Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 79,3 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü79,3 Kb.
#49907


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 82.03; 82; 81’255.2 

 

FRANSIZ ROMANT

İZMİNİN ƏSAS QOLLARI 

 

S.D.

ABDULƏZİZOVA  

Bakı Dövlət Universiteti 

sedaget_davud@mail.ru 

 

 

Dünya 



ədəbiyyatı klassiklərindən bir çoxunun yaradıcılığında romantizm və realizm 

keyfiyy

ətləri üzvi surətdə birləşir. Bəzən eyni bir yazıçı həm realizm, həm də romantizm metodu 

əsasında qüvvətli əsərlər yazır; yaradıcılığının bir dövründə romantik, o biri dövründə realist 

olan s

ənətkarlar da var. Bəşəri sosial və  mənəvi  şər Viktor Hüqonun əsərlərində  müstəsna, 

ekzotik hadis

ə kimi verilərək coğrafi və tarixi baxımdan çox uzaq sahələrə köçürülür.  

Viktor  Hüqonun  yolu  dünyanın,  tarixin  və  insanın  həqiqətən köklü ziddiyyətlərlə  dolu 

olduğunu dərk etmək yolu olmuşdur. Viktor Hüqo  romantik vasitələrlə incəsənətdə və bütün 



nyada harmoniya yaratmağa cəhd göstərdi. Onun erkən dövr bədii axtarışlarında, əsasən, 

poetik yaradıcılığındakı Avropa  və Şərq təzadlarının ifrat mübaliğəli, ekssentrik xarakteri də 

buradan qaynaqlanırdı. 

 

Açar sözl



ər: Hüqo, romantizm, Şərq, dəniz, səma 

 

T



ədqiqatın  elə  əvvəlində  xüsusi  vurğulamaq  istərdik ki, bütövlükdə 

romantizm (y

əni qollar fərqləndirilmədən) çox geniş sosial-siyasi təbiətə malik  

olmuşdu.  Onun  meydana  gəlməsi,  sonrakı  inkişafı  və  təkmilləşməsi dövrü, 

m

əlum olduğu kimi, Avropanın ictimai həyatında gur hadisələrlə əlamətdar idi. 



XIX 

əsr  fransız  romantik  ədəbiyyatı  üçün  tarixi  zəmin  ictimai  inkişafın  yeni 

m

ərhələsi  oldu  ki,  onun  başlanğıcını  1789-1793-cü  illərin möhtəşəm inqilabi 



hadis

ələri təşkil etmişdi. Yaxşı məlumdur ki, Böyük milli inqilab zamanı Fran-

sa «feodalizmi» darmadağın etdi və burjuaziyanın heç bir digər Avropa ölkə-

sind


ə  olmayan birmənalı  hökmranlığının  təməlini  qoydu.  «Baş  qaldırmaqda 

olan  proletariatın  burjuaziyanın  hökmranlığına  qarşı  mübarizəsi də  burada 

başqa ölkələrə məlum olmayan kəskin formada çıxış edir» [30, 259].  

Fransanın  tarixi  inkişafının  özünəməxsusluğu  cəmiyyətin dərin və  hər-

t

ərəfli tənqidi imkanını və dünyaya məzlumların mövqeyindən baxmaq cəhd-



l

ərinin mümkünlüyünü əhəmiyyətli dərəcədə  şərtləndirdi ki, biz  bunları  XIX 

əsrin I yarısının ən sanballı yazıçılarının yaradıcılığında aydın müşahidə edirik. 

Üst


əlik, xalq kütlələrinin həmin dövr ərzində  səngimək bilməyən mübarizəsi 

Fransada 

ədəbi prosesin strukturunu formalaşdırırdı: onun «sol» cinahında ro-

 

69 




mantizmin, inqilabi h

ərəkatla  birbaşa  və  bilavasitə  bağlı  olan  bu  hərəkatın 

siyasi, sosial-kulturoloji v

ə mənəvi-əxlaqi təcrübəsini təsvir edirdi. Bu cərəyan 

ictimai yüks

əliş dövrlərində özünü xüsusilə təkidlə büruzə verdiyindən, onun 

əsrin birinci  yarısında inkişafının düyün mərhələlərinin 1830 və 1848-ci illər 

inqilabları olması tamamilə təbii və qanunauyğun haldır.  

 

Fransız  romantizminin  digər  bir  qanadı  daha  mühafizəkar, qoruyucu-



liberal istiqam

ət idi. Dövlətdəki “sol” qüvvələrin xeyrinə kiçik bir haşiyə çıx-

maqla, Viktor Hüqo da bu qanadı təmsil edirdi. Lakin bu heç də o demək deyil 

ki, onun 

əsərlərində  inqilabın,  ümumiyyətlə, sosial motivlərin təsviri yoxdur 

(burada yazıçının yalnız «Səfillər» epopeyasını xatırlamaq kifayətdir).  

Romantizmin  bu  qanadında  xüsusi rolu, əlbəttə,  romantizm  oynayırdı 

v

ə burada Viktor Hüqonun erkən yaradıcılığının dəyərini qiymətləndirməmək 



mümkün

süzdür. O, aşkar inqilabi şair və yazıçı olmasa da, günün hadisələrinə 

adı  çəkilən cərəyan daxilində  operativ reaksiya verə  bilirdi.  Üstəlik, poetik 

forma say

əsində Viktor Hüqoya şifahi ənənəyə nüfuz etmək o qədər də çətin 

deyildi. Bu is

ə  kifayət qədər önəmli idi, çünki qoruyucu-liberal  qrupların 

t

əmsilçilərinin nə  sanballı  mətbuat  orqanları,  nə  də  nüfuzlu nəşrləri yox idi. 



Viktor Hüqo 

poeziyası öz ideya-emosional mündəricə və məzmununun Fran-

sanın xalq kütlələrinin əhval-ruhiyyəsilə səsləşməsi, şair-romantiklərə rəğbətilə, 

onların mövqeyini, ümumən, tanıması ilə yaşayırdı. 

 

Bu sosial-siyasi çalarlara diqq



ət yetirməyimiz ona görə önəmlidir ki, bir 

q

ələm sahibi kimi, belə bir ideya-emosional gərginlik Viktor Hüqoya  «Şərq» 



mövzulu 

əsərlərində daha çox xas olmaqdadır. Onun yaradıcılığının bu cəhəti 

n

əzəri  baxımdan  dissertasiyanın  son  paraqrafında  açıqlanacaq,  elmi  aydınlıq 



üçün onun daha d

ərin təhlili isə ikinci fəslin müvafiq bölməsində aparılacaqdır.   

Burada h

əm də  dövrün siyasi hadisələrinə  reaksiyanı  vurğulamaq  çox 

ön

əmlidir, çünki onlar fransız romantizminin müxtəlif qanadlarında son dərəcə 



sıx  və ardıcıl surətdə ifadə olunmuşlar.  

Bel


əliklə, fransız burjua inqilabı, sonra isə onun ardınca gələn Napoleon 

müharib


ələri və  milli-azadlıq  hərəkatları  qitəni  sarsıtdı.  İnqilabın  süpürüb 

atdığı siniflərin ideoloqları onun doğurduğu real həqiqətdən üz döndərir, onu 

hazırlayan ideologiya əleyhinə çıxış edirdilər.  

Qeyd ed


ək  ki,  Fransada  romantizmin  inkişafının  hərəkətverici qüvvəsi 

kimi «...maarifçiliyin meydana g

əlməsinə XVIII əsrdə mütləqiyyətə, monarxi-

yaya son qoyulması, klassisizm ədəbi cərəyanının yaranmağa başlaması zəmin 

yaratmışdır. Fransa tarixinə maarifçilik əsri kimi daxil olmuş XVIII əsr Böyük 

Fransa burjua inqilabını yetişdirdi. Dünya tarixində təkcə cəmiyyətin, iqtisadi-

siyasi mühitin deyil, eyni zamanda 

ədəbi-mədəni həyatın  yeniləşməsi  baş 

verdi» [7, 3]. 

Bu da t


əsadüfi səciyyə daşımırdı. «Fransız maarifçilik ideologiyası bur-

jua  xarakter  daşıyaraq  azadlıq  və  ədalət, ümumxalq, hətta ümumbəşəri cəhdi 

ifad

ə  edirdi.  Bu  maarifçilik  ideologiyası  əxlaqın  əsası  kimi  şəxsi mənafenin 



asılı  anlamı  haqqında  təlim irəli  sürürdü.  Şəxsi maraq  əsasında  iqtisadiyyat 

 

70 




qurulurdu ki, bu da etik aspekt

ə malik idi» [6, 44]. 

O dövrün t

ənqidçi və  ədəbiyyatşünasları,  şair,  yazıçı  və  dramaturqları, 

filosofları,  eləcə  də  ictimai-siyasi xadimləri  bir  ağızdan  fransız  inqilabının 

ümumi n


əticələrindən narazılıqlarını bildirirdilər. Üstəlik, bütövlükdə götürül-

dükd


ə,  onlar  haqlı  bir  fikrin  tərəfdarı  idilər:  doğma  dövlətlərində  bütün ro-

mantikl


ər sözün gerçək mənasında iki cəbhəyə, yaxud hissəyə – fransız cəmiy-

y

ətini keçmiş patriarxal məişətə, az qala Orta əsrlərə dönməyə səsləyənlərə və 



demokratik kütl

ələrin maraqlarını fəal şəkildə ifadə edənlərə ayrılır.  

Xalqların  milli-azadlıq  hərəkatının  alovlu  müdafiəçisi,  tiraniyanı  və 

istilaçı müharibələri ifşa edən Viktor Hüqo özünün möhtəşəm yaradıcılığı ilə 

romantizmd

ə mütərəqqi istiqaməti yaradanlardan biri oldu. Onun ideyaları açıq 

inqilabi formada ifad

ə  olunmasa belə,  Şərqə  də  kifayət qədər  yer  ayırdığı  

erk

ən  poeziyasının  novator  ruhu,  eləcə  də  Fransada  yeni  tipli  romantikanın 



b

ədii  metodu  Avropanın  müxtəlif milli  ədəbiyyat təmsilçiləri  olan  şair  və 

yazıçıların  sonrakı  nəsilləri tərəfindən dəstəkləndi və  həqiqi mənada  inkişaf 

etdirildi. Bu fikir bir çox 

ədəbiyyatçılar tərəfindən dəstəkləndi. 

M

əsələn, təqribən, eyni tarixi zaman kəsimində analoji fikirləri Fransanın 



şairləri,  yazıçıları,  mədəniyyətşünasları,  sənətşünasları,  görkəmli  ziyalı  və  

ictimai xadiml

əri  Pyer Beranje və Ogüst Bartelemi də söyləmişdilər. Şairlər-

d

ən Lui-Aqat Berto, Jan-Pyer  Veyra,  Şarl  Jil,  Güstav  Lerua,  Aleksis  Dalles,  



dünya  şöhrətli nəğməkar-şair  Ejen  Potye  və  bir  çox  başqaları  da,  əsasən, bu 

ideyaların tərəfdarı idilər.       

Müasir  fransız tənqidçi-ədəbiyyatçı və filosoflardan bəziləri – Jak Derri-

da, Jan Liotar v

ə başqaları da bu fikri dəstəkləyirlər. Bununla belə, fikrimizcə, 

paraqrafda toxunulan m

əsələlərin  axarına  uyğun  olaraq,  rus  tənqidçisi və 

romantizm c

ərəyanının  görkəmli nəzəriyyəçisi V.Q.Belinsikinin bilavasitə  

romantizmin t

əbiətinə  dair fikirlərini misal gətirmək yerinə  düşər. Belinski 

Orta 


əsrlərlər ruhlu romantizmi və «yeni romantizmi» fərqləndirirdi. Bu iki növ 

arasındakı  sərhədi Belinski, hər  şeydən  əvvəl, ideal və  gerçəkliyin nisbəti 

m

əsələsinin həllindən  asılılıqda  nəzərdən keçirirdi. «Orta əsrlər ruhlu» ro-



mantizm üçün m

əkan sanki iki dünyaya bölünür  – həqarətli «bura» və qeyri-

əyyən, sirli «ora». Onun fikrincə, bu, həm də ideal və gerçək bir dünyadır, 



onların  arasında  isə  yeni romantizm üçün uçurum yerləşir.  Həyatın  iki  əks 

sahili  –  bura v

ə  ora  –  tarixi  inkişafın,  tarixi  həmişəyaşarlığın    vahid  real 

s

əmasında birləşərək harmoniya yaradır. 



N

əzəri-fəlsəfi yanaşmada, «birinci halda, romantiklər gerçəklikdən uzaq-

la

şaraq, «burada» əlçatmaz olan ideala can atırlar. İkinci halda, romantik şair 



hazırki  gerçəkliklə  kifayətlənmədən ürəyində  daha  yaxşı  mövcudluq  idealı 

b

əsləyərək, bir fikirlə yaşayır və nəfəs alır – təbiətin ona bəxş etdiyi vasitələrlə 



bu idealın həyata keçməsinə yardımçı olmaq» [20, 171]. 

Viktor Hüqonun yaradıcılığı böyük rus tənqidçisinin bölgüsünə maksimal 

d

əqiqliklə  uyğun  gəlir. Məlumdur  ki,  fransız  şairi və  yazıçısı  həmişə  aktiv 



romantik sayılırdı və özü haqqında deyirdi ki, o, «yazını bir əllə yazır,  müba-

 

71 




riz

əni iki əllə aparır».  

H

əqiqətən, Viktor Hüqo bütün Qərbi Avropanı təlatümə gətirmiş nəhəng 



hadis

ələrin müasiri olduğundan, daim bu və ya digər siyasi doktrina və fəlsəfi 

mühakim

ələri insan həyatı ilə nisbətdə götürür, onların humanist yaxud mənfi 



mahiyy

ətini  açırdı.  Nəticədə  Viktor Hüqo sənətində  siyasi  ideyalar  yayınıq 

xarakterini itir

ərək, estetik ahəng kəsb edir, insana münasibətdə gözəl, yaxud 

eyb

əcər, faciəvi, yaxud komik olaylar kimi qəbul olunur.  



Heç şübhəsiz ki, Viktor Hüqonun yaradıcılığı fəal fransız romantizminin 

tacı oldu. O, özü davamlı yaradıcı fəaliyyəti dövründə sədaqətlə xidmət etdiyi 

romantizmin m

əzmun və  mahiyyətini belə  müəyyənləşdirirdi:  «Romantizm 

inc

əsənətdə  liberalizmdir.  İncəsənətin  azadlığı,  cəmiyyətin  azadlığı  –  ardıcıl, 



m

əntiqli düşünən ağılların yekdilliklə can atmalı olduqları ikiqat məqsəd məhz 

budur» [21, 11, 151].  

M

əhz bu səbəbdən, klassik elmə sadiq şair kimi, Viktor Hüqo öz yaradı-



cılığında fəal surətdə romantik poetikanın imkanlarını sınaqdan keçirməyə baş-

layır.  Yazıçının  patetik  odaları,  tədricən, klassisizmin ən yekrəng stilistik 

ştamplarından təmizlənir. Məsələn, odalara üzvi şəkildə balladalar əlavə olunur. 

Çox  vaxt  Viktor  Hüqo  onları  Orta  əsrlər  mövzularına,  qədim  əfsanə  və  xalq 

inanclarından götürdüyü fantastik motivlərə həsr edirdi. Bununla bağlı roman-

tizm üçün doğma olan iddia – dünyəvi, adi həyatda fantaziyaya yer olmaması  

il

ə bağlı fikir də möhkəmlənir. 



Qeyd ed

ək ki, «realizmlə  romantizm bir-birindən fərqləndiyi kimi

aralarında müştərək cəhətlər də yox deyil. Təsadüfi deyil ki, dünya ədəbiyyatı 

klassikl


ərindən bir çoxunun yaradıcılığında romantizm və realizm keyfiyyətləri 

üzvi sur


ətdə  birləşir.  Bəzən  eyni  bir  yazıçı  həm realizm, həm də  romantizm 

metodu 


əsasında qüvvətli əsərlər yazır; yaradıcılığının bir dövründə romantik, 

o biri dövründ

ə realist olan sənətkarlar da var» [4, 185].  

Diqq


əti çəkən digər mühüm cəhətlərdən biri də  ondan ibarətdir ki, ro-

mantik 


əsərlər daim gerçəklikdən narazılıq doğuran şəraitdə yaranır. Bu  nara-

zılıq tam, nisbi və s. müxtəlif dərəcələrdə ifadə oluna bilər. Viktor Hüqo yara-

dıcılığında  bu  narazılıq  real  gerçəklikdən fəlsəfi  şübhə  cizgiləri kəsb edir. 

Yazıçı həmişə əsərlərində  Xeyir, Şər və Ədalətin yüksək əbədi problemlərini 

qoyur v

ə bu antinomiyaları dar milli çərçivədə deil, məhz qlobal miqyaslarda 



d

ərk etməyə çalışırdı. Fikrimizcə, bu məqam da yazıçının «Şərq» mövzusuna 

müraci

ət etməsinin,  yaxud  yaradıcılığının  Şərqdən qaynaqlanan motivlərlə 



z

ənginləşməsinin səbəblərindən biri sayıla bilər.  

«Müxt

əlif sosial-siyasi mövqelərdə  dayanan romantiklər bir-birindən 



b

ədii surət yaratmaq metodu cəhətindən deyil, bu metoddan istifadə  edərkən 

qarşıya  qoyduqları  ideya  vəzifələri ilə  fərqlənirlər. Bu və  ya  başqa  romatikə 

qiym


ət verərkən hər dəfə belə belə bir sual ortaya çıxır: onun yaradıcılığında 

müasirlik n

əyin naminə inkar edilir, keçmişin, ya gələcəyin naminə?» [4, 185]. 

Şübhəsiz ki, romantizm cərəyanının  mahiyyəti ilə  bağlı  bəzi aspektlərinə 

aydınlıq gətirən bu qənaətlə razılaşmamaq mümkün deyildir. 

 

72 




Romantik 

əsərlər daim çox müxtəlif tərzdə  qavranılan  azadlıq  ruhu  ilə 

əhatə olunur. Romantik ədəbiyyatın pafosu yenə də fərqli şəkildə başa düşülən 

dig


ər dünyanın proobrazının yaradılmasına canatmadır. İnkişaf yollarının aydın 

olmaması  bu  dumanlı  başqa  dünyaya  intuitiv  şəkildə  daxil olmaq cəhdlərini 

yalnız  gücləndirir. Klassisizm praktik olaraq həmişə  vacib,  rasional  anlaşılan 

v

ə yaradılanı təsdiq edirsə, realizm  inkişafın hazırki anında mövcud olanı və 



g

ələcəkdə formalaşmanı dərk etməyə can atır. Romantizm isə Fransada ədəbi 

c

ərəyan və fəlsəfi fikrin istiqaməti kimi arzu olunana diqqət kəsilir, potensial 



mümkün olana, b

ədii  ustalıq  təcrübəsində  hələ  reallaşdırılmayana  yönəlir. 

M

əhz  buna görə  istənilən incəsənət  əsərinə  xas olan etik ideal  romantik 



ədəbiyyatda xüsusilə kəskin ifadə olunmuşdur.  

Lakin  etik  idealın  xarakteri  qeyri-mücərrəd kateqoriya deyildir. O, 

h

əmişə yazıçının ictimai mövqeyi ilə müəyyənləşir. Fransada fəal romantizmin 



nümay

əndələri və  Viktor Hüqo, ilk növbədə, şəxsi ideallarını mümkün olana 

diqq

əti ifadə etməyə can atırdılar. Buradan da onun həyatı intuitiv dərketməsi 



qaynaqlanır,  bu da  romantizm üçün çox  səciyyəvi olan və Şərq həyat tərzini 

başa düşməyin vacib şərti sayılan emosional hərarəti şərtləndirir. Digər ideal, 

empirik  reallığa  münasibətdə  müstəqil  dünyanın  konsepsiyası  əhəmiyyətli 

d

ərəcədə sənətkarın öz ruhunun ifadəsinə çevrilir.  



“Tarix Şərqdən başlandığı kimi, mədəniyyət faktı da Şərqdən başlanırdı. 

Q

ərbin  Şərq mədəniyyətinə  belə  ehtiraslı  münasibəti təsadüfi  deyildi,  artıq 



Q

ərb  ədalət  axtarıcılığının  əzablı  yolundaydı  və  romantik  ədəbiyyat həmin 

ədalət  axtarıcılığı  üçün  ən münasib və  potensial mənbəni  Şərqdə, xüsusən 

islam m


ədəniyyətində görürdü. İslam xalqlarının mədəniyyəti, ədəbiyyatı, dini-

mifoloji t

əsəvvürləri, incəsənət əsərləri orientalist düşüncəyə təkan verirdi” [13,  

213].  


Fikrimizc

ə, Qərbi Avropa romantiklərinin  ekzotik,  patriarxal  Şərq təs-

virl

əri belə «ideal» dünyanın bariz nümunəsi ola bilər.  Burada həm də Hüqo 



v

ə digər Qərbi Avropa romantiklərinin Şərqə münasibətlərindəki prinsipial fərq 

n

əzərə  çarpır.  Viktor  Hüqo  heç  zaman  Şərqi idealizə  etmir və  ümumiyyətlə, 



onu romantik q

əhrəman üçün ideal, yeganə  sığınacaq  saymırdı.  Hüqonun 

q

əhrəmanları    cəmiyyət üzərində  sadəcə  yüksəlmirdilər  –  onlar həmişə  real 



hadis

ələrin ən gur yerində  olurdular. 

«Romantikl

ər bəzən öz sələflərinin ən yaxşı ənənələrini davam etdirməyə 

üstünlük verir, b

əzən isə onlardan fərqli olaraq, bir çox xalqların, o cümlədən 

Şərq  xalqlarının  həyatını,  məişətini,  psixologiyasını,  fəlsəfə  və  ədəbiyyatını 

d

ərindən öyrənmək məqsədi izləyirdilər» [124, 17]. 1920-ci illərdə  Viktor 



Hüqonun yolu dünyanın, tarixin və insanın həqiqətən köklü ziddiyyətlərlə dolu 

olduğunu dərk etmək yolu olmuşdur.  Tarix yalnız «poetik» deyil, o, həm də 

faci

əvi mahiyyət kəsb etməkdədir. Monarxiyaya və  onun  dünya  qaydalarına 



b

əslənən ümidlər eynilə  klassik harmoniya və  romantik incəsənətlə  bağlı 

gözl

əntilər kimi keçici oldu. Məhz buna görə Viktor Hüqonun Şərq mövzusuna 



müraci

ət etməsi  o  dövrün  avropalısı  üçün,  əhəmiyyətli dərəcədə  olmasa da, 

 

73 



müasir s

əsləndi.  

Bununla yanaşı, qayda-qanun və harmoniya ideyasının özü Viktor Hüqo 

üçün çox  d

əyərli idi və  onun  şairin  dəyişdirici  missiyasına  olan  inamı  həm 

romantik, h

əm də mütəfəkkirlik dünyagörüşündən qidalanırdı. Məhz buna görə 

Viktor Hüqo romantik vasit

ələrlə  incəsənətdə  və  bütün dünyada harmoniya 

yaratmağa cəhd göstərdi. Onun erkən dövr bədii axtarışlarında, əsasən, poetik 

yaradıcılığındakı  Avropa  və  Şərq təzadlarının  ifrat  mübaliğəli, ekssentrik xa-

rakteri d

ə buradan qaynaqlanırdı. Bəşəri sosial və mənəvi şər Viktor Hüqonun 

əsərlərində müstəsna, ekzotik hadisə kimi verilərək coğrafi və tarixi baxımdan 

çox uzaq sah

ələrə köçürülür. Belə ki, önəmli insan iztirabları problemini yazıçı 

qeyri-insani ehtiraslar, yaxud qrotesk t

əzad poetikasına həvalə edir, o isə daim 

b

ədbəxt təsadüf və  ya faciəvi  anlaşılmazlıq  kimi  süjet  priyomu  ilə  şiddət-



l

əndirilir.      

Bütün bunlar h

əm də  tədqiq olunan dövrdə  Viktor Hüqonun ictimai-

siyasi baxışlarının kökündən dəyişilməsi ilə bağlıdır. Bu paraqrafın əvvəlində 

b

əhs etdiyimiz 1830-cu  ilin  iyul  inqilabını, irinli yara kimi,  bərpaçı  sosial-



siyasi sistemin bütün anaxronizmini faş etdi. 

 

ƏDƏBİYYAT 

Az

ərbaycan dilində 

1.

 



Abasov Abdulla. Klassikl

ər həmişə müasirdir. Bakı: Nurlan, 2009, 380 s. 

2.

 

Ağayev Əkbər. Əsrin tərənnümü. Bakı: Yazıçı, 1980, 231 s. 



3.

 

C



əfər Məmməd. Azərbaycan ədəbiyyatında romantizm. Bakı: 1963. 

4.

 



Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Tərtib edəni Əziz Mirəhmədov. Bakı: «Azərbaycan 

Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyi, 1998, 240 s. 

5.

 

Əfəndiyev Timurçin. Romantik dramaturgiyada tarixilik və  bədiilik, elmi məruzə.  Bakı: 



1999, 85 s. 

 

Rus dilind



ə 

1.

 



Бернштейн  И.А.,  Короглы  Х.Г.  Творчество  Виктора  Гюго  после  1848  года.  В  кн.: 

История Всемирной литературы в 9-ти томах. Т. 7. М.: Наука 1991, 830 с. 

2.

 

Гюго  Виктор.  Восточные  мотивы  (перевод  Е.  Полонского,  Э.Линецкой,  И.Тхор-



жевского). М.: Художественная литература, 1987, 373 с. 

3.

 



Реизов Б.Г. Французский роман XIX века. М.: Высшая школа, 1969, 310 с.  

4.

 



Обломиевский О.Д. Французский символизм. М.: Наука, 1973, 209 с. 

5.

 



Моруа Андре. Олимпио, или жизнь Виктора Гюго. М.: Радуга, 1983, 220 с. 

6.

 



Евнина Е.М. Виктор Гюго в современной Франции. – Известия АН СССР. Отделе-

ние литературы и языка, 1952, т. XI, в. 2, с. 113-120. 



 

 

 



74 


ОСНОВНЫЕ ТЕЧЕНИЯ ФРАНЦУЗСКОГО РОМАНТИЗМА 

 

С.Д.АБДУЛАЗИЗОВА  

 

РЕЗЮМЕ 

 

В  статье  «Восточный  романтизм  Виктора  Гюго»  рассматриваются  особенности 

«восточной» тематики в творчестве В.Гюго. Анализируется своеобразность подхода ве-

ликого французского мастера пера  к этой тематике, раскрывается специфическое виде-

ние Востока в произведениях В.Гюго.  

Во  французской  литературе  роль  Виктора  Гюго  было  достаточно  заметной.  Ос-

новным  поводом  обращения  писателя  к  восточной  тематике  было  то,  чтобы  передать 

события,  происходящие  на  востоке,  западному  читателю.  И  в  прозе,  и  в  драматургии 

писателя восточная тематика занимала важное место. События, происходящие на восто-

ке, Виктор с большим пристрастием  описывал в своих прозаических произведениях.  В 

его творчестве  находят отражения и события, имевшие место во Франции. 

 

Ключевые слова: Виктор Гюго, романтизм, восток, море, небо 

                                             

 

 

THE MAIN DIRECTIONS OF FRENCH ROMANTICISM 



 

S.D.ABDULAZIZOVA   

 

SUMMARY 

 

V.Hugo tried to create harmony in art and in the whole world by means of romantic 

means. The extreme character of European and Eastern clas hes leaned on the very fact. 

                                                               



Key words: V. Hugo, romanticism, east, sea, rumble 

                  

                   

 

75 



Yüklə 79,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə