Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 231,85 Kb.
Pdf görüntüsü
tarix21.07.2018
ölçüsü231,85 Kb.
#57574


 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

D



İLÇİLİK

 

 



 

 

46.01.09. Dilçilik tarixi. F



ərdilik. 

UOT 81 (091); 81 (092) 

 

VİLHELM TOMSEN VƏ QƏDİM TÜRK YAZISI  



ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏSİ 

 

E.

İ.ƏZİZOV 

azizov-elbrus@mail.ru 

 

XIX 

əsrdə  dilçilik  sahəsindəki  mühüm  kəşflərdən  biri  türk  xalqlarının  Orxon-Yenisey 

kitab

ələrinin  oxunması  olmuşdur.  Məqalədə  Danimarka  alimi  Vilhelm  Tomsenin  türk  (run) 

abid

ələrinin  öyrənilməsi  sahəsindəki  elmi  fəaliyyətinin  əsas  istiqamətləri  nəzərdən  keçirilir. 

V.Tomsen q

ədim türk kitabələrini açmaqdan başqa öz araşdırmalarında qədim türk dilinin bəzi 

xüsusiyy

ətlərini  də  ilk  dəfə  olaraq  dəqiq  şəkildə  müəyyənləşdirmişdir.  Böyük  alim  həm 

müqayis

əli  dilçilik,  həm  də  türkologiya üzrə  bir  sıra  qiymətli  əsərlərin  müəllifidir.  Onun 

«

Açılmış  Orxon  kitabələri»  əsəri  qədim  türklərin  Orxon  yazıları  haqqında  ilk  mükəmməl 

t

ədqiqatıdır.  

 

Açar sözl

ər:  Vilhelm Tomsen, dilçilik tarixi, Orxon-Yenisey kitabələri, qədim türk 

yazısı, türkoloji araşdırmalar 

 

M

əşhur Danimarka dilçisi Vilhelm Tomsen (1842-1927) dilçilik tarixinə 



parlaq  s

əhifələr  yazmış,  elmdə  yeni  üfüqlər  açmış  böyük  alimdir.  Professor 

V.Tomsenin dilçilik tarixind

əki yeri barədə təsəvvür yaratmaq üçün təkcə bunu 

dem

ək kifayətdir ki, XIX əsrdə dilçilik sahəsindəki ən mühüm kəşflərdən biri 



m

əhz onun adı ilə bağlıdır. V.Tomsenin 1893-cü ildə qədim türklərin Orxon və 

Yenisey  kitab

ələrini  oxuması  təkcə  dilçilik  baxımından  deyil,  ümumiyyətlə, 

m

ədəniyyət tarixi baxımından möhtəşəm bir hadisə idi.  



V.Tomsen türkologiya tarixind

ə əsas etibarilə qədim türk əlifbasını açmış 

bir  alim  kimi 

tanınır,  lakin  hind-Avropa  və  fin-uqor  dilləri  üzrə  dərin  biliyə, 

geniş  və  hərtərəfli  filoloji  erudisiyaya  malik  olan  bu  alimin  elmi  fəaliyyət 

dair


əsi çox geniş olmuşdur (1, 2, 3). 

V.Tomsenin elmi f

əaliyyəti haqqında Azərbaycanda kifayət qədər yazıl-

madığını, dilçilik tarixi, o cümlədən türkologiya tarixi üçün maraqlı olacağını 

n

əzərə  alıb  onun  elmi  fəaliyyətinin  əsas  istiqamətlərini  və  qədim  türk  (run) 




 

yazısı  abidələrinin  öyrənilməsinə  həsr  olunmuş  araşdırmalarını,  qısa  şəkildə 



olsa da, n

əzərdən keçirməyi məqsədəuyğun hesab etdik. 

V.Tomsen  Kopenhagen  Universitetinin  filologiya  fakült

əsində  təhsil 

alark

ən klassik dillərlə yanaşı şimal dilləri (Skandinaviya dilləri) filologiyasını, 



müqayis

əli dilçiliyi, habelə qərbin əsas dillərindən başqa sanskrit, ərəb, ispan, 

port

əgiz, rus, fin, macar dillərini də öyrənmişdi. V.Tomsenə şöhrət gətirən ilk 



elmi 

əsəri doktorluq dərəcəsi almaq üçün yazdığı «German dillərinin fin-lapp 

dill

ərinə  təsiri» (1869) adlı  dissertasiyası  olmuşdur.  O  bu  əsərində  qədimdə 



şərqi  germanlarda  klassik  qot  dilindən  daha  qədim  bir  ləhcənin  mövcud  ol-

duğunu  və  fin  dilində  özünü göstərən  alınma  german  sözlərinin  bu  qədim 

l

əhcədən keçmiş olduğunu inandırıcı dəlillərlə sübut etmişdir. V.Tomsenin bu 



əsəri  1870-ci  ildə  alman  dilinə  tərcümə  edilmiş  və  Berlin  Akademiyasının 

Bopp 


mükafatına layiq görülmüşdür (3, 9). 

Artıq XIX əsrin 70-ci illərindən V.Tomsen Avropanın ən yaxşı linqvist 

aliml

ərindən biri kimi tanınırdı. O, 1876-cı ildə Danimarka Kral Akademiyası-



nın  üzvü  seçilmiş, 1887-1913-cü  illərdə  Kopenhagen  Universitetinin  ordinar 

professoru olmuşdur. 

V.Tomsenin  t

ədqiqatları  həmişə  dilçiliyin  ən  çətin  problemlərinə  həsr 

olunması və mühüm elmi nəticələrin əldə edilməsi ilə fərqlənmişdir. O, hind-

Avropa  dill

ərinin  fonetikasına  dair  məqalələrində  roman  dillərində  samitlərin 

inc


ələşməsi  (yumşalması)  hadisəsini  və  hind-Avropa  dillərində  damaq 

s

əslərinin qaydasını müəyyənləşdirmişdir. 



V.Tomsenin  1876-

cı  ildə  İngiltərənin  Oksford  Universitetində  «Qədim 

Rusiya  il

ə  Skandinaviya  əlaqələri  və  rus  dövlətinin  əsası»  mövzusunda  oxu-

duğu mühazirələr böyük maraqla qarşılanır və ingilis dilində nəşr olunur. O bu 

araşdırmasında etnik rus adını fincədə «isveçli» mənasını verən ruotsi sözü və 

İsveç dilində ölkənin bir bölgəsinə verilən Roslagen adı ilə əlaqələndirmiş, rus 

knyazlarına  və  drujinalarına  məxsus  adların  əksəriyyətinin Skandinaviya 

xalqlarında da olduğunu göstərmişdir. V.Tomsenin əsəri çox keçmədən alman 

dilin


ə də tərcümə edilir və 1879-cu ildə Qotada «Der Ursprunq des russishen 

Staates» (Rus dövl

ətinin mənşəyi) adı ilə işıq üzü görür. Böyük marağa səbəb 

olmuş  bu  tədqiqat  1891-ci  ildə  rus  dilində  də  nəşr  olunur.  V.A.Qordlevski 

V.Tomsen 

haqqında  yazdığı  məqalədə  bu  əsərə  diqqət  yetirmiş,  müəllifin 

fikirl

ərini təqdir etmişdir (1, 373). 



V.Tomsen Kipr kitab

ələrini, Hindistandakı munda-santalı dillərini, qədim 

Anadoludakı liki dilinin sintaksisini və etrusk dilinin Şimali Qafqaz dilləri ilə 

qo

humluğu məsələsini də tədqiq etmişdir. Alimin «XIX əsrin sonuna qədər dil-



çilik  tarixi» 

adlı  əsəri  də  dəyərli  bir  tədqiqatdır.  Bu  əsərin alman  dilinə  tər-

cüm

əsi 1927-ci ildə Halle şəhərində (Almaniya), rus dilinə tərcüməsi isə 1938-



ci  ild

ə Moskvada nəşr olunmuşdur. Dilçilik tarixinin öyrənilməsi baxımından 

V.Tomsenin bu t

ədqiqatı öz əhəmiyyətini hələ də itirməmişdir (4, 16). 

V.Tomsenin  elmi  f

əaliyyətində qədim türk (run) yazısı abidələrinin öy-

r

ənilməsi mühüm yer tutur. O, ömrünün son 35 ilində bu sahədəki fəaliyyətini 




 

ardıcıl olaraq davam etdirmişdir. 



M

əlum olduğu kimi, XIX əsrin 90-cı illərinin əvvəllərinədək, başqa sözlə 

deyils

ə,  V.Tomsenin  Orxon  kitabələri  üzərində  tədqiqata  başlamasınadək 



q

ədim türk yazılı abidələrinin aşkar edilməsi və mətnlərin nəşri sahəsində çox 

işlər görülsə də, bu yazılar o vaxtadək oxunmamış halda qalırdı. Bəzi tədqiqat-

çıların həmin yazıları oxumaq cəhdləri də uğursuzluqla nəticələnmişdi. Orxon-

Yenisey 

yazıları  öz  formasına  görə  Skandinaviyanın  qədim  run  yazılarına 

b

ənzədiyi üçün elm aləmində «runik» yazıları kimi tanınırdı.  



V.Tomsen  Orxon-

Yenisey  yazılarının  oxunması  işinə  1892-ci  ildə 

başlayır.  O  öz  tədqiqatını  iki  Orxon  abidəsinin  -  1892-ci  ildə  Helsingforsda 

(Helsinkid

ə) nəşr olunmuş fin atlasındakı birinci və ikinci abidələrin mətnləri 

üz

ərində  aparırdı.  V.Tomsen  ilk  olaraq  kitabələrdəki  sətirlərin  çincə  mətnlər 



kimi 

yuxarıdan-aşağıya doğru olduğunu, sətir sıralarının isə sağdan-sola doğru 

düzüldüyünü, 

əlifbanın  38  işarədən ibarət  olduğunu,  sözlərin  bir-birindən  iki 

nöqt

ə ilə ayrıldığını müəyyən edir. O, əvvəlcə saitləri bildirən işarələri, sonra 



is

ə onların səs dəyərini müəyyənləşdirir. V.Tomsen 1893-cü ildə nəşr olunmuş 

«

İlk  məlumat»ında  yazırdı: «İlk  iş  olaraq  saitlər  üçün  xüsusi  işarələrin  olub-



olmadığını və hansılarının da ola biləcəyini araşdırdım və uğura çox asan nail 

oldum» (5, 12). 

Sonrakı mərhələdə alimin bütün səyləri hərflərin səs dəyərini 

əyyən  etməyə  yönəlir.  Onun  müəyyən  etdiyi  ilk  hərf  ı-i  saitlərini  bildirən 



işarə  olur.  V.D.Arakinə  görə,  V.Tomsen  1893-cü  ilin  yayında  kitabələrin 

dilinin türkc

ə olduğunu və xüsusi adlarla birləşmədə tez-tez rast gəlinən k

a

ğ

a

n 

(çinc


ə:  ke  xan)  sözündəki  üç  samitin  səs  mənasını  müəyyən  etməyə  nail 

olmuşdu (6, 41). Ancaq o, söz ortasındakı ğ hərfinin türkcənin səs qaydasına 

zidd olaraq b

əzi sözlərdə başlanğıcda yazıldığını görüb yanıldığını zənn edir və 

araşdırmalarına ara verir (3, 24). Əslində isə V.Tomsen yanılmamışdı, sadəcə 

olaraq  o  h

ələ  onda  Orxon kitabələrində  saitlərin  söz  əvvəlində  yazılmaya  da 

bildiyini mü

əyyən etməmişdi. 1893-cü il noyabrın 5-də V.Tomsen Orxon əlif-

basının  açılması  sahəsindəki  fəaliyyətini  yenidən  davam  etdirir  və  bu  dəfə 

m

ətnlərdən dörd hərfli täŋri sözünü seçir və onu oxumağa nail olur. Sonra çin-



c

ə mətndəki bir şəxs adı ilə müqayisə nəticəsində Kültigin adını müəyyən edir. 

N

əhayət,  o  zamanadək  oxuduğu  sözlərdəki  hərflərin  köməyi  ilə  türk  sözünü 



oxuyur v

ə bunlar sonrakı iş üçün çıxış nöqtəsi olur. 1893-cü il noyabrın 25-də 

V.Tomsen «özünün sakit h

əyatının ən həyəcanlı günündə» (V.Bröndal) qabaq-

cadan 

apardığı uzun axtarışların nəticəsi olaraq bir saat ərzində bütün əlifbanı 



tam 

şəkildə açır (2, 760; 3, 26). A.N.Samoyloviçin 1914-cü ildə nəşr olunmuş 

«V.Tomsen türkoloq kimi» m

əqaləsinə istinad edən V.D.Arakin qeyd edir ki, o 

vaxtad

ək V.V.Radlov Orxon əlifbasının 11 hərfinin səs mənasını müəyyən edə 



bilmişdi (6, 41). V.Tomsen öz kəşfindən dörd gün sonra 1893-cü il noyabrın 

29-da  akademik  V.V.Radlova  m

əktub  yazaraq  Orxon-Yenisey  yazılarının 

açılışı haqqında məlumat verir. O eyni zamanda bu məktubunda V.V.Radlovu 

türkoloq  kimi  yüks

ək  qiymətləndirir: «Kitabələrin  şərhlərinə  və  tərcüməsinə 

g

əlincə mən yalnız ona təəssüf edirəm ki, Radlov deyiləm» (7, 56). 




 

1893-cü  il 



dekabrın  15-də  V.Tomsen  Danimarka  Kral  Akademiyasının 

ic

lasında  Orxon-Yenisey  kitabələrinin  açılışı  haqqında  məruzə  edir  və  belə-



likl

ə, öz parlaq kəşfini elm aləminə bildirir. Bu, həqiqətən dahiyanə bir kəşf idi 

v

ə elmdə V.Tomsenin ən böyük nailiyyəti idi. V.Tomsenin məruzəsi «Orxon 



v

ə Yenisey kitabələrinin açılışı. İlk məlumat» adı ilə 1893-cü ildə Danimarka 

Kral  Elm  v

ə Ədəbiyyat Akademiyasının bülletenində nəşr edilir. V.Tomsenin 

«

İlk  məlumat»ı  həmin  ildə  V.R.Rozen  tərəfindən  rus  dilinə  tərcümə  edilərək 



«Rus  arxeologiya  c

əmiyyəti  Şərq  bölməsinin  əsərləri»ndə  (VIII  cild)  nəşr 

olunur.  V.R.Rozen 

jurnalın  həmin  nömrəsində  çap  etdirdiyi  məqaləsində 

V.Tomseni «Sibir v

ə Monqolustan yazılarının Şampolonu» adlandırır (8, 12).  

V.Tomsenin  k

əşfi qədim türk yazısı abidələrinin öyrənilməsini sürətlən-

dirir. H

əmin vaxtdan etibarən V.V.Radlovun bütün səyləri məhz həmin sahəyə 

yön

əlir. 1894-cü il yanvarın 19-da V.V.Radlov Peterburq Elmlər Akademiyası-



nın  iclasında  V.Tomsenin  kəşfinə  istinadən  Kültigin  abidəsinin  tərcüməsini 

t

əqdim edir. Bu işin mühümlüyü nəzərə alınaraq Elmlər Akademiyası tərcümə-



nin 

çoxaldılıb ilk təcrübə kimi müxtəlif alimlərə və elmi cəmiyyətlərə göndəril-

m

əsinə icazə verir. İlk nüsxə V.Tomsenə göndərilir (V.Radlov. Monqolustanın 



q

ədim türk yazıları. I. Şahzadə Kül Teginin şərəfinə abidə. SPb., 1894; alman-

ca).  Bunun 

ardınca  V.V.Radlov  1894-1895-ci  illərdə  «Monqolustanın  qədim 

türk 

yazıları» seriyasından daha üç əsər nəşr etdirir (7, 56-57). 



1896-

cı ildə Helsinqforsda (Helsinkidə) V.Tomsenin «Açılmış Orxon ki-

tab

ələri» (İncriptions de L’Orkhon déshiffréss) adlı 224 səhifəlik əsəri nəşr edi-



lir (5, 19-302). 

İki hissədən ibarət olan bu araşdırmanın birinci hissəsi «Əlifba» 

ad

lanır.  Burada  Orxon-Yenisey  yazılarının  əlifbası,  saitləri  və  samitləri  ifadə 



ed

ən işarələr (38 işarə), onların işlənmə xüsusiyyətləri geniş təhlil edilmiş, ya-

zılardakı iki nöqtənin işlənmə qaydaları da dəqiqliklə izah olunmuşdur. Bu his-

s

ədə qədim türk əlifbasının mənşəyi məsələsi də araşdırılmış, onun arami mən-



şəli olması fikri ilk dəfə olaraq irəli sürülmüşdür. Əsərin ikinci hissəsində mü-

əllifin qədim türk tarixi ilə əlaqədar tədqiqatı, fin atlasındakı birinci və ikinci 

abid

ələrin mətnlərinin transkripsiyası, fransız dilinə tərcüməsi, mətn və tərcü-



m

əyə dair izahlar və nəhayət, adları, mövzuları, türk sözlərini və qrammatikanı 

əhatə edən indeks verilmişdir. V.Tomsen Kül tigin abidəsindəki çincə mətnin 

E.H.Parker t

ərəfindən ingiliscəyə tərcüməsini də öz əsərinə daxil etmişdir. 

V.Tomsenin  bu 

əsərdəki  şərhləri  öz əhəmiyyətini  indi  də  saxlayır.  Mə-

s

ələn, tədqiqatçıya görə, kitabələrdə adı çəkilən Tämir kapığ (Dəmir qapı) adlı 



yer B

əlx şəhərindən Səmərqəndə gedən yolun üzərində Keş şəhərinin təxminən 

90  km  c

ənubunda  12-20  metr  genişliyində  və  3  km  uzunluğunda  dar  bir  ke-

çiddir. 

Coğrafi obyektin yerini düzgün müəyyənləşdirən alim mənbələrə əsasən 

onun d

əqiq təsvirini də vermişdir. O, abidələrdəki Altun yış toponiminin Böyük 



Altay 

dağlarına aid olduğunu da göstərmişdir (5, 207, 229).  

V.Tomsenin  «

Açılmış  Orxon  kitabələri»  əsəri  türkologiyada  Orxon  ya-

zıları haqqında ilk mükəmməl nəşr sayılır (Orxon-Yenisey kitabələrinin 1894-

1895-ci  ill

ərdəki  V.V.Radlov  nəşrləri  təcili  hazırlandığından  onlarda  oxu  və 



 

izahlar 



baxımından çoxlu səhvlər var idi). Orxon kitabələri üzərində tədqiqat 

aparmış sonrakı alimlər V.Tomsenin əsərini öz araşdırmaları və nəşrləri üçün 

örn

ək kimi qəbul etmişdilər (9, 2). Orxon abidələri haqqında bu dəyərli tədqi-



qatın bir hissəsini (s. 10-44) P.M.Melioranski rus dilinə tərcümə edərək özünün 

«Kül  teginin 

şərəfinə  abidə» (1899) adlı  magistrlik  dissertasiyasına  daxil 

etmişdi (10, 310). 

V.Tomsenin  «Tur

кika» (Turcica) əsərində (1916) Monqolustan və Sibi-

rin o vaxtad

ək məlum olan qədim türk kitabələrinin ayrı-ayrı yerlərinə, sözlərə 

v

ə terminlərə dair araşdırmaları toplanmışdır (5, 315-427). 



Böyük alimin q

ədim türk (run) əlifbası ilə kağız üzərində yazılmış Turfan 

abid

ələrinin oxunması, tərcüməsi və nəşri sahəsindəki fəaliyyəti də qeyd edil-



m

əlidir.  V.Tomsen  macar  alimi  Albert  Lekok  vasitəsilə  əldə  etdiyi  Turfan 

abid

əsini 1910-cu ildə nəşr etdirir. Bundan başqa o, Auerel Steynin ona gön-



d

ərdiyi dörd əlyazmasının – Miran qalasının xarabalıqlarından tapılmış və üç 

parçadan  ibar

ət  olan  əlyazmanın,  Tun-huanq  məbədindən  tapılmış  104 

s

əhifəlik «İrk bitig» (bəxt yazısı, falnamə) adlı əsərin və daha iki əlyazmanın 



1912-ci ild

ə Londonda nəşrinə nail olur (11, 507-562). 

Q

ədim  yazıları  oxumaqda  böyük  şöhrət  qazanmış  alim  Macarıstanın 



Nad

sentmikloş  kəndində  tapılmış  peçeneq  abidələri  üzərində  də  tədqiqat 

aparmış  (1917),  müxtəlif  qablar  üzərindəki  yunan  və  qədim  türk  hərfləri  ilə 

olan 


yazıları da oxumuşdur (3, 13-14). 

V.Tomsenin  1924-cü  ild

ə  alman  dilində  nəşr  olunmuş  «Monqolustanın 

q

ədim  türk  yazıları» (Alttürkische  İnschriften  aus  der  Monqolei)  adlı  əsəri 



böyük  alimin  türk  run  abid

ələrinin öyrənilməsi sahəsindəki çoxillik əməyinin 

yekunu hesab olunur (10, 310). 

Bir  alim  kimi  Tomseni  f

ərqləndirən  əsas  cəhət  araşdırdığı  məsələlərdə 

d

əqiq  elmi  nəticələr  əldə  etməsidir.  Fikrin  aydınlığı  üçün  onun  bəzi  elmi 



n

əticələrinə diqqət etmək kifayətdir. V.Tomsen «Yenisey kitabələrindəki yaxşı 

d

əyərləndirilməmiş bir hərf» (1916) adlı məqaləsində Yenisey yazılarında qa-



palı  e  saiti  üçün  xüsusi  işarənin  işlədildiyini  göstərmişdir:  ėki  «iki»,  ėl  «el, 

tayfa 


ittifaqı», bėl «bel», bėş «beş» (5, 313). Sonralar Orxon-Yenisey yazıların-

da 


qapalı e saitinin (əslində yarımqapalı e saitinin) işlənməsi ilə əlaqədar olaraq 

müxt


əlif  fikirlər  söylənilsə  də,  son  tədqiqatlar  V.Tomsenin  mülahizələrinin 

doğruluğunu  təsdiq  etmişdir.  Bu  məsələnin  tarixi  A.M.Şerbakın  əsərində 

verilmişdir (12, 28-35). Yeri gəlmişkən qeyd edək ki, qədim türk yazısı abidə-

l

ərinə dair çoxsaylı tədqiqatların müəllifi Ə.Rəcəblinin də gəldiyi nəticəyə gö-



r

ə, göytürk Orxon-Yenisey abidələrinin mətnlərində geri çəkilmiş ön sıra ya-

rımçıq e fonemini ifadə etmək üçün xüsusi işarədən istifadə olunmuşdur (11, 

175). 


Başqa bir misal. V.V.Radlov «Kutadqu bilig» poemasının Vyana kitab-

xana


sında  saxlanılan  uyğur  əlyazmasının  faksimilesini  1890-cı  ildə  Peter-

burqda n


əşr etdirərkən əsərin adını «Kudatku bilik» kimi transkripsiya etmişdi. 

Ancaq  V.Tomsen  1901-ci  ild

ə  yeni-indiki  «Kutadqu  bilig»  transkripsiyasını 

t

əklif etmiş və bu hamı tərəfindən qəbul olunmuşdu (10, 312). 




 

10 


Dilçilik tarixind

ə özünəməxsus şərəfli yer tutan V.Tomsenin elmi fəaliy-

y

əti hələ sağlığında yüksək qiymətləndirilmişdir. 1912-ci ildə anadan olması-



nın 70 illiyi münasibətilə Danimarka kralı onu «Fil Medalı» ilə təltif etmişdi. 

H

əmin  ildə  o,  Finlandiyaya  gedərkən  böyük  hörmətlə  qarşılanmış,  onun  şə-



r

əfinə təşkil edilmiş bir mərasimdə bildiyi 16 dildə nitqlər söylənmişdi (3, 15).  

1926-

cı ildə Bakıda I Türkoloji qurultay keçirilərkən türkologiyaya böyük 



töhf

ələr  vermiş  bu  alim  unudulmamış, o  qurultayın  rəyasət  heyətinin  fəxri  üzv-

lüyün

ə  seçilmişdi (rəyasət heyətinin fəxri üzvləri  altı  nəfərdən  ibarət idi: Ə.Hü-



seynzad

ə, V.Banq, M.Quliyev, N.Y.Marr, A.V.Lunaçarski, V.Tomsen (13, 8). 

V.Tomsenin  elmi  f

əaliyyətinə  bir  sıra  əsərlər  həsr  olunmuşdur.  Bunlar-

dan  V.A.Qordlevskinin  «Vilhelm  Tomsen  (anadan 

olmasının  70  illiyinə)» 

(1912),  A.D.Rudnevin  «Vilhelm  Tomsen» (1914), A.N.Samoyloviçin  «Vil-

helm  Tomsen  türkoloq  kimi» (1914), «Vilhelm  Tomsen  v

ə  türkologiya» 

(1928),  B.Çobanzad

ənin «Vilhelm Tomsen» (1927), V.V.Bartoldun «Tomsen 

v

ə  Orta  Asiya  tarixi» (1928), Q.Aydarovun  «V.Tomsenin  anadan  olmasının 



125 illiyi» (1967) m

əqalələrini, Kurt Vulfun «Vilhelm Tomsen» (Lund, 1930, 

24  s.),  A.

Dilaçarın  «Tomsen» (Ankara, 1963, 40 s.)  kitabçalarını  göstərmək 

olar. V.Tomsenin elmi f

əaliyyətinə həsr olunmuş əsərlərdən danışarkən 1928-ci 

ild

ə  Leninqradda  nəşr  olunmuş  «V.Tomsenin  xatirəsi.  Vəfatının  bir  illiyinə» 



toplusu  ayrıca  qeyd  edilməlidir.  V.V.Bartoldun  «V.Tomsen  və  Orta  Asiya 

tarixi», A.N.Samoyloviçin «Vilhelm Tomsen v

ə türkologiya» məqalələri həmin 

topluda 


verilmişdir. V.Tomsenin Orxon kitabələrinə dair əsərlərinin türk dilinə 

t

ərcümə edilib nəşr olunması da alimin xatirəsinə böyük ehtiram əlamətidir (5). 



2012-ci ild

ə V.Tomsenin anadan olmasının 170 ili tamam oldu. 2013-cü 

il 

noyabrın 25-də isə qədim türk əlifbasının V.Tomsen tərəfindən açılmasının 



120  ili  tamam  olur.  O.  Suleymenov  h

əmin  tarixi  nəzərdə  tutaraq  yazır  ki, 

türkologiya t

əqvimində 25 noyabr günü qırmızı rəqəmlə qeyd edilməlidir (14, 

567). H

əqiqətən də, 25 noyabr türk xalqlarının tarixində əlamətdar bir gündür. 



M

əhz  həmin  gün  türk  xalqlarının  hələ  VIII  əsrdə  qədim  yazı  mədəniyyətinə 

sahib 

olduqları qəti şəkildə müəyyən edilmişdir. 



 

ƏDƏBİYYAT 

1.

 



Гордлевский  В.А.  Вильгельм  Томсен  (К  семидесятилетию  со  дня  рождения)  / 

В.А.Гордлевский. Избранные сочинения. Т.IV, М.: Наука, 1968, с. 373-374. 

2.

 

Бартольд  В.В.  Томсен  и  история  Средней  Азии  /  В.В.Бартольд.  Сочинения.  Т.  IX, 



М.: Наука, 1977, с. 757-764. 

3.

 



Dilaçar A. Thomsen. Ankara: Türk Dil Kurumu, 1963, 40 s. 

4.

 



Амирова  Т.А.,  Ольховиков  Б.А.,  Рождественский  Ю.В.  Очерки  по  истории  лин-

гвистики. М.: Наука, 1975, 559 с. 

5.

 

Thomsen V. Orhon 



Yazıtları Araşdırmaları. Çeviren ve Yayıma Hazırlayan: Vedat Köken. 

Ankara: Türk Dil Kurumu, 2002, 453 s. 

6.

 

Аракин  В.Д.  Выдающееся  открытие  XIX  века  (К  90-летию  дешифровки  древ-



нетюрских надписей) // Советская тюркология. 1983, №6, с. 40-44. 

7.

 



Щербак  А.М.  В.В.Радлов  и  изучение  памятников  рунической  письменности  / 

Тюркологический сборник. 1971. М.: Наука, 1972, с. 54-63. 




 

11 


8.

 

Кононов  А.Н.  Грамматика  языка  тюркских  рунических  памятников  VII-IX  вв. 



Ленинград: Наука, 1980, 246 с. 

9.

 



Tekin T. Orhon 

Yazıtları. 4. Baskı. Ankara: Türk Dil Kurumu, 232 s. 

10.

 

Кононов  А.Н.  История  изучения  тюркских  языков  в  России.  Ленинград:  Наука, 



1982, 360 с.  

11.


 

R

əcəbli  Ə.  Qədim  türk  yazısı  abidələri. 4 cilddə.  I  c.  Göytürk  yazısı  abidələri.  I  hissə. 



Bakı: Nurlan, 2009, 568 s. 

12.


 

Щербак А.М. Сравнительная фонетика тюркских языков. Ленинград: Наука, 1970, 204 с. 

13.

 

Первый  Всесоюзный  тюркологический  с’езд.  26  февраля  –  5  марта,  1926  г.  (Сте-



нографический отчет). Баку: АССР, 1926, 429 с. 

14.


 

Сулейменов О. Эссе, публицистика. Стихи, поэмы. Аз и Я. Алма-Ата: Жалын, 1989, 592 с. 

 

ВИЛЬГЕЛЬМ ТОМСЕН И ИЗУЧЕНИЕ ПАМЯТНИКОВ  

ДРЕВНЕТЮРКСКОЙ ПИСЬМЕННОСТИ 

 

Э.И.АЗИЗОВ 

 

РЕЗЮМЕ 

 

В XIX веке одним из выдающихся открытий в области языкознания была дешиф-

ровка орхоно-енисейских надписей тюркских народов. В статье рассматриваются основ-

ные  направления  научной  деятельности  В.Томсена  в  области  изучения  тюркских  ру-

нических памятников. Кроме дешифровки древнетюркских надписей В.Томсен в своих 

исследованиях  впервые  точно  определил  некоторые  особенности  древнетюркского 

языка.  Великий  ученый  был  также  автором  ряда  ценных  трудов  по  сравнительному 

языкознанию  и  тюркологии.  Его  труд  «Дешифрованные  орхонские  надписи»  является 

первым совершенным исследованием в изучении орхонских надписей древних тюрков.  

 

Ключевые  слова:  Вильгельм  Томсен,  история  языкознания,  орхоно-eнисейские 

надписи, древнетюркская письменность, тюркологические исследования 

 

WILHELM THOMSEN AND THE STUDY OF THE OLD  

TURKIC WRITTEN MONUMENTS 

 

E.I.AZIZOV 

 

SUMMARY 

 

In  the  XIX century,  decoding of the Orkhon and Yenisei inscriptions of the Turkic 



people was one of the most outstanding openings in the field of linguistics. The article analyzes 

the basic directions of the scientific activity of V.Thomsen in the field of the study of Turkic 

runic monuments. Besides  decoding V.Thomsen’s inscriptions,  the research initiates to pre-

cisely define some features of the old Turkic language. The great scientist was also the author 

of some valuable works on Comparative Linguistics and Turkology. His work «Incriptions de 

l’Orkhon Déchiffrées» is the first complete research in the study of old Turks inscriptions.  

 

Key words: Vilhelm Thomsen, the history of linguistics, Orkhon and Yenisei 

manuscripts, Old Turkic writings, Turkic researches 

 

 



Yüklə 231,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə