Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial



Yüklə 89,2 Kb.
Pdf görüntüsü
tarix23.02.2018
ölçüsü89,2 Kb.
#27531


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2014 

 

 



 

 

POLİTOLOGİYA 



 

 

UOT 342.34 

 

SİYASİ DEMOKRATİKLƏŞMƏNİN SOSİAL-SİYASİ DƏYƏRLƏRİ 



 

E.B.HACALIYEV 

AMEA-

nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

elnurhacali@mail.ru 

 

Məqalədə siyasi demokratikləşmə şəraitində həyata keçirilən sosial-siyasi və mədəni–



mənəvi  tədbirlərin  əhəmiyyəti,  xüsusilə  bu prosesin sosial-siyasi  dəyərləri  təhlil  olunur  və 

kontekstdə demokratik siyasi rejimin qeyri-demokratik rejimlərdən üstünlükləri üzə çıxarılır

 

Açar  sözlər:  siyasi  demokratikləşmə,  sosial-siyasi  dəyərlər,  siyasi  rejim,  demokratik, 

ictimai rəy 

 

Demokratiya problemi xeyli vaxtdır ayrı-ayrı dövlətlərin və xalqların son 



dərəcə əhəmiyyət verdiyi çox əhəmiyyətli məsələ kimi nəzərə çarpır. XX əsrin 

sonları  və  XXI  əsrin  əvvəllərində  posttotalitar  inqilab  ölkələrin  böyük  qrup-

larında  demokratiyaya  yol  açmaqla  və  dünyanın  siyasi  mənzərəsini  dəyişdir-

məklə,  «qlobal  demokratikləşmə»  haqqında  mülahizə  yürütməyə  imkan 

yaratmışdır. 

İdarəetmənin  liberal-demokratik  sisteminin  formalaşması  və  təkamülü-

nün  başlıca amilləri  və  mərhələləri, eləcə də demokratiya  ideyası  bütövlükdə 

vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlətin  formalaşması  və  təkamülünün  ən 

mühüm  məqamları  ilə  üst-üstə  düşür.  Bundan  əlavə,  bu üç komponentin 

məcmusu liberal demokratik ictimai-siyasi sistemin əsasını təşkil edir. 

Bu kontekstdə liberalizm, xüsusilə başlanğıc mərhələsində idarəetmənin 

demokratik  formasının  və  hüquqi  dövlətin  formalaşması  və  qərarlaşmasına 

daha  böyük  töhfə  bəxş  etmişdir.  Lakin  müasir  demokratiya  qətiyyən  libera-

lizmə  müncər  edilə  bilməz.  Müasir  demokratiyanın  formalaşmasına,  xüsusilə 

XX əsrdə digər ideya-siyasi cərəyanlar da əhəmiyyətli töhfə bəxş etmişdir. 

Müasir 


demokratiya mənafelərin nümayəndəliyi kimi səciyyələnir. Bütün 

vətəndaşlar  siyasi  həyatın  iştirakçıları  olmaq  etibarilə,  demokratik  dövlətdə 

bərabər hüquqludur. Bərabərlik iki cür – qanun qarşısında bərabərlik və siyasi 

 

90 




hüquq  bərabərliyi  kimi  səciyyələnir.  Əmlak  vəziyyətindən  və  vəzifəsindən, 

ictimai  mövqeyindən  asılı  olmayaraq  hamı  qanun  qarşısında  bərabər  hüquq-

ludur.  İnsanın  cəmiyyətdə  tutduğu  mövqedən  onu  əxlaqi  məsuliyyəti  daha 

yüksəkdir, çünki  hər  bir  fərdin qanuna qarşı  laqeydliyi qanunçuluğa  və  xeyli 

insanın hüquq qaydalarına inamını aradan qaldırır. 

Qeyd  etmək  vacibdir  ki,  yeni  Avropa  siyasi  fikri  demokratiyaya  siyasi 

təşkil  forması  prinsipini  əlavə  etdi.  Əlbəttə,  uzun  və  qədim  tarixə  maik  olan 

demokratiyanı  Qərb  sivilizasiyasının  nəticəsi  kimi  dəyərləndirmək  olar.  De-

mokratiya anlayışının məzmununun dəyişilməsi ilə bağlı bu anlayışdan nəinki 

dövlətə  hakimiyyətə  münasibətdə,  eləcə  də  lokal  sosial  və  siyasi  birliklərə  – 

şəhər, kənd, istehsalat kollektivləri kimi birliklərə münasibətdə istifadə olundu. 

Müasir demokratik dövlət hüquqi dövlət kimi  başa düşülür, çünki praktikada 

hakimiyyətin  bölünməsi  prinsipi  həyata  keçirilir  və  vətəndaşların  hüquq  və 

azadlıqları müdafiə edilir. 

Vətəndaşların demokratik dövlətlərdə ümid bəslədiyi hüquq və azadlıqlar 

onlar


ın seçmək və seçilmək hüququ, öz rəyini azad surətdə ifadə etmək, siyasi 

partiyalar,  digər  ictimai-siyasi  təşkilatlar,  həmkarlar  ittifaqları  yaratmaq,  mi-

tinq

lər, yığıncaqlar və nümayişlər keçirmək və b. hüquqları ilə səciyyələnir. Ən 



sarsılmaz  demokratik  azadlıqlardan  biri  söz  azadlığıdır.  Belə  bir  cəhəti  qeyd 

etmək lazımdır ki, liberal- demokratik fikirdə azadlıqla bərabərliyin nisbətinə 

dair  müxtəlif  rəylər  mövcuddur.  Məsələn,  azadlıq  siyasi-hüquqi kateqoriya 

kimi əsaslandırılır və bərabərlik prinsipi ilə müqayisədə ona üstünlük verilir. 

Hazırda  çoxmənalı  məzmun  kəsb  edən,  «demokratiya»  termini  əhə-

miyyətinə görə bir neçə mənada istifadə edilir. 



Birincisi

, özünün başlanğıc mənasında elə idarəetmə formasını təcəssüm 

etdirir  ki,  burada  siyasi  qərarların  qəbulu  hüququ  istinasız  bütün  vətəndaşlar 

tərəfindən bilavasitə həyata keçirilir. Bu prosesdə o, fəaliyyətdə olan əksəriy-

yətin  idarəetməsi  qaydalarına  müvafiq  olaraq  reallaşır.  Belə  forma  birbaşa 

demokratiya və ya iştirakçılıq demokratiyası adlanır. Birbaşa demokratiya xal-

qın  qlobal  məsələlərin  həllində  bilavasitə  iştirakının,  eləcə  də  ərazi,  digər 

dövlətdaxili,  dövlətlərarası  problemlərin  həll  edilməsinin  çoxdan  təşəkkül 

tapan əhəmiyyətli formasıdır. Xatırlatmaq yerinə düşər ki, birbaşa demokrati-

yanın  xüsusi  forması  sayılan  referendum  ilk  dəfə  1439-cu  ildə  İsveçrədə  ke-

çirilmişdir. 

İkincisi, vətəndaşların öz hüquqlarını  şəxsən deyil,  məhz özlərinin seç-

dikləri və qarşılarında məsuliyyət daşıyan öz nümayəndələri vasitəsilə həyata 

keçirilən idarəetmə formasıdır. Bir qayda olaraq belə idarəetməni nümayəndəli 

və ya plüralist-demokratiya adlandırırlar.  



Üçüncüsü

, əksəriyyətin hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılan 

çərçivədə  reallaşmasını  səciyyələndirən  idarəetmə  formasıdır.  Onun  məqsədi 

müəyyən  fərdi  və  kollektiv  hüquqların  (məsələn,  söz  azadlığı,  dini  etiqad 

azadlığı və s.) həyata keçirilməsi üçün azlığa şərait yaradılmasına təminatdır. 

Bu liberal və ya konstitusion demokratiya adlandırılır. 

 

91 



Dördüncüsü

, «demokratik» termini çox vaxt hər hansı siyasi və ya sosial 

sistemin demokratik olub-

olmamasından  asılı  olmayaraq  onun  səciyyələn-

dirilməsi  üçün  istifadə  edilir.  Belə  sistem  sosial  və  iqtisadi  fərqləri  minimal 

həddə çatdırmağı qarşısına  məqsəd qoyur. Bu  forma sosial demokratiya kimi 

dəyərləndirilir.  

Qeyd etmək vacibdir ki, demokratiyanın formalaşması və bərqərar olması 

üçün  yeni  dövrdə  meydana  çıxan  hər  bir  insanın  həyata,  azadlığa  və  xüsusi 

mülkiyyətə anadangəlmə hüququ haqqında ideya başlıca əhəmiyyət kəsb etdi. 

Siyasi  demokratikləşmənin  mahiyyəti  və  sosial-siyasi  dəyərləri  yalnız 

haqqında mülahizələr yürütdüyümüz demokratik təsisatlar və digər məsələlərlə 

məhdudlaşmır. Demokratiya, eləcə də cəmyyət üzvlərinin iyerarxiyalı şəxsiy-

yətlərarası  münasibətlərini  nizama  salan  norma  və  prinsiplərin  məcmuu  kimi 

səciyyələnir. Hər halda müasir dünyada əhalinin demokratik idarəçilik forma-

sına  ciddi-cəhd  etməsi  təsadüfi  deyildir.  Bu  baxımdan,  demokratiya  nəzəriy-

yəsində diqqəti cəlb edən, real praktikadan uzaq olan yanlış elmi mövqeyi diq-

qətdən  yayındırmaq  düzgün  olmazdı.  Məsələn,  ötən  əsrin  50-ci  illərində 

E.Triffis,  C.Plamenats  və  P.Pennokun  fikirləri  ilə  razılaşmaq  qeyri-mümkün-

dür. Onlar iddia edirlər ki, demokratiyanın uğurlu inkişafı xristian cəmiyyətləri 

ilə bağlıdır. Bu mövqeyi bəzi fransız alimləri də müdafiə edirlər (1, 114). Lakin 

belə  nöqteyi-nəzəri  qəbul  etməyən  tədqiqatçılara  da  rast  gəlinir.  Belə  ki, 

S.Lipset, D.Lerner, Q.Almond, Pay və başqaları düzgün olaraq qeyd edirlər ki, 

demokratiyanın  uğurlu  fəaliyyəti  üçün  başlıca  zəmin  dini-mədəni  yox,  məhz 

sosial-

iqtisadi amillərdir (əhalinin hər nəfərinə düşən urbanizasiyanın səciyyəsi 



və s.). 

Cəmiyyətin siyasi demokratikləşməsi uzun prosesdir. Bunun üçün rəqa-

bətli bazar iqtisadiyyatına və vətəndaş cəmiyyətinin müstəqilliyinə əsaslanmaq 

başlıca şərtdir. Zəif demokratik siyasi rejimdə demokratik təsisatların davamlı, 

mükəmməl səviyyədə olması da çətin məsələdir. Bununla bağlı Q.O.Donnellin 

müəyyənləşdirdiyi  deleqativ  demokratiya  tipini  açıqlamaq  zəruridir.  Həmin 

politoloqun  gəldiyi  qənaətə  görə  deleqativ  demokratiyanın  daha  da  təkamülü 

bir neçə yolla mümkündür. Onlardan biri dərhal avtoritarizmə və totalitarizmə 

qayıtmaqdır. Digər yol isə rəqabətli iqtisadiyyata və hüquqi səlahiyyətə malik 

olan  vətəndaş  cəmiyyətinə  əsaslanan  plüralist  tipli  demokratiyaya  cəhd  et-

məkdir.  Bir  sözlə,  hazırda  dünya  siyasi  prosesləri  istiqamətinə  uyğun  gələn 

siyasi  təkamül  yolu  məhz  demokratikləşmədir.  Hakimiyyəti  cilovlamaq, 

vətəndaşların  dövlət  özbaşınalığından  müdafiəsinə  təminat  ümidi  yalnız 

demokratik idarəçilik forması sayəsində mümkündür. 

Demokratik  siyasi  rejimdə  dövlət  və  vətəndaşların  qarşılıqlı  münasi-

bətlərinin  normaları,  qaydaları  və  prinsipərinə  yüksək  səviyyədə  əməl  edilir, 

vətəndaş-dövlət münasibətləri sivil, demokratik xarakter daşıyır. Vətəndaşlarla 

dövlət arasında sivil dialoq kontekstində dəyərli sosial-siyasi məna kəsb edən 

konsensus  qərarlaşır,  bu  isə  formalaşmaqda  olan  yeni  qlobal  demokratik-

ləşmənin tərkib hissəsi kimi çıxış edir (2, 4-5). 

 

92 



Müasir ictimai-

iqtisadi  tərəqqi  siyasi  demokratikləşməni  xeyli  dərəcədə 

stimullaşdırır,  şəxsiyyətin  demokratik  mentalitetini  və  sərvət  yönümünü  əhə-

miyyətli  dərəcədə  qidalandırır.  Siyasi  demokratiya  siyasi  mədəniyyətə  malik 

olan ləyaqətli vətəndaşın, müstəqil düşüncə və təfəkkür tərzinə yiyələnən şəx-

siyyətin  formalaşmasını,  vətəndaşların  köklü  hüquq  və  azadlıqlarının  yüksək 

səviyyədə  həyata  keçirilməsini  tələb  və  təmin  edir.  Demokratiya  fərdi  və 

ictimai  inkişafa,  humanist  sosial-siyasi  dəyərlərin  reallaşmasına,  insanların 

bərabərhüquqlu  olmalarına,  ədalətə,  sosial  yaradıcılığa  əlverişli,  real  şərait 

yaradır. Demokratik sosial-siaysi dəyərlər cəmiyyətin öz təbiətini, məzmununu 

humanistləşdirir,  sosial  həyatı  insaniləşdirir.  Fransız  sosioloji  məktəbinin 

yaradıcısı Emil Dürkheym qeyd edirdi ki, sosial həyatın izahını cəmiyyətin öz 

təbiətində axtarmaq lazımdır. Bu mənada siyasi demokratikləşmənin humanist, 

insani təbiəti ilk öncə, demokratik cəmiyyət quruculuğu ilə bağlıdır. 

Demokratik inkişafın müasir nəzəriyyəsində və praktikasında demokratik 

rejimlərin iki başlıca tipi müəyyənləşdirilir: elitar-demokratik və sosial demok-

ratiya  rejimləri.  Elitar-demokratik  siyasi  rejimdə  vətəndaşların  hakimiyyətin 

demokratik təsisatlarına, hakimiyyət sisteminə təsiri məhdudlaşır. Vətəndaşlar 

geniş kütləvi siyasi qərarların qəbulu prosesində təsir etməkdən uzaqlaşdırılır, 

onlar siyasi proseslərə, dövlət səviyyəsində həyata keçirilən siyasətə təsir gös-

tərmək imkanından məhrum edilir. Demokratik siyasi rejimin elitar-demokratik 

tipi  üçün  səciyyəvi  olan  siyasi  plüralizm  ilk  öncə,  mövcud  siyasi  elitaların 

rəqabətinə və daha nüfuzlu partiyaların yarışmasına aid edilir. 

Demokratik siyasi rejimin ikinci tipi hesab olunan sosial demokratiya isə 

müxtəlif  sosial  qrupların  və  təbəqələrin  maraq  və  mənafelərinin  dolğun  uy-

ğunlaşdırılmasını ifadə edir. Bu tipli demokratik rejimin fəaliyyəti sosial-siyasi 

mənafelərin  plürallığına,  başlıca  imkanların  bütün  vətəndaşlara  və  ictimai 

qruplara  bərabər  səviyyədə  şamil  olunması  zərurətinə,  həmçinin  resursların 

ədalətli bölüşdürülməsi prinsipinə əsaslanır. Siyasi elmə aid ədəbiyyatda qeyd 

olunduğu kimi, ayrı-ayrı ictimai-siyasi qüvvələrin kompromisi və konsensusu 

sosial  demokratiyanın  inteqrativ  başlanğıcı  kimi  çıxış  edir  və  müxtəlif  qrup 

mənafelərinin  və partikulyar  mənafelərin ümumi-siyasi  vasitələrdən  və parla-

ment 

texnikasından  istifadə etməklə uyğunlaşdırılmasına əsaslanır. Sosial de-



mokratiya rejiminin siyasi sistemi “açıq” xarakter daşıyır, qanun çərçivəsində 

fəaliyyət  göstərən  hər  hansı  sosial-siyasi  qüvvə  isə  siyasi  qərarların  qəbulu 

prosesinə təsir göstərmək və real müstəqil fəaliyyət hüququna malikdir. Əgər 

siyasi rejim idarəetmə üsulları, vasitələri və metodlarının məcmusudursa, siyasi 

sistem  özündə  siyasi  hakimiyyətin  təşkilini,  cəmiyyət  və  dövlət  arasındakı 

münasibətləri  birləşdirir, siyasi  fəaliyyətin  vəziyyətini,  siyasətdə  iştirakçılığın 

xarakterini və təsisatlı mahiyyət daşımayan münasibətləri təcəssüm etdirir (3, 

41).  Bu  baxımdan,  demokratik  siyasi  rejim  problemini  təhlil  edərkən,  hər 

şeydən  əvvəl,  nəinki  demokratiyanın  mahiyyətindən,  eləcə  də  müəyyən  as-

pektdə siyasi sistem anlayışından çıxış etmək məqsədəuyğundur. 

 

93 



Ümumiyyətlə, demokratik siyasi rejimin konkret tiplərinin seçimi çoxlu 

amillərlə müəyyən edilir. Onlara aiddir: 

tarixi ənənələrin xarakteri və tarixi təcrübə; 



ölkənin maddi və mənəvi imkanları; 

- resurslar; 

real siyasi qüvvələrin nisbəti; 



vətəndaşların siyasi şüurunun vəziyyəti; 

siyasi  sistemi  səciyyələndirən  siyasi  mədəniyyətin  xarakteristikası 



(tipi); 

idarə edən elitanın başlıca xüsusiyyətləri. 



Demokratik  siyasi  cəmiyyətin  sosial-siyasi  dəyərlərinə,  eləcə  də  xalqın 

hakimiyyətin  mənbəyi  kimi  çıxış  etməsi,  siyasi  qərarların  işlənib  hazırlan-

masına  xalqın  təsiri  hüququ,  iki  və  yaxud  çoxpartiyalı  sistemin  yaradılması 

imkanı, insan hüquqlarının reallaşmasının yüksək dərəcəsi və s.aiddir. 

Xalqın hakimiyyətin mənbəyini təşkil etməsi onunla səciyyələnir ki, o öz 

rəyinə  əsaslanaraq  nümayəndələrini  seçir,  onlara  hər  hansı  bir  məsələni  həll 

etmək hüququ verir. Əgər seçilənlər seçicilərin onları hakimiyyət orqanlarında 

görmək  istədikləri kimi davranmırsa, başqa sözlə, etimadı doğrultmursa, belə 

halda vəziyyəti yalnız növbəti səsvermə qaydaya sala bilər. Siyasi demokratik-

ləşmə  şəraitində  qanun  nəinki  vətəndaşları  hakimiyyətin  özbaşınalığından, 

eləcə  də  hakimiyyəti  vətəndaşlardan  müdafiə  edir.  Bir  sözlə,  əsl  demokratik 

cəmiyyətdə şəxsiyyətin, vətəndaşların dövlət üzərində üstünlüyü təmin olunur. 

Demokratikləşmə  şəraitində  xalqın  siyasi  qərarların  işlənib  hazırlanma-

sına  təsiri  hüququ  kütləvi  informasiya  vasitələrində  təkliflər  və  ya  tənqid 

form

asında,  nümayişlərdə  və  ya  lobbiçilik  fəaliyyətində,  seçkiqabağı  kampa-



niyada iştirak etməkdə təzahür edir. Qəbul edilmiş qərarların işlənib hazırlan-

masında xalqın siyasi iştirakına konstitusiya ilə təminat verilir. 

Siyasi  demokratikləşmənin  sosial-siyasi  dəyərlərindən  biri  kimi  iki  və 

yaxud  çoxpartiyalı  sistemin  yaradılması  imkanını,  siyasi  partiyaların  yarış-

qanlığını və onlara xalqın təsirini, eləcə də nəinki parlamentdə, həmçinin ondan 

kənarda qanun əsasında siyasi müxalifətin mövcudluğunu nəzərdə tutan siyasi 

plüralizmi 

qeyd etmək olar. Müxalifət  hakimiyyət orqanlarını tənqid etməklə 

yanaşı,  hakimiyyətə  özünün  parlamentdəki  funksiyalarının  və  bloklarının 

fəaliyyəti  vasitəsilə  öz  informasiya  vasitələrində  və  mətbuatda  fəaliyyəti  ilə 

nəzarət edir. 

Demokr


atik siyasi cəmiyyət, həmçinin insan hüquqlarının yüksək dərəcə-

si ilə səciyyələnir. Bu öz ifadəsini dövlətlə vətəndaşların qarşılıqlı münasibətlə-

rinin normaları, qaydaları və prinsiplərində tapır. Hazırda insan hüququnu elan 

edən  və  bunu  qanunvericiliklə  təsbit  edən  50-yə  yaxın  siyasi-hüquqi  sənəd 

mövcuddur. Onların sırasında BMT Baş Məclisinin 1948-ci il dekabrın 10-da 

qəbul etdiyi insan hüquqları haqqında ümumi bəyannamə, insan hüquqlarının 

və  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa  Konvensiyası  (Beynəlxalq mü-

 

94 




qavilə  -  1950-ci  il),  yeni  Avropa  üçün  Paris  xartiyası  (1990-cı  il)  və  s. gös-

tərmək olar (4, 533). 

Mövcud  ölkədə  şəxsiyyətin  vəziyyəti  necədir,  insan  və  vətəndaş 

hüquqları və azadlıqları nə dərəcədə həyata keçirilir və müdafiə edilir məsələsi 

bel

ə  bir  cəhəti  ifadə  edir  ki,  vətəndaş  hüquqları  və  azadlıqları  təsisatlarının 



insan hüquqlarına, fərdi azadlığa faktiki təminat verilməsini reallaşdıra bilməsi 

hansı  səviyyədədir.  Eləcə  də  vətəndaşların  dövlətin  idarə  edilməsində  fəal 

iştirakı,  mülkiyyət, sahibkarlıq  fəaliyyəti  hüquqları,  işçi qüvvəsinin  azad  fəa-

liyyəti  və  b.  nəzərdə  tutulur.  Ləyaqətli  həyat  səviyyəsi,  şəxsiyyətin  sosial 

müdafiəsi və mənəvi inkişafı da bu qəbildəndir. Bir sözlə, hər hansı dövlətdə 

insan hüquq

larının  həyata  keçirilməsi  dərəcəsi  siyasi  demokratikləşmənin 

modern mahiy

yətini və siyasi dəyərlərini səciyyələndirən meyarlardan biridir. 

Siyasi  demokratikləşmə  prosesinin  əhəmiyyətli  tərkib  hissəsi  müasir 

demokratiya üçün  səciyyəvi olan universal demokratik proseduranın (üsulun) 

işlənib hazırlanmasıdır. Onlara aiddir:  

1. Yüksək siyasi qanunverici orqanın xalq tərəfindən seçilməsi. 

2. Hakimiyyətin seçkili orqanlarının mövcudluğu (bu səviyyədən özünü 

idarəyə qədər). 

3. Seçicilərin bərabər hüquqa malik olmasının təmin edilməsi. 

4. Bütü

n seçicilərin bərabər seçki hüququna malik olması. 



5. Səsvermənin azad keçirilməsi. 

6.  Seçkilər  səslərin  əksəriyyətinin  bütün  səviyyələrində  başa  çatdırıl-

malıdır. 

7. Çoxluğun qərarı azlığın hüququnu məhdudlaşdırır. 

8.  Cəmiyyətlə  onun  seçdiyi  orqanların  hakimiyyəti  qarşılıqlı  və  mütə-

nasib olmalıdır. 

9. Demokratiya fasiləsiz və diqqətli ictimai nəzarətə məruz qalmalıdır. 

10. Dövlət və cəmiyyət bütün sosial və siyasi səviyyələrdə münaqişələrin 

qarşısını  almaq  və aradan qaldırmaq üçün  fəaliyyət  mexanizmi  işləyib  hazır-

layır  (çoxluqla  azlıq,  sosial  qruplar,  millətlər,  şəhər  kənd  arasında  mövcud 

olan, eləcə də digər münaqişələrdən xilas olmaq məqsədilə). 

Siyasi demokratikləşmənin modern mahiyyətini və sosial-siyasi dəyərlə-

rini  xalqlar  arasında  qarşılıqlı  etimada  və  hörmətə  əsaslanan  münasibətlərin 

xarakteri də aydın ifadə edir. Bu hüquq bəzi beynəlxalq təşkilatların, eləcə də 

BMT-

nin müəyyən sənədlərində təcəssümünü tapmışdır. 



Demokratik təsisat olmaq etibarilə, ictimai rəy həmişə insanların ictimai 

həyatın bu və ya digər məsələlərinin həllinə, hökumətin, siyasi partiyaların və 

ayrıca  şəxsiyyətlərin  fəaliyyətinə  müəyyən  münasibətində  əksini  tapır.  Hansı 

siyasi,  hüquq,  əxlaqi  məsələlərlə  bağlı  formalaşmasından  asılı  olmayaraq  o 

həmişə  irəli  sürülən,  təklif  edilən  problemlərə  münasibəti  təcəssüm  etdirir. 

Bəyənmə və ya pisləmə, arzu və tələb formasında münasibət ictimai rəyin ən 

əhəmiyyətli əlamətlərindən biridir.  

 

95 




Siyasi demokratikləşmə prosesində ictimai rəyin digər dəyərlərindən biri 

ondan  ibarətdir  ki,  vətəndaşların  ümumi  maraqlarına  toxunan  problemlərlə 

əlaqədar  formalaşır  və  onları  maraqlandıran  məsələlərə  münasibətdə  mövcud 

olan fikir ayrılığından irəli gəlir. Demokratik ictimai rəyin dəyərli əlaməti an-

caq ondan ibarətdir ki, vətəndaşlar öz rəyini açıq və şəffaf bildirir və müdafiə 

edir, həmçinin onunla səciyyələnir ki o necə və nə dərəcədə geniş yayılır. 

İctimai  rəy  öz  təbiəti  etibarilə  subyektiv  xarakter  kəsb  edir,  lakin  elmi 

biliklərin yüksək səviyyəsinə yönəlmək qabiliyyətinə də malikdir. Hegelin belə 

bir f

ikrini xatırlamaq yerinə düşər; xalq dövlətin üzvlərinin elə hissəsidir ki, nə 



istədiyini  bilmir.  Bu  mənada,  ictimai  rəydə  xurafat  və  yanlış  fikri  ön  plana 

keçir. İctimai rəy insanların adi şüurunu ifadə edən mülahizə olduğu üçün elmi 

müddəaya əsaslanmır (5, 275-278). 

İctimai rəyin  mahiyyətindən  çıxış edərərək  belə  bir  mülahizə  yürütmək 

olar  ki,  bu  fenomen  ilk  öncə,  insanların  müəyyən  birliyinin  bu  və  ya  digər 

obyektə aid gəldiyi qənaətidir, insanların özünəməxsus düşüncəli fəaliyyəti və 

davranışıdır.  İctimai  rəyin  formalaşması  meyarının  seçiminə  məhz  ictimai 

mənafe və tələbat xidmət edir. «İnsan elə ictimai münasibətləri yaxşı hesab edir 

ki, onun üçün faydalıdır, elə münasibətləri pis sayır ki, ona zərərlidir» (6, 158). 

Hər cür qrupun, kollektivin rəyi deyil, məhz sosial mənafeyin meyarına uyğun 

gələn rəy ictimai rəy hesab olunur. 

İctimai  rəyin  demokratik  mahiyyətini  səciyyələndirən  cəhətlərdən  biri 

ondan  ibarətdir  ki,  o  ictimaiyyətlə,  ictimai  münasibətlərin  və  sosial  idarəet-

mənin  tənzimlənməsilə  bağlı  vətəndaşların  praktiki  fəaliyyəti  ilə  əlaqə  kəsb 

edir.  İctimai  idarəetmə  ictimaiyyət  tərəfindən  rəylərdə  ifadə  edilən  tələbat 

vasitəsilə  həyata  keçirilir.  Dövlət  idarəçiliyi  hüququ  əsaslanmadan  mümkün 

olmadığı  kimi,  ictimai  idarəetmə  də  ictimai  rəyi  nəzərə  almadan mümkün 

deyildir. Rəy sayəsində vətəndaşların davranışının demokratik sosial normaları 

müəyyənləşdirilir  və  təmin  olunur,  münasibətlərin  tənzimlənməsində  inandır-

ma  metodunun  tətbiqi  həyata  keçirilir.  Bu  baxımdan,  demokratik  cəmiyyətin 

rəyi ancaq informasiya növü kimi səciyyələnmir, o eləcə də vətəndaşlar tərəfin-

dən  sosial  idarəetmə  funksiyalarının  həyata  keçirilməsinin  çox  əhəmiyyətli 

vasitəsidir. İstər-istəməz rəy cəmiyyətinin  sosial  tənzimlənməsi  və  idarəolun-

ması sisteminə qovuşur. 

İctimai rəyin demokratik  məqamlarından digəri siyasət hakimiyyət  mü-

nasibətləri sistemində fəaliyyətdir. Onun hakimiyyət təsisatlarına təsir üsulları 

və  formaları tamamilə  çoxcəhətlidir:  hakimiyyət təsisatlarının  fəaliyyətini adi 

şifahi qaydada bəyənməkdən və ya pisləməkdən tutmuş, onlara birbaşa, məq-

sədyönlü  təzyiqə  qədər,  hakimiyyətdaxili  münasibətlərin  dərindən  yenidən 

təşkilinə təsir göstərmək qabiliyyətindəyik. İctimai demokratik rəy məhz daha 

çox hakimiyyət və siyasət sferasında xeyli kəskinliyi və dinamikliyi ilə təzahür 

edir.  Bu  cəhət  xüsusilə  demokratik  tranzit,  transformasiya  cəmiyyəti  üçün 

səciyyəvidir. Belə cəmiyyət adətən dövlət hakimiyyəti strukturlarının, demok-

ratik təsisatların, siyasi və iqtisadi sferanın qeyri-sabitliyi ilə fərqlənir. 

 

96 



İctimai  rəyin  ən  geniş  yayılan,  siyasət  və  hakimiyyət  problemlərinə 

toxunan funkiyası qiymətləndirmə funksiyasıdır. Bu funksiya rəsmi hakimiyyət 

təsisatlarının və onların liderlərinin fəaliyyəti, məşhur siyasi hadisələr, cəmiy-

yətdə  təşəkkül  tapan  situasiyanın  xarakteri  ilə  və  s.  haqqında  qiymətləndirici 

mülahizələri  vasitəsilə  əks  etdirilir.  Qiymətləndirmə  funksiyası  mütəşəkkil 

formada  ilk  öncə,  ictimai  rəy  sorğusu  yolu  ilə  müxtəlif  ictimai  təşkilatlar, 

partiyalar, hərəkatlar, qeyri-dövlət sifarişçiləri vasitəsilə üzə çıxarılır. 

İctimai  rəy  hakimiyyət  münasibətləri  sferasında  tez-tez  öz  nəzarət 

funksiyası vasitəsilə reallaşır. Bu funksiyanın özünəməxsusluğu ondan ibarət-

dir ki, ictimai rəy praktiki olaraq özü üçün əhəmiyyət daşıyan bu və ya digər 

məsələyə müəyyən mövqedən çıxış edir və çalışır ki, hakimiyyət orqanlarının 

və onların rəhbərlərinin  müvafiq  fəaliyyətində  ictimai rəyi düşündürən  məsə-

lələr cavablandırılsın. 

Cəmiyyət  siyasi  demokratiyanı  öyrənir,  onun  mahiyyətini,  sosial-siyasi 

dəyərlərini mənimsəməyə səy göstərir. Lakin demokratik təlim prosesi kifayət 

qədər uzun tarixi prosesdir. Onu süni formada deyil, məhz rasional səviyyədə 

və  məqsədyönlü  sürətləndirmək  olar.  Bir  sözlə,  demokratiya  labüd  tarixi 

zərurətdir, bəşəriyyətin rifahı, cəmiyyətin  yenidən təşkili, təkmilləşməsi üçün 

lazımdır. 

Dünya  təcrübəsinin  mənimsənilərək  dəyərləndirilməsi  belə  bir  qənaətə 

gəlməyi şərtləndirir ki, siyasi demokratikləşmə prosesinə nüfuz edən cəmiyyət 

birincisi,  öz  vətəndaşlarının  və  idarəetmə  orqanlarının  qanun  qarşısında  real 

bərabərliyini  təmin  etməlidir.  İkincisi,  cəmiyyət  və  vətəndaşlar  hüquqa  zidd 

hərəkətlərdən  müdafiə  olunmalıdır.  Üçüncüsü,  demokratik  formalar  və  birgə 

yaşayış  normaları təkmilləşdirilməlidir.  Dördüncüsü,  formal elan olunmuş  və 

real  fəaliyyətdə  olan  ictimai  münasibətlər,  hüquq,  idarəetmə  uyğunlaşdırıl-

malıdır.  Beşincisi,  insana  hörmət,  onda  insani  ləyaqət  hissi  və  idarəetmənin 

bütün  formalarına, həmvətənlərə əsil  inam  hissi tərbiyə edilməlidir. Altıncısı, 

müxtəlif  ictimai  qrupların  və  vətəndaşların  ayrı-ayrı  kateqoriyalarının,  haki-

miy


yət və dövlət orqanlarının imtiyazları ləğv edilməlidir. Yeddincisi, cəmiy-

yət  mədəniyyət  sferasında,  mənəvi  həyatda,  yaradıcılıq  sahəsində  himayə-

çilikdən  uzaq  olmalıdır.  Səkkizincisi,  cəmiyyət  üzvlərinin  yerli  mərkəzi  və 

eləcə  də  iqtisadi  idarəetmə  orqanları  ilə  müntəzəm  əlaqəsi  həyata  keçiril-

məlidir.  Ümumiyyətlə,  demokratiyanın  inkişafı  və  dəyərləri  ictimai  nəzarətin 

sosial  funksiyası  ilə,  eləcə  də  obyektiv  ictimai  tənqidlə  şərtlənir.  Bu  cəhət 

ictimai tərəqqinin hərəkətverici qüvvəsi kimi səciyyələnir. 

  

 



97 


ƏDƏBİYYAT 

1.

 



Зубов А.Б. Парламентская демократия и политическая традиция Востока. М.: Юнити-

Дана, 1990, 390 с. 

2.

 

Василенко И.А. Политическая глобалистика. М.: Логос, 2000, 360 с. 



3.

 

Матвеев Р.Ф. Общая теория политических систем. М.: Наука, 1997, 321 с. 



4.

 

Əfəndiyev M. Siyasi elm. Bakı: Siyasət, 2010, 859 s. 



5.

 

Гегель Г.Ф. Философия права. М.: Мысль, 1990, 572 с. 



6.

 

Мир философии. М.: Полит. издат. 1991, 624 с. 



 

СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИЕ ЦЕННОСТИ  

ПОЛИТИЧЕСКОЙ ДЕМОКРАТИЗАЦИИ 

 

Э.Б.ГАДЖАЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье анализируется значение социально-политических и духовно-культурных 

мероприятий,  проводимых  в  условиях  политической  демократизации,  в  особенности 

социально-политические  ценности  этих  мероприятий,  и  в  этом  контексте  выявляются 

преимущества  демократического  политического  режима  перед  недемократическими 

режимами.  

 

Ключевые  слова:  политическая  демократизация,  социально-политические 

ценности, политический режим, демократический, общественное мнение 

 

SOCIO-POLITICAL VALUES OF POLITICAL DEMOCRATIZATION 

 

E.B.HAJALIYEV 

 

SUMMARY 

 

The article analyzes the value of socio-political and spiritual-cultural events held in the 

conditions of political democratization, in particular, socio-political values of these actions and 

in this context, discloses the advantages of a democratic political regime over non- democratic 

ones. 

 

Key words:  political democratization, socio-political values, political regime, demo-



cratic, public opinion  

 

98 



Yüklə 89,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə