Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 75,07 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü75,07 Kb.
#37776


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

DİLÇİLİK 

 

 



UOT 81’28; 81’286 

 

AZƏRBAYCAN DİLİNDƏ KEÇİD ŞİVƏLƏR PROBLEMİ 

 

E.

İ.ƏZİZOV 

Bakı Dövlət Universiteti 

azizov_elbrus@mail.ru 

 

Az



ərbaycan dilinin dialekt üzvlənməsinin xarakterik xüsusiyyətlərindən biri keçid 

şivələrin  olmasıdır.  Məlum  olduğu  kimi,  keçid  şivələr müxtəlif ləhcələrin (yaxud dialekt 

qruplarının) arasındakı keçid zonasında əmələ gəlir və belə şivələrdə həmhüdud dialektlərin 

f

ərqləndirici  əlamətləri  müşahidə  edilir. Azərbaycan dili dialektlərinin  türkologiyada  geniş 

yayılmış təsnifatında bu dildə üç keçid şivənin olduğu qeyd olunur (Göyçay, Ağdaş və Cəbrayıl 

şivələri). Ancaq həmhüdud dialektlərin sərhədlərində yerləşmiş şivələrin əlamətlərinin ətraflı 

t

əhlili bəzi digər şivələrin də keçid xarakterli olduğunu göstərir. Monoqrafik tədqiqatların və 

dilçilik  coğrafiyasının  faktlarına  əsaslanaraq belə  nəticəyə  gəlmək olar ki, cənub-şərqdə 

C

əlilabad, Biləsuvar şivələri, cənub-qərbdə isə Zəngilan və Qubadlı şivələri də öz xarakterinə 

gör

ə keçid tipli şivələrdir. 

 

Açar sözl



ər:  Azərbaycan  dili,  keçid  şivələr,  keçid  şivələrin tədqiqi, Cəbrayıl  şivələri, 

Bil


əsuvar şivələri 

 

Az



ərbaycan dilində keçid tipli şivələrin olması haqqında ilk məlumata biz 

h

ələlik A.Vəliyevin 1952-ci ildə Moskva Dövlət Universitetində müdafiə etdiyi 



“Abşeron yarımadasının qərb rayonları şivələri” mövzusundakı namizədlik dis-

sertasiyasında rast gəlmişik. O, bu əsərində Qərbi Abşeron kəndləri şivələrinin 

bir t

ərəfdən  Bakı  şivələri ilə  Quba  şivələri  arasında, digər tərəfdən isə  Bakı 



şivələri ilə  Sabirabad  şivələri  arasında  keçid  xarakterində  olduğunu  və  buna 

gör


ə də, həmin şivələri xüsusi bir qrupda ayırmağın məqsədəuyğun olduğunu 

göst


ərmişdir  (1,  2-3). Azərbaycan dilində  keçid  tipli  şivələrin mövcudluğu 

bar


ədəki fikir R.Rüstəmovun 1953-cü ildə  nəşr  olunmuş  “Azərbaycan dia-

lektologiyası  proqramı”nda  da  öz  əksini  tapmışdır.  Proqramın  “Azərbaycan 

dilinin dialekt v

ə  şivələri” bölməsində  keçid  şivələrlə  əlaqədar belə  bir qeyd 

var:  “Şərq,  şimal  və  qərb  qrupları  arasında  keçid  təşkil  edən  şivələr  (Ağdaş, 

Göyçay v


ə s. şivələr)” (2, 11). 

 




Göyçay,  Ağdaş  keçid  şivələrinin hərtərəfli öyrənilməsi A.Vəliyevin  adı 

il

ə bağlıdır. O, 1954-cü ildən başlayaraq iyirmi il müddətində keçid şivələrin 



yayıldığı  ərazidə  dialektoloji  araşdırmalar  aparmışdır.  A.Vəliyev 1956-cı  ilin 

dekabrında  Bakıda  keçirilmiş  türk  dillərinin dialektologiya məsələləri üzrə 

əlaqələndirmə müşavirəsində Azərbaycan Dövlət Universitetində aparılan dia-

lektoloji t

ədqiqatlar haqqında məlumatla çıxış edir. Onun məlumatında Ağdaş 

v

ə  Göyçay  şivələrinin  keçid  tipli  şivələr  olduğunu  əsaslandırmaq  məqsədilə 



fonetik, morfoloji v

ə leksik xarakterli faktlar göstərilir. A.Vəliyevin məlumatı 

“Az

ərbaycan Dövlət Universitetində dialektoloji iş” adı ilə 1958-ci ildə “Türk 



dill

ərinin dialektologiyası məsələləri” toplusunda nəşr olunur (3). XX əsrin 60-

cı  illərindən etibarən A.Vəliyevin  keçid  şivələr probleminə  dair tədqiqatları 

geniş vüsət alır, sanballı elmi nəşrlərdə bir sıra məqalələri nəşr edilir: “Azər-

baycan dilinin 

keçid  şivələrinin bəzi fonetik xüsusiyyətləri (Göyçay keçid 

şivələrinin  materialı  üzrə)” (1960), “Azərbaycan  dili  keçid  şivələrinin bəzi 

xüsusiyy


ətləri  haqqında”  (1963),  “Azərbaycan  dili  keçid  şivələrində  bəzi səs 

əvəzlənmələri (Ağdaş və Ucar şivələri materialları üzrə)” (1965), “Azərbaycan 

dilind

ə keçid şivələr probleminə dair” (1966), “Həmhüdud dialekt qruplarının 



s

ərhədlərində  bəzi  qanunauyğun  hadisələr  haqqında  (Azərbaycan dili keçid 

şivələrinin  materialı  üzrə)”  (1966),  “Ağdaş  keçid  şivələrində  sait fonemlər 

sistemi haqqında bəzi qeydlər” (1967) və s. 

A.V

əliyevin 1960-cı  ildə  Göyçay  keçid  şivələrinin  leksikasına,  1975-ci 



ild

ə isə keçid şivələrin morfologiyasına və sintaksisinə aid kitabları nəşr olunur 

(4;  5).  Alimin  keçid  şivələrə  dair tədqiqatları  1975-ci ildə  müdafiə  etdiyi 

“Az


ərbaycan dilinin keçid şivələri” mövzusundakı doktorluq dissertasiyası ilə, 

dem


ək  olar  ki,  yekunlaşır  (6).  Bu  əsər  tam  şəkildə  2005-ci ildə  Azərbaycan 

Milli Elml

ər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarı 

il

ə nəşr olunmuşdur (7). 



Az

ərbaycan  dialektologiyasında  Cəbrayıl  rayonu  şivələrinin keçid tipli 

olmasını  ilk  dəfə  T.İ.Hacıyev  müəyyənləşdirmişdir.  O,  “Cəbrayıl  şivələrinin 

fonetikası” (1960) məqaləsində Cəbrayıl rayonu şivələrinin Azərbaycan dilinin 

q

ərb və cənub qrupu dialekt və şivələri arasında keçid mövqeyində olduğunu 



göst

ərmişdir  (8,  3).  T.İ.Hacıyev  1962-ci ildə  namizədlik  dissertasiyası  kimi 

müdafi

ə  etdiyi “Azərbaycan dilinin Cəbrayıl  şivəsi”  adlı  əsərində  30-a qədər 



k

ənddən  topladığı  dialektoloji material əsasında  Cəbrayıl  rayonu  şivələrinin 

Az

ərbaycan dilinin qərb və  cənub  dialekt  qrupları  arasında  keçid  təşkil  et-



m

əsini konkret faktlarla əsaslandırmış, həmin şivələrin qərb və cənub dialekt 

qrupları ilə uyğun gələn fonetik, qrammatik və leksik xüsusiyyətlərini müəyyən 

etmişdir (9, 4-5). Müəllifin türk dillərinin dialektologiyası məsələləri üzrə III 

m

əhəlli  müşavirədəki  (Bakı,  24-28 noyabr 1960-cı  il)  çıxışında  da  Cəbrayıl 



şivələrinin keçid xarakterindən bəhs edilir (10). 

1960-


cı ildən başlayaraq Azərbaycan dili dialektlərinin M.Şirəliyev tərə-

find


ən  verilmiş  bölgülərində  keçid  şivələr də  nəzərə  alınır.  O,  “Dilin  dialekt 

üzvl


ənməsi problemi” (1960) məqaləsində  Azərbaycan dilində  keçid tipli üç 

 




şivənin olduğunu göstərir: 1) dialektlərin şərq və qərb qruplarının xüsusiyyət-

l

ərini birləşdirən  Göyçay  şivəsi; 2) dialektlərin  şərq və  şimal  qruplarının  xü-



susiyy

ətlərini birləşdirən Ağdaş şivəsi; 3) Azərbaycan dili dialektlərinin qərb 

v

ə cənub qruplarının xüsusiyyətlərini birləşdirən Cəbrayıl şivəsi (11, 98). 



M.Şirəliyev “Dil və  dialekt  problemi  haqqında”  (1963)  məqaləsində 

Az

ərbaycan dilinin bir sıra dialektlərini, o cümlədən Göyçay və Cəbrayıl keçid 



şivələrini səciyyələndirən xüsusiyyətləri də  göstərir (12, 39-40). Görkəmli 

dialektoloq alim “Az

ərbaycan dialektologiyasının əsasları” adlı dərs vəsaitinin 

ikinci n


əşrində  (13, 16-17)  keçid  şivələri təsnifatdan  çıxarsa  da,  özünün  son 

fundamental t

ədqiqatı olan “Azərbaycan dilinin dialekt və şivələri” (rus dilin-

d

ə)  əsərində  Azərbaycan dilində  keçid tipli  üç  şivənin  olduğunu  (Göyçay, 



Ağdaş, Cəbrayıl şivələri) bir daha qeyd etmişdir (14, 6). 

Dialektoloji t

ədqiqatlara görə, Cəbrayıl  rayonu  şivələrinin keçid xarak-

terli şivələr olduğunu göstərən başlıca xüsusiyyətlər aşağıdakılardır (8, 3-8; 9; 

10, 211-212; 12, 40). 

Q

ərb şivələrinin xüsusiyyətləri: 



1. Velyar  

samitinin işlənməsi: yan¸ax, dən¸iz (Qazanzəmi, Dağ Tumas, 

Qaracallı), gözün¸, gözün¸üz, gəldin¸, gəldin¸iz (Qazanzəmi, Dağ Tumas). 

2. Saitl


ərarası mövqedə və təkhecalı sözlərin sonunda c>j dəyişməsi: bajı, 

qoja, alajam, gej

3. Söz sonunda b>f d

əyişməsi: kitaf, gəlif

4. Dodaq ah

ənginin möhkəmliyi: qurmuyuf, görmüyüf

5. Saitl


ə bitən isimlərin təsirlik halında -yı, -yi, -yu, -yü şəkilçisinə təsadüf 

edilm


əsi: qapıyı, baltıyı, dəvəyi, quzuyu (Böyük Mərcanlı, Hovuslu, Sofulu). 

6. Leksik t

ərkibdə qəlbi “hündür, uca”, mama “bibi”, sovrux “döşəkağı”, 

ismarramax 

“sifariş, xəbər göndərmək” və s. sözlərin işlənməsi. 

C

ənub şivələrinin xüsusiyyətləri: 



1. Saitl

ərin burun variantlarının işlənməsi: əlã:, əlĩ:z, aldĩ:z, bildĩ:z

2. Sözün birinci hecasında yarımqapalı e saitinin açıq ə saitinə keçidi: əv, 

s

əvgi

3. o>a 

uyğunluğu: av, dafşan, qavırmax

4. Dilönü qovuşuq ц samitinin mövcudluğu: цay, цörəx¸ (Sirik k.). 

5.  Dilortası  k, g  samitlərinin müvafiq olaraq affrikat  ç, c  samitlərinə 

keçidi. k>ç: ç



ət, çəhriz; g>c: cəlin, cilas (Sirik k.). 

6. Söz 


əvvəlində x>h dəyişməsi: hovuz, hırman (Horovlu k.). 

7. Söz ortasında y>v uyğunluğunun olması: şivit, çəvirkgə

8. Leksik t

ərkibdə sürütmə “evdə geyilən ayaqqabı”, xudru “nahaq, əbəs”, 



q

əzilləməx¸ “aldatmaq” və s. sözlərin işlənməsi. 

N

əzəri baxımdan, demək olar ki, əgər doğrudan da dildə yanaşı yerləşmiş 



müxt

əlif dialektlər (ləhcələr) mövcuddursa, onda əsas ləhcələr arasında keçid 

(aralıq)  şivələr  zonası  da  olmalıdır  və  bu zona heç də  1-2 rayonun ərazisini 

deyil, 


əsas ləhcələrin və ya müxtəlif dialekt qruplarının sərhədində olan ərazini 

əhatə  etməlidir.  Bundan  başqa, keçid şivələrin  yayıldığı ərazi müasir inzibati 

 




bölgül

ərlə uyğun gəlməyə də bilər. Keçid şivələrlə əlaqədar olan bu müddəalar 

Az

ərbaycan dili dialektlərinə aid monoqrafik tədqiqatların nəticələri ilə təsdiq 



olunur. Misal üçün dey

ək  ki,  Ağdaş  keçid  şivəsi  Ağdaş  rayonundan  əlavə 

Q

əbələ rayonunun cənubunda və Yevlax rayonunun şimal-şərqindəki kəndləri, 



Göyçay keçid 

şivələri isə indiki Göyçay, Ucar və Zərdab rayonlarını bütünlüyü 

il

ə, Kürdəmir və  Ağsu  rayonlarının  qərbində, eləcə  də  İsmayıllı  rayonunun 



c

ənubunda yerləşən bir neçə yaşayış məntəqəsini də öz təsir dairəsinə alır (5, 4). 

Göyçay  keçid  şivələrində  əsasən  şərq, qərb, qismən  şimal  şivələrinin,  Ağdaş 

keçid şivələrində isə başlıca olaraq şimal və qərb şivələrinin, qismən isə şərq 

şivələrinin xüsusiyyətləri müşahidə edilir. 

Araşdırmalar göstərir ki, Azərbaycan dilinin keçid şivələri yalnız Ağdaş, 

Göyçay v

ə Cəbrayıl şivələri ilə məhdudlaşmır.  Tədqiqatçılar  Zəngilan, Qara-

kils

ə, Cəlilabad, Qubadlı şivələrinin də keçid səciyyəli olduğunu göstərmişlər 



(15, 3; 16, 18; 5, 3; 17, 313-314; 18, 8-9). Ming

əçevir  ətrafındakı  və  İmişli 

rayonu 

ərazisindəki bəzi kənd  şivələrinin də  keçid xüsusiyyətli  olduğu 



əyyən edilmişdir (19, 20; 20, 4). 

A.V

əliyev Cəlilabad  şivələri ilə  yanaşı  Yardımlı  şivələrini də  keçid 



şivələrinə aid edir (5, 3; 6, 17). Ancaq Yardımlı şivələrində cənub dialekt xüsu-

siyy


ətləri  üstün  olduğuna  görə  həmin  şivələri Azərbaycan dilinin cənub 

l

əhcəsinə aid etmək daha doğrudur. 



Az

ərbaycan  dialektologiyasında  Biləsuvar  rayonu  şivələri  Muğan  şivə-

l

ərinin tərkibində dialektlərin şərq qrupuna daxil edilir. Ancaq faktlar göstərir 



ki, Bil

əsuvar  rayonu  şivələri Azərbaycan dilinin həm  şərq, həm də  cənub 

şivələrinə xas olan xüsusiyyətləri özündə birləşdirir (Bax: 21; 22). 

1. Sözün birinci hecasında e, ö saitlərinin paralel olaraq işlənməsi: əv//öy, 



s

əvgi//söygü, çəvir//çöyür

2. Deyil sözünün d



əyil (Bəydili k.), də:l (Yuxarı Cürəli, Xırmandalı), dö:l 

(D

ərvişli k.) formalarının işlənməsi. 



3.  o>a  s

əs  uyğunluğunun  olması:  av,  avçı



i

  (D


ərvişli  k.),  qavmağ 

(Əmənkənd k.). 

4.  Söz  ortasında  həm  y, həm də  g  səsinin  işlənməsi:  iynə//ignə, dü-

yü//dügü, düym

ə//dügmə

5.  Çoxhecalı  sözlərin sonunda b>p  hadisəsinin  olması:  corap, kabap, 



qutap (Müqayis

ə et: Ordubad, Şərur şivələrində corap, kavap, qutap). 

6. Söz sonunda dilarxası kar x səsinin işlənməsi: yarpax, qabıx, balıx

7. N


əqli keçmiş zamanın III şəxs təkində bəzi şivələrdə -ıp, -ip, -up, -üp

b

əzi şivələrdə isə -ıb, -ib, -ub, -üb şəkilçilərinin işlənməsi: qaçıp, gəlip, durup, 



görüp  (N

ərimanovka,  Ağayrı,  Xırmandalı,  Biləsuvar-qəsəbə,  Ağalıkənd, Yu-

xarı  Cürəli),  oxuyub, gülüb  (Əliabad,  Təzəkənd,  Xırmandalı)  (Müqayisə  et: 

T

əbriz şivələrində alıp, gəlip, tutup, görüşüp). 



8.  İndiki  zamanda  -ey  şəkilçisinin  olması:  aley, gəley, qoey  (Qlubinka, 

Əmənkənd, Yuxarı Cürəli). 

9. Qeyri-q

əti gələcək zamanda I və  II  şəxslərin cəmində  şəxs  şəkil-

 




çil

ərinin həm dodaqlanmayan, həm də  dodaqlanan variantlarına  təsadüf edil-

m

əsi: qaçarıx//qaçarux, qaçarsız//qaçarsuz, yiyərsiz//yiyərsüz (Bəydili k.). 



10.  Şərt  şəklinin  II  şəxs cəmində  -saz,  -səz  formasının  olması:  alsaz, 

bils

əz (Əliabad, Yuxarı Cürəli). 

Muğan  bölgəsinin  Salyan,  Sabirabad  şivələri ilə  müqayisədə  Biləsuvar 

şivələrinin bəzi xüsusiyyətləri ədəbi dilin normaları ilə uyğun gəlir. 

1. İncəsaitli sözlərdə söz sonunda ədəbi dildə olduğu kimi dilortası kar k 

samitinin işlənməsi: külək, ələk, çiçək, kiçik

2. Saitl


ər ahənginin həm dodaqlanmayan, həm də dodaqlanan saitlər üzrə 

gözl


ənilməsi: aldın, işlədin, aldıx, gəldik, aldız, bildiz, qortdu, güldü (Əliabad, 

Yuxarı Cürəli), oxumuşux, gülmüşüg, oxuyubsuz, gülübsüz, oxuyub, gülüb (Əli-

abad, T

əzəkənd, Xırmandalı), alacaxsız, görəcəgsiz (Əliabad, Bəydili, Yuxarı 



Cür

əli). 


Şimal-şərq və cənub ləhcələri arasındakı keçid zonasında yerləşən Bilə-

suvar  şivələrində  həm  şərq, həm də  cənub dialekt xüsusiyyətlərinin  olması, 

b

əzi xüsusiyyətlərin paralel şəkildə işlənməsi, Muğan bölgəsinin digər şivələri 



il

ə  müqayisədə  ədəbi dillə  uyğun  gələn xüsusiyyətlərə  daha çox təsadüf 

edilm

əsi – bütün bunlar keçid şivələrə xas olan əlamətlərdir. 



Deyil

ənlərdən belə  nəticəyə  gəlmək olar ki, Azərbaycan dilinin keçid 

şivələri Kür çayından şimalda Ağdaş, Göyçay, Ucar, Zərdab rayonlarının, cə-

nub-


şərqdə Cəlilabad, Biləsuvar rayonlarının, nisbətən cənub-qərbdə isə Cəb-

rayıl, Zəngilan və Qubadlı rayonlarının ərazilərində yerləşir. 

 

ƏDƏBİYYAT 

1. 


Велиев  А.Г.  Говоры  западных  районов  Апшеронского  полуострова.  Автореф. 

дис. ...канд. филол. наук. М., 1952, 16 с. 

2.  Az

ərbaycan  dialektologiyası  proqramı.  Tərtib edəni: R.Rüstəmov.  Bakı:  ADU  nəşriyyatı, 



1953, 14 s. 

3. 


Велиев  А.Г.  О  диалектологической  работе  в  Азгосуниверситете  /  Вопросы  диалек-

тологии тюркских языков.  Труды Инст-та  лит.  и яз.  им. Низами, т. XII. Баку:  АН 

Азерб. ССР, 1958, с.123-124. 

4. V


əliyev A.H. Azərbaycan dialektologiyası (Göyçay keçid şivələrinin leksikası). Bakı: ADU, 

1960, 87 s. 

5. V

əliyev A.H. Azərbaycan  dialektologiyası  (Keçid  şivələrin  morfologiyası  və  sintaksisi). 



Bakı: ADU, 1975, 118 s. 

6. 


Велиев А.Г. Переходные говоры азербайджанского языка. Автореф. дис. ...док. филол. 

наук. Баку, 1975, 100 с. 

7. V

əliyev A. Azərbaycan dilinin keçid şivələri. Bakı: Elm, 2005, 334 s. 



8. Hacıyev T.İ. Cəbrayıl şivələrinin fonetikası // ADU-nun elmi əsərləri. İctimai elmlər seriyası, 

1960, №5, s.3-15. 

9.  Гаджиев  Т.И.  Джебраильский  говор  азербайджанского  языка.  Автореф.  дис.  ...канд. 

филол. наук. Баку, 1962, 21 с. 

10. 

Гаджиев  Т.И.  Выступление  на  III  региональном  совещании  по  вопросам  диалек-



тологии тюркских языков // Вопросы диалектологии тюркских языков, т. III, Баку: 

АН Азерб. ССР, 1963, с. 211-213 

11.  Ширалиев  М.Ш.  Проблема  диалектного  членения  языка  //  Вопросы  диалекологии 

тюркских языков, т. II. Баку: АН Азерб. ССР, 1960, с. 96-102 

 




12. Ширалиев М.Ш. О проблеме языка и диалекта / Вопросы диалектологии тюркских 

языков, т. III. Баку: АН Азерб. ССР, 1963, с. 34-40. 

13

. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Ali məktəblər üçün dərs vəsaiti, 2-ci 



n

əşri. Bakı: Maarif, 1968, 421 s. 

14. 

Ширалиев М.Ш. Диалекты и говоры азербайджанского языка. Баку: Элм, 1983, 197 с. 



15. Бехбудов С. Зангеланский говор азербайджанского языка. Автореф. дис. ...канд. фи-

лол. наук. Баку, 1966, 25 с. 

16. Багиров Г.А. Говоры азербайджанского языка Сисианского района Армянской ССР. 

Автореф. дис. ...канд. филол. наук. Баку, 1966, 26 с. 

17. 

Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: BDU, 1999, 354 s. 



18. Abbasova R. Az

ərbaycan dilinin Qubadlı rayonu şivələri. Bakı: Çinar-çap, 2006, 204 s. 

19. 

Ахмедов  Б.Б.  Говоры  окрестностей  города  Мингечаура  (Мингечаурские  говоры 



азербайджанского языка). Автореф. дис. ...канд. филол. наук. Баку, 1967, 20 с. 

20. Джафарзаде М.М. Говоры Имишлинского района азербайджанского языка. Автореф. 

дис. ...канд. филол. наук. Баку, 1969, 29 с. 

21. Az


ərbaycan dilinin dialektoloji atlası. Redaktorları M.Ş.Şirəliyev, M.İ.İslamov. Bakı: Elm, 

1990, 284 s. 

22. Az

ərbaycan dilinin Muğan qrupu şivələri. Redaktoru R.Ə.Rüstəmov. Bakı: Azərb. SSR EA 



n

əşriyyatı, 1955, 262 s. 

 

ПРОБЛЕМА ПЕРЕХОДНЫХ ГОВОРОВ  

В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ 

 

Э.И.АЗИЗОВ                                                                                                        

 

РЕЗЮМЕ 

 

Одной  из  характерных  особенностей  диалектного  членения  азербайджанского 

языка  является  наличие  переходных  говоров.  Как  известно,  переходные  говоры  обра-

зуются  в  переходной  зоне  между  разными  наречиями  (или  диалектными  группами),  и 

поэтому в таких говорах наблюдаются отличительные признаки смежных диалектов. В 

классификации диалектов азербайджанского языка, широко распространенной в тюрко-

логии, в  данном языке отмечается наличие  трех  переходных говоров (геокчайский, аг-

дашский  и  джебраильский).  Однако  детальный  анализ  признаков  говоров,  располо-

женных на границе смежных диалектов, показывает переходный характер и некоторых 

других говоров. Опираясь на данные монографических исследований и лингвистической 

географии  можно  сделать  вывод  о  том,  что  на  юго-востоке  джалилабадские  и  биле-

суварские,  на  юго-западе  –  зангеланские  и  губатлинские  говоры  по  своему  характеру 

являются говорами переходного типа. 

 

Ключевые  слова:  азербайджанский  язык,  переходные  говоры,  исследование 

переходных говоров, джебраильские говоры, билеcуварские говоры. 

 

 

 

10 




PROBLEM OF TRANSITIVE DIALECTS IN THE AZERBAIJANI LANGUAGE 

 

E.I.AZIZOV 

 

SUMMARY 

 

One of the prominent features of dialectical partitioning of the Azerbaijani language is 



the  presence of transitive dialects. As is known, transitive dialects are formed in a transitive 

zone between different folk speeches (or dialectical groups) and consequently, in such dialects 

distinctive signs of adjacent dialects are observed. In the wide-spread classification of the 

Azerbaijani dialects in Turkology there are three transitive dialects in this language: Geokchay, 

Aghdash and Jabrayil. However, the detailed analysis of the signs of the dialects located on the 

border of adjacent dialects shows that some other dialects are of transitive character as well. 

Leaning on given monographic researches and linguistic geography,  it is possible to draw a 

conclusion that Jalilabad and Bilesuvar dialects  in the southeast and Zangelan and Gubadly 

dialects in the southwest are of transitive type. 

 

Key  words:  the Azerbaijani language, transitive dialects, research of transitive dia-

lects, Jabrayil dialects, Bilesuvar dialects. 

 

11 



Yüklə 75,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə