Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 40,9 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü40,9 Kb.
#10321


 

201 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

METODİKA

 

 

UOT 81:372.881 

 

AL

İ HƏRBİ MƏKTƏBLƏRDƏ İNGİLİS DİLİNİN ÖYRƏNİLMƏSİ 

ZAMANI TƏLİMİN LİNQVİSTİK VƏ PSİXOLOJİ ƏSASLAR 

KONTEKST

İNDƏ HƏYATA KEÇİRİLMƏSİ 

 

M.F.MƏMMƏDOVA 

DSX Akademiyası 

minavarmamedova@mail.ru 

 

M

əqalə  ali  hərbi  təhsil  müəssisələrində  kursantların  ingilis  dilində  bacarıq  və 

v

ərdişlərini  inkişaf  etdirmək  məqsədilə  təlimin  linqvo-didaktik  əsaslarla  keçirilməsinə  həsr 

olunmuşdur. 

 

Açar sözl

ər:  Mədəni dəyərlər, hərbi-psixoloji keyfiyyətlər, tədrisin linqvo-didaktik 

əsasları,  kommunikasiya  vasitələri, kombinasiya, reproduksiya, konstruksiya, transformasiya, 

bilinqvizm 

 

Ölk



əmizin bütün ali məktəblərində  olduğu  kimi,  ali  hərbi məktəblə-

rimizin  d

ə  qarşısında  qoyulan  ən mühüm tələblərdən biri müasir dövrün 

t

ələblərinə  cavab verə  bilən  ziyalılar-zabitlər hazırlamaqdan  ibarətdir. Bu 



m

ənada, ali hərbi məktəblərimizin məzunları olan zabitlər də ziyalıdır və onlar 

ziyalılığın bütün tələblərini ödəməlidir. 

Müasir t


əhsilin əsas məqsədi mürəkkəb sosio-mədəni məkanda müstəqil 

dav


ranmağı, düzgün istiqamət almaği, müasir çoxmədəniyyətli dünyada yaşa-

mağı və qarşılıqlı ünsiyyətə girməyi, əcnəbi mədəni mövqe və dəyərləri dərk 

etm

əyi və qəbul etməyi, bütün mədəniyyətləri bərabər dəyərləndirməyi və eyni 



zamanda h

ər bir mədəniyyətə xas olan fərqli cəhətləri görməyi, unikallığını eti-

raf etm

əyi, nəhayət öz mədəni dəyərlər sisteminə sahib çıxmağı bacaran şəx-



siyy

ətlərin yetişdirilməsi olmalıdır. Bu keyfiyyətlərin mövcudluğu kursantların 

h

ərbi-psixoloji keyfiyyətlərinin formalaşmasında mühüm bir amildir. 



Son zamanlar aliml

ər kommunikasiya vasitələrinin müsbət xüsusiyyətlə-

rin

ə şübhə ilə yanaşırlarsa, qeyd etmək lazımdır ki, kommunıkasiya prosesləri 



informasiyanın  ötürülmə  və  onun adekvat qavranılması  ilə  bağlıdır.  Psixo-

linqvistikaya gör

ə  dil  danışanın  və  dinləyənin, yazanın  və  oxuyanın  daxili 



 

202 


dünyası qədər mövcud bir faktordur. Psixolinqvistika nitqin yaranması, daxili 

nitqin növl

əri, nitqin qavranılması, dilin antogenez, anadangəlmə və qazanılmış 

dil qabiliyy

ətini,  doğma  və  xarici dilin öyrənilməsində  yaranan fərqlər, 

f

əaliyyət, ünsiyyət, kommunikasiya və s. sahələri öyrənir [1, 159]. 



 Dilçil

ər kimi, psixoloqlar da bilinqvizmin, yəni iki dildə  alınan 

m

əlumatın və nitq təbiətinin dərk edilməsində nəzəri biliklərin daha da inkişaf 



etm

əsini qeyd edirlər. Aparılan tədqiqatlar bir daha təsdiq edir ki, dil təfəkkürlü 

ifad

ə vasitəsidir, digər tərəfdən də dil təfəkkürə təsir edərək, onu bilinqvizmə 



doğru formalaşdırır. Bu kimi məsələlərin əsasında kommunikasiya dayanır (2, 

255). Xarici dilin öyr

ənilməsində yaş məhdudiyyəti yoxdur. Bilinqvizmdə isə, 

yaş  psixologiyası,  dilin  öyrənilməsində  modelləşmə, dil mənsubiyyəti, milli 

m

ədəniyyət tipi, cinsi və  s. kimi məsələlər nəzərə  alınmalıdır.  Bu  xüsusiy-



y

ətlərin vacibliyi fərdlərin sağ və sol yarımkürəlilər asimmetriyası ilə bağlıdır. 

Son  zamanlar m

əhz bu kimi məsələlər xüsusi olaraq tədqiq olunmuş və geniş 

müzakir

ə obyektinə çevrilmişdir.  



Bu  da  psixolinqvistikanın,  koqnitiv  linqvistikanın  öyrənilməsinə  yeni 

qapı  açır.  Bilinqvizmin  mənimsənilməsində  və  tədqiqində  əqli proseslərin 

öyr

ənilməsi xüsusi diqqət çəkir. Bu sahədə araşdırmalar çox azlıq təşkil edir.  



Qeyd etm

ək lazımdır ki, nitq prosesi təkcə filoloji deyil, həm də psixoloji 

faktordur. Ünsiyy

ətdə  olduğumuz  insanın  nitqinə  fikir versək, həmin  insanın 

xarakteri, 

onun  düşüncəsi  haqqında fikir söyləmək olar. Burada əsas rolu 

infokasiya v

ə intonasiyanın modelləri oynayır.  

Yeni dilin öyr

ənilməsi təfəkkürün  formalaşması,  yeni  bir  ictimai-siyasi 

al

əmə səyahət, yeni bir mədəniyyətə, dil və mental arasındakı prosesə, bu və ya 



dig

ər məsələlərin dərk  olunması,  dillə  bağlı  psixolinqvistik  məsələlərin 

araşdırılmasına zəmin yaradır. 

Nitqin yaranması prosesini tədqiqatçılar müxtəıif psixoloji və neyrofizio-

lo

ji (L.S.Vıqotski, N.İ.Jinkin, R.Kayns, B.A.Artyomov, K.A.Roqova) [3], sırf 



linqvistik ( N.Xomski, V.F.Makey) v

ə psixolinqvistik (A.A.Leontyev, P.Y.Qal-

perin, Q.List, H.Hans) modell

ər əsasında izah etmişlər. Bu modellərin hər bi-

rinin ayrı-ayrı təhlili göstərir ki, nitqin yaranma mərhələlərini müxtəıif alimlər 

h

əm kəmiyyət baxımından, həm də elmi baxımdan müxtəıif cür izah edir.  



Nitq f

əaliyyətinin  I  mərhələsi tələbatların,  motivlərin və  məqsədlərin 

mür

əkkəb qarşılıqlı təsiri ilə müşayiət olunur. Məzmun, mahiyyət etibarilə bu 



m

ərhələ  zəruri, məqsədli və  motivasiyaedicidir. Funksiya etibarilə  isə  nitqə 

sövqedici, vadaredıcıdır. Nitq fəaliyyətinin II mərhələsi həm funksiya, həm də 

mexanizm  baxımından  təxminedici,  araşdırıcı,  tədqiqedicidir və  ya analitik-

sintetikdir. M

əzmun  baxımından  ısə  fəaliyyətin  konkret  planlaşdırılması 

m

ərhələsidir. Bu mərhələdə  fəaliyyətin  şərtləri,  hansı  şəraitdə  baş  verdiyi 



araşdırılır, predmet seçilir, fəaliyyət üsulları, vasitələri cəlb olunur. II mərhələ 

icra,  reallaşma  mərhələsidir. Bu mərhələ  zahirən həm ifadə  oluna, həm də 

olunmaya bil

ər [4, 11]. 




 

203 


Nitqin yaranmasında olduğu kimi nitqin qavranması da əsasən 3 mərhələ-

d

ən ibarətdir. I mərhələdə artikulemlərin yaratdığı eşitmə-əzələ duyğuları sin-



tezl

əşir. II mərhələdə sözlər mənalarına görə anlayışlarla uyğunlaşır, yəni söz-

l

ər və onların əsasında duran anlayışlar arasında əlaqələr yaranır, cümlənin da-



xilind

əki  ayrı-ayrı  sözlər  arasında  əlaqələr  yaranır  və  sözlərin  funksiyaları 

əyyənləşir. III mərhələdə nitqin məzmunu aydınlaşır və nitqi ötürən şəxsin 



m

əqsədi üzə çıxır. 

Şifahi nitqin digər psixoloji xüsusiyyəti isə onun müəyyən mexanizmlər 

əsasında  yaranmasıdır.  Şifahi  nitqin  tərkibində  həm  danışıq,  həm də  eşidib-

anlama f

əaliyyətləri birləşdiyi  və  eyni  zamanda  onlar  sıx  qarşiliqli  əıaqədə 

olduqları  üçün  nitq  mexanizmləri də  müvafiq  olaraq  danışıq  mexanizmləri, 

eşidib-anlama mexanizmləri və hər iki fəaliyyət növü üçün eyni dərəcədə vacib 

olan mexanuzml

ərə bölünür. Məsələn, reproduksiya, kombinasiya, konstruksi-

ya  kimi  nitqin  verballaşma  və  səslənmə  mexanizmləri  əsasən  danışıq  ücün 

vacib olduqu t

əqdirdə,  nitqin  qavranılması  mexanizmi  olan  dərketmə  isə 

eşidib-anlama  üçün  vacibdir.  Yaddaş  və  proqnozlaşdırma  mexanizmləri isə 

h

əm danışıqda, həm də eşidib-anlamada eyni dərəcədə fəaliyyət göstərir. 



Şifahi  nitqin  tədrisinin linqvodidaktik əsaslarına  gəldikdə  isə, bu 

m

əsələyə  həm linqvistik, həm də  metodiki  ədəbiyyatda ( N.Z. Bakeyeva. 



N.A.Baskakov,  Y.M.Vereşşaqin,  V.Q.Kostomarov,  P.V.Qurciv,  O.D.Mitrofa-

nova) böyük diqq

ətin ayrılmasına baxmayaraq onların vahid izahına və hamı 

t

ərəfindən yekdil qəbul olunan təsnifatına  rast  gəlinmir. Fikrimizcə,  şifahi 



nitqin t

ədrisinin linqvodidaktik əsaslarına  dil  sisteminin  müxtəlif kontekstlər, 

üslublar v

ə  ünsiyyət  sferaları  üzrə  nitqdə  funksionallaşarkən meydana  çıxan 

f

ərqliliklər, dil hadisələrinin nitqdə  işlənmə  tezliyinin nəzərə  alınması,  qram-



matik, leksik v

ə  fonetik xüsusiyyətlər,  şifahi  nitqin  səs tərtibatı,  məzmun 

struk

turunun analizi, nitq materialının seçim prinsipləri daxildir. 



Şifahi nitqin tədrisinin linqvodidaktik əsaslarından biri də nitq materia-

lının seçimində müəyyən prinsiplərin nəzərə alınmasıdır. Araşdırdığımız elmi 

ədəbiyyatların analizi göstərir ki, şifahi nitqin tədrisi üçün material seçiminin 

prinsipl


əri müxtəlifdır  və  onların  heç  də  hamısı  müasir  metodika  elminin 

qoyduğu tələblərə uyğun gəlmir. Bu səbəbdən tədqiqat işinin yerinə yetirilməsi 

zamanı  material  seçiminə  struktur  yanaşma,  transformasiya  yanaşması, 

funksional  yanaşma  vasitəsilə  tematik və  situativ prinsiplərin  şifahi  nitqin 

t

ədrisi üçün nə dərəcədə yararlı olduğunu üzə cıxarmağa çalışacağıq. 



 

ƏDƏBİYYAT 

1.

 



Жинкин Н.И. Речь как проводник информации. М.: Наука, 1982, 238 с. 

2.

 



Бовтенко  М.А.  Компьютерная  лингводидактика.  Учебное  пособие.  М.:  Флинта, 

2005, 215 с. 

3.

 

Выготский  Л.С.,  Жинкин  Н.И.,  Кайнс  Р.,  Артемов  В.А.,  Рогов  К.А.  Oбучение 



английскому языку в высших учебных заведениях, 150 с.  


 

204 


4.

 

Axundova  Q.V. Alman dilinin t



ədrisində  yuxarı  kurs  tələbələrinin  şifahi  nitq  bacarıq-

larının  təkmilləşdirilməsində  informasiya  kommunikasiya  texnologiyalarından  istifadə. 

Bakı, 2011, s.11. Avtoreferat, 20 s. 

 

РЕАЛИЗАЦИЯ ОБУЧЕНИЯ АНГЛИЙСКОГО ЯЗЫКА  

НА КОНТЕКСТЕ ЛИНГВО-ПСИХОЛОГИЧЕСКОГО ОБУЧЕНИЯ  

В ВЫСШИХ ВОЕННЫХ УЧЕБНЫХ ЗАВЕДЕНИЯХ 

 

М.Ф.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Статья посвящена изучению лингво-дидактического обучения английскому языку 

курсантов высших военных учебных заведений на основе лингво-психологического изу-

чения. 



 

Ключевые слова: культурные ценности, военно-психологические качества, лин-

гво-дидактические основы преподавания, средства общения, комбинация, репродукция, 

конструкция, трансформация, билингвизм  

 

REALIZATION OF TEACHING ENGLISH ON THE BASIS OF  



LINGUISTIC-PSYCHOLOGICAL CONTEXT AT HIGH MILITARY SCHOOLS 

 

M.F.MAMMADOVA 

 

SUMMARY 

 

The article is devoted to the linguistic-didactical teaching of the English language to the 

cadets of the high military schools on the bases of linguistic-psychological learning. 

 

Key words: Cultural values, military-psychological qualities, linguistic-didactical bases 

of teaching, means of communication, combination, reproduction, construction, transfor-



mation, bilinguism 

Yüklə 40,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə