Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 117,46 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü117,46 Kb.
#51247


12 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

                  

 

UOT 81’367 

 

YER, ZAMAN MƏZMUNLU SÖZ VƏ SÖZ BİRLƏŞMƏLƏRİ 

CÜMLƏDƏ OMONİMLİK YARADAN VASİTƏ KİMİ 

(Müasir Az

ərbaycan dilinin materialları əsasında) 

 

G.S.

ƏLİYEVA  

Bakı Dövlət Universiteti 

gunel19ng@mail.ru 

 

M

əqalədə  yer, zaman məzmunlu söz və  söz birləşmələrindən cümlədə  omonimlik 

yaradan vasit

ələrdən biri kimi bəhs olunur. Bu dil vahidlərinin iştirak etdiyi cümlələrdə omo-

nimliyin yaranması mexanizmi müasir Azərbaycan dilinin materialları əsasında şərh olunur. 

H

əmin prosesdə idarə və yanaşma əlaqələrinin fəal şəkildə iştirak etdiyi göstərilir, feli sifət 

t

ərkiblərinin cümlədə omonimliyin formalaşması prosesinə təsiri təhlil edilir. Sintaktik omo-

nimliyin h

ərtərəfli tədqiqi üçün bu dil hadisəsinin  meydana  çıxmasına  yardım  edən bütün 

vasit

ələrin, o cümlədən yer, zaman məzmunlu söz və söz birləşmələrinin də həmin tədqiqata 

c

əlb olunmasının zəruriliyi vurğulanır. 

 

Açar sözl

ər: Müasir Azərbaycan dili, cümlə, yer məzmunlu söz və söz birləşmələri, zaman 

m

əzmunlu söz və söz birləşmələri, sintaktik omonimlik, determinant üzv, sintaktik əlaqələr 



 

Dil öz kommunikativ funks

iyasını  cümlə  səviyyəsində  reallaşdırır.  Bu 

is

ə bizi əhatə edən obyektiv gerçəkliklə bağlı olan hər hansı bir informasiyanın 



dolğun  şəkildə  çatdırılması  üçün  əsas vasitə  olan cümlənin üzərinə  düşən 

t

ələbləri artırır. Yalnız həm semantik, həm də qrammatik (sintaktik) baxımdan 



düzgün qurulmuş cümlə ünsiyyət prosesinin keyfiyyətini artıra bilər. Müxtəlif 

s

əciyyəli sözlərin diaxron əlaqələnməsinin məhsulu  olduğundan  omonimlik 



hadis

əsi dilin sintaktik səviyyəsində nadir hallarda, məhdud formada təzahür 

edir. Bu, «sintaktik omonimlik» termini il

ə adlandırılan həmin dil hadisəsinin 

t

ədqiqini çətinləşdirsə də, onun tədqiq olunmasının əhəmiyyətini azaltmır. 



Sintaktik omonimlik 

ətraflı  araşdırılmasına  böyük  ehtiyac  duyulan  dil 

hadis

ələrindən biridir. Bu hadisənin tədqiqi dilin semantik və  sintaktik 



s

əviyyələri arasındakı qarşılıqlı əlaqə və münasibətin, dilin ünsiyyət mexaniz-

mi v

ə burada sintaktik vahidlərin tutduğu mövqeyin öyrənilməsi üçün zəruri-



dir. Sintaktik omonimlik hadis

əsinin tədqiqi bu qəbildən olan digər  dilçilik 

probleml

ərinin həlli üçün də əhəmiyyətli ola bilər: «Potensial çoxmənalılığın 

h

əll  edilməsi (1) ikiölçülü (məzmun  planı  və  ifadə  planı)  dil  vahidlərinin 




13 

sistemli t

əsvirinin, (2) mətnlərin şərhinin, (3) mətnin avtomatik təhlilinin əsas 

probleml


ərindən biridir» [1]. 

Sintaktik omonimlik söz birl

əşmələri, daha dəqiq desək, sərbəst söz bir-

l

əşmələri səviyyəsində də təzahür edir. Bu məqalədə biz yalnız cümlə səviyyə-



sind

əki omonimlikdən bəhs edəcəyik. Bildiyimiz kimi, sintaktik omonimlik 

eyni leksik t

ərkibə və eyni qrammatik quruluşa malik olub, müxtəlif informa-

si

yaları verə bilən cümlələr səviyyəsində mövcud olur: «Yuxarıda biz sintaktik 



omonimliyi cüml

ədə onun sintaktik strukturunun çoxmənalılığı ilə şərtləşdiril-

miş müxtəlif mənaların mövcudluğu kimi müəyyən etdik» [2, 110]. 

Müasir Az

ərbaycan dilinin materialları üzərində apardığımız tədqiqatın 

n

əticəsi göstərir ki, dilimizdə sintaktik omonimliyin mahiyyətini aydınlaşdır-



ma

ğa yardım edə biləcək miqdarda omonim səciyyəli cümlə nümunələri möv-

cuddur. Dig

ər dil səviyyələri ilə müqayisədə daha çox sintaktik səviyyə (dilin 

qrammatik quruluşunun bir hissəsi kimi) mənsub olduğu dilin özünəməxsuslu-

ğunu və həmin dili digər dillərdən fərqləndirən cəhətləri özündə cəmləşdirmiş 

olur: «Dilin 

qrammatik  quruluşu  dilə  məxsus qanun və  qaydalar sistemidir. 

Dilin  qrammatik  quruluşu gözə  görünməyən,  eşidilə  bilməyən, lakin dilin 

canını,  qanını  təşkil  edən mücərrəd fəaliyyət sistemidir. Dilin mənliyi, milli 

orijinallığı onun qrammatik quruluşu sayəsində yaşayır və qorunur» [3, 143]. 

H

ər hansı bir dilin digər dillərlə qarşılıqlı əlaqə və təmasını və bu qarşı-



lıqlı şəkildə gedən proseslərin nəticələrini özündə əks etdirən leksik səviyyədə 

mövcud olan omonimlikd

ən fərqli olaraq (burada biz bal, qaz, ton, palata, 

dövl

ət tipli omonim sözlərin  yaranması  mexanizmini  nəzərdə  tuturuq. Çünki 

bu sözl


ərin omonimliyi dilimizə  başqa  dillərdən  daxil  olmuş  sözlər  əsasında 

s

əs oxşarlığı nəticəsində təsadüfi olaraq yaranmışdır – Ə.G.), sintaktik omo-



nimlik öz milliliyi il

ə  seçilir. Bu isə  o deməkdir ki, sintaktik omonimlik tə-

zahür etdiyi dill

ərin  qrammatik(sintaktik)  quruluşlarından  asılı  olaraq,  yeni 

çalarlar  qazanır,  yəni  mövcud  olduğu  dilin  daxili  qanunlarının  təsiri ilə yeni 

mahiyy


ət kəsb edir. Deməli, bu dil hadisəsinin milli səciyyə  daşıması  onun 

m

əhz dilin sintaktik səviyyəsində fəaliyyət göstərməsi ilə bağlıdır. Həmçinin 



çox  vaxt  ayrı-ayrı  dillərin leksik səviyyələrinin kəsişdiyi  sahədə  fəaliyyət 

göst


ərən leksik omonimlikdən fərqli olaraq, sintaktik omonimlik dilin öz 

s

ərhədləri daxilində və məhz öz imkanları hesabına yaranır. 



Dilin sintaktik s

əviyyəsində  təzahür edən omonimlik bütün dillər üçün 

ortaq olan amill

ərin, yəni sintaktik əlaqələr, söz sırası, cümlənin sintaqmlara 

bölünm

əsi və  intonasiya kimi amillərin təsiri  altında  müvafiq  dilin  öz  va-



sit

ələri əsasında formalaşır. Dilimiz üçün səciyyəvi olan belə vasitələrdən biri 

d

ə  yer, zaman məzmunlu sözlər və  söz birləşmələridir. Bu cür söz və  söz 



birl

əşmələri bəzən təklikdə, bəzən isə feli tərkiblərin daxili üzvü kimi sintaqm-

lar formalaşdırır, eyni cümlə daxilində müxtəlif cümlə üzvü vəzifəsində çıxış 

ed

ərək həmin cümlənin semantikasında ciddi dəyişikliklər yaradırlar. Bildiyi-



miz kimi, yer, zaman m

əzmunlu sözlər və söz birləşmələri daha çox cümlənin 

z

ərfliyi  (müvafiq olaraq yer və  zaman zərfliyi)  funksiyasında  çıxış  edirlər. 




14 

Fikrimizc

ə, bu tip söz və  söz birləşmələrinin cümlədə  omonimlik yaradan 

vasit


ə  kimi  çıxış  etməsinə  səbəb  onların  yer  və  zaman zərfliyi qismində 

cüml


ədə iştirakı zamanı determinant üzv səciyyəsi qazanmasıdır: «Cümlənin 

b

əzi üzvləri yalnız bu və ya digər baş üzvə deyil, bütövlükdə cümləyə aiddir, 



cüml

ənin ümumi məzmunu ilə bağlı olur. Bu cür üzvlərə d e t e r m i n a n t 

deyilir  (latınca  determinans  sözündən olub, müəyyənləşdirən,  aydınlaşdıran 

m

ənasındadır)» [4, 152]. 



Determinant  üzv  olmaları  həmin söz və  söz birləşmələrinə  cümlənin 

bütöv t


ərkibi ilə  eyni səviyyədə  əlaqələnib, cümlənin ümumi məzmunu ilə 

bağlanmalarına şərait yaradır. Bu da öz növbəsində cümlənin tərkib hissələri 

arasındakı  münasibətin  ikili  xarakter  daşımasına  və  müvafiq olaraq cümlə 

daxilind


ə ikili sintaktik əlaqələrin meydana çıxmasına səbəb olur. 

Rus dilind

ə  bu tip söz və  söz birləşmələrinin cümlədə  omonimlik 

yaratması faktını tədqiq edən N.P.Kolesnikov həmin dil vahidlərindən «Поня-

тие о включаемых словах и их месте в предложении» (Qoşulma sözlər və 

onların cümlədəki yeri haqqında anlayış – Ə.G.) başlığı altında ümumi şəkildə 

b

əhs edir: «Cümlə  semantikasının  dəyişməsinin  asılı  olduğu  belə  cümlə 



üzvl

ərini (və  yaxud cümlə  üzvü  qruplarını)  onların  qonşu  (həmhüdud, 

kontaktlı)  sintaqmlardan  birinə  qoşulmasını  nəzərdə  tutaraq  qoşulma  sözlər 

(söz birl

əşmələri, cümlələr) adlandırırıq» [5, 19]. 

əllif qoşulma söz və ifadələrin cümlədə hansı cümlə üzvü vəzifəsində 



iştirak etməsindən asılı olaraq, qoşulma mübtəda, qoşulma tamamlıq, qoşulma 

t

əyin və  s. kimi üzvlər  əsasında  formalaşan  omonim  sadə  cümlə  şəkillərini 



f

ərqləndirir.  Yer, zaman məzmunlu sözlərdən və  söz birləşmələrindən isə 

«

Включаемое обстоятельство» (Qoşulma zərflik - Ə.G.) başlığı altında cüm-



l

ədə  omonimlik  yaradan  aparıcı  vasitələrdən biri kimi bəhs edir. Omonim 

cüml

ələrin böyük əksəriyyətinin bu dil vasitələrinin  iştirakı  ilə  yarandığını 



qeyd  edir:  «Qoşulma  zərflikli cümlələr omonim cümlələrin böyük hissəsini 

t

əşkil edir. Onların yayılma dərəcəsi adətən zərf və zərf birləşmələri ilə ifadə 



olunan z

ərflik-sözlərdə sözlərin dəyişmə formalarının olmaması ilə izah olu-

nur» [5, 21]. 

N. P. Kolesnikovun bu başlıq altında verdiyi nümunələr də maraq doğu-

rur. H

əmin nümunələrin ikisi xüsusilə maraqlıdır: 



1. 

Сегодня утром разбитую вазу склеят; 

2. Петр вернулся из командировки на Кавказ [5, 22]. 

Birinci cüml

ədəki omonimlik zaman məzmunlu  “сегодня  утром” 

birl

əşməsinin təsiri ilə yaranmışdır. Bu cümləni dilimizə üç variantda tərcümə 



etm

ək mümkündür: 

1)

 

Sındırılmış vazanı bu gün səhər yapışdıracaqlar; 



2)

 

S



əhər sındırılmış vazanı bu gün yapışdıracaqlar; 

3)

 



Bu gün s

əhər sındırılmış olan vazanı yapışdıracaqlar (amma qabın nə 

zaman yapışdırılacağı məlum deyil). 



15 

İkinci cümlədəki omonimlik yer məzmunlu “из командировки” birləş-

m

əsinin təsiri ilə yaranmışdır. Bu cümləni dilimizə iki variantda tərcümə et-



m

ək mümkündür: 

1)

 

Pyotr Qafqaz ezamiyy



ətindən qayıtdı; 

2)

 



Pyotr ezamiyy

ətdən Qafqaza qayıtdı. 

Yer, zaman m

əzmunlu sözlərin və söz birləşmələrinin cümlədə omoni-

mlik yaratması mexanizminin mahiyyətini dilimizin nümunələri əsasında izah 

etm


əyə çalışaq: 

Yer m

əzmunlu söz və söz birləşmələri: 

1) Lakin t

əbiətcə nə qədər səbirsiz olsam da, bütün bunlara mən səbirlə 

baxır  və  o  alçacıq  binada  Tahirli  adına  muzey  düzəltməyə  başlayacağımız 

günü gözl

əyirdim (İ.Hüseynov “Quru budaq” povesti); 2) O, toyda baş vermiş 

hadis

ənin səbəbini öyrənmək istəyirdi (X.Hasilova “Onun taleyi” povesti); 3) 



Kosaoğlu  doqqazın  o  tərəfindən  ağır-ağır  yaxınlaşan  rəislə  milis nəfərini 

gördü 


(İ.Şıxlı “Ayrılan yollar” romanı); 4) Anbarın qabağında, əlləri çıraqlı, 

C

əbrayıl kişini dövrəyə alan arvadların sözlərini xatırladım, «heyvan kimi ot 



otlaram, ancaq getm

ərəm!»-dedim  (İ.Hüseynov  “Tütək səsi” povesti); 5) Su 



yolunda, yar

ğanların  altında  qızlarla deyib-güldüyü günləri  xatırladı  (İ.Şıxlı, 



“Öl

ən dünyam” romanı); 6) A n j e l. Parisdə gözəl bir qız rolunda çəkilmək 

üçün m


ənə yüz minlər təklif edirdilər (İ.Əfəndiyev “Məhv olmuş gündəliklər” 

pyesi); 7) 

Bakıda yeni sərnişin vaqonları. Prezident Slovakiyada təmir edilmiş 

vaqonlarla tanış olub («Xəzər Xəbər» proqramı - Xəzər Tv)

1) Lakin t

əbiətcə nə qədər səbirsiz olsam da, bütün bunlara mən səbirlə 

baxır  və  o  alçacıq  binada  Tahirli  adına  muzey  düzəltməyə  başlayacağımız 

günü gözl

əyirdim. 

 

 

MƏTNDƏ: | |O alçacıq binada| Tahirli adına muzey |düzəltməyə başlayacağımız| | gün; 



MƏTNDƏN KƏNARDA: |O alçacıq binada|        gözləyirdim. 

2)

 



O, toyda 

baş vermiş hadisənin səbəbini öyrənmək istəyirdi. 

 

 

MƏTNDƏ: |Toyda baş vermiş|       hadisə



MƏTNDƏN KƏNARDA: Toyda                    öyrənmək istəyirdi. 

3)

 



Kosaoğlu  doqqazın  o  tərəfindən  ağır-ağır  yaxınlaşan  rəislə  milis 

n

əfərini gördü. 



 

MƏTNDƏ: | | Doqqazın o tərəfindən | ağır-ağır yaxınlaşan |           rəisi  

              | milis n

əfərini |; 

  

 

 



MƏTNDƏN KƏNARDA: Kosaoğlu | doqqazın o tərəfindən | gördü. 


16 

4)

 



Anbarın  qabağında,  əlləri  çıraqlı,  Cəbrayıl  kişini  dövrəyə  alan ar-

vad


ların  sözlərini  xatırladım,  «heyvan  kimi  ot  otlaram,  ancaq  get-

m

ərəm!»-dedim. 



 

MƏTNDƏ: || Anbarın qabağında |...|dövrəyə alan ||               arvadların; 

 

MƏTNDƏN KƏNARDA: | Anbarın qabağında |                  xatırladım. 



5)

 

Su yolunda

,  yarğanların  altında  qızlarla  deyib-güldüyü günləri 

xatırladı. 

 

MƏTNDƏ: | | Su yolunda | yarğanların altında qızlarla deyib-güldüyü | günləri; 



MƏTNDƏN KƏNARDA: | Su yolunda |                xatırladı. 

6)

 



A n j e l. Parisd

ə  gözəl  bir  qız  rolunda  çəkilmək üçün mənə  yüz 

minl


ər təklif edirdilər. 

MƏTNDƏ: | Parisdə 

t

əklif edirdilər; 



 

MƏTNDƏN KƏNARDA: | Parisdə gözəl bir qız rolunda çəkilmək üçün|. 

7)

 

Prezident Slovakiyada t



əmir edilmiş vaqonlarla tanış olub. 

 

MƏTNDƏ: | Slovakiyada | təmir edilmiş|| 



 vaqonlarla; 

MƏTNDƏN KƏNARDA: | Slovakiyada |             tanış olub. 

 

Yuxarıdakı  nümunələrdən də  göründüyü kimi,  cümlədə  omonimliyin 



yaranması prosesində yer məzmunlu sözlərlə birgə yer məzmunlu I, II, III növ 

t

əyini söz birləşmələri də fəallıq göstərirlər. Mətndə yer məzmunlu söz və söz 



birl

əşmələri feli sifət tərkiblərinin daxili yer zərfliyi kimi iştirak edib, həmin 

t

ərkiblərlə bir sintaqma daxil olurlar. Mətndən kənarda nəzərdən keçirildikdə 



is

ə həmin söz və söz birləşmələri müstəqil şəkildə cümlənin xəbəri ilə birbaşa 

bağlanıb,  ayrıca  sintaqm  formalaşdırırlar.  Deməli, bu tip cümlələrdə  birinci 

(ilkin) m

əna həmin söz və söz birləşmələrinin feli sifət tərkibləri ilə əlaqəsi, 

ikinci (


əlavə) məna isə onların sərbəst şəkildə xəbərlə bağlana bilməsi şərai-

tind


ə reallıq qazanır (Bəzən 6-cı nümunədə olduğu kimi,  istisnalar da  müm-

kündür. Bu nümun

ədə  əsas məna yer məzmunlu sözün cümlənin xəbəri ilə 

əlaqələnməsi  şəraitində  formalaşmışdır).  Bu  prosesdə  idarə  və  yanaşma  əla-

q

ələri fəal şəkildə prosesin gedişini nizamlayır. Onu da qeyd edək ki, cümlənin 



m

ətndə  daşıdığı  məna  yanaşma  əlaqəsi  əsasında  formalaşır.  Bu  da  feli  sifət 

t

ərkibinin aid olduğu üzvə yanaşma əlaqəsi ilə bağlanmasından irəli gəlir. 



Zaman m

əzmunlu söz və söz birləşmələri: 

1) M


ən, axşamüstü anamın arvadları qapımızdan necə geri qaytardığını 

danışdım və məsləhət gördüm ki, Cümrü qağa da o cür eləsin, yoxsa, ağlaş-

madan Söylü xalanın əhvalı daha da xarablaşar (İ.Hüseynov, “Tütək səsi” po-

vesti); 2) Müharib

ənin başlandığı gün istirahət etdiyi kənd də azad edilmişdi 

(X.Hasilova, “Onun taleyi” povesti); 3) 

Sınaq zamanı buraxılmış nöqsanların 

s

əbəblərini araşdıracağam (V.Babanlı, “Vicdan susanda” romanı); 4) Oğlan-




17 

lar

ı gedəndən sonra ayrıca saxladığı və hər axşam, hamı yatandan sonra giz-

lic


ə  qoxuladığı  ipək  yorğan-döşəyi  qucaqladı(İ.  Şıxlı,  “Ölən dünyam” 

romanı); 5) Müharibə dövründə kəndə hökmranlıq edən bu adam heç kəsi ta-

nımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi əlində saxlamağa çalışırdı 



(İ.Şıxlı,  “Ayrılan  yollar”  romanı); 6) Günortayadək  işləyənlərə  kömək elə-

y

əcəyik (X.Hasilova, “Çətin yollar boyunca” povesti); 7) M e h r i c a n . Mən 



s

əkkiz il bundan qabaq sizin başınıza gələn əhvalatı eşitmişəm (İ.Əfəndiyev, 

“Atayevl

ər ailəsi” pyesi); 8) İkinci gün səfərbərliyə alınmış adamlar dəstə ilə 

küç


ələrdən  keçib,  vağzala  tərəf gedirdilər  (X.Hasilova, “Çətin yollar boyun-

ca” povesti);  9)  C a h a n g i r. Bu gün  m

ənim həbsə aldığım adamlar sizin 

ail

ənizdən danışırdılar (İ.Əfəndiyev, “Atayevlər ailəsi” pyesi); 10) ...davayamı 



nifr

ət edirdim, yoxsa, hər axşam murdar bir şeytək Qarabaşın qabağına atılan 

«ağ  fətiri» yeganə  həyat,  yaşayış  ümidi  kimi  bərk-bərk  ovcumda  sıxdığıma 

gör


ə özüməmi nifrət edirdim? (İ.Hüseynov, “Tütək səsi” povesti)

1) M


ən, axşamüstü anamın arvadları qapımızdan necə geri qaytardığını 

danışdım  və  məsləhət  gördüm  ki,  Cümrü  qağa  da  o  cür  eləsin,  yoxsa,  ağ-

laşmadan Söylü xalanın əhvalı daha da xarablaşar. 

 

MƏTNDƏ: Anamın arvadları axşamüstü |geri qaytardığını|



 

 

MƏTNDƏN KƏNARDA: Mən axşamüstü danışdım. 



2) Müharib

ənin başlandığı gün istirahət etdiyi kənd də azad edil-

mişdi. 


 

MƏTNDƏ: || Müharibənin başlandığı gün| |istirahət etdiyi||       kənd; 

 

MƏTNDƏN KƏNARDA:| Müharibə başlandığı gün | 



 azad edil

mişdi. 


3)

 

Sınaq zamanı buraxılmış nöqsanların səbəblərini araşdıracağam. 

 

MƏTNDƏ: || Sınaq zamanı | buraxılmış        nöqsanlar; 



MƏTNDƏN KƏNARDA: | Sınaq zamanı |         araşdıracağam. 

4) 


Oğlanları gedəndən sonra ayrıca saxladığı və hər axşam, hamı 

yatandan sonra gizlic

ə qoxuladığı ipək yorğan-döşəyi qucaqladı. 

 

MƏTNDƏ: || Oğlanları gedəndən sonra | saxladığı |        yorğan-döşəyi; 



MƏTNDƏN KƏNARDA: | Oğlanları gedəndən sonra |           qucaqladı. 

5)  Müharib



ə  dövründə  kəndə  hökmranlıq  edən bu adam heç kəsi 

tanımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi əlində saxlamağa çalışırdı. 

 



18 

 

MƏTNDƏ: ||Müharibə dövründə | | hökmranlıq edən||           adam



MƏTNDƏN KƏNARDA: | Müharibə dövründə |          tanımaq istəmir, 

 

                                                 



əlində saxlamağa çalışırdı. 

 

6) Günortayad



ək işləyənlərə kömək eləyəcəyik. 

MƏTNDƏ: Günortayadək          kömək eləyəcəyik; 



   

MƏTNDƏN KƏNARDA: |Günortayadək işləyənlərə| |    kömək eləyəcəyik|.  

7) M e h r i c a n. M

ən səkkiz il bundan qabaq sizin başınıza gələn 

əhvalatı eşitmişəm. 

 

MƏTNDƏ: ||Səkkiz il bundan qabaq | |sizin başınıza gələn||          əhvalat; 



MƏTNDƏN KƏNARDA: | Səkkiz il bundan qabaq |                eşitmişəm. 

8) 


İkinci  gün  səfərbərliyə  alınmış  adamlar  dəstə  ilə  küçələrdən 

keçib, vağzala tərəf gedirdilər. 

MƏTNDƏ: | İkinci gün |  

| keçib gedirdil

ər |; 

  



MƏTNDƏN KƏNARDA: || İkinci gün | | səfərbərliyə alınmış||          adamlar. 

 9)  C a h a n g i r. Bu gün  m

ənim həbsə  aldığım  adamlar  sizin 

ail


ənizdən danışırdılar. 

 

MƏTNDƏ: || Bu gün | |mənim həbsə aldığım||       adamlar; 



MƏTNDƏN KƏNARDA: Bu gün         danışırdılar. 

10) ...davayamı nifrət edirdim, yoxsa, hər axşam murdar bir şeytək 

Qarabaşın qabağına atılan «ağ fətiri» yeganə həyat, yaşayış ümidi kimi bərk-

b

ərk ovcumda sıxdığıma görə özüməmi nifrət edirdim? 



 

MƏTNDƏ: || Hər axşam | | ... qabağına atılan|| |        ağ fətir |

  

MƏTNDƏN KƏNARDA: | Hər axşam |             nifrət edirdim 

Yuxarıdakı  nümunələrdən də  göründüyü kimi, cümlədə  omonimliyin 

yaran


masında daha çox zaman məzmunlu söz birləşmələri, xüsusən də tərki-

bind


ə qoşma olan birləşmələrlə I növ təyini söz birləşmələri fəallıq göstərirlər. 

Zaman m


əzmunlu söz və söz birləşmələri mətndə feli sifət tərkiblərinin daxili 

zaman z


ərfliyi kimi iştirak edib, həmin tərkiblərlə bir sintaqma daxil olurlar. 

T

ərkibində  zaman məzmunlu söz və  söz birləşmələri olan cümlə  mətndən 



k

ənarda nəzərdən keçirildikdə  isə  həmin söz və  söz birləşmələri müstəqil 

şəkildə cümlənin xəbəri ilə birbaşa bağlanıb, ayrıca sintaqm formalaşdırırlar. 

Dem


əli, bu tip cümlələrdə  ikinci (əlavə) məna zaman məzmunlu söz və  söz 

birl


əşmələrinin sərbəst  şəkildə  xəbərlə  bağlana  bilməsi  şəraitində  formalaşır. 

Buna baxmayaraq, 6 v

ə 8-ci nümunələrdə olduğu kimi, əsas mənanın zaman 



19 

m

əzmunlu söz və söz birləşmələrinin birbaşa xəbərlə əlaqələnməsi zəminində 



formalaşdığı  istisna  hallar  da  mümkündür.  Hər iki halda, yəni həm mətndə, 

h

əm də  mətndən kənarda  yanaşma  əlaqəsi  başlıca  sintaktik  əlaqə  kimi  çıxış 



edir. Onu da qeyd ed

ək ki, bu yanaşma əlaqəsi relyativ məna əlaqəsinin əsa-

sında yaranmış olur. Əgər zaman məzmunlu söz və söz birləşmələrinin cümlə 

daxilind


ə omonimlik yarada bilməsinə səbəb olan amillərdən biri, artıq qeyd 

edildiyi kimi, h

əmin söz və söz birləşmələrinin cümlənin ümumi məzmunu ilə 

bağlı  olmasıdırsa,  digər səbəb feli tərkiblərin, daha dəqiq desək, feli sifət 

t

ərkiblərinin bu prosesdə aktiv iştirak etməsidir. Zaman məzmunlu söz və söz 



birl

əşmələri ilə feli sifət tərkiblərinin arasında olan əlaqə asanlıqla qopa bildi-

yind

ən həmin söz və söz birləşmələri tərkib daxilindən kənara çıxa və xəbərlə 



əlaqələnə bilir. Deməli, zaman məzmunlu söz və söz birləşmələrinin cümlədə 

omonimlik yaradan vasit

ə kimi çıxış etməsi üçün feli sifət tərkibləri ideal mü-

hit yaratmış olur. 

Yer, zaman m

əzmunlu söz və söz birləşmələrinin cümlədəki mövqeyi (bu-

rada cüml

ədəki sözlərin sıralanmasında tutduğu mövqe nəzərdə tutulur – Ə.G.

m

əsələsi də maraq doğurur. Yuxarıda qeyd olunan nümunələr onu deməyə əsas 



verir ki, dilimiz üçün bu tip dil vahidl

ərinin cümlənin əvvəlində  qərarlaşması 

s

əciyyəvidir. Bu mövqe həmin dil vahidlərinin cümləni təşkil edən bütün digər 



vahidl

ərlə  əlaqələnməsi  üçün  optimal  şərait  yaradır.  Rus  dilində  yer, zaman 

m

əzmunlu söz və söz birləşmələrinin cümlədəki mövqeyi öz fərqli keyfiyyətləri 



il

ə Azərbaycan dilindən seçilir. N.P.Kolesnikov yazır: «Qoşulma sözlər həmişə 

omonim cüml

ənin daxilində yerləşir və həmin cümləni nə başlaya, nə də bitirə 

bilmir. Sintaqmda qoşulma söz sərhəd mövqeyini tutur: əvvəlki (sol) sintaqma 

qoşularaq onu bağlayır, sonrakı (sağ) sintaqma qoşulduqda isə onu başlayır. O, 

sintaqmın strukturunda başqa yer tuta bilməz» [6, 31]. 

Göründüyü kimi, dill

ərin müxtəlif  qrammatik  quruluşu  və  bu  quruluşu 

idar


ə edən daxili qanunlar cümlədə omonimlik hadisəsinin yaranmasına səbəb 

olan yer, zaman m

əzmunlu söz və söz birləşmələrinin həm cümlədəki mövqe-

yin


ə, həm də onların omonimlik hadisəsinin yaranması prosesindəki yerinə və 

roluna t


əsir edir. Yer, zaman məzmunlu söz və söz birləşmələrinin cümlə daxi-

lind


əki digər vahidlərlə ikili münasibətdə olması və bu faktın omonimliyə yol 

açması həmin cümlələrin qavranılmasını çətinləşdirmir. Çünki cümlədə sözlər 

arasında sintaktik əlaqələrin qurulması qonşu mövqedə (özündən əvvəlki) da-

yanan cüml

ənin və ya cümlələrin verdiyi informasiya ilə şərtlənir: «Onu da nə-

z

ərə almaq lazım gəlir ki, cümlə - nitqin bir qayda olaraq kontekst ilə sıx məna 



əlaqələri ilə  bağlı  olan  minimal  vahididir.  Buna  görə  də  cümlədə  söz  sırası 

h

əmin cümlənin mətnin verilən parçasında kommunikativ rolu ilə, hər şeydən 



əvvəl onun əvvəlki cümlə ilə olan məna əlaqəsi ilə müəyyən olunur» [7, 327]. 

Bu prosesd

ə  cümlələr  arasındakı  qarşılıqlı  əlaqələr  omonimlik  faktını 

m

əhdudlaşdırır.  Çünki  hər  hansı  bir  mətn daxilində  müəyyən bir məlumatın 



çatdırılması zamanı cümlə özündən əvvəlki mövqedə dayanan cümlənin (və ya 

cüml


ələrin) məntiqi davamı kimi çıxış edir. Gerçəklik haqqında həmin cümlə-


20 

l

ərin verdiyi məlumat omonim cümlənin düzgün şərhinə, yəni bu cümlə vasi-



t

əsilə  hansı  fikrin  çatdırılmasının  doğru  olduğunu müəyyənləşdirməyə  əsas 

verir [2, 120]. N

əticədə gerçəkliyin hər hansı bir hadisəsi ilə bağlı verilən in-

formasiya, m

əlumat ilk baxışdan heç bir omonimliyə imkan verməyən konkret 

dil vahidi biçimind

ə (burada cümlə nəzərdə tutulur) öz əksini tapmış olur. Bu 

baxımdan sintaktik omonimlik cümlə daxilində öz mövcudluğunu gizli şəkildə 

davam etdirir v

ə yalnız omonimlik faktı olan həmin dil materiallarının təkra-

r

ən araşdırılması zamanı aşkar oluna bilir: «Dil duyumu omonimliyin aşkar-



lan

masına imkan yaratmır, o (omonimlik-Ə.G.), dil materialının yalnız omoni-

mliyin  tapılması  səmtinə  yönəldilmiş  şüurlu  şəkildə  gözdən keçirilməsi 

şəraitində aşkarlana bilər. Buna görə də omonimlik adətən yazı zamanı deyil, 

sonrakı baxış zamanı, xüsusən müəyyən müddət keçəndən sonra, yazılan artıq 

yad  bir  şey  kimi  təsəvvür  edildiyi  zaman,  yazının  məzmunu onun dil ilə 

ifad

əsinin əsasında təyin edildiyi zaman aşkar olunur» [8]. 



Obyektiv gerç

əkliklə  bağlı  dolğun  təsəvvür  formalaşdıran  məlumatın 

yaranması və ötürülməsi prosesində dilin (canlı danışıq zamanı isə dilin əsas 

ifad


ə və reallaşma vasitəsi olan nitqin) öz funksiyalarını dəqiq şəkildə yerinə 

yetirm


əsi üçün cümləni təşkil  edən sözlər  arasındakı  sintaktik  əlaqələrin 

konkretliyin

ə diqqət yetirilməli, cümlənin tərkib hissələri arasında mövcud ola 

bil


əcək ikili sintaktik əlaqələrə yol açan söz sırasından qaçılmalıdır. Cümlədə 

sözl


ərin  düzgün  sıralanmasının  fikrin  dinləyiciyə  və  ya oxucuya konkret, 

yığcam  və  anlaşıqlı  şəkildə  çatdırılmasına  kömək etdiyini qeyd edən H.Hə-

s

ənov  yazır: «Bir sözün digər sözlə  birləşməsində  dəqiqlik,  uyarlıq  olmalı, 



sözl

ər cümlədə düzgün sıralanmalıdır» [9, 68]. 

Yekun olaraq onu qeyd etm

ək lazımdır ki, sintaktik omonimlik hadisəsi-

nin h

ərtərəfli tədqiqi üçün bu dil hadisəsinin yaranmasına yardım edən bütün 



vasit

ələr  ciddi  şəkildə  araşdırılmalıdır.  Yalnız  bu  zaman  sintaktik  omonimliyin 

mahiyy

əti tam şəkildə açılmış olar. Bu baxımdan yer, zaman məzmunlu söz və söz 



birl

əşmələrinin cümlədə  omonimlik yaradan vasitə  kimi,  daha  doğrusu,  bu  va-

sit

ələrdən biri kimi tədqiq olunması da zəruridir və bu sahədə aparılan tədqiqata sə-



m

ərə verə bilər. Həmçinin sintaktik omonimlik hadisəsinin meydana çıxması üçün 

şərait yaradan bu dil vasitələrinin öyrənilməsi müxtəlif dillərdə özünəməxsusluğu 

il

ə seçilən bu prosesin yaxından izlənilməsinə də yardım etmiş olar.  



 

ƏDƏBİYYAT 

1.

 



Чжан  Юйпин.  Омонимия  русских  субъектных  синтаксем  (на  фоне  китайского 

языка): Автореферат дисс. на соискание ученой степени канд. фил. наук. М., 2008 

http://www.ruslang.ru 

2.

 



Гладкий  А.В.  Синтаксические  структуры  естественного  языка  в  автоматизирован-

ных системах общения. М.: Наука, 1985, 144 с. 

3.

 

Seyidov Y.M. Az



ərbaycan dilinin qrammatikası. Morfologiya (ikinci nəşr). Monoqrafik 

d

ərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, 371 s. 



4.

 

Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Təhsil, 2007, 496 s. 



5.

 

Колесников  Н.П.  Порядок  слов  в  русском  предложении  и  синтаксическая  омони-



мия. Р.: Ростовский Университет, 1984, 48 с. 


21 

6.

 



Колесников  Н.П.  Синтаксическая  омонимия  в  простом  предложении.  Р.:  Ростов-

ский Университет, 1981, 145 с.  

7.

 

Розенталь Д.Э., Голуб И.Б., Теленкова М.А. Современный русский язык. М.: Айрис-



пресс, 2003, 448 с. 

8.

 



Гвоздев  А.Н.  Очерки  по  стилистике  русского  языка.  М.:  Просвещение,  1965 

http://www.reader.boom.ru  

9.

 

H



əsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Dərs vəsaiti. Bakı: BDU, 1999, 278 s. 

 

 



СЛОВА И СЛОВОСОЧЕТАНИЯ МЕСТНОГО И ВРЕМЕННОГО СОДЕРЖАНИЯ, 

КАК СРЕДСТВО ОБРАЗУЮЩИЕ ОМОНИМИЮ В ПРЕДЛОЖЕНИИ 

(на основе материалов современного азербайджанского языка) 

 

Г.C.АЛИЕВА  

 

РЕЗЮМЕ 

 

В данной статье говорится о словах и словосочетаний местного содержания и о 



словах и словосочетаний временного содержания, как средство образующие омонимию 

в  предложении.  Механизм  формирования  омонимии  в  предложениях,  на  которых 

находятся  эти  языковые  единицы,  интерпретируется  на  основе  материалов  современ-

ного  азербайджанского  языка.  Показывается,  что  в  этом  процессе  активно  участвуют 

синтаксические связи, как управление и примыкание. Анализируется влияние причаст-

ных  оборотов  на  процесс  формирования  омонимии  в  предложении.  Подчеркивается 

необходимость  привлечения  всех  средств,  которые  помогают  образованию  этого 

языкового явления, а также слов и словосочетаний местного содержания и временного 

содержания для всестороннего исследования синтаксической омонимии. 

 

Ключевые  слова:  современный  азербайджанский  язык,  предложение,  слова  и 

словосочетания местного содержания, слова и словосочетания временного содержания

синтаксическая омонимия, детерминантный член, синтаксические связи 



 

WORDS AND WORD COMBINATIONS DENOTING PLACE AND TIME AS 

HOMONYMITY FORMING MEANS IN THE SENTENCE 

(on the basis of the materials of the modern Azerbaijani language) 

 

G.S.ALIYEVA  

 

SUMMARY 

 

This article deals with the words and word combinations denoting place and time as 



homonymity forming means  in the sentence. The way of homonymity formation in the 

sentences in which these language units exist is studied on the basis of the materials of the 

modern Azerbaijani language. Here,  the active participation of the governing and joining 

relations is shown. The influence of the Participle Constructions to the homonymity forming 

process is analysed. The author stresses the importance of studying all the means helping to 

the emergence of this language phenomenon, as well as the words and word combinations of 

place and time in order to investigate syntactic homonymity thoroughly. 

 

Key words:  modern Azerbaijani language,  a sentence, words and word combinations 

of place, words and word combinations of time, syntactic homonymity, a determinant mem-



ber, syntactic relations 

Yüklə 117,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə