Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 121,08 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü121,08 Kb.
#39283


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

 

UOT 631.9 

 

BÖYÜK QAFQAZIN CƏNUB YAMACININ TORPAQ-İQLİM 

ŞƏRAİTİNİN EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ 

 

H.F.ŞƏKİLİYEVA 

Bak

ı Dövlət Universiteti  

heyatik@rambler.ru 

 

Məqalədə  Dağlıq  Şirvan  iqtisadi  rayonuna  daxil  olan  Şamaxı-İsmayıllı  zonasının  tor-

paq-iqlim 

şəraiti,  onların  yayılma  qanunauyğunluqları  və ekoloji  şəraitin  əsas  xüsusiyyətləri 

öyrənilmişdir.  

 

Açar sözlər: iqlim senarisi, meteoroloji-iqlim, radiasiya rejimi, humus, zəif karbonatlı  

 

Azərbaycan Respublikasının ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasına 

əsasən  Dağlıq  Şirvan  iqtisadi  rayonu  Böyük  Qafqaz  vilayətinin  Şamaxı  və 

Qobustan-

Abşeron rayonları ərazisində yerləşir. Böyük Qafqazın cənub yamacı 

zonası  Girdimançay  dərəsindən  şərqə  xeyli  genişlənərək  Şamaxı-Qobustan 

sahəsini əmələ gətirir. Böyük Qafqaz meqasinklinoriumunun cənub-şərq batımı 

sahəsinin  ən  böyük  struktur  elementlərindən  olan  Şamaxı-Qobustan sinklino-

riu

munun  cənub  sərhədi  Ağıçay-Ələt  dərinlik  qırılması  üzrə  keçir.  Şamaxı-



Qobustan sinklinoriumu cənub-şərq istiqamətində genişlənir və bu istiqamətdə 

onu təşkil edən çöküntü kompleksinin yaşı və tərkibi dəyişir [8]. 

Rayon  iqliminin  böyük  müxtəlifliyi  iqlim  əmələgətirən  amillərin  xarak-

teri ilə bağlıdır. Bu amillər iki böyük qrupa ayrılır: 

 

Birinci  yerli, ikinci isə  atmosferin planetar və superregional sirkulyasi-



yası ilə bağlı olan amillərin yaratdığı qrupdur .  

Məlumdur  ki,  hər  bir  coğrafi  rayonun  iqlimi  bir  sıra  amillərin  təsiri 

altında yaranır. Ərazinin coğrafi mövqeyi mövcud amillər arasında mühüm yer 

tutur. İstər yer səthində və istərsə də atmosferdə radiasiyanın müxtəlif dərəcədə 

ak

kumulyasiyası,  onun  sərf  edilməsi,  istilik  balansının  göstəriciləri,  ümumiy-



yətlə, iqlimin xarakteri coğrafi mövqedən asılıdır. Coğrafi mövqe eyni zaman-

da  ərazinin  atmosferin  planetar  və  regional  sirkulyasiyası  sistemində  yerini 

müəyyən edir [12]. 

Rayon ərazisində günəşli günlərin sayı çoxdur. Rayonun düzənlik sahə-

lərdə,  o  cümlədən  Qobustanın  çox  hissəsində,  Şamaxı  və  Ağsu  rayonlarının 

 

171 




cənub hissələrində günəşli saatların miqdarı daha çox olur. Bu ərazilərdə, onu 

əhatə edən dağ ətəyində və yüksək dağlıqda günəşin parıltılı saatların miqdarı 

2200-

2500, daha çox buludlu və dumanlı günləri olan orta dağlıq qurşaqda isə 



1900-

2200 saata qədərdir [7]. 

Rayon  çox  yaxşı  astronomik  iqlimə  malikdir.  Astroiqlim  səmadakı  ob-

yekt


lərin şüalandırdığı dalğa cəbhəsinin atmosferdən keçərkən təhrif olunma-

sına  səbəb  olan  faktorlar  toplusudur.  Azərbaycanda  astronomiya  rəsədxanası 

tik

mək məqsədilə Sankt Peterburq Astronomiya İnstitutunun təşəbbüsü ilə ye-



rin seçilməsinə görə təşkil olunmuş ekspedisiyalar əvvəl indiki Xankəndi, Şu-

şa, Keçəldağ və Laçının astronoimik və iqlim şəraitləri ilə tanış olmuş, Şamaxı 

və  Xızı  rayonlarını  öyrənmişdir.  Ekspedisiyalarin  əldə  etdikləri  nəticələr 

müqayisə olunmuş və bütün parametrlərinə görə Pirqulu dağı digər məntəqələri 

qabaqlamışdır.  1963-cü  ildə  Şamaxı  şəhərindən  şimal-qərb  istiqamətində  22 

km məsafədə, dəniz səviyyəsindən 1535m hündürlükdə, Pirqulu dağının cənub-

şərq yamacında, indiki Y. Məmmədəliyev qəsəbəsinin ərazisində N.Tusi adına 

Şamaxı Astrofizika Rəsədxanasının tikintisinə başlanmısdır. Rayonda tempera-

tu

run ərazi fərqlərinin yaranmasında ən başlıca amil onun ərazisinin oroqrafik 



və hipsometrik şəraiti, başqa sözlə desək relyefdir. Bu amilin təsiri altında həm 

dağlıq və düzənlik ərazilər temperatur şəraitinə görə bir-birindən kəskin fərq-

lənir. Bu fərqlər özünü temperaturun bütün əsas göstəricilərində büruzə verir. 

Belə  ki,  havanın  orta  illik  temperaturu  bütün  ərazi  üçün  müsbətdir.  Onun  ən 

yüksək  göstəricisi  14,5ºC  olmaqla  rayonun  düzənlik  hissələrində,  xüsusilə 

Qobustanda  (şimal-qərb  və  şimal  hissələrinin  alçaq  və  orta  dağlıq  hissələri 

istisna olmaqla), Şamaxı və Ağsu rayonlarının cənubunun çox hissəsində mü-

şahidə olunur. Bu zonanın nisbi yüksəkliyi 200-300 m təşkil edir [6].  

Rayonda illik cəm radiasiya kəmiyyəti də yüksəkdir. Düzənlik ərazilərdə 

illik cəm radiasiya 130-135 kkal/sm

2

, onu əhatə edən  yüksək maili düzənlik-



lərdə 125-130 kkal/sm

2

, alçaqdağlıqda 120-124 kkal/sm



2

 

təşkil edir. Bu zona-



dan  yüksək dağlığa doğru cəm radiasiya  yenidən artaraq rayonun ən uca zir-

vələr zonasında 140-145 kkal/sm

2

-

ə bərabərdir. Rayonda ilin isti yarısında cəm 



radiasiyanın  miqdarı  düzən  hissələrdə  90  kkal/sm

2

, 500-600 m-



dən  2500  m 

hün


dürlüyə  qədər  86-87 kkal/sm

2

, 3000 m-



dən  yüksəklikdə  isə  90-104 

kkal/sm


2

-

ə bərabərdir [12]. 



İqlimin  formalaşmasında  və  onun  ekoloji  xüsusiyyətlərinin  öyrənilmə-

sində  atmosferin  tərkibinin,  strukturunun,  onda  gedən  proseslərin  öyrənilmə-

sinin böyük əhəmiyyəti vardır. 

Tədqiqat rayonunun ərazisinə düşən günəş radiasiyasının miqdarı relyefin 

müxtəlifliyindən asılı olaraq dəyişir. Onun ümumi miqdarı il ərzində 120-135 

kkal/sm


2

 

arasında dəyişir. Böyük Qafqaz dağlarının ən uca zirvələr qurşağıında 



illik cəm radiasiyası miqdarı 140-145 kkal/sm

2

-



ə bərabərdir. Torpaqda  gedən 

bütün  proseslərin  (o  cümlədən  eroziya  proseslərinin  əmələ  gəlməsində,  məh-

sul

darlığın  həcmi  və  keyfiyyəti),  o  cümlədən  torpaqda  gedən  bir  çox  ekoloji 



proseslərin  gedişi  iqlim  göstəricilərindən  asılıdır.  İqlim  bütün  bu  hadisələrin 

 

172 




nizamlayıcısı  sayılır.  İqlimi  onun  elementləri  üzrə  analiz  etdikdə  görmək 

mümkündür ki, Azərbaycan Respublikasının müxtəlif hissəsində, xüsusilə Baş 

Qafqaz dağları ərazisində bir-birindən kəskin fərqlənən müxtəlif iqlim zonaları 

və  qurşaqları  mövcuddur.  Ərazi  çox  yerdə  dağlıq  olduğuna  görə  subtropik 

iqlim özündən sonra gələn qurşaqlara üfüqi istiqamətdə az, şaquli istiqamətdə 

isə  çox  təsir  göstərir.  Məsələn,  soyuq  müdaxilələrindən  qorunan  cənub 

yamacdakı mülayim iqlim qurşağı Şimali Qafqazdakı mülayim qurşaqla eyni 

deyil.  Azərbaycan  ərazisindəki  mülayim  iqlim  qurşağı  özündə  subtropikliyin 

bəzi  xüsusiyyətlərini  saxlayır  və  üfüqi  istiqamətli  mülayim  qurşağa  nisbətən 

daha  məhsuldardır.  Dağlıq  Şirvan  regionunda  eroziya  hadisələrinin  yaranma 

səbəblərinin analizi bu hadisələrin əsas səbəblərindən biri iqlim göstəriciləridir. 

Böyük Qafqazın iqlimi şaquli istiqamətdə bir-birindən kəskin fərqlənir. Tədqiq 

olunan  ərazinin  iqlimi  hər  şeydən  əvvəl  dəniz  səviyyəsindən  asılı  olaraq 

dəyişir. Dağların yüksəkliyinə qalxdıqca havanın orta temperaturu aşağı düşür 

və bununla yanaşı həm də müəyyən yüksəkliyə qədər atmosfer çöküntülərinin 

miqdarı maksimuma qədər yüksəlir. Əsas amil yağıntının cəm miqdarı və onun 

il ərzində əraziyə görə paylanması hesab olunur. Dağlarda  yüksəklikdən asılı 

olaraq  temperaturun  aşağı  düşməsi  və  nəmliyin  dəyişməsi  səbəbindən  iqlim, 

bitki və torpaqların şaquli qurşaqlığı yaranır. Bu səbəbdən ərazinin hündürlüyü 

mezofil-


kserofil meşə qurşaqlarının əsas formalaşdırdığı abiotik amil kimi çıxış 

edir. Burada əsas amil yağıntının cəm miqdarı və onların il ərzində paylanması 

götürülür.  Düşən  atmosfer  çöküntülərinin  xüsusiyyətini  yerüstü  axınların 

miqdarı,  intensivliyi  və  bunun  sayəsində  torpaq-qruntun  yuyulması  müəyyən 

edir. Eyni zamanda dağıntı bitki örtüyü olmayan yerlərdə daha intensiv gedir 

ki, rayonlarda torpaq qatının yuyulub-dağılması qüvvətlənir və torpaq qatının 

sürətlə dağılmasına səbəb olur [ 7, 11].

 

Yağıntıların eroziya təhlükəsi minimum iki göstəricidən: yağıntının çox-



luğu (intensivliyi) və düşmə müddəti ilə qiymətləndirilməlidir. Bərabər olma-

yan  yağıntının  miqdarı  da  əhəmiyyətlidir.  Qısamüddətli  leysan  yağışlar  daha 

çox  torpaq  qatının  yuyulub  dağılmasına  səbəb  olur.  Tədqiqat  ərazisində  aşa-

ğıdakı iqlim tipləri ayrılır: 

1.

Yayı quraq keçən yarımsəhra və quru çöllərin mülayim-isti iqlimi. 



2.

Qışı quru keçən mülayim-isti iqlim. 

3.

Yayı quraq keçən mülayim-isti iqlim. 



Ərazinin alçaq dağlıq hissəsində havanın orta aylıq temperaturu 10,5

C- 



dən 14,5

C arasında dəyişir. Soyuq ay olan yanvarın temperaturu – 0,6 – 1



olmaqla fevral ayına qədər davam edir və 0,3 – 1



C arasında tərəddüd etməklə 

iyul  ayına  qədər  artır.  İlin  ən  isti  ayı  iyul  və  avqust  aylarında  orta  aylıq 

temperaturu 22,4 –  23,2

C  -


yə  qalxır.  Dəniz  səviyyəsindən  2m  hündürlükdə 

iyul ayı ən isti hesab olunur və temperatur 27,3

C-

yə çatır. Ən soyuq ay isə 



yanvar hesab olunur ki, temperatur 1,4

C olur (



cədvəl 1) [ 3, 7]. 

Tədqiq  olunan  ərazidə  havanın  mütləq  minimum  temperaturu  bütün  il 

boyu – 18- 24

C arasında dəyişərək ilin soyuq ayı noyabrdan marta qədər – 10 



 

173 



–  24

C arasında dəyişir. Qeyd etmək lazımdır ki, may, iyun, iyul, avqust və 



sentyabr  aylarında  havanın  minimum  temperaturu  1

0

-



dən  12

C- 



yə  qədər 

dəyişir (cədvəl 2). 

 

Cədvəl 1 



Dağlıq Şirvan və ona yaxın ərazilərdə havanın orta aylıq və illik miqdarı 

№ 

Meteoroloji  

stansiya və  

d.səv-dən  

hün-yü (m-

lə) 



II  III  IV 



VI  VII  VIII  IX 



XI  XII 

il 

1  M


ərəzə (776)m 

-1,0  -0,2  2,7  3,6  14,9  19,3  22,7  22,4  17,2  11,5  5,7  1,4  10,5 

 



Mədrəsə (743) m  -0,6  0,3  3,3  9,0  15,5  19,8  23,1  23,1  17,8  12,1  6,3  2,0  11,0 



Kürdəmir (2)m 

1,4  3,5  6,9  12,6  19,5  24,4  27,3  26,9  22,1  15,9  9,2  3,8  14,5 

 

 

Cədvəl 2 



Havanın mütləq minimum miqdarı 

(il ərzində) 

№ 

Meteoroloji 

stansiyalar 



II 

III  IV  V  VI  VII  VIII  IX  X  XI  XII 

il 

Mərəzə  



-18  -16  -13  -7 





-7  -10  -15  -18 

2  Saqiyan 











Şamaxı 



-19  -15  -12  -6 





-5  -10  -15 

19 


Mədrəsə 


-20  -16  -12  -6 





-6  -10  -16 

20 


Kürdəmir 

-24  -20  -10  -2 



14 

12 


-4  -13  -21 

24 

 

Aparılan tədqiqat nəticəsində ərazidə havanın maksimum temperaturu 17



C  ilə  43

C  arasında  dəyişməsi  müəyyən  olunmuşdur.  Düzən  ərazilərdə  isə 



yüksək temperatur iyun, iyul və avqust aylarında 38

0

-43



C arasında dəyişməsi 

müşahidə olunumuşdur. Qalan aylarda ərazidə maksimum temperatur 17-30



arasında dəyişir (cədvəl 3). 

Tədqiqat  rayonuda  Mərəzə,  Şamaxı,  Mədrəsə  və  digər  məntəqlərdə 

havanın maksimum temperaturu aylar üzrə öyrənilmişdir. 

 

 

Cədvəl 3 



Havanın mütləq maksimum miqdarı (il ərzində) 

№ 

Meteoroloji 

stansiyalar 



II 

III  IV 



VI  VII  VIII  IX 



XI  XII 

il 

Mərəzə  



17  20 

25 


30  32  35 

38 


38 

34  30  23 

20 

38 


Şamaxı 


17  21 

26 


30  30  35 

38 


38 

34  30  24 

24 

38 


Mədrəsə 


17  20 

25 


31  31  25 

38 


38 

34  29  23 

20 

38 


Kürdəmir 

20  26 

33 


34  38  41 

43 


43 

42  35  27 

25 

43 


 

 

Tədqiqat  ərazisində  havanın  nisbi  rütubəti  il  ərzində  orta  hesabla  71-



72% arasında dəyişir. Bütün il ərzində aylardan asılı olmayaraq rütubət müx-

təlif  olur.  Belə  ki,  havanın  maksimum  rütubətliyi  yanvar,  fevral,  noyabr  və 

 

174 



dekabr aylarına təsadüf edir və 81-88%, minimum rütubətlik isə iyul və avqust 

aylarında olur və 49-55% arasında olur. Bununla yanaşı qeyd etmək lazımdır 

ki, may ayından oktyabrın əvvəllərinə qədər havanın rütubəti azalır (cədvəl 4). 

Dağətəyi və düzən hissələrdə havanın temperaturu 10



dən aşağı düşmür. [ 1] 



  

Cədvəl 4 



Nisbi rütübətlilik ( % - lə) 

№  Meteoroloji stansiyalar 



II  III  IV  V  VI  VII  VIII  IX  X  XI  XII  il 

Mərəzə  



85  84  84  73  68  57  50 

50 


66  82  86  85  72 

Şamaxı 



81  81  82  74  68  56  50 

49 


65  79  83  80  71 

Kürdəmir 



87  83  81  74  65  55  52 

54 


65  76  84  88  72 

 

Mümkün  buxarlanma  iqlim  elementlərinin  ən  mühüm  göstəricilərindən 



biri olmaqla onun illik yağıntılarının miqdarına münasibəti hər hansı ərazinin 

rütu


bətlənmə  dərəcəsini  müəyyən  edir.  Rayonun  düzən  hissələrində  mümkün 

buxarlanmanın orta illik kəmiyyəti 1000-1200 mm-ə, Şamaxı yaylasında rayo-

nun  şimal  şərqində  İsmayıllı  və  Ağsu  rayonlarının  alçaq  dağlıq  zonalarında 

800-


1000 mm, orta dağlıqda 600-800 mm, yüksək dağlıqda isə 250-300 mm-ə 

qədər  azalır.  Bununla  əlaqədar  olaraq  rayon  ərazisi  müxtəlif  rütubətlənmə 

şəraitinə malikdir (cədvəl 5) [ 3, 7]. 

Cədvəl 5  



Rütubətlənmə şəraiti 

Rütubətlənmə zonası 

Rütubətlənmə şəraiti, % 

Yayda , % 

Hündürlük 

səviyyəsi 

Aşağı hədd 

Yuxarı hədd 

Çox quraq 

16 


30 

15 


100-200 

Quraq 


31 

50 


25 

200-300 


Mülaim quraq 

51 


70 

40 


300-500 

Zəif quraq 

71 

99 


50 

500-1000 

Rütubətli 

100 


150 

70 


1000-2100 

İzafi rürubətli 

100 

150 


100 

2100-3000 

 

Tədqiqat  rayonuda  Mərəzə,  Şamaxı,  Mədrəsə  və  digər  məntəqlərdə 



havanın aylıq və illik nisbi rütübətliyi öyrənilmişdir.  

Ərazidə şaxtasız dövrün müddəti 217-233 gün arasında dəyişir. Ən qısa 

müddət isə 204-248 gün, ən uzun isə 266-281 gün təşkil edir (cədvəl 6)

 



Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ilin şaxtasız dövrünün 

müddəti və tarixi böyük rol oynayır. 

B

öyük Qafqazın cənub yamacının (Şamaxı-İsmayıllı zonası ) təbii iqlim 



şəraiti ərazinin torpaqəmələgəlmə prosesində, bioloji və eroziya hadisələrinin 

inkişafında, atmosfer yağıntıları və onların il ərzində paylanmasıda böyük rol 

oynayır.  Termik  qurşaq  daxilində  təbii  göstəricilərin  keyfiyyət  və  kəmiyyət 

dəyişmələri  əsaslı  surətdə  rütubətlənmə  amili  ilə  bağlıdır.  Məsələn,  meşənin 

 

175 



yuxarı sərhədi Böyük Qafqazın cənub yamaclarında onun şərq hissəsindəkinə 

nisbətən 200 metr aşağıdadır. Bu fərqin  yeganə  səbəbi kifayət qədər rütubət-

lənmə  şəraitində  dağlarda  vegetasiya  dövrünün  enerji  ilə  təminatıdır.  Başqa 

sözlə desək, Böyük Qafqazın yüksək dağlığının qərb hissəsində ağac bitkiləri 

eyni hündürlü

kdə onun şərq hissəsinə nisbətən isti ilə az təmin olunmuşdur. 

 

 

 



Cədvəl 6 

İlk və sonuncu donuşluğun tarixi və şaxtasız dövrün müddəti 

 

№ 

 

Meteoroloji 

stansiyalar

 

Donuşluğun tarixləri

 

 

 

Orta

 

Donuşluqsuz 

dövr 

 

günlərlə

 

sonuncu

 

ilkin

 

orta 

ən  

ilk 

ən 

sonuncu 

orta 

ən 

tez 

ən 

sonuncu 

ən az  ən 

çox 

Mərəzə  



8.04 



12.11 



217 



Şamaxı 



1.04 

14.03 


1951 

24.04 


1948 

18.11 


23.10 

1913 


19.12 

1939 


230 

204 


1948 

266 


1917 

Mədrəsə 



5.04 



15.11 



233 



Kürdəmir 

18.03  17.02 

1958 


4.04 1946  22.11  20.11 

20.10 


1949 

248 



1949 

281 


1951 

 

Ərazidə yağıntının orta illik miqdarı 522-527 mm arasında tərəddüd edir. 



Ən yüksək yağıntı erkən yazda düşür, yəni mart, aprel və mayın əvvəllərində 

müşahidə olunur və 32-63 mm olur. Bu vaxt tez-tez leysan yağışlar yağır ki, bu 

da yamaclarda torpagın intensiv yuyulub-dağılmasına şərait yaradır. Ərazidə ən 

az yağıntı yay dövrünə təsadüf edir ki, bu vaxt yağıntı 13-23 mm arasında olur. 

Xeyli  quraqlıqdan  sonra  düşən  yağıntı,  hətta  zəif  də  olsa  torpağı  yuyub 

dağıtmağı sürətləndirir. 

Tədqiqat rayonu dəniz səviyyəsindən 600-2250 m yüksəkliklər arasında 

İsmayıllı  inzibati  rayonu  ərazisində  yerləşir.  Burada  radiasiya  balansı  48,0 

kkal/sm

2

 , orta illik temperatur 10,8



0

 

C, ən aşağı mütləq minimum temperatur 



mənfi 22

0

 



C, mütləq maksimum temperatur 38

0

  C-



ə catır, nisbi rütubət 74%, 

yagıntıların orta illik miqdarı 809 mm-ə bərabərdir. Mümkün buxarlanma 762 

mm  olub,  düşən  yağıntılardan  37  mm  azdır.  Qarla  örtülü  günlər  43  günə 

bərabərdir.  Ərazidə  qarın  uzun  müddət  qalması  çaylarda  su  balansının 

tənzimlənməsində mühüm yer tutur

 . 


 

Burada günəş radiasiyası 125-133 kkal/sm

2

 

arasında dəyişir – yüksəklik 



artdıqca havanın orta illik hərarəti də aşağı düşür. Belə ki, Şamaxıda (750 m) 

yüksəklikdə orta illik temperatur 11

0

C olduğu halda Pirqulu dağında 1400 m 



yüksəklikdə temperatur azalaraq 8

0

C olur. Ərazidə Pirqulu məntəqəsində orta 



illik mütləq minimum temperatur mənfi 24

0

C-



yə enir. Orta çoxillik minimum 

isə mənfi 19

0

C, maksimum temperatur isə iyul-avqust aylarında 38



0

C-

yə qal-



xır.  Yağıntıların  miqdarı  mütləq  yüksəklikdən  asılı  olaraq  600-900 mm ara-

sında tərəddud edir. Burda qarlı günlərin sayı 40-50 gün, qarın qalınlığı isə 20-

30 sm, bəzən də daha çox olur. Dəniz səviyyəsindən 1600-2010 m yüksəklikdə 

 

176 




qarlı günlərin sayı 100-120 gün olur, qar örtüyünün qalınlığı isə 60-100 sm-ə 

çatır. Çaylarda su balansının artmasında, qar örtüyünün tədricən əriməsində çə-

mən landşaftı ilə yanaşı meşə landşaftı mühüm rol oynayır və çayların bol sulu 

olmasına şərait yaradır.  

Rayon təsərrüfatının əsas sahəsinin kənd təsərrüfatı olduğunu nəzərə al-

saq, onun torpaqlarının öyrənilərək təsərrüfat cəhətdən qiymətləndirilməsi mü-

hüm vəzifələrdəndir. Torpaq örtüyü təbii landşaftın mühüm komponentlərindən 

olmaqla, iqlim, relyef və bitki örtüyünün qarşılıqlı təsiri altında əmələ gəlir və 

inkişaf edir. Rayon ərazisində iqlim və relyefin və onlarla əlaqədar bitki örtü-

yünün  ərazi  fərqləri  burada  müxtəlif  torpaq  tiplərinin  yaranmasına  səbəb  ol-

muşdur. Bu torpaq tiplərinə boz, şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə 

və dağ qaratorpaqları aiddir [4, 10,13]. 

Boz torpaqlar rayonda Qobustanın şərq və cənub, Şamaxı və Ağsu rayon-

larının çənub hissələrində geniş ərazilər tutur. Tipik yarımsəhra boz torpaqla-

rının rayonda əmələ gəlməsi üçün əlverişli ekoloji şərait bu zonalardadır. Tər-

kibində  karbonatların  miqdarı  çoxdur,  humusla  kasıb  olub,  humusun  miqdarı 

1,4-

1,5%  dən  çox  deyil.  Bu  torpaqlarda  yerləşən  qış  otlaqlarının  heyvan-



darlıqda mühüm rolu vardır. Şabalıdı torpaqlar rayon ərazisində çox geniş ya-

yılmışdır. 3 yarımtipə bölünür: adi şabalıdı, açıq şabalıdı və tünd şabalıdı. Hu-

musun miqdarı 2%-dir. Tünd şabalıdı torpaqlar rayonun düzənlik və dağətəyi 

ərazilərində yayılmış torpaqlar arasında ən məhsuldar və kənd təsərrüfatı isteh-

salında  ən  geniş  istifadə  edilən  torpaqlardır.  Humusun  miqdarı  torpağın  üst 

horizontunda 2,7-

3,3 faizdir. Zəif karbonatlı torpaqlar hesab edilir. Bu zonalar 

rayonun 


əsas dəmyə əkinçiliyi əraziləridir. Taxılçılıq, üzümçülük, meyvəçilik 

güc


lü  inkişaf  etmişdir.  Qəhvəyi  torpaqlar  rayonda  dağətəyi  və  alçaqdağlığın 

qu

ru  meşələri,  meşə  kolluqları  yayıldığı  zonanın  xarakterik  torpaqlarıdır.  Bu 



torpaqlar  rayonda 

meşə  qurşağının  aşağı  hissəsini  də  tutur  və  nisbətən  quraq 

şəraitdə  əmələ  gəlir.  Yüksək  karbonatlıdır.  Bu  torpaqlarda  humusun  miqdarı 

10%-


ə qədər, bəzən daha çox olur. Bu torpaqlarda üzümçülük və dənli bitkilər 

istehsalı, həmçinin bağçılıq geniş yayılmışdır. Qonur dağ meşə torpaqları dağ 

meşə zonasının xarakterik torpaqlarından olub əsasən rayonun dağlıq ərazilə-

rinin enliyarpaqlı meşələr zonasında yayılmışdır. Dağ-meşə torpaqlarında hu-

mu

sun miqdarı 5-10 -ə qədər olur. Bu torpaqların dəmyə şəraitində taxılçılıq-



da,  baramaçılıqda,  tütünçülükdə,  meyvəçilikdə  böyük  əhəmiyyəti  vardır.  Bu 

torpaqlardan yay otlaqları və biçənəklər kimi də geniş istifadə edilir [7, 20] .  

Rayonda dağ-qaratorpaqları qara rəngli dənəvər strukturu, ağır gilli, yum-

şaq  bərabər  humuslu  olması  ilə  seçılır,  humusun  miqdarı  10 -ə  çatır.  Qara 

torpaqların yayıldığı ərazilər əkinçilik üçün olduqca əlverişli şəraitə malikdir. 

Bu 


sahələrdə əsasən taxıl, günəbaxan, kartof və s. əkirlər ki, bunların da məh-

suldarlığı çox yüksək olur [2, 9].  

 

 

177 




0

2

4



6

8

10



12

200 m 300 m 400 m 500 m 600 m 700 m 800 m 900 m1000

 m

1100


 m

1200


 m

1300


 m

1400


 m

1500


 m

1600


 m

1700


 m

1800


 m

1900


 m

2000


 m

2100


 m

2200


 m

 

 



Şək. 2.1. Humusun hündürlükdən asılı olaraq dəyişmə dinamikası 

 

Dağ-çəmən torpaqları da yayılmışdır ki, onlar əsasən dağ-meşə zonasının 



yuxarı sərhədi daxilində 1800-2200 m yüksəklikdə meşənin seyrəldiyi yerlərdə 

əmələ gəlir. Çəmən torpaqları subalp və alp çəmənlikləri qurşağına uyğun gə-

lir. Humusun 

miqdarı 8,3-10,3  -ə qədərdir. Bu sahələrdə əkinçilik kiçik talalar 

şəklində əsasən taxılçılıqla olunmuşdur. Bura əlverişli yay otlaqları və qiymətli 

biçənəklərdir.  

Bu 

çəmənliklərdən  yuxarıda Nival zonada ( 2500 m-dən  yuxarı) torpaq 



əmələ  prosesinin  mühüm  amilləri  ilk  növbədə  bitki  örtüyü  olmadığından  bu 

proses 


inkişaf etmir. Buna görə də bu yüksəklikdən başlayaraq yamaclar bitki 

örtüyündən məhrumdur [10,13] . 

Apardığımız  tədqiqatlar  nəticəsində  Böyük  Qafqazın  cənub  yamacında 

(Şamaxı-İsmayıllı zonası) iqlimin böyük müxtəlifliyi iqlim əmələgətirən amil-

lərin  xarakteri  ilə  bağlı  olmuşdur.  Eyni  zamanda  havanın  mütləq  minimum 

temperaturunun bütün il boyu – 18- 24

C arasında dəyişməsi, ilin soyuq dövr-



lərində isə 10 – 24

C dəyişdiyi müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, 



may,  iyun,  iyul,  avqust  və  sentyabr  aylarında  havanın  minimum  temperaturu 

1

0



-

dən 12


C- 


yə qədər dəyişir. Tədqiqat rayonu ərazisində iqlim şəraitinin və 

onlarla əlaqədar bitki örtüyünün ərazi fərqləri burada müxtəlif torpaq tiplərinin 

boz,  şabalıdı,  qəhvəyi  dağ-meşə,  qonur  dağ-meşə  və  dağ  qaratorpaqların  ya-

ranmasına səbəb olmuşdur.  



 

ƏDƏBİYYAT 

1.

 



 Az

ərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya 

Departamentinin Müşahidə materialları. Bakı, 2000-2006. 

2.

 



Azərbaycanın regionları: məcmuə. AR DSK. Bakı: Səda, 2010, 654 s.  

3.

 



Əyyubov Ə.C, Hacıyev Q.Ə Azərbaycan SSR-nin iqlim ehtiyatları. Bakı,1984, 89 s. 

4.

 



Cərullayev  A.Ş.  Dağlıq  Şirvan  zonasında  torpaq  eroziya  probleminin  həlli  yolları.  Bakı 

 

178 




Dövlət Universitetinin xəbərləri, Təbiət elmləri seriyası, 2007, № 4, s.179-181 

5.

 



Həsənov  T.A.  Dağlıq  Şirvan  iqtisadi  rayonunun  təbii  resurs  potensialının  qiymətlən-

dirilməsi və potensial inkişafı. Bakı, 2007, 68 s. 

6.

 

Daşdiyev  R.H.  Azərbaycanın  dağlıq  landşaflarının  dayanıqlıq  dərəcəsi.  Coğr.  cəmiy. 



əsərləri, X cild. Bakı, 2006, s. 71-75. 

7.

 



M

ədətzadə Ə.A. Şərqi Qafqazın təbii-sinoptik iqlim fəsilləri. Bakı, 1973,132 s. 

8.

 

Məmmədov  Q.Ş.  Torpaqşünaslıq  və  torpaq  coğrafiyasının  əsasları.  Ali  məktəblər  üçün 



dərslik. Bakı: Elm, 2007, 664 s. 

9.

 



Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Dağ Şirvan kadastr 

rayonu. 


Bakı, 1998, s.189-190.  

10.


 

Сергеевич  К.M.  Проблемы  управления  экологической  ситуацией  на  горных  терри-

ториях: Mагистерская  Диссертация,  Международный  Университет  Кыргызстана, 

Бишкек: 2003, 75 c. 

11.

 

Buduko M.I. Izmenenie klimata L/Qirometizdat 1974, 472 s. 



12.

 

http://www.ecostyle.az/sehife.asp?id=593 



13.

 

http://anl.az/89.147.202.130:8000/cgi-bin/gw_2010_1_3/chameleon 



 

ЭКОЛОГИЧЕСКАЯ ОЦЕНКА ПОЧВЕННО-КЛИМАТИЧЕСКИХ УСЛОВИЙ 

ЮЖНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА 

 

Х.Ф.ШЕКИЛИЕВА 

 

РЕЗЮМЕ 

 

 

В  статье  были  изучены  почвенно-климатические  условия,  закономерности  их 

распространения  и основные особенности экологических  условий Шемаха-Исмаиллин-

ской зоны входящей в Горно-Ширванский экономический район. 



 

 

 

Ключевые слова: климатический сценарий, метео-климатический, радиацион-

ный режим, гумус, слабо карбонатный 



 

ENVIRONMENTAL ASSESSMENT OF SOIL AND CLIMATIC CONDITIONS  

IN THE SOUTHERN SLOPE OF THE MAJOR CAUCASUS 

 

H.F.SHAKILIYEVA 

 

SUMMARY 

 

The article examines the soil and climatic conditions, patterns of their distribution and 

main features of environmental conditions of Shamakhi-Ismayilli zone of the Montane-Shirvan 

economic region. 



 

Key words: climatic scenario, meteo-climatic, radiation regime, humus, slightly calcareous 

 

 

Redaksiyaya daxil oldu: 12.03.2015-ci il 

Çapa imzalandı: 23.06.2015-ci il 

 

179 



Yüklə 121,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə