Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 433,9 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü433,9 Kb.
#67717


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

KİTABXANAŞÜNASLIQ

 

 

UOT 654.19; 002.2 

AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ 

KİTABXANA-İNFORMASİYA RESURSLARININ  

YERLƏŞMƏSİNİN VƏZİYYƏTİ 

 

İ.Z.BAYRAMOVA  

Бakı Dövlət Universiteti 

irade8@rambler.ru

 

Məqalədə Azərbaycan Respublikasının regionlarında kitabxana-informasiya resursla-

rının müasir vəziyyəti, kitabxanaların insanların mədəni–intellektual potensialının artırılma-

sındakı  rolu, onlara göstərilən dövlət qayğısı  tədqiq edilmişdir. 

 

Açar sözlər: Kitabxana-informasiya təminatı, informasiya resursları, kadr təminatı 

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 

Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 

Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edildi (1). Dövlət Proqramından 

da məlum olduğu kimi, Azərbaycan Respublikası 10 iqtisadi rayona bölünür. 

Bu iqtisadi rayonlar aşağıdakılardır: 1) Abşeron iqtisadi rayonu; 2) Gəncə-

Qazax iqtisadi rayonu; 3) Aran iqtisadi rayonu; 4) Quba-Xaçmaz iqtisadi rayo-

nu; 5) Şəki-Zaqatala iqtisadi rayonu; 6) Dağlıq Şirvan iqtisadi rayonu; 7) Lən-

kəran iqtisadi rayonu; 8) Naxçıvan iqtisadi rayonu; 9) Kəlbəcər-Laçın iqtisadi 

rayonu; 10) Yuxarı Qarabağ iqtisadi rayonu. Bu iqtisadi rayonlar iqtisadi 

potensialına, təbii sərvətlərinin miqyasına, məşğulluq səviyyəsinə görə bir-

birindən fərqlənir. İqtisadi, coğrafi və tarixi baxımdan iqtisadi rayonları fərq-

ləndirən amillər  əsasən aşağıdakılardır: iqtisadi-coğrafi mövqeyi; təbii  şəraiti 

və ehtiyatları; əhalinin məskunlaşması səviyyəsi; regionun sahə və ərazi quru-

luşu; tarixi inkişaf xüsusiyyətləri;  

Azərbaycan Respublikası Prezidenti 14 aprel 2009-cu il tarixində “Azər-

baycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı 

Dövlət Proqramının təsdiq edilməsi haqqında” Fərman imzaladı (2). Dövlət 

Proqramında növbəti beş ildə həlli nəzərdə tutulan tədbirlər içərisində region-

lararası mədəni əlaqələrin möhkəmləndirilməsi, milli mədəniyyətin ümumdün-

ya mədəni proseslərinə inteqrasiyası, Azərbaycan Respublikasının mədəni irsi-

nin qorunmasının təmin edilməsi, kitabxana fondlarında müasir komplektləş-

dirmə mexanizminin yaradılması, kitabxanaların informasiya təminatı və ölkə 

 

250




üzrə kitabxana-informasiya kompyuter şəbəkəsinin yaradılması və inkişafı və 

s. kimi məsələlər də var idi. 

Azərbaycan Respublikasının ayrı-ayrı regionlarında, kitabxana-informa-

siya sahəsinin inkişafından, gələcək perspektivlərindən bəhs edərkən, bu 

sahədə 2008-ci il 6 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti 

tərəfindən imzalanmış “Azərbaycan Respublikasında kitabxana-informasiya 

sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı xüsusi ilə 

qeyd etmək lazımdır (3, 6-29). Bu sərəncamın yerinə yetirilməsinə uyğun 

olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 

2009-cu il sentyabr ayının 1-dən 10-dək Azərbaycan Respublikasının regionla-

rında yerləşən kitabxanalarda monitorinq keçirilmişdir. Monitorinqin keçiril-

məsində  əsas məqsəd,  əhaliyə göstərilən kitabxana-informasiya xidmətinin 

səviyyəsinin yüksəldilməsi, kitabxana-informasiya sahəsində yeni texnologi-

yaların tətbiqi və istifadəsi nəticəsində onun dünya standartları  səviyyəsinə 

çatdırılması, elektron informasiya daşıyıcılarının formalaşdırılması  və virtual 

kitabxanaların inkişaf etdirilməsi, kitabxanaların kadr təminatının yaxşılaş-

dırılması, fasiləsiz təhsilin təmin edilməsinə  şərait yaradılması istiqamətində 

olmuşdur (6, 3). Monitorinq zamanı kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki 

digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxa-

nanın 72,7 faizinin kənd yaşayış  məntəqələrində olması  məlum olmuşdur. 

Kitabxanaların növlərinə  əsasən bölgüsü aşağıdakı kimidir: Mədəniyyət və 

Turizm Nazirliyinin tabeliyində 46,6%; Təhsil Nazirliyi tabeliyində 50,7%. 

Bu kitabxanaların iqtisadi rayonlar üzrə bölgüsündən aydın olur: Bakı 

şəhəri 8,4%; Aran iqtisadi rayonu 23,4%; Gəncə-Qazax iqtisadi rayonu 14,9%; 

Abşeron iqtisadi rayonu 2,1%; Quba-Xaçmaz iqtisadi rayonu 8,2%; Şəki-

Zaqatala iqtisadi rayonu 9 %; Lənkəran iqtisadi rayonu 11,7 %; Naxçıvan 

iqtisadi rayonu 5,8%; Dağlıq  Şirvan iqtisadi rayonu 4,9%; Kəlbəcər-Laçın 

iqtisadi rayonu 4,5%; Yuxarı Qarabağ iqtisadi rayonu 7,1% .  

Azərbaycan Respublikasında kitabxanaların 111 milyon nüsxədən ibarət 

olan informasiya resurslarının 80,5%-ni kitablar, 5,4%-ni qəzet və jurnallar, 

14,1%-ni isə digər materiallar təşkil edir. Onların 27,2%-i kənd kitabxanala-

rındadır. Kənd kitabxanalarında informasiya resurslarının 99%-ni  kitablar, 

0,6%-ni qəzet və jurnallar, 0,4%-ni isə digər materiallar təşkil edir. Kənd ki-

tabxanalarında olan informasiya resurslarının 52,3%-i Mədəniyyət və Turizm 

Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalardadır. Təhsil Nazirliyi tabe-

liyində olan ilk peşə-ixtisas təhsil müəssisələrində  və ümumtəhsil məktəblə-

rində cəmi 47,2% informasiya resursu var. İnformasiya resurslarının 65,5%-i 

Azərbaycan, 31,1%-i rus, 2%-ingilis, 1,4%-i digər dillərdədir. Azərbaycan di-

lində olan ümumi fondun 71,9%-i latın, 28,1%-i kiril əlifbasındadır. Azərbay-

can dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi kənd yaşayış  məntə-

qələrində 56,8%-dir. Kənd kitabxanaları 5,8% kompyuterlə təchiz edilmişdir. 

Kənd yaşayış  məntəqələrində yerləşən kitabxanalara edilən müraciətlərin 

48,3%-i 18 yaşınadək istifadəçilər tərəfindən edilmiş, 65,2%-i kütləvi, 33,5%-i 

 

251




ümumtəhsil məktəbləri, 0,1%-i isə ilk peşə-ixtisas müəssisələrində yerləşən 

kitabxanalara olmuşdur. Kənd yerlərində  Mədəniyyət və Turizm Nazirliyi 

tabeliyində yerləşən kitabxanalar tərəfindən 18 yaşınadək istifadəçilərə 55,7% 

kitab verilmişdir. Bu kənd musiqi məktəblərində 73,5%, ümumtəhsil məktəb-

lərində isə 85,9  % olmuşdur. Ölkə üzrə kitabxanalarda cəmi 8727 nəfər mütə-

xəssis var. Onların 4129 nəfəri kənd yaşayış məntəqələrindəki kitabxanalarda 

işləyir. Kənd kitabxanalarında işləyən mütəxəssislərin sayı aşağıdakı kimidir: 

ali ixtisas təhsillilər 206 nəfər; ali qeyri-ixtisas təhsillilər 308 nəfər; orta ixtisas 

təhsillilər 820 nəfər; orta qeyri-ixtisas təhsillilər 635 nəfər; ümumi orta təhsil-

lilər isə 2160 nəfər.       

Azərbaycan Respublikasının regionlarında kitabxana-informasiya resurs-

larının yerləşməsi vəziyyəti və ondan səmərəli istifadənin perspektivlərinin 

ümumi mənzərəsi belədir: Abşeron iqtisadi rayonu: Abşeron, Xızı inzibati 

rayonlarını, Bakı  və Sumqayıt  şəhərlərini  əhatə edir. Əhalinin ümumi sayı 

387,9 min nəfər olmaqla ölkə əhalisinin 4,8%-ni təşkil edir. Əhalinin 82,5%-i 

Bakı şəhərinin, 17,5%-i isə digər inzibati rayonların payına düşür və 89,1%-ni 

azərbaycanlılar, 5,76%-ni  ruslar, qalan 5,2%-ni isə digər milli və etnik qruplar 

təşkil edir. Abşeron iqtisadi rayonu üzrə 182 kitabxana var. Abşeron və Xızı 

rayonları üzrə  kənd yaşayış  məntəqələrində 79,7% kitabxana Mədəniyyət və 

Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Təhsil Nazirliyi tabeliyində 

fəaliyyət göstərən kitabxanalar hər iki rayonda birlikdə 120,3% edir. Ayrılıqda 

isə bu göstərici belədir: Abşeron rayonu üzrə 64,7%, Xızı rayonu üzrə 55,6%. 

Abşeron iqtisadi rayonu üzrə cəmi 3257798 nüsxə informasiya resursu var ki, 

onun da 36,4%-i Abşeron rayonu üzrə, 47,8%-i Xızı rayonu üzrə kənd yaşayış 

məntəqələrində yerləşir (6.S.48). Azərbaycan Respublikasının iqtisadi rayonla-

rı içərisində iqtisadi əhəmiyyətinə görə ikinci yerdə  Gəncə-Qazax iqtisadi 

rayonu durur. İqtisadi rayon Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, 

Samux,  Şəmkir, Göy-Göl, Goranboy rayonlarını, Gəncə  və Naftalan kimi 

şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. Əhalinin ümumi sayı 

1103,3 min nəfər olmaqla ölkə əhalisinin 13,6%-ni təşkil edir. İqtisadi rayonda 

əhalinin 53%-i kənd yaşayış  məntəqələrində yaşayır.  İqtisadi rayonda cəmi 

1265 kitabxana var. Onlardan 78,6% kənd yaşayış məntəqələrindədir (6, 23). 

Kitabxana fondunun informasiya mənbələrinə görə bölgüsü zamanı    Gəncə-

Qazax iqtisadi rayonunda 11773454 nüsxə informasiya resursunun 46,5%-nin 

kənd kitabxanalarının payına düşdüyü məlum olur. İqtisadi rayonda 1125 

nəfər kitabxana mütəxəssisi var (6, 75). Onların təhsil səviyyələrinə görə 

bölgüsü aşağıdakı kimidir: ali ixtisas təhsillilər 89 nəfər;  ali təhsilli qeyri 

ixtisas-təhsillilər 129 nəfər; orta-ixtisas təhsillilər 225 nəfər; orta qeyri-ixtisas 

təhsillilər 173 nəfər; ümumi orta təhsillilər 509 nəfər.  İnformasiya resurs-

larının kənd yaşayış  məntəqələrinə görə bölgüsünə  əsasən Qazax rayonunda 

68,2%, Tovuz rayonunda 67,4%, Ağstafa rayonunda 72,3%, Şəmkir rayonun-

da 70,4%, Gədəbəy rayonunda 78,9%, Daşkəsən rayonunda 61,4%, Goranboy 

rayonunda 70,8%, Göygöl rayonunda 58%, Samux rayonuda 60,8% informasi-

 

252




ya mənbələri var (6, 57) Azərbaycan Respublikasının iqtisadi rayonlarından 

biri də  Şəki-Zaqatala iqtisadi rayonudur.  Bu iqtisadi rayon  Azərbaycanın 

şimal-qərbində yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv. 

km olmaqla, ölkə  ərazisinin 10,3%-ni təşkil edir. İqtisadi rayonun əhalisinin 

ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5%-ni təşkil edir. Şəki-

Zaqatala iqtisadi rayonunda cəmi 764 kitabxana resursu var. Bu kitabxanaların 

83,6%-i kənd yaşayış  məntəqələrində  fəaliyyət göstərir.  İqtisadi regionun 

tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala rayonları daxildir. Kənd 

yaşayış  məntəqələrində yerləşən kitabxanaların bölgüsü aşağıdakı kimidir: 

Balakən rayonu 88%; Qax rayonu 88,7%; Qəbələ rayonu 90,3%; Oğuz rayonu 

88,2%;  Şəki rayonu 71%; Zaqatala rayonu 85,7%; Ümumi hesablamalara 

görə, Şəki-Zaqatala iqtisadi regionunda kənd yaşayış məntəqələrindəki kitab-

xanaların 53,5%-i Mədəniyyət və Turizm Nazirliyinin, 46%-i isə Təhsil Nazir-

liyinin tabeliyində  fəaliyyət göstərir. Kitabxana fondunun bölgüsünə görə, 

ümumilikdə iqtisadi rayonda kitabxana-informasiya resurslarının 5515558 

nüsxə olması məlumdur. İnformasiya resurslarının 62,7%-i kənd kitabxanaları-

nın payına düşür. Regionun kənd kitabxanalarında cəmi 10 kompyuter var. 

İqtisadi rayonda olan 640 nəfər kitabxana mütəxəssisindən 535 nəfəri kənd 

kitabxanalarında çalışır.    

Azərbaycan Respublikasının iqtisadi rayonları içərisində önəmli yerlər-

dən birini də Lənkəran iqtisadi rayonu tutur. Azərbaycan Respublikasının Lən-

kəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran 

inzibati rayonlarının  ərazisini  əhatə etməklə, Azərbaycanın cənub-şərqində 

yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla, ölkə ərazisi-

nin 7%-ni əhatə edir. Əhalinin ümumi sayı 753,7 min nəfər olmaqla ölkə 

əhalisinin 9,3%-ni təşkil edir. Ölkə kitabxana resursunun 11,7%-i bu iqtisadi 

rayonun payına düşür. Kitabxanaların sayına görə  Cəlilabad (211), Lənkəran 

(191) və Masallı rayonları (174) xüsusilə  fərqlənir. Ümumiyyətlə,  iqtisadi 

rayonunun kitabxana-informasiya resursları ölkə informasiya resurslarının 

5,9%-ni təşkil edir. Belə ki, regionun ümumi kitabxana resursları 6578166 

nüsxə çap vahidi ilə ölçülür. Lənkəran iqtisadi rayonununda ümumi əhalinin 

86%-i azərbaycanlılar, 13,5%-i talışlar, 0,3%-i ruslar, 0,1%-i avarlar, 0,1%-i 

isə digər millətlərdir. (8, 331). İqtisadi rayonda cəmi 994 kitabxana resursu 

var. Onların 86,4%-i kənd yaşayış məntəqələrində yerləşir. Kənd kitabxanala-

rının 49,5%-i Mədəniyyət və Turizm Nazirliyinin, 50,2%-i isə Təhsil Nazirli-

yinin tabeliyindədir (6, 23-41). Lənkəran iqtisadi rayonunda, kənd kitabxa-

nalarında cəmi 15 kompyuter var. İqtisadi rayonda ümumi informasiya resurs-

larının 62,9%-i kənd kitabxanalarında yerləşir. Onların 99,6%-ni kitablar təşkil 

edir.  İqtisadi rayonun kitabxanalarında 734 nəfər kitabxana mütəxəssisi var. 

Onlardan 611 nəfəri kənd kitabxanalarında çalışır. Bu mütəxəssislərin təhsil 

səviyyəsi aşağıdakı kimidir: ali ixtisas təhsillilər 37 nəfər; ali qeyri-ixtisas 

təhsillilər 29 nəfər; orta-ixtisas təhsillilər 107 nəfər; orta qeyri-ixtisas təhsilli-

lər 110 nəfər; ümumi orta təhsillilər 328 nəfər. 

 

253




Azərbaycan Respublikasının regionları içərisində Quba-Xaçmaz iqtisadi 

rayonu da xususi yer tutur. İqtisadi rayon Şabran, Xaçmaz, Quba, Qusar və 

Siyəzən inzibati rayonlarını  əhatə edir. İqtisadi rayonun ümumi sahəsi 7,66 

min kv.km olmaqla, ölkə  ərazisinin 8,8%-ni təşkil edir. Region əhalisinin 

ümumi sayı 453,1 min nəfər olmaqla, ölkə əhalisinin 5,6%-ni təşkil edir. Əha-

linin 32%-i şəhərlərdə, 68%-i kəndlərdə yaşayır.  İqtisadi rayonda cəmi 698 

kitabxana resursu var. Onların 593-ü kənd yaşayış  məntəqələrində yerləşir. 

Kənd kitabxanalarının 334-ü Mədəniyyət və Turizm Nazirliyinin, 259-u isə 

Təhsil Nazirliyinin tabeliyində  fəaliyyət göstərir (6, 26-43). Quba-Xaçmaz 

iqtisadi rayonunda kitabxanalarda 4782603 nüsxə informasiya resursu var. 

Onun 3190555 nüsxəsi kənd yaşayış məntəqələrindədir. Kənd kitabxanaların-

dakı informasiya resursunun 99,4%-i kitablardır. İqtisadi rayonun kənd kitab-

xanalarında cəmi 7 kompyuter var. Ümumi yekuna görə, kitabxanalaların cəmi 

8,2%-i kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. İqtisadi rayonun 

569 nəfər kitabxana mütəxəssisindən 479 nəfəri kənd kitabxanalarında çalışır. 

Azərbaycan Respublikasının Aran iqtisadi rayonu Ağcabədi, Ağdaş, 

Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul,  İmişli, Kürdəmir, Neftçala, 

Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibati rayonlarını və Şirvan, Mingə-

çevir, Yevlax şəhərlərini əhatə edir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min 

kv. km olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Aran iqtisadi rayonunda 

1988 kitabxana resursu var. Onlardan 1571-i kənd yaşayış məntəqələrindədir. 

Bu kitabxanalardan 875-i Mədəniyyət və Turizm Nazirliyinin, 688-i isə Təhsil 

Nazirliyinin tabeliyindədir. Ümumiyyətlə, iqtisadi rayonun kənd yaşayış mən-

təqələrində 7842550 nüsxə informasiya resursu var ki, onun 98,9%-i kitablar-

dır (6, 55-56). İqtisadi rayonun kənd kitabxanalarında 25 kompyuter var. Ra-

yonda cəmi 1932 nəfər kitabxana mütəxəssisi var və onların təhsil səviyyəsi 

belədir: ali-ixtisas təhsillilər 133 nəfər; ali-qeyri-ixtisas təhsillilər 132 nəfər; 

orta ixtisas təhsillilər 437 nəfər; orta-qeyri-ixtisas təhsillilər 306 nəfər; ümumi 

orta təhsillilər 924 nəfər. Mütəxəssislərin 1558 nəfəri kənd yaşayış məntəqələ-

rindəki kitabxanalarda  çalışır (6, 75-83). 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Kəlbəcər-Laçın iqtisadi 

rayonları  işğal altındadır. Bu iqtisadi rayonlarda, kitabxanalar, məktəblər, 

muzeylər və bir çox maddi və mədəniyyət abidələri dağıdılmış, məhv edilmiş-

dir. Artıq uzun illərdir ki, Dağlıq Qarabağda, Kəlbəcər-Laçında və digər işğal 

olunmuş ərazilərdə yaşayan xalqımız məcburi şəkildə doğma yurd-yuvasından 

didərgin düşərək, respublikamızın müxtəlif regionlarında yaşayırlar. Dağlıq 

Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı,  Şuşa, Cəbrayıl, 

Füzuli rayonlarını  və Xankəndi  şəhərini  əhatə edir. İqtisadi rayonun Xoca-

vənd, Xocalı,  Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi  şəhərinin  əraziləri 

tamamilə, Ağdam, Füzuli və  Tərtər rayonlarının  əraziləri isə qismən erməni 

işğalı altındadır. Bu səbəbdən Dövlət Proqramı çərçivəsində bu iqtisadi rayon 

üzrə  Ağdam və Füzuli rayonlarının işğal olunmamış  ərazilərinin və  Tərtər 

rayonunun inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

 

254




Hazırda 1482 kv.km ərazini əhatə edən bu üç rayonda 211,8 min əhali yaşayır. 

Dağlıq Qarabağ iqtisadi rayonunda cəmi 608 kitabxana resursu var. Bu ölkə 

üzrə göstəricilərin 7,1%-i deməkdir. Kitabxanaların 36,2%-i Mədəniyyət və 

Turizm Nazirliyinin, 59,1%-i isə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət gös-

tərir. Bu kitabxanaların 442-i (72,7%) kənd yaşayış  məntəqələrində yerləşir. 

Ümumi yekuna görə iqtisadi rayonun kənd kitabxanaları ölkə üzrə göstəricilə-

rin 2,3%-ni təşkil edir. İqtisadi rayonun kənd yaşayış  məntəqələrində  Mədə-

niyyət və Turizm Nazirliyinin tabeliyində 197, Təhsil Nazirliyinin tabeliyində 

236 kitabxana fəaliyyət göstərir. Dağlıq Qarabağ iqtisadi rayonunda 2072714 

nüsxə informasiya resursundan 1264257 nüsxəsi kənd kitabxanalarındadır. 

98,2% olmaqla, fondun əsasını kitablar təşkil edir (6, 23-56). Kənd kitabxana-

larında cəmi 2 kompyuter var. İqtisadi rayonda 560 nəfər kitabxana mütəxəssi-

si var. Onların ixtisas səviyyəsinə görə bölgüsü belədir: ali-ixtisas təhsillilər 33 

nəfər; ali-qeyri-ixtisas təhsillilər 56 nəfər; orta ixtisas təhsillilər 147 nəfər; 

orta-qeyri-ixtisas təhsillilər 94 nəfər; ümumi orta təhsillilər 230 nəfər. İqtisadi 

rayon üzrə  mütəxəssislərin yalnız 32,2%-i kitabxana üzrə ali və orta-ixtisas 

təhsillidir. Kənd kitabxanalarında çalışan 406 nəfər mütəxəssisdən 33,3%-nin 

ali və orta-ixtisas təhsilli, 20,4%-nin ali və orta qeyri-ixtisas təhsilli, 46,3%-

nin isə ümumi orta təhsilli olması məlum olur. 

Kəlbəcər-Laçın iqtisadi regionunda cəmi 381 kitabxana resursu var. Bu 

kitabxanaların 289-u kənd yaşayış məntəqələrindədir. 116 kitabxana Mədəniy-

yət və Turizm Nazirliyinin, 173 kitabxana isə Təhsil Nazirliyinin tabeliyində 

fəaliyyət göstərir.  İqtisadi rayonda cəmi 1055843 nüsxə informasiya resursu 

var. Fondun 446165 nüsxəsi kənd kitabxanalarında yerləşir ki, onun da 

444976 nüsxəsini kitablar təşkil edir (6, 44-66). Regiondakı kitabxanalarda 

cəmi 369 nəfər mütəxəssis çalışır. Mütəxəssislərdən 277 nəfəri kənd kitabxa-

nalarında çalışır ki, onlardan 29%-i ali və orta-ixtisas təhsilli, 34,4%-i ali və 

orta qeyri-ixtisas təhsilli, 36,6%-i ümumi orta təhsillidir.  

Azərbaycan Respublikasının Dağlıq  Şirvan iqtisadi rayonunun  ərazisi 

6,06 min kv.km olub, ölkə  ərazisinin 6,9%-ni təşkil edir. Bu iqtisadi rayona 

Şamaxı, İsmayıllı, Ağsu və Qobustan inzibati rayonları daxildir. İqtisadi rayon 

ölkə kitabxana resurslarının 4,9%-ni təşkil edir. İqtisadi rayonda 419 kitabxana 

resursu fəaliyyət göstərir. Bunlardan 366-ı  və ya 87,4%-i kənd yaşayış  mər-

kəzlərində yerləşmişdir ki, bu da ölkə kitabxana resurslarının 5,9%-ni təşkil 

edir.  İqtisadi rayon üzrə kitabxanalar inzibati rayonlar baxımından aşağıdakı 

kimi yerləşmişdir:  İsmayıllı rayonu 126 kitabxana; Şamaxı rayonu 122 

kitabxana; Ağsu rayonu 119 kitabxana; Qobustan rayonu 52 kitabxana. Bəhs 

edilən regionda kitabxana resursları kənd yaşayış məntəqələri üzrə bu şəkildə 

yerləşmişdir: Ağsu rayonunda 91,6%, İsmayıllı rayonunda 88,9%, Qobustan 

rayonunda 96,5, Şamaxı rayonunda isə 82%. İqtisadi rayonda fəaliyyət 

göstərən kitabxanaların 43,7%-i Mədəniyyət və Turizm Nazirliyinin, 53,4%-i 

Təhsil Nazirliyinin payına düşür. Dağlıq-Şirvan iqtisadi rayonunun informa-

siya resursları ölkə kitabxana-informasiya resurslarının 2,3%-ni təşkil edir və 

 

255




2,6 milyon nüsxəyə yaxındır.  İnformasiya resursunun 69,1%-i kənd yaşayış  

məntəqələrində toplanmışdır.  İqtisadi rayonda 292 kitabxana mütəxəssisi 

fəaliyyət göstərir. Onlardan 2,7%-i ali ixtisas təhsilli, 5,1%-i ali qeyri-ixtisas 

təhsilli, 19,9%-i orta-ixtisas təhsilli, 18,2%-i orta qeyri-ixtisas təhsilli, 54,1%-i 

isə ümumi orta təhsilli kadrlardan ibarətdir (6, 75-83). 

Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonunun ərazisi 5,5 

min kv.km-dir. İnzibati cəhətdən iqtisadi rayonun tərkibinə Naxçıvan, Ordu-

bad, Culfa, Babək,  Şahbuz,  Şərur, Sədərək və  Kəngərli rayonları daxildir. 

2009-cu ilin statistik məlumatına  əsasən iqtisadi rayonun əhalisi 397,4 min 

(4,6%) olmuşdur. Naxçıvan iqtisadi rayonunda əhalinin 73%-i kənd yaşayış 

məntəqələrində yaşayır. Hazırda iqtisadi rayonda 491 kitabxana fəaliyyət gös-

tərir və onların 397-i (80,9%) kənd yaşayış  məntəqələrində yerləşir.  İqtisadi 

rayonda olan kitabxanaların 47,7%-i Mədəniyyət və Turizm Nazirliyinin, 

46,4%-i isə Təhsil Nazirliyinin tabeliyindədir. Bu kitabxanalar ölkə kitabxana 

resurslarının 5,8%-ni təşkil edir. Kitabxanaların ümumi informasiya resursları 

4696103 nüsxə təşkil edir. Bu resursların 49,8%-i kənd yaşayış məntəqələrin-

də yerləşir ki, bu da ölkə informasiya resurslarının 7,7%-i deməkdir. İqtisadi 

rayon üzrə kitabxana mütəxxəsislərinin 33%-i ali ixtisas təhsilli, 10,1%-i orta-

ixtisas təhsilli, 10,4%-i ali qeyri-ixtisas təhsilli, 9,8%-i isə orta qeyri-ixtisaslı 

kadrlardır. Bu da ümumilikdə, 20,2 %-təşkil edir. Kitabxanaçı-biblioqraf kadr-

larının 614 nəfəri (88,9%) kənd yaşayış  məntəqələrində  fəaliyyət göstərən 

kitabxana resurslarını idarə edir.     

Kitabxana-biblioqrafiya işinin inkişafı və bu sahənin daha da  yaxşılaşdı-

rılmasına dövlətimiz tərəfindən daim qayğı göstərilmişdir. “Azərbaycanda 

kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respubli-

kasının Prezidentinin 20 aprel 2007-ci il sərəncamında deyildiyi kimi “Bəşər 

mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və 

cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanaları-

mız əvəzsiz rol oynayır” (4). 

 “Kitabxana işi haqqında” Azərbaycan Republikasının Qanununda kitab-

xanaların elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap 

əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların 

sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi  po-

tensialının inkişafına xidmət göstərən sosial institut olması öz əksini tapmışdır  

(7, 3-16).  

Azərbaycan Respublikasının ayrı-ayrı regionlarında fəaliyyət göstərən 

MKS-lər, onların informasiya resursları, oxucularının və filiallarının sayı, kadr 

təminatı regionların kitabxana- informasiya təminatı sistemində mühüm yer 

tutur. Respublikamızda kitabxanaların mərkəzləşdirilməsi işinə  əsasən 70-ci 

illərdən sonra başlanıldı. MKS-lər struktur cəhətdən bütöv, vahid maddi-texni-

ki və təşkilati baza, ümumi fond və texnologiyaya əsaslanan kitabxana birliyi 

kimi formalaşmağa başladı. Bu mərkəzləşdirmə, kütləvi kitabxanaların bir-biri 

ilə sadəcə birləşdirilməsi deyil, həmçinin onların keyfiyyətcə yeni kitabxana-

 

256




informasiya  şəbəkələrinin qurulması demək idi. Respublikamızın müxtəlif 

iqtisadi rayonlarında fəaliyyət göstərən MKS-lər və onların filiallarından bəhs 

edərkən, qeyd etməliyik ki, 2009-cu ilin əvvəllərinə qədər respublikamızdakı 

bütün kütləvi kitabxanaların sayı 4029 olmuşdur (5, 232-235).  

 “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-

2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda qeyd edilir ki, ötən  əsrin 

90-ci illərinin  əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da 

fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təhcizatı sistemi tama-

milə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəiflə-

məsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə sə-

bəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xey-

li sayda kitabxanalar bağlanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, 

mövcud ştat vahidləri ixtisar edilmişdir. Bunun əsas səbəbi, Ermənistan silahlı 

qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması, hazırda 

bu torpaqların hələ  də erməni tapdağı altında olması  və bunun nəticəsində 9 

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın və onların 4 mil-

yondan artıq kitab fondunun məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq 

üçün vəsaitlə  təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca 

əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması ol-

muşdur (3, 6-29). 

Dövlət Proqramında Kitabxanaların müxtəlif sahələrə aid yeni nəşrlərlə 

təmin edilməsinə, fondlarının mühafizəsinə, binalarının  əsaslı  təmirinə, ava-

danlıqla təmin edilməsinə  və kitabxana-biblioqrafiya proseslərinin avtomat-

laşdırılmasına ciddi ehtiyac olduğu nəzərə çatdırılmışdır. Bu problemləri həll 

etmək üçün, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yan-

var tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı 

nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 

dekabr tarixli sərəncamları xüsusi əhəmiyyət daşıyır. Belə ki, kitabxanalarda 

olan ədəbiyyatın kiril qrafikasından latın qrafikasına çevrilərək, yenidən nəşr 

edilib kitabxanalara pulsuz paylanması, kitabxana fondlarından məzmunca 

əhəmiyyətini itirmiş və köhnəlmiş ədəbiyyatların çıxarılması da bu sərəncamın 

gözlənilən nəticələri arasındadır.  

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004- 

2008-ci illər). “Azərbaycan” qəz., Bakı, 2004, 11 fevral. 

2.

 

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı 



Dövlət  Proqramı. Bakı: Nurlar, 2009,184 s. 

3.

 



Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 

inkişafı üzrə Dövlət Proqramı// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodiki 

və təcrübi jurnal, 2008, № 2, s.6-29. 

4.

 



”Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan 

Respublikası  Prezidentinin Sərəncamı.”Azərbaycan” qəz., Bakı, 2007, 21 aprel. 

5.

 

Azərbaycanın statistik göstəriciləri 2009. Bakı: Səda, 2009, 772 s. 



 

257



6.

 

«Kitabxanaların fəaliyyəti haqqında» statistik müayinənin nəticələri barədə:Statistik 



bülleten /Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.Bakı, 2009, 88 s. 

7.

 



«Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanunu // Kitabxanaşünaslıq və 

biblioqrafiya: elmi-nəzəri, metodiki və təcrübi jurnal,1999, №1, s.3-16.  

8.

 

Məmmədov Z.S. Regionların iqtisadi inkişaf problemləri. Bakı: Elm,2007, 465 s. 



 

                                                          

 

 

 

 

  

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ РАЗМЕЩЕНИЯ  

БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННЫХ РЕСУРСОВ В РЕГИОНАХ  

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

 

И.З.БАЙРАМОВА 

 

РЕЗЮМЕ 

 

В статье анализируются современное состояние размещения библиотечно-инфор-



мационных ресурсов в регионах Азербайджанской Республики, а также проявление за-

боты  государства  в  этой  области,  о  роли  библиотек  в  повышении  интеллектуально- 

культурного развития уровня населения.   

 

Ключевые слова: библиотечно-информационное обеспечение, информационные 

ресурсы,  кадровое обеспечение  



 

MODERN STATE OF LIBRARY- INFORMATION 

RESOURSES IN THE REGIONS OF THE AZERBAIJAN REPUBLIC 

 

I.Z.BAYRAMOVA 

 

SUMMARY 

 

The article analyzes modern state of library-information resources in the regions of the 

Azerbaijan Republic. The role of libraries in intellectual-cultural development of the regions 

as well as the state care to the specified sphere are elucidated in the article. 



 

Кей words: Bibliographic-information  provision, information resourses, current status   

 

 



 

 

258



Yüklə 433,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə