Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 75,9 Kb.

tarix20.08.2018
ölçüsü75,9 Kb.


 

174 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 



 

 

UOT 327; 339,9 

 

 

AZƏRBAYCAN MƏTBUATINDA TÜRKÇÜLÜYÜN TƏBLİĞİ  



(1918-1920-

ci illər) 

 

Z.A.M

İRZƏYEVA  

Bakı Dövlət Universiteti 

emirati01@mail.ru 

                                                                                                                         

Sovet  dövründə  qardaş  Türkiyə  düşmən  bir  ölkə  kimi  təbliğ  edilib.  1990-cı  ildən  üzü 

bəri müstəqilliyimizi yenidən bərpa etdikdən sonra, hər sahədə olduğu kimi mətbuatla da bağlı 

qaranlıqlara işıq salındı. Azərbaycan mətbuatının tədqiqatçıları 1918-1920-ci illər baş verən 

siyasi-

ictimai,  ədəbi-mədəni  hadisələri  tədqiqata  cəlb  etdilər.  Məlum  oldu  ki,  bu  dövrdə 

Azərbaycanda mətbuatın, maarifin, mədəniyyətin inkişafında qardaş Türkiyənin çox böyük rolu 

olub.  Azərbaycanın  tanınmış  jurnalistləri,  publisistləri  Türkiyənin  tanınmış  qələm  əhli  ilə 

müntəzəm olaraq əlaqələr yaradıb və birgə mübarizə aparıblar. 

 

Açar sözlər: türkiyəli yazarlar, türkçülük ideologiyası, əks-təbliğat, müasir tədqiqatlar, 

dövrü mətbuat, ədəbi əlaqələr   

 

Yola  saldığımız  XX  əsrin  əvvəlləri  də,  sonu  da  Azərbaycanda,  onun 



ətrafında və bütövlükdə dünyada gedən siyasi proseslərin mürəkkəbliyi ilə xa-

rakterizə olunur. İctimai şüurda gedən keyfiyyət dəyişmələri siyasi münasibət-

lərin və siyasi təşkilatların keyfiyyətcə dəyişməsini tələb edirdi. Bu proses XX 

əsrin  əvvəllərində  müstəmləkə  zülmü  altına  düşmüş  xalqların  həyatında  və 

milli  şüurunda  oyanışa  səbəb  oldu.  Bu  oyanışdan  Azərbaycan  ziyalıları  da 

bəhrələnmək üçün xalqın azadlığı uğrunda mübarizəyə qalxdılar. Bu mübarizə 

daha  çox  mətbuatda,  ideoloji  sahədə  özünü  büruzə  verdi.  Çünki  bu  dövrdə 

Azərbaycan ziyalıları jurnalistikanın köməyi ilə romantik maarifçilikdən realist 

maarifçilik  səviyyəsinə  yüksəldi.  Cəmiyyətdə  siyasi  maariflənmə  prosesinin 

ba

şlanması,  demokratik  ideyaların  yayılması  ən  çox  bu  dövr  mətbuatının 



fəaliyyəti ilə bağlıdır.   

Beləliklə, uzun illərin gərgin siyasi, ədəbi mübarizəsinin nəticəsi olaraq 

XX əsrin ikinci onilliyində 1918-ci il may ayının 28-də Azərbaycan istiqlaliy-

yəti  elan  oldu.  Bu  Azərbaycan  xalqının  tarixində  və  taleyində  mühüm 

əhəmiyyət  kəsb  edən  hadisə  idi.  Lakin  ölkədəki  ağır  siyasi-iqtisadi  vəziyyət 

demokratik  respublikanı  çətin  problemlərlə  üz-üzə  qoydu.  Gənc  Azərbaycan 

dövl

əti  bir  tərəfdən  beynəlxalq  dəstək  qazanmaq,  dünya  dövlətləri  tərəfindən 




 

175 


tanınmaq, ölkənin siyasi müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü 

qoru


maq, digər tərəfdən isə ölkədə iqtisadi-mədəni inkişaf proqramını həyata 

keçir


mək  üçün  gərgin  fəaliyyət  göstərirdi.  Rusiya  imperiyası  başda  olmaqla 

digər ölkələrin də Azərbaycana, onun gənc demokratik dövlətinə münasibəti o 

qədər də yaxşı deyildı. Demokratik Respublika iqtisadi çətinliklərlə və mürək-

kəb beynəlxalq vəziyyətlə üzləşdiyi bir zamanda Azərbaycanı  ilk tanıyan və 

ona  hər  bir  siyasi-iqtisadi,  hərbi  sahədə  yardım  edən  Türkiyə  Respublikası 

oldu.  


Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  müasir 

dövrdə mədəni-iqtisadi, siyasi əlaqələrimizin mövcudluğu bu sahədə varisliyin 

təcəssümüdür. Türkiyə Azərbaycan respublikaları arasında bu əlaqələr daha da 

güclənməlidir.  Xüsusilə  əsası  1918-ci  ildən  qoyulmuş  mədəni  əlaqələr,  o 

cümlədən geniş təbliğata malik olan KİV arasındakı münasibətlər daha da ge-

nişləndirilməlidir.  Çünki  “Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünün jurnalis-

tikası özünün inkişaf meylləri və tipoloji xüsusiyyətlərinə görə mühüm mərhələ 

təşkil  edir.  1918-1920-ci  illər  jurnalistikamızın  inkişafı  üçün  səciyyəvi olan 

bütün xüsusiyyətləri, demək olar ki, özündə əks etdirir. Həmin mərhələdə ölkə-

mizdə mətbuatın inkişafına dəstək olan qüvvələrdən biri də türkiyəli ziyalılar 

idi” [4, 43]. 

Ulularımız çox yaxşı deyiblər ki: “İndinin kökü keçmişdədir və keçmiş 

gələcəyin  iynəsidir”.  Bu  “tarixi  keçmişimizi,  kökümüzü  dəqiq  və  dürüst 

öyrənməyin  ən  mötəbər  mənbələrindən  biri-zamanın  kollektiv  yaddaşı  hesab 

edilən mətbuatdır” [3, 23] söyləyən prof. Şirməmməd Hüseynov çox haqlı ola-

raq onları “əvəzsiz mənbə” adlandırır.            

Gənc  tədqiqatçı  alim  Q.Dünyamin  qızı  “Mətbuat  tariximizdən”  adlı 

məqaləsində bu haqda fikirlərini belə qeyd edir: “1918-1920-ci illər Azərbay-

can ictimai-

siyasi  həyatında  çox  şərəfli  və  eyni  zamanda  da  təlatümlü  bir 

dövrdür.  Bu  dövrdə  Azərbaycan  milli  mətbuatı  öz  səhifələrində  əsasən 

türkçülük ideyalarını təbliğ etməklə oxucularının qəlbinə yol tapdı” [9, 4].  

1918-1920-

ci illərdə Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşı 

inkişaf  etməsində  hər  iki  qardaş  olkənin  yaradıcı  ziyalıları  və  onların  idarə 

etdiyi  mətbuat  orqanları  çox  mühüm  rol  oynadı.  Bu  gün  çoxillik  mətbu  irsi-

mizin ən şərəfli dövrünü əks etdirən, 1918-1920-ci illər fəaliyyətdə olan, milli 

ruhlu mətbu orqanlarını zəngin, qiymətli və əvəzsiz mənbə saymaq olar. Ümid 

edirik ki, tarixçilərimiz, xüsusilə də mətbuat tarixi ilə məşğul olan tədqiqatçı 

alimlərimiz bu qaranlıq səhifələrin açılmasında və ictimayyətə catdırılmasında 

öz xeyirxah missiyalarını davam etdirəcəklər. Tariximizin az öyrənilmiş 1918-

1920-


ci illər Türkiyə-Azərbaycan münasibətləri bu gün daha ətraflı öyrənilməli 

və  tədqiq  edilməlidir.  Çünki  tarixdə  olduğu  kimi,  bu  gün  də  qardaş  Türkiyə 

hökuməti  və  xalqı  Azərbaycan  dövlətinin  müstəqilliyini  və  suverenliyini 

dəstəkləyərək hər an ona qayğı göstərir. Bununla da Mustafa Kamal Atatürkün 

“Türk  gənclərinə”  müraciətində  söylədiyi:  “Türkün  dostu  türk  özüdür”  kimi 

müqəddəs kalamına sadiqliyini bildirir. 




 

176 


Bildiyimiz kimi, XX əsrin əvvəllərində türkçülük-turançılıq ideyalarının 

geniş  təbliğində  milli  mətbuatımız  önəmli  rol  oynamışdır.  Bu  ideologiyanın 

türk xalqları arasında təbliğ edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin 

liderləri  1918-1920-ci  illər  ərzində  ölkəmizdə  bir  çox  islahatlar  həyata 

kecirmişlər. Hökumət Bakıda ilk olaraq “Türk ocağı” adlı cəmiyyət təşkil edir 

[4,  134]. 

Onu  da  qeyd  edək  ki,  bu  ocaq  ilk  olaraq  1911-ci  ildə  İstanbulda 

yaradılır  (Bu  zaman  İstanbulda  yaşayan  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  və 

M.Ə.Rəsulzadə də “Türk ocağı”nda çalışmışlar). Bakıda da eyni adlı xeyriyyə 

cəmiyyəti  1918-ci  il  sentyabrın  24-də  yaradıldı.  Cəmiyyət  öz  fəaliyyətində 

əsasən  maaarifin,  mədəniyyətin,  ədəbi  mühitin  təbliğinə  yer  verirdi  (heç  də 

təsadüfü deyil ki, 1919-cu ildə Azərbaycanda “Yaşıl qələm” ədəbi birliyi yara-

dılarkən  “Ədəbi  yurd”,  Ədəbi  gecə”,  “Müsəlman  ədibləri  dərnəyi”,  “Nicat” 

cəmiyyətləri  ilə  yanaşı  “Türk  ocağı”  cəmiyyəti  də  ona  birləşmiş  və  birgə 

fəaliyyət göstərmişlər). Cəmiyyətin təşkil edilməsində dövrün tanınmış yazar-

la

rından Abdulla Şaiq, Əhməd Cavad və Tağı Nağızadə ilə birlikdə türkiyəli 



yazar

lardan Məmməd Əmin Yurdaqulu, Əhməd Kamal yaxından iştirak etmiş-

lər. Dövrü mətbuat bu ocağın məqsəd və məramını öz səhifələrində geniş işıq-

landıraraq  alqışlayırdı. “İstiqlal”,  “Bəsirət”,  “İttihad”,  “Kaspi”,  “Azərbaycan” 

qəzetlərində  cəmiyyətin  məqsəd  və  məramını  əks  etdirən  məqalələr,  xəbərlər 

çap olunurdu

. “Azərbaycan” qəzeti 1918-ci il 6 noyabr tarixli 32-ci sayında bu 

haq


da ətraflı məlumat verirdi. Türk ədibi Rövşən Əşrəf bəyin 1918-ci ildə Ba-

kıya gəlməsi münasibətilə şair Ə.Cavadın “Rövşən Əşrəf bəy” adlı məqaləsin-

də Türk-Azəri ədəbi əlaqələrini daha da inkişaf etdirmək zərurətindən bəhs olu-

nur: “Osmanlı türkünü tanımaq bizə bir ehtiyacdır. Yazıq ki, onlar kəndini bizə 

tanıtmaq üçün pək ağır davranırlar və bizi tanımaq üçün gec hərəkət ediyorlar” 

[7, 4]. 


Çox qısa bir vaxtda ocaq öz fəaliyyəti ilə cəmiyyətin diqqətini cəlb etdi. 

Belə ki, Azərbaycanda türk xalqlarının milli ruhda tərbiyyəsinə, elmi, ictimai 

və  mədəni  tərəqqisinə  nail  olmaq  məqsədilə  bir  çox  xeyriyyə  işləri  həyata 

keçirmişdir. Əsasən milli ruhlu və milli ideyaların təbliği üçün həyata keçirilən 

bu  xeyriyyə  tədbirləri  “Türk  gəncliyi”  adlanırdı.  Burada  türk  xalqlarının 

musiqisinə,  ədəbiyyatına,  mədəniyyətinə,  adət-ənənəsinə  geniş  yer  verilirdi. 

“Azərbaycanın müstəqilliyi”, “Azərbaycan-Türkiyə qardaşlığı”, “Milli birlik”, 

Türk  qadınının  vəfası”,  “Turan  dünyası”  və  s.  mövzuda  tamaşalar,  “Türkün 



bir

liyi”, “Atəşgah”, “Şərq salonları” kimi sərgilər nümayiş etdirilirdi. Azərbay-

can  hökumətinin  üzvləri,  tanınmış  jurnalistlər,  publisistlər  və  digər  siyasi 

xadim


ləri  həmin  tədbirlərin  həyata  keçirilməsində  yaxından  kömək  etməklə 

yanaşı,  həm  də  daimi  iştirakçıları  idilər.  Ona  görə  də,  bu  tədbirlərin  həyata 

keçirilməsində  və  təbliğində  o  dövrün  milli  ruhlu  mətbuatı  aparıcı  rol  oyna-

yırdı.  Bu  məqsədlə  mətbuatda  “Türk  dünyası”,  “Türk  şərqiləri”,  “Türk  duy-

ğuları”, “Türkün dərdi” kimi rublikalar daimi olaraq fəaliyyət göstərirdi.  

Yuxarıda  da  qeyd  etdik  ki,  bu  mətbu  orqanları  arasında  “Azərbaycan” 

qəzeti daha çox fərqlənirdi. Qəzetdə “Türk əsgəri” adlı ayrıca guşə var idi ki, 



 

177 


burada türk əsgərinin döyüş rəşadətindən, vətənpərvərliyindən, cəngavərliyin-

dən  bəhs  edən  poetiq  duyğular  intensiv  şəkildə  verilirdi.  Əhməd  Cavadın 

“Qardaş”, Abdulla Şaiqin “Vətənin yanıq səsi”, Gəncəli Davudun “Əsgər şeir-

ləri”,  “Azərbaycan  ordusu”,  “Bir  əsgərin  dilindən”,  Ümid  Gəncəlinin  “Azər-

baycan  vətən  şərqisi”,  Əli  Yusifin  “Əsgər  qardaşlarıma”,  “Əsgər  anasına”, 

Ümgülsüm  Seyidzadənin  “Bir  mayis  günündə”  əsərlərində  milli  istiqlalın 

qorunub saxlanmasında türk qardaşlarımızın xeyirxahlığı vəsf edilirdi.  

1919-


cu  ildə  Gəncədə  fəaliyyətə  başlayan  “Türk  mütəllimlər  cəmiy-

yəti”nin  orqanı  olan  “Əfkari-mütəllimin”  jurnalında  türkiyəli  yazarların  da 

imzaları ilə rastlaşdıq. Onlar gənc respublikanın ideyalarını hər sahədə dəstək-

lədiklərini  və  onlara  yardımcı  olmalarını  dönə-dönə  məqalə  və  yazılarında 

qeyd edirdilər.             

1919-cu 


ildə  Bakıda  yayımlanan  “Tamaşa”  adlı  qəzet  də  oxucuların 

sevimli mətbu orqanlarından biri idi. Lakin bu qəzet Bakıda deyil, Türkiyədə 

çap olunaraq gətirilirdi (Azərbaycanlı müəlliflərin yazıları burada hazırlanaraq 

çap  üçün  oraya  aparılırdı).  Qəzetin  əməkdaşları  həm  Türkiyədə,  həm  də 

Azərbaycanda tanınmış jurnalistlər və publisistlər idi. “Tamaşa” qəzeti həmin 

dövrdə çap olunan mətbuat orqanlarından fərqli olaraq heç bir siyasi ideologi-

ya

nı dəstəkləmirdi. Yalnız Türkiyə və Azərbaycan musiqisindən, ədəbiyyatın-



dan, teatrının inkişafından bəhs olunan yazılar verirdi. Burada teatr tamaşaları 

haqqında yazılan resenziyalar üstünlük təşkil edirdi.  

Bu zaman ölkəmizdə də Türkiyədən gəlmiş bir neçə jurnalist, publisist, 

şair  və  ədib  müxtəlif  mətbuat  orqanlarında,  cəmiyyətlərdə  çalışırdılar. Onlar-

dan  dövrü  mətbuatda  daha  çox  Ürfan  Qaraosmanın,  Əhməd  Kamalın,  Əli 

Kamilin, Məmməd Əmin Yurdaqulunun, Tofiq Fikrətin, Rövşən Əhmədin im-

za

ları ilə rastlaşırdıq. Onların dəsdəyi ilə mətbuatda türk mədəni inteqrasiyası-



nın  təşkili  məqsədilə  keçirilən  tədbirlər,  xeyriyyə  gecələri  bu  işin  inkişafına 

daha da təkan verirdi.             

Onu da qeyd edək ki, o zaman Azərbaycan teatr səhnəsinin də zənginləş-

məsində  türkiyəli  yazarların  rolu  olmuşdur.  Bu  haqda  məlumat  almaq  üçün 

yenə  “Azərbaycan”  qəzetinə  diqqət  yetirək.  Qəzet  yazırdı:  “Səhnəmiz  teatro 

əsərlərindən xeyli kasıb və yoxsul olduğunu nəzərə almaqla, yazıb möhtərəm 

cəmaətdən  və  səhnə  həvəskarlarından  xahiş  edirik  ki,  hər  kəsdə  Türkiyə  ya-

zıçlarının  əsəri  və  İstanbul  təbii  teatro  kitabı  varsa,  tamaşaya  qoymaq  üçün 

aşağıdakı ünvan ilə müdriyyətimizə təşrif gətirib şərti məlum etməklə səhnə-

mizə müavinət bulunsun” [6, 3].           

Qəzetin  bu  müraciətindən  sonra  1918-ci  il  oktyabrın  26-da  “Hacıbəyli 

qardaşları”  truppasının  ilk  tamaşalarından  biri    türkiyəli  yazar  Şəmsəddinbəy 

Saminin  “Kaveyi-

ahəngər”  əsəri  oldu.  Tamaşanın  uğurlu  taleyi  haqqında 

dövrü mətbuatda maraqlı resenziyalar çap edilmişdir.   

1919-cu il avqustun 22-

də  “Türk  aktyorlar  ittifaqı”  ilə  “Hacıbəyli  qar-

daşları”  müdriyyətinin  birgə  iclası  keçirildi.  İclasda  Azərbaycanda  səhnə 

problemləri müzakirə edilmiş, sənətçilər yetişdirmək məqsədilə dörd şöbədən 



 

178 


ibarət “Bədaye kurs” təsis edilməsi qərara alınmış və Türkiyədən kursda dərs 

demək  üçün  müəllimlər  dəvət  edilmişdir”  [8,  3].  Əslində  Türkiyədən  dəvət 

edilmiş müəllimlər yalnız bu kurslarda deyil müxtəlif məktəblərdə də tədrisin 

inkişafı üçün əllərindən gələni əsirgəməmişlər.  

Yarandığı  gündən  cəmi  3  ay  sonra  gənc  respublika  hökuməti  daxili 

iqtisadi-

siyasi  vəziyyətin  çətinlikləri  sahəsində  yoxsul  büdcə  hesabına  tədris 

müəssələrinin  maadi-texniki  bazasını  möhkəmləndirmək  üçün  xeyli  vəsait 

ayırmışdır.  1918-ci il avqustun 28-də  hökumətin  və  Parlamentin  milli  təhsil 

konsepsiyasını  həyata  keçirmək  üçün  Türkiyəyə  nümayəndə  göndərildi  və 

oradan  respublikamızın  tədris  müəssisələrində  dərs  demək  üçün  50-yə  qədər 

müəllim dəvət edildi. Bu dəvətdən az sonra onlar məktəblərimizdə fəaliyyətə 

başladılar və bunun böyük əhəmiyyəti haqqında dövrün tanınmış publisistlərin-

dən  Üzeyir Hacıbəylinin,  Hacı  İbrahim  Qasımovun,  Mirzə Bala  Məhəmməd-

zadənin, Səməd Mənsurun, Əliabbas Müznibin məqalələrində ətraflı məlumat 

verilirdi. 

Müəllimlərin ölkəmizə dəvət edilməsi ilə yanaşı gənc respublika qardaş 

ölkəyə  100-ə  yaxın  müxtəlif  ixtisaslara  yiyələnmək  üçün  tələbə  göndərməyi 

qərara alır. Bu haqda M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycan gəncliyini elm və 

texnika  əsrinə  hazırlamaq  üçün  100-ə  yaxın  tələbənin  müxtəlif  texniki 

sahələrdə təhsil alması üçün İstanbula yollanması qərara alınmışdır” [5, 43]. 

A

rxiv  materialları  və  dövrü  mətbuatla  tanışlıq  bir  daha  əmin  edir  ki, o 



zaman  Türkiyənin  Azərbaycana  hər  sahədə  yardımı  və  qayğısı  olub.  İstər 

ölkəmizdə  mətbuatın,  istərsə  də  ədəbi-mədəni  mühitin  inkişafında  türkiyəli 

ziyalıların əməyi hər an hiss olunur. Bütün bunlarla yanaşı 1918-1920-ci illərdə 

Azərbaycan xalqının tale yüklü məsələlərində də Türkiyənin qayğısı və sayğısı 

daha  önəmli  olub.  1918-ci  ildə  Bakının  qurtuluşu,  milli  ordunun  yaranması, 

dövlətin beynəlxalq aləmdə tanınması kimi ağır və çətin məsələlərin həlli üçün 

xalqımız bu gün də Türkiyənin xeyirxahlığını unutmayıb. Millətin, demokratik 

dövlətin  taleyi  həll  olunan  bir  vaxtda  qardaş  Türkiyə  Silahlı  Qüvvələri 

Azərbaycana xilaskar əlini uzatdı. Bu ordu Azərbaycana “1918-ci ilin iyunun 

4-

də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı 



dostluq müqaviləsi”nin [2, 50] imzalanması prosesindən sonra gəldi.  

Azərbaycana hərbi sursatla gələn ordu haqqında o zaman  Hüseyn Bay-

kara  “Türkiyənin  Azərbaycana  hərbi  yardımı”  adlı  məqaləsində  bu  yardımın 

“110  zabit,  2763  əsgər,  668  heyvan,  2092  tüfəng,  16  dəzgahlı  pulemyot, 4 

güclü dağ topu”ndan ibarət olmasını bəyan edirdi  [1, 145].  

1918-ci ilin 15 

sentyabr  günü  Bakının  qurtuluşu  kimi  tarixə  düşdü. 

Azərbaycanda  çap  olunan  milli-ruhlu  mətbuat  bu  şad  xəbəri  çox  böyük 

sevinclə  qarşıladı  və  öz  səhifələrində  bəyan  etdi.  “Azərbaycan”,  “İstiqlal”, 

“Bəsirət”  qəzetləri  bu  münasibətlə  xüsusi  nömrələr  buraxdılar.  Həmin  xüsusi 

buraxılışlarda Türkiyə əsgərlərinin, zabitlərinin rəşadətli döyüş qabiliyyətlərini 

vəsf edən onlarla məqalələr, şeirlər, poemalar çap olundu. Ə.Cavadın, H.Cavi-

din, Ümmu

gülsüm  xanımın,  C.Cabbarlının,  M.Hadinin,  A.Şaiqin,  A.Səhhətin 




 

179 


şeirləri, M.Ə.Rəsulzadənin, M.B.Məhəmmədzadənin, Ü.Hacıbəylinin, C.Hacı-

bəylinin,  F.Ağazadənin,  Ş.Əfəndizadənin  publisistik  məqalələrində  bu  böyük 

şadyanalıq  üçün  iftixarla  Türk  ordusuna  xalq  adından  minnətdarlıq  edirdilər. 

Dövrün tanınmış publisisti Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetində yazırdı: 

“Qədir bilən Azərbaycan xalqı türk silahlı qüvvələrinin öz doğma qardaşları ilə 

birgə  Bakını  azad  etmək  uğrunda  göstərdiyi  qəhrəmanlığı  heç  bir  zaman 

yaddan çıxarmayacaq” [6, 4]. 

Deməli hər sahədə olduğu kimi ordu quruculuğunda da Türkiyə o zaman 

Osmanlı  dövləti  Azərbaycandan  yardımını  əsirgəmədi.  Ölkədə  milli nizami 

ordu  yaratmaq,  ordunu  milli  zabit  kadrları  ilə  təmin  etmək  üçün  hərbi  təhsil 

müəssələrinin  yaradılması  məqsədilə  1918-ci  ilin  iyun  ayında  Gəncədə  hərbi 

məktəb yaradıldı. Burada hərbi kadırların hazırlanması üçün Azərbaycana türk 

zabitləri dəvət olundu.  

Azərbaycan  Demokratik  Respublikasının  ordu  quruculuğu  siyasətində 

milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa, bağlılıq duyumu əsas prin-

sip


lərdən biri idi ki, dövrü mətbuat da bunu  geniş şəkildə təbliğ edirdi. 

Unutmayaq ki, bir əsrdən çoxdur ki, Azərbaycanın uzaqgörən, dünyagö-

şlü  qələm  və  kalam  sahibləri,  xalqımızın  ictimai-siyasi  hadisələrinin  tarixi 



haq

qında çox dəyərli fikirlər söyləmiş, məsləhətlər vermişlər. Azərbaycan xalqı 

isə uzun illər bu mənəvi xəzinədən xəbərsiz qalmışdır. Çünki sovet dövründə 

qanı-qanımızdan,  canı-canımızdan  olan  Türkiyə  dövləti  bizə  düşmən  kimi 

təbliğ edilmişdir. Nəticədə xalq uzun illər öz dostunu-düşmənini tanımamış və 

soy-


kökündən,  kecmişindən,  dünənindən  uzaq  düşmüşdür.  Burada  yenə  də 

Azərbaycan  mətbuatının  görkəmli  tədqiqatçısı  prof.  Ş.Hüseynovun  sözlərini 

xatırlatmaq yerinə düşərdi. O, yazır ki: “Düşmənini tanımayan, öz torpağını və 

ulusunu  qorumağa  hazırlaşmayan  ölkə  məhvə  məhkumdur”  [3,  103].  Bu 

aksiomadır.  Bu  fəlakətdən  xalqımızı  qurtarmaq  üçün  tariximizi,  kecmişimizi, 

dos


tumuzu  və  düşmənimizi  tanımağın  vaxtı  catıb.  Gənc  nəsil  bundan mütləq 

hali olmalıdır. Bunun üçün mütəmadi olaraq Azərbaycan və Türkiyə mətbuatı 

tari

xinin tədqiqatçıları elmi əsərlər, məqalələr yazaraq ictimaiyyəti bilgiləndir-



məlidirlər. 

 

ƏDƏBİYYAT  

1.

 

Baykara Hüseyn. Az



ərbaycan İstiqlal Mübarizəsi Tarixi. Bakı: Azərnəşr, 1992, 276 s. 

2.

 



Əhmədov Hikmət. Azərbaycan  demokratik  Respublikası  Hökumətinin  milli  ziyalı 

kadrlarının hazırlanması sahəsində fəaliyyəti (1918-1920-ci illər). Bakı: Elm və təhsil, 

2010, 166 s.           

3.

 



Hüseynov Şirməmməd. Milli haqq və ədalət axtarışında. Bakı: Adiloğlu, 2004, 418 s. 

4.

 



Quliyeva Q

ərənfil. Cümhuriyyət dövründə  Azərbaycan mətbuatı  (1918-1920-ci illər) 

Bakı: Elm, 2011, 216 s. 

5.

 



R

əsulzadə Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 111 s. 



Qəzetlər 

6.

 



“Az

ərbaycan”  qəzeti, 1918, 5 oktyabr  




 

180 


7.

 

“Az



ərbaycan” qəzeti, 1918, 6 noyabr  

8.

 



“Az

ərbaycan” qəzeti, 1919, 3 sentyabr  

9.

 

“Az



ərbaycan” qəzeti, 1998, 29 mart  

 

ПРОПАГАНДА ТЮРКИЗМА В ПЕЧАТИ  



АЗЕРБАЙДЖАНА (1918-1920гг.) 

 

З.А.МИРЗОЕВА 

 

РЕЗЮМЕ 

 

В советский период братская Турция преподносилась нам как враждебная страна. 



Начиная с 90-х годов ХХ века, с восстановлением независимости также как и в других 

областях пролился свет на законы о печати. Исследователи печати Азербайджана смогли 

привлечь к анализу политические, общественные, культурные и литературные события, 

происходившие в 1918-1920гг. Стало ясно, что в этот период в развитии печати, культу-

ры,  просвещения    Азербайджана  братская  Турция  сыграла  большую  роль.  Известные 

журналисты и публицисты Азербайджана налаживали творческие связи с видными дея-

телями печати Турции и вели совместную борьбу. 

 

Ключевые  слова:  публицисты  Турции,  идеология  тюркизма,  контрпропаганда, 

современные исследования, периодическая печать, литературные связи 

 

PROPAGANDATION OF TURKISH IN THE  

AZERBAIJAN

İ PRESS (1918-1920 y.) 

 

Z.A.MIRZAYEVA  

 

SUMMARY 

 

During the Soviet Union our beloved neighbour Turkey was presented to us an enemy 



country. Since 1990, after regaining our independence some problems of press were lightened 

again. The investigators of Azerbaijani press began to investigate political and public, literary 

and cultural problems of the events of 1918-1920. It appeared that Turkey had prominent roles 

in the development of press, enlightenment and culture in Azerbaijan those years. The famous 

Azerbaijani journalists, publicists created new links with Turkish writers and poets and always 

struggled together for their aims. 



 

Key words:  Turkish writers, Turkish ideology, contrary,  propagate, in contemporary 

investigations, periodical, literary links 



 

: Xeberler%20Jurnali -> Humanitar%20%202013%20%201
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Ba ki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%201 -> №1 Humanitar elmlər seriyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə