Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 76,13 Kb.
Pdf görüntüsü
tarix23.02.2018
ölçüsü76,13 Kb.
#27520


 

134 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT-94(479.24) 

  

 

 

  

AZƏRBAYCAN XALQININ MÜSTƏQİLLİK UĞRUNDA 

MÜBAR

İZƏSİ VƏ SİYASİ DURUM (1989-1991-ci illər) 

 

C.M.ƏSGƏROVA 

Bakı Dövlət Universiteti 

askerovadzhamala@rambler.ru

 

 



XX  əsrin  sonunda  Azərbaycanda  başlanan  siyasi  oyanış,  ümumxalq  hərəkatına  təkan 

vermişdi.  Xalq  hərəkatına  rəhbərlik  etmək  məqsədilə  siyasi  təşkilatlar  meydana  gəlirdi. 

Azərbaycanda  ictimai-siyasi  vəziyyətin  gərginləşdiyi,  respublika  rəhbərliyinin  vəziyyəti  öz 

nəzarəti  altına  ala  bilmədiyi  bir  şəraiti  də  mitinqlər  keçirilirdi.  Sözügedən  dövrdə  yaranan 

təşkilatlar mitinqlərdə fəal iştirak edirdilər. Sonralar Meydan hərəkatına çevrilən bu mitinqlər 

müstəqilliyimizin bərpası uğrunda Azərbaycan xalqının apardığı mübarizənin göstəricisi idi.  

 

Açar sözlər: meydan hərəkatı, siyasi təşkilat, mitinq, mili azadlıq hərəkatı, milli qırğın 

 

XX 



əsrin 80-ci illərin sonunda SSRİ-də ictimai siyasi həyatın demokratik-

ləşdirilməsi  nəticəsində  Azərbaycanda  başlanmış  siyasi  oyanış,  təcavüzkar 

erməni siyasətinin təsiri altında ümumxalq hərəkatına çevrildi. Xalq hərəkatını 

istiqamətləndirmək üçün Əbülfəz Elçibəyin rəhbərliyi altında altı nəfərdən ibarət 

ilk  siyasi  özək  yaradıldı.  Xalqın  təşkilatlanmaya  və  siyasi  şüurunun yüksəl-

dilməsinə olan ehtiyac nəzərə alınaraq, siyasi birlik və cəmiyyətlərinin yaradıl-

masına başlandı. Az sonra “Çənlibel”,“Müstəqillər, ”Tərəqqi”, “Qala”, “Yurd”, 

“Aşıq Ələsgər”,“Ozan”, “Varlıq” s. və ictimai-siyasi təşkilatlar meydana çıxdı. 

Yeni  siyasi  özək  və  təşkilatlarda  birləşən  qüvvələrin  bilavasitə  təşəbbüsü  ilə 

Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası ortaya çıxdı (7). 

1989-

cu ilin iyul ayında Azərbaycan Xalq Cəbhəsi, oktyabrında Azərbay-



can Milli Demokrat Partiyası (Yeni Musavat) və sairə qurumlar meydana gəldi. 

Demokratik  dövlətin  yaradılması  gedişində  müxtəlif  partiya  və  qeyri-formal 

təşkilatların həyat meydanına atılması qaçınılmaz idi. SSRİ-nin tərkibində olan 

respublikalarda 

belə təşkilat, birlik və cəmiyyətlərin yaradılmasına əvvəllərdə 

cəhd  göstərilmişdi.    Meydana  gəlmiş  yeni  partiyalar  siyasi  partiyaların  ilk 

nümunələri  idi.  İctimai  hərəkat  üçün  1990-cı  il  dönüş  ili  oldu.  Böhranın 

kəskinləşməsi ictimai hərəkatların özünün strukturunu dəyişərək, onların etiraz 

xarakterini 

gücləndirirdi (1, 246). 




 

135 


Yerlərdə  partiya  təşkilatları  hakimiyyəti  Sovetlərə  verməyə  məcbur 

olurdular. Sıravi kommunistlərin və partiya təşkilatlarının fəallığı çox aşağı idi. 

Bu dövrdə real hakimiyyətin daşıyıcısı dövlətdən çox Kommunist partiyası idi. 

Kommunist  partiyasında  baş  verən  böhran-  onun  rəhbər  rolunu  itirməsinə  və 

ölkənin dağılmasına səbəb olacaqdı.  

Demokartik qüvvələr ölkədə başlanmış iqtisadi islahatları, respublikala-

rın  öz  mülkiyyətinin  sahibi  olması  və  müstəqilliyi  ilə  nəticələnəcəyi  tarixi 

zərurət  idi.  Hakimiyyətin  aşağı  pilləsində  oturanlar  və  onların  ətrafındakılar 

Ə.Vəzirovun  respublikanı  idarə  edə  bilmədiyini  aydın  görərək,  onun  zəiflə-

məsini və tezliklə yıxılmasını arzulayırdılar (6). 

Xalq Azərbaycanı parçalamaq cəhdlərinə, ermənilərin Dağlıq Qarabağın 

Er

mənistana  verilməsi  tələblərinə  qarşı  münasibətini  əvvəllər  Mərkəzi  Ko-



mitəyə, ölkə və respublika rəhbərlərinə teleqramları, məktubları göndərməklə, 

imza toplamaqla bildirirdi (5, 3). 

Sovet  hakimiyyəti  illərində  ilk etiraz mitinqi 1988-ci ilin  19  fevralında 

Bakıda  keçirildi.  Azərbaycanda  ictimai-siyasi  vəziyyətin  gərginləşdiyi, 

respublika rəhbərliyinin vəziyyəti öz nəzarəti altına ala bilmədiyi bir şəraitdə 

martın 16-da Elmlər Akademiyasında mitinq keçirildi. İctimaiyyətin müəyyən 

hissəsi çıxış yolunu uzun müddət Azərbaycan KP MK I katibi və SSRİ Nazirlər 

Soveti  sədrinin  müavini  işləmiş,  Moskva  tərəfindən  hakimiyyətdən  uzaqlaş-

dırılmış Heydər Əliyevin respublikada hakimiyyətə gətirilməsində görürdü. 

Mitinqlər 1988-ci il mayın 16-sı və 18-ində Bakıda keçirildi və bir sıra 

məsələlər  irəli  sürüldü.  Bu  mitinq  “Yurd”  təşkilatının  fəal  iştirakı  ilə  ke-

çirilmişdi. Respublikanın görkəmli ziyalıları xalqı və rəhbərləri respublikanın 

hüquqlarını  müdafiə  etməyə  çağırırdı.  Azərbaycanda  siyasi  mübarizə  dalğası 

yüksəldikcə  ümummimilli böhran  durmadan  genişlənirdi.  Sözügedən  dövrdə 

xalq  ölkədə  baş  verən  demokratikləşmədən,  dərinləşən  iqtisadi  böhrandan, 

Ermənistandan azərbaycanlıların qovulmasından və qondarma Dağlıq Qarabağ 

problemindən  narazı  idi.  Məhz  bu  narazılıqla  xalqın  müstəqillik  uğrunda 

mübarizəsi və  mübarizə  dalğası  üstündə  hakimiyyətə  gəlməsi  üçün şərait  ya-

ratmışdı.  Azərbaycan  xalqının  milli  azadlıq  çağırışları  mərkəzi  ciddi  narahat 

edirdi. 


Azərbaycanlılara  qarşı  tətbiq  edilən  zorakılıq,  işgəncələr  haqqında 

əhaliyə obyektiv informasiya verməyən respublika rəhbərliyinin fəaliyyətsizliyi 

ictimai-

siyasi vəziyyətin partlayış həddinə çatmasını daha da sürətləndirdi. 

1988-

ci il noyabrın 15-də Azərbaycan Elmlər Akademiyasında izdihamlı 



mitinq keçirildi.  1988-

ci  il  noyabrın  17-də  Ermənistanın  təcavüzkarlığına, 

vilayət  ermənilərinin  Şuşanın  Topxana  meşəsində  törətdiyi  vəhşiliyə,  nadir 

ağacların qırılmasına, sənaye obyektlərinin tikintisinə başlanmasına etiraz əla-

məti  olaraq  Elmlər  Akademiyasında  yeni  mitinq  təşkil  olundu.  Bu  xalq 

hərəkatının ən qızğın dövrü hesab olunur (8, 2). 

Respublika  rəhbərliyi  daxilində  iqtidarın  hakimiyyətdən  getməsinə  can 

atan qüvvələr də siyasi sabitliyi pozmaq, leqal və qeyri-leqal müdafiə etdikləri 




 

136 


qüvvələrin  hakimiyyətə  gətirilməsinə  nail  olmağa  çalışırdılar.  Bu  məqsədlə 

ictimai-


siyasi vəziyyətin gərginləşdirilməsində maraqlı idilər. 

Elmlər  Akademiyasında  başlanan  mitinq,  Azadlıq  meydanına  qədər 

davam edən nümayişlər, daha sonra həmin meydanda gecə-gündüz davam edən 

on  doqquz  günlük  Meydan  Hərəkatına  çevrildi.  Respublikanın  rayon  və 

şəhərlərində  mitinq  dalğası  güclənirdi.  Lənkəran,  Cəlilabad,  Sabirabad, 

Ağcabədi,  Şəki,  Dəvəçi  və  digər  rayonlarda  rayon  partiya  komitələrinə  qarşı 

etiraz ruhlu mitinqlər keçirilirdi. 

Bu mitinqlər mövcud rejimə qarşı olan milli-azadlıq hərəkatı idi. Hərəkat 

demokratik  məzmuna  malik  olmaqla  dinc  xarakter  daşıyırdı.  Hərəkatın  əsas 

səciyyəvi  cəhəti  mitinqlər  və  küçə  nümayişlərindən  ibarət  və  kortəbii  siyasi 

fəallığın  güclü  olması  idı.  İctimai-siyasi  hərəkat  müxtəlif  siyasi  cərəyanları, 

müxtəlif əqidəli şəxsləri özündə birləşdirmişdi.  

Mitinqin  hansı  qüvvələr  tərəfindən  təşkil  edilməsindən  asılı  olmayaraq, 

onun  əsasında  Azərbaycan  xalqının  Ermənistanın  təcavüzünə,  Qarabağa  olan 

qəsdinə  qarşı  meydan  etirazı  dururdu.  Meydanda  mitinqçilər  Ermənistanın 

Azərbaycana qarşı təcavüzünün dayandırılmasını, Dağlıq Qarabağda antiazər-

bay

can siyasəti yeridən qurumun ləğv edilməsini tələb edirdilər. Onlar əks təq-



dir

də isə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsini, Azərbaycan-

dan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə 

əlaqədar məsələ qaldırmasını istəyirdilər. 

Bundan  əlavə  nümayişçilər  Ermənisatnda  Göyçə  Muxtar  Vilayətinin 

yaradılmasını,  Ermənistandan  indiyə  kimi  çıxarılan  azərbaycanlıların  geri 

qaytarılmasını,  pasportlarda  millətimizin  adının  bərpa  edilməsi  kimi  digər 

tələblərlə  çıxış  etməyə  başladılar.  Mitinqlərdə  imperiyadan  ayrılmaq,  ərazi 

bütövlüyünü  bərpa  etmək,  qaçqınların  hüquqlarını  qorumaq,  ekologiyanı 

sağlamlaşdırmaq tələbləri irəli sürülürdü. 

Bu tələblərin Azərbaycan rəhbərliyini qane etməsinə baxmayaraq mitin-

qin dayandırılmasını tələb etdilər. Meydandakılar tələbləri yerinə yetirilməyin-

cə  meydanı  tərk  etməyəcəklərini  bildirdilər.  Meydan  səngimək  bilmir  günü-

gün


dən iştirakçıların sayı artırdı. Onların sayı milyonu keçirdi. Nümayişçilərin 

əllərində 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti-

nin  bayrağı  qaldırılırdı.  Nümayişçilər  hətta  gecə  də  meydanı  tərk  etmirdilər. 

Rəhbərlik  xalqın  problemə  qarşı  olan  münasibətini  artıq  bilməsinə  baxmaya-

raq, 

erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görmürdü (4, 57). 



Xalq  hərəkatının  yüksək  vüsət  aldığı  bir  şəraitdə,  respublika  və  rayon 

səviyyələrində  hakimiyyət  uğrunda  mübarizə  qızışmaqda  idi.  Hakimiyyət 

uğrunda mübarizə milli birliyin yaranması yolunda ciddi maneə yaradırdı. Belə 

bir  dövrdə  xalq  Heydər  Əliyevin  qayıtmasını  istəyirdi.  Heydər  Əliyev  məhz 

M.S.Qorbaçov  tərəfindən  hakimiyyətdən  uzaqlaşdırıldığından  Moskva  vasitə-

silə onu hakimiyyətə gətirmək mümkünsüz idi.  

İndi  təşkilatlanmaq,  mübarizəni  demokratik  vasitələrlə  davam  etdirmək 

lazım  idi.  Bu  həqiqəti  dərk  edənlər  artıq  meydandan  uzaqlaşmağa  başlamış, 




 

137 


meydan 

isə  seyrəlməkdəydi.  Hərbi  hakimiyyət  mitinqçilərdən  meydanı  tərk 

etməyi  tələb  etdi,  ertəsi  gün  gecə  hərbiçilər  hücum  edib  meydanı  zorla 

boşaltdırdılar.  Meydan  dağıldıqdan  bir  neçə  gün  sonra  Bakıda  və  başqa 

şəhərlərdə nümayişlər və etiraz mitinqləri keçirildi. Kortəbii də olsa "Meydan" 

xalq hərəkatının birinci mərhələsinin zirvəsi idi. Mitinq və nümayişlərlə möv-

cud problemlərin heç birini həll etmək olmadığını Meydan bir daha göstərdi. 

Demokratikləşmə yolu ilə gedərək, Moskvanın təyin etdiyi rəhbərlərin əvəzinə, 

xalqın  nümayəndələrini  seçmək,  xalq  birliyini  təmin  etmək,  respublikanın 

suveren hüquqlarının qorunmasına nail olmaq lazımdır. 1989- cu ildə Azərbay-

can  cəmiyyətindəki  siyasi  qüvvələr  –  hakim  AKP  ilə  mitinq  kütləsi  arasında 

qütbləşmə getdikcə daha da dərinləşirdi. Alternativ siyasi müxalifətə çevrilən 

mitinqlərdə  Dağlıq  Qarabağ  və  cəmiyyətin  sosial  problemləri  məsələlərinə 

getdikcə daha çox "suverenitet", "müstəqillik", "şəxsi mülkiyyətçilik", "cəmiy-

yətin  və  siyasi  strukturun  demokratikləşməsi"  tələbləri  qoşuldu.  Proseslərin 

gedişi  respublikaların  sonrakı  iqtisadi  və  sosial  inkişafının  ancaq  müstəqil 

dövlətçilik  formasında  mümkünlüyünü  göstərirdi.  1989-cu  ildə  respublikada 

ictimai-


siyasi hadisələrin gedişi, hakim partiyanın kəskin müxalifəti cəmiyyətin 

əksər  hissəsinin  istəyinin  ifadəçisi  kimi  yeni  bir  təşkilati  formanın  axtarıl-

masının vacibliyini göstərirdi.  

İctimai-siyasi  hərəkat  mahiyyətcə  Azərbaycan  vətəndaşının  şüurunun 

keyfiyyətcə  yeniləşməsi  və  onda  yeni  siyasi  dəyərlər  olan  "azadlıq", 

"demokrat

iya", "müstəqil dövlətçilik", "humanizm" və bir sıra başqa ideyaların 

dərin kök salması demək idi. 

80-

ci  illərin  sonundan  başlayaraq  erməni  millətçiləri  açıq-aşkar  plan 



cızır,  nəyin  bahasına  olursa  olsun  Azərbaycan  torpaqlarını  ələ  keçirməyə 

çalışırdılar. 

1985-

ci  ildə  Sovet  İttifaqında  M.Qorbaçov  hakimiyyətə  gəlməsi  ilə 



erməniləri  DQMV-nin  Azərbaycandan  qoparılaraq  Ermənistan  SSRİ-  yə 

birləşdirilməsi məsələsində ümidləndirirdi. 

SSRİ-nin  dağıldığı  ərəfədə  Azərbaycanda  xalqın  rəhbərliyi  altında  on 

doqquz gün 

davam  edən  bu  hərəkat  yatırılmışdı.  İstədiyi  nəticəni  əldə  edə 

bilməsə də, bu hərəkatın nəticəsi olaraq, sonralar Azərbaycanın müstəqilliyinin 

bərpası uğrunda mübarizəyə başçılıq etmiş Azərbaycan Xalq Cəbhəsi meydana 

gəlmişdi. Lakin bir müddət sonra onun rəhbərləri arasında münaqişələr başladı 

ki,  məhz  bu  da  idarəetmədə  çətinliklərin  meydana  gəlməsinə  gətirib  çıxartdı. 

Azərbaycan  xalqı  isə  liderlərin  qeyri-ardıcıl  mövqeyini  görüb  bu  təşkilatdan 

uzaqlaşmağa başladı. 

 

Qarabağ  komitəsi  1988-ci  ilin  əvvəllərində  Dağlıq  Qarabağın  Ermə-



nistana  ilhaqından  müxtəlif  variantlardan  ibarət  plan  hazırladı.  Plana  görə 

İttifaq  dövləti  tərəfindən  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  tələbi 

qəti rədd edildiyi təqdirdə, o zaman Qarabağ erməniləri SSRİ-nin tərkibindən 

çıxmalı daha sonra isə Ermənistanın tərkibində olmaq şərti ilə yenidən Sovet 




 

138 


Sosialist  Respublikalar  İttifaqına  daxil  olmaq  haqqında  xahişlə  SSRİ  Ali 

Sovetinə müraciət etməli idilər.  

SSRİ-nin  konstitusiyasına  görə  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  öz 

müqəddaratını  müstəqil  həll  etmək  hüququna  malik  olmadığından  belə 

səlahiyyətlərə  malik  olan  Ermənistan  özü  Dağlıq  Qarabağın  tərkibinə  daxil 

olduğunu  bəyan  etməli, paytaxtı  Stepanakert  olan,  Arsax  erməni  respublikası 

tabeçiliyində olmalı idi. 

1988-


ci ilin yanvarından etibarən Ermənistan sürətlə planını həyata keçir-

məyə başlamışdı. Yanvarın 25-dən Ermənistanda yaşayan azərbaycanlilarin ilk 

qrupu  doğma  el-obasından  didərgin  salındı.  Azərbaycanlıları  kütləvi  surətdə 

qovmaqla bir tərəfdən onların arasında vahimə salaraq, Ermənistanı hamılıqla 

tərk etməsinə nail olmağa çalışırdılar. Digər tərəfdən isə Azərbaycanda ictimai-

siyasi  vəziyyətin  gərginləşdirilməsinə,  erməni-azərbaycanlı  milli  münaqişəsi 

törədilməsinə can atılırdı. Moskva isə bu cinayətlərə göz yumurdu. Qovulanla-

rın azərbaycanlılar olmasına baxmayaraq DQMV-də ermənilərin hüquqlarının 

güya pozulması bəhanəsi ilə mitinqlər təşkil olunurdu. 

1988-


ci  il  fevralın  19-da Muxtar  Vilayətin  ali  Sovetinin  sessiyasının 

keçirilməsi, DQMV status məsələsinə baxılması haqqında SSRİ Ali Sovetinə 

müraciət  qəbul  edilməsi  çağırışların  altında  kütləvi  antiazərbaycan  mitinqi 

keçirildi. 1988-ci il 

fevralın 20-də Muxtar Vilayətin Ali Sovetinin sessiyasında 

DQMV statusuna baxılması barədə SSRİ Ali Sovetinə müraciət qəbul edildi. 

Dövlətçiliyimizə  qəsd  kimi  qəbul  edildiyindən  həmin  müraciət  respublika 

əhalisində kütləvi narazılığın daha da artmasına səbəb oldu. Artıq Azərbaycan 

xalqının  ayağa  qalxdığı  bir  vaxtda  növbəti  erməni  cinayətləri  törədilirdi. 

Fevralda 

Yeravanda tarixən fəaliyyət göstərən məscid təhqirə məruz qalmışdı, 

bundan  əlavə  azərbaycanlılarla  ermənilər  arasında  sünii  toqquşma  təşkil 

edilərək, iki azərbaycanlı qətlə yetirilmişdi. Milli toqquşmanın qarşısını almaq 

üçün  əməli  tədbir  görülmədi.  Bunun  əksi  olaraq  fevralın  28-də  Sumqayıt 

faciəsi törədildi. Cinayətin əsas təşkilatçıları ermənilər olmasına baxmayaraq, 

cinayətin  ancaq  azərbaycanlılar  tərəfindən  törədilməsi  haqqında  erməni 

mətbuatı dünyaya iftiralar yayırdı (2). 

Sumqayıtda baş verən hadisələri bəhanə edən Ermənistan Quqark, Masis, 

Yerevan, Dilican, 

Qafan,  Mehri,  Sevan  və  digər  tarixi  yaşayış  yerlərindən 

azərbaycanlıları qovub çıxartdılar.  

Azərbaycanda sosial-iqtisadi və siyasi böhranın getdikcə dərinləşdiyi bir 

şəraitdə Ermənistandan azərbaycanlıların didərgin salınaraq, qaçqın vəziyyətin-

də Azərbaycana pənah gətirməsi respublikada ictimai-siyasi vəziyyətin daha da 

kəskinləşməsinə gətirib çıxartdı. Qaçqınlarla iş aparmaq üçün respublika əhə-

miy


yətli mərkəzi bir təşkilat yaradılmamışdı. Məntiqi əsası olmayan arqument-

lər gətirilərək qaçqınların taleyinə göstərilən biganəlik nəticəsində respublikada 

ictimai-

siyasi vəziyyət gərginləşdi. Ümumxalq hərəkatı üçün obyektiv zəmini 

Dağlıq Qarabağın ilhaq edilməsi planını və Ermənistanda yaşayan azərbaycan-

lıların  öz  yurdlarından  vəhşicəsinə  didərgin  salınmasını  daha  da  gücləndirdi. 

Azərbaycan xalqı etiraz nümayişlərinə qalxır, kortəbii mitinqlərə toplaşırdı. Er-

məni  millətçilərinin  azərbaycanlılara  qarşı  qanlı  əməlləri  nəticəsində  Ermənis-




 

139 


tan

da bir nəfər də azərbaycanlı qalmamışdı, Azərbaycanlıların son nümayəndəsi 

Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də sovet əsgərlərinin köməyi ilə 

Ermənistandan  qovuldu.  Azərbaycanlılara  qarşı  törədilən  cinayətlərin  dünyada 

soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağda separatçıların əl-qolunu daha da 

açdı.  Erməni  millətçilərinin  təhrikedici  hərəkətləri,  eyni  zamanda  Dağlıq 

Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar yaşayan və respublika sərhədlərinə, 

kəndlərinə silahlı basqınları getdikcə daha da kəskinləşirdiməkdəydi. Bütün baş 

verən  hadisələrə  qarşı  demək  olar  ki,  respublikanın  hər  bölgəsində  izdihamlı 

mitinqlər  başlanmış  və  ümumi  tətil  elan  olunmuşdu.  Artıq  mərkəz  res-

publikanın xaos vəziyyətində və qiyam ərəfəsində olduğunu görür və qətiyyətli 

tədbirlər görülmədiyi təqdirdə Azərbaycanın itiriləcəyini aydın dərk edirdi. 

Azərbaycanın  ərazi  bütövlüyünü  pozmaq  cəhdlərinə  qarşı,  SSRİ 

rəhbərliyinin,  Azərbaycan  xalqı  barəsində  apardığı  qərəzli  siyasətə  və  yerli 

rəhbərliyin  xəyanətkar  fəaliyyətinə  qarşı  əhalinin  etirazı  başlanmışdı.  Bakıya 

və  Respublikanın  bir  sıra  rayonlarına  bu  etirazın  qarşısını  almaq  üçün  dinc 

əhaliyə divan tutmaq məqsədilə sovet hərbi hissələri yeridildi. 

1990-


cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də 

“Bakı  şəhərində  fövqəladə  vəziyyət  tətbiq  edilməsi  haqqında”  fərman  verdi. 

Mərkəzin  planlarına  maneçilik  törədilməsin  deyə  fövqəladə  vəziyyətin  elan 

olunacağı  vaxt  gizli  saxlanıldı.  Xalqa  məlumat  verilməsin  deyə  19 yanvar 

tarixində  Azərbaycan  Televiziyasının  enerji  bloku  partladılaraq  sıradan 

çıxarılmışdı (9).  

Yanvarın  21-də  Heydər  Əliyev  Azərbaycanın  Moskvadakı  daimi 

nümayəndəliyinə  gələrək  təşkil  olunmuş  izdihamlı  yığıncaqda  etdiyi  çıxış  ilə 

doğma xalqı ilə birgə olduğunu bildirmişdi. O, bütün bu hadisələrin mərkəzin 

və respublika rəhbərlərinin yol verdiyi kobud siyasi bir səhv kimi ifşa etmişdi. 

Xalq 

həmişə Heydər Əliyevə etimad göstərmiş, ona təcrübəli və etibarlı rəhbər 



kimi baxmışdır (3). 

Sovet  hərbi  hissələrinin  Azərbaycana  təcavüzü,  mülki  əhalinin  kütləvi 

sur

ətdə vəhşicəsinə gülləbaran edilməsi təkcə tamamilə çürümüş sovet rejimi-



nin 

dağılmasının  əlaməti  deyildi.  Eyni  zamanda  azərbaycanlıları  öz  əzəli  və 

tarixi məskənlərindən sıxışdırıb çıxarmaq barədə köhnə hələ çarizmin vəsiyyət 

etdiyi,  məqsədyönlü  siyasətin  həyata  keçirilməsinin  sübutu  oldu.  Bütün  bun-

larla  yanaşı,  mərkəz  sovet  imperiyasını,  kommunist  sistemin  nəyin  bahasına 

olursa-


olsun  qoruyub  saxlamağa  cəhd  göstərərək,  milli  respublikalarda ha-

kimiyyəti və oyuncaq rejimləri möhkəmləndirmək istəyirdi. 1990-cı il “Qanlı 

Yanvar” hadisəsindən sonra milli azadlıq hərakatı yeni məcraya daxil olmuşdu. 

İndi  o,  imperiya  tərkibindən  çıxmaq,  müstəqillik  əldə  etmək  məzmununu 

almışdı. İqtidar-müxalifət qarşıdurmasında da yeni mərhələ başlanmaqdaydı.  

İmperiyanın  şovinist  rəhbərlərinin  göstərişi  ilə  törətdikləri  qırğınlar 

Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, imperiyanın dayağı hesab 

edilən Kommunist Partiyasını və Sovet hakimiyyətini gözdən saldı. Bu hadisə 

bir daha sübut etmiş oldu ki, suverenliyin yeganə yolu imperiyanın dağılma-

sında, müstəqilliyin bərqərar olunmasındadır.  

 

 



 

140 


ƏDƏBİYYAT 

1.

 



Azərbaycan tarixi, VII c. Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov Adına Tarix 

İnstitutu. Bakı: Elm, 2008, s. 608+80 s. illüstrasiya. 

2.

 

Azərbaycan qəz., 1992, 22 fevral.  



3.

 

Azərbaycan qəz., 1993, 23 yanvar. 



4.

 

Балаев  A.  Азербайджанское  национальное  движение  в  1917-1918  гг.  Баку:  Елм, 



1998, 

с.136. 


5.

 

Ermənistan  Respublikası:  terrorizm-dövlət  siyasətinin  tərkib  hissəsi  kimi.  Faktlar, 



rəqəmlər. Bakı: Azərnəşr, 2001, s. 24. 

6.

 



Respublika qəzeti.Azərbaycan XXI əsrin və III minilliyin ayrıcında. 2000, 30 dekabr. 

7.

 



TİEA (Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxivi) f,1, s. 19, i 

8953, v. 13. 

8.

 

TİEA f-1, s. 19, 8953, v. 21. 



9.

 

TİEA f-1, s. 19, 8953, v. 77. 



  

БОРЬБА АЗЕРБАЙДЖАНСКОГО НАРОДА ЗА НЕЗАВИСИМОСТЬ  

И ПОЛИТИЧЕСКОЕ ПОЛОЖЕНИЕ 

 

Д.М.АСКЕРОВА 

 

РЕЗЮМЕ 

 

Начало политического пробуждения в конце ХХ века дал толчок национальному 



движению. Чтобы привести национальное движение были сформированы политические 

организации.  Правительство  не  могло  контролировать  напряженную  общественно-

политическую ситуацию, и в Азербайджане были проведены митинги. В этот период эти 

организации  принимали  активное  участие  в  заседаниях.  Позднее  эти  митинги 

превратились  в  движение  за  восстановление  независимости  и  свидетельствовали  о 

борьбе народа Азербайджана. 



 

Ключевые  слова:  движение  Meйдан,  политическая  организация,  митинг, 

национально-освободительное движение, национальное уничтожение 



 

STRUGGLE OF THE AZERBAIJANI PEOPLE FOR INDEPENDENCE AND THE 

POLITICAL SITUATION 

 

J.M.

АSGAROVA 

 

SUMMARY 

 

At the end of the  XX century, there began  a  political awakeess,  that incited national 

movements.  There were established political organizations to control these movements.  The 

goverment  lost  control  over the  strained social-political  situation.  These  organizations took 

active parts at the meetings. Later, these meetings turned into the movement for independence 

and testified for the people’s struggle in Azerbaijan. 



  

 Key word: movement  "maydan",  political organization,meeting, national  liberation 



movement, national destruction 

Yüklə 76,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə