Baki universitetiNİn xəBƏRLƏRİ №1 T



Yüklə 61,57 Kb.
Pdf görüntüsü
tarix19.11.2017
ölçüsü61,57 Kb.
#11162


 

178 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

T

əbiət elmləri seriyası 

 

 

2012 

 

 

 

 

COĞRAFİYA 

 

UOT 911.2 

 

TÜRYANÇAY 

QORUĞUNUN EKOLOJİ ŞƏRAİTİ VƏ ONUN 

YAXŞILAŞDIRMA YOLLARI 

 

T.O.

İBRAHİMOV*, N.N.İSMAYILOV** 

Bakı Dövlət Universiteti*, MAKA-nın Ekologiya İnstitutu** 

tahir1946”mail.ru 

 

M

əqalə  Türyançay  qoruğunun  müasir  landşaftının  tədqiqinə  həsr olunub. Həmçinin 

m

əqalədə qoruğun təbii şəraiti və ekoloji vəziyyətini yaxşılaşdırma yolları da şərh olunur. 

 

Açar sözl



ər: landşaft, qoruq, relikt meşə, ardıc ağacı. 

 

Hazırda  respublikamızda  bitki  və  heyvanat aləminin elə  növləri  vardır 



ki,  onların  nəsli kəsilmək və  azalmaq üzrədir. Bunun  qarşısını  almaq  üçün 

1958-ci ilin may 

ayının 6-da Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsa-

s

ən yaradılmış Türyançay Dövlət Qoruğu məhz bu baxımdan böyük əhəmiyyət 



da

şıyır. 


Qoruğun sahəsi 12356 hektardır. Şimaldan  Üçüncü dövr yaylası cənub-

dan is


ə Şirvan düzü ilə sərhədlənərək, yarımsəhra, yarımbozqır və bozqır bit-

kil


ərdən ibarət böyük bir tala əmələ gətirir. Ərazinin qərb sərhədi Əlicançay-

dan 


başlayıb, ensiz zolaq şəklində (5-6 km) şərqə tərəf uzanaraq (35-40 km) 

Türyançayda 

qurtarır. 

Qoruqda  Üçüncü  dövr 

florasından qalmış relikt ardıc və saqqız ağacla-

rından ibarət seyrək meşələr mühafizə olunur. Bu meşələr ərazidə bütöv mas-

siv 

şəklində  olmayıb,  ayrı-ayrı  sahələr  şəklində  dağ  tirələrinin  şimal,  şimal-



şərq və şimal-qərb yamaclarında, suayrıcı hissələrində, dərələrin kənarlarında, 

çay


ların terraslarında, 200-600 metr yüksəklikdə çox mürəkkəb relyef şəraitin-

d

ə  inkişaf  etmişdir.  Cənub  yamacların  aşağı  hissələrində  isə  ardıc,  saqqız 



ağaclarına və bəzi kol bitkilərinə tək-tək qruplar şəklində rast gəlinir. Həm də 

onlar 


əyri gövdəli və ya budaqları yerə yatmış halda olurlar. 

Qoruqda ümumi 

meşə sahəsi 7504 hektardır. Bundan 4666 hektarı meşə 

il

ə  örtülmüş  sahədir.  Həmin  sahənin  də  92,4%-i  ardıc  ağaclarından  ibarət 




 

179 


meşəlikdir.  Ardıc  ağaclarında  üstün  yeri  orta  yaşlı,  saqqız  ağaclarında  isə 

cavan 


ağaclıqlar tutur. Ümumiyyətlə, ardıc ağaclarının cavan, saqqız ağacları-

nın isə yetişməkdə olan, yetişmiş və yaşı ötmüş növləri yoxdur. Bu meşəliklə-

rin boniteti dördüncü v

ə beşinci, doluluğu isə 0,38-dir. 

T

əsvir  etdiyimiz  bu  relikt  meşələri  bir  növ  Üçüncü  dövr  florasının 



“muzeyi” v

ə yaxud “yadigarı” adlandırmaq olar. Geobotaniki tədqiqatlara görə 

vaxtil

ə bu meşələrin Şərqi və Cənubi Qafqazda, respublikamızda isə Üçüncü 



dövr 

yaylasında və Qobustanda geniş sahədə yayılması ehtimal olunur. Bunu 

Bin

əqədidə, Pirallahı  adasında, Salyan şəhəri yaxınlığında tapılmış Dördüncü 



dövr  çöküntül

ərində qırlaşmış ardıc meşələrinin qalıqları və eləcə də Qobus-

tanda  bu  gün

ə  qədər  qalan  ardıc  ağacları  sübut  edir.  Hazırda  Mil  düzündə 

qalmış  tək saqqız ağacı, Qarabağ düzündəki Sultanbud saqqız meşəsi, eləcə 

d

ə  Samuх  rayonu  yaxınlığında  qazıntı  və  tapıntıları  da  göstərir  ki,  həmin 



sah

ələrdə  bu  meşələr  geniş  areal  əmələ  gətirmişlər.  Xüsusilə  Mingəçevir  su 

anbarının yaradılması ilə əlaqədar olaraq xeyli sahədə ardıc və saqqız ağacları 

su 


altında  qalmışdır.  Bütün  bunlar  göstərir  ki,  gələcəkdə  bu  meşələrin  ta-

mamil


ə azalması qorxusu vardır. 

Qoruq 


meşəliyində ən qiymətli ağac, hündürlüyü 6-7,5 metr, kök boğa-

zında diametri isə 35 sm-ə çatan pulcuqlu və iynəli ardıc ağaclarıdır. Pulcuqlu 

ardıcların ağıriyli və çoxmeyvəli, iynəli ardıcların isə qırmızı meyvəli növləri 

vardır.  Ümumiyyətlə,  respublikamızda  bitən  6  növ  ardıcın  4  növünə  qoruq 

ərazisində  rast  gəlinir.  Bunlar  əsasən  gövdələrinin  quruluşuna,  yarpaqlarına 

(iyn


ələrinə), meyvələrinin rənginə və s. əlamətlərinə görə bir-birindən fərqlə-

nirl


ər. Onların bəziləri piramida, bəziləri isə yerə sərilmiş və ya sürünən for-

ma

sında olurlar. Meyvələrinin qırmızımtıl, göyümsov, iynələrinin yaşılaçalan, 



müşü, oduncağının isə kərpici rəngi olur. Meyvələri çox gec, adətən ikinci 

ild

ə yetişir. 



Ardıc uzunömürlü ağac olub, min ildən çox yaşayır. Onun oduncağının 

asan 


mişarlanması, yaxşı yonulması və pardaxlanması, 400-500 il çürüməməsi 

v

ə s. xüsusiyyətləri vardır. 



Ərazidə ardıc əsas meşəəmələgətirən ağac cinsidir. Onun güclü kök sis-

temi,  böyük 

susaxlayıcı  və  torpaqqoruyucu  əhəmiyyəti  vardır.  Elastikli  və 

xoşa gələn balzam iyli oduncağı isə olduqca qiymətlidir. Onun oduncağından 

h

ələ  qədim  zamandan  bəri  tikintidə,  kömüründən  isə  dəmirçilik  sənətində 



istifad

ə olunmuşdur. İndi  də bu ağacın  oduncağından Cənubi Qırğızıstanın 

yüks

ək  dağlıq  zonalarında  tikinti,  yanacaq  materialı  kimi  və  bəzən  musiqi 



al

ətlərinin hazırlanmasında geniş istifadə olunur.  

Ümumiyy

ətlə, sənayedə ardıc ağacının bütün hissələrindən istifadə olu-



nur.  Onun 

taxtası, qatranı, yarpaqları (iynələri), meyvəsi və s. xalq təsərrüfa-

tında,  təbabətdə  efir  yağı  istehsalında,  yeyinti  və  boya  sənayesində  işlədilən 

çox qiym


ətli xammaldır. 


 

180 


Ardıcın budaqları iynələri və qoza meyvələrinin tərkibində 5%-ə qədər 

efir 


yağı vardır. Bu təbabətdə ən qiymətli və az tapılan xammal hesab olub, 

müalic


ə işlərində geniş istifadə olunur. 

Ardıcın qozalarının (meyvələrinin) tərkibində əsasını qlükoza təşkil edən 

40%-

ə  qədər  şəkər  vardır.  Keçmiş  SSRİ-nin Avropa hissəsində  bitən adi 



ardıcın iynələri maldarlıqda vitaminli yemləmə kimi işlədilir. 

A

rdıc  meşələrinin  səhiyyə–gigiyena  əhəmiyyəti  əvəzedilməzdir.  Bir 



hektar 

ardıc  meşəsinin  ayırdığı  fitonsid  maddələri  böyük  bir  şəhərin  havasını 

t

əmizləmək və bir çox zərərverici mikroblardan zərərsizləşdirmək qabiliyyətinə 



malikdir.  Ümumiyy

ətlə, ardıcın iynələrinin buraxdığı fitonsidlər havanı zərərli 

ionlardan  t

əmizləyir,  insanı  bir  sıra  mikrobların  zərərli  təsirindən  qoruyaraq, 

müxt

əlif xəstəliklərin müalicə olunmasında orqanizmə əlverişli təsir göstərir. 



Qoruqda 

əhəmiyyətinə görə ikinci yeri saqqız ağacları tutur. Saqqız da 

ardıc kimi quraqlığa davamlı və nisbətən torpağa az tələbkardır. Hazırda möv-

cud olan 

saqqız ağaclarının xeyli hissəsi əvvəlki meşə quruluşu hesabatlarında 

yoxdur. Bu da onu göst

ərir ki, bu ağacların təbii bərpası ardıca nisbətən daha 

intensiv  gedir.  Xüsusil

ə  qoruq  yaradıldıqdan  sonra  ərazinin  şimali-qərb 

hiss


əsində saqqız ağacları daha sürətlə çoxalır. 

Qoruğun  ikinci  böyük  əhəmiyyətli  sahəsi  onun  faunasıdır.  Burada 

sürün

ənlərin 10, quşların 93, məməlilərin isə 11 növü yaşayır. Quşların bir də 



xeyirli c

əhəti ondadır ki, onlar toxumları bir yerdən başqa yerə aparmaqla təbii 

b

ərpanın inkişafında insanların yaxın köməkçisi olublar. Sürünənlərdən isə ən 



xeyirlisi  z

əhərli  gürzədir.  Son  zamanlara  kimi  ən  «zərərli»  sayılan  gürzənin 

z

əhərindən  indi  təbabətdə  ən  qiymətli  dərman  kimi  istifadə  olunur.  Həm  də 



maraqlı burasıdır ki, qoruqda yaşayan  sürünənlərin əksəriyyəti və quşlardan 

əsasən  kəkliklər  burada  mövcud  olan  divarşəkilli  «bedlend»  sahələrdə 

yaşamağa uyğunlaşmışlar. 

Qeyd etm


ək lazımdır ki, qoruğun torpaqlarının da, faunasının da gələcək 

taleyi bu relikt 

meşələrdən asılıdır. Akademik H.Ə.Əliyev göstərirdi ki, «Əgər 

Bozdağın ardıc və saqqızağacı meşəsi olmasaydı, ağappaq mərmər kimi parıl-

dayan  gill

ər  eroziya  nəticəsində  çoxdan  əriyib  itmişdi».  Əlbəttə,  torpağı  və 

bitki  örtüyü 

pozulmuş  ərazidə  heyvanat  aləmi  də  ya  kasıblaşar  və  yaxud  da 

tamamil

ə yox olar. 



Qoruğun  relikt  ardıc  və  saqqız  meşələri  respublikamızın  florasının 

tarixind


ən xəbər verir. Bu meşələr relyefi kəskin parçalanmış, quru iqlim olan 

bu yerl


ərə xüsusi gözəllik verir, torpaq eroziyasının qarşısını alır. Bəzən adam 

60-70 d


ərəcədə meylliyi olan sıldırımlı yamaclarda, yay aylarında temperatu-

run 40 d


ərəcəyə qədər çatdığını gördükdə təəccüblənir ki, bu ağaclar nə qədər 

quraq


lığa davamlı və  torpağa tələbkardır. 

Hazırda qoruq ərazisində meşəbitmə şəraiti o qədər də əlverişli deyildir. 

Xüsusil

ə  ardıc  ağaclarının  bütün  növlərində  təbii  bərpa  zəif  gedir.  Həmin 



ağacların  bol  toxum  verməsinə  baxmayaraq,  toxumların  bir  hissəsi  torpağın 

üz

ərinə  düşdükdə  rütubətin  çatışmazlığından  quruyur,  digər  hissəsi  isə,  




 

181 


xüsusil

ə  çoxmeyvəli  ardıcların  toxumlarının  göbələk  xəstəlikləri  ilə  zədələn-

m

əsi cücərməyə mənfi təsir göstərir. Başqa bir səbəb də, çox meylli yamaclar-



da 

düşən toxumlar çox vaxt səthi axının təsirinə məruz qalaraq, dərə və çay 

yataqlarına doğru aparılır. 

T

əbii bərpanın inkişafına mənfi təsir göstərən amillərdən biri də qoruq 



ərazisinin şimaldan və həm də cənubdan otlaq sahələri ilə əhatə olunmasıdır. 

Doğrudur  qoruq  yaradıldıqdan  sonra  ağac,  kol  və  ot  örtüyünün  tərkibi  xeyli 

yaxşılaşmış,  su  və  külək  eroziyasının  inkişafı  xeyli  dərəcədə  zəifləmişdir. 

Lakin  bununla  b

ərabər  ərazinin  şimal-şərq  hissəsində  Vladimirovka  və 

Astraxanovka 

yaşayış  məntəqələri  tərəfdən  və  cənubdan  bütün  sərhədboyu 

Oğuz  rayonunun  otlaq  sahələrinin  yerləşməsi  qoruq  rejiminin  pozulmasına 

s

əbəb  olur.  Odur  ki,  həmsərhəd  rayon  təşkilatları  və  qoruq  rəhbərliyi  qoruq 



rejiminin 

pozulmasına  qarşı  geniş  kütləvi-izahat  işləri  aparmalı,  bilərəkdən 

qoruqda qanunsuz h

ərəkət edənlərə qarşı isə ciddi tədbir görməlidirlər. 

Əvvəllər  ərazinin  cənub  sərhədi  boyu  yerləşmiş  yaşayış  məntəqələrinin 

əhalisi də qoruq ərazisində yanacaq kimi istifadə etmək üçün qırıntı aparmışlar. 

Lakin  son  ill

ərdə  həmin  yaşayış  məntəqələrinə  qaz  kəməri  çəkilmiş,  əhalinin 

yanacağa olan ehtiyacı təmin edilmiş, bu da meşəqırmanı xeyli azaltmışdır. 

H

ələ  vaxtilə  AMEA-nın  Coğrafiya  İnstitutunda  xeyli  elmi-tədqiqat  işləri 



yerin

ə yetirilmişdir. Bununla əlaqədar olaraq görülmüş işlərdən biri də mərhum 

akademik  H.

Ə.Əliyevin rəhbərliyilə Türyançay qoruğunda aparılmış irimiqyaslı 

torpaq-eroziya  t

ədqiqatının  başa  çatdırılmasıdır.  Tədqiqatın  nəticəsində  irimiq-

yaslı (1:25000) torpaq – eroziya xəritələri tərtib edilmiş və əlaqədar təşkilatlara 

t

əqdim olunmuşdur. Həmin xəritələr və verilmiş təkliflər ərazidə mövcud relikt 



meşələrin  mühafizəsini,  bərpasını  yaxşılaşdırmaq  və  torpaq  örtüyündən  daha 

s

əmərəli istifadə olunmasına kömək etmək üçün dəyərli vəsaitdir. 



Aparılmış  tədqiqatların  nəticəsində  verilmiş  bəzi  təklifləri,  qoruğun  bu 

günü v


ə gələcəyi haqqında fikirləşərək çıxardığımız  mülahizələrlə birləşdirib, 

qoruğun  ekoloji  şəraitini  yaxşılaşdırmaq  məqsədilə  aşağıdakı  məsləhətləri 

tövsiy

ə edirik. 



1. 

Ərazinin  şimal-qərb  hissəsinin  təbii  sərhədi  mal-qaranın  qoruq 

ərazisinə  daxil  olmasına  imkan  verir.  Həm də  şimal-şərq  hissədən  və  bütün 

c

ənub sərhədi boyu mal-qaranın qoruq ərazisində otarılması müşahidə edilir. 



Bizim fikrimizc

ə həmin ərazilərdən otlaq sahələri kimi istifadəni ləğv etməklə 

v

ə eləcə də mal-qara binələrini köçürməklə qoruğa olan antropogen təsirlərin 



qarşısını qismən almaq olar. 

2. 


Türyançaydan  şərqə  doğru  uzanan,  qoruğun  təbiətinə  tamamilə  oxşar 

olan  ardıc  və  saqqız  meşələrilə  örtülmüş  ərazinin də  meşə  təsərrüfatının 

tabeliyind

ən alınıb Türyançay dövlət qoruğuna birləşdirilməsi məqsədəuyğundur. 

3. 

Ərazinin hər iki çaydan (Türyançay, Əlicançay) kənarda yaşayan hey-



vanat al

əmi sudan korluq çəkir. Bir neçə azsulu bulaqlar (Dadibulaq, Duzlubu-

laq, Süleymand

ərəsi bulağı və s.) onların ehtiyacını ödəmir. Ona görə də çox 

vaxt  k

əkliklər  və  bəzi  heyvanlar  ərazinin  cənub  hissəsindən  keçən  suvarma 




 

182 


kanallarına  (Şirvan  kanalı,  Ərəbbəsrəarx,  Saqqızarx,  Ərəbocaqarx  və  s.)  su 

içm


əyə gəlirlər. Belə vəziyyət bəzən onların ovlanması ilə nəticələnir. Bunun 

qarşısını almaq üçün qoruq ərazisinin orta hissəsinə Ərəbocaq kəndinin yaxın-

lığından keçən Şirvan kanalından su kəməri çəkmək burada ekoloji şəraiti yax-

şılaşdırmağa zəmin yaradar. 

Göst

ərilən  tədbirlər  həyata  keçirilərsə,  keçmişimizdən  qalmış  yadigar 



s

ərvətimizi bir əmanət kimi saxlayıb, gələcək nəslə çatdırmaqla təbiətə müna-

sib

ətdə öz borcumuzu yerinə yetirmiş olarıq. 



 

ƏDƏBİYYAT  

1.

 



Банников А.Г., Рустамов А.К. Охрана природы. М.: Колос, 1977, с.206. 

2.

 



Budaqov B.

Ə.Təbiəti qoruyaq, Bakı: Elm, 1977, 73 s. 

3.

 

Əliyev H.Ə., Həsənov X.H. Təbiətin keşiyində, Bakı: Maarif, 1993, 310 s.                              



4.

 

Заповедники Кавказа. М.: Мысль, 1990, с.366. 



5.

 

İbrahimov T.O. Landşaftı qoruyaq, Bakı: Mars-Print, 2003, 220 s. 



6.

 

İbrahimov T.O. Azərbaycanın qoruqları, Bakı: BDU, 2008, 155 s. 



7.

 

İbrahimov T.O. Azərbaycan qoruqlarının landşaftı, I hissə, Bakı: Mars-Print, 2010, 336 s. 



8.

 

İbrahimov T.O. Azərbaycan qoruqlarının ekoloji problemləri, I  hissə. Bakı: Mars-Print, 



2011, 256 s. 

9.

 



Труды заповедников Азербайджана. М.: Лесная промышленность, 1965. в. 254 с. 

10.


 

Труды заповедников Азербайджана. М.: Лесная промышленность, 1967. в.2, 143 с. 

 

ЭКОЛОГИЧЕСКИЕ УСЛОВИЯ ТУРЬЯНЧАЙСКОГО  

ЗАПОВЕДНИКА И ПУТИ ИХ ОПТИМИЗАЦИИ 

 

Т.О.ИБРАГИМОВ,  Н.Н.ИСМАИЛОВ 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  исследованию  экологических  условий  Турьянчайского  запо-

ведника. Были проанализированы экологические условия основных охраняемых видов 

фауны  и  флоры.  А  также  рассмотрены  проводимые  в  настоящее  время  природо-

охранные мероприятия. Предложен план действий, направленный на сохранение эколо-

гических условий охраняемых в заповеднике реликтовых видов растений и животных. 



 

Ключевые слова: ландшафт, заповедник, экологические, условия, реликт. 

 

ECOLOGICAL 



CONDİTİONS OF TURYANCHAY RESERVE AND  

WAYS OF THEIR OPTIMIZATION 

 

T.O.IBRAHIMOV, N.N.ISMAYILOV 



 

SUMMARY 

 

The  article is devoted to the  research of ecological conditions of Turyanchay reserve. 



Ecological conditions of the protected species of fauna and flora have been analysed. The present  

nature protection actions are considered as well. The plan of action directed to preserve ecological 

conditions of relic kinds protected in reserves of plants and animals is offered. 

 

Key words: landscape, natural reserves, ecological, conditions, relic 

 

Редаксийайа дахил олду:1 0



.02.2012 г. 

Чапа имзаланды

: 29.03.2012 г. 

Yüklə 61,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə