Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 60,46 Kb.
Pdf görüntüsü
tarix29.05.2018
ölçüsü60,46 Kb.
#46483


119 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

  

 

 

UOT 666.3:947.011+04:39(479.24)   

       

GƏNCƏBASARIN ANTİK VƏ İLK ORTA ƏSRLƏR DÖVRÜ SAXSI 

MƏMULATININ TARİXİ – ETNOQRAFİK TƏDQİQİ 

 

N.M.QULİYEVA*, E.L.HƏSƏNOV** 

Bakı Dövlət Universiteti* 

AMEA G

əncə Regional Elmi Mərkəz** 

el-hasanov@mail.ru 

 

Bu elmi m

əqalədə ilk dəfə olaraq Gəncəbasarın antik və ilk orta əsrlər mərhələsinə aid 

dulusçuluq nümun

ələrinin mühüm dekorativ-naxışlanma  cəhətləri, həmçinin konstruktiv- 

plastik forma xüsusiyy

ətləri sistemli surətdə etnoqrafik baxımdan tədqiq edilmişdir. 

H

əmçinin bəhs olunan dövrə  aid Gəncə  dulusçuluğunun  inşaat  keramikası,  şirli  və 

şirsiz  saxsı  məmulatları  kimi  səciyyəvi növlərinin fərqləndirici sənətkarlıq  cəhətləri  əsaslı 

şəkildə araşdırılmışdır. 

 

Açar sözl

ər:  saxsı  məmulatları,  antik  və  ilk orta əsrlər dövrü, etnoqrafik tədqiqat

G

əncə və Gəncəbasar



 

 

Antik m



ərhələdə Gəncə dulusçuluğunun nümunələri özünün bədii tərti-

ba

tı,  konstruktiv-plastik formalarının  müxtəlifliyi, dekorativ-ornament  xüsu-



siyy

ətlərinin çoxçeşidliliyi və nəfisliyi ilə seçilən qablarla təmsil olunmuşdur. 

Bu tarixi dövr

ə aid keramik qabların səciyyəvi xüsusiyyəti bədii keyfiyyətlili-

yin saxsı məmulatlarında geniş surətdə tətbiq edilməsidir. Gəncə dulusçuluğu-

nun b


əhs olunan antik mərhələyə, o cümlədən ellinizm dövrünə aid nümunələ-

rinin konstrukt

iv baxımdan formaları fərqli çeşidləri ilə seçilir. 

Dövrün mühüm b

ədii keramika məmulatları  sırasında  bədii vazaların 

xüsusi yeri vardır. Bu saxsı qabların dekorativ xüsusiyyətləri, təsərrüfat fəaliy-

y

əti ilə yanaşı, ayrı-ayrı dini ayin və mərasimlərin icrası zamanı istifadə edil-



m

əsi, rəng və forma cəhətləri onların mühüm xüsusiyyətləri hesab olunur. 

Fiqurlu keramika tipli b

ədii dulusçuluq nümunələri müxtəlif canlıların, 

ev v

ə vəhşi heyvanların formasında hazırlanması ilə seçilir. Fiqurlu keramik 



m

əmulatların bir qismi bütövlükdə heyvan, quş və insan bədənini tam göstər-

m

ək şərtilə hazırlanmış, digər bir qisminin isə yalnız ayrı-ayrı hissələri (qulp, 



gövd

ə, boğazcıq hissələri) canlıların təsviri ilə tamamlanır.  

Elmi 

ədəbiyyatda iki və  ya daha çox bədii  dulusçuluq  qabının  ümumi 



konstruksiya 

əsasında birləşdirilmiş formada hazırlanması ilə səciyyələnən ke-




120 

ramika nümun

ələri əlaqəli qablar adlandırılır. Bu qabların mühüm səciyyəvi xü-

susiyy


ətləri onların açıq çəhrayı rəngə malik olması, bir sıra hallarda tünd qırmızı, 

q

əhvəyi, boz və  qara rəngli  olması,  həmçinin xarici səth hissəsinin fərqli və 



r

əngarəng ornament motivləri ilə bəzədilməsi, daxili (yaxud içəri) hissəsində bəzi 

ştrix, yaxud cızma elemetlərindən istifadə edilməsi hesab olunur (1,133).  

B

əhs edilən dövrdə Gəncə və Gəncəbasarla yanaşı, ölkəmizin müxtəlif 



bölg

ələrinin tarixi-arxeoloji abidələrindən  aşkar  edilmiş  nümunələr  əsasında 

sübuta yetirilmişdir ki, fərqli naxışlara, forma və işlənmə üslubuna malik bir 

sıra  yeni  dulusçuluq qabları  meydana  gəlmişdir.  Qədim  yunan  asklarına 

b

ənzəyən və  eyni məqsəd üçün (maye saxlanılması  üçün) istifadə  olunan 



matralar, oynoxoyalar (iri h

əcmli olmaları ilə seçilən şərab piyalələri), kanfar 

tipli saxsı qablar, tək ağızlı vazalar, lüləkli qablar, üç ağızlı vazalar və digər 

qablar bu tip m

əmulatlardır (2; 3,30). 

İlk orta əsrlər dövründə isə Gəncənin dulus məmulatı 2 mühüm xüsusiy-

y

ətinə görə antik mərhələyə aid keramika nümunələrindən fərqlənir: 



1.

 

Malik olduğu formasına görə. 



2.

 

Hazırlanma texnikasına görə. 



Ümumiyy

ətlə, orta əsrlərdə  çaylardan çəkilmiş  arxlar  yeni  torpaqların 

bec

ərilməsinə şərait yaratmaqla yanaşı, sənətkarlığı, o cümlədən dulusçuluğu 



inkişaf etdirmək üçün də əlverişli imkan verirdi. Bir sıra saxsı qablar özündən 

əvvəlkilərdən fərqli olaraq ayaqla hərəkətə  gətirilən dulus dəzgahında  hazır-

lan

mışdır.  Qeyd  edilən  saxsı  nümunələrinin üzərinə  rəngli  şir  (yaxud  şirə) 



ç

əkilməsi diqqəti cəlb edir. 

İlk  orta  əsrlər dövrünün dulusçuluq nümunələri içərisində  üzərində 

s

ənətkar möhürləri olan qablar həm də bu mərhələdə sənətkarlıqda ixtisaslaş-



ma

nın gücləndiyini sübuta yetirir. Həmçinin, Gəncədə əmək və sənət bölgüsü-

nün artdığı, dulusçu sənətkarların ayrıca təmsil olunduqları tarixi-etnoqrafik şə-

h

ərsalma vahidi-  Dulusçular məhəlləsinin  yaratdığı  və  müəyyən tarixi mərhə-



l

ədə mövcud olduğu da təkzibedilməz faktlar olaraq qəbul edilməlidir (4,211).  

Dövrün  saxsı  nümunələri  özünün  bir  sıra  mühüm  xüsusiyyətlərinə  - 

r

ənginə, gilinin narınlığına və s. görə kirəmit və su tüngləri ilə eyniyyət təşkil 



edir. 

İlk  orta  əsrlər mərhələsinin gil məmulatına  təndir  badları,  kərpiclər də 

daxil edilir. 

Orta 


əsrlər mərhələsinin keramika nümunələrinin şirlənməsi üçün səciy-

y

əvi hesab olunan əsas texnoloji üsul və  vasitələri Gəncə  və  Gəncəbasarın 



dulus

çuluq qabları üçün də tətbiq edilmişdir. Daha doğrusu, saxsı qablara şir 

(yaxud şirə) vurmaq üçün əvvəlcə anqobdan (astardan), sonralar isə qurğuşun 

oksidind


ən istifadə edilirdi. 

Bu metodun say

əsində  saxsı  qablar  həm  daha  davamlı,  həm də  parlaq 

olurdu. Süfr

ə mətbəx qabları istər daxili (içəri), istərsə də bayır (xarici səth) 

t

ərəfdən  şirələnirdi. Digər  saxsı  nümunələri isə,  əsasən  yalnız  çöl  tərəfdən 



şirələnirdi. Qazıntılar, tədqiqat işləri sübut edir ki, istər ilk orta əsrlər dövrü-

nün 


əvvəllərində, istərsə də artıq IX-X əsrlərdə Gəncə və onun yaxın ərazilə-


121 

rind


ə həm anqoblanmış, həm də anqob (astar) çəkilməmiş dulusçuluq nümunə-

l

ərindən istifadə olunmuşdur. 



B

əhs edilən tarixi mərhələnin mühüm xüsusiyyətlərindən biri budur ki, 

yalnız şəffaf şir (şirə) altında olan anqob naxışlı deyil, marqans naxışlı qab-

lardan da geniş surətdə istifadə edilmişdir. IX-X əsrlər ərzində monoxrom şirli 

qablara  yaşıl,  marqans  və  firuzəyi rəngli  şirələr çəkilmişdir.  Yaşıl  şirlərin 

b

əziləri parlaq, digərləri isə tutqun rənglidir. Bu da qablara anqobun çəkilib-



ç

əkilməməsindən asılıdır.  

Qabların üzərində yarpaq, gül, ağac və digər nəbati şəkillər çəkilmişdir. 

Qeyd  edil

ən dövrə  aid  saxsı  məmulatları  içərisində  az miqdarda polixrom 

qablar  da  vardır.  Bu  cür  qablar  qurudulduqdan  sonra  kürədə  azacıq  bişirilir, 

sonra üz

ərinə marqans, dəmir, mis, qalay oksidləri çəkilirdi. Metal oksidlərinin 

köm

əyi ilə qablar üzərində müxtəlif bəzəklər çəkilirdi (5,188; 6,66-70). 



Qeyd etm

ək  lazımdır  ki,  bəhs  olunan  dövrün  şirli  (şirələnmiş)  saxsı 

m

əmulatları içərisində kasalar, həmçinin boşqab tipli keramik nümunələr xüsusilə 



f

ərqlənir. Bu qablar halqavari oturacağa və alçaq dabana malik olması ilə seçilir. 

Bundan 

əlavə, ilk orta  əsrlər dövrünün son mərhələlərinə  doğru  (daha 



doğrusu,  X-XII  əsrlər)  şirli  qab  istehsalının  daha sürətli  inkişafı  müşahidə 

edilmiş və bunun nəticəsi olaraq ölkəmizin bir sıra bölgələrində olduğu kimi, 

G

əncədə də yalnız xırda və yaxud orta həcmli dulusçuluq məmulatları deyil, 



h

ətta iri küplərin də müəyyən qismi şirlə örtülürdü. 

N

əzərə  alınmalıdır  ki, bu iri həcmli  saxsı  nümunələri  əksər hallarda 



bütövlükd

ə  deyil,  yalnız  müəyyən hissələrinə  tətbiq edilməklə  şirlənirdi. 

Sonrakı  tarixi  mərhələlərdə  isə  qabların  marqans  şiri  çəkilməklə  həm də 

naxışlanması texnikası geniş yayılmışdır. 

Şirsiz saxsı məmulatı isə başlıca olaraq məişət qabları, təsərrüfatda istifadə 

edil


ən  saxsı  nümunələri və  uşaq  oyuncaqlarından  ibarətdir. Buraya bardaqlar

kuz


ələr, qazanlar, küpələr (küplər), çayniklər (çaydanlar), çıraqlar və duz qabları, 

el

əcə də oyuncaqlardan və möhürlərdən ibarət gil məmulatları daxildir. 



Qeyd etm

ək lazımdır ki, qazanlar bu dövrə aid gil məmulatları içərisində 

əksəriyyət təşkil edir. Bəzi qazanların oturacaq hissəsi bir qədər yastı, digər bu 

tip saxsı nümunələrininki isə yarımşar formalıdır. 

İlk orta əsrlərin X-XI əsrləri əhatə edən mərhələsində dəzgahda hazırlan-

mış vahid biçimli qazanlar çoxalmışdır və özündən əvvəlki dövrün əl ilə hazır-

lan

mış  kobud  qazanlarından  əsaslı  surətdə  fərqlənir.  Bu  saxsı  nümunələrinin 



ağız hissəsinin diametri 26-44 sm, su tutumu 4 litrdən 6 litrə qədər olmuşdur. 

Bir fakta diqq

əti yönəltmək lazımdır ki, bu cür dulusçuluq nümunələri yalnız 

müxt


əlif yaşayış yerlərindən aşkar edilmişdir (7,124-128). 

Haqqında  bəhs edilən qazanlar istər  konstruktiv  quruluşu,  istərsə  də 

dekorativ xüsusiyy

ətləri baxımından diqqətəlayiq nümunələrdir. Belə ki, yeni 

tip hesab edil

ən  qazanlarda  qulpların  sayının  artdığı  müşahidə  edilir. Eyni 

zamanda, 

qabların  üzəri  bir  qayda  olaraq,  cızma  dalğavari  və  düz xətlərlə 

ç

ərtmə və deşmə (yaxud deştəkləmə) üsulları ilə naxışlanmışdır. 




122 

Dövrün s


əciyyəvi dulusçuluq  nümunələrindən hesab edilən küplər isə 

əvvəlki mərhələlərdəkindən  əsaslı  surətdə  fərqlənmir. Bu küplər də  qabarıq 

gövd

əyə, qısa və uzun boğaz hissəsinə malikdir.  



Bardaq adlanan dövrün s

əciyyəvi dulusçuluq məmulatları geniş istifadə 

edilmiş  məişət  qabları  hesab  olunur.  Əsasən  su  qabları  kimi  istifadə  olunan 

bardaqların gövdə hissəsi armudvari formaya malik olması ilə seçilir. Bu saxsı 

nümun

ələrinin  formasında  bir  qulpun  mövcudluğu,  ağız  hissəyə  doğru  qıfı 



xatırladan quruluşun özünü büruzə verməsi diqqətəlayiq cəhətdir. Bardaqların 

əksəriyyəti naxışsız və boyaqsızdır. 

Dövrün mühüm keramika nümun

ələri içərisində  çaydanvari (çaynikvari) 

qablar v

ə çıraqlar xüsusi yer tutur. İlk orta əsrlər dövrünə aid yaşayış yerlərindən 

aşkar olunmuş çaydan formalı saxsı qablar kiçik həcmli olması, yastı oturacağa 

malik olması ilə fərqlənir. Bu qabların fiziki ölçüləri aşağıdakı kimi olmuşdur: 

Hündürlüyü  -  16 - 40 sm; 

Gövd


əsinin diametri - 15 – 40 sm. 

Gil möhürl

ər və oyuncaqlar, çıraqlar ilk orta əsrlər mərhələsinin müxtə-

lifliyi il

ə seçilən dulusçuluq məmulatları hesab olunur. Bu dövrə aid çıraqlar 

yerli 


əhali arasında həm də “qara çıraq” adlandırılmışdır və ölçüləri heç də bü-

tün nümun

ələrdə  eyni  deyildir.  Çıraqların  səciyyəvi  xüsusiyyətləri fitil qoy-

maq üçün kiçik 

boğazlara  malik  olmalarıdır.  Ehtimal edilir ki, Gəncə  və 

G

əncəbasarın ilk orta əsrlər dövrünə aid müxtəlif tarixi-arxeoloji abidələrindən 



(

əsasən yaşayış yerlərindən) aşkar edilmiş bu tip çıraqlarda əvvəllər yağ, son-

ralar is

ə neft yandırılmışdır (6, 67; 8, 369). 

Möhürl

ərə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu saxsı nümunələri du-



lusçu ustalara m

əxsus olmuşdur. IX-X əsr bəzəkləri içərisində qələmlə çəkil-

miş konsentrik dairələrə, medalyonlara, gül və yarpaqşəkilli bəzəklərə, quş və 

heyvan t


əsvirlərinə  daha çox rast gəlinir.  Qablara  vurulan  batıq  naxışlar 

(ornamentl

ər) isə daha çox XI- XIII əsrlərin yeni bəzəklərindən hesab olunur.  

İlk orta əsrlərə aid oyuncaqlar da həmçinin bəhs edilən tarixi mərhələnin 

s

əciyyəvi saxsı nümunələrindən hesab olunur. Maraqlıdır ki, bu dövrün oyun-



caq

ları yalnız gildən deyil, ağacdan, sümükdən, metaldan, eləcə də kağızdan 

v

ə digər materiallardan hazırlanmışdır.  



G

əncənin qədim gil oyuncaq nümunələrinin əsas növləri bunlardır: 

1.Şaxşaxalar. 

2.Zoomorf fiqurlar. 

3.Kiçik qab-qacaqlar. 

Şaxşaxalar isə,  öz növbəsində  kiçik bardaq tipli gil qablardan və  zoo-

morf fiqurlardan ibar

ətdir. Qeyd olunan gil oyuncaqların səs verməsi məqsədi-

l

ə bu qabların içərisinə xırda daşlar doldurulurdu. Şaxşaxa tipli gil oyuncaqla-



rın rəngi, əsasən bozumtuldur. Bəzi bu tip saxsı nümunələri kobud olması ilə 

seçilir v

ə onların üzərində barmaq izləri vardır. 

Bel


əliklə, qeyd olunan dulusçuluq nümunələrinin təfsilatlı  elmi  tədqiqi 

v

ətənimizin etnoqrafiya tarixinin öyrənilməsinə dəyərli töhfədir. 




123 

ƏDƏBİYYAT

 

1.

 



Кулиева Н.М., Гасанов Э.Л. О развитии художественной керамики в древней Гяндже 

(I 


тысячелетие  до  н.э.-  I  век  н.э.)  /  Материалы  международной  заочной  научно-

практической конференции – Вопросы общественных наук: социология, политология, 

философия, история. Новосибирск: Априори, 2011, с. 132-135. 

2.

 



Burton –Brown T. Excavations in Azerbaijan, 1948. London: Cambridge Press , 1951, 240 p. 

3.

 



Кулиева  Н.М.,  Гасанов  Э.Л.  Об  историко-этнографическом  исследовании  художест-

венной  керамики  Гянджи  эллинистического  периода  //  Научный  журнал  Молодой 

ученый, 2011, № 4, том II, с. 29-31. 

4.

 



Quliyeva N.M., H

əsənov E.L. Gəncənin qədim və antik dövr saxsı məmulatlarının öyrənil-

m

əsində  biokimyəvi innovasiya texnologiyalarının  tətbiqinə  dair / Biokimyəvi nəzəriyyə-



l

ərin aktual problemləri mövzusunda II Beynəlxalq  elmi  konfransın  materialları.  Gəncə: 

GDU, 2011, I hiss

ə, s. 210-213. 

5.

 

H



əsənov E.L. Gəncəbasarda ilk dəmir dövründə duluşçuluq sənətinin inkişafına dair // Bakı 

Universitetinin X

əbərləri. Humanitar elmlər seriyası, 2011, № 2, s. 185-191. 

6.

 



Az

ərbaycan incəsənəti. VIII cild, Bakı: Elm, 1959, 276 s. 

7.

 

Az



ərbaycan arxeologiyası: 6 cilddə,VI c., Bakı: Şərq-Qərb, 2008, 632 s. 

8.

 



Az

ərbaycan etnoqrafiyası: 3 cilddə, I c., Bakı: Şərq-Qərb, 2007, 544 s. 

 

ИСТОРИКО-ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ ГЛИНЯНЫХ ИЗДЕЛИЙ 

ГЯНДЖАБАСАРА АНТИЧНОГО И РАННЕГО СРЕДНЕВЕКОВОГО ПЕРИОДОВ  

 

Н.М.КУЛИЕВА, Э.Л.ГАСАНОВ 

 

РЕЗЮМЕ 

 

Впервые в данной научной работе были систематически исследованы основные 



характерные декоративно-орнаментальные особенности, а также конструктивно-пласти-

ческие формы керамических образцов Гянджабасара античного и раннего средневеко-

вого периодов с этнографической точки зрения. 

Также  были  основательно  изучены  отличительные  ремесленные  черты  таких 

характерных  видов  гончарного  дела  Гянджи  данного  периода  как  строительная 

керамика, глазурные и неглазурные глиняные изделия. 

 

Ключевые слова: глиняные изделия, античный и раннесредневековый периоды, 

этнографическое исследование, Гянджа и Гянджабасар 

 

HISTORIC-ETHNOGRAPHICAL RESEARCH OF POTTERY WARES  

OF GANJABASAR FOR CLASSICAL AND EARLY MEDIEVAL PERIODS  

 

N.M.GULIYEVA, E.L.HASANOV 

 

SUMMARY 

 

The present paper is the first to investigate systematically the basic typical decorative-



ornamental characteristics,  and  constructive-plastic forms of ceramic patterns of Ganjabasar 

for classical and early medieval periods from ethnographical point of view. 

The distinguishing handicraft features of such typical kinds of Ganja ceramics of this period 

as construction pottery, enamel and unenamel ceramic wares are profoundly researched as well. 

  

Key words:  pottery wares, classical and early medieval periods, ethnographical 

research, Ganja and Ganjabasar  



 

Yüklə 60,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə