28

 İbn Nədim, Fihrist, s. 219; Nəcaşi, Rical, I/121, No. 67. 



29

 Nəcaşi, Rical, I/189, No. 161. 




 Dr. Adilə Tahirova  

 

110 



Hicri dördüncü əsrin başlarının mütəkəllimlərindən olan Məhəmməd ibn 

əl-Qasım əl-Bağdadinin Kitəb fi'l-Ğaybə adlı əsərinin adı bilinir. 258/872-ci 

ildə dünyaya gəlib və 338/950-ci ildə vəfat etmişdir.

30

   



Məhəmməd ibn Əbdülməlik ibn Məhəmməd  ət-Taban (v. 419/1028) 

əvvəlcə Mötəziləyə mənsub olub sonra Şiəliyə keçmişdir. Kitəb fi'l-Madum 

və başqa əsərləri var.

31

  



Kəlamçı olaraq bilinən Məhəmməd ibn Əbdürrəhman ibn Qubbəh də 

əvvəlcə Mötəzilədən olub sonradan Şiəliyə intisab edənlər arasında yer alır. 



Kitəb  əl-İnsaf fi'l-İmamə, Kitəb  ər-Rədd alə'z-Zeydiyyə, Kitəb  ər-Rədd alə 

Əbu Əli əl-Cubbai və başqa əsərlərinin adları qaynaqlarda keçir.

32

 



Əli ibn Vasif ən-Naşi (v. 365/976) də mütəkəllimdir. Şiə kəlam elminin 

formalaşmasında xüsusi rolu olan Növbəxtilər ailəsinin bir nümayəndəsi 

olan  Əbu Səhl  İsmayıl  ən-Növbəxtidən kəlam elmi sahəsində  dərslər 

almışdır.  İmamətə aid əsəri olub dövrünün parlaq simalarından olduğu 

mənbələrdə keçir.

33

 



Əl-Cübbai (v. 303/916), Bəlhi (v. 319/931) və Əbu Cəfər əl-Qubbəhin 

müasiri olan Həsən ibn Musa ən-Növbəxti, hicri III əsrin sonu və hicri IV 

əsrin başında yaşamış dövrünün məşhur kəlamçılarından sayılır.  Əbu Səhl 

ən-Növbəxti onun dayısıdır. Çox sayda əsərləri arasında xüsusi önəm 

daşıyanı günümüzə qədər gəlib çıxmış Fıraq əş-Şiadır.

34

 Kitəb əl-Cami fi'l-



İmamə, Kitəb  ət-Tauhid  əl-Kəbir, Kitəb  ət-Tauhid  əs-Sağır, Kitəb  əl-Ərzaq 

və'l-Acal və'l-Əs'ar,  ər-Rədd alə  Əshab  əl-Mənzilə beynə'l-Mənziləteyn fi'l-

Vaid,  ər-Rədd alə  əshab  ət-Tənasuh,  ər-Rədd alə'l-Mücəssəmə,  ər-Rədd 

alə'l-Ğulat  adlı  kəlam elminə aid əsərləri ilə başqa sahələrdə  də kitablar 

yazdığından bəhs olunur.

35

 

Yuxarıda adları keçən  şəxslərdən  Şiə qaynaqlarda Şiə  kəlam elminin 



qurucuları olaraq bəhs edilsə  də Hişam ibn Hakəm, Mumin ət-Taq, Hişam 

                                                 

30

 Nəcaşi, Rical, II/298, No. 1036. 



31

 Nəcaşi, Rical, II/333, No. 1070. 

32

 İbn Nədim, Fihrist, s. 219; Nəcaşi, Rical, II/105, No. 1024. 



33

 Tusi, Fihrist, s. 119, No. 385; Nəcaşi, Rical, II/105, No. 385. 

34

 Ethem Ruhi Fığlalı, Önsöz, Mezhepler Arasındakı Farklar (Abdülkahir el-



Bağdadi), Ankara 2001, Türkiye Diyanet Vakfı Yayınları, s. XX. 

35

 Tusi, Fihrist, s. 75; Nəcaşi,  Rical, I/179, No. 146; İbn Nədim, Fihrist, s. 220; 



Sadr, Təsis əş-Şiə li Ulum əl-İslam , s. 369; Amili, Əyan əş-Şiə, I/135. 


Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

111 


ibn Salim, Əli ibn Mənsur kimi şəxslər müxalifləri tərəfindən təşbih, təcsim, 

tənasüh və  hətta mülhidliklə ittiham edildiklərini də söyləmək lazımdır.

36

 

Əlbəttə ki tarixdə ilhadla ittiham etmə (günahlandırma) hallarına çox rast 



gəlindiyini və bir çox hallarda bunların doğruluq payını araşdırmanın çox 

çətin olduğunu da söyləmək lazımdır. Belə ki bu ittihamlar əksər hallarda 

müxaliflər tarafindən səsləndirildiyi üçün obyektivliyinə  şübhə ilə 

yanaşmaq, həqiqəti araşdırmaq üçün əgər günümüzə çatmış əsərləri varsa öz 

əsərlərinə, müxtəlif məzhəblərə  mənsub müasirlərinin məlumatlarına, tarix 

mənbələrinə  və müstəşriqlərin  əsərlərinə  də müraciət edilməlidir. Bütün bu 

araşdırmaların nəticəsiz qalma ehtimalı da böyükdür. Çünkü bu müəlliflərin 

ilhadi görüşləri haqqında məlumatlar başqalarının onlara nəsbətiylə bilinir, 

sözü gedən  əsərlərin günümüzə çatmaması da işi çətinləşdirir. Bəzən bir 

müəllifin mülhid olaraq adlandırılması onun əsərlərində ilhadi görüşlərə yer 

verməsindən qaynaqlansa da bu fikirlər tənqid olunmaq üçün də verilə bilər. 

Yəni bu şəxs mülhid deyil, heresioqraf (ilhadi görüşləri araşdıran və onlara 

cavab verən  şəxs) da ola bilər. Məsələn ilhadın simvolu halına gəlmiş  İbn 

Ravəndinin belə mülhid deyil bu görüşlərə etirazlarını bildirən cavab verən 

şəxs olması ehtimalından söz edilir. 

Şeyx Müfidin bu şəxslər haqqında görüşü belədir: “Hişam ibn Hakəm, 

Allahın adları  və sifətlərinin mənaları mövzusunda Şiəliyə tamamilə zidd 

görüşləri olsa belə yenə  Şiədir.”

37

  Şərif Murtaza isə  Rəsail  əş-Şərif adlı 



əsərində Hişam ibn Hakəm,  Əli ibn Mənsur,  Əli ibn İsmayıl ibn Meysəm, 

Yunis ibn Əbdürrəhman, İbn Səlim əl-Cəvaliqinin Allaha məkan və hərəkət 

izafə etdiklərini söyləyərək onların fikirlərini tənqid edir.

38

  



Yuxarıda haqqında bəhs etdiyimiz bütün şəxslərin  Şiə  kəlam elminin 

ortaya çıxmasında və formalaşmasında rollarını  nəzərə alaraq onları ilk 

kəlamçılar olaraq zikr etmək mümkündür. Şiə qaynaqlara əsasən artıq 

sistemləşməyə başlamış Şiə kəlamı hicri ikinci əsrin sonu, hicri üçüncü əsrin 

başlarında tədrici bir şəkildə ortaya çıxmışdır.

39

 Əlbəttə ki kəlamı çox erkən 



dövrə - Hz. Peyğəmbər dövrünə- dayandıran mənbələrdən bəhs olunmur. 

                                                 

36

 Əli Sami ən-Nəşşar, Nəşətu əl-Fikr əl-Fəlsəfi fil-İslam, II/168 və sonrası, 198 və 



davamı. 

37

 Şeyx Müfid, Əvail əl-Maqalat, IV/38. 



38

 Şərif Murtaza, Rəsail əş-Şərif əl-Murtaza, III/281. 

39

 Tabatabai, əş-Şia fi'l-İslam, s. 125.




 Dr. Adilə Tahirova  

 

112 



Çünkü bu dövrdə etiqadi problemlər yox idi. Vəhy gəlməyə davam edirdi. 

Hər hansı bir məsələ ortaya çıxdıqda isə suallar Hz. Peyğəmbərə verilirdi. 

Ona görə kəlam elminin ortaya çıxmasını bu dövrə dayandırmaq doğru deyil. 

Ancaq digər qaynaqların və müstəşriqlərin məlumatlarına görə  Şiə  kəlamı 

daha gec tarixdə hicri dördüncü əsrdə ortaya çıxmışdır.

40

  Şiə  kəlamı 



tarixində əlimizdə olan ən qədim kitab Şeyx Saduqun (v. 381/991) kitabıdır. 

Buna görə  Şiə  kəlamının Mötəzilədən iki əsr sonra ortaya çıxdığını 

söyləyirlər.

41

 Ancaq adlarını  çəkdiyimiz  şəxsləri, onların keçirdikləri 



münazirələri və  İslam mədəniyyətinin zənginliyi yolundakı  əməklərini 

nəzərə almadan sadəcə tarixdən günümüzə gəlib çatmış və bu günkü mənada 

sistemli şəkildə yazılmış kəlam kitabının təlif tarixi ilə Şiə kəlamının ortaya 

çıxma tarixini eyniləşdirmək doğru deyil. Təbii olaraq sistemli bir kəlam 

anlayışının ortaya çıxması üçün müəyyən bir zaman diliminin keçməsi 

lazımdır. Beləcə adları keçən  şəxsləri və onların  əsərlərini də bu inkişaf 

prosesi içində  dəyərləndirərək onların da Şiə  kəlam elminin təşəkkülü və 

formalaşması üçün oynadıqları rolu diqqətə almaq lazımdır. 

Şiə kəlam tarixini dörd mərhələyə (dövrə) ayıra bilərik. Birinci mərhələ on 

iki  İmamın yaşadığı dövrdür. On iki İmamdan sonra dörd naib gəlmişdir. 

Sonuncu naib Əli  əs-Samarri 329/940-cı ildə  vəfat etmişdir. Bu tarix eyni 

zamanda “Kafi” adlı hədis külliyyatını meydana gətirən Məhəmməd ibn Yaqub 

əl-Kuleyninin vəfat tarixidir. Buna görə birinci mərhələni bu tarixə qədər uzada 

bilərik. Bu dövrdə  Şiə  kəlam elminin inkişafı baxımından xüsusi rolu olan 

şəxslərdən Hişam ibn Hakəm (v. 190/805), Həsən ibn Musa ən-Növbəxti (v. 

300-310/912-922 illəri arasında),  Əbu Səhl  İsmayıl ibn Əli  ən-Növbəxti (v. 

311/923-24) və Əbu İshaq ən-Növbəxtinin (v. 350/961) adları çəkilə bilər. 

Şiə  kəlam elminin ortaya çıxmasından bəhs edərkən Növbəxtilər 

ailəsinin oynadığı böyük rolu xüsusilə ifadə etmək lazımdır. Bu məşhur 

ailədən bir çox kəlamçı  və  fəlsəfəçilər çıxmışdır.

42

 Ancaq Həsən ibn 



Musanın  Fıraq  əş-Şiə adlı  əsəri xaric onların  əsərləri günümüzə 

çatmamışdır.  Şeyx Müfidin əsərlərində  də Növbəxtilərin bəzi görüşlərinə 

rast gəlmək mümkündür.  

                                                 

40

 Adam Mez, İslamın Kalkınma Çağı, s. 60.



41

 Mənai, Usul əl-Əqidə beynə'l-Mutəzilə və'ş-Şiati'l-İmamiyyə, s. 450.

42

 Cəfər əs-Sübhani, Buhus fil-Miləl vən-Nihəl, VI/593. 




Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

113 


İkinci mərhələ,  əl-Qaybət  əl-Kübradan Nasıruddin  ət-Tusiyə  qədər (v. 

672/1273) olan dövrü əhatə edir. Bu dövrdə Şeyx Saduq (v. 381/991), Seyid 

Şərif Razi (v. 406/1085), Şeyx Müfid (v. 413/1022), Seyid Şərif Murtaza (v. 

436/1044),  Əbu Cəfər  ət-Tusi (v. 460/1067), Fazl ət-Tabərsi (v. 552/1153) 

kimi  Şiə tarixinə adları  qızıl hərflərlə yazılmış  şəxsiyyətlər vardır. Hər nə 

qədər  Şeyx Saduq din məsələləri haqqında münaqişə etmənin doğru 

olmadığını, kəlamçılara qarşı o qədər də müsbət sayılmayacaq münasibətini 

ifadə etsə də

43

 onun əl-İtiqadat adlı əsəri şiə əqidəsiylə bağlı günümüzə qədər 



çatan ilk əsər olması baxımından  şiə  kəlamına etdiyi xidmət misilsizdir. 

Əslində sistematik şiə kəlamına aid əsər vermə dövrü Əbu İshaq ən-Növbəxti 

(v. 350/961) ilə başlamışdır. Sonra Nasıruddin ət-Tusi ilə zirvəyə çatmışdır. 

Üçüncü mərhələ Nəsrəddin Tusidən sonra Mir Damadla (v. 1041/1631) 

İsfahan məktəbinin quruluşuna qədər olan dövrü əhatə edir. Bu dövrün ən 

məşhur adları olan Mutahhar Hilli (v. 726/1326) və Feyz Qaşani, Nasıruddin 

ət-Tusi məktəbinin davamçıları idilər.  

Dördüncü mərhələdə Mir Damad (v. 1041/1631), Molla Sadra Şirazi (v. 

1050/1640) və onun tələbələrindən  Əhməd  Ələvi, Muhsin Feyz (v. 

1091/1680), Əhməd Ahsui (v. 1241/1826) Qazı Səid Qumminin adları qeyd 

edilə bilər. Dördüncü dövr günümüzə qədər uzanan dövrdür.

44

 



Şiə kəlamının tarixi inkişafına nəzər yetirərkən bəhs edilməsi zəruri olan 

başqa bir məsələ  də  əsasən metod baxımından bir-birindən fərqlənən iki 

məktəb-əxbərilik və üsulilikdir. Biricisini mühafizəkar, ikincisini isə yenilik 

tərəfdarı kimi xarakterizə edə biləcəyimiz bu iki məktəb arasındakı fərqlərə 

gəlincə bunlardan bəzilərini belə sıralamaq mümkündür: 

1.

 



Üsuli məktəb bu qaynaqları əsas alır: Qurani Kərim, sünnət və ağıl.

45

  



Əxbəri məktəb isə Quranı Kərim və sünnəti qaynaq qəbul edir.

46

 



                                                 

43

  Şeyx Saduq, Risalətu  əl-itiqadat  əl-İmamiyyə  (Şii  İmamiyyenin  İnançEsasları)



tərcümə edən Ethem Ruhi Fığlalı, Ankara 1978, s. 42-43. 

44

  Cəfər  əs-Sübhani,  Buhus fil-Miləl vən-Nihəl, VI/575-596; Sadr, Təsis  əş-Şiə li 



Ulum əl-İslam, s. 353-402. 

Mərhələlər haqqında məlumat üçün bu mənbələrə bax. Şerafeddin Gölcük, Kəlam 



Tarihi, IV nəşr,  İstanbul 2000, s. 47-49; Henri Corbin, Historie de la Philosophie 

Islamigue, Paris 1964, s. 54-57 (Şərafəddin Gölcükdən nəqlən). 

45

 Hüseyn Müdərrisi, “Rationalism and Traditionalism in Shi’i Jurisprudens: A 



Preliminary Survey”, Studia Islamica, LIX/141; Qaravi, Masadır  əl-İstinbat beynə 

əl-Usuliyyin vəl-əxbariyyin, s. 39. 


 Dr. Adilə Tahirova  

 

114 



2.

 

Üsulilərə görə Qurani Kərim və sünnət ağıl vasitəsiylə anlaşılır. 



Əxbərilərə görə Qurani Kərim və sünnəti anlamanın tək yolu, İmamların 

gətirdikləri izah və açıqlamalardır.

47

 

3.



 

Üsuli görüşə görə  dəlil qəbul edilən dörd qaynaq əsərdə 

güvənilməyən bir çox hədis və  xəbərlər var. Əxbəri anlayışa görə bu dörd 

əsər tamamilə səhihdir.

48

 

4.



 

Üsulilərdə əqli qaynaqdan gələn məlumatlarla nəqli qaynaqdan gələn 

məlumatlar ziddiyət təşkil etdiyi təqdirdə  nəqli dəlil tərcih edilir və  ağılla 

hökm verilir. Əxbərilərə görə nəql və nəqlə dayanan məlumatlar ağıl və əqlə 

istinad edən məlumatlardan üstündür.

49

 



5.

 

Üsulilərə görə yalnız yaşayan müctəhidlər mərcii təqlid ola bilər. 



Əxbərilərə görə ölən müctəhidlərin də fikir və  qənaətlərindən faydalanmaq 

mümkündür.

50

 

6.



 

Üsuli görüşə görə müctəhid xəta etsə  də savab alır.  Əxbərilər 

güvənilən bir qaynağa istinad etmədən hökm və fetva vermənin günah 

olduğu qənaətindədirlər.

51

 

Üsulilər ictihada, müstəqil düşüncəyə dayandıqları halda Əxbərilər 



təqlidə  və  xəbərlərə daha çox istinad edirlər.  Əxbərilər din adamlarının 

siyasətə qarışmalarına razı deyil. Üsulilər isə ortaya çıxacaq qaib imamın 

işlərini asanlaşdırmaq və hazırlıq işləri görmək üçün din adamlarının 

dövlət və siyasətlə yaxından  əlaqəli olmalarını müdafiə edirlər. Mərcii 

təqlid

52

 mövzusunda vəlayətu  əl-fəqih nəzəriyyəsi də bu düşüncənin 



məhsuludur. 

                                                                                                                   

46

 Qaravi, Masadır əl-İstinbat beynə əl-Usuliyyin vəl-əxbariyyin, s. 211. 



47

 Bəhrani, əl-Hədaiq ən-Nadira fi əhkami itra ət-tahira, I/27-34; Qaravi, Masadır 



əl-İstinbat beynə əl-Usuliyyin vəl-əxbariyyin, s. 87. 

48

 Qaravi, Masadır əl-İstinbat beynə əl-Usuliyyin vəl-əxbariyyin, s. 111 və davamı. 



49

 Nemətullah Cəzairi, əl-Ənvar ən-Numaniyyə, III/128-133; Bəhrani, əl-Hədaiq ən-



Nadira fi əhkami itra ət-tahira, I/125. 

50

 Cəzairi, əl-Ənvar ən-Numaniyyə, III/368.  



51

 Qaravi, Masadır  əl-İstinbat beynə  əl-Usuliyyin vəl-əxbariyyin, s. 65-71. 

Əxbəriliklə bağlı müstəqil əsərlərdən biri budur: Məzlum Uyar, İmamiyye Şiasında 

Düşünce Ekolleri Ahbarilik, Kitabevi, İstanbul -2000.  

52

 İmam Xomeyni, Təvzih əl-məsail, s. 17 vd. 




Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

115 


Bu məktəblərin tarixi inkişafına nəzər yetirək. Hicri III/miladi IX əsrdə 

əxbəriliyin mərkəzi Kufədən Qum şəhərinə keçmişdir.

53

 Qaybəti suğra 



dövründən sonra (260/874) 

54

  əxbəri məktəbi hakim mövqedə idi. Hicri 



IV/miladi X əsrin sonları, hicri V/miladi XI əsrin başlarında üsuli məktəb 

Şeyx Müfid və Şərif Murtazanın əsərləri ilə canlandı.

 55

 

Hicri IV/miladi X əsrin ikinci yarısında əxbərilərin ən əsas nümayəndələri 



Şeyx Saduq (381/991) idi.

56

 İmamiyyə Şiəsi İmamlardan gələn rəvayətlərə çox 



bağlı olduğu üçün başlanğıcda xaricə qapalı  və yeni şərhlərə açıq olmayan 

ənənəvi bir yol izləyirdi. Səfəvilər dövründə dövlətin rəsmi məzhəbi olduqdan 

sonra elmi inkişaf və yeni fikirlərlə qarşılaşdıqda yalnız rəvayətlər  

problemlərin həlli üçün yetməməyə başladı. Bu zaman yeniliklərə açıq, sərbəst 

fikirlərə  də  əhəmiyyət verən, ağıl və  əqli araşdırmalar üstünə qurulmuş bir 

cərəyan ortaya çıxdı.

57

 Bu hərəkəti təmsil edənlərə üsulilər, onlara qarşı olub 



ənənələrə bağlı qalanlara isə əxbərilər deyildi. Əxbərilərlə Üsulilər arasındakı 

müzakirələr XI/XVII əsrdə formalaşmağa başladı.

58

 İki əsr davam edən fikir 



münaqişəsini nəticədə Üsulilər qazandı. 

XI/XVII  əsrdə müzakirələrin qızğın xarakter alması ictihadı  əsas alan 

müctəhidlərin və üsulilərin çoxalması ilə başladı. Kuleyni və İbn Babəveyh 

kimi ilk dövr Şiə müəlliflərinə istinad etdiklərini söyləyən və üsulilərə 

bidətçi gözüylə baxan əxbərilər, ağıl və  məntiqi  əsas qəbul edən üsulilərin 

məzhəbin  əsaslarını  zədələdiklərini iddia edirdilər. Üsulilər də öz 

növbələrində əxbərilərə xurafatçı gözüylə baxırdılar. Son dövr şiə alimlərdən 

Muhsin Feyz. Hürr əl-Amili  əxbəri idi. Məclisi də  əxbərilərə qarşı deyildi. 

Əxbəri görüşü mənimsəyən məşhur son dövr şiə alimlərindən bəziləri 

bunlardır: Seyid Nemətullah Cəzairi (vəfatı: h. 1112/m. 1700), Muhəmməd 

                                                 

53

 Madelung, “Imamism and Mutazilite Theology”, Le Shiisme Imamite (Presses 



Universitaires de France), Paris 1970, s. 17; Mcdermott, The Theology of al-Shaikh 

al-Mifid, s. 12. 

54

 Jassim M. Hussain, The Occultation of the Twelfth Imam, s. 5.  



55

 Hüseyn Müdərrisi, “Rationalism and Traditionalism in Shi’i Jurisprudens: A 

Preliminary Survey”, Studia Islamica, LIX/151, 153. 

56

 Madelung, “Imamism and Mutazilite Theology”, Le Shiisme Imamite, s. 17; 



Mcdermott, The Theology of al-Shaikh al-Mifid, s. 13. 

57

 Madelung, “Imamism and Mutazilite Theology”, Le Shiisme Imamite, s. 21. 



58

 Hüseyn Müdərrisi, “Rationalism and Traditionalism in Shi’i Jurisprudens: A 

Preliminary Survey”, Studia Islamica, LIX/155. 



 Dr. Adilə Tahirova  

 

116 



Təqi Məclisi (1070/1659), Molla Abdullah Tuni (1071/1660),

59

 Şeyx Yusif 



Bəhrani (1186/1772). Ayətullah Burucirdi üsuli məktəbini ehtiyatla 

qarşılamışdı. Ancaq tələbəsi Xomeyni üsuliliyin müdafiəçisi idi.  

Şiə  əqidəsinin  ən mötəbər kəlam  əsərlərini yazan klassik müəlliflərin 

böyük  əksəriyyəti üsuli məktəbinə  mənsub idi. Bunlardan Şeyx Müfid (h. 

413/m. 1022-23) şiə düşüncə tarixində rasionalist məktəbin təməlini 

qoyduğunu söyləmək mümkündür.

60

 Onun tələbəsi olan Şərif Murtaza 



(436/1044-45) da bu ənənəni inkişaf etdirən üsuli bir alimdir.

61

  İslami 



elmlərin demək olar ki, bütün sahələrində  təqdir  qazanmış  əsərlər yazan 

Əbu Cəfər ət-Tusi (460/1967) də üsuli idi.

62

 Nəsiruddin Tusi (672/1247) də 



öz  əsərlərində  fəlsəfi və  kəlami mövzuları  ağıl və  məntiq işığında 

mükəmməl bir şəkildə  işləyərək islam  mədəniyyətini gözəl  əsərlərlə 

zənginləşdirmişdir.

63

  Əllamə Hilli (726/1325) adıyla tanınmış  Cəmaləddin 



Əbu Mənsur Həsən ibn Yusif ibn Əli ibn Mutahhar Hilli də üsuli məktəbə öz 

töhfələrini verən bir alimdir.

64

 

 



 

ƏDƏBİYYAT 

 

1. Amili, Muhsin əl-Emin, Ayan əş-Şiə, Dər ət-Təaruf, I-XI cild, Beyrut-

1983. 

2. Baranov X. K., Arabsko-Russkiy Slovar, Moskva 1985. 



3. Bəhrani, Yusif, əl-Hədaiq ən-Nadira fi əhkami itra ət-tahira, Dər əl-

Ədva, I-XX, Beyrut-1985. 

                                                 

59

 Hüseyn Müdərrisi, “Rationalism and Traditionalism in Shi’i Jurisprudens: A 



Preliminary Survey”, Studia Islamica, LIX/145. 

60

 Hüseyn Müdərrisi, “Rationalism and Traditionalism in Shi’i Jurisprudens: A 



Preliminary Survey”, Studia Islamica, LIX/153. 

61

  Xənsari,  Ravdatul-cənnat, IV/301; Madelung, , “Imamism and Mutazilite 



Theology”, Le Shiisme Imamite, s. 25. 

62

 Xənsari, Ravdatul-cənnat, VI/217. 



63

 Əsərləri haqqında geniş məlumat üçün bax: Strothmann, “Nasır al-Din al-Tusi”, 



İslam Ansiklopedisi, XII (2)/132-133; Tehrani, əz-Zəria ilə təsanif əş-Şia, III/352 və 

davamı. 


64

 Onun metodu haqqında məlumat üçün bax: Schmidtke, The Theology of al-Allama 



al-Hilli, s. 254. 


Şiə Kəlam Elminin Ortaya Çixmasi вə İnkişafi  

117 


4. Cəzairi, Nemətullah, əl-Ənvar ən-Numaniyyə, I-IV, Beyrut-1380. 

5. Corbin, Henri, Historie de la Philosophie Islamigue, Paris 1964. 

6. Cürcani, Kitab ət-Tərifat, Beyrut-1983. 

7.  Əli  İbn  Əbu Talib, Nəhc  əl-Bəlağa,  tərcümə edən:  Əbdülbaqi 

Gölpınarlı, Qum-1981. 

8.  Əllamə Hilli,  əl-Bab  əl-Hadiyə  Aşər,  şərh edənlər: Miqdad əs-

Seyyuri, Məxdum əl-Hüseyni, Tehran-1365. 

9. Ən-Nisaburi, Fazl İbn Şazan əl-İzah, Tehran 1390. 

10. Fəyyaz, Abdullah, Tərix  əl-İmamiyyə  və  Əsləfihim minəş-Şiə, 

Beyrut-1975. 

11. Fığlalı, Ethem Ruhi Önsöz, Mezhepler Arasındakı Farklar 

(Abdülkahir el-Bağdadi), Türkiye Diyanet Vakfı Yayınları, Ankara-2001.  

12. Gölcük, Şerafeddin, Kəlam Tarihi, IV nəşr, İstanbul-2000. 

13. Xənsari, Məhəmməd Baqır əl-Musəvi, Ravdatul-cənnat fi əhval əl-



uləma və əs-sədat, I-VIII, Qum-1351. 

14. İbn Mənzur, Lisan əl-Arab, I-XV, Beyrut-1994. 

15. İbn Nədim, əl-Fihrist, Dər əl-mərifə, Beyrut-1994. 

16. İmam Xomeyni, Təvzih əl-məsail, Tehran-1988. 

17.  Əl-İsfahani, Raqib, Müfrədatu Əlfaz əl-Quran, əd-Dər əs-Samiyyə, 

Beyrut-1997. 

18. Jassim M. Hussain, The Occultation of the Twelfth Imam

Cambridge-1982.  

19.  Qaravi, Masadır əl-İstinbat beynə əl-Usuliyyin vəl-əxbariyyin, Dər 

əl-Hadi, Beyrut-1992. 

20. Qaşani, Feyz, İlm əl-Yəqin fi Usul əd-Din, I-II, Qum-1400. 

21. Quleyni, Məhəmməd ibn Yaqub ibn İshaq, Usul əl-Kafi, I-II, Dər əl-

kutub əl-İslamiyyə, Tehran-1388. 

22. Madelung, Wilferd, “Imamism and Mutazilite Theology”, Le 



Shiisme Imamite (Presses Universitaires de France), Paris 1970, s. 13-31. 

23. Mcdermott, Martin, The Theology of al-Shaikh al-Mifid, Beyrut-

1986. 

24. Mez, Adam, İslamın Kalkınma Çağı, tərcümə edən: Camal Körpülü, 



Ankara, tarixsiz. 

25. Məclisi, Məhəmməd Baqır ibn Məhəmməd Təqi ibn Məqsud  Əli, 



Bihar əl-Ənvar, I-CXI, Müəssəsətu əl-vəfa, Beyrut-1983. 


 Dr. Adilə Tahirova  

 

118 



26. Mənai, Aişə Yusif, Usul  əl-Əqidə beynə  əl-Mutəzilə  və  əş-Şiə  əl-

İmamiyyə, Qətər-1992. 

27. Müdərrisi, Hüseyn, “Rationalism and Traditionalism in Shi’i 

Jurisprudens: A Preliminary Survey”, Studia Islamica, Paris-1984, LIX/141-

158. 


28. Müzəffər, Məhəmməd Rza, Aqaid əl-İmamiyyə, Tehran, tarixsiz. 

29. Nəcaşi,  Əbu  əl-Abbas  Əhəd ibn Əli,  Rical  ən-Nəcaşi,  təhqiq: 

Məhəmməd Cavad ən-Naini, Dər əl-Ədva, I-II, Beyrut-1988. 

30. Nəşşar, Əli Sami, Nəşətu əl-Fikr əl-Fəlsəfi fil-İslam, Dər əl-məarif, 

I-III, Qahirə-1977. 

31. Növbəxti, Əbu Məhəmməd əl-Həsən ibn Musa, Fıraq əş-Şiə, Nəcəf-

1936. 

32. Sadr, Həsən, Təsis əş-Şiə li Ulum əl-İslam, Beyrut-1981. 



33. Schmidtke, Sabine, The Theology of al-Allama al-Hilli, Berlin-1991. 

34. Strothmann, “Nasır al-Din al-Tusi”, İslam Ansiklopedisi,  İstanbul-

1979, XII (2)/132-133. 

35. Strothmann, “Şia”, İA, İstanbul-1979, XI/502-513. 

36. Sübhani, Cəfər, Buhus fil-miləl vən-nihəl, I-VII, Qum-1413. 

37.  Şeyx Müfid, Əvail  əl-Maqalat, təhqiq:  İbrahim  əl-Ənsari, Dər  əl-

Mufid, Beyrut-1993. 

38.  Şeyx Saduq, Risalətu  əl-itiqadat  əl-İmamiyyə  (Şii  İmamiyyenin 



İnanç Esasları), tərcümə edən: Ethem Ruhi Fığlalı, Ankara 1978. 

39. Şərif əl-Murtaza, Rəsail əş-Şərif əl-Murtaza, I-III, Qum-1405. 

40. Tabatabai, əş-Şia fi'l-İslam, Dər ət-təaruf, Beyrut, tarixsiz. 

41. Tehrani, əz-Zəria ilə təsanif əş-Şia, XXIX cilddə XXVI cild, Dər əl-

ədva, Beyrut-1983. 

42. Topaloğlu, Bekir, Kəlam Elmi (Giriş), İstanbul-1996. 

43. Tusi, Əbu Cəfər, Fihrist, Beyrut 1983. 

44. Uyar, Məzlum  İmamiyye  Şiasında Düşünce Ekolleri Ahbarilik

Kitabevi, İstanbul -2000.  

45. Zəbidi, Tac əl-Arus, I-XXV, Beyrut 1984. 



 

Yüklə 404,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə