Baki universitetiNİn xəBƏRLƏRİ №1 Təbiət elmləri seriyası



Yüklə 126,98 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü126,98 Kb.
#36945


 

140 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Təbiət elmləri seriyası 

 

 

2013 

 

 

 

 

 

QARADAĞ FMS-NİN YERLƏŞMƏ XÜSUSİYYƏTLƏRİ 

VƏ MİS-PORFİR YATAQLARININ FORMALAŞMASI 

 

A.M.İSMAYILOVA 

Bakı Dövlət Universiteti 

aismyilova@.rambler.ru 

 

Məqalədə Qaradağ FMS-nin yerləşmə xüsusiyyətləri və onlarla əlaqəli mis -porfir filiz-



ləşməsinin geoloji əmələgəlmə şəraiti təhlil edilir. Müəllifin fikrincə, Qaradağ FMS və onunla 

əlaqəli mis-porfir yataqları ada-qövs şəraitində vulkan-plutonik komplekslərlə sıx əlaqədə baş 

verərək genetik cəhətdən plagioqranitləri yaran ştok şəkilli qranodiorit-porfirlərlə və onların 

kvars diorit-

porfirit  tərkibli  damar  derivatları  ilə  bağlıdır.  Mis-porfir  filiz  kütlələrinin 

yerləşməsinə nəzarət edən regional və parçalanma strukturları uzun inkişaf yolu keçmiş və bir 

qayda olaraq, filizləşmədən əvvəl əmələ gəlmiş və süxurların filizləşmədən əvvəlki metasomatik 

dəyişməsinə  səbəb  olan  hidrotermlər  üçün  kanal  rolunu  oynamışlar.  Sonradan,  regional 

parçalanmalar boyu dəfələrlə tektonik hərəkətlər bərpa olunmuş, filizli hidrotermlərin hərəkəti 

üçün əlverişli şərait yaranmış və mis-porfir minerallaşması lokallaşmışdır. 

 

Açar 



sözlər: FMS, mis-porfir yataqları, plagioqranit intruzivləri, hidrotermal məhlullar, 

adalar qövsü, subduksiya, postmaqmatik 

dəyişilmələr 

 

Gədəbəy  filiz  rayonu  Lök-Qarabağ  mürəkkəb  quruluşlu  adalar  qövsü 



zonasında Şəmkir horst-qalxımının mərkəzi hissəsində yerləşmişdir. Rayonda 

müxtəlif  istiqamətli  qırılıb-qalxma  və  üstəgəlmə  xarakterli  tektonik  pozulma 

sistemləri  geniş  yayılmışdır.  Gədəbəy-Dəlidağ  lineamentinin  ayrı-ayrı  fraq-

ment


lərini təmsil edən submeridional və subköndələn dərinlik qırılmaları şək-

lin


də yaxşı nəzərə çarpan blok strukturları baykal və hersin mərhələləri struk-

turlarından irsən keçmişdir. Bu dövrdə mezozoy vulkanik-plutonik maqmatizm 

geniş  təzahür  etmişdir.  Orta  yura  vulkano-plutonik  assosiasiyasının  bu,  xətti 

yerləşmiş dərinlik qırılmaları arasında püskürməsi, kosmik şəkillərdə oçaqvari 

mərkəzi maqmatogen strukturlar və yaxud konsentrik-zonal maqmatogen-filiz-

metasomatik

 

sistemlər  şəklində  təzahür  etmişdir.  Mərkəzi-həlqəvi  vulkan-



tektonik

 

strukturların  daxilində  yerləşmiş  belə  qalxımların  nüvələrində  turş 



tərkibli  plutonik  intruzivlər  (Atabəy-Slavyan  plagioqranit  massivi)  yerləşir. 

Sonuncular

 öz 

növbəsində kənarlara doğru əsasi və orta-turş tərkibli süxurlarla 



(

Gədəbəy massivi, kiçik porfir intruzivləri), daha sonra isə erkən (bayos-bat) 

vulkanogen

 süxurlarla 

əvəz olunurlar. 



 

141 


Qaradağ filiz-maqmatik sistemi 

Filiz


-maqmatik 

sistemləri  maqmatik  və  metasomatik  filizəmələgəlmələrin, 

habelə elementlərin konsentrasiyalarının müxtəlif səviyyəli geokimyəvi sahələri-

nin


 

təbii  birliyi  olub  geoloji  proseslərin  genetik  cəhətdən  qarşılıqlı  bağlı  olan 

fəaliyyətidir (Tauson və b., 1987). Mis-porfir FMS maqmatizmin və filiz-metaso-

matik


 

proseslərin təzahürünü əksetdirən və uzun müddət endogen aktivliyini itir-

məyən struktur düyünlərdir. Əksər mis-porfir sistemləri üçün porfir intruzivlərinin 

və  onlarla  bağlı  olan  filiz  kütlələrinin  iri  qranitoid  massivlərində  lokallaşması 

xasdır. Zaman müstəvisində bir-birindən ayrılan bu əmələgəlmələr uzun müddət 

inkişaf edən vahid maqmatik meqasistemin törəmələri hesab olunurlar. Porfirlər 

FMS

-in  maksimum 



təzahür etdiyi sahələrdə qərar tuturlar. İri filiz düyünlərində 

porfir


 maq

matitlərinin təzahürünün bir neçə ritmini ayırmaq mümkün olur (Qavri-

lova

 

və b., 1984, 1990; Koval və b., 1988; Krivtsov və b., 2001; Pavlova, 1978; 



Sotnikov

 

və b., 1995, 2005).  



Mis

-porfir 


sistemləri subduksiya zonaları və yaxud Yer qabığı mantiyasının 

və  mantiya  plyumlarının  təsiri  altında  kontinentlərin  dəyişmiş  kənar  zonalarında, 

eləcə  də  okeandaxili  və  okeankənarı  vulkan  qövsləri  ilə  sıx  əlaqədə  inkişaf  tap-

mışlar. Onların yaranması plyum tektonikası prosesləri ilə əlaqələndirilir (Dobretsov 

və b., 2001; Qusev, 2006). Kükürd və oksigenin izotop analizləri göstərir ki, mis-

porfir


 

yataqlarında  əsas  filiz  komponentlərinin  əmələgəlməsində  və  poligen 

filizəmələgətirən flüid sistemlərinin yaranmasında dərinlik mənbəyinin rolu böyük-

dür


 

və o, maqmatogen mənbə modelinə uyğun gəlir. 

Tədqiqatçılar (Lowell, Guilbert, 1970; Hollister, 1975; Krivtsov, 1988) 

mis


-porfir 

sistemlərini  intruzivlərin  tərkibindən  asılı  olaraq  qruplaşdırırlar. 

Qaradağ qrupu mis-porfir yataqları V.Hollisterin «diorit» modelinə cavab ve-

rir


, intruziv 

süxurların sırası natriumlu seriya ilə təmsil olunmuşdur: dioritlər-

kvarslı dioritlər, kvars-diorit-porfiritlər-plagioqranit-porfirlər. Filizlərdə Mo az 

iştirak  edir,  nəcib  metalların  miqdarı  yüksəkdir.  Yataqlar  adalar  qövsü 

zonalarında təzahür  etmişlər.  Vulkanik-plutonik kompleks  okeanik substratda 

perikontinental

 geoloji strukturlar 

hüdudlarında formalaşmışdır. Ümumiyyətlə, 

FMS

-in  mantiya-



qabıq  təbiəti  mis-porfir  yataqlarının  maddi  tərkibinə  əsaslı 

şəkildə  təsir  edir,  yataqların  geokimyəvi  profili  Cu/Mo  nisbəti  ilə  müəyyən 

olunur



Nisbət öz növbəsində FMS-in inkişafında bazit və qranitoid maqması-



nın nə dərəcədə iştirak etməsini göstərir. Bir sıra nişanələrə görə misin dərin 

(mantiya), molibdenin 

isə qabıq mənbədən daxil olması güman edilir. Geokim-

yəvi  xüsusiyyətlərinə  görə,  bu  iki  element  endogen  proseslərdə  müxtəlif 

qruplara

  aid 


olduqlarına baxmayaraq, onların filizlərdə bir yerdə rast gəlməsi 

mis


-porfir 

və molibden-porfir yataqlarının ən səciyyəvi xüsusiyyətlərindəndir. 

Qaradağ  FMS-in  filizləri  üçün  kükürdün  kifayət  dərəcədə  homogen 

izotop


 

tərkibi  δ

34

S

  (–1,5÷1,0‰) 



səciyyəvidir.  Burada  meteorit  standartına 

yaxın olan rəqəmlər üstünlük təşkil edirlər. Bu, kükürdün homogen, yəqin ki, 

dərinlik mənbəyə malik olmasını göstərir. Belə bir mənbə mantiyanın yuxarı və 



 

142 


yaxud

 

qabıqaltı səviyyəsində ola bilər (Tuqarinov və b., 1974).  



Qaradağ  FMS-dəki  yataqların  lokallaşma  və  formalaşma  şəraiti 

filizəmələgəlmənin aşağıdakı ardıcıllıq sxemini ayırmağa imkan verir. 

Bayos

-bat 


yaşlı  vulkano-plutonik  kompleksin  formalaşması  bir  neçə 

tektono


-maqmatik  etapda  (faza) 

baş  vermişdir:  Atabəy-Slavyanka  plagioqranit 

intruzivinin

 

formalaşması, onu yaran porfir-porfirit ştokları və daykalarının inki-



şafı, tektonik və partlayış prosesləri, nəhayət, süxurların səciyyəvi postmaqmatik 

dəyişməsi. 

Kvars

-kalium 


şpatı-maqnetit  metasomatitlərinin  yaranması  bilavasitə 

mis


-molibden 

filizləşməsindən əvvəl Na, K, Fe, Cl və CO

2

 

komponentlərinin 



üstünlük

 

təşkil etdiyi qazlı məhlullardan 700°C-ə yaxın və artıq temperaturda 



(Berzina 

və b., 1978; Piznyur, 1980 və b.) hidrotermlərin yan süxurlarla qarşı-

lıqlı əlaqəsi nəticəsində FMS-in intensiv çatlı hissələrində, qismən açıq termo-

dinamiki


 

şəraitdə  baş  vermişdir.  Hidrotermal  metasomatizm  zamanı  süxur-

lardan

  ilk 


növbədə natrium intensiv şəkildə azad olunur; tünd rəngli mineral-

ların, apatitin və digərlərinin pozulması nəticəsində süxurlardan eyni zamanda 

xeyli

 miqdar xlor da 



çıxarılır və əlverişli şəraitdə kvars-serisit metasomatitləri 

ilə yanaşı geniş miqyasda xloritləşmə prosesi gedir. Filizləşmə törəmə kvarsit 

metasomatitlərinin intensiv hidrotermal dəyişməsindən sonra baş vermişdir.  

Filiz


 

damarlarındakı kvarsda ilkin, ilkin-törəmə və törəmə ikifazalı qaz-

maye

 

daxilolmaları  aşkar  edilmişdir.  Onların  ölçüləri  1-70 mkm,  formaları  – 



qeyri

-düzgündür. 

Bəzi  kvars  dənələrində  qaz-maye  daxilolmaları  ilə  yanaşı 

singenetik

  qaz 

daxilolmalarına  rast gəlinir.  Bu da  minerallaşmanın  heterogen 



flüid

 (qaynama) 

hesabına əmələgəlməsini göstərir. Kvarsdakı ikifazalı daxilol-

malar


  431-143°C  temperaturda  maye 

fazasına qədər homogenləşir; bu zaman 

sulu

 

məhlullarda  duzların  konsentrasiyası  21.0…5.3  kütlə  %-ekv.  NaCl  olur. 



Bu

 

daxilolmaların  məhlullarında  natrium  və  maqnezium  xloridləri  üstünlük 



təşkil  edirlər  (evtektika  temperaturu  –  47-29°C).  Flüidin  sıxlığı  0,50-0,94 

q

/sm



3

-dir.  Mis-porfir 

filizləşməsinin  yaşı  adətən  filizdaşıyan  maqmatik 

komplekslərin yaşına uyğun gəlir.  



Qaradağ filiz-maqmatik sisteminin təzahür xüsusiyyətləri.Bir sıra tədqiqat-

çıların (C.Ə.Azadəliyev, V.M.Babazadə, D.M.Əhmədov, A.M.İsmayılova, S.M.Mi-

kayılov, V.G.Ramazanov və b.) apardıqları geoloji-kəşfiyyat və müxtəlif istiqamətli 

elmi


-

tədqiqat  işləri  nəticəsində  FMS-ə  daxil  olan  yataqların  quruluşunun  bir  çox 

mühüm

 

cəhətləri  öyrənilmişdir.  Mis-porfir  FMS-in  ayrılması  bu  yataqların  əmələ-



gəlmə  şəraitinin  öyrənilməsində,  geoloji-genetik  modellərin  qurulmasında,  nəhayət, 

yataqların  axtarışı  və  proqnozlaşdırılmasında  böyük  əhəmiyyət  kəsb  edir.  Belə 

tədqiqatların əsasına ilk növbədə onların zaman-məkan müstəvisində təzahürünü və 

genetik


 

xüsusiyyətlərini əksetdirən faktorlar qoyulur. Məlumdur ki, mis-porfir FMS-

in

 

formalaşmasında yuvenil və meteor termal məhlullar aktiv iştirak edə bilərlər. Bu 



faktorların hansının daha fəal rol oynadığını izotop tədqiqatların nəticələrindən gör-

mək  mümkündür. 

87

Sr

/



86

Sr

-un 



nisbətindən  alınmış  məlumatlar  dünyanın  bir  çox 


 

143 


yataqlarının  (Sotnikov  və  b.,  1988;  Ratman  və  b.,  1985  və  b.),  o  cümlədən  də 

Qaradağ  mis-porfir  FMS-in  və  onları  yerləşdirən  iri  qranitoid  komplekslərin 

birmənalı olaraq mantiya mənşəli olduqlarını göstərir. Belə bir nəticəyə, həmçinin 

kükürdün


 izotop 

tərkibinə əsasən də gəlmək olar. 

Mis

-porfir 


sistemlərinin  ən  əsas  xüsusiyyətlərindən  biri  onların  uzun 

müddətli  diskret-istiqamətlənmiş  inkişafıdır.  Əksər  mis-porfir  yataqları  üçün 

on

ların iri qranitoid kütlələri içərisində lokallaşması səciyyəvidir. Filiz düyün-



lərində porfir maqmatitlərinin təzahürü bir neçə ritm üzrə gedir və ritmlərdən 

hər biri müəyyən filiz-metasomatik törəmələrlə müşayiət olunurlar. Mis-porfir 

FMS

 

maddənin dərinlik mənbəyinin xüsusiyyətlərinə görə mantiya-qabıq mən-



şəlidir. FMS-in yaranmasına təkan verən əsas səbəb qabıqaltı bazit maqması və 

ondan


 

ayrılan flüidlərin fəaliyyətidir. 

Filiz

 

kütlələrinin morfologiyası porfir ştoklarının formasını, demək olar 



ki

təkrar edir. Filizləşmə damarcıq-möhtəvi tiplidir, bəzən xırda filiz damarları 



da

  rast 


gəlinir.  Minerallaşma  hidrotermal  dəyişmiş  kvars  diorit-porfirlərdə, 

qranodiorit

-

porfirlərdə inkişaf tapıb. 



Cəyirçay  yatağında  buruq  qazmaları  vasitəsilə  yer  səthindən  müxtəlif 

dərinlikdə (40-300 m) qazılmış quyular gips minerallaşması kəsmişdir ki, bu da 

adətən  mis-porfir  yataqlarının  yuxarı  (filizüstü)  hissələri  üçün  xasdır.  Bu 

yataqda


  filizüstü 

aşınma zonası, demək olar ki, yoxdur. Göründüyü kimi, bu 

amil

 

yatağın çox az eroziyaya məruz qalmasını göstərir. 



Mis

-porfir 

yataqlarının  geoloji-tektonik  mövqeyi.  Qaradağ  FMS  mis-

porfir


 

yataqlarının yerləşməsi baxımından üç iri tektonik bloka ayrılır: 

1. 

Qərb bloku. Böyük Qalaça-Çənlibel qırılması ilə Nərimankənd-Çənli-

bel


 

qırılması arasında yerləşir. Blokun ümumi istiqaməti meridionala yaxındır. 

Cənub istiqamətində onun eni xeyli artır (genişlənir). Blokun getdikcə daralan 

şimal hissəsində Qaradağ yatağı formalaşmışdır. 

2. 

Mərkəzi  blok.  Nərimankənd-Çənlibel  qırılması  ilə  həmin  qırılmanın 

şimal-şərq qolu (1-ci Cəyirçay qırılması), Xoşyal və Cəyirçay sahələri arasında 

yerləşir.  Blokda  öyrənilmiş  dərinlikdə  (300-540  m)  sənaye  əhəmiyyəti  kəsb 

edən filiz toplantıları aşkar edilməmişdir. 

3. 

Şərq  bloku.  1-ci  Cəyirçay  qırılması  ilə  meridionalayaxın-şimal-qərb 

istiqamətli  2-ci  Cəyirçay  qırılması  arasında  yerləşir.  Blokun  ŞQ  hissəsində 

Cəyirçay  yatağı  yerləşmişdir.  Blok,  perspektivlik  baxımından  dəqiq  axtarış 

mərhələsinin tələblərinə cavab verir. 

Qaradağ  yatağı  FMS-nin  qərb-şimal-qərb  cinahında  yerləşir  və  üç  filiz 

məntəqəsini (Mərkəzi, Xoşyal və Xarxar) özündə cəmləşdirir. 

Yataq

 

mürəkkəb  geoloji  quruluşa  malikdir.  Yataq  sahəsində  alt  və  üst 



bayosun

 vulkanogen 

törəmələri, üst yura – alt təbaşirin plagioqranitləri, kvars-

diorit


-

porfiritlərin kiçik intruzivləri, müxtəlif tərkibli və yaşlı damar süxurları 

inkişaf tapmışdır. Bütün bu törəmələr iri, submeridional istiqamətli Gədəbəy-

D

əlidağ lineamentinin və ondan şaxələnən parçalanma pozulmasının qovuşma 




 

144 


zonasında yerləşmişdir. 

Yataq


 

sahəsi  2,5-3  km  olan  lokal  həlqəvi  strukturda  yerləşir.  İntruziv 

törəmələr  (kvars-diorit-porfirit  ştokları,  plagioqranitlər)  və  damar  süxurları 

hidrotermal

-metasomatik  d

əyişmə  və  filizləşmə  ilə  müşayiət  olunurlar,  porfir 

ştokları daykalarla müqayisədə xeyli dərəcədə dəyişmişlər. 

Qaradağ yatağının yerləşdiyi Qərb tektonik bloku 295-315° azimutla, sərt 

yatımla Mərkəzi blokla sərhədlənir. Blokda 0,9×1,2 km ölcülü asimmetrik qra-

nitoid


 

kütləsi aşkar edilib. Kütlənin apikal hissəsi gözəçarpan dərəcədə porfir 

quruluşlu  kvars-diorit-porfiritlərlə  təmsil  olunub;  aşağıda  onlar  porfir  şəkilli, 

daha


  sonra 

isə  prizmatik  görünüşlü  dənəvər  qranodioritlərə  keçirlər.  Yatağın 

Mərkəzi  filiz  məntəqəsi  intensiv  tektonik  pozulmaya  və  çat  tektonikasına 

məruz  qalmışdır.  Bunlardan  ən  başlıcası  meridional-şimal-şərq  istiqamətli 

Böyük

  Qalaça-



Çənlibel  qırılmasıdır.  Bu  qırılma  filiz  kütləsini  qərbdən  məh-

dud


laşdıran struktur rolunu oynayır. 

Filiz


 

ştokverkinin  kənar  hissələrində  erkən  maqnetit  assosiasiyasının 

oreolu

 

inkişaf  tapmışdır.  Filiz  ştokverki  daxilində  isə  aparıcı  mineral  asso-



siasiyaları – kvars-pirit-xalkopirit və kvars-molibdenit assosiasiyalarıdır. 

Xarxar


 

sahəsiMərkəzi filiz məntəqəsindən 1,5-2,0 km aralı yerləşir. Hər 

iki

 

sahənin geoloji quruluşu, demək olar ki, oxşardır. Burada da filizyerləşdiri-



ci

  süxurlar  kvars-diorit-porfirit 

tərkibli kiçik intruziv porfir ştokunun, qismən 

isə  porfir  quruluşlu  plagioqranitlərin  hesabına  əmələ  gəlmiş  törəmə  kvarsit-

lərdən ibarətdir. 

Konturlaşdırılmış  filiz  kütləsi,  mürəkkəb  ştokverk-layvari  (örtükvari) 

morfologiyaya

 malikdir. Filiz 

ştokverkinin uzunluğu 700 m, orta en 220 m (120-

300 m), orta 

qalınlıq 30,3 m (8-10 m-dən 20-50 m və bəzən 100-117,7 m) təşkil 

edir


.  Burada  da  filiz 

kütləsinin  üst  (yuxarı)  hissəsini  törəmə  sulfidlər  (xalkozin, 

pirit

-melnikovit, 



bəzən kovellin), az miqdarda molibdenit, aşağı hissəsini isə ilkin 

sulfid


 

mineralları  (pirit,  xalkopirit,  bəzən  molibdenit)  təşkil  edir.  Aşınma-

oksidləşmə zonasının qalınlığı 20-30 m-dən 100 m-ə kimidir. 

Xoşyal  sahəsi  Mərkəzi  filiz  məntəqəsinin  bilavasitə  şərq  davamıdır. 

Lakin

 burada 


filizyerləşdirici törəmə kvarsitlər əsas etibarı ilə turş vulkanitlərin 

hesabına əmələ gəlmişlər. Onlar zəif çatlıdırlar. Digər fərqləndirici cəhət ondan 

ibarətdir  ki,  filiz  ştokverkinin  istər  qalınlığı,  istərsə  də  onun  daxilində  filiz 

kütləsində müəyyən edilən misin və molibdenin miqdarı şərqə davam etdikcə, 

tədricən azalır. 

Qaradağ yatağında konturlaşdırılmış filiz ştokverki Xoşyal sahəsində cənub-

qərbdən Nərimankənd-Çənlibel qırılması ilə məhdudlanır. Filiz kütləsi 200-300 m 

dərinliyə (bir halda 540 m-ə kimi) qiymətləndirilmişdir. Burada qazılmış bir neçə 

buruq

  quyusu 



vasitəsilə,  həmçinin  Qaradağ  yatağının  Mərkəzi  hissəsinin  şimal-

şərq cinahının da perspektivliyi qiymətləndirilmişdir. 



Cəyirçay mis-porfir yatağı Qaradağ FMS-in şərq cinahında aşkar edilmişdir. 

Ümumi


 

sahəsi 15 kv. km-ə yaxındır. Filiz daşıyan perspektiv sahənin uzunluğu 




 

145 


4,5 km, eni – 1,3-1,6 km (orta – 1,5 km), 

sahəsi 7,0 kv.km-ə yaxındır. Yatağın 

mərkəzi  hissəsində  (Cəyirçayın  sol  sahili,  məlum  filiz  kütləsindən  200-300  m 

şərqdə) yer səthində linzavari eksploziv brekçiya kütləsi aşkar edilmişdir. Kütlənin 

uzunluğu 1,0 km, eni 10-20 m-dən 40-50 m-dir. 

Yataq


 

sahəsinin şimal-şərq hissəsində (Cəyirçayın hövzəsində) mürəkkəb 

ştokvari  iri dənəvər  çöl  şpatlı  kvars-diorit  porfirit  kiçik  intruziv  kütləsi  aşkar 

edil


mişdir. Kütlənin yer səthində açılmış hissəsi (Cəyirçay hövzəsi də nəzərə 

alınarsa) təxminən 1,0 kv. km-ə yaxındır. Ştokvari kütlə filizdaşıyıçı perspektiv 

zo

lağın istiqamətinə uyğun olaraq, en dairəsinə yaxın istiqamətdə 700 m-ə ya-



xın uzunluğa və 100-300 m enə malikdir. Filiz kütləsi yatağın şimal-qərb cina-

hında yerləşir. Ştokverkvari filiz kütləsinin uzunluğu (konturlaşdırılmış hissə-

də) 1000 m, orta eni – 200 m, orta qalınlığı – 33,8 m (10-68 m) təşkil edir. Fi-

liz


 

kütləsində  misin  miqdarı  0,2-0,6%  (tək-tək  hallarda  0,8  %),  molibden  – 

0,001-0,02 % (

bəzən 0,04 %)-dir. Filiz kütləsinin yer səthi ilə bilavasitə əlaqəsi 

yoxdur

.  Yataq 



sahəsində  misin  25-dən  artıq  minerallaşma  məntəqəsi  mə-

lumdur




Dağ-Cəyir  filizdaşıyıcı  sahə  2,0  kv.  km-ə  yaxın  (1,0×2,0  km)  10-dan 

artıq  minerallaşma  zonasını  əhatə  edir.  Zonalar  yer  səthində  dağ  qazmaları 

vasitəsilə öyrənilmişdir. Minerallaşma zonalarının qalınlığı 1,0-2,0 m-dən 3-5, 

bəzən 20-25 m, uzunluqları 10-50 m-dən 100-200, bəzən 300-500 m-ə kimidir. 

Şırım sınaqlarında misin miqdarı 0,1-0,5%-dən 1,0-1,2%-ə çatır. Minerallaşma 

zonaları  arasında  daha  iri  zona  mərkəzdə  yerləşən  şimal-qərb  (meridionala 

yaxın) istiqamətli zonadır. Zonada misin miqdarı 0,2-0,72%-dən 1,2%-ə (orta – 

0,6  %), 

gümüşün  miqdarı  1,5-3,45  q/t  (orta  –  2,3  q/t)  təşkil  edir.  Atom-

absorbsiya

 analizi 

nəticəsində 1,5 m uzunluqlu bir şırım sınağında 1,5 q/t qızıl 

təyin edilmişdir. 

Qaradağ  filiz-maqmatik  sistemində  mis-porfir  yataqlarının  yerləşmə 

qanunauyğunluqları. Qaradağ FMS-in ümumi morfologiyası və yerləşməsinin 

struktur


 

xüsusiyyətləri  filizənəzarətedici  şimal-qərb  (submeridional),  habelə 

diaqonal

 (suben) 

istiqamətli filizötürücü qırılmalarla müəyyən edilir. Submeri-

dional


 (Maarif-

Qaradağ qırılması və b.) parçalanma pozulmaları üstünlük təşkil 

edir

.  Onlar 



birbaşa  keçən  alpaqədər  yaşlı  Gədəbəy-Dəlidağ  lineamentinin 

fraqmentləri  olub  mis-  və  molibden-porfir  yataqlarının  yerləşməsi  və 

lokallaşmasını müəyyən edirlər. 

Mis


-porfir 

yataqlarının regional baxımdan yerləşmələrində həlqəvi struk-

turlar

 da az 


əhəmiyyət kəsb etmir. Kosmik şəkillərin (ERTS, Landsat) deşifrə-

lənməsi nəticəsində aşkar edilən və mürəkkəb daxili quruluşu ilə səciyyələnən, 

diametri

  20  km-

dən  çox  olmayan  həlqəvi  strukturların  mərkəzi  zonası  porfir 

filizlərinin lokallaşması üçün, xüsusən əhəmiyyətlidir. Qırılmalar boyu intensiv 

doğranma, əzilmə və eruptiv brekçiya zonaları, subvulkan əmələgəlmələri və 

hitdrotermal

 

dəyişmiş süxurlar inkişaf tapmışdır. Bu qırılmalara bitişən yüksək 



çat

 

zonalarında ştokverk tipli mis- porfir filiz kütlələri yerləşir.  




 

146 


Əsas  qırılmaların  filizləşmədən  sonrakı  müddətdə  fəallaşması  Qaradağ 

FMS


-i  üç  iri  tektonik  bloka 

ayırmışdır: QərbMərkəzi və Şərq. FMS-in ümumi 

struktur

 

görünüşü  Maarif-Qaradağ,  Böyük  Qalaça-Çənlibel,  Maarif-Moruqludağ 



və  Arıxdam-Böyük  Qalaça  qırılma  zonaları  arasındakı  mis-porfir  filizləşməsinə 

nəzarət edən iri tektonik paz strukturunu xatırladır. 

 

Qaradağ FMS-də filizləşmənin zonallığı başlıca filizəmələgətirən mine-



ral

 

assosiasiyalarının  məkan  və  zamanda  qanunauyğun  dəyişməsilə  səciy-



yələnir və aşağıdakı empirik sıra ilə təmsil olunur: Fe-Mo (Cu)-Cu (Mo) – Te, 

As

, Sb (Cu, Au, Ag) – Au, Ag, Zn, Pb (As, Sb, Bi) – Fe(Sb). 



FMS

-

dəki  şaquli-geokimyəvi  zonallığa  gəldikdə  o,  dərinliyə  getdikcə, 



demək olar ki, bütün metallik elementlərin tədricən azalması, misin və molib-

denin


 

miqdarının  artması  (mərgümüşün  nisbətən  sabit  miqdarı  qalmaqla)  ilə 

səciyyələnir.  Beləliklə,  FMS-in  Cu-Mo  və  Au-Ag  minerallaşması  səciyyəvi 

mineraloji

-

geokimyəvi zonallığa malikdir. 



Təxminən 30 km

2

 



ərazini əhatə edən Qaradağ, Xarxar və Cəyir ştokverk 

kütlələrinin  şaquli  filizləşmə  dərinliyi  300-350  m-ə  qədərdir.  İlkin  filizlərdə 

Cu

-un 


miqdarı – 0,05-0,5-dən 1,0-2,0, bəzən 3,0-4,0%-ə qədər, orta – 0,52% 

(bort 


miqdarı  0,30%  götürülməklə)  və  0,64%  (bort  miqdarı  0,45% 

götürülməklə),  Mo  –  «iz»-dən  0,01,  nadirən  0,1%-ə  qədər,  Au  –  0,1  q/t  və 

artıq, gümüş – 0,1, bəzən 1 q/t götürülməklə proqnoz qiymətləndirilmə yatağı 

orta


 ölçülü yataqlar 

tipinə aid etməyə imkan verir. 

Geofiziki

 

məlumatlara görə, Qaradağ FMS şimal-qərb istiqamətində dəqiq 



izlənilən  müsbət  maqnit  anomaliyası  zonasında  yerləşir.  Planda  anomaliya 

zona


sına misin (0,01-0,05%) və molibdenin (0,005-0,01%) geokimyəvi oreolları 

uyğun gəlir. Burada kvarslı-plagioporfir qatının vulkanitləri, onlarla münasibətdə 

tabeli

  mövqe  tutan  tufogen-



çökmə  süxurlar,  habelə  kvars-diorit-porfirit 

intruzivləri  və  daykaları  inkişaf  tapmışlar.  İntruzivlər  bir  qədər  az  eroziyaya 

məruz qalmışlar, bunu onların porfir quruluşu göstərir. 

Qaradağ  filiz-maqmatik  sistemində  mis-porfir  yataqlarının  əmələgəl-

məsinin geoloji-struktur şəraitləri. Filizləşməyə nəzarət edən aşağıdakı struktur-

lar


 

səciyyəvidir: filiz rayonunun yerləşməsini müəyyən edən regional strukturlar; 

filiz

 

sahəsi  və  yataqlarını  yerləşdirən  strukturlar;  ayrı-ayrı  filiz  kütlələrinin 



lokallaşmasına nəzarət edən strukturlar; filiz kütlələrində mis-porfir minerallaşma-

sının  yerləşməsi  və  paylanmasını  təmin  edən  strukturlar.  Filiz  rayonu  daxilində 

mis

-porfir  yataq 



və təzahürlərinin yerləşməsinə nəzarət edən regional strukturlar 

paleozoyda

  özülü 

qoyulmuş  şimal-qərb  istiqamətli  iri  ölçülü  qırışıq-parçalanma 

zonaları  və  dərinlik  qırılmalarıdır.  Bu  pozulmalar  şimal-qərb  (submeridional) 

istiqamətli  Gədəbəy-Dəlidağ  lineament  zonasının  ayrı-ayrı  fraqmentləri  hesab 

edilirlər. Zona daxilində ştok şəkilli kiçik porfir intruzivlərilə bağlı bir sıra mis-

porfir


 

və kolçedan yataqları yerləşmişdir. 

Qaradağ  filiz  sahəsi,  diametri  2-3  km-ə  çatan  həlqəvi  strukturla  nəzarət 

olunur


.  Onun 

daxilində  daha  kiçik  həlqəvi  strukturlar  ayrılır  ki,  onlar  da  öz 




 

147 


növbəsində yataq və təzahürlərin yerləşməsinə nəzarət edirlər. Qaradağ, Xarxar, 

Arıxdam, Zəhmət, Atabəy, Qumlu və digər məntəqələrdə müəyyən edilmiş belə 

həlqəvi strukturlar geomorfoloji xüsusiyyətlərinə görə dəyirmi, ellips şəkilli olub, 

təbiətcə ayrı-ayrı vulkan aparatlarına, subvulkan və kiçik intruziv kütlələrə uyğun 

gəlirlər. 

Filiz


 

kütlələri  mürəkkəb  daxili  quruluşa  malik  ştokvari  formalar  əmələ 

gətirirlər. Onların yatım elementləri dərinliyə getdikcə tədricən dəyişir. Bu, çox 

güman


  ki, 

düşməsi  boyu  filiz  kütləsinin  müxtəlif  istiqamətli  mikrobloklara 

parçalanması ilə əlaqədardır. 

Filizləşmə morfoloji cəhətdən yüksək çatlılıq və keçiriciliyilə səciyyələnən 

məntəqələrdə xətti damarcıq-möhtəvi filiz zonaları şəklində təzahür edir. Ən iri 

filiz


 

zonasının uzunluğu (Qaradağ yatağının Mərkəzi hissəsi, Xarxar təzahürü) 

təxminən 1,5-2,0 km, eni isə 700-800 m-ə qədərdir. 

Qaradağ yatağının Mərkəzi hissəsində dərinliyə getdikcə filiz damarcıq-

la

rının  qalınlığı  artır  və bir  poqon metrə  düşən  çatların  sayı  azalır.  Müəyyən 



edilmiş  bu  qanunauyğunluqlar  mis-porfir  filizləşməsinin  struktur  zonallığa 

malik


 olmas

ını göstərir. 

Qaradağ FMS-də aşağıdakı genetik tip çatları ayırmaq mümkün olmuşdur: 

1) 


şimal-qərb  istiqamətli  regional  çatlar;  2)  kvars-diorit-porfirit,  qranodiorit-

porfir


 

intruzivlərinin günbəz hissələrində inkişaf tapan və onların səthinə paralel 

yerləşmiş  protoklastik  ayrılma  çatları;  3)  dərinlik  qırılmalarından  şaxələnən 

çatlar


; 4) qopma 

çatları. 



Regional

 çatlar iri 

miqyaslı regional qırılmaların (Gədəbəy, Xarxar, Mas-

xit

 

və b.) yaranması zamanı əmələ gələn regional gərginlik sahələrilə bağlıdırlar. 



Fil

izləşmənin  lokallaşmasında  onlar  az  əhəmiyyətlidirlər.  Protoklastik 

(kontraksion)  çatlar  (270-275°∠25-30°,  90-95°∠25-30°,  5-15°∠5-10°)  Qara-

dağ, Xarxar və Cəyir yataqlarının mərkəzi hissələrində porfir ştoklarının gün-

bəz hissələrində inkişaf edərək, kifayət qədər dərinliyə (100-150 m) izlənilirlər. 

Onlar


  çox  zaman  pirit 

damarçıqları ilə dolmuş olurlar. Dərinlik qırılmaların-



dan

 

şaxələnən çatlar(270-290°∠60-70°; 20-35°∠50-60°) geniş inkişafa malik 

olub


  kvars,  kvars-molibdenit,  kvars-xalkopirit,  kvars-pirit,  kvars-sfalerit-

qalenit


 

minerallaşması daşıyırlar. 

Xırda çatlılıq (290-330°∠60-70°) süxurları ayrı-ayrı bloklara bölən düz- 

və əyrixətli qopma çatları ilə də təmsil olunmuş və Qaradağ yatağının Mərkəzi 

his

səsində  plagioqranitlərlə  intruziv  porfir  ştoklarının  təmasında  inkişaf  tap-



mışdır, ölçüləri bir neçə on sm-dən birinci metrlərə qədərdir; süxurların doğ-

ranma


 

və brekçiyalaşma zonaları yaxınlığında sıx tor şəbəkəsi əmələ gətirirlər. 



 

N

əticələr 

Qaradağ FMS-in mis-porfir yataqları ada-qövs şəraitində vulkan-plutonik 

komplekslərlə sıx əlaqədə (dar zaman çərçivəsində: gec yura-erkən təbaşir) baş 

verərək  genetik  cəhətdən  plagioqranitləri  yaran  ştok  şəkilli  qranodiorit-




 

148 


porfirlərlə və onların kvars diorit-porfirit tərkibli damar derivatları ilə bağlıdır. 

Mis


-porfir 

filizləşməsi Atabəy-Slavyanka intruzivinin şərq çərçivəsində yerləş-

mişdir.  İntruzivin  qalınlığı  burada  kiçikdir,  süxurlar  intensiv  çatlılığa  məruz 

qalmışlar.  Massivin  xeyli  qalın  mərkəzi  hissəsi  isə  çatəmələgəlmə  prosesi 

baxımından  namünasib  olmuşdur  və  təbii  ki,  filizli  hidrotermlərin  hərəkəti 

üçün


 

əlverişli deyildir. 

Mis

-porfir  filiz 



kütlələrinin  yerləşməsinə  nəzarət  edən  regional  və 

parçalanma

 

strukturları uzun inkişaf yolu keçmişlər. Bu strukturlar, bir qayda 



olaraq

filizləşmədən  əvvəl  əmələ  gəlmiş  və  süxurların  filizləşmədən  əvvəlki 



metasomatik

 

dəyişməsinə  səbəb  olan  hidrotermlər  üçün  kanal  rolunu  oyna-



mışlar.  Sonradan,  regional  parçalanmalar  boyu  dəfələrlə  tektonik  hərəkətlər 

bərpa olunmuş, filizli hidrotermlərin hərəkəti üçün əlverişli şərait yaranmış və 

mis

-porfir 


minerallaşması lokallaşmışdır. Pozulmalar boyu tektonik hərəkətlər 

və kiçik həcmli süxur bloklarının yerdəyişməsi baş vermişdir. 

 

ƏDƏBİYYAT 

1.

 



Абрамович И.М., Клушин И.Г. Геодинамика и металлогения складчатых областей. 

Л.: Недра, 1987. 

2.

 

Азадалиев  Дж.А.  К  проблеме  рудно-магматических  систем  (на  примере  Малого 



Кавказа) // Доклады АН Азербайджана, 1998, №5-6, с.114-121 

3.

 



Баба-заде В.М., Агасиев М.А., Рамазанов В.Г. Типовые геолого-генетические модели 

медно-порфировых  месторождений  Малого  Кавказа  //  Структура,  геохимия  и  мине-

ралогия рудных и нерудных месторождений Азербайджана. Баку: АГУ, 1989, с. 3-23. 

4.

 



Баба-заде  В.М.,  Махмудов  А.И.,  Рамазанов  В.Г.  Медно-  и  молибден-порфировые 

месторождения. Баку, Азернешр, 1990, 377 с. 

5.

 

Баба-заде В.М., Рамазанов В.Г., Мамедов З.И., Исмаилова А.М., Абдуллаева Ш.Ф. 



Геолого-геофизические  и  геохимические  основы  модели  рудно-магматических 

систем медно-порфировых месторождений Кедабекского рудного района / Научное 

наследие академика М.А.Кашкая. Баку: Nafta-Press, 2007, c. 58-85. 

6.

 



Деобрич  Дж.Л.,  Баба-заде  В.М.,  Кекелия  С.А.,  Рамазанов  В.Г.,  Мамедов  З.И., 

Исмаилова  А.М.  Геолого-геофизические  и  геохимические  модели  рудно-магмати-

ческих  систем  медно-порфировых  месторождений  Кедабекского  рудного  района  / 

Сборник, посв. 80-летию основания Института геологии АН Грузии. Тбилиси, 2008, 

с.307-315. 

7.

 



Исмайылова  А.М.  Гарадаь  мис-  вя  молибден-порфир  филиз-магматик  системи: 

щидротермал  метасоматизм,  интрузив  порфирляр  вя  филизямяляэялмянин 

гаршылыглы  ялагя  модели  //  Бакы  Университетинин  Хябярляри.  Тябият  елмляри 

серийасы, 2006, №2, с. 115-125. 

8.

 

Исмайылова  А.М.  Гарадаь  мис-порфир  филиз  сащясинин  структур  ямяляэялмя  вя 



йерляшмя шяраити // Бакы Университетинин Хябярляри. Тябият елмляри серийасы, 

2006, №4, с.104-113. 

9.

 

Кекелия  С.А.,  Ратман  И.П.,  Твалчрелидзе  А.Г.  Методические  рекомендации  по 



поискам  и  локальному  прогнозированию  молибден-медно-порфировых  месторож-

дений Кавказа (во вторичных эвгеосинклинальных зонах). Изд. Саброта Сакартвело, 

Тбилиси, 1987, 65 с. 

10.


 

Масимов А.А.  Геологические  особенности  и  условия  формирования  медно-порфи-

рового  оруденения  северо-восточной  части  Малого  Кавказа  (Шамхорский  антик-

линорий). Автореф. дисс.…канд. г.-м. наук. Баку, 1985, 24 с. 




 

149 


Təqdim edilmiş tədqiqat işi Bakı Dövlət Univtrsitetinin 50x50 qrant proqramı əsasında 

yerinə yetirilmişdir. 



ОСОБЕННОСТИ КАРАДАГСКОЙ РМС И ФОРМИРОВАНИЕ  

МЕДНО-ПОРФИРОВЫХ МЕСТОРОЖДЕНИЙ 

 

А.M.ИСМАЙЛОВА  

 

РЕЗЮМЕ 

 

В статье рассматриваются особенности размещения Карадагской РМС и геологи-

ческие условия формирования связанных с ней медно-порфировых месторождений. По 

мнению автора Карадагская РМС и связанные с ними медно-порфировые месторожде-

ния формировались в островодужных условиях в тесной связи с штокообразными тела-

ми  гранодиорит-порфиров  и  жильными  их  дериватами  кварц-диорит-порфирового  со-

става.  Медно-порфировые  тела  контролируются  долгоживущими  региональными  рааз-

ломами, являвшимися путями циркуляции рудоносных гидротермальных растворов.  



 

Ключевые  слова:  РМС,  медно-порфировые  месторождения,  плагиогранитовые 

интрузии,  гипдротермальные  растворы,  островная  дуга,  субдукция,  постмагматические 

изменения  

 

FEATURES OF GARADAGH OMS AND FORMATION  



OF PORPHYRY COPPER DEPOSITS 

 

A.M.ISMAYLOVA 



 

SUMMARY 

 

The article discusses the features of Garadagh  OMS  and geological conditions of the 



formation  of  associated porphyry copper deposits. According to the author,  Garadagh  OMS 

and associated porphyry copper deposits under the island arc conditions are closely connected 

with granodiorite-porphyry bodies and their derivatives with vein quartz-diorite porphyry com-

position. Copper-porphyry bodies  are controlled by long-lived regional  faults, pathways for 

circulation of ore-bearing hydrothermal solutions. 

 

Key  words:  PMC porphyry copper deposit, plagiogranite intrusion,  hidrotermal solu-

tions, island arc, subduction, post-magmatic changes 

 

 



Redaksiyaya

 daxil oldu: 22.01.2013-cü il. 

Çapa

 

imzalandı: 06.03.2013-cü il. 

 

Document Outline

  • ЛИТЕРАТУРА
    • РЕЗЮМЕ
  • Filiz-maqmatik sistemləri maqmatik və metasomatik filizəmələgəlmələrin, habelə elementlərin konsentrasiyalarının müxtəlif səviyyəli geokimyəvi sahələrinin təbii birliyi olub geoloji proseslərin genetik cəhətdən qarşılıqlı bağlı olan fəaliyyətidir ...

Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə