Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 76,39 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü76,39 Kb.
#10587


 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

         Humanitar elmlər seriyası 

 

           2009 

 

 

 

 

ERKƏN ORTA ÇAĞ MİSİRİNDƏ SOSİAL-İQTİSADİ DURUMA DAİR 

 

R.İSMAYILOV 



Bakı Dövlət Universiteti 

r-ismail@yahoo.com 

 

Məqalədə  tədqiqatçıların erkən orta çağ Misirin sosial-iqtisadi durumuna münasi-



bətləri təhlil edilir. 

 

Erkən orta çağda Misirin sosial-iqtisadi durumundan bəhs edərkən, fikrimizcə, 



bəzi məqamları xüsusi vurğulamaq lazımdır:  

Birincisi,  ərəb tədqiqatçıları bir qayda olaraq orta çağ müəlliflərinin qənimət, 

zəkat, ərəb işğalları dövründə bağlanmış müqavilələrin şərtlərinə əsasən torpağa olan 

mülkiyyət hüququnun kimlərə  məxsusluğu, vergi-maliyyə sistemi, müxtəlif  əhali 

kateqoriyalarının hüquqi statusu və s. haqqında yazdıqlarının təkrarından o yana 

getmir. Hətta sosial-iqtisadi problemlərə  həsr olunmuş  məxsusi tədqiqatlarda [5;11] 

belə, – onlar da lap çox azdır, - ən yaxşı halda torpaq mülkiyyəti formaları haqqında 

ümumi xarakterli məlumatlar verilir.  

Həm də onların problemə yanaşma tərzinin kökündə dünyada mövcud olan hər 

şeyin Allaha məxsusluğu haqqında islam dininin məlum müddəaları dayanır. Bu 

baxımdan «Quran»ın bir sıra ayələrini xatırlatmaq istərdik. «Taha» surəsində deyilir: 

«Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa, 

hamısı Onundur» [20, 20(6)]. Əlbəttə, bu, hüquqi anlamda o demək deyildir ki, Allah 

yaratdığı  hər  şeyin mülkiyyətçisidir. Sadəcə, «əl-Maida» surəsində deyildiyi kimi, 

Allah bütün dünya nemətlərinin ən ali sahibidir: «Göylərin, yerin və onlarda olan hər 

şeyin hökmü Allaha məxsusdur» [20, 5(20)]. «Yer üzündə nə varsa, hamısını yaradan 

Allah» [20, 2(29)], hər şeydən kimə, nə qədər və hansı tərzdə pay düşəcəyinə də özü 

hökm verir. İnsanlara «çatan hər bir nemət Allahdandır» [20, 16(53)]. İnsanlar da 

Allah hökmlərini doğrultmalıdırlar. «Quran»da bu barədə xüsusi xəbərdarlıq da var. 

Belə ki, «Yunus» surəsinin 13-cü ayəsində «zülm etdikləri və iman gətirmədikləri 

üçün neçə-neçə qövmlərin cəzalandırıldığı» [20, 10(13)] bildirildikdən sonra 14-cü 

ayədə deyilir: «Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü 

necə aparırsınız» [20, 10(14)]. 

Bütün bu deyilənləri belə yekunlaşdırmaq olar ki, islama, daha doğrusu, onun 

müqəddəs kitabı «Quran»a görə, insanlara hər  şeyi verən də, ondan istifadə  tərzini 

müəyyən edən də  və  həmin tərzin gerçəkləşməsinə  nəzarət edən də Allahdır. Ma-

raqlıdır ki, yer üzündə, - cəmiyyətdə, -mülkiyyət mənası daşıyan «hər şey» də, ondan 

konkret istifadə qaydalarını müəyyənləşdirən «dövlət» də və həmin qaydaların doğru-

düzgün icrasına nəzarət edən «hökmdar» da ərəb dilində eyni köklü və üç hərfli bir 

sözlə ifadə olunur: mlk 1) mülk, 2) mülk, 3) məlik;  

 

117



İkincisi, islam və Xilafət tarixinin L.Kaetani [17], K.Brokelman [8], İ.Vell-

hauzen [35], B.Luis [22], A.Müller [25], H.Torney [34] və digər görkəmli batılı 

tədqiqatçıları daha çox siyasi proseslərin öyrənilməsinə önəm vermiş, sosial-iqtisadi 

məsələlərə, başqa sözlə desək, bölgədə təşəkkül tapan feodal quruluşunun ümumi və 

xüsusi cəhətlərinə,  ən yaxşı halda, az diqqət yetirmişlər. Ümumiyyətlə isə, batılı 

tədqiqatçıların böyük əksəriyyəti təkcə sözügedən bölgədə deyil, bütünlüklə Doğu 

ölkələrində feodalizmin mövcudluğunu inkar edir [4, 249]. Bunu da belə  əsaslandı-

rırlar ki, feodalizm bir termin kimi, - nə vaxtdan elmi dövriyyəyə girməsindən asılı 

olmayaraq, -orta çağ Avropasında, -həm də yalnız onun batısında - hakim olmuş: 1) 

peşəkar hərbçilər təbəqəsi çərçivəsində vassallıq; 2) hərbçilərin mülkiyyətində asılı 

kəndlilərlə birlikdə torpaq payının, -lenin, -mövcudluğu və 3) ictimai hakimiyyətin 

dünyəvi və dini şəxslər arasında bölüşdürülməsi kimi prinsipləri, eləcə  də onların 

ətrafında baş verən münasibətləri özündə ehtiva edən təsisatların cəmini bildirir və 

həmin ilkin şərtlər Doğu ölkələri üçün xarakterik deyildir [9, 3]. Problemə bu 

kriteriyadan yanaşan tədqiqatçılar Doğunun bütün ölkələrindən yalnız Yaponiyanın 

Batı Avropa ilə bir sıraya qoyulmasını mümkün sayırlar [3, 167]. Orta çağ tarixinin 

görkəmli tədqiqatçılarından M.Blok bir qədər də irəliyə gedərək, sözügedən dövrdə 

Batı Avropa və Yaponiyanın butun dünyaya «təbii mədəni və sosial inkişaf» 

nümunəsi göstərdiyini yazır [7, 435]. 

Problemə bu cür yanaşma həmişə ciddi elmi mübahisə və müzakirələr predmeti 

olmuş, «Asiya istehsal üsulu» ifadəsindən başlayaraq bir sıra elmi,- bəzi hallarda 

ideoloji konyuktura zəminində, - mülahizələrin irəli sürülməsi ilə müşayiət edilmşidir. 

Bütün bunların sonunda Bizansın təsirilə Doğu slavyan ölkələrində, eləcə də Bizans 

və Sasanilərin təsirilə islam dünyasında təşəkkül tapmış sosial-iqtisadi münasibətlər 

sistemini də Batı Avropa feodalizmi kateqoriyasına aid etmək olar, - düşüncəsi elmi 

dövriyyəyə  gətirilmişdir. Lakin o da xüsusi nəzərə çarpdırılır ki, həmin ölkələrdəki 

feodalizm quruluşu Batı Avropa feodalizmi üçün xarakter olan üç kriteriyaya tam 

uyğun gəlmədiyindən onu «xalis» feodalizm nümunəsi saymaq olmaz. 

Təbiidir ki, sözügedən bu elmi və bəzən də ideoloji xarakterli fikir və mülahi-

zələr haqqında istənilən qədər yazmaq da olar, eləcə də onlar haqqında istənilən qədər 

tərif və ya da tənqidi fikirlər də söyləmək olar. Lakin düşünürük ki, bu məsələ ayrıca 

bir tədqiqatın predmetidir və yalnız bircə  məqamı xatırlatmaqla deyilənlərə müna-

sibətimizi bildirmək istərdik: Doğu slavyan ölkələrində və islam dünyasında olduğu 

kimi Batı Avropada da feodal münasibətləri, feodalizm Roma-Bizans mirası  və 

təcrübəsinə söykənərək təşəkkül tapmışdır, Roma-Bizans və Sasanilər isə qarşılıqlı 

təsir və qarşılıqlı zənginləşmə, - çoxsaylı ziddiyyətləri və münaqişələri də unutmuruq, 

- atmosferində yaşamışlar. 

Belə olan halda, yəni başlanğıcı vahid və eyni olan bir proses, yəni, feodalizm, 

təbiidir ki, yayıldığı coğrafiyaya da eyni təməl prinsipləri ilə daxil olmuşdur. Deməli, 

bu təməl prinsipləri bütünlükdə yayılma coğrafiyası üçün və yaxud ayrılıqda onun 

ehtiva etdiyi hər bir məkan üçün eynidir, yəni hamı üçün eyni dərəcədə məqbuldur. 

Təbiidir ki, hər bir məkan da məxsusi cəhətlərə malikdir və onlar yeni təşəkkül 

tapmaqda olan hər hansı  təzahürə, bizim halda, feodalizmə öz təsirini göstərməyə 

bilməzdi. Məxsusi cəhətlərə gəlincə, onlar təbiətlə də bağlı ola bilərdi, cəmiyyətlə də. 

Deməli, feodalizm bir sosial-iqtisadi münasibətlər sistemi kimi həm Batı 

Avropada, həm də ona yaxın və uzaq qonşu ölkələrdə, - bizim halda Xilafətdə  və 

tədqiqat obyektimiz olan Misirdə, - təməl prinsipləri baxımından, daha doğrusu, 

 

118




ehtiva etdiyi məzmun baxımından eynidir. Ancaq bu münasibətlərin məxsusi cəhət-

lərə malik konkret ölkədə gerçəkləşməsi formalarının fərqli ola bilməsi də müm-

kündür. Lakin bu fərqlilik feodalizm quruluşunun ümumi mahiyyətini dəyişdirmir və 

yaxud dəyişdirmək gücündə deyildir.  

Bu məntiqlə belə düşünmək olar ki, Batı tarixçilərinin Doğuya qarşı belə kəs-

kin mövqe tutması, təbiidir ki, bəşəri sivilizasiyanın tərkib hissələri olan lokal sivili-

zasiyalar arasında  əbədi davam edən məxsusiləşmə prosesindən və onun məhsulu 

kimi özünü göstərən «fərqli, mükəmməl və üstün» Batı Avropa düşüncəsindən 

qaynaqlanmışdır. 

Bütün bunlarla yanaşı onu da qeyd etmək istərdik ki, irəlidə deyildiyi kimi, orta 

çağ islam dünyasında mövcud olan sosial-iqtisadi münasibətlər sistemini də Batı 

Avropa feodalizminə aid etmək olar, -düşüncəsinin tərəfində duran Batı və eləcə də 

sözügedən bölgədə feodalizmin, –fərqli cəhətləri olsa da, -varlığını birmənalı tərzdə 

qəbul edən rus-sovet tədqiqatçıları orta çağ Doğu ölkələrinin və onların sırasında da 

Xilafətin tarixini öyrənərkən burada mövcud olmuş feodalizm quruluşunun forma-

laşması, inkişafı və süqutu prosesini ardıcıllıqla və hərtərəfli tədqiq etmək məqsədilə 

ayrı-ayrı dövrlərdəki sosial-iqtisadi problemlərin araşdırılmasına daim xüsusi diqqət 

vermişlər. 

Tədqiqat Xilafətlə bağlı olduqda, fikrimizcə, bu zaman belə bir məqam ciddi 

şəkildə nəzərə alınmalıdır ki, həmin problemlərin istər tam və bütünlüklə, istərsə də 

bu və ya digər tərəfinin ümumxilafət kontekstində öyrənilməsi onun ehtiva etdiyi 

ölkələrin hamısı üçün mütləq şəkildə eyni və məqbul olmaya da bilər. Ən azı ona görə 

ki, həmin ölkələr vahid bir dövlət-Xilafət hüdudları çərçivəsində birləşənə qədər ayrı-

ayrı, həm də  fərqli sivilizasiyalara, eləcə  də sosial-iqtisadi inkişaf sistemi və  səviy-

yəsinə malik dövlətlər daxilində mövcud idilər. Təbiidir ki, onları öz içərisinə alan 

ərəb-müsəlman cəmiyyətinin də formalaşmış  və ya formalaşmaqda olan xüsusi və 

fərqli cəhətləri də yox deyildi. Bu səbəbdən düşünmək olar ki, sözugedən fərqlilik-

lərin bir siyasi coğrafiyada birləşməsi zamanı baş verən assimilyasiya və metofor-

mozalar hər yerdə eyni şəkildə gedə bilməzdi. Ona görə də, şübhəsiz ki, sözugedən 

problemlərin Xilafətin tərkibinə daxil olan konkret bir ölkənin özünəməxsusluğu və 

fərqli cəhətləri nəzərə alınmaqla araşdırılması daha uğurlu və düzgün olardı, ümum-

xilafət kontekstində aparılmış tədqiqatların nəticələrinin daha da dəqiqləşdirilməsinə, 

dərinləşməsinə və zənginləşməsinə xidmət edərdi. Həm də bu zaman, yuxarıda ötəri 

deyildiyi kimi, xüsusi önəm verilməlidir, birincisi, Xilafət yaranarkən onun tərkibinə 

daxil olan ölkələrdə, -ərəb işğalından öncə, -sosial-iqtisadi durum hansı xarakter 

daşıyırdı və nə səviyyədə idi; ikincisi, həmin dövrdə, -Xilafətin yarandığı ərəfədə, - 

ərəb cəmiyyətinn öz durumu necə idi; və üçüncü, ərəblər tutduqları ölkələrə  nə ye-

niliklər gətirdilər və yaxud əskinə, ərəblərin özləri hansı dəyişikliklərə məruz qaldılar. 

Başqa sözlə, iki fərqli, -ən azı etnik kökən baxımından, - cəmiyyətin birliyi və bü-

tövlüyü həm Xilafət, həm də konkret ölkə miqyasında hansı ümumi və hansı xüsusi 

cəhətlərə gətirdi, bu xüsusi cəhətlər özünü nə vaxta qədər qoruya bildi? 

Deyilənlər baxımından tədqiqat obyektimiz olan VIII-X əsrlər Misir təcrübəsi-

nin araşdırılması xüsusi maraq doğurur, -söyləsək, inanıram ki, haqlı olardıq. 

İlk öncədən deyək ki, haqqında danışılan dövrdə Misirdə feodal münasibət-

lərinin mövcudluğu, - problemin mahiyyətinə və zamanına fərqli yanaşmalar olsa da, 

- çağdaş tarix elminin etiraf etdiyi faktdır. Başqa bir fakt da ondan ibarətdir ki, orta 

əsrlər probleminə yanaşmada iqtisadi amilə önəm verən tarixçilərə, - onlar əsasən rus-

 

119




sovet tədqiqatçılarıdır, - görə feodalizm üçün xarakter xüsusiyyət iri torpaq mülkiy-

yəti sahibliyinin üstün mövqe tutması  və bu zəmində torpaq sahiblərindən – 

feodallardan ibarət olan hakim sinfin torpaq üzərində inhisarının yaranmasıdır. Sosial 

və siyasi amillərə önəm verən tarixçilərə, – onlar da əsasən Batı  tədqiqatçılarıdır, –

görə isə feodalizm hakim sinfin daxilindəki müəyyən siyasi əlaqələr sistemidir və 

onun da başlıca əlaməti vassallıq - asılılıq müqaviləsinin mövcudluğu və yaxud dövlət 

funksiyasının xüsusi şəxslərə - torpaq sahiblərinə keçməsidir. Problemə belə yanaşıl-

dıqda Misirdə feodalizmin ən yaxşı halda Əyyubilər (1171-1250) və  Məmluklər 

(1250-1516) dövründə mövcudluğunu söyləmək olardı. Çünki məhz həmin dövr-də 

ölkədə hərbi-len ierarxiyası formalaşır və möhkəmlənirdi [21, 98].  

Bu məsələdə islama məxsusi bir sivilizsiya kimi baxılması da az rol oyna-

mamışdır. Bəzi tarixçilər hesab edirlər ki, müsəlman ölkələrində feodalizmin for-

malaşması prosesi nəinki Avropa ölkələrindən fərqlidir, həm də onların hər birində 

özünəməxsus formada getmişdir və bu ölkələrdə mövcud olmuş feodalizmə  məxsus 

prinsipləri ümumiləşdirməyin özü belə  çətinlik yaradır [13, 104; 19,2]. Həmin ide-

yanın tərəfdarları orta çağ tarixini, başqa sözlə, feodalizmi mərhələlərə də bir qayda 

olaraq hakim sülaləyə görə bölürlər [33, 60-89]. 

Feodalizmə belə fərqli yanaşılsa da, lakin hər iki tərəfə görə bu cəmiyyətdə iri 

torpaq sahibliyi kəndlinin kiçik (xırda) torpaqdan istifadəsi ilə uzlaşır. Həm də 

kəndlilər istifadə etdikləri feodal torpaqlarının hər hansı formada mülkiyyətçisi de-

yildirlər, sadəcə müxtəlif  şərtlər  əsasında onu becərənlərdir. Bununla yanaşı onlar 

həmin torpaq sahələrində müstəqil və fərdi təsərrüfat qurmaq hüququna malikdirlər. 

Təbiidir ki, bu münasibətlərin, başqa sözlə, feodal istehsal sisteminin meydana 

gəlməsi, onun formalaşması və inkişafı əsasən ümumi təməllərə söykənsə də, xüsusi 

amillərin təsirindən də  kənarda qalmamışdır. Bizim tədqiqatımızın obyekti kimi 

Misirə gəldikdə, qeyd etmək istərdik ki, ərəb işğalına qədərki dövrdə bu ölkə Suriya, 

Quzey Mesopotamiya və Quzey Afrikanın müəyyən hissəsi ilə birlikdə Doğu Roma 

və yaxud Bizans imperiyasının tərkibində idi. Həmin dövrdə Bizansda və onun bir 

parçası olan Misirdə feodal münasibətlərinin mövcudluğu və bu zəmində cəmiyyətin 

sosial-iqtisadi quruluşunda keyfiyyət dəyişikliklərinin baş verməsi fikri tarixçilər 

arasında heç bir mübahisə doğurmur[15, II,15]. Mübahisəli qalan məsələ bu prosesin 

nə vaxtdan başlaması ətrafındadır. Bir qrup tarixçilər həmin vaxtın IV əsrə, digərləri 

isə VII  əsrə düşdüyünü yazırlar. Hətta qədim Misirdə  də feodal münasibətlərinin 

mövcudluğunu iddia edənlər var. Lakin biz, qədim Misirdə quldarlıq münasibətlərinin 

hakim olması haqqında tədqiqatların nəticələri daha elmi və daha doğrudur, - fikrini 

söyləyənlərin tərəfindəyik [28, 242-247; 15, I, 222-225]. Lakin bütün tədqiqatçılar bu 

fikirdə yekdildirlər ki, Bizans imperiyasının Asiya və Afrikadakı  əyalətləri  ərəb 

işğalına qədərki dövrdə erkən feodalizm mərhələsini yaşayırdı. Heç kim də inkar 

etmir ki, həmin ərəfədə Misirdə rumlu əyanların əlində iri torpaq sahələri-malikanələr 

vardı və onlar kilsə və imperator torpaqlarını arxa plana sıxışdırmış, daha çox isə qibti 

əhaliyə məxsus orta və kiçik torpaq sahələrini öz daxilində əritmişdi [12, 7-62]. 

Misirdəki rumlu torpaq sahibləri dövlət hakimiyyəti ünsürlərinə malik idilər: 

malikanələrin idarə edilməsi, prinsipcə imperiyanın mərkəzi idarəçiliyini xatırladırdı 

və bu, onların - Batı Avropadakı torpaq mülkiyyəti formalarına yaxınlığının 

göstəricisi sayılmalıdır [12, 7-62]. 

Həmin dövrdə kəndlinin əməyinin nəticəsini mənimsəməyin başlıca forması isə 

haqqında feodalizmə keçid və ya tamamilə feodal dövrünün təsisatı kimi danışılan 

 

120




kolonat idi [2, 92; 23, 101; 14,78]. 

Bəs Ərəb Xilafətinin tərkibinə qatılan və həmin dövrdə erkən feodalizm mərhə-

ləsini yaşayan Misirdə feodal istehsal üsulunun sonrakı inkişafına  ərəb işğallarının 

təsiri necə oldu? 

Təbiidir ki, bu suala doğru və tutarlı cavab vermək üçün hər şeydən öncə qonşu 

ölkələri işğal edənə  qədərki dövrdə  ərəb cəmiyyətində mövcud olan sosial-iqtisadi 

münasibətlərin xarakteri və səviyyəsinə nəzər salmaq lazımdır. 

Qeyd edək ki, həmin problemləri tədqiqatçılar, daha çox da rus-sovet tarixçiləri 

müəyyən qədər araşdırmışlar. Onlardan N.V.Piqulevskaya [32, 403], İ.P.Petruşevski 

[30, 6] və digərləri [6, 165-166; 16, 179; 10, 181-2-5] ilkin mənbələrə  əsaslanaraq 

islamın meydana gəlməsi və ərəb-müsəlman dövlətinin - Xilafətin yaranması ilə bağlı 

müxtəlif məsələləri dərindən araşdırmış və VI əsrin sonu - VII əsrin əvvəllərində Ərə-

bistan yarımadasında gedən iqtisadi prosesləri və siyasi qüvvələrin vəziyyətini dərk 

etmək baxımından güclü bir elmi bazanın əsasını qoymuşlar. Sonralar isə bilavasitə 

haqqında danışılan dövrdə  ərəb cəmiyyətinin sosial-iqtisadi quruluşu ilə bağlı prob-

lemlərin tədqiqi L.İ.Nadiradze [26, 29], L.V.Neqrya [27] və s. kimi tarixçilərin 

başlıca fəaliyyət sahəsi olmuşdur. 

Onlardan hər biri bu problemə müxtəlif rekurslardan yanaşaraq bu və ya digər 

məqamı  fərqli formada qabartsa da, biz kimin haqlı, kimin haqsız olmasına 

toxunmadan qeyd etmək istərdik ki, həmin tədqiqatçılar bir nəticədə yekdildirlər: 

sözügedən dövrdə ərəb cəmiyyəti feodalizmə keçid dövrünü yaşayırdı. 

    Sosial-iqtisadi inkişaf baxımından bu səviyyədə, daha dəqiq desək, işğal 

etdikləri ölkələrdən, konkret halda Misirdən aşağıda dayanan ərəblər həmin ölkələrə 

nə yeniliklər gətirə bilərdilər? Formal məntiqə görə inkişaf gətirmək iqtidarında 

deyildilər. Ancaq hər hansı formada və səviyyədə dəyişikliklər gətirməsi isə qaçılmaz 

idi. Bunlardan ən birincisi və ən önəmlisi işğal olunmuş ölkələrə gələn köçəri ərəb-

lərin «böyük ölçüdə oturaq həyata keçməsi» idi. Bu baxımdan Misirin təcrübəsi 

böyük maraq doğurur. Belə ki, işğaldan sonra buraya axışan köçəri ərəb qəbilələrinə 

torpaq sahələri verilməsi haqqında məlumatlar kifayət qədərdir[1, 153-163]. Halbuki, 

bir çox orta çağ müəllifləri yazırlar ki, xəlifə Ömər (634-644) tərəfindən ərəblərə işğal 

olunmuş ölkələrdə torpaq almaq və becərmək qadağan olunmuşdu. Lakin Misirin 

təcrübəsi göstərir ki, Xəlifənin qadağasına faktik olaraq əməl edilmirdi. Bu ölkədə 

nəinki köçəri qəbilələr, həm də ayrı-ayrı  şəxslər torpaq sahələrinə yiyələndilər [1, 

119; 18, 263-272]. 

Bununla yanaşı qeyd etmək istərdik ki, ərəblər ölkədə mövcud olan sosial-

iqtisadi münasibətlərin xarakterinə toxunmadılar, onu bir müddət,  ən azı  Əməvi 

xəlifəsi  Əbd ül - Məlikin (685 - 705) islahatlarına qədər qoruyub saxladılar. Daha 

doğrusu, ərəblərə müqavimət göstərilməyən ərazilərdə hər şey köhnədə olduğu kimi 

qalırdı, lakin müqavimət göstərilən  ərazilər isə dövlət mülkiyyətinə çevrilirdi. Bu 

müddəa istər orta əsr müəllifləri, istərsə də son dövrlərin tədqiqatçıları tərəfindən bir 

mənalı şəkildə qəbul olunur və sonuncular bir qayda olaraq XI əsrin görkəmli alimi 

əl-Mavərdiyə istinad edirlər [26, 151-206]. Əl-Mavərdiyə görə dövlət torpaqlarına 

daxil idi: «1. ərəblər tərəfindən işğal olunan, lakin onların öz aralarında bölüşdürül-

məyən torpaqlar; 2. sülh müqaviləsi  əsasında bəzi torpaqlar və bu iki halda olurdu: 

birinci halda həmin torpaqlarının mülkiyyətçiləri ölkəni tərk edirdilər və ikinci halda 

həmin torpaqların mülkiyyətçiləri işğalçıların xeyrinə öz hüquqlarından imtina 

edirdilər» [24, 256]. 

 

121



Deyilənləri belə yekunlaşdırmaq olar ki, Misirin ərəblər tərəfindən işğalı, 

birincisi, torpağın daha çox dövlətin və yaxud hakimiyyətin mülkiyyətinə çevrilmə-

sinə, ikincisi isə, bu, hakimiyyətin təmsilçiləri rolunda çıxış edən  ərəblərin həmin 

mülkiyyətdən öz paylarını götürməsinə  gətirdi. Başqa sözlə,  ərəb hakimiyyəti öz 

mülkiyyətini doğurdu, hakimiyyət-mülkiyyət fenomeni yarandı və nəticədə mülkiyyət 

hakimiyyətin funksiyası oldu.  



 

ƏDƏBİYYAT 

1.

 



Ибн Абд ал-Хакам Абд ар-Рахман. Завоевание Египта, ал-Магриба и ал-Андалуса. 

Перевод  с  арабского,  предисловие  и  примечания  С.Б.Певзнера.  М.:  Наука,  1985, 

440с. 

2.

 



Ангелов  Д.  О  некоторых  вопросах  социально-экономической  истории  Византии, - 

«Вопросы истории», М.: 1960, №2, с.86-110 

3.

 

I.P.Arnason. Social Theory and Japanese Experience. The Dual Sivilization. London, 



1997, 352с. 

4.

 



Ацамба Ф.М.,  Надирадзе  Л.И. Развитие феодализма в  Арабском  Халифате, -Исто-

риография стран Востока (проблемы феодализма). МГУ, 1977, сс.242-278 

5.

 

Ял-Барави  Рашид.  Щалят  Мыср  ял-игтисадиййя  фи  ящд  ял-Фатимиййин.  Ял-



Гащира, 1969, 336с. 

6.

 



Беляев  Е.А.  Арабы,  ислам  и  арабский  халифат  в  раннее  средневековье  (далее: 

Арабы, ислам и арабский халифат), М.: 1965, 278с. 

7.

 

Блок М. Феодальное общество. Перевод с французского. М.: Наука,  2003, 566с. 



8.

 

Brokelman K. Тарих яш-шцуб ял-исламиййя. Бейрут, 1954, 286 с. 



9.

 

Coulbron R. Feodalism in History. Princeton University Press, 1956, 348p. 



10.

 

Смирнов Н.А. Очерки истории изучения ислама в СССР. М.: Наука,  1954, 386с. 



11.

 

Əd-Duri Əbd əl-Aziz. Tarix əl-İraq əl-iqtisadiyyə fi-l-qarn ər-rabi-l-hicri. Bağdad, 1948, 



284s. 

12.


 

Фихман  И.Ф.  Ремесло  и  крупное  имение  в  византийском  Египте  (по  данным 

греческих папирусов). –«Палестинский сборник», М.-Л., 1962, №7(70), сс.7-62 

13.


 

Goitein S.D. Aplea for the periordisation of Islamic History. –“Journal of the American 

Oriental Society”. New Haven, 1968, v.88, №21, pp. 98-121 

14.


 

История Византии, т.I, М.: Наука, 1967, 320 с. 

15.

 

История Востока, т.I (Восток в древности), т.II (Восток в средине века). М.: РАН, 



2000, 688с; 716с. 

16.


 

Якубовский  А.Ю.  Об  испольных  арендах  в  Ираке  в VIII в  (далее:  Об  испольных 

арендах). – «Советское востоковедение», т.IV, М.-Л., АН СССР, 1947, с.161-182 

17.


 

Kaetani. Annali dell’ islam, vol. I-VI. Milano, 1905-1913, 1320 p. 

18.

 

İ.Kaşif. Mısr fi fəcri-l-islam. Əl-Qahira, 1994, 386 s. 



19.

 

Колесников  И.Ф.  Некоторые  итоги  дискуссии  по  проблемам  раннеклассовых  об-



ществ.  Типология  феодализма. «Труды  Университета  дружбы  народов».  Вып. 4, 

т.69. История. М.: 1974, с.4-18 

20.

 

Quran.  Ərəb dilindən tərcümə edənlər Ziya Bünyadov və Vasim Məmmədəliyev. Bakı: 



Azərnəşr, 1991, 714 s. 

21.


 

Lewis A.R. The Midi Buwayhid Iraq and Japan: Some Aspects of Comparative Feu-

dalism, a.d.946-1055. – “Comparative Studies in Society and History”. Ann Arbor, 1969, 

v.11, №2, pp.92-116 

22.

 

Lewis B. The Middle East. London, 1995 



23.

 

Липшиц  Е.Э.  Об  основных  вопросах  истории  ранневизантийского  феодализма // 



Вопросы истории. М.: 1961, №6, с.96-112  

24.


 

Maverdii. Maverdii Constitiones politicae Ex recensione M.Engeri, Bonnae, 1953, 384 p. 

25.

 

Мюллер А. История ислама. Т.I. М.: АИСТ, 2004 , 911с. 



 

122



26.

 

Надирадзе Л.П. Проблемы государственной собственности на землю в Халифате в 



VII-VIII вв., - Арабские страны. История и экономика. М.: Наука, 1970, с.32-64 

27.


 

Негря Л.В. Общественный строй Северной и Центральной Аравии в V-VII вв. М.: 

Наука, 1981, 124 с. 

28.


 

Никифоров В.Н. Восток и всемирная история. М.: Наука, 1972, 360 с. 

29.

 

Надирадзе  Л.П.  К  вопросу  о  рабстве  в  Аравии  в VII веке, - Вопросы  истории  и 



литературы стран Зарубежного Востока. М.: Наука, 1960, с.102-118 

30.


 

Петрушевский И.П. Ислам в Иране в VII-XV веках. Л.: ЛГУ, 1966, 460с. 

31.

 

Пигулевская  Н.В.,  Якубовский  А.Ю.,  Петрушевский  И.П.,  Строева  Л.В.,  Белениц-



кий А.М. Истории Ирана с древнейших времен до конца XVIII века (далее: история 

Ирана). Л.: ЛГУ, 1958, 390 с. 

32.

 

Пигулевская Н.В. Византия на пути в Индию. М.-Л.: Наука, 1961, 468 с. 



33.

 

Poliak A.N. Feudalism in Egypt, Suria, Palestina and the Lebanon, 1250-1900. L.1939, 



240 p. 

34.


 

Тюрней  Г.  О  праве  собственности  по  мусульманскому  законодательству.  СПб: 

1882, 230 с. 

35.


 

 Wellhauzen I. The Arabs Kingdom and its Fall. London, 1973, 320p.  

 

 

ВЗГЛЯДЫ НА СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ ОТНОШЕНИЯ В 



РАННЕСРЕДНЕВЕКОВОМ ЕГИПТЕ 

 

Р.И.ИСМАЙЛОВ 

 

РЕЗЮМЕ 

 

В статье рассматриваются взгляды исследователей на социально-экономические 



отношения  в  средневековом  Египте  и  отмечается,  что  мнения  арабских,  западных  и 

русско-советских  историков  по  данному  вопросу  значительно  отличаются  друг  от 

друга. Наряду с этим указывается, что все исследователи признают факт существования 

в  Египте  феодальных  отношений  до  арабских  завоеваний,  в  отличии  от  самого 

арабского  общества,  находившегося  на  пути  перехода  к  феодализму.  В  то  же  время 

отмечается, что после арабских завоеваний основные изменения в этой сфере включали: 

во-первых,  превращение  земли  в  еще  больших  размерах  в  собственность  государства 

или  власти;  во-вторых,  приобретение  представителями  этой  власти – арабами  своей 

доли с этой собственности.  

  

OPINIONS ON SOCIO-ECONOMIC RELATIONS IN EARLY MEDIEVAL EGYPT 



 

R.I.ISMAYLOV 

 

SUMMARY 

 

Opinions of researchers on socio-economic relations in Medieval Egypt are viewed in 

this article and it is noted that,positions of Arabic, European, Soviet-Russian historians 

significantly differ from each other. Along side with this it is mentioned, that all researchers 

admit the fact, that there were feudal relations in Egypt before Arabic invasion, unlike Arabic 

society itself, which was on the transition to feudalism. It is also noted, that the main 

transformations in this sphere after Arabic invasion included firstly, transformation of lands 

into the property of the state or authorities; secondly, representatives of this authority – Arabs 

getting their own share from this property. 

 

123



Yüklə 76,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə