Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 46,11 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü46,11 Kb.
#13270


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

DİLÇİLİK  

 

UOT indeks: 46.21.33 Mətnin linqvistikası,  UOT 81ʹ42; 801.7 

SİYASİ DİSKURS VƏ LEKSİK VAHİDLƏR 

 

F.A.ŞİRİYEV 

Bakı Dövlət Universiteti 

fikrethemkar@mail.ru

 

Məqalədə siyasi diskurs və onun mühüm parametrləri barədə dilçilikdə mövcud olan 

məsələlərdən bəhs olunur. Siyasi diskurs nəticə etibaрilə siyasi mətndir və onun formalaşma-

sında “söz oyunu”, yəni bəzi leksik vahidlərin kontekstual mənası xüsusi rol oynayır. Bu siyasi 

diskursun kommunikativ səciyyəsi, natiqin nitq intensiyası, habelə adresantla adresat arasın-

dakı nitq aktı ilə bağlıdır.  

 

Açar sözlər: Siyasi diskurs, dil, nitq, konnotasiya, söz 

 

Siyasi linqvistika politologiya və dilçilik kimi iki mühüm elmin qovuşu-



ğunda formalaşan dilçilik sahəsidir. A.P.Çudinov qeyd edir ki, siyasi dilçilik 

müasir dilçiliyin antroposentrizm (dil hadisəsi öyrənilərkən danışanın şəxsiy-

yətinə istinad etmək), ekspansionizm (bir çox elmlərə ehtiva edən problemləri 

öyrənmək, genişlənmə), funksionalizm (dili funksiya baxımından öyrənmək), 

eksplanatorluq (dil faktını  təkcə  təsvir etmək yox, ona qiymət vermək) və s. 

mühüm xüsusiyyətlərini özündə təcəssüm etdirir [1, 4]. Keçən əsrin 90-cı illə-

rində bu istiqamətdə xeyli maraqlı əsərlər meydana çıxmış, hətta dərsliklər də 

yazılmışdır. A.P.Çudinovun “Siyasi dilçilik” əsərində siyasi diskursu səciyyə-

ləndirmək üçün aşağıdakı antinomiyaları müəyyənləşdirmişdir: 

1.

 



Rituallıq və informativlik. 

2.

 



İzoteriklik və ümumi qəbul olunan. 

3.

 



İnstituallıq və şəxsi xarakter. 

4.

 



Siyasi mətndə informasiyanın reduksionizmi və çoxaspektliliyi. 

5.

 



Siyasi mətnin avtonomluğu və intermətnliliyi. 

6.

 



Siyasi mətnin müəllifliliyi və anonimliyi. 

7.

 



Siyasi kommunikasiyada tolerantlıq və aqressivlik [1, 42-50]. 

Siyasi diskurs siyasi dilçiliyin əsas anlayışıdır və o, diskursun müxtəlif-

liyini özündə əks etdirir; siyasi hakimiyyəti əlində saxlamaq və ya ona nail ol-

maq məqsədini daşıyır. Linqvistik ədəbiyyatlarda siyasi diskurs bütövü ya-

radan elementlər kompleksindən ibarət çoxplanlı, çoxaspektli hadisələr kimi 

 

5




təqdim olunur. Siyasi diskurs siyasi diskussiyalarda istifadə olunan bütün nitq 

aktlarının məcmudur. Məsələyə belə baxış siyasi diskurs anlayışına geniş 

mənada baxmağı, yanaşmağı tələb edir. E.İ.Şeyqalın bu sahədəki tədqiqatları 

da son illər dilçilərin diqqətini cəlb etmişdir. O, “Siyasi diskursun semiotikası” 

adlı  əsərində siyasi diskursun ölçülməsinin iki növünü göstərmişdir: 1) real 

ölçü; 2) virtual ölçü [2, 315]. 

Real ölçü deyəndə,  müəyyən sosial məkandakı nitq fəaliyyəti nəzərdə 

tutulur. Buraya linqvistik, paralinqvistik və ekstralinqvistik faktorlar daxildir. 

Diskursun virtual ölçüsü deyəndə verbal və qeyri-verbal işarələr nəzərdə 

tutulur ki, onlar da siyasət dünyası, söyləm tezariusu, müəyyən ünsiyyət 

mühiti üçün spesifik olan nitq janrlarının və  fəaliyyətləri yığımından ibarət 

denotatlar məcmuudur. Y.A.Sorokin siyasi diskursu ideoloji diskursa nisbətdə 

müəyyənləşdirir. O, göstərir ki, siyasi diskursun iki növü vardır: 1) siyasi 

diskurs; 2) ideoloji diskurs. Bunlar arasında fərq ondan ibarətdir ki, siyasi 

diskurs eksplisit praqmatikdir, ideoloji diskurs isə implisit praqmatikdir. 

Birinci növ subdiskurs, ikincisi isə metadiskursdur [3, 57]. 

Beləliklə, linqvistik ədəbiyyatlarda siyasi diskurs dar və geniş  mənada 

işlənir. Geniş  məna deyəndə siyasi xadimin subyekt adresat, yaxud ünsiyyət 

məzmun daşıyan mühitə aid ünsiyyət forması nəzərdə tutulur. Dar mənada isə, 

siyasi hakimiyyəti ələ almaq və ya əldə saxlamaq üçün diskurs növləri nəzərdə 

tutulur.  Əvvəldə qeyd etdiyimiz kimi, biz diskursu geniş anlamda nəzərdə 

tuturuq və buraya nitqin törəməsi və qavrayışını, habelə bunlara təsir edən 

ekstralinqvistik faktorları da aid edirik. Bundan əlavə, belə hesab edirik ik, 

“diskurs” müasir dilçilikdə müxtəlif nitqləri nəzərdə tutur. Siyasi diskursun 

təyinatı nəyi иsə təkcə təsvir etmək deyil, adresatı fəaliyyətə cəlb etmək üçün 

onda inam yaratmaq, onu inandırmaqdan ibarətdir. Siyasi diskursun effektliliyi 

də bu məqsəddən asılıdır. 

Siyasi hakimiyyət dil vasitəsi ilə ünsiyyətə girir, onun vasitəsi ilə siyasi 

xadimlər adresatın  şəxsi mühitinə daxil olur, bu vaxt ”mən”  əvəzinə “biz” 

leksimini seçir və bu üsulla “söz manipulyasiyası” başlayır; daha sonra mürək-

kəb üsullara əl atılır. Manipulyasiya deyəndə kütlənin baxışlarını, fikirlərini 

fəaliyyət üsullarına bağlanma prosesini nəzərdə tuturuq. Belə ki, dil hakimiy-

yəti bütün cəmiyyətlərdə istifadə olunur. Məs.: Diktatura şəraitində cəmiyyət 

üzərində total nəzarət vasitəsi kimi dil daha mühüm əhəmiyyət kəsb edir. Çox 

inkişaf etmiş demokratik cəmiyyətlərdə dildən ağılla istifadə etmək hakimiy-

yət barədə cəmiyyətdə lazımi fikri formalaşdıra bilir. 

Dilin siyasi diskursda funksiyasının tədqiqi zamanı bir-birini tamam-

layan iki problemlə üzləşirik: hakimiyyətin dili, dil hakimiyyəti. Hakimiyyətin 

dili deyəndə necə danışmaq, indiki hakimiyyətin dilin hansı vasitə  və üsul-

larından istifadə etməsi nəzərdə tutulur. Bu sırf linqvistikanın tədqiqat meto-

dudur. Dil hakimiyyəti isə, həmin dil vasitə və üsulları ilə kütlə şüuruna dilin 

təsiri nəzərdə tutulur. 

 

6



Siyasətçinin nitqi kütlə şüurunun lazımi tərəfinə təsir etməyi bacarmalı-

dır. Ona görə də, ağıllı siyasətçilər kütlə şüuru ilə həmahəng olan simvollarla, 

arxetiplərlə, rituallarla əməliyyat aparırlar. Siyasi nitqdə daha çox nəzərə çar-

pan metaforalardar. Məs.: seçicilər uğrunda döyüş, informasiya müharibəsi, 

demokratiyaya hücum, diplomatik döyüş, hakimiyyət krizisi, cəmiyyət sağal-

ma yolundadır və s. 

Bəzən siyasətçinin nitqi tam arqumentləşməyir. Bu da təsadüfi deyil. O, 

adresata izah edir ki, onun mövqeyi onların marağı dairəsindədir: bu marağı 

gözləyərək adresatın emosiyasına təsir etmək, onun hissləri ilə uzun müddət 

məşğul olmaq imkanı əldə edir. İnsanın koqnitiv mühitində təmasda olan anla-

yışlardan istifadə etmək daha çevik üsuldur. Bu gözlənilməz effektləri verir

gözlənilmədən bir inamdan digərinə keçid baş verir, bəzən də danışanın gözlə-

diyinin əksinə olur. Təsirin uğuru şəxsiyyətin keyfiyyətindən, nitqin kimə ün-

vanlanmasından asılıdır. Adresatın nitq şəraitini lazımi istiqamətə  dəyişdir-

mək, o cümlədən onun kompozisiyasını monipulyasiya etmək olar. 

Dil hakimiyyəti ziddiyyətlidir. Hamıya məlumdur ki, sözdən istifadə 

əsasında siyasətçilər arasında mübahisə, digər işlər uğrundakı mübahisədən də 

ciddi olur. 

Dil vasitəsi ilə siyasətçilərin cəmiyyətə  təsiri etiraf olunmuş faktdır. 

Bunu siyasətçilər özləri də etiraf edirlər. Bəziləri dilin hakimiyyətini anlamır-

lar, onu havada səs rəqsləri kimi başa düşürlər. Bununla bağlı bir məqamı 

nəzərdən keçirək. “Dil oyunu” fikrin generatoru kimi başa düşülür. Oyun mə-

dəniyyətin yaranmasının  əsasında durur, onu qabaqlayır və yaradır. Biz dün-

yada bu oyunun içindəyik.  Əlbəttə, bizim psixikamız bizi lazımsız məntiqi-

likdən və stabillikdən müdafiə edir, monotonluqdan yoruluruq, ona görə  də 

“dillə oyun” lazımdır. Oyunun mahiyyəti həzz və zövq almaqdır [4, 218].  Psi-

xologiya belə hesab edir ki, “oyun” əməyin proobrazıdır, insanın ilk fəa-

liyyətidir, insanın özünü də o yaratmışdır. Y.M.Lotman “oyunda” həyatın əsas 

elementlərini görür. “Oyun” cinayətdir; sosial dünyanın modelidir; univer-

siumdur [5, 391]. A.Blok deyirdi ki, həyat rok oyunudur, odla oyundur, 

rokdur. Siyasət də poeziya kimi, yaradıcılığa və oyuna aiddir, onda irreallıq 

əlamətləri vardır.  

Söz timsalında dil elementləri oyununu nəzərdən keçirək. Siyasətçilər 

“söz oyunu”nda hansı sözlərə müraciət edirlər. Ən çox “ölkə və dövlət”, “xalq 

və elektorat”, “xalq iradəsi” və s. Əgər biz “xalq” sözünü işlədiriksə, ölkənin 

vətəndaşlarını, onun sakinlərini – əhalisini nəzərdə tuturuq. Siyasi liderlərdən 

bunu gözləmək olar; onların qərarları xalqın həyatına təsir edir, milyonlarla in-

sanları, müxtəlif sosial qrupları  əhatə edir. Məhz bu fakt çox vaxt siyasi 

diskursda arxa plana keçir. Onların fikrincə, xalq “super-eqo” kimi müxtəlif 

nöqteyi-nəzərlərə malikdir. Siyasətçiyə görə xalq kimi müdafiə edirsə, o 

“xalqın iradəsinin” ifadəçisidir; ona görə  də hakim rejimin tənqidi xalq 

tərəfindən sevilmir. Hakimiyyətin azlıqda qalan əleyhdarları haqqında rəsmi 

olaraq fərqli nöqteyi-nəzərляр mövcuddur: onlar “özgələrdir”; hətta bəzi tarixi 

 

7




mərhələlərdə “xalq düşmənləridirlər”, ölkənin tam hüquqlu vətəndaşları de-

yillər. Beləliklə, siyasətçilər öz şəxsi maraqlarından asılı olaraq sözlərin leksik 

mənasını dəyişirlər. 

Beləliklə, dil oyunu bu sözlərin semantikasında müşahidə oluna bilər: 

хalq və əhali; xalq və elektorat. Hər iki cütlükdə “xalq” sözü mənasını dəyişir, 

əlavə məna qazanır. Birinci halda əhalinin düşüncəli hissəsi, nəzərdə tutulur. 

Təkcə  səsvermə qabiliyyəti olanlar deyil, həm də düşünən,  şüurlu  şəkildə 

kimisə seçən ikinciyə aiddir. 

Çox vaxt “ölkə” və “dövlət” sözləri sinonim kimi işlənir. Ancaq bu söz-

lər siyasətçilərin nitqində  gah müsbət, gah da mənfi konnotasiyaya malik olur. 

Məs.: 

“Biz güclü dövlət tərəfdarıyıq” (müsbət konnotasiyaya, həm də mənfi). 



Bəzən predmetə münasibət dəyişir; onda sözün mənası da qiymətcə də-

yişir. Məsələn: Sovet sistemi dəyişəndən sonra seçki leksemi öz epitetini tapdı: 

alternativ. Bununla da seçki deyəndə ən azı iki namizədin mübarizəsi nəzərdə 

tutulmağa başlandı. Sözə təsir onun xarici formasına təsirlə də həyata keçirilə 

bilər. Bu müxtəlif növ söz ixtisarları hesabına da ola bilər. Məs.: MDB. 

Nominasiya ilə manipulyasiya deyilərkən, əvvəlki şərhdən fərqli olaraq, 

sözün mənasına təsirdən deyil, obyekti adlandırmaqdan ötrü sözlər seçimindən 

istifadə edilməsi nəzərdə tutulur. Bu, obyektin modallıq oxu üzrə  hərəkətini 

təmin edir: bu hərəkəti danışan idarə edir. Məs.: ilk dövrlərdə hakimiyyətə o 

adamlar gəldilər ki, millətçi strukturlara arxalanırdılar. Onlar təcrübəsiz ol-

maqla yanaşı, həm də çox qəzəbli və  ağılsız idilər. Bu cümlələrdə  dəyərlən-

dirmə konnotasiyası “millətçi”, “qəzəbli”, “təcrübəsiz”, “ağılsız” sifətlərinin 

köməyi ilə ifadə olunmuş  və subyekt eksplisit ifadə olunmuşdur. Danışan 

tərəfindən bu dil vahidlərinin seçilməsinin iki səbəbi ola bilər: 

1.

 

Obyektə müsbət və ya neytral yanaşan auditoriyanı sağa doğru modallıq 



qövsündə yerləşdirmək. Obyektin mənfi obrazını yaratmaqdan ötrü sabit 

mənfi qiymətlər bildirən sözlərdən, yarlıklardan istifadə etmək. 

2.

 

Mənfi və ya neytral, yaxud neytral və ya müsbət qiymətləndirməyə malik 



auditoriyanı solda meyllənmiş modallıq qövsünə yerləşdirmək. Bundan 

ötrü neytral və ya müsbət konnotasiyalardan istifadə etmək lazımdır. 

Dil materiallarının  şərhi göstərir ki, müasir mərhələdə siyasi dilə 

ekstralinqvistik faktorlar (xüsusən dünya siyasi sisteminin dəyişməsi) xüsusi 

təsir edir. İndi peyorativ leksikadan [neqativ konnotasiyalı yumşaq leksika] 

istifadə geniş vüsət almışdır; Məs: Rusiyanın sabiq Baş naziri Fradkov 

nazirlərinə məsləhət verərkən demişdir: “O, şeyləri say-seçim etmək lazımdır 

ki, o, üzdədir.” Neqativ konnotasiyalı söz çoxdur, bu da belə nəticə çıxarmağa 

imkan verir. Neqativ mənalı sosial-siyasi leksikanın dominantlığı ciddi linq-

vistik sindromdur; sosial həyatın mənəvi deformasiyasına işarədir. E.Fromun 

bu ifadəsi yerinə düşür: Marksın dili az emosional və aqressiv idi, ona görə o, 

alman ictimaiyyətini yaxşı tərəfə çəkdi. [6, 412]. 

 

8



Bu və ya digər sözün konnotasiyası  və modallığını  dəyişdirməkdə ev-

femizm köməkçi rol oynayır, yəni dəyərlənən komponentin aydın ifadəsi 

olmur. 

Çox vaxt siyasətçilər tərəfindən işlənən söz denotat oblastı ilə üst-üstə 



düşür, ancaq konnotasiyaya görə  fərqlənirlər. Məs.: separatчылаr və xilas-

karlar, kontrterroristik əməliyyat və müharibə. M.P.Epşteyn bunları praqmem 

adlandırır. Onlar bir-biri ilə sinonimik məna münasibətindədirlər. Bir ölkənin 

digərinə təcavüzü hakimiyyət dəyişilməsi ilə qurtaranda, onu azadlıq, təcavüz, 

işğal, aqressiya da adlandırmaq olar. Bu, hadisəyə münasibətdən asılıdır. Bu 

vaxt təkcə konnotasiya sahəsində deyil, əsas məna sahəsində də fərq yaranır. 

Bu fərq seçilərək ön plana çıxır. 

Siyasətçi sözlərin idarəsi  əsasında sübut edə bilər ki, “qara” maskalan-

mış ağdır. Müəyyən obyekti lazım olan şəkildə adlandırmaq üçün leksik idarə 

ya sözün mənasının dəyişməsi, ya da xüsusi sözlər seçməklə həyata keçirilir. 

Dildə sözlərin semantik cəhətdən belə genişlənməsi, əsas mənadan onun fərq-

lənməsi, həmin məkanın variativliyi, bu və ya digər dil işarəsinin mənası, ob-

yektin subyektlə sərbəst əvəzlənməsi və ya əksinə olan variantlar siyasətçilər 

tərəfindən ustalıqla istifadə olunur. Bu, hər  şeydən  əvvəl, sözlə oyundur və 

onun ciddi nəticələri olur. 

 

ЯДЯБИЙЙАТ 

1.

 



Чудинов А.П. Политическая лингвистика (общие проблемы, метафора): Учеб. посо-

бие. Екатеринбург: Уральский гуманитарный институт, 2003, 194 с. 

2.

 

Шейгал Е.И. Семиотика политического дискурса. Волгоград: Перемена, 2000, 368 с. 



3.

 

Сорокин Ю.А. Политический дискурс: попытка истолкования понятия / Политичес-



кий дискурс в России. М.: Институт языкознания РАН, 1997, 203 с. 

4.

 



Хейзинга Й. Человек играющий. М.: Прогресс, 1992, 464с. 

5.

 



Лотман Ю.М. О поэтах и поэзии. Санкт Петербург: Искусство, 1996, 846 с. 

6.

 



Фромм Э. Душа человека. М.: Республика, 1992, 430 с. 

 

ПОЛИТИЧЕСКИЙ ДИСКУРС И ЛЕКСИЧЕСКИЕ ЕДИНИЦЫ  

 

Ф. А.ШИРИЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье  говорится о  политическом  дискурсе  и о  существующих  проблемах  его 

параметров в лингвистике. Политический дискурс является текстом и в его формирова-

нии  играет  важную  роль  “игра  слов”,  т.е.  контекстуальное  значение некоторых  лекси-

ческих  единиц.  Это  связано  с  коммуникативной  характеристикой  политического  дис-

курса, речевой целью оратора, речевым актом между адресата и адресанта. 



 

Ключевые слова: политический дискурс, язык, речь, коннотация, слов 

 

 

9




THE POLITICAL DISCOURSE AND LEXICAL UNITS 

 

F.A.SHIRIYEV 

 

SUMMARY 



 

The article illuminates the political discourse and existing problems of its parameters in 

linguistics. The political discourse is regarded as a text and “the play of words”, i. e. 

contextual meaning of some lexical units plays the key role in its formation. It is connected 

with the communicative characteristics of the political discourse, with the speech aim of the 

orator as well as the speech act between the addressee and the addressant. 



 

Key words: political discourse, language, speech, connotation, word 

 

10



Yüklə 46,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə