Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 26,57 Kb.
Pdf görüntüsü
tarix23.10.2017
ölçüsü26,57 Kb.
#6409


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

 

 

 



AD

İL ƏLİYEV – 85 

TÜKƏNMƏZ ENERJİ VƏ MƏSULİYYƏTİN VƏHDƏTİ  

 

 



2015-

ci ilin sentyabr ayının 7-də Bakıda dünyaya 

göz açan AMEA Geologiya və Geofizika  İnstitutunun 

“Palçıq  vulkanizmi”  şöbəsinin  rəhbəri,  g.-m.e.d., prof. 

Ad.A.Əliyevin  anadan  olmasının  85,  İnstitutda  fəaliy-

yətinin 65 ili tamam olmuşdur. 

  O, 1949-

cu ildə paytaxtın 3 saylı orta məktəbini 

müvəffəqiyyətlə  başa  vurduqdan  sonra,  1954-cü  ildə 

Azərbaycan Dövlət Universitetini (hazırda BDU) fərq-

lənmə  diplomu  ilə  bitirərək  neftçi-geoloq  ixtisasına 

yiyələnmişdir.  Elmi  fəaliyyətinə  həmin  ilin  yanvar 

ayından Azərbaycan Milli Elmlər Akademiyası Geolo-

giya 


İnstitutunda (indiki Geologiya  və Geofizika İnstitutu) başlamışdır. 

1954-


cü  ildə  “Neft  və  qazın  geologiyası”  ixtisası  üzrə  aspiranturaya 

qəbul  olunmuşdur.  1958-ci  ildə  namizədlik  dissertasiyasını  müdafiə  etmiş  və 

geologiya-

mineralogiya  elmləri  namizədi  dərəcəsini  almışdır.  Bir  ildən  sonra 

böyük  elmi  işçi  vəzifəsinə  yüksəlmişdir.  Sonrakı  illərdə  “Bituminologiya  və 

süxurların üzvi maddələri” (1969-1970) və “Palçıq vulkanlarının geokimyası” 

(1972-

1986) laboratoriyalarına rəhbərlik etmişdir. 1986-1990-cı illərdə Suriya 



Neft  Şirkətində  (Dəməşq  şəhərində)  baş  mühəndis-geokimyaçı  və  elmi 

məsləhətçi  vəzifələrində  işləmişdir.  1992-ci  ildə  “Palçıq  vulkanizminin  geo-

kim

yası və böyük dərinliklərin neft-qızıllılığı” mövzusunda doktorluq disserta-



siyasını  müdafiə  etmişdir.  1997-ci  ildən  başlayaraq  İnstitutun  palçıq  vulka-

nizmi şöbəsinə rəhbərlik edir. 

90-

cı illərdən bəri Bakıda fəaliyyət göstərən  nüfüzulu neft şirkətləri (BP, 



Statoil, Amoko, Ekson və s.), qərb universitetləri (İtaliya, Almaniya) ilə Azər-

baycanın geologiyasını, o cümlədən palçıq vulkanlarını tədqiq edir. 

O,  elmi fəaliyyəti dövründə bir sıra beynəlxalq elmi layihələrə, ekspedi-

siyalara və s. rəhbərlik edib.  Belə ki, Adil müəllimin rəhbərliyi altında MDB, 

fəal iştirakı ilə Almaniya, İtaliya və s. ölkələrin nüfuzlu alimlərilə birgə Qaf-

 

183 




qazın, Azov, Qara dənizlərin və s. geologiyası, palçıq vulkanizmi, geokimya-

sına dair fundamental və tətbiqi əhəmiyyətli elmi araşdırmalar aparılmışdır.  

Palçıq  vulkanlarının  genezisi,  təsnifatı,  neft-qazlıqla  əlaqəsi,  eləcə  də 

vulkan  məhsulunun  əlverişli  geokimyəvi  xüsusiyyətləri  nəzərə  alınmaqla 

dərində yatan çöküntülərin neft-qaz əmələgəlmədə rolu, palçıq vulkanizmi və 

seysmik a

ktivlik  arasında  mümkün  əlaqələrin  araşdırılması  və  s.  məsələlərin 

öyrənilməsində  Adil  Əliyevin  əldə  etdiyi  elmi  nəticələrin  yeniliyini,  xüsusilə 

fərqləndirmək olar.  

Tarixində  ilk  dəfə  olaraq,  Azərbaycan  palçıq  vulkanlarının  “Təbiətin 

yeddi möcüzəsi” Beynəlxalq İnternet Müsabiqəsində iştirakı və finalda 28 elit 

qrupu  sırasına  düşməsində  (2009-cu  il)  də  Adil  müəllimin  müəllifi  olduqları 

elmi-publisis

tik nəşrlərin xüsusi töhfəsi olmuşdur. 

Dünyanın  geologiya  elmində  misilsiz  töhfə  kimi  dəyərləndirilən  və  ilk 

dəfə  olaraq  Azərbaycan  alimlərinin    təşəbbüsü  ilə  ərsəyə  gətirilən  “Dünya 

palçıq vulkanları”  atlası prof. Adil Əliyevin rəhbərliyi altında hazırlanmış və 

üç  dildə  İtaliyanın  nüfüzlu  nəşr  evində  çap  etdirilmişdir.  Akademiyanın  70 

illiyinə  həsr  olunan  bu  nadir  elmi  əsər,  özündə  dünyanın  42  ölkəsinin  2500 

palçıq  vulkanlarına  dair  bütün  məlumatları  əks  etdirir.  Zəngin  məlumat  və 

faktiki  materiallar  (yerli  və  xarici  mənbələrin)  əsasında  sistemləşdirilən  bu 

əsərdə,  indiyədək  palçıq  vulkanizmi  sahəsində  mübahisə  doğuracaq  bir  sıra 

məsələlərə aydınlıq gətirilib, yeni elmi nəticələr alınıb. 

Azərbaycan  palçıq  vulkanlarının  mühafizə  olunması  və  bu  geoloji  irsin 

gələcək  nəsillərə  təbiətin  əmanəti  kimi  çatdırılmasında  da  Adil  müəllimin 

əməyi  və  qətiyyəti  öz  töhfəsini  vermişdir.  Belə  2007-ci  ildə  Azərbaycan 

Respublikasının Prezidenti cənab İlham Əliyevin ETSN-nin nəzdində “Bakı və 

Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun yara-

dılmasında da professorun palçıq vulkanlarının təbii landşaftını və görünüşünü 

pozanlara  qarşı  və  eyni  zamanda  vulkan  ətrafında  həyata  keçirilən  tikinti 

layihələrinin  risk  faktoruna  dair  onlarca  rəsmi  və  publisistik müraciətləri  öz 

layiqli qiymətini aldı.  

Təcrübəli,  yüksək  ixtisaslı  neftçi-geoloq,  geokimyaçı  və  vulkanoloq 

mütəxəssis kimi Adil Əliyev 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın 

müəllifidir.  Onun  elmi  əsərləri  nüfuzlu  jurnallarda  çap  olunmuş,  xaricdə  və 

Respublikamızda  keçirilən  Beynəlxalq  konqres,  simpozium,  konfrans  mate-

riallarında öz əksini tapmışdır. Son 15 il ərzində 2 elmlər doktoru və 7 fəlsəfə 

elmləri doktoru hazırlamışdır. 

Ad. Əliyev İnstitutda “Neft və qaz geologiyası və geokimyası” seksiya-

sının rəhbəri, Elmi Şuranın və eləcə də Azərbaycan Respublikasının Prezidenti 

yanında  AAK-n  Ekspert  Komissiyasının  üzvüdür.  Azərbaycan  Jurnalistlər 

Birliyinin  üzvü  olaraq  50  ildən  artıqdır  ki,  geologiya  elminin  təbliğində  də 

aktiv fəaliyyət göstərir. Görkəmli alimin elmi-ictimai fəaliyyəti müxtəlif illərdə 

öz layiqli qiymətini almışdır. 

 

184 



  O, 2005-

ci ildə AR Əməkdar Elm Xadimi fəxri adına, 2008-ci ildə AR 

Prezidentinin  fərdi  təqaüdünə,  2010-cu  ildə  AR  Dövlət  mükafatına  (N001) 

layiq görülmüş və bir çox medal, diplom, fəxri fərmanlar almışdır.  

Adil  müəllimin  səmimiliyi,  dürüstlüyü  və  xüsusən  də  vətənə  olan 

bağlılığı  onun  məhsuldar  elmi  fəaliyyətində,  yetişdirdiyi  kadrların  sonrakı 

inkişafında  və  ictimai  fəallığında  özünü  sübut  edir.  Həmkarlarına  qarşı 

göstərdiyi xüsusi münasibət və elmi gəncliyə olan əlaqəsi, onun tək görkəmli 

alim  kimi  deyil,  həm  də  dostcanlı  insan  və  nümunəvi  həmkar  kimi  tanın-

masında əsas faktor olmuşdur.  

Özünün tükənməz daxili enerjisi, ciddi məsuliyyəti hesabına  indiyədək 

elmi  və  ictimai  sahədə  əldə  etdiyi  nailiyyətləri  münasibətilə  yubliyarı  təbrik 

edir,  ona  sonrakı  çoxsahəli  fəaliyyətində  daha  böyük  uğurlar  və  daima  səh-

hətində gümrahlıq arzu edirik.   

 

              

V.M.Babazadə, A.İ.Xasayev, M.İ.Çıraqov, Ə.Q.Novruzov, 

M.N.Məmmədov, N.Ə.İmamverdiyev,   

B.H.Qələndərov,  S.A.İsayev,  H.M.Hüseynov. 

 

   



 

 

 



 

 

 



 

185 

Document Outline

  • İnsan öz təsərrüfat fəaliyyətində, meşəni qıraraq, torpağı şumlayaraq, ev heyvanları saxlayaraq, təbiətə müəyyən təsir edir və daima onu dəyişdirir.
  • Təbiət qanunlarını və landşaftın elementləri arasında olan əlaqələri, bilmədən bilmək olmazdı ki, dağlarda meşələrin qırılması, düzənliklərin su altında qalması, yamacların sistemsiz suvarılması yarğanların inkişafına və torpaqların məhv olmasına, ...
  • 1. Бобылев С.Н., Грицевич И.Г. Глобальное изменение климата и экономическое развитие: Учебное пособие для курса экономики природопользования высших специальных учебных заведений. М.: ЮНЕП, WWF-Россия. 2005, 64с.

Yüklə 26,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə