Baki universitetiNİn xəBƏRLƏRİ №1 Təbiət elmləri seriyası



Yüklə 41,91 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü41,91 Kb.
#26711


 

126 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Təbiət elmləri seriyası 

 

 

2013 

 

 



 

 

 



UOT: 550.343 

 

CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNDƏ ZƏLZƏLƏ HİPOSENTRLƏRİNİN 

KONSENTRASİYA ZONALARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 

 

A.H.ZAMANOVA 



AMEA Geologiya İnstitutu 

aynur-zamanova @ rambler.ru 

 

Xəzər  dənizinin  seysmikliyi  təhlil  edilmişdir.  CXÇ-də  2000–2010-cu  illər  üçün  qeydə 



alınmış  zəlzələlərin  episentrlər  xəritəsi  qurulmuşdur.  Tədqiqat  ərazisində  zəlzələlərin  kon-

sentrasiya  zonaları  müəyyən  edilmişdir.  Qurulmuş  seysmik  kəsilişlərdə  50  km  dərinliyə  kimi 

seysmik fəallığın yüksək olduğu müşahidə edilmişdir. 

 

Açar sözlər: zəlzələ, episentr, hiposentr, profil 

 

Xəzər  dənizi  şimaldan Skif-Turan  platformasının,  cənubdan  Alp  geo-



sinkli

nal sahəsinin müəyyən hissələri ilə (Elbrus dağlıq silsiləsi) sərhədlənmiş 

mürəkkəb tektonik quruluşlu depressiya zonasıdır. Xəzər dənizi boyu müşahidə 

olunan seymiklik qeyri-

bərabər  göstəricilərə  malik  olmaqla  müxtəlif  seysmo-

gen zonalarda təzahür edir. 

Tədqiqatlarda  Xəzər  dənizi  akvatoriyasında  mövcud  olan  zəlzələ  ocaq-

larının konsentrasiyası əsasən 3 seysmogen zona ilə əlaqələndirilmişdir [1]. 

1.

 

Mahaçqala-Krasnovodsk 



qırılma zonası 

2.

 



Xəzərin orta hissəsi, Abşeron-Balxanyanı qırılma zonası 

3.

 



Abşeron yarmadasının cənubunda 

Qeyd olunan seysmogen zonaların hər birində baş verən zəlzələlərin para-

metrləri (M, h) müəyyən intervallarda müşahidə olunur. Bu göstəricidən istifadə 

edərək zəlzələ parametrlərini uyğun gəldiyi zona daxilində qruplaşdırmaq olar.  

I zona üçün - (Mpv = 4,5÷6 ; K=11÷13; h=16÷42)  

II zona üçün - 

(Mpv = 6÷6,5; K=13÷14; h≤ 45÷70) 

III zona üçün  - 

(Mpv  ≤  4÷6,5;  K≤12÷14;  h=30÷50  km)  hüdudlarında 

müşahidə edilir. 

Məqalədə  Xəzər  dənizinin  (Azərbaycan  hissəsi)  seysmikliyinin  öyrənil-

məsi  istiqamətində  aparılmış  bir  sıra  tədqiqat  işlərinin  nəticələrindən  istifadə 

olunmaqla 

Cənubi Xəzər çökəkliyində (CXÇ) zəlzələ ocaqlarının dərinliyə gö-

rə paylanma xüsusiyyətləri araşdırılmışdır. 



 

127 


İlk  öncə  Xəzər  dənizinin  seysmikliyinin  Azərbaycanın  digər  ərazilərin-

dən seçildiyi və burada 1910,1935, 1986, 1989, 2000-ci illərdə güclü (M≥6,0) 

zəlzələlərin baş verdiyini xüsusi qeyd etmək lazımdır. Keçən əsrin 70-ci illərin-

dən  etibarən  Azərbaycan  ərazisində  seysmoloji  şəbəkə  yaradılmış,  müşahidə 

məntəqələrinin  sayı  və alınan  informasiyanın  dəqiqliyi  artırılmışdır.  Nəticədə 

güclü zəlzələlərlə yanaşı Xəzər dənizində çox sayda zəif və orta güclü zəlzə-

lələrin baş verdiyi məlum olmuşdur. Belə zəlzələlərin Xəzər dənizi boyu yayıl-

ma xüsusiyyətlərini araşdırmaq üçün müxtəlif illər ərazidə baş vermiş (1970-

1999 

K≥9,0)  zəlzələlərin  episentrlər  xəritəsi  qurulmuşdur.  Xəritənin qurul-



masında  1970-80-ci  illərdə  baş  vermiş  K≥10,  1981-ci  ildən  1999-cu  ilədək 

K≥9 olan təkanların parametrlərindən istifadə edilmişdir [4 ]. 

 

 

 



 

 

Şək. 1.   1970-1999-cu illərdə Xəzər dənizində (Azərbaycan hissəsi) M=2,2÷-4,5 (K=9 ÷12) 

olan zəlzələlərin episentrlər xəritəsi və profillər üzrə seysmik kəsilişlər [4 ]. 

 

 



 

128 


1970-1999-

cu illər üçün qurulmuş episentrlər xəritəsində Xəzər dənizinin 

seysmikliyinin qeyri-

bərabər paylandığını, Xəzər dənizi boyu zəlzələ ocaqları-

nın  Dərbənddən  başlayaraq  Abşeron  yarmadasına  qədər  uzanan,  sonra  bir 

qədər  əyilərək  Xəzərin  ortası  ilə  şərqə  doğru  davam  edən  zolaq  daxilində 

cəmləndiyini görmək olar. Dənizin ortasında təkanların daha çox sıxlıq təşkil 

etməsini  və  əlavə  olaraq  Abşeron  yarmadasının  cənubunda  ocaqların  sıxlığı 

müşahidə olunur. Bu zonalardan uzaqlaşdıqca ocaqların sayı və sıxlığı azalır. 

Eyni zamanda 2000-2010-

cu illər ərzində Xəzər dənizində (Azərbaycan 

hissəsi)  baş  vermiş  zəlzələlərin  episentrlər  xəritəsi  qurulmuşdur.  Xəritənin 

qurulmasında  2000-2010-cu  illər  ərzində  baş  vermiş  M  ≥2,5  olan  təkanların 

parametrlərindən istifadə olunmuşdur. 

 

 

 



 

Şək. 2.  Xəzər dənizində (Azərbaycan hissəsi) 2000-2010-cu illərdə baş vermiş  

M ≥2,5 olan zəlzələlərin episentrlər xəritəsi (Tərtib edən: Zamanova A.) 

 

Beləliklə,  1970-1999-cu  və  2000-2010-cu  illər  üçün  tərtib  edilmiş  epi-



sentrlər xəritələrindən göründüyü kimi Xəzər dənizinin şimal-qərb hissəsi yük-

sək, cənub-qərb hissəsi zəif seysmik aktivliklə xarakterizə olunur. 

Məlum  olduğu  kimi  Cənubi  Xəzər  çökəkliyi  (CXÇ)  Xəzər  dənizinin 

geniş sahəsini əhatə etməklə, şimaldan Abşeron–Balxanyanı, cənubdan Elbrus 

seysmoaktiv zonaları ilə hüdudlanmışdır. Bu tip qalın çökmə örtüyə malik zo-

nalarda  gərilmə-deformasiya  prosesləri  sakit  getdiyindən  belə  ərazilərdə  zəif 

seysmiklik müşahidə olunur. Eyni zamanda cənubda yalnız bir stansiyanın ol-

ması  CXÇ-də  baş  verən  zəif  zəlzələlərin  koordinatlarının  və  dərinliklərinin 

dəqiq təyini üçün yetərli deyil. 



 

129 


Tədqiqat ərazisində (CXÇ) tərəfimizdən (38˚- 40,5˚şm.en dairəsi və 49,5˚-52˚ şərq 

uzunluğu koordinantları daxilində) 2000-2010-cu illər ərzində baş vermiş M ≥2,5 

olan  zəlzələlərin  parametrləri  təhlil  olunmuş,  2000-2003  və  2003-2010-cu  illər 

üçün Cənubi Xəzər çökəkliyinin seysmikliyini əks etdirən episentrlər xəritəsi və 

seysmik  kəsilişlər  qurulmuşdur.Tərtib  olunan  episentrlər  xəritəsi  və  seysmik 

kəsilişlərə istinadən zəlzələlərin konsentrasiya zonaları müəyyən edilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şək. 3.  2000-2003-cü illərdə CXÇ-də baş vermiş M ≥2,5 olan zəlzələlərin 

episenrtlər xəritəsi və I-I profili üzrə seysmik kəsiliş. 



 

2000-2003-

cu illər üçün qurulmuş xəritədə episentrlərin yalnız Abşeron 

yarmadasından cənubda sıxlaşdığını və sonrakı 3 il ərzində bu ərazidə yüksək 

seysmik fəallığın olduğu müşahidə edilir. Dərinlik üzrə paylanmada hiposentr-

lərin əksəriyyəti əsas təkan ətrafında 30-45 km intervallarında qeyd olunur. 




 

130 


2003-2010-

cu  illər  üçün  qurulmuş  episentrlər  xəritəsində  baş  vermiş 

zəlzələlərin əvvəlki illərlə müqayisədə episentrlərin şərqə tərəf və İranla sərhəd 

ərazilərdə çoxalması müşahidə olunur.  

II-

II profilində 30-50 km dərinlik intervalı seysmik aktiv olaraq qalsa da, 



100 km dərinliyədək zəif təkanlar qeyd olunur. 

 

 



 

 

 



 

Şək. 4.   2003-2010-cu illərdə CXÇ-də baş vermiş M ≥2,5 olan zəlzələlərin  

episentrlər xəritəsi və II-II profili üzrə seysmik kəsiliş. 

 

Tərtib olunan episentrlər xəritəsi və seysmik kəsilişlərin təhlili nəticəsin-



də 2000-2010-cu illər üçün qurulmuş xəritələrdə tədqiqat ərazisində baş vermiş 

zəlzələlərin episentrlərinin əksəriyyətinin Abşeron yarmadasının cənub hissəsi 

boyu v

ə şimaldan Abşeron–Balxanyanı tektonik zonasında konsentrasiyası mü-



şahidə olunur. Bu zolaqlar daxilində seysmik təkanların 80-100 km dərinliyə-

dək yayılması kəsilişlərdən görünsə də, seysmik aktivliyin 50 km dərinliyə qə-

dər  yüksək  olduğu  və  zəlzələ  ocaqlarının  daha  çox  30-50 km intervalında 

sıxlaşması müşahidə olunur. 



 

ƏDƏBİYYAT

 

1.

 



Агамирзоев Р.А. Сейсмотектоника Азербайджанской части Большого Кавказа. Баку: 

Элм, 1987, 124 с.  




 

131 


2.

 

Ахмедбейли  Ф.С.,  Гасанов  А.Г.  Тектонические  типы  сейсмических  очагов  Азер-



байджана. Баку: Элм, 2004, 130 с. 

3.

 



Гасанов А.Г. Глубинное строение и сейсмичность Азербайджана в связи с прогно-

зом нефтегазоносности. Баку: Элм, 2001, 279 с. 

4.

 

Гасанов  А.Г.,  Мамедов  Т.Я.  Сейсмичность  Каспийского  моря  (Азербайджанская 



часть) по слабым землетрясениям / Каталог сейсмопрогностических наблюдений на 

территории Азербайджана в 1999 г. Баку: Элм, 2000, с. 62-67.  

5.

 

Yetirmişli  Q.C.  Cənubi  Xəzər  çökəkliyinin  seysmikliyi:  Geol.-mineral.elm.dok.  ...dis. 



avtoreferat. Bakı, 2010, 53 s. 

6.

 



Məmmədli T.Y. Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə 

əlaqəsi: Geol.-mineral.elm.dok. ...dis. avtoreferat. Bakı, 2007, 46 s. 



 

ОПРЕДЕЛЕНИЕ ЗОНЫ КОНЦЕНТРАЦИИ ГИПОЦЕНТРОВ  

ЗЕМЛЕТРЯСЕНИЙ ЮКВ 

 

А.Г.ЗАМАНОВА 

 

РЕЗЮМЕ 

 

В статье была проанализирована сейсмичность Каспийского моря. А также была 



построена карта эпицентров землетрясений, зарегистрированных в 2000-2010 гг. ЮКВ. 

На  территории  исследования  были  установлены  зоны  концентрации  землетрясений.  В 

сейсмических  разрезах  наблюдалась  высокая  сейсмическая  активность,  установленная 

на глубине 50 км. 



 

Ключевые слова: землетрясение, эпицентр, гипоцентр, профиль  

 

DEFINITION OF THE ZONAL CONCENTRATION OF EARTHQUAKE  



HYPOCENTERS OF SCB 

 

A.G.ZAMANOVA 

 

SUMMARY 

 

The article deals with the seismicity  of the  Caspian Sea.  The  epicenter maps of earth-



quakes of the South Caspian Basin have been made out for 2000-2010 years. The concentration 

zones of earthquakes in the research area have been presented. There was observed high seis-

mic activation on cross-section for 50 km depth.  

 

Key words: earthquake, epicenter, hypocenter, profile 

 

 

Redaksiyaya

 daxil oldu: 22.01.2013-cü il. 

Çapa

 

imzalandı: 06.03.2013-cü il. 

 

 



 

 

 



 

 

Yüklə 41,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə