Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 127,31 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü127,31 Kb.
#872


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2   

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

 

FƏLSƏFƏ 

 

UOT 101.1 

 

SOSİAL İDRAKDA DƏYƏRLƏRİN ROLUNA DAİR 

 

Z.C.HACIYEV 

Bakı Dövlət Universiteti 

zh1940@mail.ru 

 

M

əqalədə  sosial  idrakda  dəyərlərin  artmaqda  olan  rolunu  şərtləndirən  amillər  və 

s

əbəblər  araşdırılır.  Dəyərlərin  sosial-idraki  fəaliyyətin  bütün  mərhələlərində  mühüm  təsiri 

t

əhlil olunur, bu təsirin məzmununun müsbət və mənfi istiqamətdə ola biləcəyi vurğulanır. 

D

əyərlərin  təssirinin  dövrün  sosial  şəraiti,  sosiomədəni  amillərdən  və  onların  öz 

m

əzmunundan  asılı  olaraq  konkret-tarixi  xarakter  daşıdığı  qeyd  olunur.  Bununla  əlaqədar 

milli

 müst

əqillik dövründə həyata keçirilən transformasiya proseslərinin müasir sosial idraka 

d

əyərlərin müsbət təsir göstərməsi imkanları tədqiq edilir.  

 

Açar sözl

ər:  sosial  idrak dəyərlər, sosial idraka dəyərlərin pozitiv və  neqativ təsiri, 

müasir sosial idrakda d

əyərlərin rolundakı dəyişikliklər 

 

F



əlsəfi-aksioloji  ədəbiyyatda belə  bir  fikir  geniş  yayılmışdır  ki,  dəyər 

dedikd


ə hadisə və proseslərin eksiztensual mövcudluğu və təbiəti deyil, onların 

ictimai h

əyatda və sosial tərəqqidə oynadığı müsbət rolu başa düşülür (hərçənd 

neqativ funksiya da yerin

ə yetirən və mənfi rol oynayan obyektləri də dəyərlərə 

daxil ed


ən baxışlar da vardır). 

D

əyərlər  insanın  subyektivliyinin  təmərkuzləşmiş  ifadəsi olmaqla, 



özünd

ə  şəxsiyyətin  dünyagörüşünü  intellektual,  emosional  və  qeyri-şüuri 

t

ərəflərini vahid bir təməl üzərində  birləşdirir.  Subyektin  malik  olduğu  etik, 



siyasi, estetik v

ə sair dəyərlər və onların əsasında verdiyi qiymətləndirmə, onun 

sosial mövqeyini v

ə idrakı oriyentasiyasını formalaşdırır. 

Öz daxili m

əzmunu etibarilə  son dərəcə  mürəkkəb  xarakter  daşıyan 

d

əyərlər sistemində insanın mənəvi mahiyyəti ilə bilavasitə bağlı olan subyekt 



d

əyərləri dominant yer tutur. Burada tədqiqatçının  fəaliyyətinin normativ 

t

ələbləri, məqsədi, prinsipləri, fəzilət və qəbahət haqqında təsəvvürləri, idealı 



il

ə  bağlı  məsələlər ifadə  olunur. Dəyərlərin ümumi səciyyəsini verərkən, 

onların  məzmununda obyektiv və  subyektiv tərəflərin  ayrılmaz  vəhdətdə  və 

 

70



 


çulqalaşmış vəziyyətdə çıxış etdiyi xüsusi vurğulanmalıdır. Birinci tərəf heç də 

o dem


ək deyildir ki, dəyərlər real predmetlərdə və hadisələrdə mövcuddur. Bu 

keyfiyy


ət onda ifadə  olunur ki, dəyərlər təkcə  müvafiq obyektləri  əks 

etdirm


əklə məhdudlaşmır, həm də mövcud cəmiyyətin sosial şəraiti və sosial 

m

ədəni amillərinin təsiri altında formalaşır. Buna görə də onları sırf subyektiv 



hesab etm

ək, yəni subyektin qiymətləndirməsi psixiki yaşantıları kimi qələmə 

verm

ək  doğru  deyildir.  Dəyərlərin bu ikili təbiəti (obyektiv və  subyektivin 



ayrılmaz əlaqəliliyi) üzündən onları doğru olaraq dispozisiya xarakterli hesab 

edirl


ər (1, 289). 

T

əbii elmi idrak kimi, sosial dərk  etmə  də  öyrənilən hadisələrin və 



prosesl

ərin mahiyyətini açan obyektiv həqiqi bilik əldə etməyə yönəlir. Lakin 

burada subyektin öyr

əndiyi obyektə dəyərləndirici-qiymətləndirici münasibəti 

öz mahiyy

ətinə görə onun koqnitiv münasibətlərindən ciddi surətdə fərqlənir. 

Bel

ə ki, sonuncu halda obyekt malik olduğu təbii ölçüləri çərçivəsində, lakin 



d

ərk edən subyektin abstraksiyasında araşdırılır. Qiymətləndirici-dəyərləndirici 

münasib

ət isə  subyektin  sosial  mövqeyi,  dünyagörüşü  və  maraqları,  habelə 



onun 

əhvalı  və  emosiyaları  ilə  sıx  bağlı  olur.  Sosial  reallığın  bu  və  ya digər 

t

ərəfinə  dair  yeni  bilik  qazanmağa  çalışan  tədqiqatçı,  öyrəndiyi obyektə  öz 



t

ələbatları  və  mənafeləri, mənəvi  ehtiyacları,  dəyərlər  oriyentasiyası  mövqe-

yind

ən yanaşır və araşdırır. Onlar subyektin elmi yaradıcılığının və iradəsinin 



ayrılmaz  tərəfi kimi özünü göstərir. Beləliklə  də,  subyektin tədqiq etdiyi 

obyekt


ə spesifik münasibəti formalaşdırır. O, sözün müəyyən  mənasında dərk 

etm


ə  prosesində  özünün tələblərini irəli  sürüb,  reallaşdırmağa  çalışır.  Şəxsi 

yaşantıları  və  emosiyaları  isə  idrakda fəal  iştirak  edir.  Nəticədə  tədqiqatçı 

öyr

əndiyi obyektə daha yaxın olur və onunla sanki qovuşur. Bu məqam həm də 



sosial f

əaliyyətin nəticələrinin təfəkkür formaları vasitəsilə (anlayış, hökm və 

əqli nəticə) ifadə olunmasında aşkara çıxır. 

Sosial idrakda da t

ətbiq olunan tədqiqat metodları, məntiqi prosedurlara 

v

ə  qaydalar ümumilikdə  elmi standartlar və  tələblərə  müvafiq surətdə  müəy-



y

ənləşdirilir.  Bununla  yanaşı,  sosial  dərketmə  prosesində  tədqiqatçının  şəxsi 

maraqları,  dəyərləri və  ideyaları  böyük  rol  oynadığı  üçün,  burada  subyektin 

h

əqiqət axtarışına yönələn idrakı fəaliyyəti onların güclü təsiri ilə tənzim edilir 



(5, 210). 

Sosial  idrakın  bilavasitə  məqsədyönlü  xarakter  daşıması,  subyektin 

f

əaliyyətini,  davranış  və  hərəkətlərini dəyərləri mövqeyindən  nizama  salır  və 



ideala  doğru  istiqamətləndirir. Təbii idrak prosesində  işə  məqsədəuyğunluluq 

bu q


ədər sıx bağlı çıxış etmir. Odur ki, burada dəyərlərin təsiri azdır. O, demək 

olar ki, neytral xarakter daşıyır. 

T

əbiət elmlərindən fərqli olaraq sosial-humanitar bilikdə eyni bir hadisə 



v

ə  ya prosesin  ayrı-ayrı  tədqiqatçılar tərəfindən müxtəlif surətdə interpretasi-

yasız dəyərləndirilməsi və qiymətləndirilməsinin mühüm bir səbəbi fikrimizcə 

bundadır. 

T

əbiətdə olduğu kimi, sosial həyatda hadisələr və proseslər öz-özlüyündə 



 

71

 




d

əyər statusu kəsb  etmir,  onlar  yalnız  subyektin  qiymətləndirici münasibəti 

obyektin

ə çevrildikdə, bu keyfiyyətə malik olurlar. Sosial sistemdə və onun hər 

bir ünsüründ

ə  dəyərlilik potensial vəziyyətdə  çıxış  edir,  onlara  insanların 

maraq v

ə  mənafeləri yönəldikdə  aktual  forma  alır.  Bu  fikir  sosial  varlığı 



d

ərindən  araşdırmağa  cəhd göstərən idrak subyektinin fəaliyyətinə  müna-

sib

ətdə daha aydın və əyani surətdə özünü göstərir. Onun araşdırdığı obyektə 



d

əyərləndirici münasibəti şüurlu-iradi ustanovkaları ilə sıx bağlı olub, tədqiqata 

güclü (müsb

ət və ya mənfi istiqamətli) təsir edir (10, 305). 

Bu h

ər  şeydən  əvvəl  onunla  şərtlənir  ki,  sosial  idrakı  fəaliyyət özünün 



yaradıcı  xarakteri  proqram  və  standartlarla məhdudlaşmayan  yenilikçi,  açıq 

sistem  olması  ilə  səciyyələnir.  Bu  sistem  insanların  real  praktikası,  maddi, 

siyasi v

ə mənəvi, mədəni, fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. Buna görə də 

sosial h

əyatın  idrakı  inikası  yuxarıda  qeyd  olunan  sahələrdə  mövcud olan 

qaydaların, normativ tələblərin və dəyərlərin daha güclü təsirinə məruz qalır. 

Dig


ər tərəfdən, sosial idrakın məzmunu müxtəlif dövrlərdə bir-birindən ciddi 

sur


ətdə  fərqlənir. Çünki burada obyektiv bilik ilə  yanaşı  aid  olduğu  dövrün 

sosiomd


ənı amilləri və dəyərləri yüksək xüsusi çəkiyə malikdir. Nəhayət sosial 

idrakda d

əyərlərin fəal rolu, burada həqiqətin dəyişkənliyi və  dinamizmi ilə 

izah edilm

əlidir. Sosial həqiqətin sözügedən keyfiyyəti, onun məzmununda 

obyektiv t

ərəflər ilə  yanaşı,  subyektin  sosial  mövqeyi,  dünyagörüşü  və 

d

əyərlərini ifadə edən məqamların təsir dairəsini genişləndirir. Təbii elmi idrak 



il

ə müqayisədə sosial bilikdə sözü gedən amillər o qədər güclü rol oynayır ki, 

burada h

əqiqət faktiki olaraq iki istiqaməti (elmi-koqnitiv və  dünyagörüşü 

d

əyərləndirici) əhatə edir. Əlbəttə sosial idrakda da həqiqət öz obyektivliyi ilə 



s

əciyyələnir. Lakin onu hərfi mənada anlamaq doğru deyildir. Burda nisbilik, 

d

ərk edən subyektin təsiri böyük olduğundan, həmin keyfiyyət müəyyən qədər 



şərti, nisbi və  qeyd  şərtli  xarakter  daşıyır.  Həm də  həqiqətin qeyd olunan 

“subyektivizmi” t

əkcə bu və ya digər fərdə münasibətdə deyil, sosial qruplarda 

v

ə bütövlükdə cəmiyyət miqyasında özünü göstərir (6, 81). 



Bu  onunla  şərtlənir ki, sosial-humanitar elmlər sahəsində  çalışan 

t

ədqiqatçıların  fərdi  maraqları  və  dəyərləri ilə  yanaşı,  onun  mənsub  olduğu 



sosial qrupun, mill

ətin və  ümumdövlətin bu qəbildən olan göstəriciləri də 

d

ərketməyə güclü təsir göstərir. Qeyd olunan miqyaslar üzrə təsirin dairəsi nə 



q

ədər  geniş  olursa, burada obyektiv həqiqətin  aşkara  çıxarılması  da,  bu  o 

d

ərəcədə  çətinləşir.  Bu  vəziyyət həm də  aşağıdakı  məqam ilə  bağlıdır.  Təbii 



idrakda  yaradılan  elmi  həqiqətləri dəqiq izah etmək, onun konkret parametr-

l

ərini  əyani surətdə  göstərmək mümkündür. Sosial idrakda isə  həqiqət  şərti 



xarakter daşıyır, həm də onu əyani nümayiş etdirmək o qədər də asan məsələ 

deyildir. Dig

ər tərəfdən, təbii elmi idrakda həqiqət üzə çıxarıldıqdan sonra, o 

dem


ək  olar  ki,  hamı  tərəfindən qəbul olunur. Sosial idraka həqiqətən bu cür 

birm


ənalı tanınması yoxdur. Burada daim müəyyən fikir ayrılıqları, həqiqətin 

çoxvariasiyalılığı  özünü  göstərir. Qeyd olunan cəhət də  sosial idrakda 

d

əyərlərin özünəməxsus roluna müəyyən qida verən amildir (ən azı həqiqətin 



 

72

 




yayılması və qiymətləndirilməsi səpgisində). 

Deyil


ənlərə əlavə olaraq bu da göstərilməlidir ki, sosial həqiqətin özündə 

ontolofi v

ə praksioloji səpki ilə yanaşı aksioloji dəyər səpkisi də çox mühüm 

yer tutur. Bu s

əpki onun mənəvi-əxlaqi keyfiyyətlər,  doğruculluq,  həyatın 

m

ənası,  xeyirxahlıq,  şərəf,  ədalət, habelə  digər dəyərlər ilə  ayrılmaz  əlaqəli-



liyini ifad

ə edir. Bu mənada obyektiv həqiqətdə koqnitiv ilə mənəvi tərəflər sıx 

qarşılıqlı  təsir vəziyyətində  olur.  Sosial  idrak  inkişaf  etdikcə  yeni-yeni 

h

əqiqətlər aşkara çıxır. Insanlar onlardan agah olur və öz fəaliyyətində istifadə 



edirl

ər. Sözügedən proses öz mahiyyətinə  görə  cəmiyyətdə  fəzilətin, ümumi 

xeyirxahlıq  dəyərinin və  insanların  azadlıq  hüdudlarının  genişlənməsi ilə 

müşayiət olunur. 

Sosial idrakda d

əyər ilə  elmiliyin  yaxınlığı  bütövlükdə  mütərəqqi 

xarakter  daşıyır.  Bunu  ondan  görmək olar ki, dəyərlər sosial idrak və  onun 

n

əticələrinin cəmiyyət  üçün  faydalı  və  əhəmiyyətliliyini  vurğulayır.  Bununla 



yanaşı, həm də sosial biliyə normativ xarakter verir, burada real olan ilə olmalı 

olanın əlaqəsini təmin edir. Bu, dəyər şüurunun aşağıdakı xüsusiyyətindən irəli 

g

əlir. “O, varlığın real və arzu olunan, mövcud olan və olmalı olan tərəflərinin 



qovuşuğunda yerləşir” (6, 177). 

Qeyd etm


ək  lazımdır  ki.  sosial  idrakı  dəyərlərin və  dəyərlər  oriyenta-

siyasının  mühüm  rolu  onun  bu  və  ya digər  ayrıca  mərhələsində  deyil, 

bütövlükd

ə  bu prosesin əvvəlindən  axıra  qədər fəal surətdə  özünü göstərir. 

D

əyərlər hər  şeydən  əvvəl tədqiqat obyektinin və  probleminin düzgün 



seçilm

əsində əhəmiyyətli yer tutur. Subyekt evristik məna və əhəmiyyət kəsb 

ed

ən problemlər içərisindən birinci növbədə  ona  yaxın  olanı,  maraqlarına 



uyğun  gələni, dəyərlərinə  müvafiq  hesab  etdiyini  seçir.  Doğrudur,  bu  işdə 

t

ədqiqatçının  konkret  dəyərlər sistemi ilə  yanaşı  onun  ümumi  humanist 



m

əqsədləri və  həyatının  amalının  ictimai  və  elmi tərəqqiyə  xidmət etməsi 

əhəmiyyətli yer tutur. Lakin bu fakt heç də  onun  elmi  axtarışlar  istiqamətini 

əyyənləşdirərkən  özü  üçün  faydalı  və  qiymətli olana üstünlük verməsini 



istisna edmir. 

Sonra d


əyərlər  elmi təhlilin konkret istiqamətlərinin müəyyənləşdiril-

m

əsində,  müvafiq  informasiyanın  toplanmasında  çox  mühüm  yer  tutur. 



T

ədqiqatın metodologiyasının metodları və vasitələrinin, üsul və priyomlarının, 

biliyin t

əşkili  formalarının  işlənib  hazırlanması  da  dəyərlərdən kənarda  baş 

vermir. Bu 

əməliyyatlar elmdaxili dəyərlərin bilavasitə  təsirini  əks etdirir. 

N

əhayət, dəyərlər  sosial  idrakın  sonunda,  yəni onun nəticələrinin bilavasitə 



formul

ə  olunmasında  və  geniş  kütlələrə  çatdırılmasında  əvəzsiz  rol  oynayır 

(11, 39). 

Ümumilikd

ə götürdükdə sosial idrakın hər bir mərhələsində əldə olunan 

nailiyy


ətlər, özünün həqiqiliyi, yəni obyekti adekvat əks etdirməsi və  yeni 

informasiya verm

əsi sayəsində cəmiyyət üçün  faydalılıq, əhəmiyyət və dəyər 

k

əsb edir. 



Sosial idrak prosesin

ə  dəyərlərin təsiri öz məzmununa görə  birmənalı 

 

73

 




olmayıb, müsbət, həm də mənfi yönümdə özünü göstərə bilir. Birinci istiqamət 

bunda t


əzahür edir ki, idrak subyektinin dəyərlər sistemi və  dəyərlər oriyen-

tasiyası  elmi  əsaslı,  qərəzsiz və  mütərəqqi məzmun  daşıyarsa,  onda  o  sosial 

varlığın tərəfləri və problemləri sırasında ən vacib olanları digərlərindən seçib 

ayırır  və  təhlil obyekti kimi götürür. Bundan əlavə  tədqiqatın  məqsəd və 

v

əzifələrinin müəyyən olunmasına, başlıcası isə real elmi axtarışlar prosesinə, 



obyektiv h

əqiqi biliyin əldə  olunmasına  sürətləndirici təsir göstərir. Qeyd 

olunan v

əziyyət o hallarda baş verir ki, tədqiqatçının fərdi mənafeyi, mənsub 

olduğu  sosial  qrupun  və  millətin  maraqları  dövrün  ümumi  şəraitinə, sosio-

m

ədəni mühitin və ictimai tərəqqinin tələblərinə uyğun gəlir, onlarla ziddiyyət 



t

əşkil etmir. 

Bununla yanaşı, sosial idrak mürəkkəb olduğundan, onun obyektini canlı 

insanlar v

ə onlar arasındakı münasibətlər təşkil etdiyindən, burada həqiqi bilik 

əldə etmək çətinləşir və bu prosesdə dəyərlərin rolu neqativ planda da təzahür 

ed

ə  bilir. Bu öz ifadəsini  araşdırılacaq  konkret  problemin  düzgün  seçil-mə-



m

əsində, elmi təhlilin məqsəd və vəzifələrinin təhrif edilməsində, elmi axtarış 

prosedurlarının  səhv tətbiqində,    manipulyasiya  hallarının  genişlənməsində, 

elmi h


əqiqətin fərdi kooperativ maraqlara qurban verilməsində, onun saxtalaş-

dırılmasında, gizlədilməsində, bəzən isə yalanla əvəz olunmasında tapır. 

Deyil

ənlər bir daha sübut edir ki, sosial humanitar elmin nümayəndəsi öz 



obyektini öyr

ənərkən, sonuncuya bilavasitə aid olmayan amillərdən (qərəzlilik, 

m

ənsəbpərəstlik, hakim dairələrə  qulluq göstərmək və  sair) mümkün qədər 



k

ənar olmalıdır (9, 60). 

Doğrudur,  təbii idrakdan fərqli olaraq, sosial dərketmə  prosesində 

d

əyərlərin təsir gücünü tam neytrallaşdırmaq, demək olar ki, qeyri mümkündür. 



Buna gör

ə  də  söhbət  onların  həqiqi  sosial  biliyin  aşkara  çıxarılmasına 

stimullaşdırıcı  təsirini  artırmaqdan,  eyni  zamanda  bu  prosesdə  dəyərlərin 

neqativ rolunu minimuma endirm

əkdən gedir. 

Sosial idrakda d

əyərlərin rolunu açarkən  aşağıdakı  məqama da diqqət 

yetirilm


əlidir: elm həqiqətin özü qnoseoloji dəyər olsa da, bəzən digər 

(xüsusil


ə  də  etik) dəyərlərlə  uyğun  gəlməyə  bilir. Daha dəqiq desək, o bəzi 

hallarda doğruçulluq, ədalət, milli mintalitet və sair dəyərlərlə üst-üstə düşmür, 

onlar il

ə  kəsişmə  vəziyyətində  olur. Bu o deməkdir ki, özü-özlüyündə 

epistemoloji m

əna yükünə  malik olan sosial həqiqət müəyyən konkret 

v

əziyyətdə doğruçulluğu deyil, yalanı üstün tuta bilir. Məsələn, ağır xəstəliyə 



düçar olmuş pasiyentə həkimin bu barədə həqiqəti söyləməsi, faciəli nəticələr 

tör


ədə bilər. Buna görə də onun xəstəyə ürək-dirək verməsi, həqiqəti gizlədərək 

yalan söyl

əməsi məqbul  hesab  olunmalıdır.  Çünki  belə  məlumat xəstədə 

sağalacağına  inam  yaradır  (bəzən heç həkimin özünün də  gözləmədiyi halda 

bel

ə xəstəliklər sağala bilər). Buradan görünür ki, yalan-özüözlüyündə qeyri-



qnoseoloji v

ə qeyri-əxlaqi məzmun daşısa da, müəyyən hallarda xeyirxahlığa 

xidm

ət edir və  deməli dəyər statusu olur (4, 97). Analoji  fikri  döyüş  zamanı 



əsir düşmüş əsgərlərin düşməndən həqiqəti gizlədərək yalan söyləməsi və digər 

 

74



 


buna b

ənzər məqamlar haqqında da söyləmək olar. 

Sosial idrakda koqnitiv v

ə dəyərin münasibətlərinin spesifikliyi təsadüfü 

olmayıb,  sözügedən idrak növündən təbii elmi idrak ilə  müqayisədə  təzahür 

ed

ən özünəməxsusluqlardan irəli gəlir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, 



t

əbiielmi idrakda obyekt ilə  subyekt bir-birindən xeyli dərəcədə  aralı  olduğu 

halda,    sosial  idrakda  onlar  qovuşmuş  vəziyyətdədir.  Başqa  sözlə, burada 

idrak


ın  həm obyektini, həm də  subyektini  insanlar,  onların  fəaliyyəti və 

aralarındakı münasibət təşkil edir. Bu mənada dərkedici subyektin şəxsi mənəvi 

keyfiyy

ətləri idraka daha çox təsir göstərmək  imkanına  malik  olur.  Digər 



t

ərəfdən, təbii idrakın obyekti olan təbiət yalnız maddi və kortəbii qüvvələrin 

m

əkanı kimi çıxış edir. Burada əsas səbəbiyyət və qarşılıqlı təsir əlaqələri əsas 



yer tutur. Sosial idrakın obyekti isə öz qarşısına müəyyən məqsədlər qoyan və 

onları yerinə yetirən, şüura, zəkaya və iradəyə malik insanlardır, dərketmənin 

n

əticələri  onların  fəaliyyəti məhsullarıdır.  Bu  keyfiyyəti də  onun subyektiv 



m

ənəvi yönümünü qiymətverici xassəsini artırır. 

Sonra t

əbii idrak daha çox mövcud varlığı inikas etdirməklə məhdudlaşır. 



Sosial idrakda is

ə bununla yanaşı, olmalı olan, yəni normativ tərəf, yaradılmalı 

olan,  arzuların  həyata keçirilməsi ilə  bağlı  tərəf çox mühüm yer tutur. Onun 

qiym


ətləndirmə  və  dəyərlər ilə  daha  çox  yaxın  olması  həm də  bununla izah 

edilir. 


Deyil

ənlərdən  əlavə,  sosial  idrakın  konkret  tarixi  şərtlənmiş  xarakter 

daşıması,  burada  sosiomədəni mühitin təsirinin  güclü  olması  da  nəzərə 

alınmalıdır.  Həmin  mühitin  ayrılmaz  tərkib hissəsi kimi isə  insanların  malik 

olduğu  normalar,  dəyərlər və  ideallar  çıxış  edir.  Nəhayət, təbii  idrakın  əsas 

m

əqsədi  öyrəndiyi obyektdə  fəaliyyət göstərən  qanunları  (onlar  bütünlükdə 



t

əbiət üçün ümumi olması ilə səciyyələnir) aşkara çıxarmaqdır. Sosial idrakın 

araşdırdığı  obyektlər isə  öz  unikallığı  və  təkrarolunmazlığı  ilə  seçilir.  Başqa 

sözl


ə, sosial reallıq onun hər bir konkret tərəfi, son dərəcə rəngarəng xarakter 

daşıyır.  Qeyd  olunan  xüsusiyyət  idrakın  bu  növlərində  tətbiq olunan 

prosedurlarda da mü

əyyən müxtəlifliyi şərtləndirir. Belə ki, təbiielmi idrakda 

izahetm

ə  proseduru (yəni fərdi konkret hadisələri və  prosesləri ümumi 



qanunların  təsir dairəsi çərçivəsinə  daxil etmə)  əsas yer tutur. Yəni burada 

t

əfəkkürün gedişi istiqaməti daha çox ümumidən xüsusiyyə və təkcəyə yönəlir. 



Bundan f

ərqli olaraq sosial idrakda anlama proseduru başlıca rol oynayır. Bu 

müxt

əlif metodların  (dialoq,  şərhetmə, hiss etmə  və  saitin) köməyilə  sosial 



hadis

ələrin və  proseslərin mahiyyətini və  sosiamədəni təbiətini üzə  çıxarır. 

Sosial idrakda d

əyərlərin rolu nə isə ümumi abstrakt məzmuna malik olmayıb, 

konkret-

tarixi xarakter daşıyır. Başqa sözlə, hər bir dövrdə onun real məzmunu 

əyyən spesifikliyə malik olur. Burada mövcud sosial varlığın vəziyyəti və 



inkişafı  səviyyəsi,  insanların  fəaliyyəti istiqamətləri,  onların  nisbəti və 

prioritetl

əri əhəmiyyətli yer tutur. 

Bu  onlara  şərtlənir ki, hər bir dövrdə  yaşayan  insanların  bütövlükdə 

dünyagörüşü,  şüuru  və  idrakı  imkanları,  o  cümlədən dəyərlər  şüuru  həmin 

 

75



 


tarixi m

ərhələnin  praktikası,  sosiomədəni amilləri ilə  müəyyən olunur və 

onların  hüdudları  daxilində  özünü göstərir. Bu müddəa həm də  sosial idrak 

subyektin

ə  xüsusilə  aiddir. Ictimai humanitar elmlərin hər bir nümayəndəsi 

əyyən sosial-iqtisadi, elmi, texniki və  sosiomədəni mühitdə  yaşayıb 



f

əaliyyət göstərir. Deməli, onun düşüncəsi,  təfəkkür stili və dəyərləri məhz bu 

amill

ərin təsiri  altında  formalaşır.  Lakin  insan  təbii və  sosial mühitin passiv 



m

əhsulu deyildir. Xüsusilə də söhbət intellektual zəka sahiblərindən getdikdə, 

bu n

əzərdə tutulmalıdır. Onlar öz dövrlərinin çərçivəsi ilə məhdudlaşmayaraq 



ondan k

ənara  çıxır  və  qabağa  gedirlər.  Başqa  sözlə  deyilsə, onlar ətrafındakı 

adamlardan f

ərqli olaraq, fəal yeniləşdirici  düşüncə  tərzinə  və  qabiliyyətinə 

malik  olurlar.  Onların  əksəriyyəti yüksək  elmi  dünyagörüşü  və  zəngin 

m

ənəviyyat sahibləri  olduğundan,  müəyyən  sosial  obyekti  araşdırmağa 



başlayarkən  malik  olduqları  dəyərləri və  ideyaları  dərin təfəkkür süzgəcinən 

keçirir,  onları  saf-çürük edir və  normal hesab etdiklərini  əldə  rəhbər tuturlar. 

Bel

əliklə, onların təfəkkürü və idrakı qabiliyyətləri özünün yenilikçi, yaradıcı 



bir sözl

ə kreativ xarakter daşıması ilə səciyyələnir (8, 97) . 

Bel

ə  tədqiqatçıların  ən görkəmli nümayəndələrinin,  ən görkəmlilərinin 



idraki f

əaliyyətin məhsulları sözün əsl mənasında götürülən humanist xarakterli 

d

əyərlər sistemi və  dəyərlər  oriyentasiyası  ilə  yükləndiyi üçün, yaratdıqları 



yenilikl

ər də sosial tərəqqidə çox mühüm rol oynayırlar. Doğrudur, təbii elmi 

idrak sah

əsində  olduğu  kimi,  sosial  idrakın  da  bu  qəbildən olan kreativ 

düşüncəli nümayəndələri çox vaxt ictimaiyyət və  hakim dairələr tərəfindən 

birm


ənalı qəbul olunmur, onlar müxtəlif təzyiqlərə məruz qalırlar. Lakin az və 

ya çox müdd

ət keçdikdən sonra, həmin mütəfəkkürlər barəsində sosial ədalət 

b

ərpa olunur və onlar öz xalqının və ümumilikdə bəşəriyyətinin elm korifeyləri 



sırasında öz layiqli yerlərini tuturlar. Dəyərlərin sosial idrakda rolu və real təsir 

mexanizmi  dövrün  ideologiyasından  da  çox  asılıdır.  Hər bir dövrün hakim 

ideologiyası  bütövlükdə  sosial həyatı,  o  cümlədən burada gedən dərketmə 

prosesl


ərini tənzimləmək məqsədi güdür. Bu, ideologiyanın öz mahiyyətindən 

ir

əli gəlir. O “böyük insan qruplarının-sosial təbəqələrin, siniflərin, peşələrin və 



ya bütünlükd

ə cəmiyyətin tələbatlarını və maraqlarını əks etdirən və göstərən 

idealların, məqsədlərin və dəyərlərin məcmusudur” (3, 496). 

İdeologiya elmi xarakter daşıdıqda, onun dəyərlərə müsbət təsiri də çox 

olur. Çünki burada c

əmiyyətdə  mütərəqqi  rol  oynayan  sosial  qrupların  əsas 

maraqları adekvat əks olunur. Bu isə o deməkdir ki, onun məzmununda pozitiv 

d

əyərlər və  dəyərləndirmə  geniş  yer  tutur.  Demokratiyanın  və  fikir 



plüralizminin  mövcud  olduğu  cəmiyyətdə  müxtəlif  ideologiyalar  yaranır  və 

onların  hər biri həqiqi və  elmi  olmaq  iddiasındadır.  Lakin  yalnız  ümummilli 

t

ələbatları və mənafeləri ifadə edən ideologiya daha önəmlidir. Belə ki, onda 



elmi h

əqiqilik  əsas yer tutur,  ictimai  inkişafın  qarşısında  duran  strateji  və 

taktiki v

əzifələr, bütövlükdə sosial tərəqqiyə xidmət edən məqsəd düzgün ifadə 

olunur. Bel

ə  ideologiyalarda elmi obyektivlik ilə  dəyər  uyğun  gəlir. Çünki 

c

əmiyyətin qarşısında duran əsas məqsəd və vəzifələrin ideoloji cəhətdən dəqiq 



 

76

 




ifad

ə  olunması,  təkcə  elmiliyi deyil, həm də  ictimai  baxımdan  mütərəqqi 

əhəmiyyət kəsb edən  əsl dəyəri  əks  etdirir.  Bu  baxımdan  yanaşdıqda  müasir 

c

əmiyyətimizdə  ümummilli status kəsb edən yeganə  ideologiya  –  azərbay-



cançılıq müstəsna əhəmiyyətə malikdir. 

Az

ərbaycançılıq ümummilli ideologiya olmaq etibarilə həm də müstəqil 



dövl

ətimiz tərəfindən  onun  maraqlarına  cavab  verən mənəvi fəaliyyət 

istiqam

əti kimi qəbul olunur. Bu isə o deməkdir ki, dövlətin sərəncamında olan 



r

əngarəng və çoxşaxəli təbliğat maşını, geniş əhali kütləsinə təsir göstərməyin 

çoxsaylı  üsulları  və  vasitələri  sistemi,  bu  ideologiyanın  cəmiyyətdə  geniş 

yayılmasına,  dərindən  kök  salmasına,  hər  bir  insanın  şüuruna  və  hisslərinə 

hopdurulmasında cəhd göstərir. Bu prosesin çox mühüm əhəmiyyəti təkcə ölkə 

əhalisinin qarşıda duran məqsəd və vəzifələrin reallıq və həqiqət kimi anlaması 

v

ə  onların  yerinə  yetrilməsinə  səfərbər etməsi ilə  məhdudlaşmır.  Sözügedən 



ideologiyanın  məzmunu müxtəlif rəngarəng dəyərlər ilə  zənginləşmiş 

olduğundan,  onun  geniş  yayılması,  eyni  zamanda  müvafiq  dəyərlərin popul-

yarlaşma  və  kütləviləşməsi  meylini  inkişaf  etdirir.  Nəticədə  siyasi,  əxlaqi, 

estetik, iqtisadi v

ə sair dəyərlər şəbəkəsi, cəmiyyətin hər bir üzvünün varlığına 

hakim olur, onun f

əaliyyətinə düzgün tənzimləyici göstərir.  Müasir cəmiyyətdə 

d

əyərlərin məzmununda, onun maddi və  mənəvi növlərinin nisbətində  çox 



ciddi d

əyişikliklər  baş  verir.  Ümumi  şəkildə  dəyərlərin yenidən mənalan-

dırılması  adlanan  bu  proses,  onların  sosial  idraka  təsirində  də  mühüm 

yenilikl


əri  şərtləndirir.  Sonuncular  daha  çox  insanların  fəaliyyətinin elmi-

texniki v

ə iqtisadi əsaslarının inkişafı ilə bağlıdır. Sözügedən proses öz növbə-

sind


ə  fəaliyyətin maddi-əşyavi  və  subyekt-şəxsiyyət tərəflərinin nisbətinin 

ikincinin xeyrin

ə  dəyişilməsi ilə  müşayiət olunur. Bu müstəvidə  yanaşdıqda, 

postsovet ölk

ələrində  baş  verən  əsaslı  transformasiyalar  ictimai-humanitar 

t

ədqiqatda dəyərlərin rolunda ciddi yenilikləri  şərtləndirir.  Sonuncuların  əsas 



istiqam

ətini sosial həqiqətlərin  aşkara  çıxarılmasında  dəyərlərin müsbət və 

stimullaşdırıcı təsirinin güclənməsi təşkil edir. Bununla yanaşı, müasir dövrün 

reallıqları  sosial  idrakda  dəyərlərin roluna bəzən mənfi yönüm verə  bilir. 

Bunun  aydın  nümunəsini bazar iqtisadi münasibətlərinin sosial həyatda və 

idrakda  d

əyərlərin nisbətində  yaratdığı  dəyişikliklərdə  görmək  olar.  Hazırda 

bazar  qanunlarının  təkidi ilə  yüksək gəlir  əldə, etmək çoxlu qazanca nail 

olmaq, b

əzi hallarda fəaliyyətin məqsədinə çevrilir, istehlak dəyərlərinə meyli 

artırır. Maddi dəyərlərə sözügedən aludəçilik fonunda əsl insanlıq keyfiyyəti ilə 

bilavasit

ə  bağlı  olan  məvəni dəyərlərin  kasadlaşması  və  arxa plana keçməsi 

meyli özünü göst

ərir. Bu həm də müstəqillik dövründə mülkiyyət münasibət-

l

ərinin  transformasiyası,  xüsusi  mülkiyyətin yeri və  rolunun  artması  ilə 



bağlıdır.  Sözü  gedən istiqamətdə  baş  verən dəyişikliklər özünün müvafiq 

ifad


əsini  insanların  dəyər  şüurunda  da  tapır,  yəni onun əhəmiyyəti  çoxalır, 

xüsusi mülkiyy

ətçilik psixologiyası güclənir. 

Ümumilikd

ə  müasir dövrdə  elmi və  sosial tərəqqinin sürətlənməsi, 

insanların  mənəviyyatı  və  mədəniyyəti ilə  bağlı  ciddi  problemlər  yaradır. 

 

77

 




Onların  sırasında  elmi-texniki  inkişafın  insanların  mənəvi aləminə  kasadlaş-

dırıcı  təsiri,  onların  dəyişilməkdə  olan ekosistemə  uyğunlaşması  ilə  bağlı 

ç

ətinliklər  xüsusi  qeyd  olunmalıdır.  Bunlardan  əlavə  həyat fəaliyyəti sahə-



l

ərində  bürokratlaşma  və  standartlaşma  meyillərinin güclənməsi, kütləvi 

informasiya vasit

ələri və  sosial  şəbəkələrin təsiri  altında  insanın  şəxsi  siması 

getdikc

ə daha çox arxa plana keçir, bəzi hallarda isə onların tamamilə itməsi 



t

əhlükəsi  yaranır.  Nəticədə  şəxsiyyətin özünə  və  cəmiyyətə  münasibətdə 

inamsızlığı  çoxalır,  özgələşmə  güclənir, insan ilə  cəmiyyət  arasında  özünü 

göst


ərən mənəvi münaqişə hallarının sayı artır. Insanın yaradıcı subyekt kimi 

öz f


əaliyyətini normal davam etdirməsi üçün müxtəlif seçimlər etməsi (sosial 

bilik v


ə  təşkilatlara  daxil  olması,  siyasi  və  mənəvi dəyərlər seçimi, dəyərlər 

oriyentasiyası və sair) çətinləşir. Bütün bunlar digər amillərlə birlikdə müasir 

şəraitdə  baş  verən dəyərlərin yenidən mənalandırılması  universal  öz  güclü 

t

əsirini göstərir, onun ziddiyyətli getməsini şərtləndirir. Sözügedən vəziyyət bir 



t

ərəfdən müasir iqtisadi, siyasi və sosial həyatda baş verən əsaslı dəyişikliklərin  

t

əsiri altında  maddi,  iqtisadi  və  istehlak xarakterli dəyərlərin  əhəmiyyətinin 



artması  ilə  izaholunur. Digər tərəfdən,  sivilizasiyanın  və  humanizmin 

inkişafının  təkidi ilə  şəxsiyyətin və  cəmiyyətin həyat fəaliyyətinin  əsasında 

duran 

əsas məqsəd-dəyərlərdə yönüm sürətlənir. 



Yuxarıda deyilənlər, sosial idrakda dəyərlərin yerinin əbədi və dəyişməz 

olunduğunu  daim  yeniləşən və  dinamik  xarekterin  açıb  göstərir. Sözügedən 

keyfiyy

ət ümumilikdə  sosial  idrakın  çox  mühüm  qanunauyğunluğunu  ifadə 



edir. 

Sosial idrak subyektinin 

malik  olduğu  dəyərlər sisteminin və  dəyərlər 

oriyentasiyasının, bütövlükdə sosial mövqeyinin təsiri heç də həmişə bilavasitə 

olmur.  Onların  rolu  çox  vaxt  dolayısı  ilə  aşkara  çıxır.  Dəyərlərin sözügedən 

proses


ə birbaşa təsiri isə daha çox müvafiq sahə üzrə mövcud olan konseptual, 

möt


əbər biliklərdə ifadə olunur. 

Sosial idrakda d

əyərlərin  mühüm  rolundan  danışarkən  vurğulanmalıdır 

ki, söhb


ət birinci növbədə əsas strateji əhəmiyyətli , cəmiyyətin və fərdin sosial 

ideallarına  uyğun  olan  və  onları  əks etdirən dəyərlərdən getməlidir. Cari və 

qısamüddətli dəyərlərin əsas götrülməsi məqbul deyildir. 

Müasir dövrd

ə  sosial  elmin  rolunun  artması,  onun  hər  bir  insanın  və 

bütövlükd

ə  cəmiyyətin həyatına  nüfuz  etməsi meyli özünü göstərir. Lakin 

unudulmamalıdır  ki,  həqiqi elm  təkcə  neytral xaraketli obyektiv təhlil etmək 

deyildir. Onun m

əzmununda həm də humanist ölçülərə və dəyərlərə geniş yer 

verilm

əlidir. 


Qeyd olunmalıdır ki, sosial idrakda koqnitivlik ilə dəyərliliyin ölçülərinin 

qorunub saxlanılması çox vacibdir. Unudulmamalıdır ki, burada dəyər həddən 

artıq yer tutursa, o obyektiv həqiqətin aşkara çıxarılmasına əngəl törədir, sosial 

bilikd


ə  konyukturacılığa  və  manipulyaysiyaya gətirib  çıxarır.  Dəyərlər və 

onların əsasında qiymətləndirmənin adekvat olmadığı hallarda siyasi motivlər 

v

ə  ideoloji təsəvvürlər  əsas götürülür. Bu isə  elmi obyektivliyə  zidd olub, 



 

78

 




subyektivizm

ə, saxtakarlığa, yanlışlıqlara və yalana yol açır. 

Müasir  sosial  idrak  konsepsiyası  subyekt-dəyərləndirici tərəfi elmi 

yaradıcılığın çox mühüm və ayrılmaz tərkib hissəsi hesab edir. Onun müsbət 

potensialından  daha  dolğun  və  ardıcıl  istifadə  olunması  zərurətini irəli sürür. 

Bunu sosial reallığın müvafiq nəzəri modelini yaratmaq ehtiyacı tələb edir. 

 

ƏDƏBİYYAT 

1.

 



Алексеев П.В., Панин А.В. Философия. М.: Проспект, 1997, 568с. 

2.

 



Алексеев П.В., Социальная философия. М.: Проспект, 2005, 256 c. 

3.

 



Введение в философию (Авт. колл. Фролов И.Т. и др.) М.: Республика, 2012, 654 с. 

4.

 



Дубровский Д.И. Проблема добродеятельного обмана. Кант и современность (Вопро-

сы философии) 2010, №1, с. 16-32. 

5.

 

Ильин В.В.Философия. часть II. М.: Академический проект 1999. 375 с. 



6.

 

Ильин  В.В.  Теория  познания.  Социальная  эпистемология.  Социалогия  знания.  М.: 



Академический проек, 2014, 204с. 

7.

 



Коршунов А.М. Диалектика субъекта и объекта в познании. М.: Мысль. 1982, 274 с. 

8.

 



Лазарев  В.Ф.,  Лебедев  С.А.  Проблемы  истины  в  социально-гуманитарных    науках 

Интервальный подход. II Вопросы философии 2005, №10, с 95-102 

9.

 

Степин В.С. Наука и философия II Вопросы философии 2010, №8, с. 49-61. 



10.

 

Философия права Т.1. (Под ред. М.Н.Маргенко). М.: Проспект, 2015, 552 с. 



11.

 

 



Ценностные предпосылки в структуре научного познания. М.: Наука, 1990, 372с. 

 

 



О РОЛИ ЦЕННОСТЕЙ В СОЦИАЛЬНОМ ПОЗНАНИИ 

 

З.Дж.ГАДЖИЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье  анализируются  факторы  и  причины,  обуславливающие  растущую  роль 



ценностей в социальном познании. Выявляется  их существенное влияние на все этапы 

социально-познавательной  деятельности,  подчеркивается  возможности  этого  влияния 

как в позитивном, так и в негативном направлениях. 

Особое  внимание  уделяется  раскрытию  конкретно  исторического  характера 

содержания  влияния  ценностей  в  зависимости  от  общих  социальных  условий  эпохи, 

социокультурных факторов и от содержания самых ценностей. В этой связи исследуются 

созданные трансформационными процессами осуществляемыми в условиях националь-

ной независимости реальные возможности для усиления положительной роли ценностей 

в современном социальном познании.  

 

Ключевые  слова:  социальное  познание,  ценности,  позитивное  и  негативное 

влияние  ценностей  на  познавательную  деятельность,  изменения  в  роли  ценностей 

современном социальном познании. 

 

 

 



 

79

 




THE ROLE OF VALUES IN SOCIAL COGNITION 

 

Z.J.HAJIYEV 

 

SUMMARY 

 

The article analyzes the factors and the causes of the role of value in social cognition, 

clarifies their impact on each stage of social cognition, and emphasizes that such impact can be 

both positive and negative. We note that the real content of impact depends on the 

circumstances of a specific period, socio-cultural environment and the character of values. We 

also explain the possibilities of the fundamental transformation realized in the period of 

independence with respect to the positive impact of values on social cognition.  

 

Key words: Social cognition, values, positive and negative impacts of values on social 

cognition, increasing impact of values on social cognition. 

 

 



 

80

 



Yüklə 127,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə