Baki universitetiNİn xəBƏRLƏRİ №3 H



Yüklə 227,23 Kb.
Pdf görüntüsü
tarix22.10.2018
ölçüsü227,23 Kb.
#75452


 

28 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

H

umanitar elmlər seriyası   

 

2012 

 

 



 

 

47.09-



Ədəbiyyat tarixi UOT 82(091) 

 

HÜSEYN CAV

İD YARADICILIĞINDA “HÜBUTİ-ADƏM” 

 

S.M.QOCAYEVA 

Bakı Dövlət Universiteti 

sevinc.malik.99@mail.ru   

 

“Hübuti-

Adəm” H.Cavidin ilk əsərlərindəndir. Burada şair Quran qissəsinə müraciət 

edərkən təsəvvüfdən də bədii özünüifadə vasitəsi kimi faydalanaraq cəmiyyət və fərdlə bağlı 

düşüncələrini əks etdirmişdir. 

 

Açar sözlər: Allah, Cavid, Adəm, sevgi, gözəllik 

 

Hüseyn Cavidin əsərləri şairin varlığa, idraka baxışları, həyata münasi-



bəti haqqında tam təsəvvür yaradaraq onun cəmiyyət və fərdlə bağlı düşüncə-

lərini  açıqlayır.  Mütəfəkkirin  yaradıcılığında  Allah  ilə  mövcudat,  Allah  və 

insan  münasibətlərindən  bəhs  edərkən  ilk  növbədə  onun  şeir  yaradıcılığına 

diqqət yetirmək daha məqsədəuyğundur. Belə ki, “ümumilikdə, Cavidin şeirlə-

rin

də dərin bir həyat fəlsəfəsi, sağlam bir məntiq, insanın kamalına möhkəm 



inam  özünü  göstərməkdədir.  Gələcəkdə  dramlarında  qoyub  həll    edəcəyi  bir 

çox  problemlərin  “eskizini”  Cavid  şeirlərində  cızmışdır”  (5,  9).  Şair  hansı 

mövzuya  müraciət  edirsə  etsin  insan,  mənəviyyat,  cəmiyyətlə  bağlı  sağlam 

məntiqi  nəticələrini  təqdim  etməyə  çalışır  və  buna  müvəffəq  olur.  İnsanın 

xilqəti,  məqamı  ilə  bağlı  islami  təsəvvürlərə  yaxından  bələd  olan  böyük 

sənətkar  bəşəriyyətin  fəlakətini  nəfsinə  hakim  ola  bilməməsində  görürsə, 

nicatı həqiqi sevgidə axtarır. Bu baxımdan “Hübuti-Adəm” şeri diqqəti xüsusi-

lə  cəlb  edir.  Bu  lirik  parçanın  mövzusu  məşhur  Quran  qissəsindən  –  Adəm 

pey

ğəmbərin hekayətindən alınmışdır. Məlumdur ki, Nizami Gəncəvi də “Sir-



lər xəzinəsi”nin “Adəmin məqamı” adlanan birinci məqalətində həmin rəvayə-

ti nəzmə çəkmişdir. Nizaminin əsərində Adəmin xilqətindən ta tövbəsinə qə-

dər bütün hekayət “Bəqərə” surəsində olduğu kimi əks olunur. Məqalətin adın-

dan da göründüyü kimi, şair Allah-Təalanın Adəmi xəlq etməkdə məqsədinin 

nə olduğunu özü və oxucuları üçün aydınlaşdırmağa çalışır. Cavidi isə Adəmi 

Allahın  ona  bəxş  etdiyi  yüksək  məqamdan  aşağı  düşürən  səbəb  daha  çox 

düşündürür. Şeir bu səbəbdən də “Hübuti-Adəm” adlandırılmışdır. Hübut ərəb 

sözüdür, aşağıya düşmə, enmə, qonma kimi  mənaları vardır. Cavid də sələfi 

zuli  kimi  söz  seçimində  mahirdir.  Sufizmə  və  sələflərinin  poetik  irsinə 



yaxından  bələd  olan  H.Cavid  “hübut”  sözünün  ərəb  dilindəki  mənalarını 

nəzərə alaraq şeirə bu adı vermişdir. 




 

29 


Hüseyn Cavid Adəmin xilqəti, xilafətə təyin olunma, səcdəyə əmr, Həz-

rəti-Adəmin tövbəsi kimi mərhələlərə toxunmayaraq şeiri Adəmin Həvva ilə 

cənnətdə sakin olması, qadağan olunmuş ağac mərhələsi ilə başlayır, onların 

be

hiştdəki həyatını təsvir edir, “çirkli dünya işlərinə bulaşmayan” o ülviyyətə 



pərəstiş  edərək  cütlüyün  nurlar  içindəki  həyatını  romantik  boyalarla  əks  et-

dirir. Lakin hər bir səadət daimi olmadığı kimi bu xoşbəxtlik də uzun sürmür: 

Yaşarkən öylə nuranur içində

Hücum etmiş də süfli ehtirasat, 

Qabarmış adamiyyət hissi ... heyhat! 

O ülviyyət, o ülvi sərmədiyyət 

Zəbuni-ehtiras olmuş, nihayət, 

Nihayət, incə bir vəhşi-təmayil, 

O ülvi eşqi etmiş məhvü zayil (4, 27-28). 

“Ülvi eşq” dedikdə söhbət hansı məhəbbətdən gedir? Quran ayələrində 

bil

dirilir ki, Allah insanı ən gözəl biçimdə yaratmış, ona öz ruhundan üfürmüş-



dür.  Adəmə  bilgi  vermişdir.  İnsanın  məqamı  mələklərdən  də  ucadır.  Yalnız 

kamil insan xəlifətullah məqamına layiqdir. İslami düşüncəyə görə, “xəlqetmə 

insanın xatirinə gerçəkləşmişdir. İnsansız xəlqetmə mənasını itirərdi” (7, 81). 

Quranın  Maidə  surəsinin  54-cü  ayəsində  deyilir:  “Ey  iman  gətirənlər! 

Kim dinindən dönərsə, bilsin Allah bir qövm yetirər ki, O onları sevər, onlar 

da Onu sevər”. 

Təsəvvüfə görə, yaradılışın əsasında eşq durur. F.Əttar yazırdı: “Hər nə 

var  hamısı  eşqin  varlığından  meydana  gəlmişdir”  (2,  286).  Cavidin  fikrincə, 

yara

dılışdan əsas məqsəd məhəbbətdir. Şeyx Sənanın türbəsi önündə düşüncə-



lərə dalan şair yazır: 

Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir

Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən (4). 

Vəhdəti-vücud  nəzəriyyəsini  ilk  olaraq  sistemə  salan  İbn  Ərəbinin 

bununla bağlı verdiyi açıqlama da maraq doğurur: “Mütləq olan Allah özünü 

özündən başqa nədəsə dərk etmək, müşahidə etmək istəyir. Allahın bu istəyi 

Onun özünə məhəbbəti, deməli, həm də xəlq edilmiş aləmin obraz və hadisələ-

rin


də özünün təcəllilərinə məhəbbəti kimi səciyyələndirilir. Müxtəlif məhəbbət 

növlərini  təhlil  edən  ibn  Ərəbi  belə  bir  nəticəyə  gəlir  ki,  onların  hamısı  son 

nəticədə Xaliqlə Onun məxluqu arasında qarşılıqlı məhəbbətə müncərdir. Həm 

də  yalnız  insanda  Allahın  məhəbbəti  mənalı  əks-sədasını  tapır,  çünki  bütün 

başqa məxluqlar Allahı kortəbii məhəbbətlə sevir” (8, 84). 

Ülvi eşqə xələl gətirən insan - Adəm Behiştdən uzaqlaşdırılır. Onun gö-

zəlliyi  də  əlindən  alınır.  Yalnız  tövbədən  sonra gözəlliyinin  üçdə  biri  qayta-

rılır. Nizami yaradıcılığında bu hadisə yeni məna siqləti kəsb edir. Şairə görə, 

“Behiştdən Sərəndibə atılan Adəmin günahkar olduğundan üzü qaradır. Lakin 

o bu cəzaya dözür, şikayətlənmir, tövbəsini təkrarlayır, gözlərindən peşimanlıq 

yaşı  axıdır.  Allahın  kərəminə  ümidlə  o  qədər  dözür  ki,  üzündən,  əlindən 

günahkarlıq qarası silinir”(1, 74). Cavidsə həmin əhvalata belə eyham edir: 

Sararmış bət-bəniz, uçmuş təravət

Hücum etmiş haman rəndi-səfalət (4, 28). 




 

30 


Mifik düşüncəyə görə, qara rəng şəri, zülməti təmsil edirsə, sarı rəng ay-

rılığın rəmzi kimi qəbul edilir. Nizami Adəmin üzünün qaraldığını bildirməklə 

bir tərəfdən onun iblisə uymaqla günaha batdığına, digər tərəfdən peşiman ola-

raq qəmə qərq olduğuna, bu səbəbdən də rənginin boğulduğuna işarə edir. Hü-

seyn Cavid isə Adəmin bənizinin saraldığına diqqəti cəlb etməklə təsəvvüfdən 

təsirlənir.  Sufilərə  görə,  ruh  ələst  bağçasından  Yer  üzünə  endirilərkən  ona 

cism verilir. İlk  yaradılış bağçasından ayrı düşən ruh keçmiş günlərini xatır-

laya


raq ayrılıqdan şikayətlənir. O, öz əslinə qayıtmağı arzulayır. Ruh pak olsa 

da cismin maddi və fiziki tələbatları onu “çirkli dünya işlərinə bulaşdırır”. Bu 

Saib Təbrizinin yaradıcılığında lakonik şəkildə belə ifadə olunmuşdur: “Ah, o 

günlər  ki,  təcrid  iqlimində  və  ələst  bağçasında  öz  başımın  sultanı  idim. 

Bilmirəm nə etdim, nə günahım vardı ki, bu bədən zindanına düşüb də çirkli 

dünya işlərinə bulaşdım” (3, 11). 

M.Füzulinin “Yeddi cam” əsərində də ilkin vətəndən ayrı düşdüyündən 

nalə edən neyin rəngi sarıdır :.  

Sordum ona: “Ey qəm elinin tacı-qüruru, 

Neyçin sarısan, anlat o qəlbindəki şuru?! 

Söylə, de görüm ah, nə yanıq nalələrin var, 

Solğun yanağından tökülən jalələrin var!” 

Əslindən ayrı olduğu üçün Ney şikayətlənərək nalələri ilə ürəklərə od sa-

lır.  Bu  nalələrin  yaranmasına  səbəb  onun  qamışlıqdan  uzaq  düşməsidir.  Be-

ləliklə, məlum olur ki, Ney də aşiqdir və eşqdən doğan hicran dərdini anladır. 

Füzuli  də  C.Rumi  kimi  bu  fikirdədir  ki,  sevgilisindən  ayrı  düşmüşləri  Ney 

qədər kimsə anlaya bilməz. Ney sufi rəmzlərində “Ələst” bağçasından gələrək 

cisim daxilində dustaq olan insan ruhu, nəfsinə qalib gəlmiş salikin vücudu və 

qəlbi kimi anlaşılır. Beləliklə, Adəmin çöhrəsinin saralmasının səbəbi ayrılıq 

qəmindəndir.  Bu  ayrılığa  isə  səbəb  onun  ülvi  eşqə  (həqiqi  məhəbbətə)  xələl 

gətirməsi olmuşdur. 

Hüseyn Cavidə görə, gözəllik ilahi mənşəlidir və ruha verilmişdir. İnsa-

nın ruhu nə qədər pak olarsa, ondakı gözəllik də öz Lahutiliyi ilə daha əsrarən-

giz olar. Ruhun ülviliyi isə həqiqi eşqlə bağlıdır. Beləliklə, eşq və gözəllik əla-

qələndirilir,  insanın  gözəlliyinin  onun  eşqinin  miqdarınca  olması  fikri  mey-

dana  çıxır.  Quranda  deyilir:  “Aləm  Allahın  kölgəsidir”.  Bu  ayəyə  əsaslanan 

sufi  təliminə  görə  yaradılış  mənanın  surətidir,  “bütün  varlıqlar  fani  olaraq 

Alla


hın  varlığında  birləşir”  (8,  61).  Allahı  sevən  onun  yaratdıqlarını  da  sev-

məlidir. Füzuli yaradıcılığında olduğu kimi Cavid yaradıcılığında da Yaradana 

olan  ülvi  eşq  maddi  aləmdə  bütün  bəşəriyyətə  sevgi  kimi  səciyyələndirilir. 

Cavid bu fikirdədir ki, gözəlliyi insana sevdirən də sevgidir. “Hər yer səfalı, 

nəşəli” seirində də şair bu kimi fikirləri təlqin edir: 

İnsan olan cihanda nasıl sevgisiz yaşar!? 

Həp sevgidir gözəlliyi insana sevdirən, 

Məhrumi-eşq olunca gözəllik də can sıqar, 

Dünyada varsa devləti-cavid, o, eşqdir (4, 61). 



 

31 


Ülvi eşqə xələl gətirdiyi üçün Adəm və Həvva öz gözəlliklərini itirirlər 

ki, bu fəlakətlərin də əsas səbəbi Cavid yaradıcılığında İblis deyil, onların öz 

nəfslərinə hakim ola bilməmələridir: 

Əmin ol, nerdə nəfs olmuşsa hakim; 

Həqiqi eşqi məhv etmiş məzalim (4, 29). 

 “Hübuti-

Adəm”də  Adəmlə  Həvvaya  Behiştdən  qovulmaları  və  Yer 

üzünə  enmələri  barədə  Allah  fərmanı  bir  füsünkar  Pəri  vasitəsilə  çatdırılır. 

Pərinin dediklərindən aydın olur ki, Adəm övladının Yer üzündəki həyatı heç 

də  axar  çaylar  kimi  duru  olmayacaq.  Onlar  bəla  və  fəlakətlərə  düçar  olaraq 

sınaqdan keçiriləcəklər: 

Yaşarsın vadiyi-zillətdə məyus, 

Fəqət dönməz, o günlər keçdi əfsus! 

Cihan durduqca hər nəslin bərabər,  

Bu müdhiş zərbədən qurtulmaz inlər. 

Bu qəflət, öylə bir süfli cinayət 

Ki, verməz kimsəyə bir ləhzə rahət. 

Bu gün əxlaf üçün səndən əmanət 

Qalan yalnız fəlakətdir, fəlakət!... (4, 29) 

Pəri aydın şəkildə Adəmə bildirir ki, törəmələri üçün ondan qalan əma-

nət yalnız bəla və fəlakət olacaqdır. İnsanın Yer üzündəki yaşamı isə bizə bir 

daha  təsdiqləyir  ki,  bütün  bu  fitnə-fəsadlar  insan  əlilə  törədiləcəkdir.  İnsan 

əlilə insan qanı axıdılacaq, xəyanət, zülm, ədalətsizlik, tamah Adəm övladını 

uçuruma aparacaqdır.  

“Bəqərə”  surəsinin  30-cu  ayəsində  bildirilir:  “Rəbbin  mələklərə:  “Mən 

yer üzündə bir xəlifə yaradacağam”, - dedi. Beləliklə, Adəmin üzərinə cahanda 

Allahın  xəlifəsi  olmaq  missiyası  düşür  ki,  “xilafət  başqasının  canişinliyini 

öhdəsinə  alıb  onun  işini  yerinə  yetirməkdir”  (6,  103).  İstər-istəməz  belə  bir 

sual  insanı  düşündürür:  Allah  təkcə  kamil  insan  olan  Adəmimi  öz  xəlifəsi 

təyin etmişdir, ya bu ali məqam bütün insanlara qismət ola bilər? Məhəmməd 

Baqir Saivər “Bəqərə” surəsinin 30-cu ayəsinə - mələklərin sualına əsaslana-

raq  bu  qənaətə  gəlir  ki,  xəlifəlik  məqamı  təkcə  Adəmə  yox,  bütün  insanlara 

aiddir (6, 1

04). Həmin ayədə bildirilir: 

Mələklər deyirlər: “Yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəs 

yaratmaq istəyirsənmi?”   

Böyük Füzuli də beytlərindən birində bu ayəyə eyham etmişdir: 

Adəm əvvəl səri kuyin verüp almış cənnət 

Eşidüp təni mələk sonra peşiman olmuş.  

Şair  demək  istəmişdir  ki,  aldanmış  Adəm  bu  dünyanı  cənnət,  ələst 

bağçasından zənn edərək  maddi aləmə enmiş, mələklərin tənələrini eşitdikdən 

sonra peşman olmuşdur. 

Yer  üzündə  Allahın  xəlifəsi  olmaq  üçün  yaradılan  Adəm  əvvəlcə  öz 

zövcəsi  ilə  birlikdə  Cənnətdə  yaşayır,  ona  ilk  qadağa  da  burada  qoyulur  ki, 

“bu, insan

ı  əmr  ilə  nəhy,  xeyirlə  şər  arasında  seçim  qarşısında  qoymaqla 

imtahana çəkmək üçün bir vəsilə idi” (7, 80). Adəm bu sınaqdan üzüağ çıxmır. 

Behiştdə  onun  fəlakətinə  səbəb  İblis  olmuş,  o  da  cəzalandırılaraq  Adəmlə 




 

32 


birlikdə Yerə enmək əmri almışdı. Adəm çox peşman idi, tövbə edir, günahı 

bağışlanır. “Peyğəmbər” əsərində deyildiyi kimi: 

Əhv edər, onun lütfü çox 

Peşiman olan qullara (4, 152). 

Allahın Yer üzündə xəlifə təyin etdiyi Adəm dünyaya endirilir və islam 

mövqeyindən yanaşdıqda burada əsas məqsəd odur ki, bəşərin ilkin atası “ya 

ixtiyari təkamüllə hidayəti seçsin və ona tabe olsun, ya da hidayəti təkzib etsin 

və Allah buna da hazırlıq yaratmışdır” (6, 110). Cavidə görə, tamah və nəfs 

insanın  daxili  düşmənidir.  Yer  üzünün  bəla  və  fəlakətlərindən  qurtulmağın 

yeganə yolu nəfsə uymayaraq həyat sınaqlarından üzüağ çıxmaqdır: 

Kimin ülviysə ruhu, söz onundur

Əsəri-nəfs olan daim zəbundur ( 4, 29). 

Bu  deyilənlər  belə  bir  nəticəyə  gəlməyimizə  əsas  verir  ki,  insanın 

yaradılmasından və ona bilgi, düşüncə verilməsindən əsas məqsəd Yer üzündə 

haqqı  və  ədaləti  bərqərar  etməkdir.  Dünya  mələklərdən  də  yüksək  məqama 

layiq bilinən insanların sayəsində abadlaşaraq gülüstana çevrilməlidir. İnsanlar 

haqq yolunu tutaraq mənən saflaşarlarsa bu dünyanı behiştə çevirə bilərlər.  

A

dəm və onun törəmələri üçün Yer üzü də bir sınaq meydanıdır. Çünki 



ən  qəddar  düşməni  olan  İblis  də  onunla  birlikdə  bu  aləmə  göndərilmişdir. 

Adəm övladları Behiştdəki əhvalatdan ibrət almalıdırlar Adəmin düçar olduğu 

bəla “insan üçün həyat həqiqətlərinin dərkidir ki, insan özünü Yerdə yaşayış 

və tədrici təkamülə görə ilahi xilafətə tərəf hazırlasın”(6, 109).  

Mütəfəkkirə görə, “Sevgisiz bir könül şeytan yuvası”dırsa, sevgi ilə dolu 

olan qəlbdə şər məskən sala bilmir. İnsan qəlbini sevgi ilə şəfəqləndirərək mə-

ri

fətə çatarsa mənfi xislətlərdən qurtula bilər. Buna səy etməyən isə özü özü-



nün ən böyük düşmənidir. Fəridəddin Əttar Allaha müraciətlə yazırdı: “Xalq 

Səndən  qorxar,  mənsə  özümdən  qorxuram.  Çünki  Səndən  yaxşılıq  gördüm, 

özümdənsə pislik” (2, 31).  

Cəmiyyət fərdlərdən təşkil olunur. Onun xoşbəxtliyi bu fərdlərin mənəvi 

ka

milliyinə  bağlıdır.  Dahi  Nizami  də  “İsgəndərnamə”  əsərində  belə  bir  nə-



ticəyə gəlir ki, insanlar mənən sağlam olarlarsa, ideal cəmiyyəti qura bilərlər. 

Mənəvi saflığa çatmaq üçünsə insan öz mikroaləmini nurlandırmalı, buradakı 

zülməti yox etməlidir: 

Xəstə bir üzvə bənzər amili-şər, 

Kəs də, bulsun şəfa vücudi-bəşər  (4, 215). 

Şair bu beytdə kin, tamah və paxıllığın insanın daxilində olmağına işarə edir. 

H.Cavidin “İblis” əsərinə diqqət etsək görərik ki, bunu İblis özü də təsdiqləyir: 

Siz nə qadar bəndən uzaqlaşsanız, 

Yer deyil, əflakə uçub qaçsanız, 

Qarşılaşıb birləşiriz daima,  

Ayrı deyil, çünki biriz daima  (4, 68). 

Adəm övladının yeganə çıxış yolu içindəki şeytanı öldürməkdir ki, bu da 

yalnız nəfsin tərbiyələndirilməsi sayəsində mümkündür.  

“Hübuti- 

Adəm”  şeirində  Cavid  ilk  peyğəmbərin  behiştdəki  qayğısız 

günlərini təsvir edərək onun yerə endirilməsinədək baş verən əhvalatı qələmə 




 

33 


alır.  İnsanın  bu  cahandakı  həyatının  acınacaqlı,  fəlakətli  olacağını  Pərinin 

sözlərilə  bildirir.  Yeganə  nicatı  isə  nəfsə  qul  olmamaqda  -  mənəvi  saflıqda 

görür.  Göründüyü  kimi,  Hüseyn  Cavid  Quran  qissəsinə  müraciət  edərək, 

cəmiyyət  və  fərdlə  bağlı  düşüncələrini  açıqlamışdır.  O,  bədii  təxəyyülündən 

süzülüb  gələn  söz  inciləri  vasitəsilə  mühüm  bəşəri  ideyanı    təqdim  edərkən  

təsəvvüfdən də bədii özünü ifadə vasitəsi kimi faydalanmışdır. 

 

ƏDƏBİYYAT 

1.

 



Əlizadə M. Nizami insanın mənəvi məziyyətləri haqqında / Nizami Gəncəvi-850. 

M

əqalələr toplusu, 1992, s.67-104.  



2.

 

Ferid



üddin Əttar. Mantuku t-tayr (türkçesi Yaşar Keçeçi), İstanbul, 1998, 288 s. 

3.

 



Əli Fuad Bilkan. Saib Təbrizidən hikmət damlaları. İzmir, Basqı Çağlayan A.Ş., 2003, 72 s. 

4.

 



Hüseyn Cavid. Əsərləri. 5 cilddə. I c., Bakı: Lider nəşr, 2005, 256 s. 

5.

 



Y.Qarayev. H.Cavid

in yaradıcılığı. H.Cavid. Əsərləri. 5 cilddə. I cild, Bakı: Lider nəşr, 

2005, s.7-24.  

6.

 



M

əhəmməd Baqir Saivər. Adəmin xilqəti, insanın əzəməti // Hikmət, №3, 2004, s.100-110. 

7.

 

M



əmmədov A. Xəlqetmə, insan və Allah sevgisi ilə bağlı islami təsəvvürlər // Hikmət, 

№1, 2003, s.79-84  

8.

 

Rüst



əmov Y. Mövlana Cəlaləddin Ruminin fəlsəfəsi // Hikmət, № 3, 2004, s.56-69.  

 

«



ХУБУТИ АДАМ» В ТВОРЧЕСТВЕ ГУСЕЙНА ДЖАВИДА 

 

С.М.ГОДЖАЕВА 

 

РЕЗЮМЕ 

 

В статье рассматривается произведение Гусейна Джавида с точки зрения требо-



ваний современного литературоведения.  

Также  исследуются  идея  -  художественные  источники  творчества  Г.Джавида.  В 

заключении  приходим  к  такому  научному  выводу,  что  поэт-драматург  был  глубоко 

знаком с суфизмом,  используя его  как способ  проявления  своих мыслей об обществе  и 

индивиде. 

 

Ключевые слова: Аллах, Джавид, Адам, любовь, красота 



 

“ADAM’S FALL” IN JAVID’S CREATIVITY  

 

S.M.GOJAYEVA 

 

SUMMARY  

 

The article studies  the creative work of Huseyn Javid from the  point of view of 



demands of the modern literary criticism. Idea-artistic sources of H.Javid’s poetry  are 

reviewed. It is concluded that the poet-dramatist was deeply familiar with Sophism, using it as 

a means, to elucidate his opinions about society and personality.  

 

Key words: God, Javid, Adam, love, beauty 



 

Yüklə 227,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə