35
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2012
TARİX
UOT 94(479.24)
QANUN
İ HAKİMİYYƏT VƏ YA HAKİMİYYƏTİN
QANUN
İLƏŞDİRİLMƏSİNİN SOVET TƏCRÜBƏSİ
Ş.R.MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
shalale01@yahoo.com
M
əqalə 1920-1930-cu illərdə Sovet Azərbaycanını idarə etmiş bolşevik partiyasının
siyasi hakimiyy
ətinin leqitimləşdirilməsi metodları və üsullarının təhlilinə həsr olunmuşdur.
Siyasi hakimiyy
ətin legitimləşdirilməsi və leqallaşdırılmasında ideoloji vasitələrin, xüsusilə də
t
əhsilin rolu, sovet hüquqi təfəkkürünün formalaşdırılması cəhdləri ön plana çəkilir.
Açar sözl
ər: hakimiyyətin leqallaşdırılması, hakimiyyətin legitimləşdirilməsi, hüquqi
t
əfəkkür, siyasi imic, siyasi təbliğat, hakimiyyət əfsanəsi
Son dövrl
ərdə dünya tarixşünaslığında hakimiyyət fenomeninin öyrənil-
m
əsində mühüm dəyişikliklər baş vermişdir. Uzun müddət tədqiqatçıların
diqq
ət mərkəzində olan siyasi proseslər və onların «islahat» və «antiislahat»,
«liberalizm» v
ə «konservatizm» prizmalarından qarşı-qarşıya qoyulması haki-
miyy
əti ənənəvi nöqteyi-nəzərdən öyrənməyə imkan verirdi. Müasir dövrü-
müzd
ə isə hakimiyyətin məhz bir fenomen, bir tarixi varlıq kimi tədqiqinə
böyük ehtiyac duyulur. Aliml
ər hakimiyyət fenomeninin hərtərəfli araşdırıl-
ması üçün artıq müraciət edilmiş mənbələrdən və istifadə olunmuş metodoloji
prinsipl
ərdən əl çəkərək, tədqiqatlara yeni baxış formalaşdırmağa cəhd göstə-
rirl
ər. Hakimiyyətə yeni münasibət ənənəvi «siyasi ritorikanın verbal forma-
sından», yəni aşağılardan yuxarılara doğru müxtəlif əlaqələr sistemindən qey-
ri-verbal kommu
nikasiya formalarına müraciət və onların öyrənilməsinə şərait
yarat
mışdı.
Keç
ən əsrin siyasi problemlərinin təhlili ali hakimiyyətin qanuniləşdiril-
m
əsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləməyə əsas verir. 1920-
1930-cu ill
ərdə Azərbaycanda formalaşmağa başlamış inzibati-amirlik siste-
minin hüquqi bazasının yaradılmasında da hakimiyyətin qanuniləşdirilməsi
ön
əmli yer tutub. Hakimiyyətin qanuniləşdirilməsi və ya legitimləşdirilməsi
36
olduqca mühüm m
əsələdir və istənilən hakimiyyətin mövcudluğu onun legi-
timl
əşdirilməsi səviyyəsindən asılıdır. Hakimiyyətin legitimləşdirilməsi, yəni
əhalinin, kütlələrin mövcud hakimiyyətə inamının yaradılması və hakimiyyəti
müdafi
ə etməsi hakmiyyətin effektivliyinin başlıca göstəricisidir. Məhz buna
gör
ə istənilən hakimiyyət xalqın inamını qazanmağa və onu stimullaşdırmağa
çalışır.
Keç
ən əsrin ziddiyyətli sosial-iqtisadi və siyasi qarmaqarışıqlığı axarın-
da siyasi hakimiyy
əti ələ keçirən bolşeviklər bu hakimiyyətin qanuniləşdiril-
m
əsi üçün ilk vaxtlar «proletar diktaturası» və «fəhlə-kəndli hökuməti» mifin-
d
ən istifadə edirdilər. Azərbaycan reallığına gəldikdə isə 1920-ci il aprel
çevrilişindən sonra respublikada hakimiyyəti təmsil edən bolşeviklər «fəhlə-
k
əndli» hökumətini («proletar diktaturası» termini məlum səbəblər üzündən
Az
ərbaycana uyğun gəlmirdi) bərqərar etdiklərini iddia edirdilər. Qurulmaqda
olan, b
ərqərar olan rejim kimi qiymətləndirilən 1920-1930-cu illər siyasi haki-
miyy
əti yenicə güc toplamış quruluşun əsaslarının, fundamentinin qoyulması
istiqam
ətində inkişaf etməli idi. Qeyd etmək lazımdır ki, uzun müddət həm
sovet, h
əm də xarici tarixşünaslıqda 1920-1930-cu illər siyasi sistemi və rejimi
inqilabaq
ədərki Rusiya tarixindən təcrid olunmuş halda təqdim və tədqiq
olunurdu. Lakin son zamanlar keç
ən əsrin əvvəllərində əsası qoyulmuş və
tarixi
ədəbiyyatda ən çox Stalin rejimi adlandırılan siyasi sistemin Rusiyanın
inqilabaq
ədərki dövrü, imperiya dövrü ilə sıx əlaqəli şəkildə tədqiqi üstünlük
t
əşkil edir. Bu istiqamət müasir Rusiya tarixində özünü daha qabarıq göstərir
(1).
Bu baxımdan rus dövlətçilik ənənələrinin 1920-1930-cu illər Rusiya par-
tiya-dövl
ət rejiminin formalaşmasındakı roluna xüsusi diqqət verilir. Alimlər
bolşeviklərin geniş tətbiq etdikləri iqtisadiyyatın dövlətləşdirilməsi, dövlətin
unitarlaşdırılması və federalizm prinsiplərindən imtina edilməsi kimi addım-
larının məhz klassik rus dövlətçiliyi ənənlərindən olduğunu sübut etməyə
çalışırlar. Bu nöqteyi nəzərdən Azərbaycanın 1918-1920-ci illər müstəqillik
dövrü n
əzərə alınmazsa, bolşeviklərin respublikada hakimiyyətə gəlməsi ilə
hakimiyy
ətdə irsilik və ardıcıllıq prinsipinə tam riayət olunması qeyd olunma-
lıdır. Beləki, imperiya dövründə Rusiya ucqarlarından olan Azərbaycan
bolşevik sistemində də müstəqillik ideyası ilə vidalaşmalı olmuşdu.
Az
ərbaycanda sovet rejiminin hüquqi bazasının formalaşması və sovet
sisteminin qanunil
əşdirilməsi prosesi tədricən, mərhələli şəkildə həyata keçi-
ril
mişdi. Bu tarixi proses 1920-ci il aprelin 8-də Azərbaycan Cümhuriyyəti
parlamentinin ali hakimiyy
ətin İnqilabi komitəyə təhvil verilməsi haqqında
q
ərarla başlandı. Təəssüf ki, respublika arxivlərində bu komitənin özünün nə
zaman v
ə hansı orqan tərəfindən yaradılması haqqında mənbələr aşkarlamaq
mümkün olmamışdır. Məlumdur ki, 1920-ci il aprelin 27-də XI ordu dəstələri
Az
ərbaycan sərhədlərini keçərkən Azərbaycan Cümhuriyyəti parlamenti
t
ərkibində M.H.Hacınski, M.Ə.Rəsulzadə, Q.B.Qarabəyov, Ə.B.Səfikürdski,
S.Ə.Ağamalı oğlu və Ə.b.Qardaşov olmaqla fövqəladə səlahiyyətlərə malik
xüsusi nümay
əndəlik yaratdı. Bu nümayəndəlik yeni yaranmış AK(b)P MK-sı
37
il
ə siyasi hakimiyyətin təhvil verilməsi haqqında danışıqlar aparmalı idi. Bu
nümay
əndəlik, arxiv materiallarına görə, səlahiyyətlərin İnqilabi komitəyə
(İK) verilməsi məsələsini müzakirə etmişdir. Bəzi tarixi əsərlərdə İnqilabi
komit
ənin partiyanın 1920-ci il aprel plenumunda yaradılması haqqında məlu-
mat verilir. Lakin bu informasiya arxiv materialları ilə təsdiq olunmur. Belə ki,
AK(b)P MK-
nın ilk plenumu aprel çevrilişindən iki ay sonra iyulun 23-də
keçirilmişdir. Çox güman ki, Azərbaycan Cümhuriyyəti parlamentinin siyasi
hakimiyy
əti təhvil verdiyi İnqilabi komitə bolşeviklərlə danışıqlar aparılan
zaman yerli bolşeviklərin təşəbbüsü, yaxud da mərkəzin qərarı ilə yaradıl-
mışdır. Beləliklə, 1920-ci il aprel hadisələri zamanı Azərbaycanda siyasi
hakimiyy
ətin təhvil verilməsi, yəni hakimiyyətin irsilik məsələsini izləmək
mümkün deyil.
Hakimiyy
ətin legitimləşdirilməsi çox zaman hakimiyyətin özünə bəraət
qazandırması prosesi və ya vasitəsi kimi qiymətləndirilir. Bu baxımdan istəni-
l
ən hakimiyyətin legitimləşdirilməsinin bir neçə məlum metodu var. Haki-
miyy
ətin legitimləşdirilməsi ilk növbədə siyasi hakimiyyətin xarakterindən
asılıdır. Məs., əgər demokratik sistemlərdə hakimiyyətin legitimləşdirilməsi
əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, qayda-qanunların möhkəm-
l
əndirilməsi və onlara total riayət olunması hesabına həyata keçirilirsə, to-
talitar v
ə ya diktator rejimlərdə bu üsullar keçərli deyil. Sərt və ya təkhakimiy-
yt
əliliyin, təkpartiyalılığın mövcud olduğu siyasi şəraitdə hakimiyyətin
legitiml
əşdiriməsi əsasən xarizmatik obrazların yaradılması və ideoloji vasitə-
l
ərlə həyata keçirilir. Xarizmatizm siyasi liderin ideallaşdırılmış obrazının
yara
dılması və onun mif və əfsanələrlə möhkəmləndirilməsini ehtimal edir.
İdeoloji təzyiq vasitələri də məhz bu imicin qorunmasına xidmət edir. Azər-
baycan SSR-d
ə ideallaşdırılmış Lenin və Stalin obrazı ümumtəhsil məktəb-
l
ərində, ali məktəblərdə, elm ocaqlarında partiya və ictimai təşkilatların
f
əaliyyəti ilə təbliğ olunurdu. Həmin dövrdə nəşr olunmuş dərsliklərin, tarixi,
ədəbi əsərlərin, ictimai elmlər sahəsindəki tədqiqatların mövzularının araşdırıl-
ması Lenin-Stalin obrazının ideallaşdırılaraq, böyüməkdə olan nəslin təfəkkü-
rün
ə həkk edilməsi cəhdlərini açıq-aydın hiss etmək olar. Yerli liderlərin
ideallaşdırılmış obrazına gəlincə burada iki şəxsin adı qeyd olunmalıdır -
«şərqin Lenini» adlandırılan N.Nərimanovun və «ədalətli , cəsarətli bolşevik»
adlandırılan M.C.Bağırovun. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə yerli
az
ərbaycanlı əhaliyə qarşı keçirilən cəza tədbirlərinə sərt təpki verən, qeyri-
mill
ətlərin nümayəndələri qarşısında azərbaycanlıların hüquq və nüfuzunu
qoruyan N.N
ərimanov yoxsul təbəqənin ümumi məhəbbətini qazanmış bir
lider
ə çevrilmişdi. Uzun müddət respublikaya rəhbərlik etmiş digər lider -
M.C.Bağırovun da imicinə dərs vəsaitlərində rast gəlinmir. Bununla belə
M.C.Bağırovun partiya lideri təyin olunduğu gündən respublikanın bütün icti-
mai-siyasi v
ə sosial həyatını nəzarətdə saxlamaq cəhtləri, yerlərdən gələn mək-
tub, teleqramm v
ə qeydlərə operativ reaksiya vermə praktikası, incidilmiş,
günahsız məhkum olunmuşların ona səmimi müraciətləri partiya katibinin
38
«
ədalətli və səmimi kommunist» imicinin mövcudluğuna dəlalət edirdi.
M.C.Ba
ğırova gələn məktublar onun həqiqətən respublikanın bütün içtimai
sfera
ları ilə məşğul olmaq və hər bir sahəni əhatə etmək cəhdlərinin olduğunu
sübut edir. 1939-cu ild
ə onun ünvanına gələn məktublardan biri əsasında Bakı
univer
mağının direktoru Şafirovun məsələsi müzakirə olunmuşdu. Sovet
ticar
ətinin bütün çatışmayan cəhətləri, nöqsanları, bu sahədə olan küllü miq-
darda yeyintil
əri nəzərə alsaq, partiya liderinin ən kiçik ticarət nöqtəsinin
m
əsələsi ilə belə maraqlanmasının səbəbini aydınlaşdıra bilərik (2).
Sovet hakimiyy
ətinin legitimləşdirilməsində təhsil və mədəniyyətin rolu
misilsiz idi. Sovet
ədəbiyyatının formalaşdırılması zamanı tarixi ənənələr və
irsd
ən yalnız inqilabi işin məzmun və sturkturuna uyğun gələn əsərlərin təbli-
ğinə geniş yer verilirdi. Bu baxımdan M.F.Axundov klassik nümunə ola bilər.
Özünün f
əlsəfi əsərlərində M.F.Axundov mürtəce rejimə, mütilik və ümid-
sizliy
ə, dinə və dini fanatitzmə qarşı mübarizəni ön plana çəkirdi. Sovet höku-
m
ətinin M.F.Axundova olan marağı da məhz bununla izah olunurdu.
M.F.Axundov
əsərlərinin geniş nəşri və təbliğatı dinə qarşı onun amansız mü-
bariz
əsi, köhnə əlifbanın ləğvinə çalışması, monarxiya üsuluna qarşı etirazı,
insan azadlığının təcəssümü, Rusiya faktorunun şərq üçün olduqca xeyirli və
g
ərəkli olması, Azərbaycanın Rusiya tərkibinə qatılmasının tarixi əhəmiyyət
k
əsb etməsini sübuta yetirməsinə cəhdi ilə şərtlənir.
Dövl
ət hakimiyyətinə münasibət M.F.Axundov yaradıcıdlığının dayaq
nöqt
əsini təşkil edirdi. XVIII əsrin 50-ci illərində (“Aldanmış kəvakib”) o,
ağıllı və ədalətli, maarifpərvər monraxiyanın tərəfdarı kimi çıfxış edir, 60-cı
ill
ərdə (“Hind şahzadəsi Kəmalüddövlənin fars şahzadəsi Cəlalüddövləyə üç
m
əktubu və axırıncının onlara cavabı”) o, konstitusiyalı monraxriyanın tərəf-
da
rına çevrilir, 70-ci illərdə isə (Yek kəlmənin tənqidi) inqilabi hərəkatın təsiri
altında maarif və tövsiyyələrin xalqların zülmünü azaltmayacağına əmin
olaraq, xalqları zülümkarı güc yolu ilə devirməyə və öz idarə üsulunu qurmağa
çağırır (3, 199).
Bolşevik hakimiyyətinin legitimləşdirilməsinin digər vasitəsi xalqın
tarixi
ənənələrinə cavab verən bir siyasi sistemin formalaşdırılması idi. Burada
Rusiya aliml
ərinin 1920-30-cu illərdə SSRİ-də yaradılmış siyasi rejimin çar
idar
ə-üsulunun davamı kimi, siyasi sistemdə irsilik prinsipinin qorunması kimi
iddiaları ilə razılaşmalı oluruq. Beləki, çar Rusiyasında siyasi sistem təkhaki-
miyyy
ətli, patrimonial hakimiyyət kimi qiymətləndirilir. Bu sistem hakimin
arzu v
ə istəklərinin qanun şəklində formalaşması və onun iradəsinin müza-
kir
əsiz qəbulu ilə xarakterizə olunur.
Bol
şevik hakimiyyətinin imici təkcə partiya orqanları vasitəsi deyil,
onun t
ərəfindən yaradılmış minlərlə ictimai təşkilat, dərnək, komitə və or-
qanlar vasit
əsilə də təbliğ edilirdi. Pioner, komsomol komitələri, həmkarlar
t
əşkilatı, mədəniyyət, təhsil, müdafiə və s. sahələrdə yaradılmış qurumların
iclasları, həyata keçirdiyi tədbirlər, onların mətbuat vasitələri, nəşr olunan
plakatlar, h
ətta nişanlar belə bolşevik hakimiyyətinin populyarlaşdırılmasına
39
xidm
ət edirdi. 1926-cı il iyunun 7-də partiyanın kommunist ali məktəblərində,
f
əhlə fakültələrində və texnikumlarda ictimai elmlərin tədrisi ilə bağlı qəbul
etdiyi q
ərar da məhz bu istiqamətdə atılan addım idi. Qərarda göstərilirdi ki,
elmi işin partiyanın qarşısında duran problemlərlə əlaqələndirilməsi, ictimai
elml
ərin tədrisinin gücləndirilməsi, bu elmlər üzrə imtahanların təşkili mühüm
əhəmiyyət kəsb edir (4, 28-29) .
Sovet hakimiyy
əti və kommunist partiyası qüdrətinin artırılmasında tarix
elminin xüsusi xidm
ətləri qeyd olunmalıdır. 1931-ci ilin dekabrında tarixçi-
marksistl
ər cəmiyyəti fraksiyasının iclasında müzakirə edilən məsələlər tarix
elminin g
ələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol
oynadı. Əvvəla, qeyd etmək lazımdır ki, partiya tarixçi-marksistlər qarşısında
Az
ərbaycan tarixinin yenidən yazılması və bunu partiya və sinfi mübarizə
ç
ərçivəsində edilməsi məsələsini qoymuşdu. Bu mənada indiyə qədər yazılmış
tarixi kitablarda (5) ciddi nöqsanlar aşkarlanır. Kommunistlər tarix elmi
qarşısında fərqli bir tarixin yaradılması məsələsini qoyurlar. Bu tarixdə sinfi
mübariz
ə, xalqın tarixi, yoxsul insanların həyatı ön plana çəkilməli, çarlar və
sülal
ələrin tarixinə cüzi yer ayrılmalıdır. Tarixin fundamental məsələləri mark-
sist-
leninçi konsepsiya, kommunist ideologiyası çərçivəsindən izah olunma-
lıdır. Azərbaycanda təhkimli kəndlilərin olması, iqtisadi və siyasi geriliyin
mövcudluğu vurğulanmalıdır. Tarixi dərsliklərdə pantürkizm, islamçılıq ideya-
larına, milli hərəkat və s. məsələlərə yer olmamalıdır. Tarix fəhlə hərəkatı,
sinfi mübariz
ə, inqilablar tarixi olmalıdır. Kommunitslər yeni bir perdmetin,
par
tiya tarixinin yaradılmasını və onun əsas fənnə çevrilməsi məsələsini qarşı-
ya qoyurdular. Qeyd olunan iclasda çıxış edən M.N.Tixomirov tarixçilərin
qarşısında aşağıdakı vəzifələrin durduğunu vurğulamışdı: «Tarix elmi MK-nın
31 dekabr q
ərarına əsasən bizdən tələb edilən işə qoşulmalıdır» (6, f.1, siy.5, iş
67, v.15). Marksist-tarixçil
ərin iclasında iştirak edən V.İ.Polonski öz çıxışında
tarixin akademik izahdan çox, ümd
ə həyatla əlaqəyə ehtiyacı olduğunu
vurğulayır. «Siz Marksdan sitat gətirəndə onu Leninlə, Sovet İttifaqının
reallıqları ilə bağlamalısınız. Zaqafqaziya proletariatının mübarizə tarixini
yazmalısınız» (7, f.1, siy.5, iş 67, v.33).
1928-ci il iyulun 7-d
ə AzK(b)P MK yanında 26 komissarın tarixinin
yazılması üçün keçirilən müşavirədə Bakı Kommunası hadisələrinin bərpasına
c
əhd edilir. Partiya tarixi institutunun nümayəndələri V.M.Kirşon və Y.A.Rat-
qau
zerin sullarını cavablandıran A.Şaumyan, S.M.Əfəndiyev, H.Sultanov və
b. öz çıxışlarında bolşeviklərin tamamilə fərqli bir imicini yaradırlar. V.M.Kir-
şonun «partiyadaxili diskussiyalar və qruplararası mübarizələr o dövrdə
mövcud idimi?» sualına həmin hadisələrin şahidləri və iştirakçıları bir ağızdan
«çox xırda mübahisələri nəzərə almasaq, heç bir ixtilaf və qarşıdurmalar yox
idi» cavabı alınır. Bolşeviklər partityanın indiki vəziyyəti ilə analogiya
g
ətirərək, 1918-ci ildə bolşevik partiyasında tam yekdilliyin olmasını sübut
etm
əyə çalışırlar. Partiyanın lideri, düşünən beyni, strategi kimi S.Şaumyanı,
onun vuran ür
əyi kimi isə A.Caparidzeni təqdim edən iştirakçılar 1918-ci ildə
40
Bakıda yaranmış vəziyyəti belə təsvir edirdilər: «Aclıq idi, soyuq idi, biz
f
əhlələri çörəklə təmin edə bilmirdik, ona görə də onlar ingilislərin şəhərə də-
v
ət olunmasının tərəfdarı idilər. Onlar belə hesab edirdilər ki, ingilislər gələn
kimi çör
ək verəcəklər. Bizi isə onları qozla qidalanmağa vadar etməkdə
günahlandırırdılar». S.M.Əfəndiyev öz çıxışında S.Şaumyanı ilahiləşdirərək,
o
nu «peyğəmbər» adlandırmaqdan belə çəkinmir. Zaqafqaziya federasiyasının
mövcud olduğu bir dövrdə Bakı kommunası dövrünün iştirakçıları S.Şaumya-
nın federasiyaya qarşı çıxdığını və Qafqaz xalqlarına heç bir müstəqilliyin və
milli siyas
ətin lazım olmadığını iddia etdiyini vurğulayırlar: «S.Şaumyan
hesab edirdi ki, Qafqaz xalqları rus dili vasitəsilə ümumi mədəniyyətə qovuş-
ma
lıdırlar» (8, f.1 siy.142. iş 32, v.1-9). Köhnə bolşeviklər yerli fəhlələr və
k
əndlilər arasında N.Nərimanovun və M.Əzizbəyovun böyük hörmətə malik
olduğunu bildirir, xüsusən də N.Nərimanova hamının özününkü kimi baxdığı-
nı göstərirdilər. Bu çıxışlar və verilən suallar Partiya tarixini yaratmağa çalışan
tarixçi-aliml
ərin hansı bir tarixi yaradacaqlarını aydınlaşdırmağa və bunun nə
m
əqsədlə edildiyini anlamağa imkan verir.
Partiya r
əhbər işçilər üçün təşkil olunan xüsusi yığıncaqlarda mühazirə
v
ə müzakirələrin əvvəlcədən müəyyən edilmiş ədəbiyyat siyahısına daxil
edilmiş kitablar ətraında aparılmasına diqqət verirdi. Məs., 1937-ci il üçün təs-
diq edilmiş siyahıya İ.V.Stalin, M.C.Bağırov, D.M.Molotov və başqalarının
müxt
əlif partiya yığıncaqlarında çıxışları, K.Marks, F.Engels, V.İ.Lenin və
dig
ərlərinin siyasi əsərləri daxil edilmişdi (9, f.1, siy.125, iş 521, v.90).
Marksizm-leninizm klassikl
ərinin əsərlərinin rus dilindən Azərbaycan dilinə
professional t
ərcüməsini həyata keçirmək üçün xüsusi tərcüməçi və redaktor
qruplarının yaradılması zəruriliyi 1934-cü ilin fevralında AzK(b)P MK katibi
M.C.Bağırovun iştirak etdiyi müşavirədə müzakirə edilmişdi. Söhbət Mark-
sizm-
Leninizm İnstitutu və Ali Partiya İnstitutunda 10-15 nəfərdən ibarət iki
qrupun yaradılmasından gedirdi. Məsələnin MK-da, özü də birinci katibin
bilavasit
ə iştirak etdiyi müşavirədə müzakirəsi onun nə dərəcədə əhəmiyyət
k
əsb etdiyini göstərir (10, f.1, siy.142, iş 64, v.15-168). Bolşevik hakimiyyəti-
nin legitiml
əşdirilməsində təkcə tarix deyil, ədəbiyyatın da imkanlarından var
gücü il
ə istifadə edilirdi. Yazıçı və şairlərin xalq arasında nüfuz və hörmətin-
d
ən istifadə edərək, partiyanın imicini möhkəmləndirməyə və onu populyarl-
aşdırmağa çalışan kommunistlər bu sahədə yalnız yeni nəslin nümayəndələrinə
arxalanır, S.Rüstəm, Ə.Cavad, H.Cavid kimi yazıçılara kifayət qədər təsir edə
bilmirdil
ər (11, f.1, siy.142, iş 70, v.37, 47). Püxtələşmiş sənətkarlar partiyanın
sifarişi və buyruğu ilə yazmaqdan imtina edir, kütləvi yığıncaq və toplantılarda
iştirak etmirdilər. Onlara qarşı təzyiqlərə üsyan etməkdən belə qorxmurdular. Mü-
şavirədə iştirak edən C.Xəndan R.Rzanı Baş ədəbiyyat idarəsini çar senzurasından
da pis idar
ə adlandırmaqda gunahlandırır (12, f.1, 29, siy.142, iş 70, v.40).
Hakimiyy
ətin təhlilində onun legitimləşdirilməsindən başqa leqallaşdı-
rılması məsələsi də aktuallıq təşkil edir. Hakimiyyətin legitimləşdirilməsinə
nisb
ətən onun leqallaşdırılması bir qədər asan və uzun sürməyən bir prosesdir.
41
Bel
ə ki, əgər hakimiyyətin legitimləşdirilməsi hakim qüvvələr tərəfindən
g
ərgin əmək və küllü miqdarda vəsait tələb edirsə, hakimiyyətin leqallaşdırıl-
ma
sı, yəni hüquqi cəhətdən sənədlərdə möhkəmləndirilməsi o qədər də çətin
deyil. Hakimiyy
əti ələ keçirmiş bolşeviklərin hakimiyyətlərini leqallaşdırması
müvafiq hüquqi s
ənədlərin və dövlət orqanlarının yaradılması ilə həyata ke-
çirilirdi. Hakimiyy
ətin leqallaşdırılması ona xalq inamını qazandırmadığı üçün
onun qiym
əti də yüksək deyildi. Məhz buna görə bolşeviklər öz hakimiyyət-
l
ərinin leqqallaşdırılmasından çox legitimləşdirilməsinə diqqət verirdilər. So-
vet t
əcrübəsində əvvəlcə bolşevik hakimiyyəti orqanları yaradılır, fəaliyyətə
başlayır, sonra isə onların hüquqi bazası formalaşdırılırdı. SSRİ-nin digər res-
publika
larında olduğu kimi Azərbaycanda da sovet hakimiyyətinin leqallaş-
dırılması iki istiqamətdə həyata keçirilirdi: birincisi, yeni sovet qanunları və
aktlarının yazılması və onların işləmə mexanizmlərinin müəyyənləşdirilməsi,
y
əni sovet qanunvericiliyinin yaradılması və ikincisi, sovet hüquqi təfəkkürü-
nün formalaşdırılması.
Hüquqi t
əfəkkürün formalaşması mühüm olduğu qədər çətin bir proses-
dir. Hüquqi t
əfəkkürün sturkturasına əsasən ideoloji, praqmatik-rasional və
psixoloji komponentl
ər daxildir. Sovet hüquqi təfəkkürünün formalaşmasında
ideoloji v
ə psixoloji amillər üstünlük təşkil edirdi. Bunun bir neçə səbəbi var
idi. Əvvəla, sovet hakimiyyəti qurulduqdan sonra geniş fəhlə və kəndli sin-
finin siyasi hakimiyy
ətə və dövlət idarəçiliyinə cəlb edilməsi cəhdləri kütlə-
l
ərdə bu dövlətin həqiqətən də yoxsulların dövləti olması fikrini möhkəmlən-
dirirdi. Bu c
əhətdən 1930-cu illərin sonlarına qədər sovetlərə keçirilən seç-
kil
ərdə xalqın aktivliyinin təmin edilməsi və səsvermə hüququndan məhrum
ed
ərkən, xüsusi ehtiyatlılıq göstərilməsi əhali içərisində sovet dövləti və
bolşevik hakimiyyətinin demokratik, açıq və xalqa yaxın olmasını nümayiş
etdirirdi. 1939-cu ild
ə Sovetlərə seçkilərə yekun vuran partiya bu sahədə əldə
edilmiş «nailiyyətləri» «sadə xalqın dövlətin idarəçiliyinə qoşulması» kimi
şərh edirdi. Bu seçkilərdə minlərlə fəhlə və kəndlinin iştirakı xalqda məhz
dövl
ətin idarəçiliyində iştirak etmə illyuziyası yaratmaq cəhdi kimi qiymətlən-
dirilm
əlidir. Bu kütləvi aksiya və kompaniyalar psixoloji eyforiya durumu
yaradaraq, sad
ə xalqın geniş siyasi hüquqlara malik olduğunu göstərməli idi.
1939-cu ild
ə partiyanın verdiyi məlumata görə yerli kənd, qəsəbə, rayon və
şəhər sovetlərinə 23.996 nəfər deputat seçilmişdi. Onların 8288 nəfəri qadın
idi, deputatların 14661 nəfəri (yəni 61%) ilk dəfə deputat seçilmişdi. Əslində
bu sovetl
ər və onlara seçilmiş deputatlar heç bir dövlət məsələsinin müzakirəsi
v
ə həllində iştirak etmir və həlledici səsə də malik deyildilər. Lakin kütləvilik
v
ə onu müşayət edən atributlar (deputat kitabçası, deputatların kitabçada qeyd
olunan hüquq v
ə səlahiyyətləri, onlar üçün yaradılmış bəzi imtiyazlar və s.)
sad
ə kütlədə mühüm bir işdə iştirak etmə fikrini formalaşdırırdı.
Keçmiş hökumətdən qalmış məhkəmə işlərinə olan münasibət də sovet
hüquqi t
əfəkkürünün hansı istiqamətdə formalaşdığını göstərən faktorlardan
biridir. Xalq
ədliyyə komisarlığının 1920-ci il may-noyabr hesabatında göstə-
42
rilirdi ki, «musavat hökum
ətindən 10890 məhkəmə işi qalmışdı. Sovet xalq
m
əhkəməsi bu işlərə sosialist hüquqi təfəkkürü və ədaləti nöqteyi-nəzərindən
baxır, onların həlli zamanı sovet hakimiyyətinin dekretlərini rəhbər tutur. Bu
işlər keçmiş hüquq sistemi çərçivəsində ədalətli və qanunauyğun həll olunsalar
da onlar inqilabi qanunvericiliy
ə zidd olduğu üçün ləğv edilir» (13, f.1, siy.1,
iş 80, v.45-49).
Hüquqi savadı inkişaf etdirmək üçün konstitusiyaların ümumxalq müza-
kir
əsinin təşkili, bununla əlaqədar yerlərə hazırlıqlı ziyalıların göndərilməsi,
konstitusiyanın maddələri üzrə xüsusi mühazirələrin keçirilməsi bu istiqamət-
d
ə görülən tədbirlər sırasında idi. Sovetlərə seçkilər ərəfəsində xüsusi dərnək-
l
ər təşkil olunurdu. Bu dərnəklərdə «SSRİ Ali Sovetinə seçkilər haqqında
qayda» mövzusunda mühazir
ələr dinlənilirdi. Bu dərnəklərə əhalinin yarıdan
çoxu c
əlb olunurdu (14, f.1, siy.125ş iş 511, v.8). Sovet qanunvericiliyinin
əsasını təşkil edən siyasi və vətəndaş hüquqları, səsvermə hüququ və s.
m
əsələlər üzrə buraxılan materiallar sovet hüquqi təfəkkürünün formalaşdırıl-
ma
sında əvəzedilməz əhəmiyyətə malik idilər. 1923-cü ildə hazırlanmış belə
materiallardan biri-«K
ənd icraçısı» adlı məcmuə kənd soveti və dairə icraiyyə
komit
ələrinin işçilərinin stolüstü kitabına çevrilmişdi. Məcmuədə sovetin
mahiyy
ətindən tutmuş sovet seçki hüququ, kənd sovetlərinin vəziyyəti, kənd
soveti s
ədrlərinin hüquq və vəzifələri və s. kimi məsələlərə aydın və anlaşılan
dild
ə izahlar verilirdi (15, f.1, siy.125, iş 319. v.191) .
Sovet hüquqi t
əfəkkürünün formalaşmasında 1925-ci ilin mayında
keçirilmiş III SSRİ Sovetlər Qurultayında qəbul edilmiş qərarlar mühüm əhə-
miyy
ət kəsb edirdi. Sovetlərin işi və seçkilər məsələsinə toxunan SSRİ rəh-
b
ərliyi sovetlərin və digər dövlət sturkturlarının işində qeydə alınan nöq-
sanların əsas səbəblərindən biri kimi xalq kütlələrinin hüquqi savadının kifayət
q
ədər olmaması və öz hüquqlarını bilməməsində görürdü: «Qurultay hesab
edir ki,
ən mühüm vəzifələrdən biri sovet qanunlarının düzgün hyata keçiril-
m
əsi və sovet inqilabi qanunvericiliyinin əsaslarının möhkəmləndirilməsidir.
Bu v
əzifə ikili xarakter daşıyan tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
inqilabi qanunvericiliyin pozulmasına qarşı mübarizəni və əhalinin qanunlarla
v
ə rəhbərliyin qeyri-qanuni hərəkətlərinə şikayət vermənin qaydaları ilə tanış
edilm
əsini (16, 543-547). 1934-cü ildə Səlyan rayon partiya təşkilatının yox-
lanılması zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması, bəzi
işçilərə qarşı qeyri-obyektiv münasibət narazı şəxslərin birbaşa M.C.Bağırova
müraci
ət etməsi və məsələyə aydınlıq gətirilməsi ilə nəticələnir. Səlyan rayon
partiya komit
əsi katibi Əmiraslanov həmin məktubda Zərgərovun ona qarşı
gördüyü t
ədbirləri «qeyri-qanuni» adlandıraraq, şəxsi münaqişə zəminində
yaranmış qarşıdurmaya milis orqanlarının cəlb edilməsinin «tamamilə yolve-
rilm
əz olduğunu» qeyd edir (17, f.1, siy.9, iş 15, v.184-188). Nəinki məsul
v
əzifəli şəxslərin, həmçinin sadə insanların birbaşa ali rəhbərliyə müraciət
etm
əsi və hətta cavab alması və tədbirlər görülməsi mümkünlüyü, insanların
qanunlar v
ə konstitusiya hüquqları çərçivəsində öz haqlarını tələb etmələri
43
hüquqi t
əfəkkürün lazımi istiqamətdə formalaşdırılmasından xəbər verir.
Sovet hüquqi t
əfəkkürünün formalaşmasında işlək vasitə kimi təbliğat-
t
əşviqat orqanlarının işi mühüm əhəmiyyət kəsb edirdi. Partiya yarandığı və
hakimiyy
ətə gəldiyi ilk gündən kütləvi informasiya vasitələrinin fəaliyyətini
istiqam
ətləndirmək, xüsusi kütləvi tədbirlər təşkil etməklə bu məsələni yönəlt-
m
əyə cəhdlər göstərirdi. Düzdür, 1920-ci illərin əvvəllərində bir sıra səbəblər
üzünd
ən bu sahədə böyük müvəffəqiyətlər əldə etmək mümkün deyildi. Təb-
liğat-təşviqat işində çalışa biləcək müsəlman kadrların, əhalinin kütləvi əlifba
v
ə siyasi savadsızlığı, təbliğat-təşviqat işi aparmaq üçün vasitələrin (ədəbiyyat,
q
əzetlər, plakatlar və s.), mərkəzlə sıx əlaqənin olmaması və s. faktorlar bu işi
lazımi səviyyəyə qaldırmaq imkanı vermirdi. 1921-ci ildə Təbliğat-təşviqat
işinin axsaması və bu sahədə olan ciddi nöqsanların qeyd edildiyi iki hesabat
(C
əbrayıl və Nuxa qəzaları) xüsusilə diqqəti cəlb edir. Hesabatlarda göstəri-
lirdi ki, «..bu sah
ədə işlərin yalnız kağız üzərində layihələri mövcuddur» (18,
f.1, siy.2, iş 111, v.64, 68). Sovet hüquqi təfəkkürünün formalaşdırılmasında
dig
ər faktor kimi kütləvi partiya tədbirləri də qeyd olunmalıdır. Məsələn,
K
əlbəcər rayonunda kütləvi partiya tədbirləri sırasında velosiped yarışlarının
keçirilm
əsi, spartakiadanın təşkili, kolxoz hamamlarının tikintisi kimi işlər
qeyd olunurdu. Hesabatda göst
ərilirdi ki, bu tədbirlər kolxozlararası yarışların
t
əşkili, kənd sovetləri arasında birinciliyin müəyyənləşdirilməsi məqsədi
daşıyırdı (19, f.1, siy.9, iş 171, v.106). Əslində isə bu tədbirlər insanların
kütl
əvi olaraq konkret tədbirlərə qoşulması və onların maraq və diqqətlərinin
ümumi işə yönəldilməsi, birlik, ümumilik abı-havasının yaradılması məqsədi
daşıyırdı. Bu isə öz növbəsində kollektiv psixologiyanın idarə olunmasının
effektiv vasit
ələrindən biri idi.
Sovet adamlarını məhkəmə sistemi, məhkəmələrin iş üslubu, təşkili və
keçirilm
əsi ilə tanış etmək məqsədilə partiya yerlərdə ailə, məişət və qadın
m
əsələləri üzrə nümunəvi məhkəmə iclaslarının keçirilməsinə mühüm əhəmiy-
y
ət verirdi. Sovet məhkəmələrində inqilabi qanunvericiliyin populyarlaşdırıl-
ması məqsədilə məhkəmə işçilərinin kənd və dairə yığıncaqlarında çıxışları
t
əşkil edilirdi (20, f.1, siy.142, iş 25, v.39).
Sovet hökum
ətinin leqallaşdırılmasında insanların uyğun təfəkkürünün
formalaşdırılması da mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycanda sovet
hakimiyy
ətinin qurulduğu ilk dövrlər bu proses kommunist ideyalarının siste-
matik v
ə bütün istiqamətlərdə təbliği, yerlərə xüsusi təbliğat-təşviqat briqada-
la
rının göndərilməsi, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi və s.
vasit
ələrlə reallaşdırılırdı. 1921-ci ilin noyabrında «26-lar adına» təbliğat
qatarının təşkili buna misal ola bilər. Qatar Azərbaycanın bir sıra rayonlarını
g
əzərək, müxtəlif mitinqlər, yığıncaqlar təşkil edir, kommunistlərin həyatını
əks etdirən filmlər nümayiş etdirirdi. Bu tədbirlərə xalq arasında böyük nüfuz
qazanmış mədəniyyət xadimləri, şairlər, bəstəkarlar və s. cəlb olunurdu. 1920-
ci ilin dekabrından 1921-ci ilin 5 noyabrına kimi Ağstafa məntəqəsində olan
«26-
lar adına» təbliğat qatarı 6 konsert, çoxlu sayda mitinqlər təşkil etmiş,
44
ümumi iclas çağırmışdı. İclasda «III Kominternin II Konqresi» adlı film
nümay
əiş etdirilmişdi. Keçən əsrin əvvəlləri üçün Azərbaycan qəzalarında
böyük yenilik olan bu t
ədbirlər sadə əhalinin marağını cəlb edir, onun sovet
hökum
ətinin qüdrətinə, gücünə inamını artırırdı (21, f.1, siy.2, iş 166, v.153).
Sovet t
əfəkkürünün formalaşdırılmasının digər işlək vasitəsi kommunist
m
əsləkini, bolşevizm ideyalarını təbliğ edən ədəbiyyatın, mətbuat vasitələrinin
n
əşrinin təşkili və yayımı idi. 1920-ci ildən başlayaraq, Azərbaycan ərazisində
n
əşr olunacaq bütün vəsaitlər bilavasitə MK-nın təsdiq etdiyi siyahı əsasında
h
əyata keçirilirdi. 1920-ci il 21 oktyabr tarixində tərtib edilmiş belə siyahılar-
dan biri a
şağıdakı kitabları daxil edildi: Leninin əsərləri, Kommunitslərin dö-
yüş mahnıları, P.Ivanov «Sovet hakimiyyəti Rusiyada nə etdi», S.Minin
«Kommunistl
ər kimlərdir», N.Lukin «Kilsə və dövlət», A.M.Kollontay «Kom-
munist dövl
ətinin ailəsi», inqilabi mövzuda plakatlar, çağırışlar və vərəqələr
v
ə s. (22, f.1, siy.2, iş 166, v.196). Tərcümə mərkəzlərinin işi də məhz bu
siyahılarla nizamlanırdı. 1921-ci il üçün rus dilindən türk dilinə tərcümə
olunacaq
ədəbiyyat siyahısına aşağıdakılar daxil idi: K.Marks, F.Engels
“Manifest”, K.Kautski, V.Lenin, M.P.Pokrovskinin
əsərləri, İ.Stalinin «Milli
m
əsələ və marksizm» əsəri, Frigenin «Rusiyada fəhlə hərəkatının tarixi» əsəri,
Mendelsonun «Paris kommunası, mənşəyi, əhəmiyyəti» əsəri və s. (23, f.1,
siy.2, iş 166, v.177). Nəşr olunan marksist ədəbiyyatın partiya işçiləri və sovet
qulluqçuları arasında, fəal partiyaçılar və komsomolçular arasında paylaşdırıl-
ması da bilvasitə partiya rəhbərliyi tərəfindən nizamlanırdı. 1922-ci ildə MK
katibi Ə.H.Qarayevin imzası ilə bütün qəza, dairə, kənd partiya təşkilatı rəh-
b
ərlərinə ünvanlanan məktubda göstərilirdi: «SSRİ Dövlət Nəşriyyatının
Siyasi idar
əsi yerli dövlət mədəni-maarif və partiya təşkilatlarının çoxsaylı
t
ələblərini nəzərə alaraq, marksist klassikləri əsərlərinin geniş yayımını təşkil
ed
ərək, Azərbaycanda da böyük kompaniya açmışdı» (24, f.1, siy.2, iş 166,
v.259). M
əktubda MK-nın tövsiyəsi açıqlanırdı: bütün məsul işçilər və bütün
partiya üzvl
əri arasında marksist əsərlər komplektinə kollektiv və ya fərdi
yazılma kompaniyası keçirmək; hər partiya kitabxanası üçün komplekt əldə
etm
ək. Marksist əsərlər komplekti 100 kitabdan ibarət idi və 250 qızıl rubl
m
əbləğində qiymətləndirilmişdi.
Qeyd etm
ək lazımdır ki, hakimiyyətin qanuniləşdirilməsi ilk növbədə
siyasi hakimiyy
ətin möhkəmləndirilməsinə yönəlmişdi. Siyasi hakimiyətin
möhk
əmləndirilməsi üçün istifadə edilən üsul və vasitələr eyni zamanda əhali
arasında etibarın, inamın qazanılması deməkdir. Bolşeviklərin siyasi hakimiy-
y
ətinin möhkəmləndirilməsi ilk növbədə onların hakimiyyətinin keçmiş impe-
riya s
ərhədlərində yayılması və gücləndirilməsini nəzərdə tuturdu. Azərbacan
SSR-d
ə bu proses bir il ərzində həyata keçirilsə də, bolşeviklərin respublikanı
tam n
əzarətə alması üçün bir neçə il lazım oldu. Bolşevik siyasi hakimiyyəti-
nin Az
ərbaycanda yayılması yerlərdə əvvəlcə yoxsul komitələrinin, sonra isə
Sovetl
ərin yaradılması ilə müşayiət olunurdu. Hakimiyyətlərini gücləndirmək
üçün bolşeviklər siyasi sistemin optimallaşdırılması və ya öz məqsəd və
45
v
əzifələrinə yaxınlaşdırılmasına can ataraq, bütün ölkəni fövqəladə komitələr,
üçlükl
ər və komissiyalarla əhatə etdilər. Fövqəladə rejim bolşeviklərə dövlə-
tin, partiya qurumlarının və hətta seçki sisteminin fövqəladə rejimə salınma-
sına imkan verdi. Yerlərdə sosialist ədalətini bərqərar etmək üçün üçlüklərə
geniş səlahiyyətlərin verilməsi, məhkəmə qərarı olmadan vətəndaşların ən ali
c
əzaya- güllələnməyə məhkum edilməsi imkanı, aşağı dövlət və partiay
qurumlarının yuxarı instansiyalara tabeçiliyi bu sistemi bolşeviklərin idarə
üsulu v
ə siyasi məqsədlərinə yaxınlaşıdıran xüsusiyyətlərdən idi.
ƏDƏBİYYAT
1.
Власть и реформы: от самодержавной к советской России / Под ред. Ананьич Б.В.
СПб., 1996, 294 с.; Кром М.М. Политическая антропология: новые подходы к изу-
чению феномена власти в истории России // Исторические записки. М.: 2001, 477 с.;
Пивоваров Ю.С. Власть, собственность и революция в России: проблемы анализа в
контексте методологических сдвигов современной науки // Историк во времени.
Третьи зиминские чтения. Доклады и сообщения научной конференции. М.: РГТУ,
2000, 171 с.
2.
Az
ərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.1,
siy.53, iş 14, v.210
3.
Ахундов М.Ф. Избранные философские произведения. Баку: Азернешр, 1982, 340 c.
4.
КПСС в резолюциях и решениях съездов, конференций и пленумов. ЦК. М.: Поли-
тическая литература, 1984,т.5, 446 с.
5.
Пахомов Е.А. Краткий курс истории Азербайджана: с приложением экскурса по
истории Ширваншахов XI-XIV веков. Баку: АзФАН, 1923, 48 с.;. Сысоев В.М. Краткий
очерк истории Азербайджана (Северного). Баку: Наркомпрос АССР, 1925, 143 с.
6.
ARPİİSSA, f.1, siy.5, iş 67, v.15
7.
ARPİİSSA, f.1, siy.5, iş 67, v.33
8.
ARPİİSSA, f.1 siy.142. iş 32, v.1-9
9.
ARPİİSSA,f.1, siy.125, iş 521, v.90
10.
ARPİİSSA, 10, f.1, siy.142, iş 64, v.15-168
11.
ARPİİSSA, f.1, siy.142, iş 70, v.37, 47
12.
ARPİİSSA, f.1, 29, siy.142, iş 70, v.40
13.
ARPİİSSA, f.1, siy.1, iş 80, v.45-49
14.
ARPİİSSA, f.1, siy.125ş iş 511, v.8
15.
ARPİİSSA, f.1, siy.125, iş 319. v.191
16.
Собрание законов и распоряжений рабоче-крестьянского правительства Союза
ССР. 1925 г. Отдел опубликования законов Управления делами совета народных
комиссаров СССР. М.: 1926, № 35, 1221 с.
17.
ARPİİSSA, f.1, siy.9, iş 15, v.184-188
18.
ARPİİSSA, f.1, siy.2, iş 111, v.64, 68
19.
ARPİİSSA, f.1, siy.9, iş 171, v.106
20.
ARPİİSSA, f.1, siy.142, iş 25, v.39
21.
ARPİİSSA, f.1, siy.2, iş 166, v.153
22.
ARPİİSSA, f.1, siy.2, iş 166, v.196
23.
ARPİİSSA, f.1, siy.2, iş 166, v.177
24.
ARPİİSSA, f.1, siy.2, iş 166, v.259
46
ЛЕГИТИМНАЯ ВЛАСТЬ ИЛИ СОВЕТСКИЙ ОПЫТ ЛЕГИТИМАЦИИ ВЛАСТИ
Ш.Р.МАМЕДОВА
РЕЗЮМЕ
Легитимация власти является основным критерием эффективности любой поли-
тической системы. В демократических, открытых, гражданских обществах легитимация
власти осуществляется за счет преобразований социально-экономического характера и
гуманизации правовых нормативов. Наоборот, в тоталитарных, авторитарных режимах
легитимации высшей власти добиваются с помощью идеологического воздействия и
карательно-репрессивных методов. Данная статья посвящена основным методам и
средствам легитимации власти большевиков в первые годы установления Советской
власти в Азербайджане. Анализируя деятельность Азербайджанской Коммунистичес-
кой партии большевиков, основные правовые документы, регулирующие политическую
систему страны, автор выделяет важные направления в легитимации и легализации по-
литической власти, показывает приоритетные сферы в этом вопросе.
Ключевые слова: легитимация власти, легализация власти, юридическое мыш-
ление, политический имидж, политическая пропаганда, миф власти
LEGAL POWER OR SOVIET EXPERIENCE
OF LEGITIMIZATION OF POWER
Sh.R.MAMMADOVA
SUMMARY
Legitimization of power is the main criteria of any political system. In democratic,
open and civil societies legitimization of political power realizes due to the socio-economical
transformation and juridical reorganizations. In totalitarian and authocratic regimes it happens
because of the ideological impact, repressive and punitive sanctions. The article devotes to the
principle methods and means of legitimization of the Bolshevik authority in Azerbaijan in the
first two decades of establishment of the Soviet power. Analysing the activity of Azerbaijan
Communist Party, as well as the important documents regulating the political system in the
country, the author describes main directions in legitimization and legalization of the political
power, and shows the priorities of this question.
Key words: legal power, legitimization of power, juridical intellection, political image,
political propaganda, myth of power
Dostları ilə paylaş: |