Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 59,57 Kb.
Pdf görüntüsü
tarix05.03.2018
ölçüsü59,57 Kb.
#29881


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

 

UOT 553.3/4:553.2 

 

BÖYÜK QAFQAZ MEQANT

İKLİNORİUMUNUN  

DURUCA T

İKİŞ ZONASINDA AŞKARLANMIŞ PERSPEKTİVLİ 

ZONALAR VƏ NƏCİB METALLARA AXTARIŞ KRİTERLƏRİ  

 

R.R.NƏZƏROVA  

Bakı Dövlət Universiteti 

nazarovaramila@gmail.com  

 

Məqalədə  Böyük  Qafqazın  cənub  yamacının  Azərbaycan  hissəsində  aparılan  geoloji-



planalma  və  axtarış  işlərinin  nəticələri  barədə  məlumatların  təhlili  əsasında  Duruca  tikiş 

zonasında müxtəlif tərkibli filizləşmə qeyd olunmuş  Küngüt, Baş Küngüt, Daşağıl, Bədəldərə, 

Başlay, Qızılqaya, Ağlıq, Filfili, Həmzəli, Şərqi Qırxbulaq, Qalacıq-Dəstəmazçay, Xalxal təza-

hürləri haqqında informasiya verilmişdir. Həmçinin mis-molibden, kükürd kolçedanı tərkibli və 

sink, qurğuşun, qızıl, gümüş daşıyan filizlərdə faydalı komponentlərin tutumları göstərilmişdir.  

Ayrı-ayrı  vaxtlarda  aparılmış  geoloji  -  kəşfiyyat  işləri  nəticəsində  bir  sıra  geoloji 

faktorlar və axtarış kriteriləri müəyyənləşdirilmişdir

 

Açar sözlər: Böyük Qafqaz, Duruca tikiş zonası, perspektivli zonalar, nəcib metallar 

 

Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində aparılan geoloji 



planalma,  axtarış,  kəşfiyyat  işləri  nəticəsində  geniş  nailliyyətlər  əldə  edilmiş, 

müxtəlif metal filizlərinin harada  yayılması və ola biləcəyinə istiqamət verən 

bir sıra struktur-litoloji bölgülər ayrılmışdır. 

Tfan struktur-formasiya zon

ası Böyük Qafqaz meqantiklinoriumunun ən 

böyük  struktur  elementi  olub,  Yura  çöküntülərindən  təşkil  olunmuşdur.  Bu 

zona Filizçay, Kasdağ, Mazımçay, Saqator, Katex kimi kolçedan-polimetal və 

mis-


kolçedan yataqlarının formalaşmasında mühüm yer tutur. 

Tfan struktur-

formasiya  zonasının  ən  aşağı  yarım  zonası  Duruca  tikiş 

zonası ilə qurtarır. 

Duruca tikiş zonası müxtəlif tərkibli filizliliyi ilə xarakterizə olunur və bir 

sıra  perspektivli  təzahürləri  özündə  cəmləşdirir.  Misal  olaraq  Küngüt,  Baş 

Küngüt,  Daşağıl,  Bədəldərə,  Başlay,  Qızılqaya,  Ağlıq,  Filfili,  Həmzəli,  Şərqi 

Qırxbulaq, Qalacıq-Dəstəmazçay və Xalxal təzahürlərini qeyd etmək olar.  



Küngüt mis-

molibden  təzahürü  Küngütçayın  yuxarı  axınında  Duruca 

strukturunu cənubdan əhatə edən dərinlik qırılması boyu izlənilən mis, molib-

den və polimetal filizləşməsindən ibarətdir. Yan süxurlar gil şistləri, tuflar, tuf 

 

138 




qumdaşları və silisiumlu əhəngdaşlarından ibarətdir. 

Götürülmüş sınaqlarda 0,018-0,049 % molibden; 0,1% mis; 0,1-0,37 % 

sink; 0,12-

0,17 % qurğuşun; 0,4-1,4 q/t qızıl olduğu müəyyən edilmişdir. 



Baş  Küngüt  mis-molibden  təzahürü  Küngütçayın  orta  axınında  Baş 

Küngüt kəndi yaxınlığında, Küngütçay-Zəyzitçay arası sahədə bir-birinə yaxın 

ümumqafqaz  istiqamətli  tektonik  pozulmalar  boyu  izlənilən,  hidrotermal 

dəyişilmiş, limonitləşmiş Üst Valanjin yaşlı tufalevrolit, tufqumdaşları və tuf-

kon

qlameratlarda  yerləşən  zonalardan  ibarətdir.  Birinci  zonada  0,075  %  mo-



libden; 0,8 q/t qızıl; 8,0 q/t gümüş təyin  edilmişdir. Qalan zonalarda 0,4 q/t-

qızıl; 0,1-0,37 % mis; 0,1-0,4 % sink; 0,1-0,2 % qurğuşun aşkar edilmişdir. 



Daşağıl mis-molibden təzahürü Daşağılçayın sağ sahilində, Baş Daşağıl 

kəndinə  yaxın,  Vəndam  struktur-formasiya  zonasının  Senoman  və  Turon 

Konyak yaşlı karbonatlı süxurların tektonik təmaslarında turş tərkibli intruziv, 

effuziv süxurlarda və bu süxurlarla yan süxurların təmaslarında, Daşağıl əyil-

məsi tektonik strukturasının mərkəz hissəsində yerləşir. Burada dörd filizləşmə 

zonası aşkar olunmuş və 0,064-0,12 % molibden; 0,3% mis; 0,8 q/t qızıl; 6,4 

q/t gümüş təyin edilmişdir. 

Bədəldərə kükürd kolçedanı molibden təzahürü Duruca struktur-for-

masiya zonasını cənubdan əhatə edən Qaynar qırılması boyu Daşağılçayın sol 

qolu Bədəldərənin  yuxarı axınlarında, Qaynar dərinlik qırılması ilə cənubdan 

Senoman yaşlı əhəngdaşlarında, tufalevrolitlərdə və tufqumdaşlarında rast gə-

linir.  Molibdenin  miqdarı  0,09  %;  ayrı-ayrı  sınaqlarda  0,013-0,015  %  təşkil 

edir. Mis, sink və qurğuşunun tutumu azdır.  



Başlay təzahürü Qaşkaçay və Şinçay arasında  Başlay stansiyasından  1 

km şimal şərqdə yerləşir. Burada molibden-kolçedan-polimetal təzahürü terri-

gen-

karbonat tərkibli süxurlarda yerləşir. Başlay təzahüründə əsasən 3 filizləş-



mə zonası müşahidə olunur ki, burada da 0,1-1,2 % mis; 0,002-0,06 % molib-

den; 0,03-

0,8  %  qurğuşun;  0,04-09 % sink; 12 q/t-a  qədər  gümüş  müəyyən 

edil


mişdir. 

Qızılqaya təzahürü Küngütçayın sağ qolunda, Qoturçayın yuxarı axınla-

rında  yerləşir. Yer səthində minerallaşma zonası 2,0 km məsafədə izlənib və 

götürü

lən  əksər  sınaqlarda  əyar  analizlə  qızılın  tutumu  0,4-3,2  q/t  müəyyən 



edil

mişdir.  Filiz  saxlayan  süxurlar  qismən  qrafıtləşmiş,  pirit  və  başqa  sulfıd 

mineralları ilə zənginləşmiş gil şistlərindən ibarətdir. Bu süxurlarda pirit ümu-

mi kütlənin 3-8 %-ni təşkil edir 



Ağlıq  təzahürü  də  eyni  tərkibli  süxurlarda  kvars  və  sulfıdlərlə  zəngin-

ləşmə zonası kimi yer səthində fasilələrlə 5,0 km məsafədə izlənilmişdir. Zo-

nanın qalınlığı 3-15 m arasında dəyişir. Sınaqlaşdırma işləri nəticəsində 0,02-

0,05 % mis; 0,1-0,4 % sink; 0,05-

0,01 % qurğuşun; 0,2-9,75 q/t qızıl; 5,4-8,8 

q/t  gümüş  müəyyən  edilmişdir.  Ağlıqçayın  aşağı  axınlarında  şlixlərdə  qızıl 

nişanələri aşkar olunmuşdur. 

Filfili təzahürü yer səthində Xalxalçay və Filfiliçay arası sahədə 1000-

1400  m  yüksəklik  fərqi  ilə  2,0  km  məsafədə  sabit  izlənir.  Qalınlıq  10-20 m 

 

139 



arasında dəyişir. Qızılın tutumu 0,6-3,2 q/t təşkil edir.  

Həmzəli  təzahürü  Həmzəçayın  ilk  sağ  qolu  və  əsas  dərəsi  arasında 

Duruca  strukturu  hüdudlarında  yerləşir.  Burada  3  minerallaşma  zonası  aşkar 

edilmişdir. 

I zona 

qalınlığı 0,8-13,0 m olmaqla yer səthində 2,0 km məsafədə uzanır. 

Bu  zonada  qızıl  və  gümüş  qeyri-bərabər  paylanır  və  onların  tutumu  uyğun 

olaraq «iz» -

2,8 q/t və «iz» - 8,8 q/t arasında dəyişir. 

II zona 

sulfıd  minerallaşması  ilə  müşayiət  olunan  qara  rəngli  gil  şist-

lərindən ibarətdir. Zonanın cənubunda iriölçülü (diametri 50-60 sm) yastı kon-

kresiyalar saxlayan horizonta rast gəlinir və bu horizont sahilində Balıqlısuyun 

sağ və sol sahilində uzanma boyu 250 m izlənir, kənarlarda gətirmə süxurlarla 

örtülür. Minerallaşma əsasən pirit tərkibli olub (4-7%), möhtəvilər və yuvacıq-

lardan  ibarət  süxurların  yatımına  uyğun  linza  və  damarcıqlardan  təşkil  olun-

muşdur. Linza və damarcıqların qalınlığı 1 sm-ə qədər olub, hər 10 sm-də 1-4 

dəfə müşahidə olunur. Tək-tək sınaqlarda qızılın tutumu 0,4 q/t aşkar edilmiş-

dir. 


  III zona 

Həmzəliçayın sol sahilində Qaynar dərinlik qırılması boyu aş-

kar edilmiş, intensiv sulfıd fılizləşməsi daşıyan qara rəngli tektonik brekçiya-

lardan ibarətdir.  Zona üzrə 11 m qalınlıqda qızılın tutumu  «izi»  -1,2 q/t ara-

sında  dəyişməklə  orta  tutumu  0,8  q/t,  gümüşün  isə  orta  tutumu  8,8  q/t  təşkil 

edir. Gümüşün tutumu bəzi sınaqlarda isə 40 q/t-a çatır. 



Şərqi Qırxbulaq təzahürü struktur baxımdan Duruca tikiş antiklinalının 

şərq hissəsinə düşür və şimaldan Zəngi, cənubdan Qaynar qırılması ilə hüdud-

lanır. Şərqi Qırxbulaq sahəsində “qara şist”lərdə 3 hidrotermal dəyişmiş zona 

əyyən edilmişdir ki, bunlardan da iki (II və III zonalar) zona nisbətən yük-



s

ək nəticəli hesab olunur: 



II zona üzr

ə qızılın orta tutumu 0,8 q/t, gümüşün isə 7,6 q/t təşkil edir. 

Zonanın uzunluğu 2420 m, eni isə 6 m-dir. 



III zona üzr

ə qızılın orta tutumu 1,04 q/t, gümüşün isə 12,44 q/t təşkil 

edir. Zonanın uzunluğu 8400 m, eni isə 7,0 m-dir. Ümumiyyətlə, götürülmüş 

sınaqlarda qızılın tutumu 3,6 q/t, gümüşün tutumu isə 50,4 q/t-na qədər dəyişir.  

Qızılın zonalar üzrə yayılmasının təhlilinin nəticəsi imkan verir ki, onun 

yüks

ək  tutumu  üzvü  karbon  qalıqlar  ilə  zənginləşmiş  argillitlərdə  müşahidə 



olunur. Bu s

əbəbdən, gilli siderit konkresiyalarında qızılın yüksək tutuma ma-

lik olması heç də təsadüfü deyildir.  

  

Qalacıq-Dəstəmazçay təzahürü İsmayıllı inzibati rayonunda, Zaqatala 

Qovdağ strukturunun cənub  yamacında, Duruca struktur-formasiya zonasında 

yerləşir. Zonanın geoloji quruluşunda Orta Yura, Tabaşir, Paleogen, Neogen və 

Dördüncü dövr yaşlı çökmə, terrigen-çökmə, vulkanogen və vulkanogen-çök-

mə süxurlar iştirak edirlər. 

 

Qalacıq-Dəstəmazçay  filizləşmə  zonası  yer  səthində  dağ  qazmaları  və 



təbii açılışlarla 10 km-dən artıq məsafədə izlənilmişdir. Lakin zonanın fasiləsiz 

olaraq  3000  m  məsafədə  izlənilməsi  müəyyən  edilmişdir.  Nəcib  metallar 

 

140 



saxlayan zonanın qalınlığı 2,5m-dən 10 m-ədək (orta qalınlıq 4,5 m), tutumu 

isə qızılda 0,4-1,6 q/t, gümüşdə 1,6-6,4q/t arasında dəyişir. 

Filizləşmə zonasında aparılmış axtarış işləri nəticəsində aşağıdakı amillər 

müəyyən olunmuşdur: 

qızıl incə dispers şəklində olmaqla sulfidlərlə bağlıdır;  



qızıl-sulfid formasiyası litoloji stratiqrafik nəzarətlə müşayiət olunur;  

qızılın və gümüşün yerləşməsində aparıcı rol tektonik faktora, ümumiy-



yətlə, qırılma pozulmalarına uyğun gəlir; 

hidrotermal  məhlulların  yuxarı  horizontlara  kanallarla  qalxması  üçün 



Zəngi və Qaynar dərinlik qırılmaları müstəsna rol oynamışdır.  

nəcib metallar əsas etibarı ilə içərisində üzvü qalıqların geniş yayılmış 



olduğu argillit layları ilə əlaqədar toplanmışdır və C

üzvü


 –

nin müəyyən miqdarı 

ilə mütənasibdir.  

   


Xalxal  filiz  təzahürü  Oğuz  rayonu  ərazisinin  Xalxal  kəsimində  yer-

ləşir. Aparılmış axtarış işləri nəticəsində Duruca tikiş zonasının Xalxal kəsimi-

nin mərkəzi hissəsinə, en dairəsinə yaxın istiqamətdə uzanan Aralıq zonasının 

qızıl saxlayan litoloji struktur səviyyəsi müəyyən edilmişdir.  

Qalxma blokunda zonanın parametrləri: uzanma istiqaməti 1700 m; yat-

ma istiqaməti 300 m; qalınlığı 6,2 m; qızılın tutumu 1,28 q/t, gümüşün isə 6,56 

q/t təşkil edir.  

Ayrı-ayrı vaxtlarda aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində bir sıra 

geoloji faktorların və axtarış kriterlərini qeyd etmək olar ki, bunlar da aşağı-

dakılardan ibarətdir: 

-

 

zonanın şimal və cənub sərhədlərində uyğun olaraq Zəngi və Qaynar ki-



mi fılizləşmə üçün əlverişli şərait  yaradan regional dərinlik qırılmalarının ol-

ması; 


-

 

filizləşmə üçün struktur-litoloji cəhətdən əlverişli sayılan zonaların ol-



ması; 

-

 



fılizləşməyə  əlverişli  struktur-litoloji  komplekslərin  eninə  və  uzununa 

qırılmalarla pilləli-blok xarakterli olması; 

-

 

əvvəllər  aşkarlanmış  filiz  təzahürlərinin  və  minerallaşma  nöqtələrinin 



olması: 

 - 


filiz təbiətli geofiziki anomaliyaların olması; 

-

 



Duruca və Vəndam struktur-formasiya zonaları boyu ayrı-ayrı sınaqlar-

da əlvan və nəcib metalların yüksək konsentrasiyalarının təyin edilməsi

-

 

piritli, sulfidli və kvarsla zənginləşmiş süxurların geniş yayılması; 



-

 

Böyük  Qafqazın  cənub  yamacları  üçün  səciyyəvi  olan  fılizdaşıyıcı  və 



fılizyerləşdirici stratiqrafik səviyyələrin mövcudluğu; 

-

 



Vəndam strukturunda fıliz əmələgəlmədə rolu ola bilən maqmatik sü-

xurların yayılması; 

-

 

qızılın toplanmasında böyük rol oynayan üzvi karbon birləşməsi qalıq-



 

141 



ları saxlayan süxurların geniş yayılması; 

-

 



«qara şist» qatı ilə bağlı tapılan yataqların Duruca tikiş zonasındakı tə-

za

hürlərlə oxşarlığı (C üzvinin 3-7% arasında olması), sulfıdlərin ümumi süxur 



kütləsinin 3- 5%- ni təşkil etməsi, qızılla C

üzvü


 

arasında mütənasib bağlılıq. 

Duruca tikiş zonası daxilində ayrı-ayrı kriterilərin müqayisəsi zamanı on-

la

rın  bir  neçəsinin  əhəmiyyətli  və  etibarlı  olduğunu  xüsusi  qeyd  etmək  la-



zımdır. 

Antiklinalın  şarnir  hissəsinə  yaxın  yerlərdə  «qara  şist»lərdə  (məxsusi 

qızıl -0,6- 1,2 q/t) və onun ətrafında bozumtul qara rəngli gil şistləri və qum-

daşı  laycıqlarının  növbələşməsi  qatında  müxtəlif  istiqamətli  çatlarla  dolmuş 

kvars (sarımtıl südlü rəngdə), sulfıd damarcıqları olan qatlarda (epigenetik qızıl 

l-

3,2q/t) qızılın olma ehtimalı daha çoxdur. 



Duruca  və  Vəndam  struktur-formasiya  zonalarının  tektonik  təmasında 

sul


fidlərlə zənginləşmə zonalarında molibdenin tutumu 0,01 -0,03% -dən  yu-

xarı olan yerlərdə səthdə oksidləşmə nəticəsində əmələ gəlmiş qara rəngli qalıq 

materialların toplantılarının olması müşahidə olunur. 

Əsasən bu kriterilərə malik zonaların izlənilməsi qızıl yataqlarının axta-

rışında müsbət nəticələrə gətirib çıxarır. 

Qızıl yataqlarının axtarışında kriterilərdən daha biri qızılın C

üzvü

 

ilə bağ-



lılığıdır. «Qara şist»lərdə C

üzvü


-

nin miqdarı 3-5% ətrafında olduqda qızıllı filiz-

ləşmənin əmələ gəlməsində müsbət rol oynayır. 

 

ƏDƏBİYYAT 

1.

 

Минерально-сырьевые ресурсы Азербайджана. Баку: Озан, 2005, 808 с. (под ре-



дакции В.М.Баба-заде). 

2.

 



В.Н.Нагиев.  Рудные  месторождения  Азербайджанской  Республики.  Баку:  Элм, 

2007, 


596 с. 

 

ПЕРСПЕКТИВНЫЕ ЗОНЫ И ПОИСКОВЫЕ КРИТЕРИИ  



НА ОБНАРУЖЕНИЕ БЛАГОРОДНЫХ МЕТАЛЛОВ  

В ДУРУДЖИНСКОЙ ШОВНОЙ ЗОНЕ МЕГАНТИКЛИНОРИЯ  

БОЛЬШОГО КАВКАЗА 

 

Р.Р.НАЗАРОВА  

 

РЕЗЮМЕ 

 

В статье сообщается о результатах геолого-съемочных и поисковых работ прове-



денных  на  Азербайджанской  части    южного  склона  Большого  Кавказа.  На  основе 

полученных  данных,  установлены  разнообразие  рудоносности  и  в  результате  анализа 

были отмечены Кунгютское, Баш Кунгютское, Дашагильское, Беделдеринское, Башлай-

ское, Кызылкаяское, Аклыгское, Филфилинское, Гамзелинское, Шерги Кырхбулакское, 

Каладжык-Дестемазчайское и Халхалское проявления в Дуруджинской шовной зоне. В 

медно-молибдено-колчеданных,  серно-колчеданных  и  цинк,  свинец,  золото,  серебро-

носящих рудах были определены содержания полезных компонентов. 

 

142 




В  результате  проведенных  в  разные  времена  геолого-разведочных  работ  опреде-

лены ряд геологических факторов и поисковых критериев. 

 

Ключевые  слова:  Большой  Кавказ,  Дуруджинская  шовная  зона,  перспективные 

зоны, благородные металлы 

 

 

PROSPECTIVE ZONES AND SEARCH CRITERIA  

OF THE NOBLE METALS IN THE DURUJA ZONE  

OF THE MAJOR CAUCASUS MEGANTICLINORY 

 

R.R.NAZAROVA  

 

SUMMARY 

 

The  article  studies the  results of  geological survey and search work  conducted  in the 

Azerbaijani part of the Major Caucasus. On the basis of the information, different ore-bearing 

manifestations as Kyungoot, Bash Kyungoot, Dashagyl, Badaldara, Bashlai, Gyzylgaya, Aglig, 

Filfily, Hamzaly, East Girkhboolag, Galadjig, Dastamazchay, Khalkhal  have been defined. 

These ores contain the following minerals: copper-molybdenum, sulfur pyrites, zinc, lead, gold 

and silver. 

 

Key words: Major Caucasus, Duruja zone, prospective zone, the noble metals 

 

Redaksiyaya daxil oldu: 16.02.2015-ci il 

Çapa imzalandı: 23.06.2015-ci il 

 

 

 

143 



Document Outline

  • UOT 553.3/4:553.2
  • BÖYÜK QAFQAZ MEQANTİKLİNORİUMUNUN
  • DURUCA TİKİŞ ZONASINDA AŞKARLANMIŞ PERSPEKTİVLİ ZONALAR VƏ NƏCİB METALLARA AXTARIŞ KRİTERLƏRİ
  • R.R.NƏZƏROVA
  • Bakı Dövlət Universiteti
  • nazarovaramila@gmail.com
  • Açar sözlər: Böyük Qafqaz, Duruca tikiş zonası, perspektivli zonalar, nəcib metallar

Yüklə 59,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə