Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 70,8 Kb.
tarix25.06.2018
ölçüsü70,8 Kb.
#51382


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 902.911 

 

ORTA ƏSR ŞƏMKİR ŞƏHƏRİNİN ABADLIĞI  

ARXEOLOJİ QAZINTILAR İŞIĞINDA 

 

T.M.DOSTİYEV 

Bakı Dövlət Universiteti 

dostiyev_tarikh@yahoo.com 

        


M

əqalədə  2007-2014-cü illərin  arxeoloji  qazıntılarına  əsaslanmaqla orta əsr  Şəmkir 

şəhərinin  abadlıq  məsələlərii  araşdırılır.    Arxeoloji  qazıntılar    şəhər  abadlığının  əsasən üç 

istiqam

ətdə həyata keçirildiyini sübut edir: 1) həyətlərin, küçələrin və meydanların döşənməsi, 

2) şəhər sakinlərinin içməli suya tələbatını ödəmək, 3) şəhər sanitariyasının yüksək səviyyəsini 

t

əmin edən mühəndis qurğularının yaradılması. Şəhər abadlığının yüksək səviyyəsi şəhərsalma 

ənənələrinin qədimliyi, mədəni nailiyyətlərlə, intensiv iqtisadi və mədəni qarşılıqlı əlaqələrlə, 

İslamın tələbləri ilə şərtlənmişdi.  

 

Açar sözl



ər: Şəmkir, orta əsr, şəhər abadlığı, kəhriz, hidro-tikili, kanalizasiya xətti 

 

Orta 



əsr  coğrafiyaşünasları  Azərbaycanın  orta  dərəcəli, abad və  nemət-

l

ərlə zəngin şəhərləri arasında Şəmkir şəhərinin də adını çəkirlər (1, 89, 110, 



129-

130). Yazılı qaynaqlardan məlum olur ki, ərəb fəthləri dövründə Şəmkir 

şəhər kimi mövcud idi. IX əsr tarixçisi Əhməd əl-Bəlazuri qeyd edir ki, Salman 

ibn R


əbiə  əl-Bahili qədim  şəhər  hesab  olunan  Şəmkiri fəth  etdi.  Şəmkir 

savartil


ər onu dağıdıb viran qoyanadək gur və abad şəhər idi. Hicri 240-cı ildə 

(854/855) s

ərkərdə  böyük  Buğa  şəhəri bərpa  etdi,  burada  islamı  qəbul  etmiş 

x

əzərləri yerləşdirdi.  Bərdə  tacirlərindən  buraya koçürtdü və  şəhəri xəlifənin 



şərəfinə  Mütəvəkkiliyə  adlandırdı  (2,  13-14).  Böyük  İpək yolu üzərində  yer-

l

əşən Şəmkir şəhəri  IX əsrin ikinci yarısı – Х əsrdə yüksəliş keçirərək mühüm 



s

ənətkarlıq  və  ticarət mərkəzinə  çevrilmiş,  müxtəlif növ yun məmulatı  və 

keyfiyy

ətli bıçaqlar istehsalı üzrə böyük şöhrət qazanmış (3, 144; 4, 207), XI-



XII 

əsrlərdə  çiçəklənmə  çağını  keçirmişdir.  Monqol  istilası  Şəmkir  şəhərinin  

taleyind

ə  faciəli  olmuş,  1235-ci ildə  inadlı  müqavimətdən  sonra  şəhəri zəbt 

ed

ən monqollar əhalini qılıncdan keşirmiş, şəhəri xarabazara çevirmişlər. 



Orta 

əsr Şəmkir şəhərinin xarabalıqları hazırda Şəmkirçayın sol sahilində,  

Muxtariyy

ə  kəndinin  şimalında  yerləşir.  2007-2014-ci illərdə  Şəmkir  şəhər 

 

89 



yerind

ə aparılan genişmiqyaslı stasionar arxeoloji qazıntılar 1 hektardan artıq  

ərazini əhatə edir və  səkkiz sahədə tədqiqat aparılıb (5, 22-103). 

Arxeoloji  qazıntılar  zamanı  şəhər  abadlığı  ilə  əlaqəli  maraqlı  mühəndis 

tikilil

əri, qurğuları üzə çıxarılıb. Qeyd edək ki, orta yüzilliklərdə Azərbaycan 



şəhərlərində  əhalinin  sıx  məskunlaşması,  islam  dininin  təmizliklə  bağlı 

t

ələbləri, eləcə də yüksək mədəni-intelektual səviyyə şəhər inzibati-idarə apara-



tından  abadlıq  məsələlərinin həllini daim diqqət mərkəzində  saxlamağı  tələb 

edirdi.  Şəhər sakinlərinin rahat və  sağlam  yaşam  tərzinin təmin  olunmasına 

yön

əlmiş  şəhər  abadlığı  əsasən üç istiqamətdə  həyata keçirilirdi: 1) küçə  və 



meydanlar  döşənir,  onların  səliqə-sahmanına  diqqət  yetirilirdi;  2)  şəhər  əha-

lisinin suya t

ələbatını  təmin etmək məqsədi ilə  quyular  qazılır,  arxlar, 

tüngl


ərdən  quraşdırılmış  su  kəmərləri çəkilir və  ya kəhrizlər  inşa  edilirdi;  3) 

şəhərin sanitariya-gigiyena durumunu zəruri səviyyədə  saxlamaq məqsədi ilə 

şəhərlərdə  yaşayış  evləri, ictimai və  dini binalar, istehsalat tikililəri sanitar-

gigiyena t

əyinatlı xüsusi mühəndis qurğuları ilə təchiz olunurdu (6, 81). 

 

Arxeoloji qazıntılar orta əsrlərdə Şəmkir şəhərində küçə və meydanların, 



h

əyətlərin  döşəndiyini təsdiqləyir. Bu nöqteyi-nəzərdən IV-VI  qazıntı  sahə-

sind

ə  aparılan  arxeoloji  qazıntılar  böyük  maraq  doğurur.  Narınqalada,  IV 



qazıntı sahəsində aşkar edilmiş, XI-XIII əsrin əvvəllərində fəaliyyət göstərmiş, 

c

ənub-şimal  istiqamətli iki paralel küçələr  daşlı  qum  tökülərək döyəclənərək 



b

ərkidilmişdir. Küçə bir neçə dəfə təmir edilmiş, nəticədə küçənin səviyyəsi 40 

sm  qalxmışdı.  Sonuncu  təmir  zamanı  şərqdəki küçənin  bəzi sahələri tava 

daşlarla döşənmişdi.                

Qeyd ed

ək ki, V qazıntı sahəsi iki yaruslu olması ilə digər qazıntılardan 



f

ərqlənir. Bu sahədə, yuxarı yarusda aparılan tədqiqatlar nəticəsində şəhər qala 

divarının  narınqalaya  sıx  yaxınlaşaraq    onun  şimal  divarının  qarşısında  dar 

d

əhliz  yaratdığını  üzə  çıxarılıb.  Dəhlizin eni 4-4,5 m təşkil  edir.  Arxeoloji 



qazıntılar nəticəsində Narınqala və şəhristan qala divarlarının sıx yaxınlaşaraq 

dar d


əhliz  yaratdıqları  sahənin XI-XII  əsrlərdə  çaydaşları  və  bişmiş  kərpic 

parçaları ilə döşənməsi müəyyənləşdirilib. Bu məqsədlə həm də bişmiş kərpic 

istehsalında əmələ  gələn tullantılar da istifadə olunmuşdu (5, 70). Çaydaşları  

v

ə kərpic parçaları sıx döşəndikdən sonra aralardakı boşluqlara bişmiş kərpic 



ovuntusu v

ə  çınqıl  tökülərək bərkidilmişdir.  Tədqiqatlar  döşəmənin müəyyən 

müdd

ətdən bir təmir olunduğunu, nəticədə döşəmənin bir neçə qatının əmələ 



g

əldiyini göstərdi.  

V  qazıntı  sahəsinin  aşağı  yarusunda,  şəhristanın  biri-digərindən 10 m 

m

əsafədə yerləşən divarları arasındakı sahənin döşənməsində üç səviyyə müəy-



y

ənləşdirilib. Əvvəlcə sahə  70x70 sm, 55x53 sm, 44x37 sm, 42x26 sm və s. 

ölçül

ərdə tava daşlarla döşənmişdi. Daşlar biri-digərinə kip birləşdirilərək ha-



mar s

əth  əmələ  gətirmişdi.  Müəyyən vaxt keçdikdən sonra təmir  aparılaraq 

ərazi kvadrat biçimli bişmiş kərpiclərlə döşənmişdi. XII əsrin sonu-XIII əsrin 

əvvəllərində  yenidən təmir  işləri  aparılmışdır.  Üst,  yuxarı  səviyyə  çınqıl  və 

xırda çaydaşından olub əhəngli məhlulla qarışdırılmış, döyəclənərək qalınlığı 8 

 

90 




sm-

ə çatan qat yaratmışdı (7, 227). Küçənin oxşar üsulla döşənməsi şəhristanın 

şimal-şərq sektorunda da qeydə alınıb. Belə ki,  VI qazıntı sahəsində arxeoloji 

qazıntılar nəticəsində şimal- qərbdən cənub- şərqə istiqamətlənmiş,  eni 2 m-

d

ən  artıq  olan  məhəllədaxili kücə  aşkarlanıb.  Kücəyə  mütəmadi  olaraq  xırda 



çay daşları və çınqıl tökərək döyəcləmiş və onu düzləndirmişdilər (5, 86). 

Arxeoloji t

ədqiqatlar həyətlərin, istehsalat və  məişətlə  bağlı  komp-

leksl


ərin də səliqə-sahmanına böyük əhəmiyyət verildiyini nümayiş etdirir. IV 

qazıntı  sahəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  IX-X  əsrlərə  aid  inşaat 

qatında  üzə  çıxarılan  həyətlər  nazik,  yastı  çaydaşları,  tava  daşlar  və  kvadrat 

biçim


li bişmiş kərpiclərlə döşənmişdi (6, 81). 

M

əlum olduğu kimi, orta əsrlərdə Azərbaycanda şəhərlərin idarə aparatı 



sakinl

ərin suya ehtiyacını ödəmək, su təchizatı sisteminin təşkili və onun saz 

v

əziyyətdə saxlanması üçün təbii coğrafi şəraitdən asılı olaraq arx, kəhriz və 



saxsı  tünglərdən  quraşdırılmış  su  kəmərləri  inşa  edirdilər. Arxeoloji tədqi-

qatlarla  Şəmkir  şəhərinin su ilə  təchizatında  kəhrizlərdən, tünglərdən  quraş-

dırılmış su kəmərlərindən istifadə olunduğu təsdiqlənmişdir.   

Şəhristanın  qərb  divarı  qalıqlarından  20  m  aralı,  ona  paralel,  şəhərin 

rabad sah

əsində  kəhriz  qalıqları  aşkarlanıb.  Kəhrizin kürəsi  bişmiş  kərpiclə 

tağlı  şəkildə  hörülüb. Onun eni 82 sm, hündürlüyü 51 sm-dir. Kəhrizin yox-

lama quyusu aşağıya  genişlənən konus şəklində olub dərinliyi 1,45 m, diametri 

ağzında 43 sm, dibində 82 sm-dir  (6, 82). 

M

əlum olduğu kimi, yaşayış məskənlərinin coğrafi şəraitinə uyğun olaraq 



k

əhrizlərin qazılmasında müxtəlif üsullardan istifadə olunurdu. Daş süxurlu və 

qayalıq  ərazilərdə  kəhrizin kürəsi  daşda  çapıldığından  onu  əlavə  üzləməyə 

ehtiyac  qalmırdı.  Düzən,  yumşaq  torpaqlı  ərazilərdə  çəkilən kəhrizlər yerin 

altından lağım atmaq yolu ilə qazılırdı  (8, 31-36; 9, 54-55).  Kəhriz xətti xarab 

olmasın  deyə  daşla  və  ya  bişmiş  kərpiclə  hörülürdü. Kəhrizləri vaxtaşırı 

t

əmizləmək, lazım gəldikdə onu təmir edə bilmək üçün müəyyən məsafələrlə 



xüsusi yoxlayıcı qurğular-quyular inşa edilirdi.  

K

əhrizlərdən orta əsr Bərdə, Gəncə, Bakı, Təbriz şəhərlərinin su təchiza-



tında istifadə olunması arxeoloji qazıntılarla tam təsdiqlənmişdir.  

Ətraf  ərazilərdəki mənbələrdən  suyun  şəhərə  gətirilməsində  və  onun 

m

əhəllələrə, ictimai-dini binalara və  yaşayış  evlərinə  paylanmasında  tünglər-



d

ən  quraşdırılmış  kəmərlərdən  geniş  istifadə  edilməsi  arxeoloji  qazıntılar 

aparılmış  bütün  Azərbaycan  şəhərlərində  olduğu  kimi  Şəmkirdə  də  qeydə 

alınmışdır. Şəhristanın  mərkəzində, VII qazıntı sahədə uzunluğu 46 sm olan 

tüngl

ərdən quraşdırılmış cənub-şərqdən şimal-qərbə istiqamətlənmiş su kəmə-



rinin qa

lıqları aşkarlanıb (10, 258).  

Su t

əchizatı ilə bağlı maraqlı  qurğu V qazıntı sahəsinin  üst  yarusunda 



üz

ə çıxarılmış hidrotikilidir. O, ovdanı xatırladan quruluşa malik olub yerüstü 

v

ə  yeraltı  hissələrdən ibarətdir (6, 70-71,  79).  Bişmiş  kərpiclərlə  əhəngli 



m

əhlulda  inşa  edilmiş  bu  tikilinin  13  pillədən ibarət pilləkəni və  tağlı  tavanı 

vardır. Girişin qarşısında hündürlüyü 1,95 m, dərinliyi 80 sm, tağının hündür-

 

91 




lüyü 42 sm olan tağlı taxça yerləşir. Yeraltı hidrotikilinin havasının təmizlən-

m

əsi üçün şərq divarında tünglərdən quraşdırılmış yelçəkən var. Hidrotikilinin 



dibi dördkünc biçimd

ə olub mərkəzində  üstü səkkizkünclü hörülmüş iri küp 

yerl

əşdirilmişdir.  



Ümumiyy

ətlə, təsvir olunan hidrotikili, elecə də aşkarlanmış kəhriz qalığı 

orta 

əsr Şəmkir şəhərində mürəkkəb, texniki cəhətdən mükəmməl su təchizatı 



sisteminin mövcudluğuna dəlalət edir.   

Tikilil


ərin  sıx  yerləşdiyi,  on  minlərlə  əhalinin  yaşadığı  şəhərlərdə 

sanitariya-gigiyena m

əsələlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilmə-

sin


ə  ehtiyac  duyulurdu.  Yazılı  qaynaqların  məlumatından  bəlli  olur  ki,  şəhər 

sanitariyasını təmin edən müəyyən daxili qaydalar var idi və bütün sakinlər ona 

riay

ət edirdi. Mühtəsib nəzarətinin ciddiliyi ilə  şəhər sakinlərinin  rahatlığını 



pozan hallar minimuma endirilirdi, t

əqsirli şəxslər cəzalandırılırdı, hərc-mərc-

liy

ə imkan verilmirdi. Arxeoloji tədqiqatlar da küçə və meydanların, ictimai-



dini  binaların,  istehsalat  tikililərinin təmizliyinə  diqqət yetirildiyini, bu 

m

əqsədlə xüsusi mühəndis qurğuları düzəldiyini sübuta yetirir. Çirkab və zibil 



quyuları, derinaj və kanalizasiya xətləri belə qurğulardan idi. Lokal kanaliza-

siya üçün çirkab quyularının qazılması aparılan arxeoloji tədqiqatlarla təsdiq-

l

ənmişdir.  Belə  quyuların  üstü  bişmiş  kərpic və  ağ,  yastı  daşla  örtülürdü.  IV 



qazıntı  sahəsinin  6Q  kvadratında  aşkarlanan, dərinliyi 2 metrdən  artıq  olan 

çirkab quyusunun üz

əri 100 sm x 78 sm ölçüdə  bişmiş  kərpiclərlə  və 

düzbucaqlı ağ puç daşla hörülüb (11, 265).  

Şəmkir  şəhərində  mükəmməl,  şaxələnmiş  kanalizasiya  sistemi  mövcud 

idi.  V qazıntı sahəsinin aşağı yarusunda  XII əsrə aid ümumşəhər kanalizasiya 

sisteminin qalıqları aşkarlanıb. O çaydaşlarından və ağ, yastı daşlardan hörül-

müş,  üstü  yastı,  65x38x25  sm;  68x44x28  sm;  66x22x27  sm;  65x28x22  sm 

ölçül

ərdə ağ daşlarla örtülmüşdü. Qərbdən şərqə istiqamətlənmiş, eni  43,5 – 



44 sm, d

ərinliyi isə 48-49 sm olan kanalizasiya xətti şəhər qapısının altından 

keçmişdir.  Bayır  qala  divarında  isə  eni 44 sm, hündürlüyü 48-49 sm olan 

xüsusi  açırım  düzəldilmişdi.  Şəhristanın  şimal-şərq  sektorunda,  VI  qazıntı 

sah

əsində aşkarlanan və  18,3 m uzunluqda tədqiq edilən kanalizasiya xətti isə 



şəhərin bir məhəlləsinə  xidmət  etmişdir.  O  çay  daşlarından  inşa  olunaraq  ağ 

yastı  daşlarla  üstü  örtülmüşdür.  Suyun  axıdıldığı  kanalın  eni  14-20 sm, 

d

ərinliyi isə  22-25 sm-dir. Bu mühəndis  qurğusu  şimal-qərbdən cənub-qərbə 



istiqam

ətlənib və görünür, ümumşəhər kanalizasiya xəttinə birləşirmiş. 

Şaxələnmiş  kanalizasiya  sisteminin  qalıqları  şəhər  yerinin  narınqala 

sah


əsində,  IV  qazıntıda  da  üzə  çıxarılıb.  IX  –X  əsrlərə  aid həmin mühəndis 

qurğusu bişmiş kərpic, çaydaşı və ağ daş lövhələrdən istifadə etməklə kürəbənd 

üsulu il

ə inşa olunmuşdur (6, 83, şəkil 4).  

V qazıntı sahəsinin yuxarı yarusunda, Şəhristan və Narınqala divarlarının 

yaxınlaşaraq dar dəhliz yaratdığı sahədə aşkarlanmış drenaj qurğusu da diqqə-

t

əlayiqdir.  Bura  döşənərkən  yagış  və  qar  sularının  kənarlaşdırılması  üçün 



bişmiş  kərpic və  ağ  daşdan  uzunluğu  2,2  m  olan  xüsusi  drenaj  xətti düzəl-

 

92 




dil

ərək üstü tava daşlarla örtülmüşdü. Su tava daşlar arasından eni 12-17 sm, 

d

ərinliyi 25 sm olan axara süzülür və Şəhristan divarındakı boşluq vasitəsi ilə 



k

ənara çıxarılırdı (5, 70). 

M

əişət və  istehsalat  tullantıları,  müxtəlif cür zir-zibil imkan daxilində 



şəhərdən kənara çıxarılırdı. Şəhər daxilində isə zibil yalnız xüsusi dərin quyu-

lara atılırdı. Orta  əsr Şəmkir şəhər yerində arxeoloji qazıntılar zamanı zibil qu-

yuları  ilə  yanaşı,  külün  atılması  üçün  qazılmış  xüsusi  kül  quyularına  da  rast 

g

əlinib.  



Bel

əliklə, 2007-2014-cü illərdə  orta  əsr  Şəmkir  şəhər yerində  aparılan 

arxeoloji  qazıntılar  nəticəsində  üzə  çıxarılmış  küçə  qalıqları,  kəhriz xətti, 

tüngl


ərdən  quraşdırılmış  su  kəməri  qalıqları,  yeraltı  hidrotikinti,  şaxələnmiş 

kanalizasiya x

ətti və  digər faktik maddi dəlillər  şəhər idarəsinin  abadlığın 

qayğısına qaldığını, zəruri tədbirlər görüldüyünü təsdiqləyir. Şəhər abadlığının 

yüks

ək səviyyəsi şəhər əhalisinin ümumi mədəni səviyyəsinin öz dövrünə görə 



yüks

ək olması, qədim ənənələrinin yaşaması, iqtisadi-mədəni əlaqələrin geniş-

l

ənməsi, islam dinin gigiyena ilə bağlı  ciddi tələbləri ilə bağlı idi.  



 

 

 



V qazıntı sahəsi. Hidrotikili. 

 

93 




 

V qazıntı sahəsi. Kanalizasiya xəttindən görüntü. 

 

 

IV qazıntı sahəsi.  Üstü hörgülü çirkab quyusu 



 

ƏDƏBİYYAT 

1.

 



V

əlixanlı  N.M.  IX-XII  əsr  ərəb  coğrafiyaşünas-səyyahları  Azərbaycan  haqqında. 

Bakı: Elm,1974, 223 s. 

2.

 



Баладзори. Книга завоевания стран. Перевод с арабского П.К.Жузе // Известия 

Общества Обследования и Изучения Азербайджана. Баку, 1927, №4, с. 3-32. 

3.

 

Hudud  al-Alam. The region of the world. A Persian geography. 372 h.d. / 982 a.d. 



Trans. and expl. by  V. Minorski. London, 1937. 

4.

 



Миклухо-Маклай  Н.А.Географическое  сочинение  XIII  в.  на  персидском  языке. 

Ученые записки Института Востоковедения  АН СССР, 1954, т.9.c. 175-210. 

5.

 

Dostiyev T.M., B



əşirov R.Y., Mirzəyev R.H., Hüseynli N.N. Orta əsr Şəmkir şəhəri: 

arxeoloji qazıntılar və artefaktlar. Bakı: Caşıoğlu, 2013, 516 s. 

6.

 

Dostiyev T.M. Orta 



əsr  Şəmkir  şəhərinin  abadlığına  dair  // Azərbaycanın  arxeolo-

giyası və etnoqrafiyası, 2009, №1, s. 81-86. 

7.

 

Dostiyev T.M., B



əşirov  R.Y.,  Hüseynli  N.N.,  Mirzəyev  R.H.  Şəmkir  şəhər yerində 

2010-cu ild

ə aparılan arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar-2010. 

 

94 




Bakı: Xəzər Universiteti, 2011, s. 222-232 

8.

 



Рустамов Я.Ф. Этнографические данные о кягризной системе водоснабжения в 

Азербайджане в XIX  - начале  XX вв. // Международный  конгресс антрополо-

гических и этнографических наук 1964. М., 1970, т.V, c. 31-36. 

9.

 



Qasımov  E.  Azərbaycanın  orta  əsr  şəhərlərinin su təchizatı  (IX-XV  əsrlər).  Bakı: 

Adiloğlu, 2002, s. 199. 

10.

 

Dostiyev T.M., B



əşirov  R.Y.,  Hüseynli  N.N.,  Mirzəyev  R.H.  Şəmkir  şəhər yerində 

aparılan arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar-2011. Bakı: Xəzər 

Universiteti, 2012, s.248-265 

11.


 

Dostiyev T.M., B

əşirov  R.Y.,  Hüseynli  N.N.,  Mirzəyev  R.H.  Şəmkir  şəhər yerində 

aparılmış  arxeoloji  tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar-2012.  Bakı: 

X

əzər Universiteti, 2013, s.257-268 



 

БЛАГОУСТРОЙСТВО СРЕДНЕВЕКОВОГО ГОРОДА ШАМКИР  

В СВЕТЕ АРХЕОЛОГИЧЕСКИХ РАСКОПОК 

 

Т.М.ДОСТИЕВ 

 

РЕЗЮМЕ 



 

        


В  статье  на  основе  данных  археологических  раскопок  2007-2014  гг.  исследуется 

благоустройство средневекового города Шамкир. Археологические данные свидетельст-

вуют, что благоустройство средневекового города Шамкир осуществлялось, в основном, 

в  трех  направлениях:  1)  мощение  дворов,  улиц  и  площадей;  2)  возведение  кягризов  и 

прокладка  водопроводов,  обеспечивающие  нужды  горожан  питьевой  водой;  3)  инже-

нерные устройства, поддерживающие на должном уровне санитарно-гигиеническое сос-

тояние города. Высокий уровень городского благоустройства был обусловлен древними 

традициями  градостроительства,  культурными  достижениями,  интенсивными  экономи-

ческими и культурными взаимосвязями, требованиями Ислама. 

 

Ключевые слова: Шамкир, средневековье, благоустройство города, кягриз, кана-

лизационная линия 

 

IMPROVEMENT OF MEDIEVAL TOWN OF SHAMKIR  



IN THE LIGHT OF ARCHAEOLOGICAL EXCAVATIONS 

 

T.M.DOSTIYEV 

 

SUMMARY 

 

The article studies the improvement of the medieval town of Shamkir on the basis of the 

data of the archaeological excavations in 2007-2014 years. Archaeological evidences confirm 

that the improvement of the Medieval town of Shamkir was carried out mainly in three direc-

tions: 1) paved courtyard, streets and squares; 2) the construction of kahrizs and laying of water 

pipes to ensure the needs of residents for drinking water; 3) engineering devices that support 

the appropriate level of sanitary and hygienic conditions in the city. High level of urban devel-

opment was driven by the ancient traditions of urban development, cultural achievements, and 

intensive economic and cultural relationships in the light of Islam.  

 

Key words: Shamkir, Middle Ages, kahriz, hydroconstruction, sewerage 



 

95 

Yüklə 70,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə