Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 220,9 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü220,9 Kb.
#56108


 

12 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 



 

 

UOT 57.04.01 



 

FRAZEOLOJİ VAHİDLƏRİN ARAŞDIRILMASI  

PROBLEMİNƏ DAİR 

 

Q.A.RƏHİMOV 

Bakı Dövlət Universiteti 

rahimlga@bp.com 

 

Frazeoloji vahidl

ərin tədqiq  olunması,  onların  yaranma  və  işlənmə  mexanizminin 

öyr

ənilməsi, digər söz birləşmələrindən fərqli cəhətləri ayırd edilərək frazeoloji vahidlər siste-

minin mü

əyyən olunması böyük elmi-praktik əhəmiyyət daşıyır. Bu, bir tərəfdən frazeologiya-

nın yeni nəzəri məsələlərinin müəyyənləşdirilməsində, digər tərəfdən dərsliklərin və metodik 

göst

ərişlərin tərtib olunmasında elmi və praktik əhəmiyyətə malikdir. Bu mənada frazeoloji 

vahidl

ərin tədqiqinə  alimlərin tətbiq  etdiyi  yanaşma  üsulları  öz  müxtəlifliyi ilə  seçilir. 

M

əqalədə frazeoloji vahidlərin tədqiqi məsələlərinə analitik xülasə verilir.  

 

Açar sözlər: dil, dilçilik, frazeologiya, tipologiya, frazeoloji vahidlər, metod, müqayisə-

li, tədqiq etmək 

 

Frazeologiyanın  leksikoqrafiyanın  bir  hissəsi  deyil,  ayrıca  bir  dilçilik 



fənni olması faktı dilçi alimlərin çoxu tərəfindən etiraf olunmuşdur (1, 7, 10). 

Hazırda frazeoloji səviyyə dil sisteminin səviyyələrindən biri kimi müəyyənləş-

dirilmişdir.  

Elmi əsərlərlə tanışlıq göstərir ki, frazeologiyanın bir sıra problemləri ya 

tamamilə öyrənilməyib, ya da yetərincə araşdırılmayıb. Bu cür öyrənilməmiş və 

ya  az  öyrənilmiş  problemlərə  frazeoloji  vahidlərin  strukturdaxili  xüsusiyyətlə-

rini,  onların  valentliyini,  frazeologizmlərdə  konnotativ  mənaların  keyfiyyət  və 

kəmiyyətini,  frazeoloji  vahidlərin  kökündə  dayanan  obrazları,  müxtəlif  dillərin 

frazeologizmlərinin müqayisəli planda araşdırılmasını və s. aid etmək olar. 

Bir  tərəfdən  müxtəlif  dilşünaslar  tərəfindən  sabit  söz  birləşmələrinin 

intensiv  və  dərindən  tədqiq  edilməsi,  digər  tərəfdən  isə  müxtəlif  dillərin  dil 

faktlarının  müqayisəli  planda  öyrənilməsi  ona  gətirib  çıxarmışdır  ki,  həm 

frazeoloji araşdırmalar, həm də tipoloji tədqiqatlar sahəsində bir neçə təmayül 

yaranmışdır.  Bu  təmayüllərdən  hər  biri  frazeologiyanın  və  tipologiyanın 

problemlərini öz istədiyi kimi yozur (3; 5). Odur ki, dilçi alimlərin fikirləri bəzi 

məsələlərdə uyğun gəlir, bəzi məsələlərdə isə fərqlənir. 




 

13 


Frazeoloji vahidlərin öyrənilməsinə yanaşmaların müxtəlifliyini struktur-

semantik  müxtəliflik,  çoxplanlı  funksional  rol,  ekspressiv-emosional çalarlar, 

istifadə  tezliyi  müəyyənləşdirir.  Yanaşmaların  müxtəlifliyi  frazeologiyanın 

ümu


mi  nəzəriyyəsi  və  yeni  sahələrinin  tədqiqi  üçün,  həmçinin  müxtəlif 

strukturlu  dillərin  frazeoloji  tərkibinin  struktur-tipoloji  araşdırılması  üçün 

mühüm olan yeni aspektlərinin meydana gəlməsinə kömək edir.  

Frazeoloji  vahidlərin  tədqiqində  kontekstoloji  metod,  variasiya  metodu, 

əhatə metodu, frazeoloji applikasiya metodu, təsvir xarakterli metod, frazeoloji 

iden


tifikasiya metodu və s. kimi metodlar tətbiq edilir (1; 3; 8; 4; 5; 6). Müxtə-

lif dillərin müqayisəli-tutuşdurma yolu ilə araşdırılması üçün tətbiq edilən üç me-

toddan (genetik, areal, tipoloji) ən dəyərlisi və geniş yayılanı tipoloji metoddur.  

Genetik (tarixi-

müqayisəli)  metodun  köməyilə  dilçilər  qohum  dillərin 

keçmiş  dövrlərinin  dil  faktlarını  bərpa  etməyə  və  bu  dillərdə  substansional 

xüsusiyyətlərin  (səslənmənin  və  mənanın)  eyni  olmasına  əsaslanaraq qohum 

dillərin bir dildən əmələ gəldiyini müəyyənləşdirməyə çalışırlar.  

Areal  metodu  dil  əlaqələrinin  şərtləndirdiyi  substrat  hadisələrinin  əldə 

edilməsi üçün tətbiq olunur.  

Tipoloji metod öz 

mənşəyindən və genetik əlaqələrindən asılı olmayaraq 

müxtəlif  dillərin  zaman  və  məkan  xaricində  tipoloji  oxşarlıqlarını  müəyyən-

ləşdirmək üçün tətbiq olunur (2; 7).  

Dillərin  müqayisəli-tutuşdurma  metodu  ilə  araşdırılması  sayəsində  dilin 

təfəkkürlə əlaqəsini, tədqiq olunan dillərin sistemində ümuminin, xüsusinin və 

təkcənin dialektik qanunlarını, bir dilin başqa dilə təsir dairəsini, alınma sözləri 

şərtləndirən cəhətləri, onların mənşəyini və s. kimi amilləri müəyyənləşdirmək 

olur. Dillərin müqayisəsi ilə həmin dillərin daşıyıcıları tərəfindən hiss orqanla-

rının  köməyi  ilə  əvvəlcədən  qavranılmış  müəyyən  əşya  və  ya  hadisə  barədə 

anlayışların  kökündə  məhz  hansı  təsəvvürlərin  dayandığını  bilmək,  həm 

keçmişdə, həm də indiki zamanda o dildə danışan xalqların təfəkkür səviyyəsi-

nin  inkişafını  öyrənmək  olur.  Dillərin  müqayisəli-tutuşdurma  metodu  üzrə 

tədqiqinin nəticələri əsasında dilin həm bütövlükdə, həm də ayrıca bir aspekti 

üzrə ümumi nəzəriyyəsini yaratmaq, müəyyən əlamətlər üzrə dillərin təsnifatını 

vermək, bu və ya digər dilin tədrisi üzrə müvafiq metod və üsullar, bir dildən 

başqa dilə tərcümə metodikasını işləyib hazırlamaq, tədris prosesində tələbələr 

üçün  yad  olan  bu  və  ya  digər  dillər  üzrə  dərsliklər,  proqramlar  və  digər 

vəsaitlər tərtib etmək olar. Bu cür tədqiqatların nəticələri nəinki dilçiliyi, həm 

də onunla qohum olan elmləri zənginləşdirir.  

Yuxarıda  qeyd  olunan  metodlar  ənənəvi  tipologiyada  tətbiq  olunur. 

Bunlarla yanaşı, struktur tipologiya metodları da mövcuddur.  

Bizim fikrimizcə, qarşıya qoyulan vəzifə və tədqiqat obyektlərindən asılı 

olmayaraq həm frazeoloji tədqiqatların, həm də tipoloji tədqiqatların yuxarıda 

sadalanan bütün metodları böyük elmi və təcrübi əhəmiyyət daşıyırlar, belə ki, 

bu  metodlar  dilçilik  elmini  yeni  məlumatlarla  zənginləşdirərək  onda  olan 

boşluqları  qarşılıqlı  şəkildə  doldurur  və  bir-birini  tamamlayırlar.  Bu  metod-



 

14 


lardan hər biri tədqiqat üsullarının vahid ailəsində özünün fəaliyyət göstərmək 

və tədqiqat aparmaq qabiliyyətinə görə vətəndaşlıq və birgə yaşamaq hüququna 

malikdirlər.  Ona  görə  də  istənilən  halda  bir  metodun  başqasının  hesabına 

əsassız olaraq mexaniki şəkildə sıxışdırılması və dil faktlarının zənginliyinin və 

müxtəlifliyinin  əvvəlcədən  işlənilib  hazırlanmış  olan  hər  hansı  sxemə  zorla 

salınması araşdırma prosesinin irəliyə hərəkətinin qarşısını kəsə, tədqiqatçıların 

yaradıcılıq imkanlarını məhdudlaşdıra və bizi həqiqətə aparan yoldan döndərə 

bilər.  Digər  tərəfdən,  insanların  əməli  fəaliyyət  çevrəsinin  genişlənməsi  ilə 

onların tədqiqat fəaliyyətinin dairəsi də genişlənir ki, bu da tədqiq edilən həyat 

faktlarına  yeni  yanaşma  tələb  edir.  Faktların  fəaliyyətinə  tətbiq  edilən  yeni 

yanaşma  isə  öz  növbəsində  tədqiqatçılardan  elə  metodların  işlənib  hazır-

lanmasını tələb edir ki, həmin metodlar tədqiq edilən faktların sistemliliyinin 

və  onların  inkişafının  qanunauyğunluğunun  böyük  dəqiqliklə  müəyyənləş-

dirilməsinə imkan yaratsın. Odur ki, yeni metodların meydana gəlməsini inkar 

etmək deyil, alqışlamaq lazımdır. Bu zaman bu və ya digər metodun, bu və ya 

digər  təmayülün  layiqli  cəhətləri  və  çatışmazlıqları  barədə  elmi  cəhətdən 

əsaslandırılmış  mülahizələr  tədqiqatçıları  doğru  yola  yönəldə  və  tədqiqat 

hərəkətimizin  irəliləməsinə  təkan  verə  bilər.  İstənilən  tədqiqatçı  öz  fəaliy-

yətində  bu  xalq  müdrikliyinə  əsaslanmalıdır:  “Bir  fikir  səndən,  bir  fikir 

məndən, birləşdirək – hərəmizin iki fikrimiz olsun”.  

Beləliklə, frazeoloji vahidlərin müqayisəli-tutuşdurma şəklində öyrənilmə-

si nəinki leksikoqrafiya, tərcümə işi və dillərin tədrisi baxımından böyük elmi-

təcrübi əhəmiyyət daşıyır (2; 7; 9), həm də bu dillər və xalqlar arasında müna-

sibətləri araşdıran etnolinqvistika, müxtəlif millətlərin psixi xüsusiyyətlərini və 

sosial-

etik normalarını öyrənən etnopsixologiya kimi elmlər üçün də vacibdir.  



 

ƏDƏBİYYAT 

1.

 



Амосова Н.Н. Основы английской фразеологии. Л.: ЛГУ, 1963, 194 с. 

2.

 



Аракин В.Д. Сравнительная типология английского и русского языков. М.: Физмат-

лит, 2005, 231 с. 

3.

 

Архангельский В.Л. Методы фразеологического исследования в отечественном язы-



кознании  [60-е  годы  ХХ  в.]  //  сб.  «Вопросы  лексики  и  фразеологии  современного 

русского языка». Ростов-на-Дону, 1968, с. 75-79. 

4.

 

Жуков В.П. Русская фразеология. М.: Высшая школа, 1986, 400 с. 



5.

 

Копыленко М.М., Попова З.Д. Очерки по общей фразеологии: Проблемы, методы, 



опыты. Воронеж, 1978, 139 с. 

6.

 



Кунин А.В. Основные понятия английской фразеологии как лингвистической дисцип-

лины и создание англо–русского фразеологического словаря. М.: АДД, 1964, 48 с. 

7.

 

Мамедли А.М. Сопоставительный анализ русской и азербайджанской фразеологии. 



Баку: АДД, 1996, 37 с. 

8.

 



Тагиев М.Т. Глагольная фразеология современного русского языка. Баку: Маариф, 1966, 

250 с. 


9.

 

V



əliyeva N.Ç. Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili (ingilis, Azərbaycan və 

rus dill


ərinin materialları əsasında). Bakı: DD, 2004, 35 с. 

10.


 

Виноградов В.В. Основные понятия русской фразеологии как лингвистической дис-

циплины. Труды юбил. науч. сесс. ЛГУ, сек. ФН, Л., 1946, с. 45 - 69.  



 

15 


К ПРОБЛЕМЕ ИЗУЧЕНИИЯ ФРАЗЕОЛОГИЧЕСКИХ ЕДИНИЦ 

 

Г.А.РАГИМОВ 

 

РЕЗЮМЕ 

 

Структурно-семантическое  разнообразие,  многоплановая  функциональная  роль, 

экспрессивно–эмоциональная окраска фразеологизмов предопределяют множество под-

ходов к изучению фразеологических единиц и каждый из них по своему толкует те или 

иные проблемы фразеологии. Поэтому в одних вопросах мнения исследователей сходят-

ся, а в других вопросах они расходятся. 

 

Ключевые слова: язык, языкознание, фразеология, типология, фразеологические 

единицы, метод, сравнительный, исследовать 

 

 

 

THE STUDY OF THE PHRASEOLOGICAL UNITS 

 

G.A.RAHIMOV 

 

SUMMARY 

 

There are variety of approaches to studying of the phraseology based on the structural-

semantic nature, multidimensional functional role, emotional colouring of the phraseological 

units. Each of them interprets the problems of phraseology on their own way. Therefore opin-

ions of researchers in one of the issues converge, but in the others vary. 

 

Key words: language, linguistics, phraseology, typology, phraseological units, method, 

comparative, to investigate  



 

Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə