Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 461,56 Kb.
Pdf görüntüsü
tarix14.07.2018
ölçüsü461,56 Kb.
#55522


 

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 14 SENTYABR (EYLÜL) 2010




“Allah” sözünün arxetipinə dair 

53 


 

 

“ALLAH” SÖZÜNÜN ARXETİPİNƏ DAİR 

 

Süsən Yusif qızı ASLANOVA 

BDU, İlahiyyat fakultəsi 

 

 



Açar sözlər: Allah, ərəb dili 

Key words: Allah, arabic language 

İslam dininin prinsipləri ilə yaxından tanış olan mömin bəndələrin Uca 

dinimizə olan inamının nədən ibarət olduğunu çox gözəl bilirik. Çünki bu 

din ilə müasir elm insan vücudundakı ruh və cisim kimi bir-birini 

tamamlayır. Din insanları doğru yollara səsləyir, məqsədi və hədəfi məlum 

olan elm isə bu yolları bir məşəl kimi işıqlandırır. 

Din sayəsində insanın ağlı, məntiqi, zəka və iradəsi mükəmmələşir, 

könül dünyası ülviləşir, onun iş  və  hərəkətlərində ahəng, təmkin, səbr və 

uyğunluq nəzərə çarpır. 

Bəndələrinə saysız-hesabsız nemətlər verən, onları  hər yerdə mühafizə 

edib qoruyan Uca Allahımızın sifətlərini zati və sübuti olmaqla iki yerə 

ayrılması. yəni onun Vucud, Qidəm, Bəqa, Vahdəniyyət, Muxaləfətun 

lilhavadis və Qiyəm binəfsihi kimi səlbi sifətləri, Həyat, Elm, Səmi, Basar, 

İradə, Qüdrət,  Kəlam və  Təkvin kimi subuti sifətlərinə malik olması 

şəksizdir. 

Bəs bizə öldürmək, diriltmək, ruzi və nemət vermək, əzaba düçar etmək 

kimi sifətləri də daxil olmaqla Təkvin, yəni yaratmaq sifətinə malik uca 

Tanrımızın dilimizdə “Allah” kəliməsi ilə ifadə olunmasının arxasında nələr 

dayanır? 

Gəlin bu suala cavab tapmağa çalışaq. 

Qeyd edilməlidir ki, bu məsələ istər xristiyan alimləri,istərsə  də 

müsəlman alimləri tərəfindən uzun illərdən bəri geniş  şəkildə araşdırılmış, 

hər bir dildə bu sözün ifadə etdiyi forma və  məzmun arasındakı  əlaqə 

açıqlanmışdır. 




 Süsən Yusif qızı ASLANOVA 

 

54 


Ərəb dilçiləri də bu sahədə öz səylərini  əsirgəməmiş, bu mövzuda 

dəyərli  əsərlərini qələmə almış, və ümumən sami dillərin işığında “Allah” 

kəliməsinin morfoloji  və məna  xüsusiyyətlərini incələmişlər. 

“Allah” sözü ərəb dilində xüsusi isim hesab olunur və “Allah” 

deməkdir.Ərəb leksikoqrafları bu sözün izahında (məsələn,  İbn Mənzur 

özünün “Lisən  əl- arab”ensiklopedik lüğətində)

1

    هلا  bölməsinə müraciət 



etməklə    هللاا sözü ilə “Allah” və “məbud” mənalarının ifadə olunmasına 

işarə etmiş, bu sözün cəm formasının  ةھلا  olduğunu yazmışdır. Bu 

istiqamətin tərəfdarları arasında Sibeveyhi, Ət-Təbəri və  Əz-Zəməxşəri də 

vardır. Məsələn, Sibəveyhi belə hesab edir ki,  ﷲ sözünün kökü هلا dir. 

Burada əlif və ləm hərfləri bu sözdə həmzə samitin atılmasından(hərfindən) 

onun  əvəzinə  işlənmişdir.Ət-Təbəri “Cəmi  əl-bəyan fi təfsir  əl-Quran” 

əsərində, eləcə  də  Əz-Zəməxşəri “Əl-Kəşşaf”  əsərində bu müddəanın 

tərəfdarları kimi çıxış edirlər. Lakin Sibəveyhinin  əksinə olaraq Ət-Təbəri 

belə hesab edir ki, ﷲ sözü  هللاا kökündəndir, əlif və ləm hərfləri isə atılmış 

həmzənin yerində  işlədilmişdir. Müəllif həmzə samitini sözün ağzı, ləm 

hərfini sözün gözü əlavə  ləm hərfini isə sükunlu olub digər ləm hərfi ilə 

qovuşmasında görür. 

Əz-Zəməxşəri isə iki məhfum arasında qalaraq belə bir fikir irəli sürür 

ki, əlif və ləm müəyyənlik ifadə etmək üçündür, həmzə samiti isə atılmışdır. 

Digər  ərəb dilçisi İbn Malik ﷲ  sözünün هللاا sözü ilə heç bir əlaqəsi 

olmadığını göstərir və deyir ki, bu söz yalnız tanrıya dəlalət edən xüsusi 

addır.Çünki  ﷲ  və  هللاا  sözləri ləfz və  məna baxımından iki müxtəlif 

anlayışlardır. 

Üçüncü istiqamətin nümayəndələri belə hesab edirlər ki, ﷲ sözü ərəb 

mənşəli deyildir. Ərəblər bu sözü yəhudi və suryani dillərindən almışlar.Bu 

dillərdə ﷲ sözü 

 "

اھلا



 

"

 



kimi  səslənir. Ərəblər bu sözü alarkən onun sonundakı 

mədd səsini (uzun saiti) tələffüzü asanlaşdırmaq və sözə yığcamlıq vermək 

məqsədilə atmışlar. Bu müddəanın banisi Əbu Yəzid  əl-Bəlxidir.O göstərir 

ki, dilimizdəki  

"



"



 

sözü  ərəb sözlərindən deyildir. Çünki yəhudi və 

nəsranilər "

اھلا


 

"

 



deyirlər.  Ərəblər bu sözü almış  və sonundakı uzun saiti 

                                                 

1

 

 ،روظنم نبا



"

برعلا ناسل

 "

 ةد ام


)

للا


 

(

 




“Allah” sözünün arxetipinə dair 

55 


atmışlar. Ərəblər təxfir (yüngülləşdirmə) və icaza ( yığcamlıq) meyl etdikləri 

üçün sonundakı uzun saiti atmışlar.

2

  

 هلا sözünün qadın cinsində variantına cahiliyyə dövründə ةھلاا mənasında 



işlədilmiş  دوبعم   şəklində rast gəlinir, bu söz də “günəş” anlamında nəzərdə 

tutulur, çünki onlar günəşə sitayiş edirdilər. 

Adı çəkilmiş müəllif öz müddəasında Ər-Rağib əl- İsfahaninin “Fi ğarib 

əl-Quran” əsərinə istinad edərək göstərir ki, cahiliyyə dövründə  هلا  hər bir 

sitayiş olunan tanrı və tanrıçalara verilirdi. 

Məlumdur ki, Qurani-Kərimdə adları çəkilən bütlərdən biri də cahiliyyə 

dövründə sitayiş olunan 

تلالا



 "

 bütü idi.Ər-Rağib  əl-İsfahaniyə görə       

"

تلالا


  "

sözünün mənşəyi də  ﷲ  kəlməsidir. Bu sözün sonundakı ه  samiti  

atılmış  və oraya qadın cinsinin morfoloji əlaməti kimi  ت samiti  əlavə 

edilərək bu sözü ﷲ    sözündən fərqləndirmişlər. 

Bu mövzuda Avropa şərqşünaslarının  xidmətləri də  əvəzsizdir. 

Onlardan biri də alman şərqşünası Qothelf Berqstrasserdir (5.04.1836-

16.08.1933). O, iyirminci yüzilliyin ən böyük elm sahələrindən olan sami 

dillər üzrə alman dilçilik məktəbinin nümayəndəsi olmuşdur. O, Birinci 

Cahan savaşı zamanı Türkiyənin Konstantinopol Universitetində professor 

vəzifəsində çalışmış, həmin vaxt ərzində o, Suriya və Fələstində olmuş, ərəb 

və arami dillərinin dialektlərinin öyrənərək onları  tədqiq etmişdir.Onun  ən 

böyük elmi əsərlərindən Bilhelm Qezeniusun yarımçıq qalmış  Yəhudi 

Qrammatikasının 29-cu sonuncu kitabının yenidən işlənmiş variantı sayılır 

(bu kitab ona görə yarımçıq qalmış adlanır ki, orada yalnız felin 

formologiyası  və morfologiyası  tədqiq olunmuşdu). Digər bir elmi əsəri 

1928-ci ildə yazdığı “Sami dillərə giriş”əsəridir.Sonralar bu alim Münhen 

Universitetində sami dillər üzrə professor vəzifəsində çalışmışdır. 

Berqstrasser  əsasən  ərəb dilinin tədqiqi ilə  məşğul olmuş  və bu işdə 

Qurani-Kərimin mətnlərinə istinad etmişdir. Yeri gəlmişkən, Berqstrasser 

1933-cü ildə alpnizm zamanı yoxa çıxmışdır. O,antifaşist ruhlu olmuş, bir 

çox yəhudi mənşəli alimləri faşistlərin təqibindən qurtarmışdır. 

Bu alman şərqşünasının fikrincə,  تلالا  sözü “əl-ilat”kökündən 

törəmişdir və bu sözdəki əlif əlif məmdudədir.  تلالا  sözünün qadın cinsində 

                                                 

2

 

 ،عبارلا ددعلا ، لولاا دلجملا ، ةغللا مولع يف رظنا



1998

 ص 


1

 

 




 Süsən Yusif qızı ASLANOVA 

 

56 


variantı ərəb ədəbi dilində mövcud deyildir, bu sözə əkkəd və qədim yəhudi 

dillərində rast gəlinir.

3

 

Yuxarıda deyd olunmuş mülahizələrdən belə bir nəticə çıxarmaq olur ki, 



 تلالا sözünün kökünü ء ،ل və  ه samitlərindən ərəb mənşəli üçsamitli bir kök 

təşkil edir və bu sözün sonundakı  ه samiti düşmüşdür. Qadın cinsini ifadə 

etmək sözün sonuna  ت samitinin əlavə olunmasına gəlincə, Berqstrasser onu 

qeyri-ərəb mənşəli sözdən törədiyinə işarə edərək onun ikisamitli bir kökdən 

olduğunu göstərir. Tədqiqatçı    تلالا  sözünü əkkəd dilində olan  ةھلالاا   

mənasını verən “Ellilitu” sözünə  bənzədir.Bu sözün kişi cinsində olan 

variantı “Ellil”dir. 

Ərəb dilində    هلا  sözünün təsniyəsi  ناھلا    ,  cəmi isə    ةھلآ  modeli ilə 

düzəlir. 

Ərəb dilində  هلا  sözünə bənzəyən  لا 

ّ  və  ليا  sözləri də mövcuddur ki, 

hər ikisi  ﷲ  mənasında işlədilir.  

Bu fikrə  Əl-Cauhərinin “Əs-Sıhah” və  İbn Sidənin “Əl-Lisən”əsərində 

rast gəlinir. Hər iki leksoqrafın fikrincə, لا 

ّ ِ  sözü ərəb dilində ﷲ mənasında 

işlədilmişdir. 

Bu sözlərin ( لا 

ّ ِ   və  ليا ) ﷲ  mənasında işləndiyi  ərəb mətnlərinin 

tədqiqinə  gəlincə, digər bir dilçi əl-Fərranın fikrincə bu sözlər “Allah” 

mənasında işlənməməmişdir. Əl-Fərranın fikrincə, للاا 

ّ

 sözü  ةبارقلا  , ةمدلا  və 



دھعلا  mənalarını verir və ona istinad edir ki, biz heç vaxt dua edənin  لا  اي

ّ ِ  


dediyini eşitməmişik. لا

ّ ِ  sözünün Qurani-Kərimdə və dualarda ﷲ  mənasında 

işlədilməməsi bu sözlərin digər  ərəb mətnlərində  həmin mənada 

işlədilməsinə sübut deyildir. Bu söz əkkəd və babil dillərində  ﷲ  mənasında 

işlədilmişdir. 

Bu xüsusda Avropa alimlərinin müddəaları diqqəti cəlb edir.Xüsusilə,   

Berlində anadan olmuş qabaqcıl alman şərqşünası Volfram fon Zodenin 

(1908-1996) sami dillərdən olan əkkəd dili üzərində apardığı  tədqiqatları 

diqqətəlayiqdir. Bu şərqşünas Qottingen universitetində professor 

vəzifəsində çalışmış,  İkinci cahan müharibəsində III Reyxə xidmət 

göstərmişdir. 1924-cü ildən yaradılmış faşist ruhlu “qəhvəyi köynəkşilər” 

(terrorçu alman polis dəstələri) zümrəsinə qoşulmuş və 1944-cü ildə millətçi 

sosialist partiyasının üzvlüyünü qəbul etmişdi. 

                                                 

3

  Информасия из “Vikipediya”  свободной енсиклопедии 




“Allah” sözünün arxetipinə dair 

57 


Baron fon Zoden 1931-ci ildə  əkkəd  əlyazmaları üzrə doktorluq 

dissertasiyası müdafiə etmiş və bu sahədə bir çox əsərləri, o cümlədən ərəb 

dilində  hərbi istilahlar kimi əsərləri var idi. 1939-1945-ci illərdə alman 

ordusu sıralarında hər şeydən əvvəl tərcüməçi kimi fəaliyyət göstərmişdi. 

İkinci dünya muharibəsindən sonra tədris fəaliyyətinə başlamaqda bir 

sıra çətinliklərlə üzləşmiş, lakin Benno Landsbergerin köməyi ilə və özünün 

istedadı sayəsində o, 1945-ci ildə Vyanada işlə təmin olunmuş, 1961-ci ildə 

Myunsterdə  Şərq Seminariyasına direktor vəzifəsində 1976-cı ilədək 

çalışmış, 1996-cı ildə ölümündən sonra öz kademik kitabxanasını Leyspiq 

Universitetinə vəsiyyət etmişdir. 

Ərəb tədqiqatçıları “Allah”sözünün ərəb dilində tədqiqini qohum dillərlə 

müqayisə etmişlər. Buraya əkkəd (babil,assur), yqarit,ibri (qədim yəhudi 

dili), finikiya,arami,suryani,ərəb dilinin cənub qolu və həbəş dilləri daxildir. 

 “Allah” sözünün bu dillərdən hər birində  təkdə  və kişi cinsində 

işlədilməsi, qədim yəhudi dilində isə bu sözün cəm formasının işlədilməsinə 

baxmayaraq, onun kəmiyyətə görə  tək məna bildirməsi, habelə “məbud”, 

“tanrı” mənasında bu sözün həm də təkdə qadın cinsində işlənməsi açıqlanır. 

Bu tədqiqatlardan doktor Məhəmməd Rəcəb  əl-Vəzirinin adı xüsusilə  

diqqətəlayiqdir. Onun 1999-cu ildə Qahirədə Dər əl-Qarib tərəfindən çapdan 

çıxmış  


تلا يف ةسارد ﷲ ظفل

 و  ةيبيكرتلا و  ةيجئولوفوملا صئاضحلا و ةيماسلا يف يمجعملا ليصا

ةيللادلا


."

        


 

 

məqaləsi bu mövzuya həsr olunmuş çoxsaylı elmi araştırmalara bir töhfədir.  



Yenidən Fon Zodenin əkkəd əlyamazlarına həsr olunmuş tədqiqatında bu 

mövzuda irəli sürdüyü fikrinə qayıdaq.O göstərir ki, ərəb dilindəki  لا

ّ ِ  sözü 

əkkəd dilindəki “Ellil” sözünə  bənzəyir ki, bu söz də  ﷲ  mənasında 

işlədilmişdir. Həmzə  və  ləmdən ikisamitli kökə  əsaslanan bu sözün ləm 

samiti qədim  əkkəd dilində nun samiti ilə  əvəz olunaraq “Enlil” arxetipi 

şəklində rast gəlinir. Sumer dilində bu söz 

ا كلام


 حيرل

 , yəni, “küləyin sahibi” 

mənasını verib. Babil dilində isə qadın cinsinin əlaməti olan “tə” samitini 

qəbul etməklə “uca tanrıça” kimi işlədilirdi. Bu həm də ilu(m) və ya elu(m) 

formaları ilə də qadın cinsini ifadə edirmiş. 

Ərəb dilində ليا ِ sözünün ﷲ  mənasında işlədilməsinə gəlincə, bu söz  

  ليئاكيم،  ليئارسا ،  ليئاربج  ، ليئارزع kimi sözlərin tərkib hissəsi də hesab oluna 



 Süsən Yusif qızı ASLANOVA 

 

58 


bilir və bu sözün həmzə samiti düşmüş variantı kimi 

يربج  ،ليحارش  ،ليمھش

  ،ل

 ليعامسا ،ليفارسا  izafət tərkibli sözlərdə rast gəlinir. 



Əl-Xəlil ibn Əhməd “Kitəb  əl-ayn”  əsərində göstərir ki, ərəb dilində 

işlədilən  ليا sözü qədim yəhudi dilindən alınmışdır. Alimin fikrincə, 

təfsirlərdə sonu  ليا ilə bitən birləşmələr (məsələn,

بج

 ليئار   kimi) ﷲ sözünün 



məbədidir (məsələn, Abdulla, Ubeydulla). ليا sözü isə ibrani dilində Allahın 

adlarındandır.

4

   


Əl-Xəlilin fikrinə zidd olaraq, Əl-İsfahani “Əl-Mufradət fi ğarib  əl-

Qurən” əsərində belə deyir:  

5

 ليا ليق ،حيصب كلذ سيل و ﷲ مسا  



Qədim Yəhudi mənşəli  ليا sözünə  gəlincə isə,  Əl-Xəlil bu sözün ərəb 

dilinə keçdiyi zaman ( هلا) mənasında işlənməsinə  işarə edərək göstərir ki, 

sözün həmzəsinin hərəkəsi uzun (i) saitinə çevrilmişdir. 

Bu sözün əkkəd, finikiya və  həbəş dilləri digər sami dillərdə mövcud 

olmasını sübuta yetirən dəlillərə də rast gəlinir. 

Ərəb dilində  (ﷲ) sözünün işlədilməsinin bir sıra morfoloji, tərkibi  və 

məna xüsusiyyətləri vardır ki, bunlar aşağıdakılardır: 

Bu söz altı morfoloji xüsusiyyəti ilə fərqlənir ki, yalnız bu sözə xasdır, 

(ﷲ) sözü و ,ب, ت və ل and ədatları ilə yiyəlik halda,  اي ədatı ilə adlıq halda 

işlənir. Sonuncu altıncı morfoloji xüsusiyyəti yalnız (ﷲ) sözü ilə əlaqədardır 

və bu, təşdidli “mim”morfeminin (ﷲ) sözünün sonuna əlavə olunması ilə 

meydana gəlir. 

And  ədatlarının (ﷲ) sözünün əvvəlinə  əlavə olunması onunla 

səciyyələnir ki, bu ədatlar yalnız bu sözün əvvəlinə artırılaraq and, təəccüb 

bildirir. 

Qurani-Kərimdə Hz.İbrahim əleyhissəlamın dilindən oxuyuruq: 

 مكمانصا نديكلآ  ات و

6

       



  

 

 



(Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə 

quracağam). 

And ədatları  ت ədatı istisna olmaqla   بر və   ةبعكلا بر  sözlərinə əlavə 

oluna bilər. Bu fikrə Rəşidəddin əl-Astarabadinin “Şərh əl-Kəfiyəti” və İbn 

Hişamın “Muğni  əl-ləbib”  əsərlərində rast gəlirik.  Ər-Rida  “Şərh  əl-

                                                 

4

 

، ةرھاقلا ، بيرغ راد رشانلا، ةنسلا يف تارم عبرا ردصت ةمكحم ةيملع تاسارد ،ةللا مولع



1999

ص ، 


 .

23

 



 

5

 



 يناھفسلاا  بغارلا

 :

ص ،نارقلا بيرغ يف تادرفلا



:

2

  



 

6

 



 ةيلاا ،ءايبنلاا ةروس  

571


  

 



“Allah” sözünün arxetipinə dair 

59 


Kəfiyət”  əsərində  Əl-Əxfəşdən rəvayət edərkən onun  يبرت  və    ةبعكلا  برت   

ifadələrini istisna olaraq işlətdiyini göstərir.  İbn Hişam isə “ola bilsin ki

ərəblər يبرت ,  ةبعكلا برت , və  نمحرلات   ifadələrindən istifadə ediblərmiş” fikrini 

irəli sürmüşdür.

7

  

ﷲ sözünün morfoloji qrammatik xüsusiyyətlərindən biri də onun  اي xitab 



ədatı ilə  işlədilməsidir. Qəribə orasıdır ki, bu xitab ədatı Allahın digər 99 

adına  əlavə olunsa da, onların müəyyənlik artiklı  qəbul etmədən 

işlədilməsini tələb edir. Məsələn,  

مون لا و ةنس هذخأت لا ،مويق اي ،يح اي

ّ

8

       



     

 

(O, əzəli və əbədidir. Onu nə yuxu tutar, nə mürgü) 



Lakin  ﷲ sözü xitab kimi işlədildikdə artiklini itirmir və bu zaman 

müəyyənlik artiklinin birləşdirici həmzəsi istisna olaraq ayırıcı  həmzə kimi 

tələffüz olunur. Məsələn:    انلرفغا ﷲ اي   

Bu fikri Sibəveyhinin öz “Kitab”ında,  Əl-Mübərrəd  “Əl-Müqtadəb” 

əsərində, Ridauddin əl-Astarabadi “Şərh əl-Kəfiyəti” traktında qeyd edir. 

Bu sözün digər bir morfoloji xüsusiyyəti onun  مسا sözü ilə izafət 

yaratdığı zaman  ب ön qoşması ilə işlədildikdə  مسا  sözündə həmzə samitinin 

düşməsidir, yəni  مساب  yazılmaq əvəzinə  مسب  şəklində olur.  

Nəhayət, (ﷲ) sözünün altıncı  və sonuncu marfoloji xüsusiyyəti onun 

təşdidli  “mim” morfemini sonluq kimi qəbul etməsidir. Bu mürəkkəb söz 

xitab kimi işlənir və cahiliyyə dövründə bu söz artiklsız, yəni  مھلا  

(ləhummə) kimi işlənmiş, sonralar əvvəlinə müəyyənlik artiklı artırılmışdır. 

Alimlər (ﷲ) sözünün sonuna artırılmış  təşdidli “mim” haqqında üç 

müxtəlif  fikir irəli sürürlər.  

Birinci rəy ondan ibarətdir ki, مھللا sözü xitabdır və buradakı  təşdidli  

“mim”   اي xitab ədatını əvəz etmişdir. Bu rəy Əl-Xəlil ibn Əhməd tərəfindən 

irəli sürülmüşdür və Bəsrə dilçiləri arasında yayılmış bir rəydir. 

İbn Sərrac, Sibəveyhi,  İbn Cinni, Əs-Suyuti və başqaları da bu 

fikirdədirlər. 

İkinci rəyin tərəfdarları  مھللا sözünün təşdidli “mim” morfemini atılmış 

bir cümlənin ünsürü kimi qəbul edirlər. Bu cümlə      ريخي  انما  ﷲ  اي  şəklində 

                                                 

7

 

 ماشھ نبا



 :

 بيبلا نغم

 

8

 255 



وس

ةيلاا،ةرقبلا ةر       




 Süsən Yusif qızı ASLANOVA 

 

60 


olmuşdur. Bu rəy Əl-Fərraya məxsusdur və Kufə dilçiləri arasında yayılmış 

bir fikirdir. 

Üçüncü bir rəy ondan ibarətdir ki, مھللا  sözündəki təşdidli “mim” 

morfemi qədim  yəhudi dilində  əzəmətli olmaq mənasında işlədilmişdir. 

Digər tərəfdən  (ﷲ) sözü  artikl qəbul etməzdən öncə sonluğu “təmyimli 

mim” ilə bitdiyində və tarixi inkişafda ( əl-) atrikli qəbul etdiyi zaman assuri 

dilində mövcud olan təşdidli “mim” morfemini qoruyub saxlamışdır. 

Doktor Ramazan Abduttəvvab göstərir ki, “təmyim”in (“mimləmə”) 

qalıqları ərəb dilində  مف  ,  منيا  kimi sözlərdə saxlanılmışdır.

9

   



Bütün bu morfoloji-qrammatik xüsusiyyətləri ilə yanaşı  (ﷲ) sözünün  

digər məna xüsusiyyətləri də mövcuddur ki, bu da ayrıca bir tədqiqat 

mövzusunu təşkil edir.   

 

 



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.Qurani-Kərim.(tərcüməsi) 

2.  

 باوتلا دبع ناضمر



:

يوغللا ثحبلا جھانم و ةغللا ملع يف لخدملا

   

3.  


ماشھ نبا 

 :

بيبلا نغم



  

4. ةرھاقلا ، بيرغ راد رشانلا، ةنسلا يف تارم عبرا ردصت ةمكحم ةيملع تاسارد ،ةللا مولع 

،

1999    


5.

 يناھفسلاا  بغارلا 

 :

لا

م



نارقلا بيرغ يف تادرف

  

6.



 

با

 ،روظنم ن



"

برعلا ناسل

"

 

                                                 



9

 

 باوتلا دبع ناضمر



:

 ص ، يوغللا ثحبلا جھانم و ةغللا ملع يف لخدملا

 .

241


 

-

247



 

 



“Allah” sözünün arxetipinə dair 

61 


 

РЕЗЮМЕ 

 

В  данной  статье,  исследовая  лингвистические  предположения  в 

отношении  к  корню «ALLAH» в  литературном  арабском  языке,  автор 

стремится довести ко вниманию проблему происхождения этого корня 

как в арабском, так и на некоторых семитских языках.  

В  статье  были  использованы  труды  известных  арабских 

лингвистов–лексикографов,  а  также  научные  исследования  евро-

пейских  востоковедов,  как  Готхельф  Бергестрассер,  Вольфрам  фон 

Зоден  и  другие.  Предусмотренны  некоторые  морфологическо–грамма-

тические  свойства  этого  корня  как  на  арабском,  так  и  на  некоторых 

родственных ему древним семитских языках.  

 

 

SUMMARY 

 

In the presented article the author have researched linguistic ideas on 



origin of “ALLAH” word used in Arabic language and also tried to present 

origin of word root as it is in Arabic and some of other Semitic languages.  

In the article works of well known Arabian linguists–lexicographers, as 

well as scientific researches of European Orientalists, Gothelph 

Bergestrasser, Wolfram fon Zoden and others. Some morphological 

characteristics of this root were provided as in Arabic and other ancient 



Semitic languages related to Arabic.         

 

 

Təqdim etdi:  

i.f.d. Q.F.Səlimli 

Tövsiyyə etdi:  

BDU İlahiyyat Fakültəsinin Elmi Şurası,  

 

 

 

Protokol No 4, tarix 21.10.2010 

Yüklə 461,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə