Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 126,85 Kb.
Pdf görüntüsü
tarix20.02.2018
ölçüsü126,85 Kb.
#27195


 

100 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2013 

 

 

 

 

UOT 101.1 

 

HÜQUQİ DÖVLƏTİN YARANMASINDA HÜQUQİ QNOSEOLOGİYA, 

TƏCRÜBƏ VƏ ADƏT-ƏNƏNƏLƏR 

 

H.Q.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

ho2039@mail.ru 

 

M



əqalədə  hüquqi dövlətin mahiyyəti, hüquqi dövlət haqqında  baxışlar,  hüquqi 

qnoseologiya  geniş  şəkildə  işıqlandırılmışdır.  Hüquqi  dövlətin yaradılması  və  mövcudluğu 

şərtləri, onun inkişafında təcrübə və adət-ənənələrin rolu göstərilmişdir. Bundan başqa hüquqi 

dövl

ət və vətəndaş cəmiyyətinin mövcudluq prinsipləri izah olunmuşdur. 

 

Açar sözl



ər: dövlət, hüquq, qanun, vətəndaş, cəmiyyət, azadlıq, hakimiyyət 

 

Hüquq meydana g



əldiyi andan nəinki ictimai münasibətlərə təsir vasitəsi, 

h

əm də  dövlət hakimiyyətinin normal fəaliyyətinin  amili  kimi  çıxış  edir. 



Dövl

ət hakimiyyətinin hüquqi əsasının  müəyyənləşdirilməsi problemi fəlsəfi 

hüquqi fikrin xüsusi obyektini t

əşkil  edir.  Platon  yazırdı  ki,  qanun  qüvvəyə 

minm

ədiyi və kiminsə hakimiyyəti altında olduğu yerdə dövlətin tezliklə məhv 



olacağını  hiss  edirəm. Qanunun hökmdarlar üzərində  hakim  olduğu,  onların 

qanunun köl

əsinə  çevrildiyi yerdə  isə  dövlətin  xilas  olmasını  və  bütün 

xoşbəxtliyi görürəm.  Bunu  yalnız  allah  dövlətə  bəxş  edə  bilər (4, 87). Bu 

fikirl

ə razılaşan Aristotel qeyd edirdi ki, qanun hamının üzərində hökmranlıq 



etm

əlidir, vəzifəli şəxslər və xalq yığıncağı isə yalnız xüsusi məsələlər həlli ilə 

m

əşğul olmalıdır (1, 113). 



Siseron dövl

əti özünün mahiyyətinə  görə  hüquqi birlik hesab edirdi. 

Onun fikrinc

ə, dövlət xalq işi olub “hüquq və mənafe ümumiliyi məsələsində 

çoxlu adamlar arasında razılıq əsasında yaranan birlikdir”. Siseronun ideyaları 

dövl


ət  haqqında  hüquqi  təsəvvürlərin  inkişafında  mühüm  rol  oynayırdı. 

Dövl


ətin  hüquqi  birlik  olması  ideyası  yalnız  yeni  dövrdə  nəzəri cəhətdən 

əsaslandırılır. Hüquqi münasibətlərin yenidən təşkili tarixində həlledici hadisə 

C.Lokk t

ərəfindən hazırlanan hüquqi dövlət konsepsiyası oldu. Hüquqi dövlət 

haqqında  layihənin  praktiki  olaraq  reallaşdırılması  məhz Lokka məxsusdur. 

Onun  hazırladığı  bu  layihə  1669-cu ildə  İngiltərənin  Amerikadakı 

müst

əmləkəsi olan Karolinanın konstitusiyasında öz əksini tapmışdır. 




 

101 


Hüquqi dövl

ət  yaradılması  istiqamətində  mühüm  addım  praktikada 

reallaşa  bilməyən  Fransa  inqilabının  Konstitusiyası  və  ABŞ  Konstitusiyası 

hesab olunur. ABŞ konstitusiyası ilk və ən sabit Konstitusiyalardandır. Hüquqi 

dövl

ət  idealını  yeni  səviyyədə  əsaslandıran  klassik  alman  fəlsəfəsinin 



nümay

əndəsi  İ.Kant  olmuşdur.  Kantın  xidməti bundan ibarətdir ki, hüquq və 

dövl

ət  anlayışı  haqqında  məsələ  onun fəlsəfəsində  metodoloji səpgidə  irəli 



sürülürdü.  Kantın  fəlsəfi təlimi  hüquqi  fikrin  sonrakı  inkişafına  böyük  təsir 

göst


ərdi. Dövlət tipi olmaq etibarilə  hüquqi dövlətdə  konstitutsiya idarəçiliyi 

rejimi f


əaliyyət göstərir, inkişaf etmiş və ziddiyyətli olmayan hüquq sistemi və 

s

əmərəli məhkəmə  hakimiyyəti mövcuddur, o, hakimiyyətin bölünməsi ilə 



s

əciyyələnir, siyasət və hakimiyyət inkişaf etmiş nəzarətə malikdir. Hakimiyyət 

v

ə siyasət sisteminin ümumi demokratik vəzifələri onun hüquqi mexanizmi ilə 



üzvi sur

ətdə  bağlıdır.  Hüquqi dövlətin  əsasını  hakimiyyətin, vətəndaşın, 

c

əmiyyətin qanun qarşısında hüquqi bərabərliyi təşkil edir.  



Hüquqi dövl

ət cəmiyyətdə  dövlət  quruculuğu  çərçivəsində  xalqın 

suverenliyinin h

əyata keçirilməsinin  hüquqi  normasıdır.  Yəni hakimiyyət 

s

əlahiyyətləri dövlətin əlindədir. Lakin bu səlahiyyətlər xalq tərəfindən qəbul 



edilmiş və qanuniləşdirilmiş hüquqi normalara əsaslanır. 

Hüquqi dövl

ət  –  hüquq dövləti söz birləşməsi “hüququn dövləti”, 

“hüququn h

ər  şeydən  üstün  olduğu  dövlət”, “hüquqa əsaslanan dövlət” 

m

ənalarını  verir.  Əslində  bunlar, demək olar ki, eyni mənaları  verir.  Çünki 



hüquqa 

əsaslanan dövlətdə hər şeydən üstün hüquq hesab edilir. 

“Hüquqi dövl

ət” – hüquq dövləti söz birləşməsində, göründüyü kimi, bi-

rinci yerd

ə hüquq, ikinci yerdə dövlət durur. Deməli, bu dövlətdə hüquq döv-

l

ətdən  əsasdır,  dövlət hüquqa tabedir. Hüquqi dövlətin  əsas  şərtləri 



aşağıdakılardır: 

Birinci  şərt  qanunun aliliyidir. Dövlət də,  onun  bütün  orqanları  da,  hər 

cür kollektivl

ər və vətəndaş birlikləri də, insanın ictimai vəziyyətindən, tutduğu 

v

əzifədən  asılı  olmayaraq,  ayrı-ayrılıqda  hər  bir  şəxsiyyət də  qanuna tabe 



olmalıdır.  

Qanunun aliliyi c

əmiyyətdə  özbaşnalıqlara,  təzyiq və  represiyalara yol 

vermir. Hüquqi dövl

ət  quruculuğunda  ciddi  uğurlar  qazanmış  Azərbaycan 

Respublikas

ında da qanunun aliliyi prinsipi gözlənilir. Konstitusiyamızın 7-ci 

madd


əsində göstərir ki, Azərbaycan hüquqi dövlətdir. Burada dövlət hakimiy-

y

əti orqanları yalnız öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilərlər. Bu 



ç

ərçivə isə qanunlardır. Deməli, bizdə qanun bütün dövlət orqanlarının başının 

üstünd

ə durur və onların özbaşnalığına yol vermir. 



İkinci  şərt  –  qanuna riayət  olunmasına  nəzarət etmək üçün təsirli bir 

sistemin  olmasıdır.  Qanunun  həyata keçirilməsinə  nəzarəti xüsusi olaraq 

yaradılmış müstəqil məhkəmələr, arbitrajlar və s. yerinə yetirilməlidir. 

Demokratik dövl

ətlərdə  vətəndaşlar,  bir  qayda  olaraq  qanuna  tabe 

olurlar,  çünki  başa  düşürlər  ki,  dolayı  yolla  da  olsa,  onlar  özləri qanunun 

yaranmasında  iştirak  edirlər Lakin qanunçuluq prinsipi özü-özlüyündə  hələ 



 

102 


demokratiyaya t

əminat vermir. Qanunçuluq özünün tam əksinə - qanunsuzluğa 

da çevir

ə bilər. Qanunçuluq yalnız o halda mövcud olur ki, o, həyata keçirilsin. 

Bu o dem

əkdir ki, qanunçuluq, hər şeydən əvvəl, onun effektivliyidir. 

Üçüncü  şərt  –  hakimiyyətin qanunverici və  məhkəmə  hakimiyyətlərinə 

bölünm


əsidir. Bu o deməkdir ki, heç bir dövlət  orqanı  tam  həcmdə  bütöv 

dövl


ət hakimiyyətinə malik deyil. Hər bir dövlət orqanı ancaq öz üzərinə düşən 

funksiyanı  yerinə  yetirir.  O,  başqa  orqana  aid  olan fəaliyyəti icra etmək 

hüququna malik deyil. Bununla bel

ə, bir dövlət orqanı birilərinə nisbətən üstün 

mövqeyi malikdir. Bu, qanunverici orqandır. Səbəbi də məlumdur ki, hüquqi 

dövl


ətdə  qanunlar  əsas  rol  oynayır.  Bütün  hüquqi  dövlətlərdə  qanunverici 

orqa


n  parlamentdir.  İcra  hakimiyyəti prezidentə, parlamentə  və  s. aiddir. 

Qanunların  keşiyində  duran isə  üçüncü hakimiyyət  orqanı  olan  məhkəmə 

hakimiyy

ətidir.  

Hüquqi dövl

ət haqqında ideyalar iki başlıca prinsip əsasında – dövlətdə 

qaydalara 

əməl etmək və vətəndaşların müdaifə olunması ilə başlanır. Burada 

h

ər bir adam qəbul olunan qərarların  nəticələrini,  ardıcıllığını  və  ümidverici 



olmasını nəzərə almaq hüququna malikdir, eləcə də qanunla dəqiq müəyyənləş-

diril


ən öz hüquq və vəzifələrini başa düşür. Hüquqi dövlətin başlıca ictimai hə-

ya

tın bütün sferalarında öz vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçi-



rilm

əsinə  təminat verməkdir. Bu məqsədə  çatmaq üçün vətəndaşlar  öz  növ-

b

əsində qanunlara və mövcud sistemin təsisatlarına hörmətlə yanaşmalıdırlar.  



Hüquqi dövl

ət  hamı  üçün  vahid  və  məcburi  olan  hüquq  qaydalarını, 

sosial, irsi v

ə digər statusdan asılılıq kəsb edən qeyri-bərabərliyin və müxtəlif 

hüququn l

əğvini nəzərdə tutur. Hazırda bütün vətəndaşların hüquqlarının eyni 

d

ərəcədə təmin olunması prinsipi qərarlaşır. 



Hüquqi dövl

ətin  başlıca  təsisatalarına  və  prinsiplərinə  aşağıdakılar 

daxildir: Müxt

əlif siyasi partiyalar və  təşkilatlar  vasitəsilə  yaradılan 

nümay

əndəlik; seçki sistemi; parlamentarizm, konstitutsiyalıq və hakimiyyətin 



bölünm

əsi; dinin dövlətdən  ayrılması;  ideologiyanın  dövlətdən kənar  olması; 

azadlığın bərabərlik üzərində üstünlüyü (8, 543). 

Hüquqi dövl

ət daim normalar və  qaydalar kompleksi ilə  öz-özünü 

m

əhdudlaşdırır.  Onların  içərisində  hakimkiyyətin  üç  qola  ayrılamsı  norması 



m

ərkəz yer tutur. Hər  hansı  hakimiyyət  özünün  ciddi  ümumi  funksiyalarını 

h

əyata keçirir, lakin birgə  fəaliyyətində  bir-birini  tarazlaşdırır,  demokratik 



normaların pozulmasına və hakimiyyətdən sui-istifadə edilməsinə qarşı təminat 

yaradırlar. Bununla yanaşı, dövlətin vətəndaşaları ümumi seçki sistemi və seçki 

prosesi vasit

əsilə hakimiyyətə nəzarətin bu prinsipi hələ alman filosofu İ.Kant 

t

ərəfindən qeyd olunmuşdur. Kanta görə hər bir vətəndaş idarə edənləri məcbur 



etm

əlidir ki, onlar qanunları dəqiq və sözsüz yerinə yetirsinlər, eləcə də qanunu 

idar

ə edənlər bunu vətəndaşlardan tələb etməlidirlər. Bir sözlə, qanunvericilər 



d

ə siravi vətəndaş kimi qanun tabe olmalıdır.  

Qanuni hakimiyy

ət özünün qərarlaşması və möhkəmlənməsi üçün hüquq 

formasında idarə olunur. Çünki güc özü-özlüyündə hakimiyyəti yarada bilməz. 



 

103 


Dövl

ət hüquqla, hüquq normaları ilə bağlıdır, buna görə o, belə bir qüvvədir ki, 

m

əhz, hüquqa xidmət göstərilməlidir. Bu isə  onun ifadəsidir ki, dövlət insan 



hüquqlarına zidd qanunlar yarada bilməz. Hüquqi dövlətdə hüquq ayrıca fərdin 

azadlığının təminatçısı kimi çıxış edir. Fərdin hüququnun qorunması belə bir 

c

əhəti ifadə  edir ki, o, istədiyi yerdə  yaşamaq,  həyat tərzi seçmə  fəaliyyət 



sferasını  və  növünü azad müəyyənləşdirmək hüququna malikdir. Hüquq 

şəxsiyyətin, mülkiyyətin, mənzilin, xüsusi həyat tərzinin, mənəvi azadlığın və 

sair

ənin  toxunulmazlığını  təmin edir. Cəmiyyətdə  insanlar yox, qanunlar 



hökmranlıq  etməlidir. Dövlət vətəndaşlar  arasındakı  münasibətləri hüquq 

əsasında tənzimlənməlidir. Demokratik hüquqi dövlətin hamıya aydın görünən 

əlamətləri bunlardır: siyasi proseslər iştirak hüququ; siyasi partiyalar, müxtəlif 

maraq  qrupları  arasında  müəyyən  qaydaların  gözlənilməsi; ümumi seçki 

prosesind

ə hakimiyyətin bütün səviyyələrində dəyişikliyi; parlamentarizmin və 

plüralist demokratiyanın digər norma və prinsipləri. Hüququ dövlətin vəzifəsi 

bundan ibar

ətdir ki, mübahisələri və  mübahisəli problemləri gücə  və  qeyri-

qanuni hallara 

əsaslanan formada deyil, məhz dinc vasitələrlə  həll etsin. 

Hüquqi dövl

ətin mahiyyəti odur  ki, burada bütün vətəndaşlar,  prezident, 

general, siravi 

əsgər, zavod direktoru və  ya fəhlə  və  s.  qanun  qarşısında 

b

ərabərdir və onun pozulmasına görə bərabər məsuliyyət daşıyırlar (5,149). 



ABŞ-ın  keçmiş  prezidenti  R.Niksona  aid  olan  misal  buna  nümunədir. 

Nik


son amerika xalqı və eləcə də dünya birliyi qarşısında xidmətləri danılmaz-

dır.  Təsadüfi deyil ki, o, dalbadal iki dəfə  (1968 və  1972)-ci illərdə) öz 

r

əqibləri üzərində  böyük üstünlük qazanmaqla prezident seçildi. Lakin seçki 



kom

paniyası  ərəfəsində  R.Niksonun  komandası  bəzi hüquqa zidd hərəkətlərə 

yol vermişdir. Bunu bilən prezident üzə çıxarılan məlumatları istintaq orqan-

larından gizlədir. Həmin məlumat ictimaiyyətə və hüquq mühafizə orqanlarına 

m

əlum olduqda prezidentin məhkəmə  yolu ilə  hakmiyyətdən  uzaqlaşdıracağı 



t

əhlükəsi  ortaya  çıxdı.  Məhkəmədən qaçmaq və  həbs  olunmaqdan  yayınmaq 

m

əqsədilə  Nikson istefa verməyə  məcbur oldu. Beləliklə, amerika prezidenti 



sad

ə vətandaşla bir səviyyədə qanun qarşısında dayanmalı oldu.  

Hüquq dövl

ət özünün formalaşması  və  qərarlaşması  prosesində  nəinki 

f

ərdi azadlığın və hüququn qanunvericiliklə təmin olunmasını işləyib hazırlayır 



v

ə  möhkəmləndirir, həmçinin vətəndaş  cəmiyyətinin  normaı  mövcudluğu  və 

f

əaliyyəti, onun başlıca təsisatları, prinsipləri və dəyərləri üçün həlledici təmi-



nat yaradır. Hüquqi dövlət vətəndaş cəmiyyəti ilə bir sıra ümumi və birləşdirici 

hüquqi 


əsasa malikdir ki, bu da mahiyyət etibarilə  ümumbəşəri xarakter 

daşıyır. 

Yalnız  bu  mənada qanunvericilikdən  qanun  yaradıcılığı,  hüququn 

əsaslarının  və  tələblərinin ümumməcburi  qanunun  konkret  normalarında 

yaradıcı ifadəsi kimi söz açmaq mümkündür. 

Qanunun (pozitiv hüququn) hüquqi t

əzahür kimi dərki həm də qanunun 

ümumm


əcburiliyi, onun dövlət müdafiəsi ilə təmin edilməsi, hüquq pozucuları 

bar


əsində  məcburetmə  tədbirlərinin tətbiqinin mümkünlüyü probleminin 


 

104 


müvafiq izahını ehtiva edir. Qanun (pozitiv hüquq) sansiyalarının belə spesifik-

liyi, hüquqi qnoseologiyaya 

əsasən, qanunvericinin iradəsi ilə deyil, hüququn 

obyektiv t

əbiəti ilə  şərtlənir. Bu isə  onu ifadə  edir ki, belə  sanksiya  yalnız 

hüquqi qanun mövcud olduqda hüquqa uyğundur və hüquqi cəhətdən əsaslıdır. 

Hüququn obyektiv ümum

əhəmiyyətliliyinin dövlət tərəfindən tanınması, 

normativ sur

ətdə konkretləşdirilməsi və müdafiə olunmasının zəruriliyi həm də 

c

əmiyyətin dövləti-mütəşəkkil həyatı  şəraitində  hüquq və  dövlətin zəruri 



əlaqəsini ifadə  edir. Belə  hüquq-qnoseoloji  izahın  mənasına  görə, dövlət 

hüquqi institut, hüquqi qanunun t

əsbiti və  müdafiəsi üçün ümuməhəmiyyətli 

hüququn ümumm

əəcburi qanun səviyyəsinə yüksəldilməsi üçün zəruri institut 

kimi çıxış edir. Belə yanaşmaya görə, zorakılıq yalnız hüquqi qanunun dövlət 

sanksiyası formasında hüquqa uyğundur. 

Hüququn v

ə  qanunun (pozitiv hüququn) fərqinin və  nisbətinin hüquqi-

idraki modeli hüquq n

əzəriyyəsi və təcrübəsi sahəsində bütün önəmli uğurların 

əsasında  durur.  Məhz belə  qnoseoloji mövqedən  insanın  ayrılmaz  hüquq  və 

azadlıqları, hüququn hökmranlığı, hüquqi qanun, hüquqi dövlət və s. ideyalar 

v

ə prinsiplər ifadə olunmuş, sonra isə rəsmən tanınmış və inkişaf etmiş milli 



hüquq sisteml

ərində və beynəlxalq hüquq aktlarında qanunvericilik qaydasında 

t

əsbitini  tapmışdır.  Belə  yuridik  hüquq  anlamı  ilə  hüququn insani ölçüsü, 



hüquqi d

əyərlər, zoraki qanunun və  zoraki idarəetmə  üsullarının,  siyasi 

hakimiyy

ətin  təşkilinin  və  həyata keçirilməsinin zoraki tipinin antihüquqi 

mahiyy

əti məsələsinin qoyuluşu ilə bilavasitə bağlıdır. 



Hüquqi  qnoseologiyanın  predmet  sahəsi spesifik sosial obyekt kimi 

hüququn d

ərkinin nəzəri problemlərini  əhatə  edir.  Hüquqi  qnoseologiyanın 

əsas vəzifəsi hüququn dürüst dərkinin ilkin şərtlərinin öyrənilməsindən, hüquq 

v

ə hüquqi təzahürlər haqqında həqiqi biliyin əldə edilməsindən ibarətdir. 



Hüquq f

əlsəfəsinin nəzərdən keçirilən konsepsiyası çərçivəsində hüquqi 

qnoseologiyanın  hüquq  ontologiyası  və  aksiologiyası  ilə  ümumi  əsası  və  sıx 

əlaqəsi  bununla  şərtlənir ki, onlar eyni libertar-hüquqi  hüquq  anlamının 

müxt

əlif aspektlərini ifadə edirlər. 



Hüquq v

ə qanunun nisbəti problemi də hüquqi qnoseologiya baxımından 

aparıcı əhəmiyyətə malikdir. Hüquqi qnoseologiyanın ilkin mövqeyi və aparıcı 

ideyası  qüvvədə  olan hüquqa idraki münasibətdən, onun obyektiv təbiətinin 

n

əzəri cəhətdən qiymətləndirilməsinə, rolunun və təyinatının aydınlaşdırılması-



na, onun h

əqiqətinin dərkinə cəhd göstərməsindən ibarətdir. Hüquq təlimlərinin 

n

əzəriyyəsi və tarixi göstərir ki, bu idrak yolu təbii və pozitiv hüququn nəzəri 



d

ərki və  öyrənilməsi sahəsində  zəruri  fikrin  ilkin  şərti və  ilkin idrak sxemi 

qismind

ə fərqləndirilməsinə gətirib çıxarır. 



T

əbii və  pozitiv hüququn fərqləndirilməsi hüquq fikri tarixində  faktiki 

mövcud  pozitiv  hüquq  haqqında  nəzəri  refleksiyanın  qnoseoloji  baxımdan 

z

əruri forması və belə refleksiyanın nəticələrinin təsbitinin adekvat üsulu kimi 



çıxış edir. 

Qanunun h

ər  hansı  nəzəri dərki onun rəsmi  mövcudluğu və  empirik 



 

105 


m

əzmunu ilə kifayətlənməyərək, onun obyektiv əsaslarının və keyfiyyətlərinin, 

hüquqi m

ənasının  və  əqləuyğunluğunun,  hüquqi  təbiətinin və  mahiyyətinin 

axtarışında labüd surətdə dərk olunan obyektdən abstraksiya olunur və nəzəri 

d

ərketmə və öyrənməsinin nəticəsi kimi fikrən onun modelini qurur. 



Ontoloji  baxımdan  hüququn  və  qanunun fərqləndirilməsi  konsepsiyası 

“hüquq n


ədir?”  sualını  cavablandırarkən, hüququn obyektiv mahiyyət 

xass


ələrini açıqlamağa imkan verir. 

H

əmin xassələrin  qanunda  mövcudluğu  onu hüquqi təzahür, yəni 



hüququn mahiyy

ətinə  uyğun  təzahür, hüquqi mahiyyətin zahiri təzahürü və 

gerç

əkləşməsi kimi xarakterizə etməyə imkan verir. 



Aksioloji  baxımdan  həmin konsepsiya hüquq dəyərlərinin obyektiv 

t

əbiətini və spesifikliyini açıqlayır. 



Hüqu

q  lazımlılığın  xüsusi  forması,  məqsəd və  dəyər  başlanğıcı  kimi 

faktiki mövcud qanunun v

ə dövlətin dəyər-hüquqi əhəmiyyətini müəyyən edir. 

N

əzəri-idraki  baxımdan  bu  konsepsiya  hüququn  müəyyən  anlayışı 



şəklində  qanun  haqqında  biliyin  və  həqiqətin nəzəri dərkinin və  ifadəsinin 

z

əruri qnoseoloji modeli kimi çıxış edir. 



Bel

əliklə, həminn konsepsiya hüquq haqqında sadə rəydən həqiqi biliyə - 

quq haqqında həqiqət biliyinə, hüququn anlayışına, yəni hüququn obyektiv 



xass

ələri, təbiəti, mahiyyəti, hüququ və təzahür formaları haqqında nəzəri bi-

liy

ə idraki keçid prosesini ifadə edir. Bu mənada hüquq və qanunun nisbətinin 



v

ə  fərqinin və  müxtəlif  versiyaları  və  variantları  hüquq  anlamının  müəyyən 

qnoseoloji kimi hüquqa n

əzəri yanaşmanın, nəzəri-hüquqi fikir sahəsində tarixi 

t

ərəqqinin yaranmasının, dərinləşməsinin və inkişafının mərhələləri və pillələri 



kimi çıxış edir. 

Hüquqi qnoseologiya ç

ərçivəsində hüququn və qanunun fərqləndirilməsi 

onların nisbətinin bütün mümkün formalarını nəzərdə tutur və ehtiva edir. Eyni 

m

əntiq hüquq və dövlət arasında münasibətlərə tətbiqən qüvvədədir və hüquqi 



qnoseologiya  baxımından  hüquqi  və  antihüquqi bütün diapazonunda izah 

olunur. 


Hüquqi qnoseologiyanın ümumi çərçivəsi daxilində hüququn və qanunun 

f

ərqləndirilməsinin müxtəlif konsepsiyaları  qnoseoloji  baxımdan  da  spesifik 



xüsusiyy

ətlərə malikdir. 

Bel

ə  ki,  hüquqi  yusnaturalizm  konsepsiyalarında  əsas qnoseoloji səylər 



t

əbii hüququn bu və ya digər versiyanın təsdiqinə və onun qüvvədə olan pozitiv 

hüquqdan ayrılmasına və qarşılaşmasına yönəlmişdir. 

Bel


ə  yanaşmada  hüquqi  qanun  ideyasının  özü  və  bütövlükdə  təbii və 

pozitiv  hüququn  qarşılıqlı  əlaqəsinin aspektləri, qüvvədə  olan təbii hüququn 

müdd

əalarına və tələblərinə uyğunlaşdırılması problemləri və s. məsələlər diq-



q

ət mərkəzindən kənarda qalır. Bu mənada demək olar ki, hüquqi yusnatura-

lizm nümay

əndələrini qüvvədə  olan hüquq və  onun təbii hüquq tələblərinə 

müvafiq sur

ətdə təkmilləşdirilməsindən daha çox təbii hüquq və onun “həqiqi 

hüquq” kimi t

əsdiqi maraqlandırır. 




 

106 


Hüquqi yusnaturalizm

ə  xas olan iki paralel mövcud olan rəqib hüquq 

sistemi - h

əqiqi, təbii hüquq və rəsmi (pozitiv) hüquq haqqında təsəvvür məhz 

buradan  qaynaqlanır.  İki  eyni  vaxtda  mövcud  olan  hüquq  sisteminin  bu 

dualizmi v

ə  paralelizmi bütövlükdə  təbii-hüquqi təsəvvürlərin təsiri  altında 

qalan f


əlsəfi-hüquqi konsepsiyalarda aradan qaldırır, lakin təbii hüquq dedikdə 

hüququn ideyası, mənası, mahiyyəti və s. nəzərdə tutulur. Düzdür, hüququn və 

qanunun f

ərqləndirilməsinin bu fəlsəfi  konsepsiyalarında  da  hüquq  ideyası 

hüquqi yusnaturalizmd

ə  olduğu  kimi  qüvvədə  olan hüquqi qismində  çıxış 

etm

əsə də, hüquqi qanunun anlayışına çatdırılmır. 



Libertar hüquq anlamı konsepsiyasında vəziyyət fərqlidir, burada diqqət 

m

ərkəzində  məhz hüquq və  qanunun  əlaqəsi, hüququn obyektiv xassələrinin 



qanunun mahiyy

ət xassələri və  qanunun hüquqi keyfiyyətinin  meyarı  kimi 

d

ərki və izahı problemləri, hüquqi qanunun anlayışının işlənilməsi məsələləri 



v

ə  s. durur. Bu isə  hüquqi-qnoseoloji  yanaşma  baxımından  hüquq  və  qanun 

haqqında  həqiqət qismində  hüquqi qanunun təbiəti, xassələri və  xarakteristi-

kası, onun qüvvədə olan qanun kimi təsdiqinin ilkin şərtləri haqqında obyektiv 

elmi kimi çıxış edir. Belə hüquqi-qnoseoloji yanaşma özünün təbiəti etibarilə 

obyektiv  olan  hüququn  formalaşması  prosesinin  və  qanunun ifadəsi üzrə 

subyektiv prosesin f

ərqini və  nisbətini  aşkara  çıxarmağa  və  hüququn 

pozitivl

əşməsini hüquqi tənzimlənmənin konkret sahələrinə və münasibətlərinə 

t

ətbiqən hüquqi formal bərabərlik prinsipinin normativ konkretləşdirilməsindən 



ibar

ət yaradıcı proses kimi təhlil etməyə imkan verir. 

Dövl

ət  anlayışına  qısa  olaraq  xarakteristika  versək onda qanuni olaraq 



əyyən edilən hüquqi-konstitusion qayda və normaların başlıca prinsip olaraq 

əsasında qurulan və bu çərçivədə fəaliyyət göstərən hüquqi dövlət adlandırmaq 

olar. M


əhz hüquqi dövlət dedikdə eyni zamanda strukturun, yəni quruluş, idarə 

formaları və siyasi rejimlərin də normalara müvafiq olması mütləqdir. Belə ki, 

bu cür dövl

ət sözün əsl mənasında liberal qanunvericiliyə, demokratik icraedici 

v

ə  konstitusion hakimiyyətə,  insanların  bütüb  təbii və  əvtəndaş  hüquqlarını 



t

əmin edən və  eyni zamanda onlara hörmət edən hüquqi normalara və 

insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malikdir. 

Hüquqi dövl

ət və vətəndaş cəmiyyəti. Nə dərəcədə doğrudur və labüddür 

bunların birgə vəhdət təşkil etməsi? 

Müasir demokratikl

əşmə  şəraitində  bu vəhdətin vacib, ən  başlıca  şərt 

olduğunu  söyləmək bu suala konkret olaraq cavab vermək deməkdir. Çünki 

v

ətəndaş cəmiyyəti və hüquqi dövlət demokratiyanın əsasında duran və onun 



dinamiklik s

əviyyəsini göstərən əsas ilkin amilidir. 

Ümumiyy

ətlə  dövlət ilə  cəmiyyət hər zaman eynilikdə  götürülmüş  və 



buna  haqq  qazandırmaq  üçün  əslində  vətəndaş  cəmiyyətini siyasi cəmiyyət 

adlandırmışlar.  XVII  əsrə  qədər cəmiyyət  anlayışı  dövlətdən  ayrılmırdı.  İlk 

d

əfə  olaraq vətəndaş  cəmiyyətini siyasi cəmiyyətdən  ayıran  C.Lokk  hesab 



edirdi ki, dövl

ət cəmiyyətə  təsir etməməli,  əksinə  onu öz təsirindən 

qorumalıdır.  Lokk  xüsusi  mülkiyəytin tərəfdarı  idi  və  haqlı  olaraq  iqtisadi 



 

107 


münasib

ətlərin doğurduğu mühiti dəstəkləyirdi. T.Hobbs da “Dövlət və cəmiy-

y

ət bölünür” deməklə bu ideyanın tərəfdarı kimi çıxış edir və bu istiqamətdəki 



Russo, Monteskyö n

əzəriyyələri ilə razılaşırdı. Onlar vətəndaş cəmiyyətindən 

danışarkən hakimiyyətin bölgü prinsiplərinə də münasibət bildirirdilər. Bölgü 

prinsipi dövl

ətin və  hakimiyyətin  simasını  dəyişir,  parlament  və  məhkəməni 

gücl


əndirir,  avtonomluq  verir.  Əlbəttə  ki, parlament və  məhkəmə  də 

gücl


əndikcə vətəndaş cəmiyyətinin inkişafına gətirib çıxarır. 

V

ətəndaş  cəmiyyəti  haqqında  olan  təsəvvürlərin kökləri Qərb siyasi 



n

əzəriyyəsi və sosial fəlsəfəsinin ənənələrinə dayanır. 

İlk dəfə XVIII əsrdə irəli sürülən vətəndaş cəmiyyəti anlayışı XIX əsrdə 

dövl


ət müdaxiləsindən kənarda mövcud sosial qurumu xarakterizə  edən 

m

əfhum kimi  öz  yerini  almışdı.  Vətəndaş  cəmiyyəti nəzəriyyəsi  haqqında 



zaman-zaman müxt

əlif fikirlər mövcud olmuşdur. 

İlk  başlanğıcda  fəlsəfi konsepsiya kimi yaranan vətəndaş  cəmiyyəti 

ideyası tədricən Qərbdə siyasi fikrin və azadlıq hətəkatının mərkəzi probleminə 

çevrildi. 

V

ətəndaş cəmiyyəti heç bir təşkilati mərkəzə malik olmayan cəmiyyətdir. 



V

ətəndaş cəmiyyətini təşkil edən təşkilatlar və birliklər öz-özünə yaranır. XVII 

əsrin  ortalarında  T.Hobbs  “Vətəndaş  haqqında”  (1642)  və  “Leviafan” (1651) 

adlı  əsərlərində  vətəndaş  cəmiyyətinə  dair irəli  sürmüşdür.  Sonralar  vətəndaş 

c

əmiyyətinə,  onun  azadlıq,  hüquq,  borc,  əxlaq, mülkiyyət problemlərinə  dair 



konsepsiyanı  ən görkəmli mütəfəkkirlərdən  C.Lokk,  J.J.Russo,  İ.Kant  və 

başqaları  işləyib  hazırladılar.  İ.Kant  qeyd  edirdi  ki, bu və  ya digər fərdin 

azadlığı ilə hamının azadlığının nisbətində başlıca amil vətəndaş cəmiyyətinin 

formalaşmasıdır. V.P.Puqaçev və A.İ.Solovyov isə yazırdı ki, Vətəndaş cəmiy-

y

əti azad və bərabər hüquqlu fərdlərin bazar və demokratik hüquqi dövlətçilik 



şəraitində  dövlət vasitəsilə  tənzimlənməyən  qarşılıqlı  münasibətlərinin 

çoxc


əhətliliyidir. Vətəndaş cəmiyyəti aşağıdan öz-özünə təşəkkül tapan ictimai 

orqanizm olmaqla xüsusi m

ənafelərin və  fərdçiliyin  azad  oyun  sferasıdır. 

K.S.Hacıyevə  görə  mülkiyyətin milliləşdirilməsi hökmən vətəndaş  cəmiyyə-

tinin millil

əşdirilməsinə  gətirib  çıxarır.  Buna  görə  aydındır  ki,  vətəndaş 

c

əmiyyəti və  hüquqi dövlət bir-birini  şərtləndirir və  biri digəri üçün həhyat 



qabiliyy

əti şəraiti yaradır, lakin bir-birini əvəz etmirlər (2,257). 

Q.F.Slesarova v

ətəndaş  cəmiyyətinə  belə  tərif verir ki, Vətəndaş 

c

əmiyyəti demokratik dövlətdə formalaşan və inkişaf edən insan birliyi olub iki 



c

əhəti ifadə edir: 1) cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında könüllü 

yaranan qeyri-dövl

ət  strukturlarını  (birliklər, təşkilatlar,  assosiasiyalar, 

ittifaqlar, m

ərkəzlər, klublar, fondlar və s.) və 2) iqtisadi, siyasi, sosial, mənəvi, 

dini v

ə digər qeyri-dövlət münasibətlərinin məcmuu. 



1) bunu dem

ək olar: vətəndaş cəmiyyəti yüksək inkişaf etmiş demokratik 

c

əmiyyətin əlamətidir. 



2) v

ətəndaş  cəmiyyətini təşkil  edən birliklər vətəndaşların  iqtisadi, 

hüquqi, m

ədəni və digər mənafelərini təmin etmək məqsədilə yaranır. 




 

108 


3) v

ətəndaş cəmiyyətini əmələ gətirən bütün təşkilatlar dövlət vasitəsilə 

deyil, v

ətəndaşların  özü  və  müəssiələr tərəfindən  yaradılır,  dövlətə 

münasib

ətdə müstəqil xarakter daşıyır. 



V

ətəndaş cəmiyyəti probleminə dair müxtəlif təsəvvürləri ümumiləşdir-

m

əklə onunla dövlətin nisbətinə dair bir neçə konseptual müddəalar söyləmək 



olar: 

1.

 



“v

ətəndaş  cəmiyyəti” və  “dövlət”  anlayışları  müxtəlif cür səciyyə-

l

ənir. Cəmiyyətin bir-birilə daxili əlaqəsi olan, bir-birini tamamlayan 



t

ərəfləridir, vahid ictimai orqanizmin ünsürləridir. 

2.

 

v



ətəndaş cəmiyyəti siyasi sistemin əsasında durur, dövlət onunla şərt-

l

ənir və  müəyyən olunur. Öz növbəsində  dövlət təsisat olmaq eti-



baril

ə vətəndaş cəmiyyətinin varlığı və fəaliyyəti üçün şərait yaradır. 

3.

 

dövl



ət vətəndaş  cəmiyyətinin ifadəsidir,  onun  varlığının  inikasıdır. 

V

ətəndaş  cəmiyyəti fərdi,  qrup  halında  və  regional mənafelərin 



t

əzahürü  sferasıdır.  Vətəndaş  cəmiyyətinin tələbləri dövlətin iradəsi 

say

əsində reallaşır. 



4.

 

v



ətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa (öz üzvlərinin 

f

əaliyyəti, təşəbbüskarlığı  mənasında)  dövlətin demokratikliyi üçün 



bir o q

ədər meydan açılır. 

M.Valtserin fikrinc

ə, O dövlət məfhumundan, istənilən təzyiq və təsirdən 

azad, ticari h

əyat  uğrundakı  axtarışların  nəticəsi olaraq müxtəlif dəyərlərin 

c

əmidir. A.Smitə  görə  isə  vətəndaş  cəmiyyəti təbii istəklə  və  bir-biri ilə 



ünsiyy

ətdə olmaq mühitidir (10, 203). 

V

ətəndaş  cəmiyyətinin  əsasını  cəmiyyətdəki qeyri-siyasi və  iqtisadi 



münasib

ətlər təşkil  edir.  Yəni vətəndaş  cəmiyyəti heç də  siyasi cəmiyyət 

dem

ək  deyil.  Buradakı  vətəndaşların  da  siyasi  fəallığı  siyasi  sosiallaşma 



prosesidir ki, bu da 

onların  yaratmış  olduqları  müxtəlif biliklər vasitəsi ilə 

(partiya, klub, dini qurum, h

ərəkatlar, kooperativ-işgüzar  assosiasiyalar) 

v

ətəndaş ilə dövlət arasında əlaqə yaradır. 



Ümumiyy

ətlə bu cəmiyyəti həm musiqi, həm mülki, sivil, həm də iqtisadi 

mühit ki

mi  adlandırmaq  olar.  Vətəndaş  cəmiyyəti  hüquqi  baxımdan  azad 

f

ərdlər birliyinə əsaslanır. Dövlətin birbaşa müdaxiləsi yoxdur. Lakin bu mühit 



dövl

ətin  buradakı  vətəndaşların  hüquqlarını  müdafiə  edən  qanunları  ilə  tən-

ziml

ənir. Buradakı vətəndaş azaddır və bu azadlıq və özünüifadə hüququ ona 



tanınır. Kantın da dediyi kimi vətəndaş cəmiyyətindəki insanlar dövlətdən asılı 

deyil v


ə  tam sərbəstdirlər. Yəni vətəndaş  cəmiyyəti müstəqil, eyni zamanda 

f

əal insanlardan ibarət, dövlət və  hakimiyyət  istibdadından  kənar,  liberal 



qanunlar vasit

əsilə tənzimlənən özünü ifadə mühitidir. 

C

əmiyyətə birmənalı təsirsiz hüquqi dövlət doğrudan da vətəndaş cəmiy-



y

ətinə  real  imkan  yaradır.  Belə  ki, avtoritar rejimdə  vətəndaş  cəmiyyətinin 

mövcudluğu abstraktdır. Lakin hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi 

c

əhətdən müstəqil insan kütləsi məkanında  vətəndaş  cəmiyyətinin  olması 



mümkündür. V

ətəndaş  cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir. Bura siyasi 




 

109 


elitanın “söz köçürməsi” cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq 

ki, onun öz

əyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlər-

d

ən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda pro-



sesin bir-biri il

ə  labüd  bağlılığı  göz  önündədir.  Kantın  da  dediyi  kimi, 

ümumdüny

əvi vətəndaş cəmiyyətinin formalaşması demokratiyanın yaranması 

dem

əkdir (6, 43). 



Düzdür qeyri-

demokratik  şəraitdə  də  cəmiyyət mövcuddur. Lakin bu 

c

əmiyyət hakimiyyət  strukturlarının  nəzarəti  altında  olur  və  onlara hesabat 



verir. M

əsələn avtoritar rejimdə əgər vətəndaş cəmiyyətini təşkil edən qrumlar 

dövl

ət tərəfindən təsdiq edilir, birbaşa onun nəzarəti altına alınarsa, demokrati-



ya şəraitində cəmiyyət nəzarətdən azaddır və əksinə, cəmiyyət yox, dövlət ona 

hesabat verir. Bir sözl

ə: vətəndaş cəmiyyəti yalnız yüksək inkişaf etmiş hüquqi 

dövl


ət çərçivəsində  fəaliyyət göstərə  bilər. Belə  dövlət vətəndaş  cəmiyyətinə 

“qanunun qadağan etmədiyi hər işi görməyə” imkan verir, ona şərait yaradır, 

quqlarını müdafiə edir. Vətəndaş cəmiyyəti isə öz növbəsində ölkə qanun-



larına riayət edir. Əslində bu göstəricilər arasında tam demokratik əlaqə var və 

bu iki t


ərəfə də xeyir verir. Yəni vətəndaş cəmiyyəti dövlətdən asılı deyil lakin 

onunla m


əqsədinə doğru “qarşılıqlı anlayış” şəraitindən fəaliyyət göstərir. 

V

ətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafı deməkdir. Bu iki tərəfin 



inkişafı  isə  siyasi  sistemin  inkişafıdır.  O  siyasi  sistemin  ki,  o  vətəndaş 

c

əmiyyətinə dövlət müdaxiləsinin qarşısını alır. Deməli nəticədə istər vətəndaş 



c

əmiyyətinin, istərsə  də  hüquqi dövlətin  mövcudluğu üçün hər ikisinin birgə 

v

əhdət təşkil etməsi mütləqdir. 



 

ƏDƏBİYYAT 

1.

 



Aristotel. Politika. Bakı: BDU, 1997, 280 s. 

2.

 



Davletşina N.V., Kimlika B.B., Klark R.C., Rey D.U. “Demokratiya: dövlət və cəmiyyət”. 

Bakı: 1999, 385 s. 

3.

 

Lazerov V.V. “Ümumi hüquq v



ə dövlət nəzəriyyəsi”. Bakı: Qanun, 2007 (tərcümə), 461 s. 

4.

 



Platon. Dövl

ət. Bakı: Təbib, 1999, 358 s. 

5.

 

Əfəndiyev M. “Siyasi elm”. Bakı: Siyasət, 2010, 860 s. 



6.

 

Babaoğlu H. “İnsan hüquqları və azadlıqları”. Bakı: Elm, 2006, 241 s. 



7.

 

Hacızadə H. Demokratiya: Gediləsi uzun bir yol. Bakı: Elm, 2002, 445 s. 



8.

 

Dr. F



ərhad Mehdiyev. Nəzəriyyə və təcrübədə insan hüquqları. Bakı: Adiloğlu. 2009, 988 s.  

9.

 



Nağıyev F. Konstitutsiya hüququ. Bakı: Qanun, 2009, 147 s. 

10.


 

Xropanyuk V.N. “Dövl

ət və hüquq nəzəriyyəsi”. Bakı: Elm, 2009 (tərcümə). 

 

ГНОСЕОЛОГИЯ, ОПЫТ И ТРАДИЦИИ В СОЗДАНИИ  



ПРАВОВОГО ГОСУДАРСТВА 

 

Г.Г.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В работе широко рассматриваются проблемы сущности государства, воззрении о 



правовом  государстве,  юридической  гносеологии.  Также  анализируются  условия 

формирование  правового  государства  и  принципы  его  существования.  Автор 




 

110 


рассматривает  формирования  правового  государства  в  процессе  воздействия  на  него 

опыта  и  традиций,  психологии  того  или  иного  народа.  Особое  внимание  уделено 

проблеме взаимоотношений государства и граждан.  

 

Ключевые  слова:  государство,  право,  закон,  гражданин,  общество,  свобода, 

власть 

 

JURIDICAL PSYCHOLOGY, EXPERIENCE AND TRADITIONS AND CUSTOMS  



IN THE ESTABLISHMENT OF A JURIDICAL STATE 

 

H.G.MAMMADOV 

 

SUMMARY 

 

The paper studies the essence of juridical state, views about juridical state and juridical 

gneseology, as well as the role of the establishment of a juridical state, its existence conditions, 

and experience in its development. Besides, the principles of existence of a civil society and 

juridical state have got their expression in the presented article.  

 

Key words: state, law, citizen, society, freedom, government, juridical 



 

 

 



 

Yüklə 126,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə