50
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2013
47.82.20. Dramaturgiya
UOT 82-2
AZƏRBAYCAN DRAMATURGİYASININ SƏCİYYƏVİ
XÜSUSİYYƏTLƏRİ (XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİ)
K.İ.HEYDƏROVA
Bakı Dövlət Universiteti
konul_qalib@mail.ru
Məqalədə dramaturgiyamızın XIX əsrin sonu – XX əsrin əvvəlləri üçün səciyyəvi olan
xüsusiyyətləri araşdırılmışdır. Hər bir dramaturqun fəaliyyətinin müəyyən əlamətləri tədqiqata
cəlb olunmuşdur. Həmçinin dramaturgiyada toxunulan problemlərə ümumi nəzər salınmışdır.
Müxtəlif müəlliflərin dramaturgiyada qaldırdığı məsələlər qruplaşdırılmış, onların
özünəməxsusluğu ayrı-ayrılıqda işıqlandırılmışdır.
Açar sözlər: Azərbaycan, dramaturgiya, problem, sənətkarlıq
Hər bir bədii əsər müəyyən poetik gücə, ədəbi dəyərə malikdir. Əsərin
dəyəri onun bədii çəkisindən asılıdır. Onun bədii çəkisi isə özündə ehtiva etdiyi
milliliklə, bəşəriliklə, milli idealın, milli xarakterin, milli düşüncə tərzinin,
milli psixologiyanın koloritiylə, bədii nümunələrdə milli-mənəvi idealların
ifadəsi, milli-xəlqi ruhun əqli dərkdə ehtiva olunması ilə ölçülür. Əsəri
dəyərləndirmək üçün onun daşıdığı ümumbəşəri ideyaların məcmusu, əsərlərdə
dövrün ictimai-
siyasi fikirlərinin əks olunması və bunun milli oyanışa təsiri,
bədii fikrin başlıca ifadə tərzi kimi seçilməsi, ədibin hansı bədii çalarlarından
istifadə etməsi və s. nəzərə alınmalıdır.
Tədqiqata başlamazdan əvvəl hər bir əsərin bədii səciyyəsini, həmin
əsərə məxsus unikal xüsusiyyətləri araşdırmaq sağlam araşdırmaya zəmin
yarad
ır. XIX əsrin sonlarında Azərbaycanda özünəməxsus xüsusiyyətlərə malik
yeni janrlar meydana çıxdı və bu janrlarda əvəzsiz, möhtəşəm əsərlər yarandı.
Azərbaycan da ədəbi-bədii fikir ümmanında ideyalar və səciyyəvi xüsusiy-
yətləri ilə özünəməxsus yer tutan dramaturgiyanın meydana gəlməsi sanki
ədəbi inqilab hadisəsi idi. Dram janrı dövrün ictimai-sosial mənzərəsini bədii
reallıqla, xarakterik həyat hadisələrini öz rəngində təcəssüm etdirmək
baxımından yaradıcı insanlara geniş arena verdi. Dramaturgiya yarandığı
51
döv
ürdən indiyədək ədəbi həyata təsir etməklə yanaşı, bədii fikrin inkişafında
da güclü rol oynamışdır.
Məmməd Arif qeyd edir ki, «Dram yazan şəxs əvvəlcə öz əsərinin
məfkurəvi qayəsini təyin etməlidir, yəni tamaşaçıya nə demək istədiyini, hansı
böyük bir fi
kri təbliğ etmək istədiyini özünə aydınlaşdırmalıdır; bunsuz heç bir
bədii əsər yarana bilmədiyi kimi, dram əsəri də yarana bilməz" (7, 156).
Bizim tədqiqata cəlb etdiyimiz dövrün dramaturqları sanki M.Arifin
fikirlərini duyduqları üçün bədii üslubun ictimai çəkisinə layiq, daxili
məzmuna malik, bədii təfəkkürün məhsulu olan əsərlər yaratmaqla ədəbiyyat
tariximizdə xüsusi mövqe tutmuşlar. Hansı ki, bu əsərlər milli şüurda, milli
özünüdərkdə misilsiz rol oynamışlar və hazırda da oynamaqda davam edirlər.
Bir
növ bu müəlliflər azərbaycançılıq konsepsiyasını, kimliyini yaratmışlar.
Pyeslərin əsas qayəsini milli mənlik ideyalarının yaranması, müstəqilliyi labüd
edən mühitin formalaşması, milli birlik, azərbaycançılıq və türkçülük
ideyalarının aşılanması və həyata keçirilməsi, vətənə məhəbbətin təbliği, milli
ənənələrin inkişaf etdirilməsi, nadanlıqla mübarizə, mövhumat və xürafatın
ifşası, hüquq bərabərliyinin təbliği, elmdən başqa real qüvvənin olmaması
təşkil edir.
Yaşar Rzayevin təbirincə desək "...ilk növbədə onların yaratdıqları bədii
nümunələrin sənətkarlıq xüsusiyyətləri, poetikası, bədii təcrübənin davamı və
inkişafı, milli gerçəkliyimizin real inikası, milli-mənəvi dəyərlərin ifadəsi, ən
başlıcası isə oxucuya təsiri, cəlbetmə və estetik zövq səviyyəsi diqqət
mərkəzinə keçir" (10, 8).
"Millət özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını
əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: səltənət və hökumət
büsatından əl çək!" (2, 21). XIX əsrin 50-ci illərində M.F.Axundzadə
tərəfindən deyilmiş bu fikir demək olar ki, ondan sonra yaradıcılıqla məşğul
olan bütün ədiblərin yaradıcılıq kredosunu təşkil etmişdir.
Hər bir müəllifin yaradıcılığının özünəməxsus səciyyəvi xüsusiyyətləri
vardır. Ümumilikdə isə onlar hiyləgər, fırıldaqçı, nadan, qabiliyyətsiz ,
rəhmsiz, qəddar hökmdarları, Allah və peyğəmbər adından istifadə edib min
cür fitnələr törədən, despotun zülmünə bəraət qazandıran riyakar ruhaniləri,
paxıl, kinli və intiqamçı adamları, zəhmətlə yaşamağın əleyhinə olanları, əfəl
saray xadim
lərini, yaltaq məmurları, bacarıqsız, ləyaqətsiz, ikiüzlü hakimləri,
avam, cahil, kələkbaz, fırıldaqçı, nadan adamları, şərab stolunun ətrafında
millət dərdi çəkənləri, hər işi zorda görənləri, məzlumu tapdayanları bədii şəklə
salaraq ifşa edirlər.
Dramlarda istibdad üsul-
idarəsinin ictimai eybəcərlikləri, əxlaqi naqislik,
milli geriliyin səbəbləri, dövrün, zəmanənin insan xarakterində əmələ gətirdiyi
ziddiyyətlər, dövlət başçılarının ağılsızlığı açılıb göstərilir, köhnə feodal-
patriarxal adətlər, despotizm, zəmanənin ictimai eyibləri, avamlıq, cadugərlik,
xüsusilə cəhalət və nadanlıq tənqid edilir.
52
XIX əsrin XX əsrlə qovuşuğunda yaradılan dram əsərləri bir növ
ədəbiyyatımızın bədii hüsnünü müəyyənləşdirir. Həmin dramaturqlar əsərlə-
rində maarifçilik ideyalarını, nəcib, əxlaqlı və mənəviyyatca təmiz olmağın
fəzilətini, ağıllılığın, ədalətliliyin, mərdliyin və alicənablığın ali hiss olduğunu
təbliğ edir, qadın hüquqsuzluğuna, ictimai bərabərsizliyə, dini mövhumata
qarşı çıxırlar. Yaratdıqları bədii nümunələrdə azad, ağıllı, namuslu, vətənpərvər
ziyalıların nadanlığa, cəhalətə, xurafata, zülmətə qarşı apardıqları mübarizənin
səciyyəvi yollarını göstərirlər.
Bu müəlliflərin yaradıcılıqlarının ümumi xüsusiyyətlərindən başqa
hadisələrə özünəməxsus yanaşma tərzi də diqqəti cəlb edir. İndi isə bəzi
müəlliflərin yaradıcılığının səciyyəvi xüsusiyyətlərinə nəzər salaq. Belə ki,
M.F.Axundzadə əsərlərində öz dövrünün ən tipik insan xarakterlərini,
cəmiyyətin təzadlı zümrələrinin koloritli təsvirini təbii boyalarla çox orijinal və
incə şəkildə əks etdirə bilmişdir. O yaratdığı obrazları öz dili ilə ifşa edərək
onun daxili aləmini göstərməyə çalışır. Məsələn, "Hekayəti-Müsyö Jordan
həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" (1850) komediyasında
yazıçı Məstəli şahın həqiqi simasını onun öz köməkçisi Qulaməli ilə
söhbətində açır. Qadınları aldadaraq, onlardan çoxlu qızıl alacağına əmin
olduqdan sonra Məstəli şah (Şərəfnisə xanıma) deyir: "Xanım, bu sirrdən gərək
olar və ya başqa adam nə indi, nə də sonra xəbərdar olmasın ha! Və illah cadu
heç əsər bağışlamaz!" ...(Qulaməliyə) "Bacaqlıları alandan sonra əl-ayaq açıb,
on günə qədər özümü Arazın o tayına sala bilərəm. Məni orada kim
tapacaqdır? Məndən sonra hər nə olacaqsa olsun" (1, 61).
"Beləliklə, Məstəli şah özünün daxili mahiyyəti haqqında tam məlumat
vermiş olur. Dramaturq onu bu şəkildə təqdim etməklə o zaman Azərbaycanda
çox yayılmış yalançı, fırıldaqçı, hiyləgər dərvişləri ifşa edir" (3, 36).
M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərində dövlətçilik
ənənəsini, ümumiyyətlə, dövlətçilik problemini bütün cəhətləri ilə ortaya
qoyur.
Belə dramaturji yanaşmaya N.Nərimanov ("Nadir şah" 1898), Ə.Haq-
verdiyev ("Ağa Məhəmməd şah Qacar" 1907) və H.Cavid ("Topal Teymur"
1922) yaradıcılığında da rast gəlinir. Onlar da dövlətçilik haqqında arzularını,
istəklərini və mövcud olan problemləri dram əsərləri vasitəsilə çatdırmağa
çalışmışlar.
Məişət, əxlaq məsələlərini real həyat kontekstində səhnəyə daşıyaraq
yeni bir üslub yaradan dahi dramaturqlardan biri də N.Vəzirovdur. Dram
əsərlərində konkret mübariz qəhrəmanlar yaratması onun yaradıcılığının
səciyyəvi xüsusiyyətidir. "Vəzirov maarifçi dramın təkcə ideya hüdudlarını
yox, həm də həyatı əhatə çərçivəsini genişləndirir, səhnədə ictimai geriliyin
tənqidini və realist-maarifçi didaktikanın hüdudlarını böyüdür. Bunlardan
birincisində o, mülkədar-ağa, ikincisində ziyalı-bəy surətlərinin nümunəsində
nail olur: rədd olunan vərdiş, psixologiya və adətlərdə olan köhnəlik inkar
edilir, müsbət-rezoner surətlərin səhnədə birbaşa bəyan etdiyi şikayətlərdə və
53
monoloq-
nəsihətlərdə təbliğ olunan yeniliyin məzmunu izah olunur" (9, 7).
Onun dramlarının maarifçi səciyyəsi çox qabarıqdır. N.Vəzirov monoloqlu
dram üslubunu qabarıq şəkildə, özü də qlobal problemlərin həlli məcrasında
verir.
Millətpərəstlik, xalq canıyananlığı, özünü milli ideal carçısı kimi təqdim
edənlərin ifşası Ə.Haqverdiyevdə ("Millət dostları", 1905), S.S.Axundovda
("Dibdat bəy", "Türk birliyi", 1906) olduğu kimi N.Vəzirovda da ("Pəhləvani-
zəmanə", 1900) güclüdür.
Ə.Haqverdiyev yaradıcılığında daha kəskin koloritdən–ifşaedici üsuldan
istifadə etmişdir. Ümumiyyətlə, köhnə zehniyyətlə, istismar və ictimai ədalət-
sizliklə mübarizə, köhnə ilə yeninin, "ata" ilə "oğul"un çarpışması, Rusiyadakı
və Azərbaycanın özündəki qabaqcıl, demokratik fikirlərin təbliği, intibahla
əmələ gələn təzə fikirlərin intişarı Ə.Haqverdiyevin yaradıcılığında mühüm yer
tutur. O,
yüksək zövqlə qələmə aldığı əsərlərində cəmiyyəti düşündürən
məsələləri aşkar şəkildə göstərməkdən çəkinmir. "Millət dostları"(1905)
əsərində ədib özünü millətin qayğıkeşi, dostu adlandıran bir qrup "ziyalı"nı
onların öz sözləri ilə tənqid atəşinə tutur. Onun tənqidi öldürücüdür. Bir qrup
bəy Əsgər bəyin evində kef məclisinə toplaşaraq millətin, xalqın problemlərini
"həll etməyə" çalışırlar. Onlar şərab içə-içə bir-birini tərifləyirlər. Amma iş
görməyə gələndə, vəsait toplamaq lazım olanda mübahisə edərək savaşırlar.
Bununla da cəmiyyəti-xeyriyyə yaratmaq yarımçıq qalır.
Müəllif burada yaratdığı zadəgan obrazlarının iç üzünü açmaqla
göstərmək istəyir ki, sözdə yox, əməldə "millət dostu", "millət qeydkeşi" olmaq
lazımdır. Ə.Haqverdiyevin yaradıcılığının digər səciyyəvi xüsusiyyəti həm də
ondan ibarətdir ki, o öz məsləkdaşları ilə bərabər bədii-fəlsəfi düşüncənin
formalaşmasına, yeni obrazların yaradılmasına, ailə, əxlaq, tərbiyə, təhsil
məsələlərinin önə çəkilməsinə daha geniş yer ayırır.
Fəlsəfi-psixoloji baxımdan çox mürəkkəb yaradıcılıq silsiləsinə malik
olan dahi dramaturqlarımızdan biri də Hüseyn Caviddir. Onun fəlsəfi və tarixi
faciələri, ailə-məişət dramları Azərbaycan dramaturgiyasında yeni bir mərhələ
yaratmışdır. Cavid yaradıcılığının özünəxas xüsusiyyətləri yeni janrda tarixin
dəyirmanında üyüdülmüş, məhək daşında döyülmüş, amma aktuallığını heç
zaman itirməyən mövzular – insan, din, zaman, mənəvi kamillik problem-
lərinin cavidsayağı qoyuluşundadır. Ümumbəşəri ideyalar daşıyıcısıdır Cavid
yaradıcılığı. "...H.Cavid mövzu və qəhrəmanlarını хalqımızın milli-mənəvi
dəyərlərinin təsdiqinə yönəltdi, milli ruhu yüksək sənət еşqi ilə охşadı, mühitin
fövqünə ucalmağın, idеala qоvuşmağın yоl və vasitələrini mеydana çıхardı,
milliliklə bəşəriliyi, tariхiliklə müasirliyi vəhdətdə vəsf еtdi, idеоlоgiya,
«zamanın tələbləri» əsasında dеyil, məhz ruhi-mənəvi tələb, ümuminsani istək
əsasında ədəbiyyat yaratdı... Оnun dramaturgiyasının özünəməхsus pоеtikası,
еstеtik хüsusiyyətləri var" (5, 9-10).
H.Cavid dramaturgiyasının əsas qayəsi min illərlə söz adamlarını, düşü-
nən başları məşğul edən İnsan konsepsiyasıdır. Möhtəşəm, mürəkkəb, bununla
belə daхili, bədii-fəlsəfi struktur etibarilə vahid İnsan kоnsepsiyası оnun bir
54
silsilə təşkil edən bütün əsərlərində yüksək pоeziya dili ilə öz bədii-fəlsəfi
tədqiqini tapmışdır. Azərbaycan söz sənətində insanın tədqiqi Nizamidən baş-
layıb Nəsimi ilə davam edərək Füzulidə öz kamil eşq səviyyəsinə yüksəlmişdir.
Cavid isə bunu müasir aspektdən görməyə çalışmışdır. Çox hörmətli tədqiqatçı
alimimiz professor Nərgiz Paşayevanın təbirincə desək, "insan bütün dövrlərdə
söz sənətinin (daha geniş mənada incəsənətin) başlıca mövzusu və qəhrəmanı-
dır, sənətkarın öz əsərlərində ifadə etdiyi ideyanın bədii təcəssümüdür" (8, 3).
"İnsan həyatının, insan gerçəkliyinin çох mühüm, qlоbal, dramatik və böhranlı
bir məqamını Cavid öz pоetik dramaturgiyasında müstəqil bir dərinliklə əks
etdirmişdir və Cavid sənətinin, pоeziyasının bu хüsusiyyəti baхımından оnun,
demək оlar ki, bütün əsərlərini qeyd etmək оlar" (4, 3). Ümumilikdə, Cavid
yaradıcılığının ideya-bədii xüsusiyyətləri onun ali bir məqsədə - İnsanın
paklaşaraq kamilləşməsinə xidmət etməsində özünü göstərir.
Ümumilikdə yuxarıda sadalanan ədiblərin yaradıcılığının ideya-məzmun
və ədəbi-estetik əsasları milli ədəbi düşüncənin formalaşmasına xidmət edirdi.
Məqalədə yaradıcılığı şərh olunan ədiblərin əsərləri ictimai həyata hakim olan
dini-
mistik fikirləri alt-üst etdi. Onun yerini realist maarifçi poetik həyat tutma-
ğa başladı. Bu isə öz növbəsində təsvir olunan obyektlərin konkretləşməsinə,
daxili aləmin əks olunmasına, real obrazların yaranmasına gətirib çıxardı.
ƏDƏBİYYAT
1.
Axundzadə M.F. Seçilmiş əsərləri. 3 cilddə. I c. Bakı: Şərq-Qərb, 2005, 296 s.
2.
M.F.Axundzadə - 200. Biblioqrafiya. Bakı: AMK, 2012, 360 s.
3.
M.F.Axundzadə – 200. Biblioqrafik göstərici. Bakı: Elm, 2012, 652 s.
4.
Əzizоva N.M. "H.Cavid dramaturgiyasında İnsan, İblis, Tanrı (“Şeyх Sənan”, “Iblis”,
“Peyğəmbər”)". Bakı: Elm, 2007, 154 s.
5.
Himalay Ənvərоğlu (Qasımоv). "Azərbaycan dramaturgiyası: tariхilik və müasirlik". Bakı:
Nurlan, 2008, 256 s.
6.
Haqverdiyev
Ə. Seçilmiş əsərləri. 2 cilddə. I c. Bakı: Lider, 2005, 504 s.
7.
Məmməd Arif. Seçilmiş əsərləri. 3 cilddə. I c. Bakı: Azərbaycan SSR Elmlər Aka-
demiyası, 1967, 620 s.
8.
Paşayeva N. "Müair Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki" (Xalq yazıçısı
Elçinin yaradıcılığı əsasında). Fil.e.d. alimlik dərəcəsi almaq üçün təqdim olunan
dissertasiyanın avtoreferatı. Bakı, 2004, 61 s.
9.
Qarayev Y.
Müqəddimə. N.Vəzirov. Əsərləri. Bakı: Şərq-Qərb, 2005, 304 s.
10.
Rzayev Y
.“Azərbaycan romanı: Siyasət və milli düşüncə”. Bakı: Elm, 2010, 296 s.
СПЕЦИФИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ АЗЕРБАЙДЖАНСКОЙ ДРАМАТУР-
ГИИ (КОНЕЦ XIX – НАЧАЛО XX ВВ.)
К.И.ГЕЙДАРОВА
РЕЗЮМЕ
В статье исследуются вопросы мастерских особенностей драматургов, своеоб-
разные особенности деятельности каждого автора. В то же время описываются актуаль-
ные проблемы эпохи. Так же были исследованы особенности мастерства отдельных ав-
55
торов. А также затрагиваются вопросы специфических особенностей нашей драматур-
гии.
Ключевые слова: Азербайджан, драматургия, проблема, мастерство
THE TYPICAL FEATURES OF THE AZERBAIJANI DRAMATURGY
(LATE IN XIX –EARLY IN XX CENTURIES)
K.
İ. HEYDAROVA
SUMMARY
This article deals with the mastery features of dramatists and specific indications of
each dramatist’s activity has been researched. As well as the actual problems of the time have
been touched. The features of different authors’ works are investigated, too. Some works are
analyzed, works of many authors are illustrated. The specific feactures of the national drama-
turgy are discussed in the article.
Key words: Azerbaijan, drama, problem, mastery
Dostları ilə paylaş: |