Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 41,5 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü41,5 Kb.
#31509


 

36

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3      

 

Humanitar  elmlər seriyası  

 

2011 

 

 

ƏDƏBİYYATŞÜNASLIQ  

 

 



 

UOT 82.0; UOT 82:316.3; UOT 82(091) 

 

CƏLİL MƏMMƏDQULUZADƏ  

PUBLİSİSTİKASI VƏ MİLLİ ÖZÜNÜDƏRK 

 

M.HƏSƏNOVA (Saraçlı) 



Bakı Dövlət Universiteti 

M.Hasanova@mail.ru 

 

Məqalədə  Cəlil Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında nəşr etdirdiyi 

felyetonların xalqın milli şüurunun formalaşmasında oynadığı rol dəyərləndirilir. Burada 

ədibin publisistikasına yeni təfəkkür kontekstində  nəzər salınır, xalqın milli düşüncəsinin 

təşəkkülünə Mirzə  Cəlilin hansı xidmət göstərdiyi açıqlanır. Bir daha göstərilir ki, millətin 

yaşaması üçün vacib olan milli ideologiyanın formalaşmasında C.Məmmədquluzadənin 

publisistikasının da öz yeri, öz mövqeyi vardır.      

 

Açar sözlər: ədəbiyyat, publisistika, milli  özünüdərk, millət, felyeton. 

 

Klassik Azərbaycan ədəbiyyatının parlaq simalarından olan C.Məmməd-



quluzadənin xalqın milli düşüncəsinin formalaşmasında xüsusi xidməti olmuş-

dur. Onun yaradıcılığını  Vətən və millət anlayışlarından ayrı  təsəvvür etmək 

mümkün deyildir. 

«Gözünü birinci dəfə açanda dünyanı qaranlıq görmüş» C.Məmmədqu-

luzadənin ictimai missiyası bu qaranlığı işıqlandırmaq, millətinə onun keçmi-

şini, soy-kökünü tanıtmaq və bu yolda yorulmadan mübarizə aparmaqdan baş-

qa bir şey ola bilməzdi. Öz kökündən (bioloji, fizioloji, sosioloji mənalarda) 

ayrılan istənilən varlığın sonunun olmayacağını dərindən anlayan C.Məmməd-

quluzadə üçün millət və  vətən anlayışı  hər  şeydən  əvvəl dil ilə bağlı idi. 

Ədibin öz düşüncələrinə kölgə salmadan qətiyyətlə deyə bilərik ki, dahilərin 

«Milləti öz kökündən qoparmaq üçün onun dilini əlindən almaq lazımdır»  kə-

lamı onu bütün yaradıcılığı boyu təqib etmiş, bir çox əsərlərini ana türk dilinin 

saflığının qorunmasına, ədəbi dilin sadə xalq kütlələri arasında anlaşıqlı olma-

sına həsr etmişdir. Belə ki, Mirzə  Cəlilin  ən böyük idealları  sırasında milli 

dilin saflığı, Azərbaycan məmləkətinə  məhəbbət, Bütöv Azərbaycan arzusu 

kimi məqamlar aparıcı xətt təşkil edir (8, 25). 

Vətən, onun bütövlüyü, millət və milli birlik, millətin geridə qalmasını, 



 

37

dini xurafatın, ətalətin doğma vətənə vurduğu ölümcül zərbəni ən sadə detal-



larla oxucuya təqdim etmək Mirzə  Cəlil  əsərlərinin  əsas qayəsi idi. Ədibin 

«Sizi deyib gəlmişəm», «Azərbaycan», «İranda hürriyyət» və digər əsərlərində 

ürək parçalayan millət və  vətən yanğısı var. Ədib o kəsləri deyib gəlirdi ki

«mənim sözlərimdən xoşlanmayıb bəzi bəhanələrlə  məndən qaçıb gedirlər, 

məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş mahnılarına qulaq asmağa, 

hamamda yatmağa və cavabsız suallar bitib tükənməyəndə ədib öz-özünə sual 

verirdi: «Bəs sən hardasan ay biçarə Vətən»? 

C.Məmmədquluzadə üçün Vətən o taylı-bu taylı Azərbaycan – Bütöv 

Azərbaycan idi. Lakin ədib yaşadığı dövrdə Bütöv Azərbaycanı deyil, ikiyə 

bölünmüş  Vətəni görəndə bunun səbəbini axtarırdı. «Millət» felyetonunda 

ədib bu səbəbi aydın tapmışdı. Müəllif qərblə şərq arasında müqayisə apararaq 

yazırdı ki,  «biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik, millət 

üstündə tikmədik». Və bunun nəticəsində dövlət quruculuğunda millət əvəzinə 

şəxs anlayışının irəlidə olduğunu qeyd edən müəllif avtoritar şəxsin idarəçilik 

sistemini lənətləyirdi. 

C.Məmmədquluzadə «Azərbaycan» məqaləsi ilə  ədəbiyyatımızda türk-

çülük ideologiyasının, Azərbaycanın bütövlüyü ideyasının, milli özünüdərkin 

vacibliyinin  əsasını qoymuşdur. «Azərbaycan» məqaləsi xalqımızın müstəqil 

və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrin publisist 

tərcümanı carçısı, vətəndaş harayının ifadəsidir. «Azərbaycan» məqaləsi Azər-

baycan coğrafiyasının vətəndaş  Cəlil Məmmədquluzadənin mahir qələmi ilə 

çəkilmiş nadir publisist xəritəsidir (7, 25). Məlumdur ki, milli özünüdərkə 

millətinin dilinin, ərazi bütövlüyünün, milli ruhun təhlükədə olduğu məqam-

larda daha çox ehtiyac duyulur. XIX əsrin sonu XX əsrin  əvvəllərindəki bu 

xüsusiyyətlər qabaqcıl görüşlü ziyalıları, amalı yalnız millətə xidmət etmək 

olan qələm sahiblərini özünüdərk və milli ideyaların təbliği sayəsində 

fəaliyyətə sövq edirdi. 

Hələ lap qədim dövrlərdə ulu babalarımız özlərini tayfa və tayfa birliyi 

formasında dərk edirdilər.  İslamlaşma dövründə milli özünüdərketmə, dini 

özünüdərketmə ilə eyniləşdi. Təsadüfi deyil ki, XIX əsrin ortalarına qədər və 

bəzən sonralar da milli mənsubiyyət kimi «müsəlmançılıq» , dil mənsubiyyəti 

kimi isə  «müsəlman dili» işlədilirdi. 

XIX əsrin axırı XX əsrin əvvəllərində maarifçi ziyalıların dəyərli fəaliy-

yətləri ilə milli adımızın  müsəlman və ya tatar deyil türk olduğu təsbit edildi. 

1918-ci ildə milli özünüdərketmə formulu dövlət statusu aldı və müstəqilliyini 

yenidən qazanmış dövlətimiz bayrağında bunu əks etdirdi. 

C.Məmmədquluzadə yaradıcılığında milli özünüdərk məsələsinə  aşağı-

dakı aspektlərdən yanaşılması məqsədəuyğundur. 

1) vətənin tarixi əsası bütövlüyü; 

2) vətənə əsil vətəndaş məhəbbəti; 

3) vətəni sivil görmək arzusu; 

4) vətəndaş hüquqsuzluğunun aradan qaldırılması istəyi. 




 

38

Dahi yazıçını Azərbaycanın tarixi-ərazi bütövlüyü bütün yaradıcılığı bo-



yu düşündürmüş, əsərlərinin bir çoxunda bu mövzuya toxunmağa sövq etmiş-

dir. «Azərbaycan» məqaləsindəki Vətənin  ədəbi-bədii-coğrafi xəritəsi onun 

taylı-bu taylı Bütöv Azərbaycan sevdalısı olduğundan xəbər verir. Əsərlərinin 

təhlilindən də aydın olur ki, C.Məmmədquluzadə üçün milli özünüdərk Vətə-

nin bütövlüyü ilə vəhdət təşkil edir. 

C.Məmmədquluzadənin publisistik yaradıcılığının böyük ideallarından 

biri Azərbaycan məmləkətinə vətəndaş məhəbbəti yaratmaqdır. Belə ki, ədibin 

elə əsərləri vardır ki, onlara dəfələrlə müraciət etmək lazım gəlir. Bu mənada 

«Azərbaycan» felyetonuna diqqət etməyimiz yerinə düşər. 

«Ah, unudulmuş  Vətən, ah, yazıq Vətən» sözləri oxucunun diqqətini 

Vətənin niyə unudulduğuna və niyə yazıq olduğuna yönəldir. Felyetondan çıxan 

əsas nəticə budur ki, dəyişən, yeniləşən dünyada hər millətin milli müqəddə-

ratını təyin etdiyi bir vaxtda mədəni inkişafdan geri qalmaq millətin faciəsidir. 

Digər tərəfdən milli burjuaziyanın millətinə xidmət etməsini birinci 

vəzifə sayan ədib, «Quli-biyabanlar» adlı felyetonunda digər millətlərlə öz 

milləti arasındakı  fərqi müqayisə edib yazırdı: «Özgə millətlər içində bir 

dövlətli öz dövləti ilə millətinə xidmət eləməsə, ona etina və hörmət eləməzlər. 

Bizdə isə əksinədir». 

Mirzə Cəlilin ən böyük arzularından biri Azərbaycanı sivil görmək arzu-

su olmuşdur. Vətənin və vətəndaşın sivilliyi milli özünüdərkin əsasıdır. Mirzə 

Cəlilə görə sivil dünyaya qaynayıb-qarışmadan, dünyəvi elmlərə yiyələnmə-

dən sivil dövlətlər sırasına qoşulmaq mümkünsüzdür. 

Bu cəhətdən yazıçının «Müsəlman içində gördüklərim» və «Meşədə 

gördüklərim» felyetonları səciyyəvi xüsusiyyətləri ilə seçilir. 

Mirzə  Cəlil yaradıcılığında Vətən və millət anlayışından danışarkən  

onun 1909-cu ildə Molla Nəsrəddin jurnalında  çap etdirdiyi «Necə qan ağla-

masın daş bu gün» felyetonuna diqqət yetirməyimiz vacibdir. Hər cür mövhu-

mata qarşı mübarizə aparan ədib cəhaləti, geriliyi, «dini xurafat xəstəliyini» 

dini dünyagörüşün özü ilə (ilan sancmanı ilan zəhəri ilə) müalicədə görürdü. 

Vətən onun düşdüyü acı vəziyyət, vətəndaşın vəzifəsi, onun vətən qarşısındakı 

borcu,  ən  əsası ikiyə bölünmüş «Azərbaycan matəmgahı»nı gözlər önünə 

sərmək – bu idi əsərin əsas qayəsi. «Bu gün Kərbəla meydanı Azərbaycandakı 

Vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən 

hissi varsa oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pulla-

rımız varsa – gözümüz qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı 

durur». «Bu gün Kərbəla meydanı Azərbaycandakı  vətənpərvərlik meyda-

nıdır» fikri üstündən illər keçməsinə baxmayaraq bizi bir an da olsun tərk 

etməməlidir, milli özünüdərkin konsepsiyasına çevrilməlidir. 

Ən böyük ibadəti Vətənə xidmətdə, vətənpərvərlikdə görən  ədib, on 

dörd əsr əvvəl baş vermiş faciə ilə öz dövrünün Azərbaycan reallığı arasında 

müqayisə aparır və belə nəticəyə gəlir ki, bugünkü Azərbaycanda baş verənlər 

Kərbəla hadisəsindən geri qalmır və Cənubi Azərbaycandakı hadisələri xatırla-




 

39

yıb qeyd edir ki, «köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt 



milyonlarca məzlumun dadü fəryadı bugünkündən artıq göylərə qalxacaqdır» 

(7, 7). bu il vətəndaş qeyrəti, vətəndaş harayı idi. 

Ədib türk xalqının düşdüyü acı həyatı, geriliyi, mövhumatı təkcə müşa-

hidə etməklə kifayətlənmir, vəziyyətdən çıxış yolu axtarırdı. «Çarə lazım» fel-

yetonu məhz bu məqsədlə yazılmışdı. «Lazımdır təqlid etmək o millətləri ki

maarif və  mədəniyyətcə bizdən qabağa gediblər… lazımdır onları qana-qana 

təqlid etmək». C.Məmmədquluzadə millətinə iki yoldan birini seçməyi məsləhət 

görürdü: «Ya mədəni millətlərin məqamına özümüzü yetirmək niyyətindən  əl 

çəkmək, ya da onların əxs etdiyi maarif və mədəniyyəti onlardan təlim almaq». 

21 oktyabr 1922-ci ildə  «Yeni yol» qəzetində nəşr etdirdiyi «Möhkəm 

iplər» adlı felyetonunda xalqın savadlı nümayəndələrinin millətin rifahı üçün 

göstərdikləri fəaliyyəti qeyd etməklə yanaşı, onların çəkdikləri zəhmət və xərci 

ilə getdikləri yolun, məsafənin və  nəticənin tərs mütənasib olduğuna təəs-

süflənmişdir. «Biz gördük ki, bizdə  çırpınmaq və  hərəkət var, amma bərəkət 

yoxdur». Və  ədib haqlı olaraq bunun səbəbini zamanı geriyə bağlayan  ərəb 

əlifbası «ipində» görürdü. «Bunlar bizim mədəniyyət bağına çatıb, onun şirin 

və dadlı meyvələrindən faydalanmağa qoymurlar və qoymayacaqlar». 

C.Məmmədquluzadənin  7  may 1921-ci ildə nəşr etdirdiyi «Tüstü»  fel-

yetonu isə özünəməxsus orijinallığı ilə seçilir. Felyetonun adı və girişi başqa 

mətləblərdən xəbər versə də sonradan məlum olur ki, əsas məsələ  mənəviyya-

tımızı və ruhumuzu bürümüş tüstüdür: «… mənəviyyatda mövhumat tüstüsü

ruhda və  qəlbdə  kəsafət tüstüsü. Kiçik bir felyetonda o, daha da maraqlı, - 

insan həyatının mənasına münasibətini bildirir: «dünya yaşamaq deyil ibarət 

ondan ki, səhər dükana gedib, axşam  abu qüstü yeyib yatasan». 

Mirzə Cəlil bu felyetonunda millətin düşdüyü vəziyyəti sadəcə təsvir et-

məklə kifayətlənmir, eyni zamanda çıxış yolu da axtarırdı. 

«Xülasə, millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata 

müntəzirdir. 

- Kimdən? 

- Hər bir vicdan sahibindən, hər bir vətən dostundan, hər bir növübəşərə 

rəhmi gələnlərdən» - deyə fəryad edən yazıçı qeyd edirdi ki, əgər dadü – fər-

yada tez yetişilməzsə, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. 

 

ƏDƏBİYYAT 

1.

 



Cəfərov Məmməd Cəfər – Cəlil Məmmədquluzadə.  Bakı: Azərnəşr, 1966,  555 s. 

2.

 



Əlimirzəyev X. Dahi sənətkar, böyük vətəndaş. Bakı: Elm və təhsil, 2010, 683 s. 

3.

 



Həbibbəyli İ. Cəlil Məmmədquluzadə. Bakı: Şərq-Qərb nəşriyyatı, 1994, 350 s. 

4.

 



Hüseynov F. Molla Nəsrəddin və Molla Nəsrəddinçilər. Bakı: Yazıçı,  1986, 277 s. 

5.

 



Qarayev R. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988. 

6.

 



Mir Cəlal.  Klassiklər və müasirlər. Bakı: Azərnəşr, 1973, 296 s. 

7.

 



Məmmədquluzadə C. Əsərləri, 4-cü cild. Bakı: Azərnəşr, 1985, 274 s. 

8.

 



Məmmədov A. Cəlil Məmmədquluzadə yaradıcılığında Azərbaycançılıq. Bakı: Elm, 

2003, 190 s. 

 



 

40

ПУБЛИЦИСТИКА ДЖАЛИЛА МАМЕДГУЛУЗАДЕ И  



НАЦИОНАЛЬНОЕ САМОСОЗНАНИЕ 

 

М.ГАСАНОВА (Сараджлы)  

 

РЕЗЮМЕ 

 

В  публицистике  Джалила  Мамедгулузаде  исследуется  роль  фельетонов  напеча-



танных  в  духе  национального  самосознания  народа  в  журнале  «Молла  Насреддин».  В 

статье обращается внимание на публицистику Джалила Мамедгулузаде в новом контексте 

мышления. Также в статье раскрываются работы Мирза Джалила в области формирова-

ния национального мышления народа. Мирза Джалил еще раз доказывает, что в жизни 

народа имеет важное значение формирование национальной идеологии.     

 

Ключевые  слова:  литература,  публицистика,  национальное  самоутверждение, 

народ, фельетон 



 

JALIL MAMMADGULUZADEH’S PUBLICISM 

AND NATIONAL SELF-CONSCIOUSNESS 

 

M.HASANOVA (Sarajli) 

 

SUMMARY 

 

The research  of  ″Jalil Mammadguluzadeh’s publicism and national self-consciousness" 

values the role of the feuilletons published in “Mollah Nasraddin” journal in the people’s 

national consciousness. The author reviews Jalil Mammadguluzadeh’s publicism in the con-

text of new thinking and elucidates Mirza Jalil’s servies in the formation of the people’s natio-

nal thinking. It is noted that J.Mammadguluzadeh’s publicism has its own position and 

place in the formation of national ideology which is important for the nation’s survival. 

 

Key words:  literature, publication, self-determination, national, foliation 

 

 



 

    


 

 

Yüklə 41,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə