Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 73,19 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü73,19 Kb.
#31895


 

170 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 94(479.24) 

 

XIX ƏSRİN 2-Cİ YARISINDA BAKININ DEMOQRAFİK DURUMUNA 

M

İQRASİYA PROSESLƏRİNİN TƏSİRİNƏ DAİR 

 

H.F.SADIQOVA 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 

 sadiqova hicabe@mail.ru 

 

Məqalədə  XIX  əsrin  II  yarısında  baş  vermiş  miqrasiya  prosesləri  nəticəsində  Bakı 



şəhərinin  demoqrafik  durumunun  hansı  dəyişikliklərə  məruz  qalmasından  bəhs olunur. 

Məqalənin  ümumi  məzmunundan  aydın  olur  ki,  bəhs  olunan  dövrdə  həyata  keçirilən 

köçürmələrdə çar hökumətinin əsas məqsədi özünə etnik dayaq yaratmaq olmuşdur. 

 

Açar

 

sözlər: miqrasiya, demoqrafik, köçürmə, əhali, məskunlaşmaq 

 

Məlumdur ki, kapitalist münasibətlərinin bərqərar və özünün yüksək inki-



şaf mərhələsinə daxil olması dövrünü əhatə edən bütün məsələlərin tədqiq olun-

ması  aktual  elmi  vəzifədir.  Bu  məqalədə  biz  ümumi  şəkildə  çar  hökumətinin 

xristian məzhəbinə mənsub olan rus və erməni əhalisini Şimali Azərbaycan əra-

zisinə köçürməsi və bununla əlaqədar Bakı şəhərinin əhalisinin tərkibində hansı 

demoqrafik dəyişikliklərin baş verməsi prosesini araşdırmağa cəhd göstəririk.  

Çağdaş Azərbaycan müəlliflərindən M.Sərdarov elmi ədəbiyyatda əhalinin 

miqrasiyasını  tədqiq  edən  tədqiqatçıları  3  qrupa  bölür.  1-ci  qrupu  təmsil  edən 

N.N.Filippov  və  V.A.Suxovun  fikrincə,  miqrasiya  adı  altında  əhalinin  yaşadığı 

məkan daxilində yerdəyişməsi başa düşülür. Bu, geniş mənada, əhalinin təsərrüfat 

sahələri, ərazi, peşələr və sosial istiqamətlər üzrə yenidən bölüşdürülməsi anlamını 

verir. 2-

ci  qrupun  tərəfdarları  E.F.Baranov  və  B.D.Breyev  yazırlar  ki,  geniş 

mənada  “əhalinin  miqrasiyası”  məfhumu  əmək  fəaliyyətinin  dəyişməsi  ilə  bağlı 

olaraq insanlar

ın yaşadıqları hər hansı bir ərazidən digər bir əraziyə köçməsi kimi 

dərk  edilməlidir.  3-cü  qrupu  təmsil  edən  Y.N.Kozırev  isə  miqrasiya  dedikdə 

əhalinin  ticarət  və  məişətlə  bağlı  xidmət  sahələrində  işləmək  məqsədilə  yeni 

yaşayış məntəqəsində məskunlaşmasını, yaşayış yerini dəyişməsini nəzərdə tutur. 

Beləliklə,  əhalinin  miqrasiyası  dedikdə,  onun  yaşadığı  yeri  dəyişməklə  əlaqədar 

bir ərazidən digər əraziyə köçməsi prosesi başa düşülməlidir [6, 12]. 

M.Sərdarovun əsərində göstərildiyi kimi, Y.V.Bromley tərəfindən tarixi 

baxımdan  miqrasiyanın  ayrı-ayrı  növlərinin  2  qrupa  bölünməsi  fikrimizcə 

uğurlu sayılmalıdır [6, 27]. 

1.

 



Əhalinin böyük qruplarla köçməsi. 


 

171 


2.

 

Nisbətən kiçik qruplarla, əsasən ailələrlə köçmə. 



Məlumdur ki, hələ XIX əsrin 20-30-cu illərində miqrasiya prosesinin 3 

isti


qamətdə cərəyan etməsi ilə əlaqədar olaraq Şimali Azərbaycanın etnik xəri-

təsində bir sıra dəyişikliklər baş vermişdi. XIX əsrin əvvəllərində Napoleonun 

Av

ropaya yürüşləri nəticəsində 1-ci miqrasiya prosesi baş verdi və nisbətən az 



say

da almanlar Şimali Azərbaycan ərazisində yerləşdirildilər [1, 126]. XIX əs-

rin 90-

cı illərinin əvvəllərində Bakı şəhərində yaşayan xaricilərin sayı 3.000-



dən artıq idi [7, 63].

 

Daha  sonra  ermənilərin  köçürülməsi  ilə  2-ci  miqrasiya  prosesi  həyata 



keçirildi. 

Rusiya ilə Qacarlar arasında bağlanan Türkmənçay müqaviləsindən, 

Osmanlılarla  ilə  bağlanan  Ədirnə  sülh  müqavilərindən  sonra  ermənilərin 

kütləvi  surətdə  köçürülüb  Cənubi  Qafqazda,  xüsusilə,  Şimali  Azərbaycanda 

yerləşdirilməsinə rəvac verilmişdir [6, 54]. 

Ruslaşdırma siyasəti Şimali Azərbaycan ərazisinin Rusiya imperiyasının 

ucqarına  çevrilməsində  az  rol  oynamırdı.  XIX  əsrin  50-70-ci  illərində  Bakı 

quberniyasında  ermənilərin  sayının  artması  sosial-iqtisadi  və  hərbi-siyasi 

amillərlə  bağlı  idi.  1886-cı  ildə  Bakı  quberniyasında  ermənilərin  sayı  56.591 

nəfərə  bərabər  idi  ki,  onların  da  24.490  nəfəri  Bakı  şəhərində  yaşayırdı.  Bu 

rəqəm bütün Bakı quberniyasında yaşayan erməni əhalisinin 43,27% -ni təşkil 

edirdi [9, 233]. 

 

Etnik dayaq yaradılması məqsədilə rusların köçürülməsi ilə 3-cü miqrasi-



ya prosesi baş verdi. Şimali Azərbaycan ərazisinə rusların köçürülməsi bütün 

XIX əsr və XX əsrin əvvəllərində baş vermişdi. Əgər əvvəlki köçürmələr etnik 

da

yaq yaratmaq məqsədilə həyata keçirilirdisə, XIX əsrin 30-cu illərində köçü-



lənlər malakanlar, babtistlər, duxoborlar, subbotniklər, priqunlardan və sairə-

dən ibarət idi. Onlar əsasən Qarabağ, Şirvan, Şəki, Lənkəran zonalarında yer-

ləşdirilirdilər.  1830-cu  ildə  çar  hökuməti  “etibarsız  ünsürlərin  mərkəzdən  uc-

qar

lara  sürgün  edilməsi  haqqında”  xüsusi  fərman  verdi.  Həmin  ildə  köçürü-



lənlər Tambov, Saratov, Tavrida, Voronej, Orenburq, Yenisey və Bessarabiya 

bölgələrindən idilər. XIX əsrin 50-70-ci illərində Bakı quberniyasında artıq 61 

rus kəndi var idi [9, 173, 179, 210]. 

Beləliklə,  məlum  olur  ki,  hələ  XVIII  əsrin  əvvəllərində  I  Pyotrun  döv-

ründən başlayan çarizmin Qafqazda, eləcə də Azərbaycanda özünə etnik dayaq 

yaratmaq  siyasəti  sonrakı  illərdə  də  davam  etdirilmiş,  Şimali  Azərbaycan 

ərazisinə rusların və ermənilərin köçürülməsi işi həyata keçirilmişdir. Bundan 

başqa, Şimali Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi amili 

də  onun  hərbi-strateji  və  qonşu  ölkələrlə  ticarət  aparılması  nöqteyi-nəzərdən 

buranın çar hökuməti üçün necə böyük əhəmiyyət daşıdığını göstərir. 

 

XIX əsrin II yarısında həyata keçirilən burjua islahatları Bakının iqtisadi 



in

kişafına və əhalinin artımına öz təsirini göstərdi. 1861-ci ildə Rusiyada təh-

kim

çilik hüququnun ləğv edilməsi sənayenin inkişafına şərait yaratdı və kənd-



dən şəhərə əhali axınını gücləndirdi. Rusiya quberniyalarından minlərlə kəndli 

qa

zanc dalınca Bakı neft rayonuna üz tuturdular. Bakı fəhlələri arasında Voro-



nej, Vyatsk, Sankt-

Peterburq, Tver, Xarkov, Stavropol quberniyalarından, elə-

cə  də  Volqa-Don  və  Tver  vilayətlərindən  gələnlərin  sayı  xeyli  artmışdı  [14, 



 

172 


83]. 

Qafqaza rusların köçürülməsində Qafqaz canişini knyaz Vorontsovun da 

yük  rolu  olmuşdur  [12,  1]. 1861-1888-ci  illər  ərzində  kənd  təsərrüfatında 



məhsuldarlığın  çox  aşağı  olması  ilə  əlaqədar  Rusiyanın  bir  çox  quberniya-

larından və Volqaboyu ərazidən Bakıya əhali axını baş vermişdi. Yeni yerlərə 

köçənlərin yerli əhali ilə problemləri yaranırdı. Bu xüsusi ilə kənd yerlərində 

daha  ciddi  şəkil  alırdı.  1888-ci  ilin  siyahıya  almalarına  görə,  1642  yaşayış 

məntəqəsindən 60-da rus kəndliləri yaşayırdılar [4, 350].  

Çar  hökuməti  tərəfindən  həyata  keçirilən  burjua  islahatları,  eləcə  də 

1861-

ci ildə təhkimçilik hüququnun ləğv edilməsi kənddən şəhərə axının güc-



lənməsinə, yəni miqrasiya proseslərinin artmasına səbəb oldu. Bu, həm şəhər 

əhalisinin  sayının  artmasına,  həm  də  şəhərin  iqtisadi  həyatının  güclənməsinə 

təsir göstərdi. Əgər 1854-cü ildə Bakı şəhər əhalisinin sayı 8374 nəfərdən iba-

rət idisə, 1874-cü ildə onların sayı 14577 nəfərə çatmışdı [11, 205]. Bakıda fəa-

liy

yət göstərən rus millətinə mənsub olan fəhlələrin əksəriyyətini Povoljye qu-



ber

niyalarından gələn torpaqsız kəndlilər təşkil edirdilər. Volqaboyu quberni-

ya

larından Bakıya olan axının əsas səbəbi kənd təsərrüfatında baş verən quraq-



lığın doğurduğu aclıqlarla bağlı idi. 1881-1890-cı illər ərzində Samara quberni-

yasında 8, Saratovda 7, Kazanda 5, Simbirskidə isə 4 il quraqlıq olmuşdur [13]. 

Bakı  şəhər  əhalisinin  ümumi  sayı  1859-cu  ldə  12191,  1873-cü  ildə 

15105, 1886-

cı ildə 86611, 1889-cu ildə 92601 [7, 63], 1897-ci ildə isə 111904 

nəfərdən ibarət olmuşdur.

 

1897-


ci ildə ümumi əhalinin 71591 nəfərini gəlmələr 

təşkil edirdilər ki, onlar da şəhər əhalisinin ümumi sayının 63%-nə bərabər idi. 

1859-

cu ildən 1897-ci ilə qədər, yəni 38 il ərzində Bakı şəhər əhalisinin sayı 9 



dəfə artmışdı [9, 255-257]. 1897-ci ildə keçirilən siyahıya almanın nəticələrinə 

rə,  Bakı  qəzasında  yaşayan  182897  nəfər  əhalinin  71169  nəfərini  (38,9%) 



gəlmələr təşkil edirdilər [16, 187, 190]. Həmin siyahıya almaya görə, Bakı qu-

ber


niyasına Yelizavetpol quberniyasından 5355 (5304 kişi, 51 qadın; bunlardan 

5082-


si  fəhlə  idi),  Saratovdan  3196  (2268  kişi,  928  qadın;  bunlardan  3180-ı 

fəhlə idi), Penzadan 1393 (1201 kişi, 192 qadın; bunlardan 1392-si fəhlə idi); 

Tambovdan 

1292 (1156 kişi, 136 qadın; bunlardan 1290-ı fəhlə idi), Simbirski-

dən 1280 (1023 kişi, 257 qadın; bunlardan 1279-u fəhlə idi), Dağıstan hiyyə-

sindən  isə  2741  nəfər  əhali  (2678  kişi,  63  qadın;  bunlardan  2690-ı  fəhlə  idi) 

daxil olmuşdur [10, 13].

 

Rəqəmlərə  diqqət  yetirdikdə  qadınların  sayının  kişilərin  sayından  xeyli 



çox olduğunu görürük. Bu da onların coxunun məhz işlə əlaqədar olaraq Bakı 

şəhərinə gəldiklərini göstərir. 

XIX əsrin sonunda Bakı şəhər əhalisinin sayı Şimali Azərbaycanın bütün 

şəhərlərinin  əhalisinin  41,7%-nə  bərabər  idi.  Şəhər  əhalisinin  çoxsaylı  artımı 

işçi axınının olması ilə əlaqədar idi [10, 13]. Eyni zamanda həmin vaxt Bakı 

qu

berniyasında, eləcə də Bakının özündə kişi cinsinə aid olan əhali artımının 



səbəbi də həmin işçi axını ilə bağlı idi. XIX əsrin 70-ci illərinin sonlarında Şi-

mali Azərbaycana gələn rus köçkünlərinin sayı 27,5 min nəfərə bərabər idi ki, 

bu rəqəm də bütün əhalinin 2,2%-ni təşkil edirdi. 80-ci illərin ortalarında təbii 

artımın və yeni gələnlərin hesabına həmin rəqəm 11,3%-ə bərabər oldu. 1897-

ci ildə Şimali Azərbaycanın rus əhalisinin 40,2%-i Bakıda yaşayırdı [10, 19].

 



 

173 


XIX əsrin 80-ci illərində Cənubi Azərbaycandan Bakı neft rayonuna xey-

li ucuz işçi qüvvəsi gəlirdi. Şimali Azərbaycanın bir sıra bölgələrindən də Bakı 

şəhərinə  axınlar  olurdu.  80-90-cı  illərdə  Zəngəzurdan  Bakı  neft  mədənlərinə 

əhali axını baş verdi. Onların 90,9%-i ermənilərdən, 9,1%-i isə azərbaycanlılar-

dan ibarət idilər. Bu dövrdə “Nobel qardaşları” şirkətinin Balaxanı neft mədən-

lərində  Polşadan,  Sibirdən,  Orta  Asiyadan  və  Avropa  Rusiyasından  gələn 

fəhlələr  işləyirdilər.  Bundan  başqa,  həmin  mədənlərdə  işləyən  fəhlələrin 

13,3%-ni 

Simbirskdən,  9,5%-ni Saratovdan, 16,6%-ni Tambovdan, 14,6%-ni 

isə Penzadan gələnlər təşkil edirdilər. Şibayevin zavodunda çalışanların 13,8%-

i Penzadan, 8,9%-i Saratovdan, 7,9%-i Ryazandan, 7,5%-

i Simbirskdən, 7,1%-i 

Nijneqoroddan, 6%-i Kazandan, 4,9%-

i  Vladimirdən,  4,8%-i  isə  Tambovdan 

gələn kəndlilər idilər [14, 93-94,96]. 

 

1897-



ci  ildə  Şimali  Azərbaycanda  94000  rus  yaşayırdı  ki  [9,  350], 

onların da 38965 nəfəri Bakıda məskunlaşmışdı və şəhər əhalisinin 35,6%-ni 

təşkil edirdilər [8, 6]. 

1898-


ci  ildə  Qafqazın  baş  mülki  rəisi  vəzifəsinə  knyaz  Qolitsının təyin 

olunması  ilə  rusların  Cənubi  Qafqazda  məskunlaşdırılması  məsələsi  yenidən 

aktuallaşdı.  1899-cu  ilin  aprelində  çar  hökuməti  rusların  Şimali  Azərbaycana 

və Qafqaza köçməsini xüsusi nəzarət altına alan qanun qəbul etdi [12, 1, 5]. 

Bakıya  işçi  axını  Cənubi  Azərbaycandan  da  olurdu.  Bunun  üçün  qısa 

xülasəyə  diqqət  yetirək.  Hələ  Türkmənçay  müqaviləsinin  14-cü  maddəsi  ilə 

qanuni surətdə əhalinin İrandan Cənubi Qafqaza və ya əksinə hərəkətinə icazə 

verilirdi [17, 15].  

1844-cü il  iyulun 3-

də  əhalinin  İrandan  Şimali  Azərbaycana  və  əksinə 

gediş-  gəlişi  və  ya  köcməsi  üçün  iki  ölkə  arasında  konvensiya  baglanmışdı. 

Cənubi  Azərbaycandan  köcüb  gedənlər  1844-cü  il  konvensiyasından  daha 

qabaq olmuşdur [17, 15].  

1868-


ci il dekabrın 11-də İranın dövlət sərhəd rayonlarından Rusiya ərazi-

sinə ancaq milli pasportlarla buraxılırdı və rus konsulunun icazəsinə ehtiyac yox 

idi. 1869-1872-

ci illərdə İranda cox kəskin aclıq olmuş və təxminən 1,5 milyon 

adam ölmüşdü. Bahalıq, aclıq, yoxsulluq, yoluxucu xəstəliklər və quraqlıq 1871-

1872-


ci illərdə böyük miqdarda əhali itkisinə səbəb olmuşdu [17, 16].  

Cənubi Azərbaycandan xüsusi ilə kəndlilər qazanc ardınca Bakıya və Ru-

siya

ya gedirdilər. Onların gəlişi xüsusi pasportların verilməsi ilə asanlaşdırılır-



dı [2, vər. 3]. Arxiv sənədlərində qeyd olunur ki, Cənubi azərbaycanlılar Bakını 

öz  doğma  şəhəri  hesab  edərək  gəlirdilər.  Onlardan  əsasən  qara  fəhlə  kimi 

istifadə  olunurdu  ki,  bunun  da  müqabilində  onlara  çox  cüzi  miqdarda  əmək 

haqqı verilirdi [3, vər. 6]. 

Qacarlar 

hökuməti əhalinin Rusiyaya axınından çox narahatlıq və qorxu 

içərisində idi. Biz diqqət yetirdikdə görürük ki, həm Rusiya dövləti , həm də 

İran  dövləti  oz  əhalisinin  Azərbaycana  və  digər  ölkələrə  axışmasından  bərk 

narahat  idilər  və  qərarlar  verməklə  əhalinin  köçməsinin  qarşısını  almAğa 

çalışırdılar. 

Lakin  bununla  belə  koçkünlərin  qarşısını  almaq  olmurdu.  1901-ci  ildə 

İrandan  gələnlərin  sayı  neftçıxarma  işində  6198  nəfərə  bərabər  idi.  Xüsusilə, 




 

174 


Cənubi  Azərbaycandan  gələnlərin  26,8%-i,  yəni  1801  nəfəri  sırf  buruqda 

işləyirdi. 1901-ci ildə mədən rayonunda Cənubi Azərbaycandan gələnlərin sayı 

3168 nəfər, yəni 27,3% təşkil edirdi. Bakının neft sənayesində İrandan gələn 

köçklünlər bütün fəhlələrin 21-22%-ni təşkil edirdilər [17, 22].  

XX əsrin əvvəllərində rus kəndlilərinin köçməsi genişləndi. Cənubi Qaf-

qaz


da 119000 adam yerləşdirildi ki, onlar da əsasən şəhərlərdə məskunlaşırdı-

lar. Əhali əsasən Bakı və Tiflis şəhərlərinə axın edirdi [16, 70].  

1905-07-

ci  illərdən  sonra  Stolıpinin  köçürmə  siyasəti  geniş  vüsət  aldı. 

Sto

lıpinin siyasətində əsas məqsəd köhnə icma təsərrüfatını dağıtmaq, ”təhkim-



li zadəganların“ yeni “mülkədarlarla”, yəni varlı kəndlilər ilə kəndli burjuazi-

ya

sının  ittifaqına  arxalanmaq  idi.  Stolıpinin  aqrar  siyasəti  özünün  əməli  tət-



biqinə başlıca olaraq icma təsərrüfatlarının dağıdılmasını və “carizmin yerlərdə 

siyasi daya

q  “yaratmaq  niyyəti  ilə  ucqarlara  rus  kəndlilərinin  köçürülməsini 

məqsəd qoymuşdu. 

Kapitalist  münasibətlərinin  inkişafı  əhalinin  demoqrafik  dəyişikliklərə 

məruz qalmasına da səbəb oldu. Şimali Azərbaycan ərazisinə ruslar, ukrayna-

lılar,  Kazan  tatarları,  dağıstanlılar,  yəhudilər  və  almanlar  köçüb  gəldilər.  Bu 

dövrdə  Şimali  Azərbaycanın,  xüsusilə,  Bakı  şəhər  əhalisinin  etnik  tərkibi 

rəngarəng idi. Bunu 1897-ci ilin siyahıya alınması işi də təsdiq edir. Bakı şəhər 

əhalisinin 29,2%-ni azərbaycanlılar, 27,1%-ni gürcülər, 21,9%-ni ermənilər və 

45%-

ni ruslar təşkil edirdilər [15, 280]. Artıq XIX əsrdən etibarən Bakı şəhəri 



özünün  milli  etnik  tərkibinə  görə  beynəlmiləl  şəhər  olmuşdu.  XX  əsrin 

əvvəllərində Bakıda 80000 nəfər azərbaycanlı milləti ilə birlikdə 72000 rusdilli 

əhali də yaşayırdı [5, 31].

 

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, yuxarıda göstərilən miqrasiya 



pro

seslərinin həyata keçirilməsi Bakı şəhərinin ticarət, sənaye və digər sahələ-

rin

də etnik tərkibi müxtəlif olan millətlərin sayının çoxalmasına səbəb olurdu. 



Bu proseslərdən ermənilər Şimali Azərbaycanda öz ərazi iddialarını irəli sür-

məyə və bunun üçün çar hökumətinin hamiliyindən istifadə etməyə çalışırdılar. 

Yəni  ermənilərin  bu  torpaqlara  köçürülməsi  gələcəkdə  onların  öz  çirkin  niy-

yətlərini həyata keçirmək üçün bir mənbə rolunu oynadı. Burjua islahatlarının 

tətbiq  olunmasına  gəldikdə  isə  bu  tədbirlərin  həyata  keçirilməsi  bürokratik 

xarakterə malik olmuş və əsasən, xristianların mənafeyinə xidmət etmişdir.  

Müasir  dövrümüzdə  torpaqlarımızın  20%-nin  ermənilər  tərəfindən  işğal 

olunmasında  yuxarıda  göstərilən  proseslərin  rolu  heç  də  az  deyildir.  Hal-

hazırda demoqrafik məlumatları toplamaqla informasiya müharibəsi sahəsində 

Müstəqil  Azərbaycan  Respublikası  öz  sözünü  deməyə  qadirdir.  Həmin 

məlumatlar nəinki Bakı şəhərində, həmçinin Qarabağda, İrəvanda, Zəngəzurda, 

Göyçədə, Borçalıda və bir sıra başqa ərazilərdə əzəldən azərbaycanlı türklərin 

yaşadıqlarını sübut edir.  

 

ƏDƏBİYYAT 

1.

 



Ахундова  Т.  Немцы  –  колонисты  Азербайджана  XIX  –  нач.  XX  вв.  Баку:  Шуша, 

1999, 122 с. 

2.

 

Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA), f.23, siy.11, iş 812. 



3.

 

ARDTA, f.44, siy.6, iş 17. 




 

175 


4.

 

Сavadov  Q.  Azərbaycanın  azsaylı  xalqları  və  milli  azlıqları.  Tarix  və  müasirlik.  Bakı: 



Elm, 2000, 439 s. 

5.

 



Orucov  H.Ə.  Stolıpinin  aqrar  siyasətinin  Azərbaycana  tətbiqi  məsələsinə  dair  ∕∕  Azərbaycan 

SSR Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1964, №5, s.31-39. 

6.

 

Sərdarov M. Azərbaycanda miqrasiya prosesləri. Bakı: Adiloğlu, 2004, 155 s. 



7.

 

Баку и его окрестности. Тифлис, 1889, 98 с. 



8.

 

Баку  и  его  район.  Справочный  ежегодник  на  1912  год.  Баку:  Типографии: 



А.Н.Тараева, Л.Д. Мирзоянц и «Труд» С.Г.Берладира, 1912, 340 с. 

9.

 



Вердиева  Х.Ю.  Переселенческая  политика  Российской  империи  в  Северном  Азер-

байджане, XIX – начале XX вв. Баку: Алтай, 1999, 298 с. 

10.

 

Лернер Б.А. Количественные и качественные изменения в составе населения Азер-



байджана в последней трети XIX века. Баку, 1989, 27 c. 

11.


 

Мильман А.Ш. Политический строй Азербайджана в XIX – начале XX веков. Баку: 

Азернешр, 1966, 318 с. 

12.


 

Обзор  переселенческого  дела  на  Кавказе  за  пятилетие  1908-1912  гг.  Санкт-

Петербург, 1913, 39 с. 

13.


 

Журн. «Русское богатство», 1893, №2. 

14.

 

Стригунов И.В. Из истории формирования Бакинского пролетариата (70-90-е годы 



XIX 

в.). Баку: АН Азербайджанской ССР, 1960, 289 с. 

15.

 

Сумбатзаде  А.С.  Азербайджанцы  –  этногенез  и  формирование  народа.  Баку:  Элм, 



1990, 303 с. 

16.


 

Тихонов В.В. Переселение в России во второй половине XIX века. М.: Наука, 1978, 262 с. 

17.

 

Шукюров К.К. Отходничество в Закавказье из Южного Азербайджана (вторая треть 



XIX 

в. – 1905 г.). Автореферат диссертации на соискание ученой степени кандидата 

исторических наук. Баку, 1984, 25 с. 

 

О ВЛИЯНИИ МИГРАЦИОННЫХ ПРОЦЕССОВ ВО ВТОРОЙ ПОЛОВИНЕ  



XIX 

ВЕКА НА ДЕМОГРАФИЧЕСКУЮ СИТУАЦИЮ В ГОРОДЕ БАКУ  

 

Х.Ф.CАДЫГОВА  

 

РЕЗЮМЕ 

 

В статье говорится об изменениях в демографической ситуации в городе Баку в 



результате миграционных процессов во второй половине ХIХ века. Из статьи выясняет-

ся, что основная цель Царского правительства в переселении населения в вышеуказан-

ный период была создания для себя этнической поддержки в регионе.  

 

Ключевые слова: миграция, демография, переселение, население, проживание 

 

ON THE INFLUENCE OF MIGRATION PROCESSES IN THE SECOND HALF OF THE 

XIX CENTURY ON THE DEMOGRAPHIC SITUATION IN THE CITY OF BAKU 

 

H.F.SADIGOVA  

 

SUMMARY  

 

The article deals with the changes in the demographic situation in the City of Baku as a 



result of migration processes took place in the second half of the XIX century. The general idea 

of the article is that  the Tsar government of Russia intended to strengthen its position in the 



region by migrating certain ethnic groups to Baku thus creating an ethnic backing for its ruling. 

 

Key words: emigration, demographic, transfer, people, settle in 

 

Yüklə 73,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə