BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası
2014
UOT631.44.+4
LƏNKƏRAN FİZİKİ-COĞRAFİ VİLAYƏTİNİN MEŞƏ
EKOSİSTEMLƏRİNİN ANTROPOGEN TRANSFORMASİYASI
M.Y.XƏLİLOV, N.Ə. ƏLİYEVA
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
,
Bakı Dövlət Universiteti
mahmud_khalil@rambler.ru
Məqalədə Lənkəran fiziki-coğrafi vilayətinin təbii meşə qurşaqlarında yayılan meşə
ekosistemlərinin müasir vəziyyəti, onların antropogen transformasiyasının səbəbləri,
istiqamətləri və intensivliyi verilir.
Açar sözlər: bioloji müxtəliflik, meşə ekosistemləri, deqradasiya, şiblək
Lənkəran fiziki-coğrafi vilayətinin spesifik rütubətli iqlim və ərazisinin
buzlaşmaya məruz qalmaması burada bir çox istisevər qədim relikt və endem
ağac və kol növlərindən ibarət meşəliklərin qalmasına imkan yaratmışdır.
Regionun nadir meşələri dendroflorasının zənginliyinə görə Qafqazda xüsusi
yer tutaraq, özündə 150-yə qədər ağac və kol növləri cəmləşdirir, onların 36-sı
endem növlər olub, çoxusu Azərbaycanın Qırmızı Kitabına salınmışdır.
Lənkəran təbii vilayətinin üçüncü dövrə aid olan ağac və kol cinslərindən
ipək, yaxud lənkəran akasiyasını, dəmirağacı, hirkan azatağacını, şabalıdyarpaq
palıdı, məxməri ağcaqayını, hirkan şümşadını, ürəkyarpaq qızılağacı, hirkan
əncirini və s. göstərmək olar.
Regionda meşələrin sahəsi 150 min ha təşkil edir. Lakin uzunmüddətli
antropogen amillərin (meşəsizləşdirmə, meşədə hədsiz mal-qaranın otarılması,
ağacların qanunsuz kəsilməsi və s.) təsiri nəticəsində relikt meşələr azalır,
onların bioloji müxtəliflikləri deqradasiyaya uğrayır (kasadlaşır) və ya məhv
edilir, ayrı-ayrı qiymətli növlər sıradan çıxır, təbii meşə sahələri antropogen
ekosistemlərlə (aqrosenozlar, sitrus bağları və s.), müxtəlif təbii-antropogen
qruplaşmalarla (törəmə tipli şibləklər, bozqır və çəmən qruplaşmaları) ilə əvəz
olunur, dağlıq ərazinin və çayların hidroloji rejimi pozulur, meşələrin qoruyucu
funksiyası və rekreasiya əhəmiyyəti azalır.
Lənkəran fiziki-coğrafi vilayətinin meşə örtüyü A.A.Qrosheym (1926),
L.İ. Prilipko (1954), İ.S. Səfərov (1979) və digər tədqiqatçılar tərəfindən
öyrənilmişdir. Onlar Talışın meşə örtüyündə düzən, aşağı (50-600 m), orta
(600-
1200) və yuxarı (1200--m-dən yüksək) dağ-meşə qurşağı ayırmışlar.
152
Talış meşələri yerləşdiyi relyefə görə iki yerə bölünür: düzən və dağ
meşələri. Dağ meşələri ümumi meşə fondunun 98%-ni təşkil edir, bu meşələrin
74%-i 21
0
-
dən çox meylliyi olan yamaclarda yayılmışdır.
Dağlıq ərazidə meşə örtüyü müəyyən şaquli zonallıq üzrə yayılmışdır.
Aşağı dağ-meşə qurşağında (600 myüksəkliyə qədər) şabalıdyarpaq palıd,
dəmirağac və azatağac üstünlük təşkil edən meşəliklər yayılmışdır, tərkibinə ipək
akasiya, hirkan ənciri və yalanqoz da daxil olur. Dağın yuxarı və sirt hissəsində
əsasən vələs, palıd, dərələrdə dəmirağac və vələs-dəmirağac meşəlikləri bitir.
Orta dağ-meşə qurşağında (600-1200 m yüksəklikdə) yamacın bütün
baxarlarında və sirt hissəsində sırf fıstıq və vələs-fıstıq meşələri bitir.
Dağ dərələrində çökəkliklərdə məxməri ağcaqayın, vələs, qarağac,
ürəkyarpaq qızılağacdan ibarət qarışıq meşəliklər yayılmışdır.
Çay dərələrində dəmirağac meşələri, çayboyu isə yalanqoz-qızılağac
meşələri üstünlük təşkil edir. Astara və Lənkəran meşə təsərrüfatları ərazisində
dağ dərələrində əsasən qoz ağacları bitir. Yuxarı dağ-meşə qurşağında (1200-
1800 m) bu meşələri çəmənlər və bozqırlar əvəz edir. Bu çəmənliklər və
bozqırlar əsasən törəmə tipli olub meşəsizləşdirilmiş ərazilərdə yaranmışdır.
Şabalıdyarpaq palıd meşələri. Şabalıdyarpaq palıd (Quercus castanei-
folia
) hirkan mənşəli üçüncü dövr florasının qədim relikti sayılır. Talış meşələ-
rinin əsas edifikator ağac növüdür.
Şabalıdyarpaq palıd meşələri Lənkəran-Astara zonasında geniş areala
malik olub düzən zonadan başlayıb yuxarı dağ-meşə qurşağına qədər yayılmış-
dır. Regionda sahəsi 62 min ha olub ümumi meşə ilə örtülü sahənin 41%-ni
təşkil edir.
Talışın düzən ərazisində şabalıdyarpaq palıd meşəsi çox cüzi sahədə-
Hirkan qoruğunda qalmışdır. Bu meşənin tərkibinə göyrüş, qarağac, azatağac
və vələs daxil olur. Meşəliyin 2-ci yarusunu dəmirağac, 3-cü yarusunu isə
əsasən yemişan, tək-tək alça, əzgil, itburnu, bəzən cır heyva və bigəvər tutur.
Talışın dağlıq hissəsində şabalıdyarpaq palıd meşələri əsasən yamacların cənub
cəhətlərini və suayırıcı hissələrini tutur. Aşağı dağ-meşə qurşağında bu
meşələrin tərkibinə dəmirağac, ipək akasiyası, azatağac, vələs, orta dağ-meşə
qurşağında yalnız azatağac və vələs qarışır. Yamacların çökək hissələrində
qarışıq vələs-palıd meşəsi bitir.
Xanbulaqçay su anbarı ətrafında şabalıdyarpaq palıd meşəsi
Yuxarı dağ-meşə qurşağında şabalıdyarpaq palıd, iberiya palıdı və şərq
palıdı ilə bir yerdə bitir (Belə meşəlik yalnız Viləşçayın yuxarı axını
153
yamacında çox kiçik sahədə qalmışdır (Yardımlı rayonu).
Şabalıdyarpaq palıd məlum olduğu kimi yüksək gövdəli məhsuldar
ağaclıqlar yaradır. Lakin hazırda bu meşələrin, demək olar ki, əksər sahələri
insanın mənfi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə
pozulmuş, digər ağac cinsləri və ya müxtəlif kol qruplaşmaları ilə əvəz
olunmaq mərhələsindədir.
Ta
lışın dağətəyi və aşağı dağ-meşə qurşağında insan tərəfindən pozulmamış
qarışıq palıd - dəmirağacı meşələrinə təsadüf etmək çətindir. İkiyaruslu palıd-
dəmirağac meşələrində uzun müddət mal-qara otarılması və ağacların özbaşına
(qanunsuz) kəsilməsi aşağı mərtəbənin "qələbəsi" ilə nəticələnir, yəni pöhrədən
törəmiş təmiz dəmirağac meşəliyi yaranır, palıd isə sıradan çıxır. Bu prosesi
dəmirağacın vegetativ üsulla intensiv artması qabiliyyəti ilə izah etmək olar.
Dəmirağac kəsilərkən kötükdən çoxlu pöhrə verir, o, həm də kök
pöhrələrilə (bicləri) intensiv çoxalır. Bir hektar pöhrə mənşəli dəmirağac
meşəsində kök və kötükdən törəmiş yeniyetmələrin sayı 60-200 min ədədə
çatır. Bu pöhrələr sürətlə boy ataraq digər ağac cinslərinin yeniyetmələrini
kölgəsi altında sıxışdıraraq sıradan çıxarır. Qədim dövrün bu ağac cinsi budağı
torpaqla təmasda olduğu hissədən də kök verməyə başlayır.
Talışın mərkəzi rayonları (Lerik, Yardımlı) ərazisində orta və yuxarı dağ-
meşə qurşaqlarında, dəniz səviyyəsindən 600-1300 (1500) m yüksəklikdə kənd
təsərrüfatı istifadəsindən çıxmış və şiddətli dərəcədə eroziya prosesinə məruz
qalmış yamacları əsasən kollaşmış azatağacın üstünlüyü ilə kolluqlar tutur. Bu
kolluqların çoxu yüksək məhsuldar azatağac- palıd meşələrinin yerində forma-
laşsa da biz onu da "şiblək"adlandırırıq. Belə ki, respublikamızın ərazisində
şiblək qruplaşmaları bir qayda olaraq kol cinslərindən (əsasən qaratikan) təşkil
olunur. Kolşəkilli azatağac qruplaşmaları xarici görünüşünə görə şibləklərə çox
oxşayır. Lakin antropogen təsir dayandırıldıqda onlar tədricən ağac formasını
alır. Bu qruplaşmaların tərkibinə cır heyva, yemişan, dovşanalması, əzgil,
qaratikan və s. də daxil olur.
Kəndətrafı örüş sahələrində intensiv mal-qara otarılması nəticəsində bütün
ağac və kol cinsləri sıradan çıxır və yalnız kol şəklinə düşmüş azatağac qalır. Mal-
qara tərəfindən zədələnməyə olduqca dözümlü, kötükdən bol pöhrəvermə və kök
biclərilə intensiv çoxalma qabiliyyəti olan bu ağac cinsi dik yamacların, yalçın
qayaların etibarlı "sipəridir". Hazırda kiçik sahələr şəklində analoji yamaclarda
qalan palıd meşələri kolluqların törəmə tipli olmasını təsdiq edir.
Aşağı dağ-meşə qurşağında dik yamacların cənub cəhətlərində uzun
müddət intensiv antropogen təsir nəticəsində meşənin yerində kserofil şibləklər
əmələ gəlir. Belə bitki qruplaşmalarını şabalıdyarpaq palıd meşələrinin
deqradasiyasının son mərhələsi hesab etmək olar.
Fıstıq və vələs meşələri. L.İ. Prilipko (1954) qeyd edir ki, Lənkəran
zonasında fıstıq (Fugus orientelis) meşələri hirkan tipli meşələrdən yuxarıda,
dəniz səthindən 600-700 m-dən başlayaraq 1800 m yüksəklik arasındakı
zolaqda yayılmışdır. Lakin apardığımız tədqiqat işləri göstərdi ki, regionda
154
bidominant fıstıq-vələs meşələri dəniz səthindən 250-300 m-ə qədər enir.
Dəniz səviyyəsindən 300-400 m yüksəklikdə fıstıq meşələri vələslə
(Carpinus caucasica
) qarışıq meşəlik yaradır. Bu yüksəklikdə fıstıq çox zaman
meşəlikdə dominantlıq edir, hətta bəzən sırf (təmiz) ağaclıq əmələ gətirir.
Dəniz səviyyəsindən 700-1100 m yüksəklikdə isə meşəliyin tərkibində vələs
üstünlük edir. Fikrimiz
cə, belə qanunauyğunluq dəniz səviyyəsindən yuxarı
qalxdıqca yağıntının miqdarının və havanın nisbi rütubətliyinin azalması ilə
bağlıdır. Belə ki, fıstıq vələsə nisbətən daha çox rütubətsevər ağac cinsi hesab
edilir. Regionda fıstıq üstünlük təşkil etdiyi meşələrin sahəsi 42 min ha, yəni
meşə ilə örtülü sahənin 28%-i, vələs üstünlük etdiyi meşələrin sahəsi 35 min ha
olub meşə ilə örtülü sahənin 23%- i qədərdir.
Apardığımız tədqiqatlar göstərdi ki, insan fəaliyyətinin təsiri altında fıstıq
meşələrinin bioloji müxtəliflikləri dəyişilir, kasatlaşır və məhv edilir. Fıstıq
üstünlük təşkil edən çətiryarpaq örtüklü (Fagetum asperulosum), ölüörtüklü
(F.nudum), topulotulu (F.festucosum
) və digər fıstıq meşə tipləri böyürtkanlı
(F.rubosum
), ayıdöşəyili (F.dryopteridosum), gəndalaşlı (F.sumbucosum) fıstıq
meşə tipləri ilə əvəz olunmuşdur.
M
eşəsizləşdirilmiş sahələrdə yemişan, əzgil, alça və digər cinslərdən
ibarət kolluqlar formalaşmışdır.
Məlum olduğu kimi vələs fıstığın xarakterik həmrəyidir. Lakin o, fıstığa
nisbətən əlverişsiz torpaq-iqlim şəraitinə xeyli dözümlü olub daha geniş
yayılma amplitudasına malikdir, o, həmçinin palıd meşələrinin tərkibinə daxil
olur. Bir çox sahədə vələs meşələri törəmə tipli olub intensiv antropogen təsir
nəticəsində fıstıq və palıd meşələrinin yerində əmələ gəlmişdir. Bunu həmin
sahələrdə yayılan fıstıq meşəsi üçün səciyyəvi sayılan ot örtüyü də təsdiq edir
Azatağac meşələri. Hirkan azatağacı (Zelkowa hyrcana) və vələsyarpaq
azatağac (Z.carpinifolia) iqlim şəraitinə münasibəti baxımından bir qədər
plastik ağac növləri olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif
iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan
düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir.
Lənkəran təbii vilayəti rayonlarında hər iki azatağac növü əsasən palıd,
palıd-vələs, palıd-dəmirağac və mürəkkəb hirkan qarışıq meşələrin tərkibinə
daxil olur. Lənkərançayın sağ sahili yamacında və Astara rayonunda nadir
hallarda kiçik sahələrdə sırf (təmiz) azatağac meşəsinə təsadüf olunur.
Azatağacın 300-500 yaşlı nəhəng ağaclarına regionda qəbristanlıqlarda,
türbələrdə rast gəlinir.
Dəmirağac meşəlikləri. Talışın düzən və dağətəyi hissəsində subtropik
(çay, sitrus, feyxoa, və s.) və tərəvəz bitkilərinin sahəsinin genişləndirilməsi ilə
əlaqədar olaraq dəmirağac (Parrotia persica) meşələrinin sahəsi get-gedə
azalır. Az-çox ilkin vəziyyətini saxlamış dəmirağac meşəsi olduqca kiçik
sahədə bu və ya digər dərəcədə podzollaşmış və bataqlaşmış subtropik sarı və
ya allüvial torpaqlarda Hirkan qoruğu ərazisində qalmışdır. Dəmirağac həm
təmiz, həm də iki-üç mərtəbəli mürəkkəb, qarışıq meşəlik yaradır. Üst mərtəbə-
155
də şabalıdyarpaq palıd üstünlük təşkil edir. Ona vələs, azatağac və qafqaz xur-
ması da qarışır. Bu mərtəbənin hündürlüyü 28-38 metrə çatır. Orta mərtəbəni
dəmirağac (12-16 m), alt mərtəbəni isə şümşad, bigəvər və b. kollar tutur (3-7
m). Ən çox bigəvərli və ölüörtüklü dəmirağac meşə tipləri yayılmışdır.
Dəmirağac soyuğa nisbətən az davamlı olduğu üçün dik yamaclardan,
dağın küləkdöyən və aşırım hissələrindən çəkinir və çox vaxt relyefin sakit
yerlərində (düzəndə, çayın dərə və terraslarında) özünə məskən salır. Belə
yerlərdə dəmirağac tək-tək və topa halında dəniz səthindən 800-1000 m
yüksəkliyə qədər qalxa bilir. Dəmirağacın bu cür relyef yerlərində
məskunlaşmasını L.İ. Prilipko (1954) onun bioloji xüsusiyyətləri ilə izah edir.
Dəmirağac meşəsi (Lənkəran)
Dəmirağac meşələri ən çox Lənkəran və Astara rayonlarının dağətəyi və
aşağı dağ-meşə qurşağında yayılıb sahəsi 5 min hektara yaxın olub regionun
meşə ilə örtülü sahəsinin cəmi 3,4%-ni təşkil edir.
Göründüyü kimi Lənkəran fiziki - coğrafi vilayəti rayonları meşələrində
4 ağac cinsinin (şabalıdyarpaq palıd, şərq fıstığı, qafqaz vələsi və dəmirağac)
üstünlük etdiyi meşəliklər regionun meşə ilə örtülü sahəsinin 95%- dən çoxunu
təşkil edir. Yerdə qalan ağac cinslərinin (qızılağac, adi qoz, yalonqoz, azatağac
və b.) dominantlıq etdiyi meşələr cəmi 5%- ə qədərdir. Astara rayonunda kiçik
sahələrdə qafqaz çökəsinin (Tilia caucasia) üstünlük etdiyi ağaclıqlara da
təsadüf olunur.
Lerik rayonunda mövcud ol
an giləmeyvəli qaraçöhrə (Taxus baccata)
ağaclıqları böyük maraq doğurur. Bu qaraçöhrə meşəliyini Qafqazda örtüksüz
şəkildə, yəni təmiz (sırf) ağaclıq halında (digər ağac cinslərinin qarışığı
olmadan) bitən yeganə meşə sahəsi hesab etmək olar.
Bu meşəlik keçmiş Hamarat kəndi yaxınlığında (indi burada kənd
yoxdur), Sanqadabulaq adlı kiçik çayın sol sahilində "Alçalıq" adlanan ərazidə
bitir. Sahə dəniz səthindən 1200 - 1300 metr yüksəklikdə, dikliyi 25 - 30
0
olan
yamacın cənub-qərb cəhətində yerləşir. Bu qiymətli sahə təxminən 2 hektardır.
Meşədə ağaclar müxtəlif yaşlı və müxtəlif ölçülüdür. Burada 150 - yə qədər
qaraçöhrə ağacı bitir. Ağaclığın orta diametri 80 sm, ən iri ağacın diametri isə
140 sm təşkil edir. Ağacların 500-1000 yaşı var. Təsvir olunan ağaclığı geniş
156
meşəsiz ərazi əhatə edir. Qaraçöhrə meşəsinin burada mövcudluğu olduqca
böyük maraq doğurur.
Fikrimizcə, meşənin burada qalmasının bir səbəbi qaraçöhrənin "mü-
qəddəs" ağac hesab edilərək toxunulmaması, digər səbəbi isə onun iynəyarpaq-
larının zəhərli olub mal-qara tərəfindən zədələnməməsidir.
Sanqadabulaqçayın sol sahilində təsvir olunan meşəlikdən 150 - 200 m
aşağıda 30 ədədə qədər başqa qaraçöhrə ağacı qrupu vardır. Burada da qara-
çöhrə təmiz ağaclıq halında bitib, ona başqa ağac cinsi qarışmır.
Talış dağları respublikamız daxilində hündür olmadığından burada meşə-
nin iqlim sərhədi və subalp qurşağı mövcud deyil, yəni meşə örtüyü burada
dağın zirvəsinə qədər qalxmalıdır. Lakin relyef şəraiti əlverişli olduğundan
burada meşələr məhv edilərək seliteb landşaftlar, aqrolandşaftlar və otlaqlarla
əvəz olunmuşdur.
Xəzər sahilində salınmış şabalıdyarpaq palıd meşə zolağı (60 yaş)
Lənkəran ovalığı ərazisində də hələ yaxın keçmişdə meşə örtüyü üstün-
lük təşkil etmişdir. Hazırkı dövrdə burada meşə örtüyü, demək olar ki, qalma-
mışdır. Meşəsizləşdirilmiş ərazilərdə çay, naringi və digər subtropik bitkilər,
həmçinin kənd təsərrüfatı bitkiləri becərilir. Geniş əraziləri seliteb landşaftlar
tutmuşdur. Magistral və kənd yolları boyu salınan yaşıl zolaqlarda həmişəyaşıl
və yarpağını tökən ağac cinslərindən istifadə edilmişdir. Dəniz sahilində
şabalıdyarpaq palıddan ibarət eni 100 m-dən çox olan meşə zolağını xüsusi
qeyd etmək lazımdır.
Nəticə
1.
Regionun orta və aşağı dağ-meşə qurşaqlarında antropogen amillərin mənfi
təsiri nəticəsində yüksək məhsuldar şabalıdyarpaq palıd meşələri az məh-
suldar vələslə, dəmirağacla, azatağac, qaratikan və sumaq şibləklərilə, fıstıq
meşələri isə ayıdöşəyi (vel) və gəndalaş cəngəlliyi ilə əvəz olunmuşdur.
2.
Lənkəran ovalığında Hirkan tipli relikt meşə ekosistemlərinin bioloji
müxtəliflikləri daha intensiv pozulmuş, çox yerdə sıradan çıxarılmışdır.
Bunun səbəbi ovalıqda meşə ekosistemlərinin məhv edilərək, onların kənd
təsərrüfatı sahələri, seliteb landşaftlar, sitrus bağları və çay plantasiyaları
ilə əvəz edilməsidir.
3.
Lənkəran fiziki-coğrafi vilayətində aşağıdakı ağac və kol növlərinin məhv
157
olması təhlükəsi yaranmışdır: hirkan azatağacı ( Zelkova hyrcana), Lənkə-
ran və ya ipək akasiyası (Albizia yulibrissin), qanadmeyvə yalanqoz (Pte-
rocarya
pterocarpa), ürəkyarpaq qızılağac (Alnus subcordata), giləmeyvə
qaraçöhrə (Taxus baccata), qafqaz xurması (Diospyros lotus), budaqlı da-
naya (Danae recemosa), hirkan armudu (Pyrus hyrcana
), hirkan ağcaqayını
(Acer hyrcanum
), hirkan şumşadı (Buxus hyrcana), vələsyarpaq azatağac
(Z. carpinifolia
), məxməri ağcaqayın (A. velutinum), adi qoz (Yuglans
regia
), hirkan ənciri (Ficus hyrcana).
ƏDƏBİYYAT
1.
Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: Elm, 2002, 472 s.
2.
Yusifov E.F., Hacıyev V.C. Hirkan Bioserfer Rezervatı. Bakı: El-Alliance, 2004, 168 s.
3.
Гроссгейм А.А. Флора Талыша. Изд. НКЗ Азерб. ССР, 1926, 273 с.
4.
Прилипко Л.И. Лесная растительность Азербайджана. Баку: АН Азерб. ССР, 1954,
485 с.
5.
Сафаров И.С. Субтропические леса Талыша. Баку: Элм, 1979, 146 с.
АНТРОПОГЕННАЯ ТРАНСФОРМАЦИЯ ЛЕСНЫХ ЭКОСИСТЕМ
ЛЕНКОРАНСКОЙ ФИЗИКО-ГЕОГРАФИЧЕСКОЙ ОБЛАСТИ
М.Ю.ХАЛИЛОВ, Н.А.АЛИЕВА
РЕЗЮМЕ
В статье дается современное состояние, направление и интенсивность антропо-
генной трансформации лесных экосистем, распространенных в вертикальных поясах
Ленкоранской физико-географической области.
Ключевые слова: биологическое разнообразие, лесные экосистемы, деградация
ANTHROPOGENIC TRANSFORMATION OF FOREST ECOSYSTEMS OF
THE LANKARAN PHYSICAL-GEOGRAPHICAL REGION
M.Y.KHALILOV, N.A.ALIYEVA
SUMMARY
The present conditions, reasons, directions and intensity of anthropogenic transfor-
mation of the forest ecosystems in the vertical belts of the Lankaran physical-geographical
region are studied in the article.
Key words: biological biodiversity, forest ecosystems, degradation
Redaksiyaya daxil oldu: 22.04.2014-cü il.
Çapa imzalandı: 11.06.2014-cü il
158
Dostları ilə paylaş: |