Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 225,81 Kb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü225,81 Kb.
#64085


 

195 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 



 

 

UOT 002.2 (091) 

 

«AZƏRBAYCAN YURD BILGİSİ» JURNALI 

İSMAYIL QASPİRALI HAQQINDA 

(8 mart – 

İsmayıl Qaspiralının ad günü münasibəti ilə) 

 

A.H.T

AHİRLİ 

Bakı Dövlət Universiteti 

abid_tahirli@mail.ru 

 

Məqalədə ilk dəfə türk-islam dünyasının parlaq simalarından biri, naşir, redaktor, ya-

zıçı-publisist, yeni üslublu məktəbin yaradıcısı, mədəniyyət fədaisi, türk xalqlarının, xüsusi ilə 

türk dillərinin birliyi uğrunda ömrünün sonunadək mücadilə aparmış böyük İsmayıl Qaspiralı 

haqqında  (1861-1914)  mühacir  “Azərbaycan  yurd  bilgisi”  jurnalında  dərc  olunmuş  elmi-

publisistik materiallar araşdırılır, təhlil edilir, dəyərləndirilir. Məqalə həm bu gün çox aktual 

olan İ.Qaspiralı irsinin, həm də mühacirət mətbuatının tədqiqi baxımından əhəmiyyətlidir.     

 

Açar sözlər: türk, yurd, islam, millət, yazıçı, amal, tərəqqi 

 

Türk-



islam  dünyasının  mədəniyyət,  məktəb,  maarif,  mətbuat  tarixinin 

mümtaz simalarından İsmayıl Qaspiralının (1861-1914) ölçüyəgəlməz xidmət-

lərini sağlığında və vəfatından sonra da millətin öndə gedən ziyalıları, qədir-

bilən  xadimləri  şükranlıqla  dəyərləndirmişlər.  Eyni  zamanda,  böyük  təhsil 

islahatçısının,  müqtədir  mətbuat  xadiminin,  istedadlı  yazıçı-publisistin ideya 

və  əməlləri  müxtəlif  dövrlərdə  ayrı-ayrı  şovinistlərin,  dövlət  məmurlarının, 

eləcə də xalqın öz içərisindən çıxan bir qisim dardüşüncə sahiblərinin kəskin 

müqavimətinə, etirazına tuş gəlmişdir. İ.Qaspiralı dühasının gücü onda idi ki, 

o  tutduğu  yolun  doğruluğuna,  əməllərinin  parlaq  gələcəyinə,  ideyalarının 

əbədiyaşarlılığına inanır, mübarizə meydanından geri çəkilmirdi. Dövrün gər-

di

şi,  təbədüllatları  və  təlatümləri  böyük  xalq  xadimini  çox  sınaqlara  çəkmiş, 



təzyiq, təqiblərə məruz qoymuşdu. Ölümündən sonra da onun nəşindən əl çək-

məyən qara qüvvələr tapılmış, hətta məzarını viran qoymuşdular. Lakin tarix 

İ.Qaspiralını  yaşatdı,  təsdiq  etdi,  adını  bəşərin  silinməz  xadimləri  cərgəsinə 

yazdı. Türk milləti durduqca, onun həyat və düşüncə tərzinin, arzu və amalının 

ayrılmaz  hissəsinə  çevrilmiş  İ.Qaspiralı  məsləyi  də  yaşayacaqdır:  dildə, 

fikirdə, əməldə birlik. 

Firudin bəy Köçərli, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, 

Məmməd  Əmin  Rəsulzadə,  Ceyhun  Hacıbəyli,  Haşım  bəy  Vəzirov,  Əhməd 




 

196 


bəy  Ağaoğlu,  Əli  bəy  Hüseynzadə,  Əliabbas  Müznib,  Məhəmməd  Hadi, 

Soltan Məcid Qənizadə, Əhməd Cavad, Məhəmməd Tağı Sidqi kimi görkəmli 

xadimlər – xalqımızın qədirbilən, tərəqqipərvər övladları, uzaqgörən ziyalıları 

şəxsi həyatı, yaradıcılığı ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olan İ.Qaspi-

ra

lı şəxsiyyətinə həmişə böyük ehtiramla yanaşmış, onun ünvanına ən ülvi, ən 



şanlı, ən dəyərli sözlərlə xitab etmişlər. Bu sətirlərin müəllifinin İ.Qaspiralıya 

həsr olunmuş «Bütün türklərin tərcümanı» kitabında (Bakı, «Ozan» nəşriyyatı, 

2011-

ci il, 240 səh.) bu və digər məsələlərdən, o cümlədən İsmayıl Qaspiralı – 



Azərbaycan  mövzusundan  geniş  bəhs  edildiyi  üçün  mətləbə  –  mühacirət 

mətbuatında İ.Qaspiralıya aid yazılara nəzər salaq. 

1883-

cü  ildən  nəşrə  başlayan  «Tərcüman»  qəzetinin,  o  vaxtadək  isə 



«Ton

guç», «Şəfəq», «Kəmər», «Ay», «Ulduz», «Günəş», «Həqiqət», «Tərəq-

qi» kimi 10-

a yaxın broşüranın redaktoru və naşiri İ.Qaspiralının ideyaları çar, 

sovet qanun-

qaydalarının,  sözü  «zərrəbinlə  eşələyən»  senzorların,  poqonlu 

məmurların, çinovniklərin fövqündə durduğu kimi, sərhəd də tanımır. Təsadüfi 

deyil  ki,  İsmayıl  Qaspiralı  irsi  sovet  dönəmində  «pantürkist»,  «panislamist» 

damğaları ilə inkar, rədd ediləndə, sovet rejim və ideologiyasının düşməni elan 

olunanda  Azərbaycanın  istiqlalı  uğrunda  xarici  ölkələrdə  ideoloji  mücadilə 

aparan  mühacirlər  İ.Qaspiralını  təqdiq,  təqdir  və  təbliğ  edir,  eyni  zamanda 

«qırmızı  güllələrdən»,  bolşeviklərin  qərəzli  fikirlərindən,  amansız  hücum, 

böhtan və iftiralarından qoruyurdular. Azərbaycan mühacirət mətbuatı nümu-

nələri fikirlərimizə ciddi əsasdır. 

Azərbaycan mətbuat tarixində əbədi və parlaq iz qoymuş  «Azərbaycan 

yurd bilgisi» jurnalının 1932, 1933 və 1934-cü illərdə ayda bir, ildə 12 nömrə-

si, 1937-

ci  ildə  cəmi  bir  olmaqla  toplam  37  nömrəsi  işıq  üzü  görmüşdür. 

Azərbaycan dilində, latın əlifbası ilə İstanbulda buraxılan məcmuənin müdiri 

dünya  şöhrətli  türkoloq,  prof.dr.  Əhməd  Cəfəroğlu  idi.  O,  jurnalın  ətrafına 

azərbaycanlı mühacirlərlə yanaşı, digər türk xalqlarının tanınmış mütəxəssislə-

ri

ni, eləcə də əcnəbi türkoloqlarını toplamışdır.  



Azərbaycan  xalqının  böyük  dostu,  Krım  istiqlal  mücadiləsi  tarixinin 

liderlərindən  olan,  Krım  Xalq  Cümhuriyyətinin  hərbi  və  xarici  işlər  naziri, 

mahir publisist Krımlı Cəfər Seyidəhməd (1889 – Yalta, 1960 – İstanbul) jur-

na

lın 1933-cü il yanvar tarixli 13-cü nömrəsində dərc etdirdiyi «Dil məsələsi 



və  bolşeviklər»  adlı  məqaləsi  kommunist  mühərrir  Alimcan  İbrahimovun 

Krımın Ağ məscid şəhərində nəşr olunan «Yeni dünya» qəzetinin 1932-ci il 4 

oktyabr tarixli 253-

cü nömrəsində dərc edilmiş «Ədəbi Oktyabr» məqaləsində 

irəli sürülən müddəaların, mülahizələrin əsassızlığına, qərəzliliyinə və onların 

tənqidinə həsr olunmuşdur. 

Türklər üçün ortaq  ədəbi dilin  yaradılması lazımdırmı və mümkündür-

mü,  ümumiyyətlə,  bu  problemin  ortaya  atılmasının  əsasları  varmı?  «Ümumi 

ədəbi  dil  cərəyanını  irticaçı  bir  hərəkat»  adlandıran  və  bu  ideyaya,  onu  irəli 

sürənlərə  sərt  şəkildə  etiraz  edən  Alimcan  İbrahimovun  mövqeyini  Cəfər 

Seyidəhməd tutarlı, elmi-tarixi dəlillərlə alt-üst edir. O, məhəlli ədəbiyyatların 



 

197 


inkişafı ilə yanaşı müştərək ədəbi dilin yaradılması probleminin elmi üsullarla 

müzakirəsini  məqbul  hesab  edir,  «bolşeviklərə  alət  olan  Alimcan  İbrahimov 

kimi  milli  kafirlərin»  məsələyə  sırf  ideoloji,  sinfi,  siyasi  və  partiyalı  don 

geydirməsini  isə  haqlı  olaraq  «faciə»  adlandırır.    Qərb  və  hətta  məşhur  rus 

türkoloq

larının  elmi  nəticələrini  qulaqardına  vuran,  Moskvaya  yarınan 

A.İbrahimov türk millətinin, türk dilinin birliyindən bəhs edənləri «pantürkist» 

adlandırır və həyasızcasına ittiham edir. Kommunist müxbirin əsas hədəfi isə 

vaxtı ilə Baxçasarayda olduğu kimi Bakıda, Orenburqda, Kazanda, İstanbulda, 

Daşkənddə… «Tərcüman»nın vasitəsi ilə türk xalqları ilə ümumi dil tapmağa 

nail olan  İsmayıl Qaspiralıdır. Cəfər Seyidəhməd Alimcan  İbrahimovun türk 

xalqlarının eyni soya, eyni həyat, təfəkkür tərzinə sahib olduqlarına dair dünya 

şöhrətli türkoloqlar Meillet, Müller, Deny, Von-Le-Coq, Vambery, Marquart

Bang, Donner, Korş, Rafloff, Thomsen, Meloranski, Bezerin, Samoyloviçin… 

elmi 

qənaətlərdən xəbəri olmadığına şübhə etmir. Orhon abidələri, Kutadku-



Bilik, Kodeks-

Kumanikus və bunların təhlilləri də A.İbrahimov üçün lazımsız 

şeylərdir,  onun  üçün  Kaşqarlı  Mahmud,  Rabguzi,  Abdulqadir  Bahadurxan, 

Ahmet  Yasəvi,  Əlişir  Nəvai,  Babur,  Şeyx  Süleyman  da  bir  əhəmiyyət  kəsb 

etmir. Moskva nökərinə görə türklərin nə şifahi söz yaradıcılığında, nə adət-

ənənələrində, nə də ruhlarında bir  yaxınlıq var.  Onun fikrincə, birlik ideyası 

İ.Qaspiralı ilə başlayır. A.İbrahimov ədəbi dil birliyi təşəbbüsünü tənqid edər-

kən  bunun  mümkünsüzlüyünün  tarixi  və  iqtisadi  əsasları  olduğunu  yazır. 

Lakin nədənsə bu əsasları təhlil və təsbit etmir. Cəfər Seyidəhməd məqaləsin-

də yazır:  «Biz bir millət idik. Moskva bizi parçalayır. Bizim bir dilimiz var, 

Moskva bir-birimiz

i anlamayacağımız şəkildə dilimizi ayırır» - deyənlərə qarşı 

kommunist mühərrir qaba bolşevik üslubu ilə «yalan, provokasiya, axmaqlıq, 

iftira»  sözləri  ilə  hücuma  keçir  və  «Moskva  ayırmır,  tarix  ayırır,  müxtəlif 

qəbilələrin iqtisadi həyatları ilə istehsal tərzləri arasındakı fərqlər ayırır, coğra-

fi şərait ayırır. Ural dağlarının Ərzurum dağlarından, Qafqazın Krım dağların-

dan, Krımın Altaylardan ayrılıb ayrı-ayrı dağlar olmasında kim günahkardır? 

Bunun  kimi  Başqırdıstan  Cümhuriyyətinin,  Başqırt  ədəbi  dilinin  Krımdan, 

Özbəkdən, Azərbaycandan ayrı düşməsinin səbəbini də  yalnız provokatorlar, 

qara üzlü axmaqlar Moskvada görə bilərlər. Yalnız sinfi korluq ilə damaqlarını 

çürüdən  siyasi  mühacirlər  kəskin  tarixi,  iqtisadi,  mədəni,  coğrafi  həqiqətləri 

görməyərək israr edə bilərlər» - deyir və bu məsələyə yenə heç bir əsasa isti-

nad etmədən Sultan Əliyevi, Musa Bikiyevi, Ayaz İsakini, Krım milliyyətçilə-

ri

nin hamısını pantürkistlikdə ittiham edir».  



Cəfər Seyidəhməd müştərək ədəbi dil yaratmaq sahəsində İ.Qaspiralının 

əldə etdiyi böyük nəticələri, bu təşəbbüsün türk ziyalıları tərəfindən rəğbətlə 

qarşılanmasından  qorxan,  əndişələnən,  narahat  olan  çar  hökumətinin  ciddi 

tədbirlər gördüyünü A.İbrahimovun xatırlanmamasından təəccüblənir. Çünki, 

bütün bunlar Alimcan İbrahimovun mülahizələrini inkar edir. Cəfər Seyidəh-

məd  İ.Qaspiralının  müştərək  dil  uğrunda  mübarizəsinin  qısa  tarixi  dövr 

ərzində  böyük  uğur  qazandığını,  xüsusilə  mətbuatın  açıq  türkcə  çıxmağa 



 

198 


başlandığını, dildə sadələşməyə meylin artdığını, ərəb, fars kəlmələrinin azal-

dıldığını, rus terminlərindən tədriclə imtina edildiyini məmnunluqla qeyd edir. 

Göstərir  ki,  1906-cı  ildə  Rusiya  Müsəlmanlarının  III  qurultayında  ibtidai 

məktəblərin  son  siniflərində  bütün  dərslərin  məcburi  olaraq  ümumi  türkcə 

oxudulması  ilə  bağlı  İ.Qaspiralının  təklifinin  qəbul  edilməsi  müştərək  dil 

yaradılması yolunda uğurlu tarixi addım idi. Cəfər Seyidəhməd vaxtı ilə «Türk 

ləhcələrindən  birisini  bilən  bir  adamın  Balkanlardan  ta  Yaxın,  Uzaq  Şərqdə, 

Yakut  və  Çuvaşlarda  –  bütün  türk  dünyasında  rahatlıqla  anlaşacağını  öz 

təcrübəsində  gördüyünü  təsdiq  edən  türkoloq  Vamberyini  A.İbrahimovun 

unutduğunu  istehza  ilə  qeyd  edir  və  yazır  ki,  onun  canfəşanlığını  anlamaq 

çətin  deyil,  o  Moskvanın  «parçala,  hökm  sür»  siyasətinə  xidmət  edir  və 

İ.Qaspiralı  ideyalarına  qarşı  vaxtı  ilə  mücadiləyə  girmiş  İlminskinin  yolu  ilə 

gedir.  Belə  olmasaydı,  A.İbrahimov  bugünkü  türk  mətbuatında  gündən-günə 

artan rus sözlərindən də bəhs edərdi. Türk xalqlarına zorla ayrı-ayrı əlifbaların 

qəbul  etdirilməsi  hansı  tarixi,  coğrafi,  iqtisadi  ayrılığın  və  hansı  həyati 

zərurətlərin  nəticəsidir?  -  bu  suallara  da  cavab  verərdi.  Məqalənin  sonunda 

Cəfər Seyidəhməd bu nəticəyə gəlir: çarlıq ölmüş, fəqət rus imperializmi qızıl 

rəngə boyanaraq, daha qorxunc və daha qəti bir şəkildə köhnə yolu ilə gedir və 

türk dillərini təməlindən yıxmaqla məşğuldur. 

Göründüyü kimi, müəllif sovetlərin dil, əlifba siyasətini ifşa etmək üçün 

İsmayıl  Qaspiralının  ölməz  irsi  və  ideyasından  məharətlə  bəhrələnmiş  və 

istəyinə nail olmuşdur. Məqalədə hazırda Sovet rejimi və ideologiyasının türk 

xalqlarının dili, əlifbası xüsusi ilə müştərək dil ideyasının üzərinə amansızcası-

na  hücuma  keçdiyi  qeyd  olunsa  da,  İ.Qaspiralı  ideyasının  daha  canlı,  daha 

perspektivli və həmişəyaşar olduğu qabarıq vurğulanır. 

Azərbaycanlı mühacirlərin Türkiyədən çıxarılması, onların siyasi, nəşri 

fəaliyyətinin dayandırılması ilə bağlı Sovet Rusiyasının inadkar, israrlı tələblə-

rin


dən sonra meydana çıxan çox sayda problemlərə, mühacirət həyatının üzün-

tülərinə,  maddi  sıxıntılara,  eləcə  də  mənbələrin  məhdudluğuna,  informasiya 

kanallarının  kasadlığına  baxmayaraq,  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri 

Rusiya  müsəlmanlarının  lideri  İsmayıl  Qaspiralının  həyatı,  fəaliyyəti,  parlaq 

ideyaları daim mühacirlərin müraciət etdiyi mövzu olmuşdur. Yeri gəlmişkən 

qeyd  edək  ki,  1934-cü  ildə  Krımlı  Cəfər  Seyidəhmədin  «Qaspiralı  İsmayıl 

bəy» adlı sanballı əsəri İstanbulda nəşr olunmuşdur.  

«Azərbaycan yurd bilgisi» böyük xalq xadimi İ.Qaspiralının nəşr etdiyi 

«Tərcüman» qəzetinin 50 yaşı münasibəti ilə xeyli material dərc etmişdir. «Dil 

guşəsi»  adlı  redaksiya  məqaləsində  (№  15,  mart  1933)  oxuyuruq:  «Hələ 

İsmayıl bəy Qaspiralının 1881-ci ildən etibarən «türk dili birliyi» sahəsindəki 

müanidanə (inadcıl – T.A.) çalışması və yazması rusları tamamilə çaşdırmışdı. 

Mahut  missioner  və  müstəşrik  (şərqşünas  –  T.A.)  İlminskinin  proqramına 

uyğun təsis edilmək istənilən ibtidai türk-rus məktəblərinə qarşı İsmayıl bəyin 

türkçü planı rus missionerləri arasında təlaşı artırmışdır. Nəticədə 1919-cu ildə 



 

199 


«Kazan rus missione

rləri qurultayı»  İsmayıl bəyin həqiqi bir rus düşməni və 

rus əleyhdarı olduğunu rəsmən elan etmişdir». 

Prof.dr.  Fuad  Köprülüzadənin,  Cəfər  Seyidəhməd  Krımlının,  Xəlil 

Xasməmmədlinin,  prof.dr.  Əhməd  Cəfəroğlunun,  Həsən  Abdullaoğlunun 

«Azərbaycan yurd bilgisi» jurnalının 1933-cü il aprel tarixli 16-cı nömrəsində 

dərc olunmuş məqalələri qaspiralışünaslığın dəyərli materiallarındandır. 

Tanınmış  türkoloq  Fuad  Köprülüzadə  “İsmayıl  bəy  Qaspiralı”  adlı  

məqaləsində  yazır: «1267-ci ildə Krımın «Avcı» kəndində doğulan və atasının 

«Qaspra» kəndində dünyaya gəldiyi üçün  «Qaspiralı» ləqəbi ilə şöhrət qaza-

nan İsmayıl bəy nə böyük bir alim, nə bir şair, nə də bir filosofdur. Akçuraoğ-

lu

nun çox doğru bir tərifini qəbul edərək deyə bilərik ki, o, hər şeydən əvvəl 



və hər şeyin  fövqündə bir xalq xadimidir».  F.Köprülüzadəyə  görə, son 40 il 

ərzində  çar  Rusiyası  daxilində  yaşayan  milyonlarla  türkün  milli  və  mədəni 

intibahında ən böyük vəzifələri İ.Qaspiralı yerinə yetirmiş, bütün həyatını bu 

işə həsr edərək minlərcə maneəyə baxmayaraq, müvəffəqiyyətlə irəliləmişdir. 

Türklərin son 50 illik milli intibah tarixini yazacaq salnaməçi öz əsərində ona 

böyük yer ayırmaq məcburiyyətindədir. 

İ.Qaspiralının həyat və yaradıcılığı ilə oxucunu tanış edən F.Köprülüza-

də onun bir çox maddi və mənəvi müşkilatı dəf edərək, 1883-cü ilin aprelindən 

bu

raxdığı «Tərcüman» qəzetinin yalnız Krımda deyil, Kazan, Qafqaz, Türkis-



tan, Çin Türkistanı, Serbiyada, Rumıniyada,  Bolqarıstanda, Osmanlı impera-

tor


luğunda, bir sözlə, bütün türk məmləkətlərində böyük əks-səda doğurduğu-

nu yazır, eyni zamanda İ.Qaspiralının yeni üsullu məktəb açmaq, qadın hüqu-

qu

nu qorumaq, qadınların təhsilə cəlb olunmasını təmin etmək istiqamətindəki 



xid

mətlərini vurğulayır  və məqaləsini belə bitirir:  «Bütün həyatını türklüyün 

yük

səlməsinə sərf edən bu böyük adam Türk xalqının əbədi şükranlarına la-



yiqdir». 

   


 

ƏDƏBİYYAT 

1.

 



İsmayıl Qaspiralı. Seçilmiş əsərləri. I, II, III cildlər. İstanbul, “Ötüken” nəşriyyat A.Ş, 2003, 

2004, 2008-

ci illər, 500 s. 

2.

 



”Azərbaycan yurd bigisi” jurnalı // 1932, №1 -12; 1933, № 13-24; 1934, № 25-36; 1954, 

№37, 35-40 s. 

3.

 

Krımlı  Cəfər  Seyidəhməd .  Qaspıralı  İsmayıl  bəy. İstanbul, 1934, 250 s. 



4.

 

Tahirli Abid. Bütün türklərin tərcümanı. Bakı: Ozan, 2001, 200 s. 



 



AZƏRBAYCAN YURD BİLGİSİ” ЖУРНАЛ О ИСМАИЛ ГАСПИРАЛИ 

 

А.X.ТАХИРЛИ 

 

РЕЗЮМЕ 

 

В  статье  впервые  исследуются,  анализируются  и  оцениваются  материалы  о 

Исмаиле Гаспринском, опубликованные в эмиграционном журнале “Азербайджан юрд 

бирлийи”. Исмаил Гаспринский (1861-1914) один из ярких представителей тюркско-ис-

ламского мира. Он являлся издателем, редактором, писателем-публицистом, основопо-



 

200 


ложником журналистской школы нового направления, поборником культуры, неутоми-

мым борцом за единство тюркских народов и языков. 

Статья ценна и с точки зрения углубленного изучения эмиграционной печати. 

 

Ключевые слова: тюркский, исламский, народ, писатель, цель, прогресс 

                                          

ISMAYIL GASPIRADI IN “

AZƏRBAYCAN YURD BILGİSİ” 

 

A.H.TAHIRLI 

 

SUMMARY 

 

The  article is the first to study, analyze and assess materials about Ismayil Gaspirali, 



published in the emigrant magazine «

Azərbaycan  Yurd Bilgisi».  I.Caspirali  (1861-1914) is 

one of the prominent representatives of Turkish-Islamic world. 

The article is precious from the point of deep study of the emigrant print. 

  

Key words: Turkish, Islamic, motherland, nation, writer, aim, process  

      


                

 

 



 

 

 



 

 

 



 

 

 



 

Document Outline


Yüklə 225,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə