Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar e



Yüklə 55,18 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü55,18 Kb.
#19428


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar e

lmlər seriyası   

 

2014 

 

 



 

 

UOT 82.0; 82.09 



 

RÜŞDİYYƏ NƏSRİNDƏ MAARİFÇİLİK 

 

A.Y.ABUŞOVA 

Bakı Dövlət Universiteti 

a.afet_1985@mail.ru 

 

Rüşdiyyənin  ədəbi  irsi  Azərbaycan  ədəbiyyatının  nadir  nümunəsi  hesab  edilir.  Onun 

təmsillərində dərin ictimai məna yükü vardır. “Köpək və çaylan”, “Şir və siçan”, “Dözümsüz 

aslan”,  “İnsan  və  aslan” kimi təmsillərində artıq  tamahın  baş yarması,  hökmranlığın əbədi 

olmaması, xalqın mənafeyini şəxsi mənafedən üstün tutmaq kimi qənaətlərə gəlinir. O, 1893-cü 

ildə Təbrizdə  “Rüşdiyyə milli məktəbi”ni açmışdır. 

   


Açar sözlər: təmsil, maarifçilik, gənc nəsil, məktəb, dərslik, hekayə 

  

Mirzə  Həsən  Rüşdiyyə  1851-ci  ildə  Təbriz  şəhərində  dövrün  görkəmli 



alimlərindən olan Molla Mehdinin ailəsində anadan olmuşdur. İbtidai təhsilini 

Təbrizdə alandan sonra Beyrutdakı Darülmüəllimi  məktəbinə daxil olmuşdur. 

Rüşdiyyə  həmin  məktəbdə  təkcə  təhsil  almaqla  kifayətlənmir,  həm  də  dövrü 

üçün  aktual  olan  yeni  təhsil  üsullarını  öyrənirdi.  Bu  işlərin  XIX  əsrdə  çox 

böyük əhəmiyyəti var idi. Çünki Avropa təhsil proqramları Şərqdəki mədrəsə 

təhsilindən  çox  qabağa  getmişdi  və  orta  əsr  qaydalarına  söykənən  mədrəsə 

təhsil sistemi müasir tələblərə cavab vermirdi və yalnız dini ayinlər, bəzi təbiət 

elmləri sahələrində səthi məlumat verilirdi. Yeri gəlmişkən, qeyd edək ki, XIX 

əsr Güney Azərbaycan nəsrində həmin təhsilin eybəcərlikləri də öz əksini tapır 

və onlar barəsində əvvəldə geniş bəhs etdik. 

Rüşdiyyə  məhz  müasir  tələblərə  cavab  verən  məktəblərin  təsis  edilməsi 

barədə düşünürdü. Bu məqsədlə o, Darülmüəllimində təhsilini bitirəndən sonra 

1884-

cü ildə Rusiya tərkibində olan Qafqaza, daha doğrusu, indiki Ermənistan 



ərazisi olan İrəvan xanlığına gəlmiş, burada görkəmli rus pedaqoqu K.D.Uşin-

skinin pedaqoji irsi ilə tanış olmuşdur. İrəvanda Rüşdiyyənin qardaşı yaşayırdı 

və o qardaşının köməyi ilə yeni tipli məktəb açıb azərbaycanlı balaları təhsilə 

cəlb edir. İranın şahı Nəsrəddin Avropa səfərindən qayıdanda İrəvanda olmuş 

və Rüşdiyyə ilə şəxsən görüşüb ona İranda yeni tipli məktəblər açmağı təklif 

etmişdir [3].  

Onun  əsərlərindən  yeni  məktəb  təliminin  əsaslarını  öyrənən  Rüşdiyyə 

1887-


ci  ildə Təbrizə qayıdıb  şəhərin Şeşgilan  məhəlləsində  yeni tipli  “Dəbis-

tan” məktəbini açır. Həmin dövrdə hətta dövlət səviyyəsində yeni tipli məktəb-

 

32 



lərin  açılmasına  icazə  verilirdi  və  ölkəni  idarə  edən  azərbaycanlı  sülaləsi 

Qacarlar əhalinin maarifləndirilməsi üçün bir çox tədbirlər həyata keçirirdilər. 

Həmin tədbirlər siyahısında yeni tipli məktəblərin açılması da var idi. Rüşdiyyə 

1905-


ci ildə “Məktəb” adlı qəzet də nəşr etdirmişdir. Qəzetdə olan Eynüddövlə 

haqqındakı  siyasi  materiallara  görə  onu  sürgün  edirlər.  Məşrutə  inqilabından 

sonra  sürgündən  qayıdan  Rüşdiyyə  “Həyati-cariyyə”  adlı  yeni  bir  məktəb  də 

açır [3].   

Elə həmin tədbirlər layihəsindən yararlanan vətənpərvər ziyalı 1893-cü ildə 

Təbrizdə başqa bir məktəb – “Rüşdiyyə milli məktəbi”ni açır. Bu məktəb də dərsi 

yeni üsulla tədris edən məktəblərdən idi. Rüşdiyyəni Azərbaycan xalqının xoşbəxt 

gələcəyi  düşündürürdü  və  bilirdi  ki,  xoşbəxt  gələcəyə  aparan  yol  müasir 

məktəblərdən  keçir.  Böyük  Azərbaycan  ziyalısı  təkcə  nəzəri  cəhətdən  deyil, 

əməldə  də  bunları  həyata  keçirmək  istəyirdi.  O,  təkcə  məktəb  açmaqla  öz  işini 

bitmiş  hesab  etmir,  həm  də  müasir  məktəblər  üçün  müasir  dərsliklərin  də 

vacibliyini başa düşürdü. Ona görə də, Rüşdiyyənin özü 1894-cü ildə “Vətən dili” 

adlı dərslik çap etdirir və həmin dərslik müasir məktəblərdə tədris olunur [3].  

M.H.Rüşdiyyə  bilirdi  ki,  yeni  zamanın  rəhbərləri  də  qabaqcıl  düşüncəli 

adamlar  olmalıdır.  Bu  məqsədlə  o,  siyasi  dərnəklərdən  biri  “Gizli  əncümən” 

təşkilatının  üzvü  olub,  onun  siyasi  dərnəklərində  iştirak  edir  və  sonra  siyasi 

fəaliyyətini  genişləndirib  “İnqilab  komitəsi”nin  əsas  təşkilatçılarından  birinə 

çevrilir.  

Mirzə  Həsən  Rüşdiyyə  ömrünün  axırınadək  pedaqoji  işlərlə  məşğul  ol-

muşdur. O, 1944-cü ildə 93 yaşında vəfat etmişdir, ancaq həmin ömrün altmış 

ilini gənc nəslin tərbiyəsinə həsr etmişdir. Onun “Bidayətüt-təlim”, “Kifayətüt-

təlim”,  “Nəsihətül-təlim,  “Təkmilüs-sərt”,  “Təhsili-hesab”,  “Əlifbayi-sövti” 

kimi on yeddi kitabı var. Həmin kitablar ədəbi-elmi xarakter daşıyır. Kitablarda 

mənalı nəsihətlər, tərbiyəvi hekayələr, maraqlı təmsillər toplanmışdır. Bu mə-

nada, Rüşdiyyənin fəaliyyət sahəsinə həm də yazıçılıq düşür. Ədəbiyyatımızda 

Nizami  Gəncəvinin  “Sirlər  xəzinəsi”  ilə  başlanan  və  XIX  əsrdə  Q.B.Zakirin, 

A.Bakıxanovun,  S.Ə.Şirvaninin  yaradıcılığı  ilə  davam  edən  alleqorik  janrın 

davamçılarından biri də Rüşdiyyədir.  

Yazıçının  ədəbi  fəaliyyətinə  qiymət  verən  C.Xəndan  yazır:  “Müasir 

adamlara Rüşdiyyəni sevdirən nədir? Hər şeydən əvvəl, onun ana dilini təlim 

etmək  sahəsindəki  fəaliyyətidir.  Bu  fəaliyyətin  böyüklüyü  bir  də  ona  görə 

nəzəri cəlb edir ki, bu irticanın ən qüvvətli bir dövründə özünü göstərmişdir” 

[3].  Həqiqətən  də,  güneylilər  Rüşdiyyənin  ədəbi-pedaqoji  fəaliyyətini  həmişə 

yüksək qiymətləndirmişlər. 1945-ci ildə Cənubi Azərbaycanda yaradılan Milli 

hökumət  1946-cı  ilin  may  ayında  Rüşdiyyə  haqqında  qərar  qəbul  etmişdir. 

Həmin  qərarda  göstərilir  ki,  onun  həyat  və  yaradıcılığı  dərindən  öyrənilsin, 

heykəli qoyulsun və küçələrdən birinə onun adı verilsin. Həmin qərardan sonra 

heykəltəraş  Ərəbzadə  onun  heykəlini  düzəldir.  Rüşdiyyənin  ədəbi  irsi  Azər-

baycan ədəbiyyatının nadir nümunəsi hesab edilir.  

Onun  alleqorik  hekayələrində  dərin  məna  var.  Yazıçı  həmin  hekayələri 

uşaqlar  üçün  yazıb  dərsliyinə  salmışdır.  “Bir  aslan  ilə  iki  öküz”  hekayəsində 

göstərir ki, aslan öküzləri  yemək  istəyir, ancaq onların  birləşib  aslana  hücum 

 

33 



etmələri buna imkan vermir. Belə olduqda aslan onlardan birini aldadıb deyir 

ki: “- 


Yoldaşından  ayrılıb  onu  tək  və tənha  qoysan,  əsla  səninlə  işim  olmaz. 

Yekəbaş öküz aslanın verdiyi vədlərə aldanıb köməyindən ayrıldı. Dərhal aslan 

fürsəti fövtə verməyib əvvəl o öküzü və sonra onun yoldaşını yırtıb yedi...” [2]. 

Yazıçının  uşaqlar  üçün  yazdığı  belə  kiçik  hekayələr onlarda milli birlik 

tərbiyəsini  yaradırdı. Sonradan  böyüyüb  yaşa dolan uşaqlar  həmin  hekayənin 

təsiri ilə sağlam düşüncəyə sahib olurdular.  

Başqa  bir  miniatür  hekayəsində  yazıçı  yersiz  arxayınlığı  tənqid  edərək 

“Bağa  ilə  Dovşan”  hekayəsini  danışır.  Onlar  iti  yürüməkdə  bəhsə  çıxırlar. 

Dovşan  iti  qaçışına  arxayın  olub  yatır,  Tısbağa  da  ləng  yerişindən  qorxaraq 

cəhd  edir.  Nəticədə,  ləng  gedən  Tısbağa  iti  qaçan  Dovşana  qalib  gəlir  [2]. 

Yazıçının bu hekayəsində də dərin siyasi məzmun var. Öz tarixi keçmişinə və 

təbii sərvətlərinə arxayın olan İran qabaqcıl dünyanın qanunları ilə yaşayan və 

heç bir tarixi, sərvəti olmayan ölkələrdən çox geri qalmışdır.  

“Maral” hekayəsində yazıçı daha dərin əxlaqi-estetik məsələlərə toxunur. 

Ayaq

larının nazikliyindən utanıb, buynuzlarının böyüklüyü ilə fəxr edən Maral 



ovçulara  rast  gəlir.  Nazik  ayaqları  onu  təhlükədən  qurtarır,  ancaq  meşədə 

buynuzlarını ağaca ilişdirib, xilas ola bilməyən Maral fikrində yanıldığını başa 

düşür:  “Ayaqlarım  məni  səhrada  düşmən  əlindən  qurtardı,  lakin  məmnun 

olduğum buynuzlarım həlakıma səbəb oldu” deyir [2]. Bu hekayənin də uşaqlar 

üçün böyük tərbiyəvi əhəmiyyəti var: İnsan gərək Allah tərəfindən ona verilmiş 

hər şeyin qədrini bilsin, haqqı nahaqla qarışdırmasın. Yazıçı bu hekayəni həm 

də nəzmə çəkmiş və sonra irəli sürdüyü ideyanı belə ifadə etmişdir: 

Rəsmidir bu cahanda kim axmaq, 

Haqqı nahəqq gördü, nahəqqi həqq [2]. 

Rüşdiyyə  “Köpəklər  və  Tülkü”  təmsilində  də  ciddi  məsələyə  toxunur. 

Aslanın dərisini didişdirən köpəklərə Tülkü deyir ki, sağ olsaydı, indi siz onun 

ağzında  olardınız.  Düşündürücü  olan  bu  miniatür  təmsildə  yazıçı  ciddi  həyat 

hadisəsinə işarə edir, yəni “yıxılana balta vuran çox olar” [2].  

Yazıçı “İki xoruz” hekayəsində yenə də yersiz qürrələnmədən bəhs edir 

və  yazır ki,  iki  xoruz döyüşdü  və  sonra qalib gələn  xoruz daşın üstünə çıxıb 

qürrələnəndə  “yırtıcı  quşlardan  biri  şığıdı  və  onu  qapıb  getdi”  [2].  Yazıçının 

məğrurluq  haqqında  belə  düşüncələri  həm  də  müqəddəs  Quran  ayələrindən 

gəlirdi. Müqəddəs kitabda da yazılıb ki, Allahın özünü dartan adamlardan xoşu 

gəlməz.  

Rüşdiyyə təmsillərində elə incə məqamlara toxunur ki, həmin məqamlar 

indi

yədək xalq arasında zərbi-məsəllərə çevrilmişdir. Kiçik bir İsrail dövlətinin 



bütün  islam  dünyasına  qarşı  durmasını,  zəif  bir  Ermənistanın  cəsarət  edib 

Azərbaycana hücum etməsini təhlil  edənlər son məqamda  bu qənaətə gəlirlər 

ki, “arxalı köpək qurd basar”. Yəni həqiqətdə İsraillə, Ermənistanla vuruşanlar 

onun arxasında dayanan, ABŞ, Rusiya kimi nəhəng “qurdlarla” vuruşur. Yazıçı 

bu  siyasi  həqiqəti  özünün  “Köpək  və  Qurd”  təmsilində  vermişdir.  Qurdun 

dalınca qaçan Köpək hünərindən qürrələnir. bu vaxt qurd çevrilib ona deyir ki, 

“mən sənə arxa durub gələn o adamdan qorxuram” [2]. Bu sözlə də miniatür 

hekayənin əsas ideyası aydın olur.  

 

34 



 

Rüşdiyyə  “Köpək  və  çaylan”  hekayəsində  artıq  tamahın  pis  nəticələr 

verəcəyini anladır. Köpək ağzında ət çaya girir və çayda əksini görəndə istəyir 

ki,  sudakı  əti  də  götürsün.  Bu  vaxt  ağzındakı  ət  suya  düşür  və  onu  Çaylan 

aparır. Beləliklə, Köpək əlində olan qismətini itirir.  

“İnsan və Aslan” hekayəsində Rüşdiyyə hökmranlıq məsələsinə toxunur. 

İnsan və Aslan  bir rəsmə baxırlar və həmin  şəkildə insan aslanı  boğur. Bunu 

Aslana gös

tərən  İnsan  qürrələnir  və  onun  həqarətinə  qarşı  Aslan  belə  cavab 

verir  ki,  “əgər  aslanlar  dəxi  insan  oğlu  təki  rəsm  elmini  bilmiş  olsaydılar,  o 

vaxt  hansı  bir  insan  aslanı  boğa  bilərdi”  [2].  Yazıçının  bu  ideyası  da  islam 

fəlsəfəsindən qaynaqlanır. İslam müqəddəsləri həmişə iddia edib ki, insanların 

bir-

birindən üstünlükləri elmdədir.  



“Şir  və  Siçan”  təmsilində  Rüşdiyyə  yaxşılığın  heç  vaxt  itməyəcəyini 

uşaqlara  başa  salmaq  istəyir.  şir  bir  dəfə  Siçanı  yeməyib,  ona  yaxşılıq  edir. 

bunun müqabilində bir gün tora düşən Şirə də Siçan yaxşılıq edir və toru kəsib 

onu xilas edir. belə süjetlərlə yazıçı insanlara başa salmaq istəyir ki, hər kəs öz 

əkdiyini biçir. İnsan nə edirsə, o da qarşısına çıxır. Bu fikrini yazıçı “Dözüm-

süz  Aslan”  hekayəsində  bir  qədər  dərinləşdirmiş  və  rəftarın  həmişə  xoş 

olmasını nəzərə çarpdırmışdır. Hekayənin məzmunu belədir ki, Aslan yatanda 

bir çəyirtkə onu əsəbiləşdirir və bu halı görən Tülkü onun hərəkətlərinə gülür. 

Bundan qəzəblənən Aslan deyir: “Ey Tülkü, məni titrədən çəyirtkənin özü yox, 

onun  təhqiredici  hərəkət  və  rəftarıdır”  [2].  Həqiqətən  də,  cəmiyyətdə  bəzən 

ləyaqətsizlərin pis rəftarı insanları əsəbiləşdirir. Yazıçının özü də belə ictimai-

siyasi mübahisələrdə çox əziyyət çəkib, əsəbiləşmişdir.  

Rüşdiyyənin  miniatür  təmsilləri  dövrün  siyasi  əhval-ruhiyyəsini  özündə 

ehtiva edir. onun süjetlərində dərin ictimai məna var. Məsələn, belə bir süjetinə 

nəzər  salaq:  maral  xəstələnir  və  ona  çoxlu  heyvan  baş  çəkməyə  gəlir.  Gələn 

heyvanlar ətrafda olan bütün otları yeyib qurtarır və Maral sağalanda yeməyə 

ot tapa bilməyib ölür. Bu süjet XIX əsrdə imperialistlərin yardım altında İrana 

gəlməsini  və  onun  sərvətini  talan  etməsini  göstərir.  Yaxud  başqa  bir  süjetini 

götürək:  Öküzün  buynuzunda  oturan  milçək  deyir  ki,  ağırlığım  sənə  əziyyət 

verəndə  xəbər  ver,  gedim.  Öküz  deyir  ki,  buynuzuma  qonduğundan  xəbərim 

olmadığı kimi, uçub getməyindən dəxi xəbərim olmayacaqdır [2]. Belə süjetlər 

ona  işarədir  ki,  ölkənin  başçıları  –  “öküzlər”in  üstlərinə  kimlərin  qonduğunu 

hiss  etmirlər.  Belə  dərin  mənalı,  ictimai  motivli  hekayələr  Rüşdiyyənin 

kitablarında çoxdur.  

Rüşdiyyənin  bədii  nəsri onun pedaqoji  fəaliyyəti ilə bağlı  idi. Ona görə 

də, yazıçının kitablarında daha çox nəsihətlərə, atalar sözlərinə rast gəlirik. Hə-

min  nəsihətlərdə  elmin  qiymətləndirilməsindən,  xeyirxahlığın  uca  tutulma-

sından,  xalqın  mənafeyinin  şəxsi  mənafedən  üstün  olmasından,  insanların 

mənəvi zənginliyindən bəhs edilir.  

Rüşdiyyə həm də Azərbaycan folklorunun təəssübkeşlərindən idi. Kitab-

larında  çoxlu  el  məsəlləri,  atalar  sözləri  toplamışdı:  bir  gül  ilə  bahar  olmaz, 

qonşuya ümid olan şamsız qalar, hər zadın təzəsi, dostun köhnəsi, özgəyə quyu 

qazan özü düşər, xain heç zaman artmaz; bu günün işini sabaha qoyma və s. 

Rüşdiyyənin  bədii  nəsrinin  ən  gözəl  xüsusiyyətlərindən  biri  də  odur  ki, 

 

35 



yazıçı  əsərlərini  sadə  Azərbaycan  dilində,  uşaqların  anlaya  biləcəyi  üslubda 

yazırdı. Onun seçdiyi mövzular, irəli sürdüyü ideyalar xalqın maarifləndirilmə-

sinə xidmət edirdi. Maarifləndirmə  isə əhalidə  yeniyetmə dövrlərindən  başla-

malıdır. Bir pedaqoq kimi, Rüşdiyyə bilirdi ki, uşaqları elmə, təhsilə həvəslən-

dirmək,  onlarda  maraq  oyatmaq  lazımdır.  Əgər  belə  olmasa  onlar  elmə  ma-

raqlarını itirər və mədəni-maarif işlərinə meyl etməzlər. Ona görə də, uşaqların 

zövqünü  oxşaya  biləcək  duzlu-məzəli  təmsillər  yazırdı.  Təmsillərin  həcmi  də 

çox olmurdu ki, uşaqların zehni yorulmasın. 

Həmin  əsərlərdə  biz  Rüşdiyyənin  böyük  sənətkarlığını  görür  və  bir 

pedaqoq kimi şəxsiyyətinin möhtəşəmliyini seyr edirik.  

 

 

ƏDƏBİYYAT 

1.

 



Əliyeva L. Klassik Azərbaycan bədii nəsrində hekayə janrı. Bakı: BDU, 2009, 68 s. 

2.

 



C

ənubi Azərbaycan ədəbiyyatı antologiyası. III c. Bakı: Elm, 1988, 552 s. 

3.

 

İbrahimov S. Klassik Azərbaycan ədəbiyyatı. Bakı: MBM, 2009, 400 s.  



4.

 

Güney Az



ərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı: Azərnəşr, 2010, 172 s.  

 

ПРОСВЕТИТЕЛЬСТВО В ПРОЗЕ РУШДИЙЕ 

 

 

А.Ю.АБУШОВА  

 

РЕЗЮМЕ 

 

Литературное  наследие  Рушдийе  считается  редким  образцом  творчества  в  азер-

байджанской поэзии. В ее баснях имеется глубокий общественный смысл. В таких бас-

нях, как «Пес и змея», «Лев и мышь», «Нетерпеливый лев», «Человек и лев» показывает-

ся, как можно быть наказанным за алчность, что власть не вечна, а интересы народа надо 

чтить выше собственных. Она открыла в 1893 году «Национальную школу Рушдийе». 

 

Ключевые слова: басня, просветительство, молодое поколение, школа, учебник, 

рассказ 


 

ENLIGHTENMENT IN RUSHDIYE PROSE  

 

A.Y.ABUSHOVA 

 

SUMMARY 

 

Literary heritage of  Rushdiye  is  considered  to be a rare example of creativity in the 

Azerbaijani poetry. Her fables have deep social meaning. Her such fables as "The Dog and the 

Snake," "The Lion and the Mouse," "The Eager Lion," "The Man and the Lion" show how one 

can be punished for greed, that power is not eternal, but the interests of the people should be 

honored above their own. She opened “Rushdiye National School” in 1893 

 

Key words: fable, enlightenment, the younger generation, school, textbook, story 

 

36 



Yüklə 55,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə