Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 221,19 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü221,19 Kb.
#52911


 

27 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

UOT 82-3. 47.82.31 



 

SƏNƏDLİLİK VƏ BƏDİİ HƏQİQƏT 

 

S.Ş.QULİYEVA  



Bakı Dövlət Universiteti 

Samiquliyeva@mail.ru 

 

Az

ərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadə zəngin yaradıcılıq yolu keçmişdir. Ədəbiy-

yata  xırda hekayələrlə gələn  yazıçı,  sonralar daha  iri həcmli  əsərləri ilə  ədəbi ictimaiyyətin 

diqq

ətini cəlb etmişdir. 

M

əqalədə  Əzizə  Cəfərzadənin  tarixi  mövzuda  yazdığı  romanlarından,  povestlərindən 

söhb

ət açılır. 

 

Açar sözl

ər: hekayə, tarixi mövzu, cəmiyyət, məşhur, qürur 

 

Min illik tarix



ə malik olan Azərbaycan ədəbiyyatında ilk qadın sənətkarlar 

800 il bundan 

əvvəl tarix və  ədəbiyyat səhnəsinə  çıxmışlar.  Böyük  Azərbaycan 

şairi M.Gəncəvinin adı ilə bağlı olan bu ədəbi hərəkat özünə layiqli yer tutmuşdur. 

Bu z

əngin  ədəbi  ənənələr üzərində  formalaşan  Azərbaycan  qadını 



ədəbiyyatı böyük şairlər yetirmişdir. Nəsr sahəsində bu ənənələri uğurla davam 

v

ə inkişaf etdirən ədiblərdən biri də Əzizə xanım Cəfərzadə olmuşdur. 



Əzizə  Cəfərzadə  ədəbiyyata 1937-ci ildə  “Əzrayıl”  adlı  hekayəsi ilə 

g

əlmişdir. Bundan sonra arabir mətbuat səhifələrində xırda hekayələr ilə çıxış 



ets

ə də, onun bədii yaradıcılıq dövrü əsasən 60-cı illərin sonundan başlamışdır. 

Yazıçının  bir-birinin  ardınca  müxtəlif vaxtlarda dərc etdirdiyi “Natəvan haq-

qında hekayələr”, “Qızımın hekayələri”, “Sahibsiz ev”, “Qızıl sahilə səyahət” 

v

ə  “Əllərini mənə  ver” kimi neçə-neçə  kitabları  oxucular  tərəfindən rəğbətlə 



qarşılanmışdır.  Onun  ilk  hekayələrindəki  inamlı  addımları  sonralar özünü 

doğrultmuş,  Əzizə  xanım  oxucularını  daha  kamil  əsərləri olan povestləri və 

geniş epik planda yazılan tarixi romanları ilə sevindirmişdir. 

Yazıçının bu dövr yaradıcılığı üçün xas olan keyfiyyətlərdən biri məişət 

möv

zusundan  alınmış  epizodlardan  tədricən tarixi mövzuya keçmək təşəbbü-



sünd

ədir. 


Əgər “Qızımın hekayələri” bu günü təsvir və tərənnüm edirsə “Anamın 

nağılları” daha çox tarixidir, keçmişdir, konkret tarixi hadisələrdir. Düzdür, bu 

hadis

ələrdə  görkəmli tarixi  şəxsiyyətlər  iştirak  etmir,  ancaq  hər bir fərdin öz 



tarixi m

əgər taleyüklü deyilmi və bütövlükdə, Vətən tarixi ayrı-ayrı fərdlərin 




 

28 


tarixinin m

əcmuəsi deyilmi? Bu silsiləyə “Yumurta əhvalatları”, “İldə bir yalan 

danışan”, “Yaxşı qonşu”, “Ponzabığın nağılı” hekayələrini daxil etmək olar.  

M

əlum olduğu kimi, Əzizə Cəfərzadə tarixi roman janrına doğru getdiyi 



yolu birn

əfəsə deyil, addım-addım qət etmişdir. Bu yoldakı növbəti addımlar-

dan biri kimi tarixi hadis

ələrlə səsləşən və müəyyən dərəcədə sənədli xarakter 

daşıyan, qaynaqlara söykənən hekayələrin qələmə  alınmasını  nəzərdən keçir-

m

ək olar. Yazıçının “Natəvan haqqında hekayələr” silsiləsi məhz bu baxımdan 



onun  yaradıcılığının  ümumi  axarında  və  təkamülündə  əhəmiyyət kəsb et-

m

əkdədir (1, 23). 



Bu da xeyli  d

ərəcədə  Ə.Cəfərzadənin  bir  yazıçı-tədqiqatçı  kimi  günü 

arxivl

ərdə keçən zəhmətkeş arayıcı olması ilə bağlıdır. Məhz tapdığı qiymətli 



tarixi s

ənədlərə söykənən yazıçı bədii həqiqətlə tarixi həqiqətin üzvü vəhdətinə 

nail olmuşdur. 

Xurşud  Banu  Natəvan Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti tarixində 

özün

əməxsus yeri və sanbalı olan sənətkarlardandır.  Onun təkraredilməz sənət 



yo

lunu işıqlandırmağa çalışan Əzizə Cəfərzadə təkcə bir yazıçı-alim kimi deyil, 

h

əm də incə qəlbli bir qadın kimi bu işdə üçqat uğura nail olmuşdur. Bu heka-



y

ələrin bəzisində  məşhur  fransız  yazıçısı  Dumanın  “Qafqaz  səfəri”  əsəri ilkin 

qaynaq rolunu oynasa da mü

əllif süjetə tam sərbəst yanaşmış, Dumanın təsvir və 

hadis

ələrə  münasibətinin  əsiri  olmamışdır.  Epizodun  təqdimində  daha çox ek-



zotika  axtaran  fransız  yazıçısından  fərqli  olaraq,  Əzizə  Cəfərzadə  söykəndiyi 

qaynağa  bir  vətənpərvər azərbaycanlı  qadın  yazıçısı  kimi  münasibət  bəsləmiş, 

daha çox milli qürur duyduğu hadisə və epizodları qabartmağa çalışmışdır. 

Yeri g


əlmişkən,  Əzizə  Cəfərzadə  sənətinin bir xüsusiyyətini də  qeyd 

etm


ək istərdim ki, o da tarixə, tarixi hadisələrə  təkcə  bir  tarix,  keçmiş  kimi 

deyil, h


əm də müasirlik, indiki zaman kimi baxmasıdır. 

Görk


əmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi Məmməd Arif ədə-

biyyat


ımızda  tarixi  mövzunun  işlənməsindən bəhs edərkən  yazırdı:  “...yazıçı 

yalnız ayrı-ayrı faktları, meylləri deyil, ictimai həyatda baş verən mühüm dəyi-

şikləri, onun qanunauyğunluğunu, ictimai inkişafın perspektivini də dərk etmə-

lidir. Bunlarsız yazıçı cəmiyyətdə baş verən hadisələri düzgün əks etdirə bil-

m

əz” (2, 36). 



Əzizə Cəfərzadənin tarixi romana keçdiyi inkişaf yolunun növbəti mər-

h

ələsi kimi onun İkinci dünya savaşı mövzusunda yazdığı hekayələri daha da 



maraqlıdır. 

“Bu silsil

ədə konkret insan taleləri əsasında haradasa uzaqlarda cərəyan 

ed

ən dəhşətli hadisələrin əks-sədası verilmişdir” (1, 14). 



Daha  sonralar  yazıçı  Əzizə  Cəfərzadə  oxucularını  daha  kamil  əsərləri 

olan povestl

əri və geniş epik planda yazılan tarixi romanları ilə sevindirmişdir. 

Bu ba


xımdan yazıçının Şirvanda yaşayıb-yaratmış Azərbaycanın görkəmli sə-

n

ətkarı haqqında qələmə alınan trilogiyası, xüsusilə diqqətəlayiqdir.  



Trilogiyanın “Vətənə qayıt” adlı birinci hissəsi XVII əsrin sonu – XVIII 

əsrin əvvəllərində yazıb-yaratmış Nicat Şirvaninin kəşməkəşli həyatından bəhs 




 

29 


edir. “Al

əmdə səsim var mənim” Seyid Əzim Şirvaninin, “Yad et məni” adlı 

ikinci hiss

ədə isə Abbas Səhhətin həyatı fonunda baş verən mühüm hadisələr 

q

ələmə alınmışdır.  



Əzizə  Cəfərzadə  tarixi  şəxsiyyətlərin həyatına  müraciət etsə  də,  onun 

trilogiyası  bədii tərcümeyi-hal xarakterində  yazılmamışdır.  Yalnız  hər üç 

s

ənətkarın həyat və fəaliyyəti Əzizə Cəfərzadə üçün bədii vasitə rolu oynamış, 



o bu görk

əmli  adamların  həyatı  ətrafında  Azərbaycan  xalqının  mübarizələrlə 

dolu tarixinin 

ən mühüm dövrlərini təsvir etmişdir. Lakin məlum olduğu kimi, 

bu çox böyük v

ə gərgin əmək sayəsində əmələ gəlmişdir. Xalqın bədii təfək-

kürün

ə yaxından bələdlik yazıçıya kömək etmiş və buna görə də, “Vətənə qa-



yıt”  əsərində  hadisələrin cərəyan etdiyi tarixi  dövr  haqqında  oxucuda  bitkin 

t

əsəvvür  yarada  bilmişdir.  “Bu  baxımdan  romanın  başlanğıcı  olan  “Beş  qız 



idik...” hekay

əsi xüsusilə nəzəri cəlb edir. Təsvir edilən hadisə xalqın faciəvi 

h

əyatını öyrənmək üçün oxucunu keçmişə aparır”. 



Əsil ismət timsalı olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellə-

r

ə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən 



x

əbər verir. 

Romanda t

əsvir olunan hadisələr  əsasən qədim  Şamaxıda  cərəyan edir. 

XVIII 

əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət 



v

ə memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır. Sonralar Nadir şa-

hın Şirvana hücumu Şamaxını bərbad vəziyyətə salmışdır. Bir müddət istiqla-

liyy


ət qazana bilməyən  Şirvan  Türkiyə  soltanlığının  əlinə  keçmiş,  beləliklə, 

Za

qafqaziyada İran və Türkiyəyə qarşı münasibətinin kəskinləşməsi Rusiyaya 



t

ərəf meylin yaranmasına səbəb olmuşdur. Belə ziddiyyətli bir dövrdə Şirvanda 

ya

şayıb-yaradan Nicat Şirvani, Zülali, Ağa Məsib Şirvani, Raci Şirvanlı, Rəşid 



v

ə digər şairlər özlərini bu mübarizələrə həsr etmiş, hamısı vətəndən didərgin 

düşmüşdür.  

Əsərin süjet xətti dediyimiz tarixi hadisələrə uyğun inkişaf etsə də, bəzi 

tarixi  şəxsiyyətlərin  adları  olduğu  kimi  saxlanılsa  da,  müəllimin  hadisələrə 

qabarıq münasibəti aydın nəzərə çarpır. 

Əslində belə romanda bu iki cəhət gözlənilmiş, biri digərini tamamlamış-

dır.  Xüsusən,  Nicat  Şirvaninin  qəzəllərinin təsiri, Maro əhvalatı,  onların 

m

əhəbbətlərinə inamı daha da gücləndirmişdir. 



Əsərdə  təsvir edilən  Əsgər bəy və  Şəbnəm  yazıçı  tərəfindən çox xa-

rakterik t

əsvir  edilmişdir.  Feodalizmin  nümayəndələri  olan  bu  bacı-qardaşın 

xarakterl

əri psixoloji vəziyyətləri ilə  qarşılaşdırılmışdır.  Belə  halda oxucu 

Şəbnəm bəyə qarşı rəğbət hissi ilə yanaşır. 

əllif  Əsgər bəyin də  ziddiyyətli xarakterini  çox  böyük  ustalıqla 



q

ələmə  almışdır.  Zahirdə  Türkiyə  soltanının  Şamaxıdakı  hakimi  Ehsan  bəyin 

ən yaxın adamı olan Əsgər bəy daxilən müstəqil hakimiyyətə can atır. Nicatın 

qardaşları Qələmşah və Ələmşahın rəhbərliyi ilə baş verən el üsyanına qoşulur 

v

ə son halda üsyana xəyanət edir. Onun xarakterindəki bu ziddiyyətlər yazıçı 



t

ərəfindən məharətlə işlənmişdir. 




 

30 


Filologiya elml

əri  doktoru  Xalid  Əlimirzəyev  “Şirvan”  trilogiyasının 

q

əhrəmanları  haqqında  deyir:  “romanın  əsas qəhrəmanları  xalqımızın  yaxşı 



tanıdığı, sevdiyi Nicat Şirvani, Seyid Əzim Şirvani, Abbas Səhhət, Sabir kimi 

böyük s


ənətkarlar, ölməz şəxsiyyətlərdir. Yazıçı bu qəhrəmanların xarakterləri-

ni,  dünyagörüşlərini, fərdi  ictimai  simalarını  birtərəfli açmaq, tamamlamaq 

üçün onların həyam və fəaliyyətini geniş planda götürmüş, dövrlərinin ən va-

cib, 


ədəbi, ictimai, mədəni hadisələri fonunda təsvir etmişdir” (3, 6). Müəllifin 

öz q


əhrəmanlarına  olan  dərin  ehtiramı,  məhəbbəti  romanları  oxuduqca  bizim 

d

ə qəlbimizə yol salır, ürəklərimizi isidir, gözlərimiz önündə sevimli sənətkar-



larımızın parlaq obrazları canlanır, reallaşır. 

Doğrudan da, bu romanı oxuduqca bizdə də Əzizə xanımın şairanə qəl-

bin

ə xüsusi bir rəğbət hissi oyanır. Duyuruq ki, onun sinəsi xalqımızın söz xə-



zin

əsinin gözəl inciləri ilə  doluymuş.  Trilogiya  oxucunu  belə  bir nəticəyə 

g

ətirir ki, Əzizə Cəfərzadə Şirvanın keçmiş adət-ənənələrinə, etnik xüsusiyyət-



l

ərinə, toy və mərasimlərinə son dərəcə dərindən bələd imiş. Bu cəhət romanın 

b

ədii dəyərini bir qədər də artırmış və onun təsirini daha da gücləndirmişdir. 



Yazıçı görkəmli bir hekayəçi kimi tanındıqdan sonra qələmini povestdə 

sınamağa  başladı.  Bəri  başdan  deyək  ki,  Əzizə  Cəfərzadənin 60-cı  illərin 

sonuna t

əsadüf edən povest yaradıcılığında o dövrün aparıcı üslublarından olan 

lirik-psixol

oji  üslubun,  xüsusi  halda  İlyas  Əfəndiyev  yaradıcılığının  böyük 

t

əsiri olmuşdur. Onun ilk povestinin adı da bu fikri təsdiq etməkdədir. “Əllərini 



m

ənə  ver...” lirik-psixoloji üslub qəhrəmanların  davranışında  açıq-aşkar 

sezilm

əkdədir. Bu,  elə  bir dövr idi ki, kommunist və  sovet dövrünün bütün 



v

ədləri  boşa  çıxmış,  sistemin  inkişaf  perspektivləri özünü tükətmişdi.  Lakin 

yen

ə  də  romantik təxəyyüllü  şair  və  yazıçılar  sistemin  öz  potensialından 



istifad

ə edəcəyini, “utopik marksistlər” tərəfindən müəyyən edilmiş qanun-qay-

dalara 

əməl  ediləcəyini və  ədalətli bir həftənin meydana gələcəyini hələ  də 



güman edirdil

ər” (4,  36).  Elə  bu cür romantik-utopik  arzuların  təsiri ilə  də 

n

əsrdə həyatdan uzaq olsa da, gözəl səslənən romantik obrazlar yaranırdı.  



Sanki ilk baxışdan sosializm və kolxoz quruculuğunun ilk illərinə qayı-

dırıq:  düşmənlər  amansızlıqla  barışmaz  mübarizə  aparırlar.  Lakin  əslində  bu 

bel

ə deyildi: sosializmin son və qəti təntənəsi üçün ədəbiyyatda kəskin və gər-



gin süjetli 

əsərlərə ehtiyac hiss olunurdu. Elə yazıçı Mehdi Hüseynin “Alov” 

pyesini yada salmaq kifay

ətdir. Burada da sanki barışmaz ictimai qüvvələr bir-

biri  il

ə çarpışmaqdadır. Ancaq heç bir barışmaz qüvvə yoxdur, sadəcə olaraq, 

öz qüvv

əsinə  arxayın  olan  sosializm  ən  xırda  müqavimətlə belə  barışmaq  is-



t

əmir.  


Əzizə  Cəfərzadə  yaradıcılığında  həmin partiya direktivinin bir sxem 

şəklində  işləndiyini görmürük. Üstəlik bu cəhənnəmin bütün təbəqələrindən 

keçib g

əlmiş və öz ilk hekayələr toplusunun əksinə olaraq yanmamış, ərimə-



miş, əyilməmiş bir yazıçı olmaqla direktivlərin özünə belə meydan oxuyacaq 

bir s


əviyyədə  olan  bir  yazıçının  direktivlərə  münasibəti və  baxışı  idi.  Məhz 

buna gör


ədir ki, Cəfər Cabbarlı situasiyasına düşmüş qəhrəmanda artıq Cəfər 


 

31 


sxematikliyi  – 

sosializm  düşməninin məğlubiyyətinin labüdlüyü nəzərə  çarp-

mır. Cəfər dövrü artıq keçmişdi və Cəfərzadə dövrü başlamışdı. 

C

əfərzadə dövrü isə insandan daha artıq sərbəstlik tələb edirdi. Elə buna 



gör

ədir ki,  “Əllərini mənə  ver” povestinin qəhrəmanı  əsas həyat  amalını 

tikintiy

ə rəhbərlikdə deyil, ailə xoşbəxtliyində görür və bu da Cəfər dövrü ilə 

C

əfərzadə dövrünün əsas aparıcı fərqlərini təşkil etməkdədir. 



Əzizə Cəfərzadə bir çox başqa sənətkarlar kimi zaman-zaman öz sevimli 

obrazlarına  qayıdan  bir  yazıçıdır.  Povestlərinin birində  (“Səməndər  quşu”)  o 

bütün bu motivl

ərə  bir  daha  qayıdır.  Əsəri  oxuduqca  Əzizə  Cəfərzadənin öz 

üslubuna sadiq qaldığının şahidi oluruq. Burada da gerçəklik tarixə və nağıla 

qarışır “Anamın nağılları”, “Seyfi əminin nağılları”nda öz əksini tapır. 

Povest 20-30-cu ill

ər  Bakısını  əhatə  etsə  də, burada bütöv bir zaman 

k

əsiyində  Azərbaycanı  görmək mümkündür. Çünki povestdəki qəhrəmanlar 



bizim az

ərbaycanlı psixologiyasına o qədər yaxındır ki, müəllifin əsərdə məhz 

hansı dövrün hadisələrini təsvir etdiyini ayırd etmək mümkün deyildir. Əsərdə 

xüsusil


ə,  tarix  boyu  xalqımız  üçün  aktual  olmuş  məzlumluq  –  yəni zülmə 

dözm


ək, üsyana qalxmamaq və  təfəkkür  fəlsəfəsi ilə  yaşamaq  problemi 

qoyulur v

ə təfəkkür fəlsəfəsinin əksinə həll edilir.  

Tarixi  mövzunun  epizodik  işlənməsi  artıq  Əzizə  Cəfərzadə  yaradıcılığı 

üçün keçilmiş mərhələyə çevrilir. “Hun dağı”, “Xoş gördük, səyyah”, “Cəlaliy-

y

ə” kimi povestlərdə bu mövzunun geniş bədii-tarixi planda işlənməsinin şahidi 



oluruq. “Hun dağı” povesti sırf tarixi mövzuda yazılmamışdı. Burada tarixi möv-

zu il


ə  folklor mövzusunun, gerçəkliklə  əfsanənin  sintezi  verilmişdir.  Povestdə 

yazıçının  orijinal  üsulunu  da  qeyd  etməmək olmaz. Məğlub  olmuş  xeyir qüv-

v

ələr şər qüvvələr içərisində qalıb, onlara tabe olmaq istəmirlər. Turqut Dədənin 



m

əsləhəti ilə onlar naqis insanları tərk edərək yeni, daha işıqlı bir cəmiyyət ya-

ratmaq üçün qürb

ətə getməyi təklif edirlər. Bu fikir indinin özündə də böyük ak-

tuallığa  malik  olaraq  qalır.  Elə  yaxın  keçmişimizi  xatırlayaq: səriştəsiz  “baş-

çılarımız”ın yarıtmaz daxili və xarici siyasəti nəticəsində nə qədər vətən oğulları 

yurd

larından didərgin düşdülər, ancaq “palaza bürünüb el ilə sürünmədilər”.  



Povestin  uğurları  barədə  professor V.Quliyev “Nəsrimiz və  tariximiz” 

ad

lı  məqaləsində  yazır:  “Hun  dağı”  povestində  mifoloji elementlər güclüdür. 



əsərin bir məziyyətini – onun bədii dil baxımından uğurlu olduğunu qeyd et-

m

ək istərdik. Məhz həmin məziyyət sayəsində müasir dövrümüzdən minillik-



l

ərlə ayrılan epoxanın ruhu, nəfəsi duyulur” (5, 19). 

əllifin  yaradıcılığında tənqid tərəfindən  müəyyən hücumlara məruz 



qalmış “Cəlaliyyə” povestinin öz yeri, öz mövqeyi vardır. “Cəlaliyyə” povesti-

nin süjet x

ətti XII əsrdə Naxçıvanda hökmranlıq etmiş Cəlaliyyə Xatunun (Cə-

laliyy


ə Xatun Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Məhsəti Gəncəvinin 

n

əvəsidir) həyatı  və  yaşadığı  dövrdə  baş  verən ictimai-siyasi hadisələrlə 



bağlıdır. XIX əsrin ilk otuz illərində Orta Asiya, Yaxın Şərq və başqa yerlərə 

s

əyahət  etmiş  coğrafiyaşünas  alim  Zeynalabdin  Şirvaninin  uşaqlıq  illərindən 



danışan “Xoş gördük, səyyah” povesti rəğbətlə qarşılanmışdır. 


 

32 


Ədəbiyyatımızda  M.C.Ordubadinin  adı  ilə  bağlı  olan  tarixi  roman  janrı 

Əzizə Cəfərzadənin yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Bu mərhələnin 

b

ədii məhsulları olan romanların bir qisminə roman-bioqrafiya da demək müm-



kündür. Bu termin xüsus

ən  “Şirvan”  trilogiyasına  tətbiqən özünü daha çox 

doğruldur.  

“V

ətənə qayıt”, “Aləmdə səsim var mənim”, “Yad et məni” - bu üç ro-



ma

nın vahid “Şirvan adı altında birləşməsi böyük Nizaminin beş poemasının 

“X

əmsə”  adı  altında  birləşməsindən bir qədər fərqlənsə  də,  burada müəyyən 



analogiya aparmaq olar. Ümumiyy

ətlə, Əzizə Cəfərzadə yaradıcılığını klassik 

irs

ə yaxınlaşdıran cəhət tarixilik və elmilik, klassik ədəbiyyatın bədii əksi ilə 



deyil, h

əm də  xarakteri, ümumi istiqaməti,  poetik  üslubun  oxşar  cizgiləri ilə 

şərtlənir. Bu baxımdan Əzizə Cəfərzadə nəsri klassik ənənədən bəhrələnmənin 

uğurlu fikri sayıla bilər. 

Əlbəttə,  tarixi mövzuya müraciət etmək heç də  tərcümeyi-hal xarakteri 

daşıyan əsərin yazılması demək deyildir. İstər Nicat Şirvani, istər Seyid Əzim, 

ist

ərsə  də  Abbas Səhhət Vahid Azərbaycan  ziyalısının  müxtəlif dövrlərdə 



yaşamış üç poemasıdır.  

Doğrudan da, sənətin sirləri əlçatmazdır. 



 

ƏDƏBİYYAT  

1.

 



Əliyeva İ. El anası Əzizə Cəfərzadə. Bakı: Elm, 2001, 64 s. 

2.

 



Arif M. 

Seçilmiş əsərləri. 3 cilddə, I c. Bakı: Elm, 1967, 608 s. 

3.

 

Əlimirzəyev X. Tarixilik və bədiilik. “Ədəbiyyat və incəsənət” qəz., 1995, 17 aprel. 



4.

 

Əliyeva İ. “Vətənə qayıt” romanında tarixi şəxsiyyətlər // Bakı Universitetinin xəbərləri, 



2000, №2, 90 s. 

5.

 



Quliyev V. N

əsrimiz və tariximiz // Azərbaycan jurn. 1984, №4, 204 s. 

6.

 

Xudub



əyli  M.  Əzizə  Cəfərzadə  yaradıcılığında  tarixi  şəxsiyyətlərin tərənnümü. “Kredo” 

q

əz., 2010, 1 may.  



 

ПРОФЕССИОНАЛИЗМ И ЛИТЕРАТУРНАЯ ПРАВДИВОСТЬ 

 

С.Ш.ГУЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  настоящей  статье  повествуется  о  писательнице  Азизе  Джафарзаде,  имеющей 

выдающиеся  заслугу  в  формировании  литературно-художественной  и  национально-

эстетической мысли в Азербайджане. 

Глубокий гумманизм, философские задумки, реализм и психологическая глубина 

произведений  талантливой  писательницы  Азизы  Джафарзаде,  привлекли  к  себе 

внимание литературной общественности и широкой массы читателей. 

В  творчестве  Азизы  Джафарзаде  особое  место  занимают  рассказы,  повести  и 

романы, а также произведения, написанные на исторические темы. 

 

Ключевые слова: рассказ, историческая тема, общество, знаменитый, гордость  



 

33 


DOCUMENTATION AND ARTISTIC REALITY 

 

S.Sh.GULIYEVA 

 

SUMMARY 

 

The article deals with Aziza Jafarzadeh who has important services in the formation of 



literary-artistic and national-aesthetical sense in Azerbaijan. 

The originality of the talent of Aziza Jafarzadeh, her different style of writing, deep 

humanism in her works, philosophical way, realism and psychological depth, drew the 

attention of a large mass of readers and literary-scientific public. 

She is the author of novels, tales and stories of deep meaning dedicated to the love for 

God, self -actualization and moral perfection which make the people think deeply. She wrote a 



lot about woman’s freedom/ her works call the people for moral ethical perfection. 

 

Key words: story, historical themes, society, famous, pride 

 

Yüklə 221,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə